Məhkəmə qərarları › İş №2-2(102)-221/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-221/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-221/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-934/2023 nömrəli qətnaməsində n cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh ASC arasında bağlanmış 2017-ci il 19 aprel tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsinə əsasən, bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaiti qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. - Müqavilənin 2.1.3-cü bəndinə əsasən, bank kreditlərini və digər tələblərini m üştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur. - Müqavilənin 3-cü bəndinə əsasən, müqavilə müddətsiz bağlanmışdır. 2. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə ödəmə tapşırığı verilmiş və ödənişin təyinatı və əsası hissəsində “2022-ci il 7 aprel tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” sözləri qeyd edilmişdir (əsas: 2022-ci il 26 avqust tarixli 462483 nömrəli ödəmə tapşırığı). 3. "xxxx" MMC tərəfindən köçürülmüş 550.000 manat maliyyə yardımı "xxxx" MMC-nin Cavabdeh ASC-də olan hesabına köçürülmüş, sonra həmin məbləğ "xxxx" MMC-nin kredit borcu ödənişinə yönəldilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 24 oktyabr tarixli 23(103)-54/2023 saylı qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 5. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddiaçı tərəfindən “X2” MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində iddiaçıya vurulmuş 550.000 manat zərərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış bank hesab müqaviləsi tələblərini rəhbər tutaraq, iddiaçının hesabından öz mülahizəsinə uyğun istifadə etmək imkanı vard ır. Lakin cavabdeh tərəfindən iddiaçının qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən “X2” MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığı cavabdeh tərəfindən səhv icra edilmişdir. Həmin ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatının qeyd edilməsinə baxmayaraq cavabdeh tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra edilməmiş, cavabdeh öz “düşüncəsi” əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462483 nömrəli ödəniş tapşırığının təyinatında “2022-ci il 7 aprel tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə “X2” MMC-nin hesabına mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təqdim edilən ödəniş tapşırığı və hesabdan çıxarışlardan həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu, müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tələblərinin ciddi şəkildə pozulması deməkdir. İddiaçı tərəfindən tam əsaslı olaraq icra edilməsi üçün cavabdeh banka yönləndirilmiş ödəniş tapşırığı onun iradəsinin ziddinə olaraq bankın şəxsi maraqları üçün istifadə edilmişdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozu ntuları iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur. İddiaçı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təsisçiliyi ilə yaradılmış konkret fəaliyyət istiqaməti müəyyənləşdirilmiş hüquqi şəxs, öz maliyyə işlərini bir növ dövlət orqanı kimi icra edən, büdcəsini formalaşdıran bir təşkilatdır. Müdafiə Sənayesi Nazirliyi tərkibində olan digər müəssisələr kimi iddiaçı da öz fəaliyyəti ilə əlaqədar olaraq növbəti, növbədənkənar iclaslar keçirir və nəticə olaraq ciddi vəsaitlər hesabına başa gələn, eynilə 2022-ci il 7 aprel tarixində tərtib edilmiş protokolda olduğu kimi xüsusi əhəmiyyətli qərarlar qəbul edir. Həmin protokolla müəyyənləşdirilmişdir ki, iddiaçı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər bir hüquqi şəxs “X2” MMC-yə maliyyə yardımı həyata keçirilsin. Bu qərar hüquqi şəxsin özünün verə biləcəyi və qanunla hər hansı bir məhdudiyyət tətbiq edilməməli olan bir qərardır. Lakin, cavabdeh bank iddiaçının bu əsaslı qərarına hörmət etməmiş, öz vəzifələrini aşaraq, hüququ olmadığı halda iddiaçının pul vəsaiti üzərində qərar qəbul etmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə 550.000 manat məbləğində vəsaitin göndərilməsi barədə ödəniş tapşırığı cavabdeh tərəfindən icra edilərək, "xxxx" MMC-nin hesabına köçürülmüş, həmin məbləğ "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 524/M və 647/M saylı kredit müqavilələri üzrə kredit borcundan silinmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü i l 28 avqust tarixli e-2-2(113)-2075/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – Z.Pirverdiyev).

9. Məhkəmə işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən “X2” MMC-yə məxsus cavabdeh bankda olan hesabına köçürülməsi və “X2” MMC-yə məxsus hesabdan “X2” MMC-nin kredit borcuna silinməsi müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən pulun silinməsi iddiaçı tərəfindən göstərilən halda həyata keçirilməmiş, “X2” MMC-nin hesabına köçürülməklə onun kredit borcuna yönəldilmişdir.

10. Hətta, köçürülməsi nəzərdə tutulmuş pul məbləği yuxarıda qeyd olunan halda silinsəydi belə, məhkəmə bunun tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3-cü bəndinin tələblərinə uyğun olması nəticə sinə gəlmişdir. Belə ki, həmin bəndə əsasən, bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.

11. Məhkəmə öz mövqeyini MM-in 385.1, 399.1, 442, 739.1, 739.2, 741, 954.1, 964.1, 964.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 19 dekabr tarixli 2-2(103)-934/2 023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul olunması və iddianın təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 550.000 manat pul vəsaitinin, 400 manat mediasiya xərci, cəmi ödənilmiş 880 manat dövlət rüsumunun tutulması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

14. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, bank tərəfindən MPM-in 154.1-ci maddəsinin tələbi pozularaq, bu barədə məhkəməyə sonuncu məhkəmə baxışı iclasından 4 gün əvvəl “Etiraza düzəliş edilməsi barədə ərizə” ilə məlumat verilmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı və cavabdeh arasında bağlanmış bank hesabı müqaviləsinin 2.1.3-cü bəndinə əsaslanan mövqeyinə münasibətdə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin həmin bəndinə, işin hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır.

16. Bank hesabı müqaviləsinin 2.1.3-cü bəndində bankın hüququ olaraq müştərinin, yəni cavabdehdə olan bank hesabından müştərinin banka olan gecikdirilmiş kredit borcuna görə hər hansı məbləğin akseptsiz qaydada silinməsi nəzərdə tutulur. Silinmiş məbləğ iddiaçının bankda olan hesabından və onun banka olan kredit borcuna görə silinmədiyindən müqavilənin qeyd edilən bəndinə istinad əsassız olmuşdur.

17. Belə ki, hazırkı halda cavabdeh müştərinin pul vəsaitinin hesabdan digər hüquqi şəxsin hesabına köçürülməsi barədə sərəncamını lazımı qaydada icra etmə miş, qanuni əsas olmadan iddiaçıya məxsus 550.000 manat vəsaiti "xxxx" MMC-nin cavabdeh bankda olan hesabına köçürərək həmin hüquqi şəxsin cavabdehə olan kredit borcu üzrə silinmişdir. Halbuki, iddiaçının "xxxx" MMC-nin kredit borcunu ödəmək öhdəliyi olmamışdır.

18. Cavabdehin nümayəndələri tərəfindən bu bank əməliyyatının hansı əsasla həyata keçirildiyinə dair məhkəməyə məntiqli izahat verilməmiş, ümumiyyətlə "xxxx" MMC arasında hər hansı kredit müqaviləsi bağlanması, həmin müqavilə əsasında bankın qeyd edilən hüquqi şəxsin hesabından pul məbləğini akseptsiz qaydada silmək hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda işin hallarından MM-in 964.2-ci maddəsində göstərilən hallara əsasən müştərinin pul vəsaitinin silinməsinə əsas ola biləcək hər hansı digər h alın baş verməsi də müəyyən olunmamışdır.

19. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı onun ödəniş tapşırığının düzgün icra edilməməsi nəticəsində cavabdeh bankdan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülməmiş məbləği dəymiş ziyan olaraq tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3.1-ci bəndində banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin “müştəri”nin tapşırığı ilə köçürülməsi və nağd verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək müştərinin hüququ olaraq nəzərdə tutulmuş, 5.1-ci bənddə qeyd edilmişdir ki, bu müqavilə üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğ u zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.2, 443.1, 448.1, 448.2, 954.1, 964.1, 964.2, 966-cı maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şə rh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli Qərarına, MPM-in 77.1, 154.1, 385.1.1, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 13 iyun tarixli Qərarının tələbi üzrə - cavabdeh § 4-də göstərilənə istinadən qeyd edir ki, iddiaçının iddia tələbinə hal-hazırda mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil və icraata xitam verilməlidir.

23. MPM-in 387.2-ci maddəsinin tələbi üzrə - işə baxan apellyasiya məhkəməsi bu qanunun tələblərini pozaraq mülki i şin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam verməmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 4 dekabr tarixli 2(103)-5114/2023 nömrəli qərardadına əsasən, X1 ləğv prosesində olan cavabdehə qarşı “xüsusi əmanət hesabı haqqında müqavilə üzrə pul” tələbinə dair işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

25. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelly asiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... müflis elan olunmuş banklar ilə bağlı işlərin (mübahisələrin) müxtəlif xarakterli olması, iddianın predmeti, hüquqi əsasları, mülki dövriyyədə yaranmış iqtisadi münasibətlərdən irəli gəlməsi, həmçinin mübahisənin hüquqi təbiətinə görə fərqlənməsi baxımından iddiaları iki əsas qrupa bölmək olar: müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddiaları; müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddiaları....“Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edi lməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata MPMin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin MPM-in 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır... İflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı və ya bankın irəli sürdüyü) iddialar üzrə məhkəmə icraatının dayandırılması və ya xitam edilm əsi Mülki Prosessual Məcəllənin 254-cü maddəsinin tələbləri ilə uzlaşmadığından, həmin iddialar üzrə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu kateqoriyadan olan işlərə bank fəaliyyətini həyata keçirdiyi və ya müflis elan olunduqdan sonra, iflas prosesində olan zaman banka qarşı kreditor tələbləri, həmçinin bankın kreditor kimi çıxış etdiyi tələblər üzrə işlər daxil deyil....”

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə 9

54. Bank hesabı müqaviləsi 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür....” “Maddə

964. Pul vəsaitinin hesabdan silinməsinin əsasları 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.” “Maddə

966. Hesab əməliyyatlarının lazımınca aparılmaması üçün bankın məsuliyyəti Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.” 29. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

72. Bankın müflis elan olunmasının nəticələri 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandır ılır; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür; 72.1.4. qanunvericiliyə müvafiq hallarda aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir; 72.1.5. girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində bu Qanunun 81 -cı maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır; 72.1.6. bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılır. Bu zaman bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir....” “Maddə

73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş si stemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun; 73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan olunmasına dair qərar çıxarıldığından ödəniş tapşırıqları köçürmələri həyata keçirən sistemin qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin....”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müv afiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təq dim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

154. İddia ərizəsinə etiraz etmə 154.1. İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir....” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İş üzrə icraata xitam verilməli olması ilə bağlı kassasiya şikayətinin yeganə dəlili isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” A zərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2- ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarında (bax yuxarıda § 27) göstərilmişdir ki, “...müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.

33. Eyni zamanda, həmin Qərarda qeyd edilmişdir ki, “Bankla r haqqında” Qanunun 7682 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır”.

34. Göründü yü kimi, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır.

35. Baxılan iş üzrə iddia ərizəsindən və digər iş materiallarından aydın olur ki, hazırkı mübahisə iddiaçı tərəfindən “X2” MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi ilə əlaqədar yaranmışdır.

36. İddia ərizəsində qeyd edilənlərə əsasən sözügedən ödəmə tapşırığında qeyd olunan məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə hesaba mədaxil olmamışdır. 37. “Banklar ha qqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin (bax yuxarıda § 29) məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.

38. Göründüyü kimi iddiaçının irəli sürdüyü iddia tələbləri ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aiddir.

39. Göstərilənl ərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə iddianın predmetini “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər təşkil etmədiyindən, həmin Qanunun 72.1-ci və MPM-in 261.0, 261.0.1-ci maddələrinə istinadla işin icraatına xitam vermək üçün hüquqi əsaslar mövcud olmamışdır.

40. Kassasiya şikayətinin hazırki qərarın § 23-də göstərilən dəlili ilə bağlı kollegiya vurğulayır ki, hazırki işdə iddia tələbləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “B anklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarındakı müəyyənləşdirilmiş hüquqi mövqeyə uyğun olaraq ləğvetmə prosesində olan banka qarşı irəli sürülmüş kreditor tələblərə deyil, məhz cavabdehin hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn tələblərə aid olduğundan iş üzrə icraata xitam verilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.

41. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmənin nəticəsi MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur.

42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansi yası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

43. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-934/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar