Məhkəmə qərarları › İş №2-2(102)-227/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-227/2023

03.05.2023 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab e
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-227/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi İddiaçı “müflis elan olunma və əmlak inzibatçısının təyin edilməsi” barədə ərizəsi üzrə QƏRARİ Açar sözlər: müflis elan olunma və əmlak inzibatçısının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və X6 ibarət tərkibdə, Ərizəçi İddiaçı “müflis elan olunma və əmlak inzibatçısının təyin edilməsi” barədə ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-1104/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ

1. Cavabdeh ASC və İddiaçı MMC arasında imzalanmış 2014-cü il 15 dekabr tarixli 093/1 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 ay müddətinə qaytarmaq şərtilə 2.000.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Cavabdeh ASC və İddiaçı MMC arasında imzalanmış 2015-ci il 15 aprel tarixli 093/13/1 nömrəli kredit müqaviləsinə əsasən bu müqavilə üzrə bank borcalana 84 ay müddətinə qaytarmaq şərtilə 2.000.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilə də göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

3. Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X11 “ipoteka qoyan” olmaqla imzalanmış 2015-ci il 10 aprel tarixli ipoteka müqaviləsinə əsasən X7 məxsus mənzil 2014-cü il 15 dekabr tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X4 “ipoteka qoyan” olmaqla imzalanmış 2015-ci il 11 dekabr tarixli ipoteka müqaviləsinə əsasən X2 məxsus fərdi yaşayış evi 2014-cü il 15 dekabr tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, X4 “ipoteka qoyan” olmaqla imzalanmış 2015-ci il 24 iyun ipoteka müqaviləsinə əsasən X2 məxsus fərdi yaşayış evi 2014-cü il 15 dekabr tarixli kredit müqaviləsi üzrə, Cavabdeh ASC “ipoteka saxlayan”, İddiaçı MMC “borcalan”, İddiaçı MMC “ipoteka qoyan” olmaqla imzalanmış 2015-ci il 10 aprel tarixli 093/13/02 nömrəli ipoteka müqaviləsinə əsasən 2014-cü il 15 dekabr tarixli 093/1 nömrəli kredit müqaviləsi üzrə torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir.

4. İddiaçı MMC-nin direktoru X5 tərəfindən tərtib edilmiş 2022-ci il 16 mart tarixli qərarda İddiaçı MMC-nin müflis elan edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesinin həyata keçirilməsi və cəmiyyətin əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunması qərara alınmışdır.

5. Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 2022-ci il 31 mart tarixli **********266 nömr əli arayışda qeyd olunmuşdur ki, 2022-ci il 28 mart tarixinə 2014-cü il 15 dekabr tarixli 093/13 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin ümumilikdə 1.956.534,35 manat borcu, 2015-ci il 15 aprel tarixli 093/13/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı MMC-nin ümumilikdə 1.976.783,52 manat borcu qalmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi tərəfindən İddiaçı MMC-yə ünvanlanan 2022-ci il 22 aprel tarixli **********27 nömrəli məlumatda İddiaçı MMC-nin adına Abşeron rayonu, “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsinin icarə hüququ ilə qeydiyyatdan keçməsi və hazırda icarəsində olması qeyd olunmuş, əlavə olaraq İddiaçı MMC-nin adına respublika ərazisində mülkiyyət hüququna əsasən qeydiyy atdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi tərəfindən verilmiş 2022-ci il 4 aprel tarixli 37564-1222 nömrəli məlumatda İddiaçı MMC-nin adına nəqliyyat vasitəsinin olmaması qeyd olunmuşdur.

8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş məlumatda İddiaçı MMC-nin adına heç bir traktor və digər mexaniki nəqliyyat vasitələri qeydiyyatdan keçirilməmişdir. 9. "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 16 may tarixli auditor hesabatında qeyd olunmuşdur ki, İddiaçı MMC Cavabdeh ASC qarşısında 3.933.317,87 manat kredit öhdəliklərini icrasını müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Cari tarixə müəssisənin sahəsində 7,5 ha torpaq sahəsi var, mülkiyyət hüququna malik digər daşın maz əmlakı yoxdur. Müəssisənin cari tarixə aktivi, yəni əsas vəsaitləri, digər uzunmüddətli vəsait qoyuluşları, dövriyyə vəsaitləri və maliyyə aktivləri mövcud deyildir. Ona görə müəssisənin kreditor borclarını ödəmə qabiliyyəti yoxdur. Bu isə müəssisənin iflas prosesinə məruz qalmasıdır.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 2022-ci il 4 avqust tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş 364.37 manat borcu vardır. Cari tarixə icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsindəki icraat

11. İddiaçı (bundan sonra – “ərizəçi”) 2022-ci il 21 iyun tarixində ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müflis elan olunma və iflas prosesinin həyata keçirilməsi üçün hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin onun əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2011-ci il 6 aprel tarixində dövlət qeydiyyatına alınmışdır, təsisçisi X3r, nizamnamə kapitalı 10 manat təşkil etmişdir, filial və nümayəndəlikləri yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 2022-ci il 22 aprel tarixli **********27 saylı arayışınd an göründüyü kimi, ərizəçinin mülkiyyətində hər hansı daşınmaz əmlakı mövcüd deyil, yalnız icarə hüququ əsasında Abşeron rayonu “Quldar qış otlaq” ərazisində 7,5 ha torpaq sahəsi icarə hüququ əsasında adına qeydiyyatdan keçmişdir. Ərizəçinin maliyyə vəsaiti və fəaliyyəti olmadığından, həmin torpaq sahəsindən istifadə edilməmişdir. X8 Baş Dövlət Yol Polisi İdarəsinin 2022-ci il 4 aprel tarixli 37564-1222 saylı arayışından göründüyü kimi, ərizəçinin mülkiyyətində hər hansı nəqliyyat vasitəsi mövcüd deyildir. Ərizəyə əlavə olunan 2021-ci il üçün mühasibat balansından görünmüşdür ki, ərizəçi üzrə hesabat dövrünün sonuna əsas vəsaitlərin qalıq dəyəri mövcüd olmamışdır.

13. Ərizəçinin hazırki təsisçisi X1 2022-ci il 15 mart tarixli qərarından göründüyü kimi, cəmiyyət öz sahibkarlıq fəaliyyətini dayandırdığından, balansında yetərli əmlakı, təsərrüfat fəaliyyəti və əmlakı olmadığından, ödəmə qabiliyyəti olmadığından iddiaçının müflis elan edilməsi, iflas prosesinin həyata keçirilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır.

14. Ərizəçinin debitor və kreditor borclarının siyahısı: ərizəçinin debitor borcları (müəssisəyə ödənilməli olan) mövcüd deyildir. Ərizəçinin kreditor borcları: Hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 2014-cü il 15 dekabr tarixli 093/13 saylı kredit müqaviləsinə əsasən, ərizəçiyə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə 1.655.003,84 manat əsas, 301.530,51 manat faiz borcu olmaqla, ümumilikdə 1.956.534,35 manat icra edilməm iş öhdəliyi qalmışdır. Hazırda ləğv prosesində olan Cavabdeh ASC arasında bağlanmış 2015-ci il 15 aprel tarixli 093/13/1 saylı kredit müqaviləsinə əsasən, ərizəçiyə 84 ay müddətinə qaytarılmaq şərtilə 2.000.000 manat kreditlər verilmiş və həmin kredit müqaviləsi üzrə 1.658.806,60 manat əsas, 317.976,92 manat faiz borcu olmaqla, ümumilikdə 1.976.783,52 manat icra edilməmiş öhdəliyi qalmışdır. Hazırda ərizəçinin hər iki kredit müqaviləsi üzrə borc öhdəlikləri ümumilikdə 3.933.317,87 manat təşkil edir və həmin xüsusat ləğv prosesində olan cavabdehin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 2022-ci il 31 mart tarixli **********266 nömrəli arayışla təsdiq edilmişdir.

15. Beləliklə, borclu müəssisəyə qarşı tələblər aşağıdakilardır: Hazırda ərizəçinin hər iki kredit müqavi ləsi üzrə borc öhdəlikləri üzrə ümumilikdə 3.933.317,87 manat təşkil edən borc ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələb edilir. Həmin tələb 2 aydan artıq müddət ərzində borclu müəssisə tərəfindən yerinə yetirilə bilmir. Bütün bunlar iddiaçının “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq ödəmə qabiliyyətinin olmadığını təsdiq etmişdir.

16. Ərizənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 63.-ci; “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 11-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 38-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, “Mediasiya haqqında” Azərbaycan Respublika sı Qanununun 36.2-ci maddələrinə istinad edilmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli e-2-2(113)-3611/2022 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim – A.Əliyeva).

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbini onun mülkiyyətində daşınmaz əmlak, nəqliyyat vasitələri və s. olmaması eləcə də verilmiş audit rəyləri ilə əsaslandırmışdır. Ən son tarixə 2022-ci il 16 may tarixə verilmiş audit rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamışdır. MM-in 59.5-ci maddəsində hüquqi şəxsin əmlak dedikdə, yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri - əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyri-maddi aktivlər də daxil olmaqla) ibarət əmlak, debitor borcları da nəzərdə tutulur. Ona görə də borclunun mülkiyyətində nəqliyyat vasitəsinin və ya daşınmaz əmlakın olmaması eləcə də verilmiş audit rəyləri onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas deyildir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ərizəçinin müflis elan olunması üçün əsaslar yoxdur.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 59.5, 63.2-ci; “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 5, 10-cu; MPM-in 14.2, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Ərizəçi 2022-ci il 17 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilər ək, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-1104/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi öz kreditorları barədə məhkəməyə məlumat versə də, debitor borcları barədə siyahını, aktivləri, o cümlədən illik maliyyə hesabatlarını məhkəməyə təqdim etməmişdir.

23. Ərizəyə əlavə olunmuş 2022-ci il 16 may tarixinə verilmiş audit rəyində isə hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə ba ğlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamış, habelə auditor rəyinin tərtib olunması üçün əsas olan sənədlər əlavə edilməmişdir. Bu baxımdan, işdə olan sənədlər (2022-ci il 16 may tarixə verilmiş audit rəyi, kreditorların siyahısı və kredit borcu ilə bağlı cavabdeh tərəfindən verilmiş arayış) ərizənin məhkəmə tərəfindən ödəmə qabiliyyəti olmayan sayılması üçün kifayət deyildir.

24. Eyni zamanda, nəzərə alınmışdır ki, ərizəçi ilə Cavabdeh ASC arasında bağlanmış 2014-cü il 15 dekabr tarixli 093/13 saylı və 2015-ci il 15 aprel tarixli 093/13/1 saylı kredit müqavilələri ipoteka predmetləri ilə təmin edilmişdir. Belə ki, 2014-cü il 15 dekabr tari xli 093/13 saylı kredit müqaviləsinin təminatı olaraq 2015-ci il 10 aprel tarixli 093/13/02 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyətinə məxsus olan “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsi ipoteka saxlayan cavabdehin xeyrinə ipoteka ilə icarə hüququ yüklü edilmişdir. 25. 2014-cü il 15 dekabr tarixli 093/13 saylı və 2015-ci il 15 aprel tarixli 093/13/1 saylı kredit müqavilələrinin təminatı olaraq 2015-ci il 24 iyun tarixli 093/13/03 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Xaçmaz rayonu, Nabran kəndində mülkiyyətdə olan 0,08 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 87,2 kv.m yaşayış, 116,4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayan Cavabdeh ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, həmin kredit müqavilələri üzrə məhkəmə mübahisəsi başa çatmamış, ipoteka predmetləri qiymətləndirilməmiş, məhkəmə qətnaməsi qəbul edilməmiş və icra hərəkətləri aparılmamışdır.

26. Həmçinin MM-in 59.5-ci maddəsinin tələbləri baxımından hüquqi şəxsin əmlakı dedikdə yalnız mülkiyyətində olan əmlak deyil, bütün aktivləri (əsas vəsaitlər, digər uzunmüddətli vəsait qoyuluşundan, dövriyyə vəsaitindən və maliyyə aktivlərindən (qeyrimaddi aktivlər də daxil olmaqla) ibarət əmlak), debitor borclar da nəzərdə tutulur.

27. Ona görə də borclunun mülkiyyətində nəqliyyat vasitəsi və ya daşınmaz əmlakın olmaması onun ödəmə qabiliyyəti olmayan hüquqi şəxs hesab edilməsi üçün əsas ola bilməz. Bu baxımdan, ərizəçinin müflis elan olunması üçün əsaslar yoxdur və birinci instansiy a məhkəməsi də düzgün olaraq ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir.

28. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 59.5, 63.2-ci; “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 5, 11.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Həmin qətnamə 2022-ci il 23 dekabr tarixində proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.

30. Ərizəçi 2023-cü il 22 fevral tarixində kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri 31. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi üzrə - Auditor rəyi bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idar əetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Belə olan halda, iş materiallarına əlavə edilmiş 2022-ci il 16 may tarixli auditor hesabatının nəticə hissəsinə görə, iddiaçının kreditor borclarını ödəmə qabiliyyətində olmaması və müəssisənin iflas prosesinə məruz qalması birbaşa qeyd edilsə də, hər iki məhkəmə instansiyalarının qeyd olunan normanın tələblərini görməzlikdən gələrək, guya auditor rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalansa da, məhkəmə işləri barədə məlumatlar qeyd olunsa da, hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatların ətraflı şəkildə qeyd olunmaması, habelə auditor rəyinin tərtib olunması üçün əsas olan sənədlərin əlavə edilməməsi ilə bağlı dəlilləri əsassızdır. 3 2. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi qətnaməsində iddianin rədd edilməsini onunla əsaslandırmışdır ki: “Ən son tarixə 2022-ci il 16 may tarixə verilmiş audit rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar ətraflı şəkildə qeyd olunmamışdır.” Məhkəmə nəzərə almamışdır ki, qanunun həmin tələbi, bu halda 5-ci maddənin “b” bəndində nəzərdə tutulan məlumatlar, həmin məlumatlar mövcud olduğu təqdirdə verilməlidir. Mövcud olmayan məlumatlar barəsində hər hansı bir müfəssəl məlumatın verilməsinin istənilməsi özü-özlüyündə absurd tələbdir. d) kass asiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 2023-cü il 7 aprel tarixində kassasiya şikayətinə etiraz verərək ərizəçinin kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instanisya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

34. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən verilən kassasiya şikayətində qeyd olunmuşdur ki, “apellyasiya instansiya məhkəməsi qətnaməsində iddianin rədd edilməsini onunla əsaslandırmışdır ki: “Ən son 2022-ci il 16 may tarixində verilmiş audit rəyində hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı ümumi məlumatlar sadalanmış, məhkəmə işləri barədə məlumatlar qeyd olunmuş, lakin hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlir ləri haqqında məlumatlar atraflı şəkildə qeyd olunmamışdır". Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin məlumatlar mövcud olduğu təqdirdə verilməlidir. Mövcud olmayan məlumatlar barəsində hər hansı bir müfəssəl məlumatın verilməsinin istənilməsi özü-özlüyündə absurd tələbdir".

35. Apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamədə həmçinin “auditor rəyinin tərtib olunması üçün əsas olan sənədlərin əlavə edilməməsi" qeyd olunmuşdur. Belə ki, ərizəçi məhkəməyə etdiyi müraciətində auditor rəyinin tərtib olunması üçün əsas olan sənədləri tam və əhatəli formada toplayıb əlavə etməli olduğu halda bunu etməmişdir. Yəni tələb olunan sənədlərdən hüquqi şəxsin debitor borcları, aktivləri, digər gəlirləri haqqında məlumatlar əlavə olunmadığına görə ərizəçinin tələbi düzgün forma laşdırılmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən ərizənin təmin olunmaması qanuni və əsaslıdır.

36. Həmçinin ərizəçi kassasiya şikayətində bir sıra maddi və prosessual hüquq normalarının apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmasını qeyd etmişdir. Lakin kassasiya şikayətinin mahiyyətindən də görünmüşdür ki, qeyd olunan dəlillər ərizəçinin şəxsi fikirləridir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. İş materiallarında olan sübutlardan və qanunvericiliyin tələbindən aydın olmuşdur ki, ərizəçinin kassasiya şikayətində vurğuladığı məsələlər tamamilə əsassızdır. Qeyd edilən halların pozulması barədə hər hansı sübut nə birinci instansiya, nə də apellyasiya instansiyasında işə baxıl arkən təqdim edilmişdir. Odur ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi hallar tamamilə əsassız və qanunsuzdur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

40. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

59. Hüquqi şəxsin ləğvi.... 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər....” “Maddə

63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.” 42. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

2. İflas prosesinə başlanmasının ümumi qaydaları

1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.

2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Bu Qanun publik hüquqi şəxslərə şamil edilmir. Ələt azad iqtisad i zonasında müflisləşmə və iflas sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Bu Qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aiddir. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. Maddə

3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tut ulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə

5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər

1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) İflas haqqında ərizədə borclunun məhkəmə xə rclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) Ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) Bu qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.

2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) Borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) Sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.” “Maddə

11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri

1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə...”

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

102. Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfind ən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir …” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır …” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri [556] 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Hazırkı işdə ərizəçi MMC-nin müflis elan edilməsi barədə ərizə vermiş, birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

45. Ərizəçi özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini auditor hesabatının natamamlığı hissəsində mübahisələndirmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşdığından, prosessual qənaət prinsipi baxımından, kassatorun dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa lüzum görmür.

47. O da qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən istinad etdiyi hallardan biri ə rizəçi ilə bağlanmış 2014-cü il 15 dekabr və 2015-ci il 15 aprel tarixli kredit müqavilələrinin ipoteka predmetləri ilə təmin edilməsi, həmin kredit müqavilələri üzrə məhkəmə mübahisəsinin başa çatmaması, ipoteka predmetlərinin qiymətləndirilməməsi, məhkəmə qətnaməsinin qəbul edilməməsi və icra hərəkətlərinin aparılmaması olmuşdur.

48. Ərizəçi isə özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmiş, sözügedən əsaslarla bağlı məhkəmənin gəldiyi nəticəyə ümumiyyətlə münasibət bildirməmişdir.

49. Bu da o anlama gəir ki, ərizəçi, ən azından, apellyasiya instansiyası məhkəməsinin ərizəçi ilə bağlanmış kredit müqavilələrinin ipoteka predmetləri ilə təmin edilməsi və həmin kredit müqavilələri üzrə məhkəmə mübahisəsinin başa çatmaması, i poteka predmetləri qiymətləndirilməməsi, məhkəmə qətnaməsinin qəbul edilməməsi və icra hərəkətlərinin aparılmaması üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

50. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 43) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 43) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-1104/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizəçi İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-1104/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar