Məhkəmə qərarları › İş №2-2(102)-227/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-227/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-227/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və sahə üzrə əmlakın naturada bölünməsi” tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İşin halları

1. İddia tələbi qismən təmin edilmiş, cavabdehlər “Süleyman adına X3”, X1 və İddiaçı müştərək qaydada ümumilikdə 594 537.28 ABŞ dolları milli manat ekvivalentində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə tutulması, tutmanın X2 və İddiaçı məxsus daşınmaz əmlaklara yönə dilməsi qət edilmişdir. (Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2017-ci il 20 fevral tarixli 2(043)-618/2017 nömrəli qətnaməsinin surəti).

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4932/2019 nömrəli 2019-cu il 25 iyul tarixli icra vərəqəsinin, Cavabdeh1 AC132283/19 saylı, 2019-cu il 17 oktyabr tarixli sifariş məktubunun və "xxxx" QSC-nin 1030 saylı 2020-ci il 27 yanvar tarixli məktubunun icrası məqsədilə İddiaçı məxsus Gəncə şəhəri, Sevil Qazıyeva küçəsində 2.6066 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2919.4 kv.m olan əmlak kompleksi ilə bağlı hərrac təşkil olunmuş və həmin əmlak 612.000 manat qiymətlə əldə edilməsinə tələbkar "xxxx" QSC tərəfindən razılıq bildirilmişdir (hərracın yekunları barədə 2020-ci il 28 yanvar tarixli 08/04 nömrəli protokol). İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Gəncə Şəhər Məhkəməsindəki icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC və Cavabdeh2 QSC ilə aralarında bağlanmış 2020-ci il 28 yanvar tarixli hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 2011-ci il 21 dekabr tarixli 06M000000724 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və həmin sahələrin, sərhədlərin, çox illik əkmə olan ağacların və tikililərin natura qaydasında bölünməsinə dair qətnamə çıxar ılmasını xahiş etmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 2024-cü il 9 yanvar tarixli 2(125)-524/2024 nömrəli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – C.Tağıyev).

5. İşin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən müəyyən olunmuşdur ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər fiziki və hüquqi şəxs olmaqla, aralarında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə olduğu üçün iddia ərizəsinə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 31.1, 32.3, 32.4-cü maddələrinə; Azə rbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 12 və 20-ci bəndlərinə istinad etməklə əsaslandırılmışdır. a) Gəncə Kommersiya Məhkəməsindəki icraat

7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 fevral tarixli 2-2(115)-567/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – K.Vəliyev).

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh1 və Daşınmaz Əmla kın Dövlət Reyestr Xidməti 3 saylı Ərazi İdarəsi kommersiya hüquqi şəxs deyil, dövlət orqanlarıdır. Onlar sahibkar subyekti hesab oluna bilməzlər. Bu orqanların məhkəmə qərarlarının icrası ilə bağlı olan fəaliyyəti iqtisadi məzmuna malik olmadığından, onlar bu fəaliyyətlərini həyata keçirərkən mülki dövriyyənin subyekti kimi çıxış etməmişlər. İşdə iştirak edən şəxslərdən Cavabdeh2 QSC və "xxxx" MMC-nin sahibkar statusunun olması hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Çünki, işdə iştirak edən şəxslərin subyektiv tərkibi ilə bərabər olaraq mübahisənin predmetinin və hüquq münasibətlərinin xarakterinin nəzərə alınması mütləqdir. "xxxx" MMC və Cavabdeh2 QSC-nin səlahiyyətli nümayəndələri hərracın yekunları barədə 2020-ci il 28 yanvar tarixli 08/04 nömrəli p rotokolu tərəf kimi imza etmiş olsalar da, bu sənəd onların sahibkarlıq fəaliyyətlərindən irəli gələn hər hansı bir məsələnin həlli ilə bağlı olmamışdır. Belə ki, "xxxx" MMC məhkəmə qərarını icra edən orqanın sifarişini həyata keçirən təşkilat olaraq prossesdə iştirak etmişdir. Həmçinin, Cavabdeh2 QSC-nin ipoteka predmeti olan əmlakı borclunun banka qaytarmalı olduğu pul vəsaitinin əvəzinə əldə etməsi bankın sahibkarlıq fəaliyyətindən irəli gələn məsələlərin xüsusiyyətlərinə xas deyildir.

9. Məhkəmə bu qənaətini MPM-in 24.2, 25.1, 26.1, 32.3, 32.7-ci maddələrinə; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin həmin Məcəllənin 3.11, 13.2.17 və 114.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ 2023-cü il 26 iyul tarixli Plenum qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 23 iyul tarixli qərarına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli qərarının 11 və 12-ci bəndlərinə; Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il 22 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydasının 9.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:... 11. “qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir”. 12. “məhkəmə aidiyyətin in müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”....”

11. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəm ə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması. “Maddə 403-1. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması... 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... 403-1.9. Kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr a rasında fikir ayrılığı məsələsinə baxarkən: 403-1.9.1. işi məhkəmə aidiyyəti üzrə göndərə bilər;...” ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Qarışıq məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş mahiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir.

13. Belə ki, MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin tələblərinə və Plenum Qərarının 10 və 11-ci bəndləri ilə formalaşmış hüquqi mövqeyə görə mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.

14. Başqa sözlə, mübahisənin məhkəmə aidiyyəti müəyyən edilərkən üç meyar – işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas g ötürülür. Bu zaman hər üç meyarın mövcud olması imperativ norma kimi nəzərdə tutulmuşdur.

15. Məhkəmə kollegiyası Gəncə Kommersiya Məhkəməsinin mövqeyi ilə (bax §8) razılaşaraq qeyd edir ki, iş materiallarında olan məlumata görə (bax §1-2) "xxxx" MMC və Cavabdeh2 QSC-nin səlahiyyətli nümayəndələri hərracın yekunları barədə 2020-ci il 28 yanvar tarixli 08/04 nömrəli protokolu tərəf kimi imza etmişdilər. Həmin sənəd onların sahibkarlıq fəaliyyətlərindən irəli gələn hər hansı bir məsələnin həlli ilə bağlı olmamışdır. Odur ki, "xxxx" MMC məhkəmə qərarını icra edən orqanın sifarişini həyata keçirən təşkilat olaraq prossesdə iştirak etmişdir. Həmçinin Cavabdeh2 QSC-nin ipoteka predmeti olan əmlakı borclunun banka qaytarmalı olduğu pul vəsaitinin əvəzinə əldə etməsi bankın sahibkarlıq fəaliyyətin dən irəli gələn məsələlərin xüsusiyyətlərinə xas deyildir.

16. Beləliklə, hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından hazırkı mübahisənin kommersiya mübahisəsi olmaması ona MPM-in normalarında və Ali Məhkəmənin Plenumunun müvafiq Qərarında formalaşmış hüquqi mövqeyə əsasən kommersiya məhkəməsində baxılmasını istisna edir.

17. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırkı mübahisə mülki mübahisə hesab olunmalı, bu səbəbdən də ona ümumi məhkəmədə baxılmalıdır.

18. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 4031.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə, "xxxx" MMC-yə, Cavabdeh1nə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Döv lət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinə dair 08/04 nömrəli protokolun eyni tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin sahəsinin və sərhədlərinin müəyyən edilməklə mərzlənməsi və sahə üzrə əmlakın naturada bölünməsi” tələbinə dair iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar