Məhkəmə qərarları › İş №2-2(102)-227/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-227/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-227/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh "xxxx" Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə vəzifəsi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 27 noyabr tarixli, 2-2(105)-105/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən, alıcı bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcıdan metal materialları almağı, satıcı 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür (1.1 və 1.2-ci bəndlər). Müqavilənin müvafiq bəndlərində həmçinin aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.4-cü bənd: Satıcı satılan malı öz anbarından alıcının nümayəndəsinə təhvil verir; - 1.5-ci bənd: Malın daşınması alıcının nəqliyyat vasitəsilə həyata keçirilir; - 1.6-cı bənd: Malın göndəril mə tarixi yolasalma sənədlərində qaimə-fakturalarda göstəriləy tarix hesab edilir; - 2.1-ci bənd: Satılan malın bir tonun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir; - 2.2-ci bənd: Alıcı aldığı malın dəyərini aldığı hesab-faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir; - 3.2-ci bənd: Malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir və orada aşağıdakılar göstərilir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi; - 4.1-ci bənd: Bu müqavilə imzalandığı andan qüvvəyə minir və 2020-ci il 31 dekabr tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh İddiaçı MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hazırkı bazar qiyməti üzrə 52.960 ton armaturun dəyərini təşkil edən 58.256 manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, alıcı öhdəliyini icra edərək, 100 ton məhsulun dəyərini satıcının hesabına köçürsə də, satıcı öz öhdəliyini tam yerinə yetirməmiş, ******* və ******* nömrəli qaimə fakturalarından göründüy ü kimi yalnız 47,040 ton malı təhvil vermiş, qalan 52,960 ton malın təhvil verilməsindən isə bu günə qədər boyun qaçıraraq müqavilə öhdəliyini kobud surətdə pozmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddianın məhkəməyə təqdim edildiyi tarixə 1 ton armaturun bazar dəyərinin 1100 manat təşkil etmişdir.

4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələrək cavabdehin 2020-ci il 15 dekabr tarixli elektron qaiməsi əsasında iddiaçı tərəfindən 2020-ci il 16 dekabr tarixində ödənilmiş 90.000 manat (ƏDV xaric) məbləğə münasibətdə bütün mallar iddiaçıya təhvil verilmiş, hətta iddiaçının növbəti partiya üzrə mala görə cavabdehə bu günədək borcu yaranmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qəbul etdiyini bildirdiyi 47,040 ton mala dair məhkəməyə 2 ədəd qaimə faktura təqdim etsə də, digər partiya (4 ədəd) qaimə fakturaları təqdim etməmiş və həmin malların ona təhvil verilməməsi görüntüsünü yaratmaq istəmişdir. Müqavilə şərtlərində mala görə ödənişin öncədən həyata keçirilməsi qeyd edilmiş, əslində isə tərəflər arasında işgüzar münasibət qarşılıqlı etimada əsaslanmış və buna görə hər həftə alınan bir neçə partiya mallar əvvəlcədən razılaşdırılaraq alıcıya təqdim edildikdən sonra, bir-iki gün ərzində həmin malların ödənişi həyata keçirilməklə və növbəti həftə üçün mal sifariş olunarkən əvvəlki malların pulu alıcı tərəfindən tam ödənilməklə şərtləndirilmişdir. Bu yolla iddiaçı təşkilata cavabdeh tərəfindən 6 maşın (partiya) mal t ədarük olunaraq göndərilmişdir. Müqavilə bağlandıqdan sonra növbəti gündən başlayaraq 2020-ci ilin 9, 10, 11 və 14 dekabr tarixlərində (həftə içi boyu) cavabdeh tərəfindən mal tədarük olunmuş və iddiaçıya 97.380 ton mal (ƏDV xaric 87.646,50 manat) göndərilmişdir. Növbəti partiya mal iddiaçıya 2020-ci il 16 və 22 dekabr tarixlərində 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı isə əvvəlki partiya mala görə və yeni maldan 2.353 manat ödəniş etməklə 2020-ci il 15 dekabr tarixində verilmiş elektron qaimə üzrə ümumilikdə 90.000 manat (ƏDV xaric) ödəniş həyata keçirmişdir. Göründüyü kimi, əslində iddiaçının (2020-ci il 16 və 22 dekabr tarixləri üzrə) aldığı 47,040 ton yeni partiya üzrə mala görə cavabdehə (47,040 x 900 manat = 42336 - 2353) 39.982,50 manat (ƏDV xaric) borcu yaranmış olur. Belə ki, həmin maldan qeyd edilən kimi 2.353 manat ödəniş edilsə də, qalan 39.982,5 manat ƏDV xaric məbləğ bugünədək ödənilməmişdir. Cavabdeh iddiaçı ilə işgüzar münasibətə və gələcək əməkdaşlığa sadiq qalaraq, hələ ki, həmin borcu rəsmi olaraq tələb etməmişdir. Lakin iddiaçı digər aldığı malların qəbul edilmə faktını gizlədərək, suni borc görüntüsü yaratmaqla, məhkəməni işin əsl mahiyyətindən yayındırmağa və bu yolla əsassız varlanmağa çalışmışdır. Qeyd olunan hallar üzrə hər partiya malların iddiaçıya göndərilməsi cavabdeh tərəfindən yük avtomaşınlarına malı yükləyən əməkdaşların iştirakı ilə həyata keçirilmişdir. Mallar göndərilərkən iddiaçı ilə cavabdehi tanış edən və arada işgüzar münasibətin qurulmasında vasitəçi kimi çıxış edən şəxslər də iştirak etmişlər.

5. Sumqayıt Kommersiya Məhkəməsini n 2023-cü il 29 sentyabr tarixli e-2-2(119)767/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Z.Sadiqov).

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 9 dekabr tarixli ******* nömrəli qaimə fakturada 19,740 ton və 10,375 ton; 2020-ci il 10 dekabr tarixli ******* nömrəli qaimə fakturada 10,330 ton və 10,670 ton; 2020-ci il 11 dekabr tarixli ******* nömrəli qaimə fakturada 13,525 ton, 5,515 ton və 5,010 ton; 2020-ci il 14 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 12,380 ton, 4,950 ton və 4,890 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar ks erosurət olmaqla “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil aldı” qrafasında hər hansı imza mövcud deyil. 7. 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 69.762,78 manat (59.121 manat malın dəyəri + 10.641,78 manat ƏDV) dəyərində 65.690 ton həcmində “10/32” markalı armatur, 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 29.974,95 manat (25.402,5 manat malın dəyəri + 4.572,45 manat ƏDV) dəyərində 28.225 ton həcmində “F12” markalı armatur və 1 tonu 870 manatdan hesablanan ƏDV daxil 6.463,47 manat (5.477,52 manat malın dəyəri + 985,95 manat ƏDV) dəyərində 6,296 ton həcmində “F16” markalı armatur olmaqla, ümumilikdə ƏDV daxil 106.201,20 manat (90.001,02 manat malın dəyəri + 16.200,18manat ƏDV) dəyərində 100,211 ton armaturun təqdim edilməsinə dair 2 020-ci il 15 dekabr tarixli EBAT 914370 nömrəli elektron qaimə tərtib edilmişdir.

8. Alıcı tərəfindən satıcının hesabına 2020-ci il 16 dekabr tarixində 20.000 manat (+3.600 manat ƏDV), 2020-ci il 17 dekabr tarixində isə 70.001,02 manat (+12.600,18 manat ƏDV) olmaqla, ümumilikdə 90.001,02 manat (+16.200,18 manat ƏDV) məbləğində pul köçürülmüşdür.

9. İddiaçı (alıcı) tərəfindən təqdim edilmiş 2020-ci il 16 dekabr tarixli ******* nömrəli qaimə fakturada cəmi 23,620 ton, 2020-ci il 22 dekabr tarixli ******* nömrəli qaimə fakturada isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Həmin qaimə fakturalar da kserosurət olmaqla, “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur, “Təhvil a ldı” qrafasında hər hansı imza mövcud deyil.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış metal materialların alqı-satqısı ilə əlaqədar 2020-ci il 8 dekabr tarixli müqavilə üzrə satıcı tərəfindən alıcıya malın dəyəri 90.001,02 manat və ƏDV məbləği 16.200,18 manat olmaqla, cəmi 106.201,2 manat dəyərində armaturların satılması üçün 2020-ci il 15 dekabr tarixli elektron qaimə təqdim olunmuş, alıcı tərəfindən isə satıcının bank hesabına həmin elektron qaimə əsasında 2020-ci il 16 dekabr tarixində 20.000 manat və 2020-ci il 17 dekabr tarixində isə 70.001,02 manat olmaqla, ümumilikdə həmin malların dəyəri olan cəmi 90.001,02 manat məbləğində pul vəsaiti (əlavə olaraq “ƏDV sub-uçot” hesabına isə cəmi 16.200,18 manat ƏDV məbləği) ödənilmişdir. Qeyd olunan bu xüsusatlar həmin sənədlərlə mübahisəsiz olaraq təsdiq olunur və tərəflər işin bu hallarını mübahisələndirmirlər.

11. Lakin, müqavilə üzrə satıcının hesabına köçürülmüş 90.001,02 manat məbləğində pul vəsaiti müqabilində alıcıya armatur məhsullarının təhvil verilməsi (satılması) mötəbər sübut qismində qəbul edilməsi mümkün olan rəsmi sənədlərlə təsdiq olunmur. Çünki, müqavilədə nəzərdə tutulan qaydada malların təhvil verilməsini təsdiq edən rəsmi sənədlər (təhvil-təslim aktı, qaimə-faktura və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş yuxarıda adı çəkilən qaimə fakturalar isə malları təhvil alan şəxs tərəfindən imzalanmamış və həmin sənədlərdə müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məlumatlar (malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən t əşkilatın adı, müqavilənin nömrəsi və tarixi) qeyd olunmamışdır.

12. Həmçinin, iddiaçının (alıcının) nümayəndəsi məhkəmə araşdırması zamanı müqavilə əsasında ödənilmiş 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton həcmində “F16” markalı və bir tonun qiyməti 900 manatdan hesablanan digər markalı armatur olmaqla, cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunu aldığını etiraf etmişdir. Yəni satıcı tərəfindən alıcıya elektron qaimədə qeyd olunan armaturların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan rəsmi sənədlər məhkəməyə təqdim olunmasa da, alıcının öz etirafı ilə məlum elektron qaimədə qeyd olunan 90.001,02 manat məbləğində pul vəsaitinin əvəzində təhvil verilməsi nəzərdə tutulan ümumilik də 100,211 ton armaturun yalnız bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton miqdarında “F16” markalı armatur və bir tonun qiyməti 900 manatdan hesablanan 40,744 ton miqdarında digər markalı armaturlar olmaqla (təhvil verilən digər armatur məhsullarının 1 tonunun qiyməti 900 manatdan hesablanmışdır), cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunun alınması təsdiq olunur.

13. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə qarşı etirazda qeyd olunan dəlillər öz təsdiqini tapmır. Çünki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində alınan malların pulunun əvvəlcədən ödənməsi (2.2-ci bənd) və malların müvafiq qaydada tərtib edilmiş sənədlər əsasında təhvil verilməsi (3.2-ci bənd) nəzərdə tutulmasına baxmayaraq, cavabdeh (satıcı) tərəfindən hər hansı bir miqdarda armaturun iddiaçıya (alıcıya) təhvil verilməsini təsdiq edən və mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olan heç bir sənəd məhkəməyə təqdim olunmamışdır (yuxarıda qeyd olunan hallara görə və məhkəməyə təqdim olunmuş məlum qaimə fakturaların (kserosurətlərinin) isə bu alqı-satqı üzrə malların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün deyildir). Halbuki, iddiaçı məlum elektron qaimədə tələbolunan pul məbləğini cavabdehə rəsmi qaydada ödəmişdir. Bu halda, yəni mübahisənin həlli üzrə təhvil verilən armaturların miqdarını təsdiq edən mötəbər sənədlər olmadığı və alıcı tərəf isə bu alqı-satqı üzrə ümumilikdə cəmi 47,040 ton miqdarında armatur almasını etiraf etdiyi üçün işin halları tərəflər arasında mövcud olmuş münasibətlər nəzərə alınma qla qiymətləndirilməlidir.

14. Müqavilə əsasında təqdim olunan 2020-ci il 15 dekabr tarixli elektron qaimə üzrə satıcı tərəfindən alıcıya təhvil verilməli olan cəmi 90.001,02 manat dəyərində qiymətləndirilmiş müxtəlif markalı armaturlardan 1 tonu 870 manatdan hesablanan 5477,52 manat dəyərində 6,296 ton “F12” markalı armatur və 1 tonu 900 manatdan hesablanan 36.669,6 manat dəyərində 40,744 ton digər markalı armatur olmaqla, cəmi 42147,12 manat dəyərində 47,040 ton armatur təhvil verilmişdir (6,296 ton x 870 manat + 40,744 ton x 900 manat = 42147,12 manat). Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya 47.853,9 manat dəyərində armaturun verilmədiyi müəyyən olunur (ümumi ödənilən pul: 90.001,02 manat - təhvil verilən armaturun qiyməti: 42.147,12 manat = 47.853,9 manat qalıq borc). İşin halla rına görə 47.853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Ona görə də, iddia tələbi qismən, yəni 47853,9 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 448.1, 567, 568.1, 569.1, 575.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1, 88, 89, 106.3, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmasını xahiş edilmişdir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 yanvar tarixli 2-2(105)-12/2024 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-cavabdehdən 47.853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-m əruzəçi hakim Z.Məmmədov, hakimlər A.Süleymanova və E.Əhmədov).

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il 9, 10, 11 və 14 dekabr tarixli qaimə fakturalarda da müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da, eynilə iddiaçının qəbul etdiyi 2020-ci il 16 və 22 dekabr tarixli iki qaimə fakturada olduğu kimi, “Təhvil aldı” qrafalarında hər hansı bir imza mövcud olmamışdır. İddiaçı isə bu qaimə-fakturaları qəbul etməmiş, həmin qaimə fakturaların kserosurətlərində qeyd olunan armaturların ona təqdim edilmədiyini bildirmişdir.

20. Məhkəmə birinci instansiya məhkəməsinin işin həmin halına istinad edərək 2 qaimə faktura üzrə malın alınması ilə bağlı iddiaçının etirafını nəzərə alaraq, həmin hissədə iddianı qismən təmin etməsi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı yalnız ödəniş edilməsinə əsaslanaraq göndərilməmiş mallar üçün ödənilmiş məbləği tələb edir və 2 qaimə fakturanı “sübut kimi qəbul etməsə də” həmin qaimələr üzrə malları qəbul etdiyini bildirir. Cavabdeh isə mübahisələndirilən 4 qaimə fakturaya istinad edərək malları göndərdiyini və bununla da iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığına əsaslanır.

21. Məhkəmə qeyd etmişdir ki, iddiaçının etirafına əsaslanmaqla qaimə fakturaların bir qisminin məqbul, digər qisminin isə qeyri-məqbul hesab olunması yolverilməzdir. Belə ki, iddiaçı tərəfindən ödənişlər edilməsi barədə sübut iddianın təmin olunması ilə bağlı birmənalı nəticəyə gəlməyə imkan vermir. İddianın əsaslılığı bir neçə sübutla təsdiqlənmir. Birinci instansiya məhkəməsi isə y alnız iddia tələbində iddiaçının istinad etdiyi dəlillərlə kifayətlənmiş, tələbin əsasını təşkil edən halların iş materialları ilə sübuta yetirilibyetirilməməsini yetərincə araşdırmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 567, 568.1, 569.1-ci və MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş edilmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali X1 2024-cü il 22 iyul tarixli 2-2(102)-312/2024 nömrəli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən hakim – K.Abiyeva, hakimlər - B.Qəribov, V.Həsənov).

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki işdə apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, mübahisəyə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq hüquqi qiymət verməmişdir. Halbuki, sübutetmə yükünün düzgün müəyyən olunması hər bir işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

26. Belə ki, 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndində tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, 3.2-ci bəndində isə ödənilmiş vəsaitə uyğun dəyərdə malın isə qaimə faktura əsasında təqdim olunmasına dair razı lığa gəlmişlər. İddiaçı tərəfindən müqavilə üzrə verilməli olan malın dəyəri kimi ümumilikdə 90.001,02 manat ödəniş edilməsi mübahisə doğurmadığından, müqavilə şərtlərinə əsasən (müqavilənin 3.2-ci bəndi) həmin dəyərdə malın iddiaçıya təqdim edilməsi üzrə sübutetmə yükü də, cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən bununla bağlı, birtərəfli qaydada tərtib olunmuş, alıcı (iddiaçı) tərəfindən təsdiq edilməyən 4 ədəd qaimə fakturanın surəti təqdim olunmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi iddiaçının aldığını etiraf etdiyi 47.040 ton armatura görə tərtib edilmiş iki ədəd qaimə fakturanın da imzalanmamasını əsas götürməklə, sözügedən 4 ədəd qaimə fakturaya əsasən qalan malların da iddiaçıya təhvil verilməsi nəticəsinə gəlmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, apellyasiya məhkəməsi c avabdehin təqdim etdiyi, birtərəfli qaydada tərtib edilmiş qaimə-fakturaların sübutların mümkünlüyünə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Əvvəla ona görə ki, tərəflər 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinə əsasən 10/32, f12 və f16 markalı armaturun satılması barədə razılığa gəlmişlər (i.v 30), bu barədə tərtib edilmiş elektron qaimə fakturada da həmin markalı armaturlara görə ödənişin aparıldığı qeyd olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin mötəbər sübut kimi qəbul etdiyi, 4 ədəd qaimə fakturada isə mübahisəli dəyərdə 10/32, f12 və f16 markalı armaturun təqdim edildiyi göstərilməmişdir.

29. Digər tərəfdən, məhkəmənin müqavilədən irəli gələn münasibətləri bu müqavilə ilə müəyyən olunan şərtlə rdən fərqli qaydada həll edə bilməsi üçün ya müqavilənin şərtləri sonradan dəyişdirilmiş olmalı, ya da müqavilənin təsfiri nəticəsində tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın fərqli məzmunda formalaşması müəyyən edilməlidir. Baxılan iş üzrə, müqavilənin şərtlərinin sonradan dəyişdirilməsi halı baş verməmişdir.

30. Tərəflər arasında sözügedən müqavilə şərtlərindən fərqli işgüzar praktikanın olubolmamasına gəldikdə isə məhkəmə bildirmişdir ki, məhkəmə tərəfindən konkret məzmunda işgüzar praktikanın mövcud olması qənaətinə gəlinməsi və mübahisənin həmin praktikaya istinadla həll edilməsi üçün, işin materiallarında, müvafiq praktikanın mövcudluğunu təsdiq edən “əsaslı şübhələr yaratmayan” sübutlar olmalı, mübahisəsiz halda tərəflər həmin praktikaya istinadla hərəkət etməlid irlər. Bundan sonra, mübahisə halında məhkəmə məhz həmin mübahisəsiz vəziyyətdə, tərəflərin davranışına əsasən formalaşmış işgüzar praktikanı əsas götürməklə, mübahisəli hala qiymət vermək imkanına malik ola bilər. Hazırki işdə işin materiallarına, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış, müqavilə şərtlərindən fərqli məzmunda praktikanın formalaşmasını təsdiq edən, hər iki tərəfin mübahisələndirmədən məqbul saydığı, mötəbər sübutlar əlavə edilməmişdir.

31. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqaviləyə əsasən müəyyən miqdarda malın alınmasının etiraf edilməsi, həmin müqavilə üzrə verilməli olan, qalan malların da birtərəfli qaydada cavabdeh tərəfindən tərtib edilmiş, iddiaçının təsdiq etmədiyi sənədlər əsasında təhvili ilə bağlı praktikanın olması qənaətinə gəlməyə əsas verə bilməz. Apellyasiya məhkəməsinin özünün də qeyd etdiyi kimi, iddiaçı cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilmiş qaimə fakturaların heç birini sübut kimi qəbul etməmiş, yalnız 47,040 ton malı təhvil aldığını bildirmişdir.

32. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan mövqeyi sübutların aidliyi və mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə, eləcə də tərəflər arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinin tələblərinə zidd olmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, işin yeni apellyasiya baxışı zamanı, tərəflər arasında yaranmış mübahisəyə ilk növbədə müqavilənin şərtləri əsasında qiymət verilməli, həmin müqavilənin icrası ilə bağlı tərəflər arasında formalaşmış, fərqli işgüzar praktikanın olub-olmamasına, işin materiallarında olan, birtərəfli qaydada tərtib olunmuş mübahisəli 4 ədəd qaimələrin hazırki işə aidiliyinə və mümkünlüyünə prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verilməli, tətbiq edilməli maddi hüquq norması tətbiq edilməlidir.

34. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 2020-ci il 15 dekabr tarixli elektron qaimə fakturanın qiymətləndirilməsi ilə bağlı bildirmişdir ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.

35. Məhkəmə ilkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübut əhəmiyyəti ilə bağlı Konst itusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinadən qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfind ən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

36. Məhkəmə kollegiyası, kassasiya şikayətinin müqavilə üzrə armaturun 1 tonunun qiymətinin hazırkı bazar qiyməti əsasında müəyyən edilməli olması barədə dəlilinə münasibətdə vurğulamışdır ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən də göründüyü kimi, iddiaçı hazırda müqavilə üzrə öhdəliyin icrasını (yəni verilmədiyini iddia etdiyi malın təhvil verilməsini) deyil, həmin öhdəliyin icra edilməməsi nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir.

37. Bu hissədə apellyasiya şikayəti təmin edilməsə də, məhkəmənin qətnaməsində həmin tələbə münasibətdə MM-nin 443 və 21-ci maddələrinin dispozsiya şərtlərinin olubolmaması istiqamətində hər hansı qiymətləndirmə aparılmamışdır. Halbuki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

38. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 404.1, 404.2, 425.1, 427.3, 442, 443.1, 443.2, 443.3, 448.1, 448.2, 567, 568.1, 569.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası “Vergi Məcəlləsi”nin 71-1, 71-1.1.1, 71-1.5, 71-1.5.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 2.6-cı maddələrinə, MPM-in 14.2, 77.1, 217, 416, 417, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraaat

39. Su mqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 2-2(105)-105/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq cavabdehdən 53.636,97 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması və qətnamənin iddianın təmin edilməyən digər hissəsində və cavabdehdən dövlət nəfinə 233,56 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət Büdcəsinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – E.Rəhimov, M.Hüseynov).

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasındakı mübahisənin müqaviləyə əsasən tələb olu nan miqdarda malın verilməməsi ilə bağlı olduğundan, ilk növbədə onların arasında bağlanmış 2020-ci il 8 dekabr tarixli müqavilənin məzmununa diqqət edilməlidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir.

41. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi, pul köçürülərkən “avans” şəklində yazılmamasına münasibətdə də məhkəmə kollegiyası qeyd etmişdir ki, MM-nin 399-cu maddəsinin tələbləri baxımından müqavilənin şərtləri tərəflər üçün məcburidir və həmin şərtlərə əsasən də iddiaçının pulu əvvəlcədən ödəməsi qeyd edilmişdir. 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 2.2-ci bəndində tərəflər satılan malın dəyərinin əvvəlcədən ödənilməsi, 3.2-ci bəndində isə ödənilmiş vəsaitə uyğun dəyərdə malın qaimə faktura əsasında təqdim olunmasına dair razılığa gəlmişlər. İşin araşdırılmış hallarına əsasən alıcı (iddiaçı) tərəfindən müqavilə üzrə verilməli olan malın dəyəri kimi ümumilikdə 90.001,02 manat ödəniş edilməsi mübahisə doğurmadığından, müqavilə şərtlərinə əsasən (müqavilənin 3.2-ci bəndi) həmin dəyərdə malın alıcıya (iddiaçıya) təqdim edilməsi üzrə sübutetmə yükü də, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşür.

42. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti ilə malların göndərildiyini mübahisələndirsə də, hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, həmin malların iddiaçıya göndərilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin cavabdeh tərəf indən təqdim edilmiş qaiməfakturalar birtərəfli qaydada tərtib olunmaqla iddiaçının səlahiyyətli şəxsinin imzasının olması müəyyən edilməmişdir.

43. Məhkəmə kollegiyasının iclasında həmçinin iddiaçının direktoru X3 izahat verərək bildirmişdir ki, əvvəl şirkətdə təchizatçı vəzifəsində çalışmış, malların təhvil-təslimi zamanı bilavasitə iştirak etmiş, öncədən 100 ton malın alışı ilə bağlı ödənişi etmiş, 47,040 ton malı birbaşa tikinti meydançasında şəxsən özü qəbul etmiş, sonradan malın qalan hissəsi göndərilmədiyindən cavabdehin nümayəndəsi kimi tanıdığı Arif adlı şəxslə əlaqə saxlamış, Arif armaturun veriləcəyini bildirsə də, sonradan armaturu göndərməmişdir. Mallar gəlmədiyindən başqa şirkətlə armaturun alışı ilə bağlı müqavilə imzalamışlar.

44. Həmçinin, cavabdehin nümayəndəsi tərəfindən metal armaturların verilməsi ilə əlaqədar məhkəmə kollegiyasının iclasında şahidlərin dindirilməsi ilə əlaqədar vəsatət verilmiş, iddiaçının direktoru X3 buna heç bir etirazının olmadığını bildirmiş, lakin sonradan cavabdehin nümayəndəsi bunun yanlız 47,040 ton malın verilməsi ilə əlaqədar olduğunu bildirdiyindən, bu isə işin mübahisələndirilməyən halı olduğundan vəsatətin təmin olunmasına zərurət olmadığından vəsatət təmin edilməmişdir.

45. Cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi qeyd etmişdir ki, hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktı olmasa da, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MPM-in 106.3-cü maddəsindən göründüyü kimi iddiaçı 4 7,040 ton malı təhvil aldığını etiraf etdiyindən cavabdehi həmin faktı sübut etmə vəzifəsindən azad etsə də, qalan 52.960 ton armaturun iddiaçıya təhvil verilməsi faktından azad etmir. Bununla əlaqədar isə yuxarıda qeyd edildiyi kimi malın alıcıya (iddiaçıya) təqdim edilməsi üzrə sübutetmə yükü MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdehin üzərinə düşsə də, həmin halı sübut edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə də sübutetmə vasitəsinin biri kimi də iddiaçının aldığı mala görə ödədiyi məbləğə dair vergi hesabatında əvəzləşmə apardığını qeyd etsə də, bu onun tərəfindən öhdəliyin icra edilməsini tam təsdiq etmir.

46. Dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfin dən iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh "xxxx" MMC ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq qaydada mediatora müraciət olunmuş, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan da görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 hazırki mübahsiə ilə bağlı ilkin mediasiya sessiyasının kçeirilməsi ilə əlaqədar 400 manat ödəmişdir.

47. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə vurğulamışdır ki, iddiaçı apellyasiya şikayətinin dəlili kimi hazırkı halda iddiaçının 52.960 ton armaturu məhkəmənin qət etdiyi məbləğə alması mümkün olmamasını qeyd etsə də, məhkəmə kollegiyasının iclaslarında iddiaçının nümayəndələri izahatlarında cavabdeh tərəfindən armaturun onlara təhvil v erilmədiyindən yenidən başqa şirkətlə müqavilə bağlayaraq həmin miqdarda armatur aldıqlarını bildirmişlər. Göründüyü kimi həmin dövrdə cavabdeh tərəfindən iddiaçıya mallar təhvil verilməsə də, iddiaçı tərəfindən müvafiq miqdarda armatur alındığından ondan məhrum olmamış, buna görə də hazırki dövrə olan armaturun qiyməti ilə tələb etmə hüququ yaranmamışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya armatur təhvil verilmədiyindən iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti əsassız olaraq cavabdeh tərəfindən saxlanılmışdır. Buna görə də iddiaçının hazıki bazar qiymətinə uyğun olaraq borcu tələb etmə hüququ olmasa da, pul vəsaitini özündə saxlamağa görə mülki qanunvericiliyə əsasən gecikdirilmiş məbləğə görə illik beş faiz üzrə ona dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

48. Tərəflər ara sında bağlanmış 2020-ci il 8 dekabr tarixli 37/20 nömrəli alqı-satqı müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilənin 2020-ci il 31 dekabr tarixinədək qüvvədə olduğunu, həmçinin iddiaçı tərəfindən 2023-cü il 30 may tarixində iddia ərizəsinin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən malların göndərilməməsinə görə iddiaçı tərəfindən ödənilmiş 47853,9 manat armaturun qiymətindən əlavə hər ay üçün ((47.853,9 x 5:100):12) hesablanmaqla gecikdirilmiş 29 ay ərzində 5783,07 manat ödənilməlidir.

49. Məhkəmə gəldiyi nəticəni MM-in 21, 385.1, 386.1, 399, 404.1, 404.2, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448.1, 448.2, 567, 568.1, 569.1, 599.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

50. Cavabdeh kassasiya şik ayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

51. MM-in 324.1, 329.2, 385.1, 389.1, 567 və 568.1-ci maddələri üzrə - müqavilənin bir çox bəndləri formal xarakter daşıyır və tərəflər arasındakı münasibətlər faktiki olaraq müqavilədəki yazılı şərtlərdən fərqli şəkildə, şifahi razılaşmalar əsasında formalaşmışdır. Məsələn, müqavilənin 1.4-cü bəndində malın satıcının anbarından təhvil verilməsi nəzərdə tutulsa da, tərəflər arasında əvvəlcədən şifahi razılaşmaya əsasən, cavabdeh malı öz hesabına iddiaçının ünvanına çatdırmış, bu prosesdə iddiaçının iştirakı olmamışdır. Müqavilənin 2.1 və 2.2-ci b əndləri arasında da ziddiyyət mövcuddur. İş materiallarında yalnız 2020-ci il 15 dekabr tarixli bir hesab-faktura vardır və bu sənəddə 4 partiya üzrə 100 ton 211 kq malın ümumi dəyəri 90.001,02 manat göstərilmişdir. İddiaçı bu məbləği iki hissədə - 16 dekabrda 20.000 manat və 17 dekabrda 70.001,02 manat olmaqla ödəmişdir. Bu, malların partiya ilə göndərildiyini və ödənişlərin hissə-hissə həyata keçirildiyini göstərir. Beləliklə, faktiki münasibətlər müqavilədəki formal şərtlərdən fərqli olaraq şifahi razılaşmalar əsasında qurulmuşdur. Göründüyü kimi, müqavilənin 1.4 və 2.1-ci bəndəri üzrə məsələlər müqavilə qeyd olunuğu kimi yox, sonradan şifahi razılaşdırılaraq işgüzar münasibətlər əsasında həll edilmişdir. Tərəflər arasında müqavilə-hüquq münasibətlərinin bir çox aspektləri formal xara kter daşıyır və bu, müqavilənin 2.2 və 3.2-ci bəndlərinə də aiddir. Belə ki, müqavilənin 2.2-ci bəndində ödənişlərin hər partiya üzrə avans formasında nəzərdə tutulmasına baxmayaraq, faktiki münasibətlər bu qaydada həyata keçirilməmişdir. Məhkəmə qətnamədə yalnız 2.2-ci bəndə istinad etmiş, lakin cavabdehin həmin bəndin 2.1-ci bəndlə ziddiyyət təşkil etməsinə dair apellyasiya şikayətində göstərdiyi dəlillərə heç bir hüquqi münasibət bildirməmişdir. "xxxx" ASC vasitəsilə edilən ödəniş sənədlərində 20.000 və 70.001,02 manat məbləğləri avans deyil, konkret olaraq əvvəlki 4 partiya malın alışına görə göstərilmişdir. Bu, tərəflər arasında faktiki münasibətlərin müqavilədəki ziddiyyətli bəndlərdən kənar, real mal göndərişinə uyğun şəkildə qurulduğunu sübut edir. Mallar tam şəkildə cavabdeh tərəf indən göndərilmiş, ödənişlər isə 16 və 17 dekabr 2020-ci il tarixlərində bir elektron qaimə əsasında hissə-hissə icra olunmuşdur. Apellyasiya instansiyası bu vacib hallara lazımi hüquqi qiymət verməmişdir. Müqavilənin 3.2-ci bəndi də (malın göndərilməsinə dair qaimə-faktura) formal xarakterlidir. Belə ki, qaimə-faktura tərtib edilmədikdə belə, bu, malın göndərilmədiyi anlamına gəlmir. Məsələn, iddiaçının özü də 47,070 ton malın ona təqdim edildiyini etiraf etsə də, bu mala dair iki tərəfin imzasını daşıyan qaimə-faktura mövcud deyil. Bu da göstərir ki, müqavilənin digər bəndləri kimi, 2.2 və 3.2-ci bəndlər də praktiki münasibətlərdə tətbiq olunmayıb və formal xarakter daşıyır. Bu səbəbdən, tərəflər arasında alqı-satqı müqaviləsinin 2.2-ci bəndindən (əvvəlcədən ödəniş) irəli gələlərək məhkə mənin qətnamədə istinad etdiyi müqavilə şərtlərinin tərəflər üçün məcburiliyi barədə mövqeyi əsassızdır və işin faktiki halları ilə uzlaşmır. Qeyd olunan dəlillərdən irəli gələrək, apellyasiya instansiya məhkəməsinin qətnamədə cavabdeh tərəfindən MM-in 567 və 568.1-ci maddəsinin tələblərinin pozulmasına dair mövqeyi yanlışdır və bu hal məhkəmə tərəfindən həmin maddi hüquq normalarının tətbiqində səhvə yol verməsi kimi qəbul edilməlidir.

52. Vergi Məcəlləsinin 163-cü maddəsi üzrə - elektron qaimə faktura malların, işlərin və xidmətlərin təqdim edilməsini təsdiqləyən ciddi hüquqi sənəddir. 15 dekabr 2020-ci il tarixli elektron qaimədə göstərilən 4 partiya malın iddiaçıya təqdim olunduğu hüquqi baxımdan qəbul edilir. Əgər iddiaçı bu malları tam və ya qismən qəbul etməmişdisə, həmin hissəyə da ir qaiməni 5 gün ərzində geri qaytarmaq hüququ var idi. Lakin bu hüquqdan istifadə edilməmiş və nəticə etibarilə iddiaçının malları qəbul etdiyi hüquqi sayılır. Məhkəmə isə bu halı nəzərə almamış və maddi hüquq normalarının tələblərini pozmuşdur.

53. MPM-in 77 və 88-ci maddələri üzrə - məhkəmə tərəfindən iş üzrə sübutlara obyektiv qiymət verilməmiş, bundan əlavə, məhkəmənin gəldiyi hüquqi nəticə, yalnız iddiaçının maraqlarına xidmət edən, doğru əsaslandırılmayan, qeyri-obyektiv və bitrətəfli yanaşma olmaqla, tərəflərin hüquq bərabərliyi prinsipinin kobud pozulması ilə nəticələnən yanlış mövqedir.

54. MPM-in 150.1.2, 152.1.5, 386, 387, 418-ci maddələri üzrə - apellyasiya instansiyası dövlət rüsumunun ödənilməsi məsələsinə dair dəlillərə düzgün qiymət verməmişdir. İddiaçı MMC olsa da, iş mat eriallarında Mediasiya və məhkəmə baxışı üçün rüsumların iddiaçının xeyrinə ödənildiyini təsdiqləyən heç bir sübut yoxdur. Milliön Elektron Ödəniş Sistemi vasitəsilə ödənilmiş 400 manatlıq qəbzdə nə iddiaçının adı, nə də VÖEN-i göstərilmişdir. Hüquqi baxımdan bu ödəniş, ödəyən şəxsin – iddiaçının nümayəndəsinin öz xeyrinə hesab olunur. Bu səbəbdən, iddiaçının adından dövlət rüsumunun ödənilməsi sübut olunmadığına görə, bu məbləğ cavabdehdən tutula bilməz və iddia ərizəsi mülki prosessual qanunvericiliyə əsasən geri qaytarılmalı idi. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

55. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

56. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi göstərilsə də, şikayətin dəlillərindən m üəyyən edilir ki, qətnamənin əsaslığı iddianın qismən təmin edilməsi hissəsində mübahisələndirilir. Eyni zamanda, iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən kassasiya şikayəti verilməmişdir. Ona görə də, qətnamənin qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yalnız iddianın qismən təmin edilmiş hissəsində yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

57. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.” “Maddə

329. Əqdlərin formaları 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Sa tıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.”

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.

60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq norm alarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

61. Kassasiya şikayətində istinad olunan MM-in 324.1, 329.2, 385.1, 389.1, 567 və 568.1-ci maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.

62. Belə ki, kassasiya şikayətində həmin maddələrin tələblərinin pozulması qeyd edilsə də, bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

63. Həmin maddələrin, habelə kassasiya şikayətində istinad olunan digər normaların tələblərinin pozulmasının sübutların tam və hərtərəfli araşdırılmaması, işin hallarına və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

64. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində iş in hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

65. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağ lı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.

66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun ol araq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

67. Kassasiya şikayətində qeyd edilən cavabdehin istinad etdiyi dəlillərə qiymət verilməməsi barədə dəlillər də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin istinad etdiyi dəlillərə və sübutlara qiymət verilmişdir.

68. Dövlət rüsumu ilə bağlı dəlillər də əsaslı deyil və bununla bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ə saslandırılması ilə tam razılaşaraq qeyd edir ki, həmin əsaslandırmanı təkrarən qeyd edilməsinə zərurət yoxdur.

69. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

70. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. QƏRARA ALİR: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 27 noyabr tarixli, 2-2(105)-105/2024 nömrəli qətnaməsi mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar