Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-226/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin qanuni əsasının tapılması, mənfəətin bölüşdürülməsi ilə bağlı mübahisələr, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənfəətin bölüşdürülməsi tələbinə dair iş üz rə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(106)-72/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Hazırkı iş üzrə tərəflər qardaş olmaqla İddiaçı, Cavabdeh və X6 isə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
2. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt (2013-cü ildə) qardaşlardan İddiaçı və üçüncü şəxs X7 Respublikasında, Cavabdeh isə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yaşamışdır.
3. İddiaçı və üçüncü şəxs X10 rayonu, Gərmətük qəsəbəsində şərikli biznes fəaliyyəti ilə məşğul olmaq üçün orda yaşayan qardaşları Cavabdeh göndərdikləri sərmayə hesabına 2013-cü il 7 sentyabr tarixində Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi və ü zərində yerləşən ümumi sahəsi 3825.5 m2 olan əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində ticarət təyinatı üzrə xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydiyyata alınmış və həmin torpaq sahəsində ** inşa edilmişdir.
4. Fəaliyyətə başladığı vaxtdan şadlıq sarayının və əmlak kompleksindəki digər qeyriyaşayış sahələrinin idarəetməsi Cavabdeh tərəfindən həyata keçirilmişdir. Sonradan tərəflər arasında şərikli fəaliyyətdən əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı mübahisəli vəziyyət yaranmışdır.
5. Cavabdeh 2022-ci il 23 fevral tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin əmlakın 1/2 hissəsini (0,28 ha torpaq sahəsi və üzərindəki əmlak kompleksi kimi müəssisədən 1.412,72 kv.m) qardaşı İddiaçı bağışlamış və 2022-ci il 10 mart tarixində daşınmaz əmlakın dövlət reyestrində hər ikisinin ½ hissədə mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra şadlıq sarayının və əmlak kompleksindəki digər qeyri-yaşayış sahələrinin idarəsi İddiaçı tərəfindən həyata keçirilmiş və hər ikisinin müraciəti üzrə Lənkəran rayon Polis şöbəsində aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair 2022-ci il 17 sentyabr tarixli qərar qəbul edilmişdir.
6. Cavabdeh iddiası əsasında Lənkəran rayon Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli 2(049)-2678/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2.825,5 kv.m sahəsi olan ** və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin tərəflər arasında bölünməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 2022-ci il 13 oktyabr tarixində cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2013-2021-ci illərdə ümumi mülkiyyətdə olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2.825,5 kv.m sahəsi olan qeyri-yaşayış binasından əldə etdiyi 2.172.016 manat gəlirin aralarında olan razılaşmaya uyğun olaraq, ona düşməli olan ½ hissəsindən ödənilmiş 160.000 manat çıxıldıqdan sonra qalan 926.008 manatın cavabdehdən tutularaq ona ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehl ə iddiaçının ümumi mülkiyyətindədir. Həmin qeyri-yaşayış binası-əmlak kompleksi kimi müəssisə onun xaricdən cavabdeh olan qardaşına göndərdiyi vəsait hesabına tikilib ərsəyə gətirilmişdir. Belə ki, cavabdehə mütəmadi olaraq tikinti xərclərini, eləcə də tikinti prosesinə nəzarət üçün tikinti xərclərindən əlavə, aylıq ortalama 1.500 manat məvacib göndərmişdir. Həmin kompleks qardaşının mülkiyyətində olmaqla **, çörək sexi, mağaza, çay evi, bilyard yeri, dərzi kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmişdir. Razılaşmalarına müvafiq olaraq idarəetməni qardaşı həyata keçirməli, ona isə aylıq həmin ayın gəlirinə mütənasib məbləğləri göndərməli idi. Həmin müəssisədən gələn gəlir onunla cavabdeh arasında bölünməli olsa da, 2013-2016-cı illərdə gələn gəlirdən ona heç bir ödəniş edi lməmiş, yalnız 2017-2021-ci illərdə ona ümumilikdə ortalama 160.000 manat ödənilmişdir. Azərbaycana qayıtdıqdan sonra, 2022-ci ildə obyektin tikintisinə xərclənən pulların və müvafiq dövr ərzində əldə olunan gəlirlərin hesablanmasını qardaşına təklif etsə də, qardaşı bu işə soyuq yanaşmış və bu hərəkətləri təbii olaraq ona qarşı müəyyən şübhələr oyatmışdır. 2022-ci il 23 fevral tarixində cavabdehlə aralarında olan razılaşmaya müvafiq olaraq Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlayaraq adı çəkilən əmlak kompleksinin yarısını cavabdeh ona bağışlamış və müqavilə bağlanandan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 2022-ci il 16 mart qeydiyyat tarixli çıxarış verilmişdir. Bundan sonra iddiaçı təsadüfən şadlıq sarayının qeydiyyat kitablarını tapmış və öyrənmişdir ki, müəssisənin tərkibinə daxil olan şadlıq sarayından 2013-cü ildən etibarən ümumilikdə 2 milyon manatdan artıq gəlir götürülmüşdür. Eləcə də, əmlak kompleksinə daxil olan digər obyektlərdən də hər ay xeyli miqdarda icarə haqqı qardaşı tərəfindən alınmışdır. Belə ki, müəssisənin kitablarına əsasən şadlıq sarayından müvafiq olaraq illər üzrə aşağıdakı məbləğlərdə, ümumilikdə 2.015.416 manat gəlir əldə olunmuş və razılaşmaya uyğun olaraq əldə olunmuş gəlirlərdən ona 1.007.708 manat ödənilməli idi: 1. 2013-cü ildə - 275.641 manat; 2. 2014-cü ildə - 336.996 manat; 3. 2015ci ildə - 257.112 manat; 4. 2016-cı ildə - 223.791 manat; 5. 2017-ci ildə - 226.794 manat; 6. 2018-ci ildə - 290.783 manat; 7. 2019-cu ildə - 294.491 manat; 8. 2020-ci ildə - 18.737 manat; 9. 2021-ci ildə - 91.071 manat. Bundan əlavə, mağaza 2013-2021-ci illər ərzində aylıq 400 manat olmaqla 43.200 manat, bilyard yeri 2013-2021-ci illər ərzində aylıq 700 manat olmaqla 75.600 manat, çay evi 2013- 2021-ci illər ərzində aylıq 350 manat olmaqla 37.800 manat, ümumilikdə 156.600 manat gəlir vermişdir. Dərzi yeri isə əvvəlcədən icarəyə verilsə də, sonradan cavabdehin ailəsi tərəfindən işlədilmişdir. Bu xərclər minimum yazılıb, icarə haqları bəzi hallarda daha yüksək olmuşdur. Bundan əlavə olaraq, şadlıq evinin müəyyən borcları da yarandığı üçün qərara gəlmişdir ki, həmin şadlıq evinin idarəçiliyini artıq özü həyata keçirsin. Bununla razılaşmayan cavabdeh məhkəməyə öz payının naturada ayrılması tələbi ilə müraciət etmiş həmin tələbində müəssisənin tikilməsində onunla qardaşı nın şərik olduğunu göstərmişdir. Hər nə qədər bütün vəsait onun tərəfindən ödənilsə də, cavabdeh özünün iddia ərizəsində qismən də olsa etiraf etmişdir ki, həmin əmlakı birgə vəsaitləri hesabına tikmişlər və razılaşmışlar ki, əldə olunan gəlirlər aralarında bölünəcəkdir. Eləcə də, iddia ərizəsində qeyd edilmişdir ki, 2013-cü ildən etibarən müəssisədən əldə olunmuş gəlirin ona düşən hissəsini cavabdeh mütəmadi olaraq ona ödəmişdir. Cavabdeh müəssisə fəaliyyətə başlayandan bir neçə il ərzində ona ümumiyyətlə heç bir vəsait ödəməmiş, daha sonra isə, ona olan etibarından sui-istifadə edərək, qazanılan gəlirin cüzi hissəsini ona bildirmiş və beləcə də ona çatmalı müvafiq məbləğləri özündə saxlayaraq əsassız varlanmışdır. Həmçinin, cavabdehin də etiraf etdiyi kimi, hər nə qədər müəssisənin yarıs ı 2022-ci ildə onun mülkiyyətinə keçsə də, faktiki olaraq əmlak qardaşı ilə onun ümumi mülkiyyətində olduğundan gəlirlər də bərabər şəkildə bölüşdürülməli idi. Lakin cavabdeh aralarındakı razılaşmaya uyğun surətdə hərəkət etməmiş, yuxarıda da qeyd edildiyi kimi ona 1 milyon manatdan artıq məbləğdə ödəniş etməli olsa da, ümumilikdə müvafiq dövr ərzində 160.000 manat məbləğində ödəniş etmişdir.
9. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi təqdim edərək, 49.575 manat məbləğində pul vəsaitinin iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia ərizəsi və ilk iddiaya qarşı etiraz eyni məzmunda belə əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, ərizəsində göstərmişdir ki, cavabdeh paylı mülkiyyətdə ol an şadlıq sarayını 8 il ərzində işlədərək ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin ərizə araşdırılaraq təsdiqini tapmadığından 2022-ci il 17 sentyabr tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lənkəran rayon Məhkəməsinin 2022-ci il 14 noyabr tarixli qətnaməsi ilə isə onun iddiası təmin edilərək, ** və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin tərəflər arasında bölünməsi qət edilmişdir. İddiaçı polis şöbəsinin əsaslı qərarından və məhkəmənin qəbul etdiyi qətnamədən sonra qisas almaq məqsədi ilə ona qarşı heç bir sübuta söykənməyən hazırkı iddianı qaldırmışdır. ** və həmin torpaq sahəsində yerləşən digər əmlak kompleksi yalnız 2022-ci ilin mart ayından sonra paylı mülkiyyətdi r. Həmin vaxta qədər isə şadlıq sarayı bütövlükdə onun adına olmuş, yəni iddiaçının qarşısında onun heç bir öhdəliyi olmamışdır. Əslində aralarında heç bir müqavilə olmadığı halda iddiaçıya həmin illər üçün heç bir məbləğ ödəməli olmasa da, yenə də bir qardaş olaraq qazancın yarısını vermişdir. Ancaq bundan sonra orada şərikli işləməyi mümkün olmadığından, obyektin satılaraq pulunun aralarında bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. 2022-ci ilin may ayına kimi obyektin qazancı iddiaçı ilə tən olaraq aralarında bölünmüşdür. İddiaçı, polis şöbəsinə verdiyi ərizəsində keçən müddət ərzində ona cəmi 163.000 manat pulun (hazırkı iddiada 160.000 manat qeyd edilib) verildiyini və 2 milyona yaxın pulun ona verilmədiyini bildirmişdir. Halbuki cavabdeh, eləcə də şadlıq sarayının tikintisində b öyük maliyyə dəstəyi olan Qazaxıstanda yaşayan qardaşları Telman iddiaçıya həmin illər ərzində ona çatası pulları vermişlər. Aralarında etibar olduğundan heç vaxt bütün bunlar barədə sənədləşmə aparmamış, bir-birlərinə inanmışlar, hətta dörd qardaş olaraq kim nə qazanmışdırsa, valideylərinin sağlığında bir yerdə qazanclarını ortaya qoymuş və çox mehriban dolanmışlar. Məsələn, iddiaçının Bakı şəhərinfə “Port-Baku”da olan kifayət qədər bahalı evi də yaxın vaxtlara kimi onun adına olmuş və yalnız 2022-ci ildə öz adına keçirmişdir. İddiaçının bildirdiyi kimi, əgər şadlıq sarayı onun xərci ilə tikilmişdisə, cavabdeh 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən hansı səbəbdən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışdır. Şadlıq sarayı 2013-cü ilin mart ayından fəaliyyətə başlamış, həmin vaxtdan 2014-cü ilin dekabr ayına kimi iddiaçıya qazancın yarısı verilmiş, daha sonra 2014-cü ilin dekabr ayından 2016-cı ilin oktyabr ayına kimi iddiaçı Qazaxıstan Respublikasında silah və narkotiklə əlaqədar tutularaq həbsdə olmuşdur. Lənkəran rayon Polis şöbəsində verdiyi izahatda isə 2013-cü ildən 2016-cı ilədək İsrail Respublikasının Tel-Əviv şəhərində yaşadığını, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin qazancının cavabdehdə qaldığını göstərmişdir. Həmin vaxtlar onun yanına gedib-gəlməyə və aşağıda sadalanan digər məsələlərə çəkilən xərclər ümumi qazancdan çıxıldığı halda, iddiaçı hazırda həmin xərcləri hesablayaraq tələb edir. 2020-ci ilin mart ayının 11-dən pandemiya başladığından, daha sonra müəyyən məhdudiyyətlər lə toy şənliklərinə icazə verildiyindən şadlıq sarayı demək olar ki, heç bir qazanc əldə etməmiş, yalnız öz xərclərini birtəhər ödəmişdir. İddiaçı ilə aralarında onun yazdığının əksinə olaraq heç bir razılaşma, müqavilə, öhdəlik belə olmamışdır. Bunun nəticəsidir ki, bir qardaş olaraq bir-birlərinə göndərdiyi pulların belə hesabını aparmamış, rəsmiyyətə salmamışdır. Əgər onun Eldara hər hansı bir borcu qalmışdırsa, yaxud şadlıq sarayının qazancını ona verməmişdirsə, hansı səbəbdən bu vaxta kimi məhkəməyə müraciət etməmişdir. Məlum olduğu kimi, hazırkı iş üzrə iddia müddəti 3 ildir. Şadlıq sarayı idarə edilərkən çəkilən xərclər aşağıdakı kimi olmuşdur: 1."xxxx" ASC-nin Enerji Satışı Departamentinin təqdim etdiyi 2022-ci il 13 oktyabr tarixli 7-01/M-1051/8229 nömrəli məktubdan görünür ki, Şa dlıq sarayına enerji sərfiyyatına görə 2015-2019-cu il tarixinə qədər olan dövr üçün 79.223,5 manat vəsait ödənilmişdir. Şadlıq Sarayına kənd ərazisindən qoşulmuş 2-ci sayğac üzrə hesablanılmış 7.324 manat tərəfindən ödənilmişdir. Aralarında məhkəmə mübahisələri düşdükdən sonra da işıq pulu olaraq 2022-ci ilin sentyabr ayı üçün 40 manat, oktyabr ayı üçün 50 manat, noyabr ayı üçün 252 manat və dekabr ayı üçün 295 manat olmaqla, ümumilikdə 637 manat pul ödəmişdir.
2. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi 2022-ci il 13 sentyabr tarixli **********638200 nömrəli arayışdan görünür ki, vergi ödəyicisi olaraq 2013-cü il 1 yanvar tarixdən 2022-ci il 13 sentyabr tarixinədək olan müddətdə 95.703,2 manat vergi, eləcə də 2019-cu il 1 yanvar tarixdən 2022-ci il 13 sentyabr t arixinədək 9.544,26 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
3. X14 İstismar İdarəsinin verdiyi 2022-ci il 20 sentyabr tarixli arayışdan görünür ki, Şadlıq sarayı 2013-cü il 26 avqust tarixli **********00010 saylı kodla kompüter qeydiyyatına alınmış və 2022-ci il 19 sentyabr tarixinədək istehlak etdiyi təbii qaza görə 26.848,6 manat ödəniş edilmişdir. 4. "xxxx" MMC Mühafizə Xidmətinin Lənkəran filialının verdiyi 4 nömrəli arayışdan görünür ki, 2013-cü ildən hal-hazırkı dövrə kimi olan müddət ərzində 27.000 manat xidmət haqqı tam olaraq ödənilmişdir. İddiaçı ilə aralarında məhkəmə çəkişmələri başladıqdan hazırkı günə kimi, yəni 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün də hər ay 500 manat olmaqla, 4 ay üçün 2.000 manat mühafizə haqqı nağd olaraq ödənilmiş dir. 5. "xxxx" ASCnin verdiyi 2022-ci il 19 sentyabr tarixli 22/02 nömrəli arayışından görünür ki, 2013-2021-ci illər ərzində DƏİS, DƏİBMMŞS və Daşınar əmlak sığorta növləri üzrə ümumi olaraq 11.450,51 manat sığorta haqqı ödənilmişdir. 6. "xxxx" MMC Cənub regional filialının Lənkəran şöbəsinin 2022-ci il 20 sentyabr tarixli 09/578 nömrəli məktubundan görünür ki, rabitə xidmətinə görə 2017-2022-ci illər üzrə ümumilikdə 4.676,60 manat ödəniş edilmişdir. Əvvəlki illər sistemə düşməsə də, 2013-2016-cı illər ərzində 2.400 manat rabitə xidmət haqqı ödənilmişdir.
7. X5 X9 İdarəsinin verdiyi 2022-ci il 20 sentyabr tarixli A-02/22 nömrəli arayışdan görünür ki, şadlıq sarayının yayım haqqı reklamının açıq məkanda yayımlanması üçün ümumilikdə 3.510,19 manat ödəniş edilmişdir.
8. Lənkəran şəhər İcra H akimiyyəti Osman Mirzəyev adına X17 Evinə yardım olaraq onun tərəfindən müxtəlif vaxtlarda və illərdə 7.392 manat dəyərində 616 kq ət göndərilmişdir, bu barədə rəsmi sənədlər əlavə edilir.
9. Şadlıq sarayına 2013-2022-ci illər ərzində salyarka-dizel yanacağına görə 32.000 manat; kömür alınmasına ildə 2.160 manat olmaqla 8 il ərzində 51.840 manat; un alınmasına ildə 6.840 manat olmaqla 7 il ərzində cəmi 47.880 manat, şar-fişənglərin alınmasına 9.600 manat; təmizlik vasitələrinin, yəni şampun, xlor və digər təmizlik vasitələrinin alınmasına ildə 3.000 manat olmaqla 8 il ərzində cəmi 24.000 manat; Sosial Müdafiə Fonduna 3.455 manat; 2013-cü ildən başlayaraq hər il 80-100, daha sonrakı illər üçün 140 manat olmaqla Ekologiya idarəsinə ümumilikdə 968 manat; 2019-cu ilin dekabr ayında saraya qoyu lmuş kassa aparatının xidmət haqqı olaraq hər ildə 144 manat olmaqla 3 il ərzində 432 manat; toy şənlikləri ilə əlaqədar tort üçün lazım olan ləvazimatların Bakı şəhərindən 2013-2022-ci illər ərzində gətirilməsinə 14.400 manat; Şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün həmin illər ərzində lampaların alınması və dəyişdirilməsi, yararsızların yeniləri ilə əvəz edilməsinə 6.000 manat; Bakı şəhərindən xarici istehsal olan bakalların alınması və sıradan çıxanların yerinə yenilərinin alınmasına 8.720 manat; xarici istehsal olan boşqabların Bakı şəhərindən alınması və sıradan çıxanların yeniləri ilə əvəz edilməsinə 10.270 manat; qazanların alınmasına 1.200 manat; şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün generatorun alınması və xidmət haqqı olaraq 14.300 ma nat; 2013-2022-ci illər ərzində alınmış 800.000 dəvətnamənin alınmasına sərf edilmiş 120.000 manat; məişət tullantılarının daşınmasına çəkilən kommunal xərcləri 700 manat; iddiaçının özünün razılığı ilə mərhum anası və atası xəstə olarkən onların dava dərmanlarına 12.000 manat; mərhum anasının Bakı şəhərində Mərkəzi Klinikada müalicəsinə 16.067 manat pul xərclənilmişdir.
10. Şadlıq sarayı və ümumilikdə kompleksdə işləyən işçilərə 2013-cü ildən 2022-ci il tarixədək ümumilikdə 425.350 manat əmək haqqı ödənilmişdir. Qeyd etdikləri çəkilən rəsmi xərclərdir. Aşağıdakı xərcləri isə çıxılan xərclərə hesablamasa da, böyük məbləğ təşkil etdiyindən həmin xərclər də nəzərə alınmalıdır.
1. Bacısı Sadiqəyə aylıq olaraq 500 manat; 2. bibisi Nənəxanıma ayda 250 manat; 3. mərhum anasına baxan tibb bacısın a aylıq olaraq 300 manat; 4. iddiaçı həbsxanada olarkən onun yanına gedibgəlməyə, çəkilən xərclər; 5. iddiaçı üçün Lənkəran rayonu, Gərmətük qəsəbəsində tikilmiş dəbdəbəli villanın tikilməsinə çəkilən xərclər; 6. şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılmasına çəkilən xərclər; 7. valideynlərinin müayinə, müalicə və həkimlərinə çəkilən xərclər; 8. valideynlərinin dərmanlarının alınmasına çəkilən xərclər İddiaçının evinin kommunal xərclərinə çəkilən xərclər; 9. hər iki valideynlərinin vəfat etmələrindən sonra dəfn, yas mərasimi və qəbirüstü daşlarına çəkilən xərclər. Ümumilikdə isə aşağıda qeyd etdiyi müəyyən digər xərcləri əlavə etməsə belə ümumi xərclər təqribən 1.076.891,86 manat təşkil edir ki, həmin xərclər onun tərəfindən çəkilmiş və iddiaçının həmin xərclərin heç birində köməkliyi olmamış, ümumiyyətlə şadlıq sarayının idarə edilməsində heç bir rolu olmamışdır. Qeyd edilən illər ərzində həmin kompleksi yalnız cavabdeh idarə etmiş, zəhmətini çəkmişdir. Hətta həmin şadlıq sarayı ilə əlaqədar Vergi idarəsi tərəfindən 10.000 manat, məhkəmə tərəfindən 10.000 manat cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdan çıxılmalıdır. İddiaçı bu xərclər və çıxarlara heç bir əhəmiyyət vermədən, onları hesablamadan tamamilə əsassız və heç bir sübuta söykənməyən hazırkı iddianı qaldırmışdır. Halbuki həmin xərclər hesablanarsa onun iddiaçıya deyil, iddiaçının ona borcu vardır. Pandemiyadan sonra müəyyən müddətdə məhdudiyyətlər olan dövrlərdə şadlıq sarayında olan toylarla əlaqədar qazancı aralarında bölsələr də, konkret olara q 2022-ci ilin may-iyun və iyul aylarındakı müddət ərzində şadlıq sarayında cəmi 43 toy şənliyi keçirilmiş, digər xərclər çıxıldıqdan sonra 99.150 manat ümumi qazanc əldə edilmişdir. 2022-ci ilin mart ayından sonra, yəni Şadlıq sarayı və kompleks hər ikisinin ümumipaylı mülkiyyətinə keçirildikdən sonra şərik olduğundan, iddiaçı həmin pulun yarısını ona verməli olduğu halda mart və aprel aylarını, eləcə də may ayının əvvəllərindəki toyların qazanclarını bölsələr də, may ayında olan 4 toyun, iyun və iyul aylarında olan 39 toyun, ümumilikdə isə 43 toyun pullarını bölməmişdir. Həmin müddət ərzində yalnız ona 10.000 manat vermiş, qalanını da sonradan verəcəyini desə də, verməmiş, cavabdeh həmin pulu ona geri qaytarmış və pulu dəqiq olaraq hesablayıb ona çatası 49.575 manat pulun verilməsini xah iş etmiş, lakin bu günə kimi həmin pul qaytarılmamışdır.
11. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 2023-cü il 31 mart tarixli auditor rəyinə əsasən, auditə təqdim edilmiş 2013-2022-ci illər üzrə “Əzizə” X11nin fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2.018.095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168.101 manat olmaqla cəmi 2.186.196 manat qalıq məbləğ (mənfəət) müəyyən edilir; “Əzizə” X11nin auditə təqdim edilmiş kitablarda qeyd edilənlərdən başqa digər gəlirləri aşağıdakı kimi olmuşdur: Bilyard zalı – 122.400 manat, Çayxana – 28.350 manat, Gözəllik salonu – 25.650 manat, Mağaza – 40.950 manat, cəmi – 217.350 manat. Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsində ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı” istiqamətləri X8 tərəfindən auditə verilmiş izahatında bildirmiş olduğu istiqamətlərlə eynilik təşkil etdiyindən aşağıdakı kimi müəyyən olunmuşdur: enerji haqqı – 87.184,50 manat, vergi – 105.247,46 manat, təbii qaz – 26.848,60 manat, mühafizə xidməti – 29.000 manat, telefon və internet haqqı – 7.076,60 manat, reklam haqqı – 3.510,19 manat, sığorta haqqı – 11.450,51 manat, cəmi – 270.317,86 manat. Cavabdehin qarşılıqlı iddia ərizəsində göstərdiyi digər xərc istiqamətləri üzrə təsdiqedici sənədlər mövcud olmadığından dəqiqləşdirmələr aparmaq mümkün olmamışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində göstəril miş kömür, tort kimi xərclər təqdim olunmuş dəftərxana kitablarında artıq qeyd edildiyindən ikinci dəfə hansı səbəbdən qeyd edilməsini cavabdehin auditə dəvət olunmağına baxmayaraq iştirak etməməsi səbəbindən dəqiqləşdirmək mümkün olmamışdır. İşin obyektivliyi üçün Cavabdeh bir neçə dəfə telefon vasitəsilə və teleqram vurularaq auditə dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. X isə Qazaxıstanda yaşadığından auditə dəvət edilə bilinməmişdir.
12. Bu rəy iddiaçının müraciəti üzrə “Əzizə” X11nin fəaliyyətinin faktiki uçot məlumatları kimi təqdim olunmuş göy rəngli dəftərxana kitabları və cavabdehin qarşılıqlı iddia ərizəsi əsasında hazırlanmışdır. Həmin dəftərlərdə əks olunmuş məlumatların düzgünlüyünü müəyyən etmək üçün “Əzizə” X11ndə 2013-2022-ci illər ərzində administrator işləməklə u çot işləri ilə məşğul olmuş X1 izahat alınmışdır. Müslüm Qasımovun öz izahatında qeyd etmişdir ki, “Əzizə” X11 2013-cü ilin əvvəlində tikilib və 2013-cü ilin mart ayından fəaliyyət göstərməyə başlamışdır. Kompleksin tikintisi Eldar və Telman qardaşları tərəfindən maliyyələşdirilmiş, onların digər qardaşı olan Elman isə tikinti işlərinin icrasına nəzarət etmişdir. Tikinti başa çatdıqdan sonra Eldar və Telman ölkə xaricində olduğundan Elman fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, VÖEN almış və “Əzizə” X11nin idarəçiliyi ilə məşğul olmuşdur. 2013-2022-ci illər ərzində “Əzizə” X11ndə uçot sadəcə keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərə ödənilən (moyka, qab yuma və s.) pulları və həmin tədbirl ərdən qalan xalis məbləği Elmana verməklə bağlı qeydlərdən ibarət olmuşdur. Həmin uçot məlumatları hər hansı proqramda və ya başqa formada aparılmamış, yalnız göy rəngli papkalarda qeyd edilmiş və uçotun bu qaydada, yəni papkalarda əlyazma ilə aparılması ortaqlar tərəfindən ümumi qəbul edilmişdir. Təqdim edilmiş dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri Şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, musiqiçi, foto, dəvətnamə, pover, çörək, blinçik, şampun və s.) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Belə ki, şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tut ulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə auditə təqdim edilmiş dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. Bundan başqa, 2013-2022-ci illər ərzində auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, komplekdə şadlıq sarayı ilə yanaşı, bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. Bilyard zalından 1 il üzrə alınan vəsaitlər təqdim edilmiş kitablarda qeyd edilmiş, digər illər üzrə bilyard zalı təqribən 2013-2017-ci illərdə aylıq 1.200 manata, 2018-ci ildən başlayaraq təqribən ***-**** manata, çayxana 2013-2019-cu illərdə pandemiyaya qədər təqribən 300400 manata, mağaza 300-400 manata, gözəllik salonu əvvəl 400-500 manata icarəyə verilmişdir, sonradan isə Elmanın həyat yoldaşı işlətmişdir. Yoldaşı işlədən dövrdə məbləği nə qədər olduğunu bildirmədiyindən bu hesablamada nəzərə alınmamışdır. Təqdim edilmiş kitablarda qeyd edilməyən və Elman tərəfindən ödənilən xərclərə enerji haqqı, vergiyə ödənilən pullar, təbii qaza ödənilən məbləğ, 1 nəfər mühafizə xidmətinə ödənilən məbləğ, telefon və internetə ödənilən pul, reklam ilə bağlı ödənilən pullar daxildir.
13. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 982.563,57 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin auditor rəyi ilə müəyyən edil ir ki, cavabdeh 2.018.095 manat mənfəəti iddiaçı ilə bölmədən götürmüşdür. Bundan əlavə, digər gəlirlərdən cavabdeh 217.350 manat məbləğində xidmət haqlarını iddiaçı ilə bölməmişdir. Auditor rəyinə görə qeyd olunan illər üzrə 270.317,86 manat məbləğində xərclər olmuşdur. Beləliklə, iddiaçı ilə bölgüyə təqdim etmədiyi vəsait (gəlir) 1.965.127,14 (2.018.095+217.350-270.317,86=1.965.127,14) manat təşkil edir. Həmin 1.965.127,14 manat mənfəətin 1\2 hissəsi, yəni 982.563,57 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməli olduğu halda cavabdeh bunu etməmişdir.
14. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 13 aprel tarixli 2-2(121)-166/2023 nömrəli qətnaməsi ilə hər iki iddia təmin edilmişdir (hakim - N.Misirzadə).
15. Məhkəmə araşdırması zamanı işin həqiqi halları, tərəflərin izaha tları, şahid ifadələri, auditor rəyi və işin digər sənədləri ilə müəyyən olunmuşdur ki, iddiaçı (Eldar) ilə qardaşı Telman şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçı ilə qardaşı Telman arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasında yazılı razılaşma olmamışdır. Hər ikisi xarici ölkənin vətəndaşları olduqlarından aldıqları Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsini digər qardaşları, iş üzrə cavabdehin (Elman) adına rəsmiləşdirmişlər. Şərikli (ortaq) fəaliyyətin həyata keçirilməsi üçün həmin torpaq sahəsi üzərində 2.825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası onların vəsaiti hesabına inşa edilmişdir. Qeyd edilən qeyri-yaşayış binası 2013-cü ilin mart ayından ** kimi fəaliyyət göstərməyə başlamışdır. 2013-cü ildən 2022-ci ilə kimi şadlıq sarayının fəaliyyətinə faktiki rəhbərliyi qardaşı Telmanın nümayəndəsi qismində cavabdeh həyata keçirmiş, həmin dövr ərzində şadlıq sarayının qazancını bölüşdürüb, Telmana və iddiaçıya vermişdir (iddiaçıya yalnız 168.101 manat məbləğində pul vəsaiti vermişdir).
16. Bundan başqa məhkəmə araşdırması zamanı 2013-2022-ci illər üzrə şadlıq sarayının fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2.018.095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168.101 manat olmaqla cəmi 2.186.196 manat qalıq məbləğin (mənfəətin), həmçinin 217.350 manat digər gəlirlərin olması müəyyən edi lmişdir. Eyni zamanda, cavabdeh tərəfindən ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı və sığorta haqqı”nın 270.317,86 manat məbləğində olması, bununla da, cavabdehin iddiaçı ilə bölgüyə təqdim etmədiyi vəsaitin (gəlirin) 1.965.127,14 (2.018.095+217.350-270.317,86=1.965.127,14) manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin 1.965.127,14 manat mənfəətin 1/2 hissəsi, yəni 982.563,57 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməli olduğu halda ödənilməmişdir.
17. Göründüyü kimi, iddiaçı şərikli (ortaq) fəaliyyət göstərməsinə dair cavabdehlə deyil, digər qardaşı Telmanla razılığa gəlmiş, lakin iddiaçı ilə cavabdeh arasında 2013-2022-ci illər ərzində şərikli (ortaq) fəaliyyət haqqında hər hansı bir (nə yaz ılı, nə də şifahi) razılaşma olmamışdır. Belə olan halda, cavabdehin şadlıq sarayının qazancından əldə edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, bu hallar iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair Lənkəran şəhər-rayon Polis Şöbəsinin 2022-ci il 17 sentyabr tarixli qərarında da öz əksini tapmışdır.
18. Həmin qərarda olan cavabdehin izahatından da aydın olur ki,... “Əzizə” şadlıq evini Eldarın və Telmanın göndərdiyi pulla tikdirmiş, 2013-cü il ərzində şadlıq evinin qazancını Eldar və Telmana bölüşdürüb vermişdir. 2013-cü ilin dekabr ayında Eldar üzərində narkotik vasitə gəzdirdiyi üçün Qazaxıstan Respublikasında tutulmuş və 3 il həbsxanada cəza çəkmişdir. O, həmin ərəfələrdə şadlıq evinin qazancından ona verə bilmə mişdir. Amma həmin şadlıq evinin tikintisi üçün Eldar da Telmana pul vermişdir. Telman və Eldar onun qardaşları olduğu üçün, o, tikinti barəsində hər hansı bir hesabat aparmamış və bu barədə Telman və Eldar ondan hesabat istəməmişlər. Qardaşı Telmanın payını həmişə onun razılığı ilə özündə saxlamış və həmin puldan özü üçün xərcləmiş, Telmana pul lazım olanda yerdə qalan pulu ona göndərmişdir. Eldar və Telman şadlıq evinin tikintisinə bir yerdə xərc çəkmişlər. Eldara 2017-ci il tarixdən 2021-ci il tarixədək ayrı-ayrı vaxtlarda şadlıq evinin qazancı adı ilə cəmi 160.000 manat deyil, çox pul vermişdir. Həmçinin şadlıq evinin maşını köhnəldiyi üçün 6.000 manata satmışlar. Həmin pulu qardaş malı kimi aralarında bölmüşlər.
19. Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərarla məhkəmənin müəyyən etdiyi yuxarıda sadalanan hallar və cavabdehin bunları etiraf etməsi müəyyən olunmuşdur. Bu hal cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Bu hal məhkəmə üçün məcburidir və yenidən sübut edilməməlidir. Beləliklə, cavabdehin şadlıq sarayının qazancından iddiaçıya çatası payı ona verməməsi isə iş materialları ilə tam şəkildə təsdiq olunduğundan, iddiaçı həmin pul vəsaitinin Telmandan deyil, məhz cavabdeh Elmandan alınaraq ona verilməsini tələb etməkdə haqlıdır.
20. Məhkəmə hesab etmişdir ki, cavabdeh şadlıq sarayının qazancından iddiaçıya çatası payı hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıya vermədiyindən, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Buna görə də, ilkin iddia tələbi təmin edilərək, göstərilən məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh şadlıq sarayının qazancından iddiaçıya çatası payı bölüşdürərək verdiyini göstərsə də, buna dair hər hansı (168.101 manat istisna olmaqla) sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, şadlıq sarayının qazancından iddiaçıya çatası payı bölüşdürərək (168.101 manat istisna olmaqla) verilməsini sübuta yetirmək vəzifəsi cavabdehə keçmişdir. Cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı 2013-cü ildən 2022-ci ilə kimi olan dövr ərzində cavabdeh tərəfindən şadlıq sarayına çəkilmiş xərcləri təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
21. Göstərilənlər isə ona dəlalət etmişdir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə ilkin iddiaya etiraz etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin öz adından Lənkəran şəhər İcra Hakimiyyəti Osman Mirzəyev adına X17 Evinə ianələr etməsini şadlıq sarayının fəaliyyəti ilə çəkilən xərc kimi göstərmişdir. Digər tərəfdən, dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, musiqiçi, foto, dəvətnamə, pover, çörək, blinçik, şampun və s.) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Bildirmişdir ki, şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tutulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə də, dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. Bundan başqa, 2013-2022-ci illər ərzində şadlıq sarayı üzrə kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, kompleksdə şadlıq sarayı ilə yanaşı, kompleksin tərkibində bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. Kömür və tort kimi xərclər də dəftərxana kitablarında qeyd edilmişdir. Sadalanan xüsusatlara əsasən, cavabdehin ilkin iddiaya qarşı etirazının dəlilləri əsassızdır.
22. Məhkəmə, eyni zamanda iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq qeyd etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia tələbi iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş, qarşılıqlı iddia ərizəsində və ilkin iddiaya etirazında “hazırkı iş üzrə iddia müddətinin 3 il” olmasını bildirmişdir. Yəni məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etməmişdir. İlkin iddia tələbi isə əsassız varlanma ilə bağlı olmaqla, müqavilə tələbləri üzrə deyildir. Buna görə də, bu münasibətlərə müqavilə tələbləri üzrə olan 3 illik iddia müddəti şamil edilə bilməz. Odur ki, hazırki mübahisə üzrə əsassız varlanma ilə əlaqədar müdd ət şamil edilməlidir.
23. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş, cavabdeh qarşılıqlı iddiada və ilkin iddiaya etirazda bu halı sadəcə göstərmişdir. Halbuki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən, ilkin iddia iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz.
24. Digər tərəfdən, cavabdehin Lənkəran şəhər-rayon Polis şöbəsinin 2022-ci il 17 sentyabr tarixli qərarında olan izahatından görünür ki, yuxarıda sadalanan halları etiraf etmişdir. Cavabdeh borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş və iddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti iddiaçı tərəfinən ötürülməmişdir.
25. Məhkəmə qarşılıqlı iddianı araşdıraraq hesab etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbinin əsası kimi istinad etdiyi hallar iddiaçı tərəfindən etiraf edildiyindən cavabdeh həmin faktları sübut etmək vəzifəsindən azad olmuşdur. Ona görə də qarşılıqlı iddia təmin olunmalıdır.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6.2, 11.1, 11.2, 64.1, 64.2, 69.1, 373.2, 375.2, 380.1, 380.2, 386.1, 1091, 1092.1, 1093, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 15 iyul tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.4, 88, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddiaçıya aid hissəsinin ləğv edilməsi, ilkin iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəm əsindəki icraat
28. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(106)-72/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər C.İmanov və T.Kərimov).
29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, işin apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və 2013-2021-ci illərdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binasından (**, çörək sexi, mağaza, çay evi, bilyard yeri, dərzi kimi xidməti, ticarət obyektləri və s.) əldə edilmiş gəlirlərin işdə olan göy rəngli qovluqlar və digər sübutlar əsasında (hər bir sübut növü üzrə ayrı-ayrılıqda öz əksini tapmaqla) hər ay üzrə məbləğlər (ümumi qazanc (və ya gəlir), daha sonra xərclər çıxıldıqdan sonra qalan xalis mənfəət) göstərilməklə nə qədər təşkil etməsi barədə sual, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi barədə göstəriş qoyulsa da, ekspert rəyinin alınması mümkün olmamışdır. Bu baxımdan tələb üzrə məbləğlərin başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür. Məhz buna görə də, birinci instansiya məhkəməsində təqdim edilmiş və işdə olan sübutlar əsasında müvafiq qərarın qəbul edilməsi qanuni və əsaslı hesab edilməlidir.
30. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakterli olmaqla, eyni tərəfin əvvəlki məhkəmə iclaslarında, habelə polis orqanında verdiyi və digər izahatları ilə ziddiyyətli məqamlarla dolu olmuşdur. Tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki mötəbər sübutlarla təsdiqini tapır və bu, işin mübahisəsiz halıdır.
31. Bununla yanaşı, prosessual qanunvericiliyin tələblərinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə cavabdeh və onun vəkili tərəf indən apellyasiya instansiya məhkəməsinə sübut qismində nəzərə alınması məqsədi ilə təqdim edilmiş aktlar və s. isə birinci instansiya məhkəməsində iştiraklar etmələrinə baxmayaraq, işin məhkəmədə baxılmağa hazırlanmasının yekunlaşmasına qədər təqdim edilməmişdir.
32. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin iddiaçıya aid hissəsinin (982.563,57 manat məbləğində pul vəsaiti və 1.272,56 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində) ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinin və “İnsan hüquqlarının və əsas azadl ıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış, nəticədə cavabdehin işin ədalətli və açıq məhkəmə araşdırması hüququnun pozuntusuna yol verilmişdir. İşə baxılan zaman məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş və həqiqəti əks etdirməyən audit rəyinə əsaslanmış, cavabdeh tərəfindən müəssisənin həmin illər ərzində cari xərclərinə dair məhkəməyə təqdim edilmiş xərclərlə bağlı sənədlər isə nə audit tərəfindən qiymətləndirilmiş, nə də məhkəmə həmin sübutlara istinad etmiş, onlara hüquqi qiymət verməmişdir. Yalnız iddiaçı və cavabdehin məhkəmələrdə, eləcə də Lənkəran ŞRPŞ-də verdikləri izahat və ifadələri qətnaməyə olduğ u kimi köçürülmüş, məhkəmə tərəfindən heç bir hüquqi əsaslandırma aparılmamışdır.
34. İddiaçının müraciət etdiyi auditor birtərəfli mövqe nümayiş etdirmiş, həmin rəydə yalnız 7 ədəd göy rəngli kitablara və tərəflərin kürəkənləri olan Müslüm Qasımovun həqiqəti əks etdirməyən izahatına istinad olunmuşdur. Cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı 7 nəfərin, eləcə də təsisçi TCavabdeh notarial qaydada təsdiq edilmiş izahatları, 2023-cü il 25 iyun tarixli audit rəyi və digər sənədlər təqdim edilmiş, lakin həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir. Auditor tərəfindən iddiaçının yalnız 2022-ci ilin mart ayından sonrakı dövrlər üçün fəaliyyəti yoxlanılmalı olduğu halda, cavabdehin tək mülkiyyətçisi olduğu 2013-2022-ci illər üzrə yoxlama aparılmışdır. Göründüyü kimi, aud itor yalnız birtərəfli qaydada iddiaçının göstərişlərinə və qeyri-obyektiv mövqedə olan yalnız bir şəxsin-Müslüm Qasımovun ifadəsinə əsaslanaraq qanunsuz, əsassız və həqiqəti əks etdirməyən bir rəy vermişdir.
35. MPM-in 9.1, 14.1, 14.2, 19.3, 88, 217, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur apellyasiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli araşdırmamaqla, işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, şadlıq sarayı və 0,56 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə 2013-cü ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Yalnız 2022-ci ilin mart ayından sonra sözügedən əmlak kompleksi kimi müəssisə üzərində tərəflərin- cavabdeh və iddiaçının ½ hissə olmaqla payları müəyyən edilmişdir. Lakin iş m ateriallarından da göründüyü kimi, sözügedən şadlıq sarayı və əmlak kompleksi kimi müəsssisə 2022-ci ilin mart ayına kimi tam olaraq cavabdehin xüsusi mülkiyyətində olmuş, yalnız 2022-ci ilin mart ayından sonra müvafiq bağışlama müqaviləsi əsasında əmlakın ½ hissəsi üzərində iddiaçı pay hüququ əldə etmişdir. Belə olduğu təqdirdə, iddiaçının əmlak kompleksi kimi müəssisənin ½ hissəsi onun mülkiyyətinə keçən dövrə qədər, yəni 2022-ci ilin mart ayına kimi əldə edilən gəlirdən pul tələb etmək hüququ olmamışdır. Lakin hansı hüquqi əsasa görə apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə birinci instansiya məhkəməsində məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş faktiki hallara əsaslı münasibət bildirilmədiyi, bununla yanaşı həmin sübutlara hüquqi qiymət verilmədiyi m üəyyən deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
37. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbi q edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya la zımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabı na əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir....” Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....” “Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.”
40. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdı r. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üç ün əsasdır....” Kassasiya instansiyasl məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisə olunmayan hallarına əsasən, Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsində yerləşən 2.825,5 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi İddiaçıla üçüncü şəxs Xun vəsaiti hesabına, Cavabdeh tərəfindən tikdirilmiş, sonuncunun adına mülkiyyət hüquqları ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin qeyri-yaşayış sahəsi 2013-cü ilin mart ayından ** kimi fəaliyyət göstərməyə başlamış, 2013-cü i ldən 2022-ci ilə kimi şadlıq sarayının fəaliyyətinə rəhbərliyi (idarəçiliyi) Cavabdeh həyata keçirmişdir. Sonradan birgə fəaliyyətdən əldə edilmiş gəlirin bölüşdürülməsi ilə bağlı tərəflərin arasında mübahisə yarandığından, 2022-ci ilin martında qeyri-yaşayış sahəsi ½ pay hüququ ilə Cavabdehla İddiaçı arasında bölünmüşdür. 2022-ci ilin may ayından etibarən şadlıq sarayının və kompleksin tərkibindəki digər qeyri-yaşayış sahələrinin idarəçiliyi İddiaçı tərəfindən həyata keçirilir.
43. Hazırda iddiaçı 2013-2021-ci illər ərzində birgə fəaliyyətdən əldə edilmiş 2.172.016 manat gəlirdən cavabdeh tərəfindən ona yalnız 160.000 manat ödənildiyini bildirərək, iddia olunan 982.563,57 manat məbləğində pulun ödənilməsini tələb edir. Eyni zamanda cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət etmiş həmin tələbin təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi işin sonrakı mərhələlərdə mübahisələndirilməmişdir (bax yuxarıda bu qərarın 9,14 və 27-ci bəndləri).
44. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi ilk iddianı təmin edərkən ona əsaslanmışlar ki, İddiaçı şərikli fəaliyyət göstərməsinə dair Cavabdehla deyil, digər qardaşı Xla razılığa gəlmiş, lakin iddiaçı ilə cavabdeh arasında 2013-2022-ci illər ərzində şərikli fəaliyyət haqqında hər hansı (nə yazılı, nə də şifahi) razılaşma olmamışdır. Belə olan halda, cavabdeh şadlıq sarayının qazancından əldə edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmadan iddiaçıya çatası payı ona vermədiyindən, bununla da əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haql ıdır.
45. Göründüyü kimi, məhkəmələr tərəflər arasındakı hazırki mübahisəyə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarını tətbiq etmişlər.
46. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmır və aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
47. Əvvəla, iddia tələbinin əsassız varlanmaya söykənməsi barədə mövqe ilə bağlı qeyd olunmalıdır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilm əmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (bax- §39).
48. Göründüyü kimi, əsassız varlanma üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: cavabdehin əmlak əldə etməsi, bunu iddiaçının əmlakı hesabına əldə edilməsi, əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması. Qeyd olunan şərtlərdən birinin aşkar edilməməsi əsassız varlanma halını istisna edir.
49. Baxılan işin yuxarıda qeyd olunan, məhkəmələr tərəfindən müəyyən edilmiş, mübahisəsiz hallarından da göründüyü kimi, qardaşlardan İddiaçıla üçüncü şəxs X arasında birgə fəaliyyət haqqında razılaşmaya əsasən, müvafiq qeyri yaşayış sahəsinə idarəçiliyin həyata keçirilməsi edilməsi, o cümlədən gəlirlərin bölüşdürülm əsi digər qardaşları Cavabdeh tapşırılmışdır. Belə olan halda, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən iddiaçının cavabdehə qarşı hazırkı pul tələbinin müqavilə əsası kimi MM-nin tapşırıq müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normaları nəzərdən keçirilməli idi.
50. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir MM-in 777.1 və 777.2-ci maddələri).
51. Lakin işə baxmış məhkəmələr, mübahisəli hüquq münasibəti üzrə müəyyən edilən hallar ın MM-nin əsassız varlanmanın anlayışına dair 1091-ci maddəsi ilə müəyyən edilən dispozisiya şərtlərinə uyğun olmadığına düzgün hüquqi qiymət verməmiş, bununla da maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər.
52. Nəzərə alınmalıdır ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehi n etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
53. Cavabdehin kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair əsas dəlili ondan ibarətdir ki, apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.
54. Qeyd olunmalıdır ki, cavabdeh həm iddia tələbinə qarşı etirazında(İ cild i.v 129), həm də apellyasiya şikayətində baxılan mübahisə üzrə mülki qanunvericiliklə iddia müddətinin 3 (üç) il olmasını göstərmiş, nəticə etibarı ilə iddianın digər əsaslarla yanaşı, həm də bu əsasa görə yekunda rədd xahiş etmişdir.
55. Birinci instansiya məhkəməsi cavabdehin bu dəlilinə münasibətdə göstərmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia tələbi id dia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş, cavabdeh qarşılıqlı iddiada və ilkin iddiaya etirazda bu halı sadəcə göstərmişdir. Halbuki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən, ilkin iddia iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz.
56. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini olduğu kimi qətnaməsində təkrarlamışdır.
57. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşmır və qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir (bax yuxarıda bu qərarın 39-cu bəndi).
58. Nəzərə alınmalıdır ki, iddia müddətinin cavabdehin iddiadan müdafiə vasitəsi olmaqla kreditorun mövcud olan tələbinin təmin olunmasının qarşısını alır, borclu isə bu hüquqdan istifadə etməklə öz öhdəliyini yerinə yetirməkdən daimi və ya müvəqqəti olaraq boyun qaçırmaq imkanı əldə edir. Yəni iddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaq la, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun.
59. Göründüyü kimi, həmin müdafiə vasitəsindən istifadə etmək səlahiyyəti hüquq sahibinə-cavabdehə məxsusdur və o, hətta öz hüququndan təktərəfli iradə bəyanı ilə imtina da edə bilər. Bu halda məhkəmə həmin vasitəni özü nəzərə almağa və tətbiq etməyə haqlı deyil.
60. Qeyd olunanlar onu deməyə əsas verir ki, qanunverici məhkəmə tərəfindən iddia müddətinin tətbiqinin yalnız cavabdehin verdiyi ərizə əsasında mümkün olduğunu qeyd etməklə, cavabdehin bununla bağlı yazılı şəkildə ifadə edilmiş iradə ifadəsi olmadan iddia müddətini tətbiq etməklə kreditorların tələblərini məhkəmə qaydasında müdafiə etmək imkanından məhrumunun edilməsinin qarşısını almağa xidmət edir.
61. Başqa sözlə, burada əsas məsələ cavabdehin iddia müddətinin tətbiqinə dair iradəsinin yazılı şəkildə ifadə edilməsindən ibarətdir. Maddənin məzmunda bununla bağlı ərizə verilməsinin nəzərdə tutulması da, əslində iradə ifadəsinin yazılı olmasına işarədir. Əks yanaşma, yəni cavabdehin iddia müddətinin tətbiqi barədə ayrıca ərizə vermədiyi, lakin təqdim etdiyi digər prosessual sənədlərdə (etiraz, yazılı izahat, qarşılıqlı iddia ərizəsi, apellyasiya şikayəti və s.) bu barədə iradəsini ifadə etdiyi halda, hazırkı işdə olduğu kimi məhkəmələrin ayrıca ərizə verilməməsi əsası ilə, iddia müddətini nəzərə almamaları (yoxlamamaları) maddənin mə zmununa olduqca hərfi yanaşma olmaqla, qanunvericinin məqsədinə və cavabdehin iddiadan müdafiə olunmaq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olardı.
62. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
63. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən işin yeni apellyasiya baxışı zamanı, cavabdehin iddia müddəti ilə bağlı apel lyasiya şikayətində irəli sürdüyü dəlilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hüquqi qiymət verilməlidir (İİ cild i.v. 510).
64. Məhkəmə kollegiyası həmçinin qeyd edilməsini zəruri hesab edir ki, baxılan iş üzrə apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi, sübutların qiymətləndirilməsi ilə bağlı tələbləri də pozulmuşdur.
65. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işd ə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
66. Tərəflər arasındakı hazırkı mübahisənin düzgün hüquqi həlli baxımından müəyyən edilməli olan əsas hallar-mübahisəli dövr ərzində (2013-2021-ci illər) birgə fəaliyyətdən əldə edilmiş gəlirin və xərclərin həcmi, xərclər çıxıldıqdan sonra qalan xalis mənfəətdən iddiaçıya düşən hissənin cavabdeh tərəfindən ona verilib-verilmədiyi (pul və ya cavabdehin bildirdiyi hər hansı digər formada) ilə bağlıdır. Nəzərə alınmalıdır ki, “.....iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hü ququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
67. İddiaçı iddia etdiyi pul tələbini əsaslandırmaq üçün işə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı tərəfindən “Əzizə” X11nin fəaliyyəti ilə bağlı «göy rəngli qeydiyyat kitabları», mübahisəli illər ərzində şaqlıq sarayında administrator işləmiş, tərəflərin bacısının əri X2 izahatı, habelə həmin «kitablar» və Müslüm Qasımovun izahatı əsasında iddiaçının sifarişi ilə aparılmış auditor rəyi təqdim edilmişdir.
68. Cavabdeh isə ilk iddiaya qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən bu illər ərzində əldə edilmiş gəlir hesablanarkən etirazın mətnində sadalanmış xərcləri apardığını, o cümlədən iddiaçının Lənkərandakı evinin tikintisini başa çatdırdığını, evin kommunal xərclərini ödədiyini, bacısına, bibisinə, mərhum anasına baxan tibb bacısına aylıq məvacib verdiyini, valideynlərinin müayinə və müalicəsinə, onların dəfn, yas mərasimi və qəbirüstü daşlarına xərclədiyini, uşaq evlərinə mütəmadi inaələr etdiyini, şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılmasına və s. xərclədiyini, qardaş olduqlarından aralarındakı etimada güvənib bu xərcləri rəsmiləşdirməyə ehtiyac görmədiyini bildirmişdir.
69. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş, sözügedən auditor rəyində müəyyən edilmiş mənfəət məbləği ilə razılaşsa da, həmin rəyin, həmçinin rəyin verilməsi zamanı əsas götürülmüş «göy rəngli» qeydlərdən ibarət kitabların sübutu əhəmiyyəti ilə bağlı hər hansı qiymətləndirmə aparmamış, bununla da MPM-nin sübutların qiymətləndirilməsinə dair 88-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
70. Qeyd olunmalıdır ki, işin materiallarına əlavə edilmiş, sözügedən «göy rəngli» qeydlərdən ibarət «qara mühasibatlıq» kitablarına nəzər yetirdikdə müəyyən olunur ki, həmin kitablarda müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, bu məlumatlar konkret dövr üzrə real xərclər nəzərə alınmaqla, «Əzizə» Şadlıq Sarayının fəaliyyətindən əldə edilən xalis mənfəətinin məbləği barədə birmənalı nəticəyə gəlməyə imkan vermir.
71. Məhkəmə həmin rəy üzrə nəticəyə gələrkən həmçinin nəzərə almamışdır ki, cavabdehin qardaş olaraq iddiaçı ilə bağlı xərclərinə, həmçinin ailə üzvlərinin xərcləri ilə bağlı bildirdiyi mövqeyə (xüsusilə valideynləri ilə bağlı, iddiaçıya aid evin ti kintisi ilə bağlı) qarşı məhkəmə araşdırması gedişində, həmin xərclərin ümumiyyətlə çəkilməməsi ilə bağlı iddiaçı tərəfindən də hər hansı etiraz təqdim olunmamış, başqa sözlə, həmin xərclərin çəkilməsi inkar da olunmamışdır. Bundan əlavə, iş üzrə üçüncü şəxs T.Məmmədov tərəfindən verilmiş izahatda göstərilmişdir ki, Lənkəran rayonu Gərmətük kəndində yerləşən əmlak kompleksinin iki sahibindən biridir. Kompleks rəsmi olaraq qardaşı Cavabdeh adına sənədləşdirilmiş, ona həmin kompleksin idarəedilməsi həvalə edilmişdir. Əmlak kompleksinin fəaliyyətinin nəticəsində yaranan sərbəst vəsaitdən razılaşdırılmış xərclər aparıldıqdan sonra yerdə qalan məbləğ tam olaraq qardaşlar X4 və X3 ödənilmiş, Cavabdeh hər hansı vəsait qalmamışdır.
72. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia olunan pul tələbinə yalnız bir tərəfin təqdim etdiyi, «Əzizə» Şadlıq Sarayının fəaliyyətinə dair qeydlərdən ibarət «qara mühasibatlıq» sənədlərinə əsasən verilmiş audit rəyi ilə qiymət verilməklə, işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuş, iş üzrə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
73. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququn un məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
74. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı mülki prosessual qanunvericiliyin istinad olunan tələblərini nəzərə alaraq hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqi məsələləri məhkəmə kollegiyasının yuxarıda qeyd olunan mövqeyi nəzə rə alınmaqla müzakirə edilməli, iddia müddəti keçməyən dövr üzrə iddia tələbinə “əsaslı şübhələr yaratmayan” sübutlar əsasında yenidən qiymət verilməli, iş üzrə qəbul edilmiş qətnamə MPM-nin 217.3-cü maddəsinin məzmununa uyğun olaraq əsaslandırılmalıdır.
75. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
76. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 22 dekabr tarixli 2-2(106)-72 /2023 saylı qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər K.N.Abiyeva B.M.Məmmədli E.R.Vəliyeva