Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-228/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan “AAAAAAAAAA” Humanitar Fondu Qeyri-Kommersiya Təşkilatının “xxxx” ASC-yə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: bank hesabına daxil olmuş pul vəsaitinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçının ləğvi üzrə təsviyyəcisi X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan “AAAAAAAAAA” X10- Kommersiya Təşkilatının cavabdeh “xxxx” ASC-yə və 3-cü şəxs Azərbaycan Respublikası X1rşı bank hesabına daxil olmuş pul vəsaitinin geri qaytarılması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(103)-594/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Ləğv prosesində olan “AAAAAAAAAA” X10- Kommersiya Təşkilatının Azərbaycan Respublikası Maliyyə X4 ünvanladığı xx xxxxxx 2017-ci il tarixli məktubda etmişdir ki, həmin Fond xx xxxx 2015-ci il tarixdən etibarən maliyyə çətinikləri səbəbi ilə fəaliyyətini dayandırmışdır. Fəaliyyət müddəti ərzində Fondun "xxxx” ASC-dəki aralıq hesabına 2014 və 2015-ci illə r ərzində kommersiya fəaliyyəti üzrə pul vəsaiti daxil olmuşdur. Fond, fəliyyətinin dayandırılması ilə əlaqədar olaraq dəfələrlə “xxxx" ASC-nin İdarə Heyətinin sədri E.Məmmədova və müştərisi olduğu "xxxx" ASC-nin Nəsimi filialına vəsaitlərin qarşı tərəfə geri qaytanması ilə bağlı məktublar ünvanlasa da, nəticəsi olmamış, cavab olaraq məsələ ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə X5 müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları və qarşı tərəfin vəsaitinin geri qaytarılması tələbini nəzərə alaraq, Fond qeyd olunan vəsaitlərin qaytarılmasına dair müvafiq göstəriş verilməsini Palatadan xahiş etmişdir.
2. Azərbaycan Respublikası Maliyyə X6 Fondun məktubunda qeyd edilən faktların araşdırılması üçün onu "xxxx” ASC-yə göndərmiş və sonuncunun Palataya ünvanladğı, 07/3458 saylı xx xxxx xx 2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bankın müştərisi olan “AAAAAAAAAA" Humanitar Fondunun hesablarına daxil olan sözügedən vəsaitlərlə bağlı müqavilələr “Qeyri-hökumət təşkilatları (İctimai Birliklər və Fondlar) Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə və “Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə uyğun müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınmamışdır. Bununla əlaqədar, yuxarıda göstərilən Qanunlara uyğun olaraq, həmin vəsaitlər bloklaşdırılmış və bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Maliyyə X4 məlumat verilmişdir.
3. Həmçinin “AAAAAAAAAA" Humanitar Fondu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək, Fondun ləğvetmə prosesində olması barədə qeydin dövlət reyestrinə da xil edilməsini xahiş etmişdir etmişdir. Bununla əlaqədar həmin Nazirliyin Fonda ünvanlandığı xx xxxxxx 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Fondun müraciəti ilə əlaqədar təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2001-ci ıl tarixdə 1363 nömrə ilə dövlət qeydiyyatına alınmış X8 tərəfindən xx.xx.2016-cı il tarixdə qurumun ləğv edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərarla Fondun ləğv edilməsi ilə bağlı təsviyəçi Ə.Rzayev təyin edilmişdir, Eyni zamanda Fondun müraciətinə əsasən xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 116.2-ci maddəsinə uyğun olaraq qurumun ləğv edilməsi barədə qətnamə çıxarılmışdır. Təsviyəçi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada ləğvetmə barədə qərar, ödəmə qabil iyyətinin olmasını təsdiq edən rəsmi bəyanat, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd (N°09 (151), sentyabr 2016-cı il tarixli “Ədliyyə" qəzetinin buraxılışı), 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 22(81)-151/2017 nömrəli qətnaməsi və Fondun möhürü Ədliyyə Nazirliyinə təqdim olunmuşdur. Sənədlər qanunvericiliyin tələblərinə uyğun olduğu üçün “Bakı Təhsil Məlumat Mərkəzi” Humanitar Fondunun ləğvetmə prosesində olması barədə qeyd xx.xx.2017-ci il tarixdə qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan «AAAAAAAAAA” X10-Kommersiya Təşk ilatı cavabdeh «xxxx” ASC-yə 3-cü şəxs Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin üzərinə iddiaçı Fonda göndərilmiş və cavabdeh ASCdə aralıq hesabında saxlanılan, cəmi 10.672,09 funt məbləğinin həmin vəsaiti göndərən təşkilatlara geri qaytarılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Fondun cavabdeh ASC-dəki bank hesablarına 2015-ci il ərzində kommersiya fəaliyyəti ilə əlaqədar xaricdən ümumlikdə 10.672,09 funt məbləğində, o cümlədən xx.xx.2015-ci il tarixində BELLERBYS EDUCATİONAL SERVİCES LİMİ tərəfindən 643,47 GBP; xx.xx.2015-ci il tarixində İNTO CİTY LLP tərəfindən 2.298,54 GBP; xx.xx.2015-ci il tarixində İNTOUEA LLP tərəfindən 2.048,54 GBP; xx.xx.2015-c i il tarixində İNTO NEWCASTLE UNİVERSİTY LLP tərəfindən 2.178,54 GBP; xx.xx.2015-ci il tarixində ST.PİRAN'S SCHOOL (GB) tərəfindən 1.003 GBP və xx.xx.2015-ci il tarixində İNTO CİTY LLP tərəfindən 2.500 GBP pul vəsaiti köçürülmüşdür.
6. Fonda köçürülən həmin pul vəsaitləri cavabdeh ASC-dəki aralıq hesabına daxil edlmişdir. Həmin vaxtlar Fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədiyinə görə Fond öz fəaliyyətini dayandırmış və buna görə də cavabdeh ASC-nin İdarə Heyətinin sədri E. Məmmədova və həmin ASC-nin Nəsimi filialının müdiri İ.Musayevə müraciət edərək, həmin vəsaitlərin qarşı tərəfə geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh ASC iddiaçı Fondun müraciətini icra etməmiş və bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Maliyyə X4 müraciət edilməsini tövsiy yə etmişdir. Bundan sonra Fond adı çəkilən Palataya müraciət edərək, həmin pul vəsaitlərinin öz sahibinə geri qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir.
7. Öz növbəsində Palata "xxxx" ASC-yə xx xxx 2017-ci il tarixli, 07-500 nömrəli məktub göndərərək, həmin məsələnin araşdırılması və nəticəsi barədə 5 iş günü ərzində, zəruri sənədləri əlavə etməklə, Palataya məlumat verilməsini tələb etmişdir. Lakin bundan uzun müddət keçməsinə baxmayaraq, nə ASC, nə də Palata tərəfindən Fonda araşdırmanın nəticəsi barədə heç bir məlumat verilməmişdir.
8. Bundan sonra Fond bu məsələ ilə bağlı həm Palataya, həm də cavabdeh ASC-yə xx xxxx 2018-ci il tarixli məktubla yenidən müraciət edərək, Fondun "xxxx" ASC-dəki aralıq hesabında olan pul vəsaitlərinin geri qaytarılmasının təmin edilməsini xahiş etm işdir.
9. Palata tərəfindən Fonda göndərilmiş xx xxxxx 2018-ci il tarixli cavab məktubundan aydın olur ki, Palata "xxxx" ASC-yə müraciət edərək, həmin məsələnin araşdırılması və bu barədə Fonda məlumat verilməsini xahiş etmişdir.
10. Lakin həmin vaxtdan uzun müddət ötməsinə baxmayaraq cavabdeh ASC həmin məsələnin araşdırılması və nəticəsi barədə Fonda heç bir məlumat verməmiş və aralıq hesabında saxlanılan həmin pul vəsaitlərinin öz sahibinə qaytarılması barədə Fondun tapşırıqlarını icra etməmişdir.
11. Fond xx xxxx 2015-ci ildə fəaliyətini dayandırdıqdan sonra maliyyə vəziyyətini yaxşılaşdırmaq mümkün olmadığı üçün özünün tamamilə ləğv edilməsi qərarına gəlmiş və bununüçün məhkəməyə müraciət etmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Fond ləğv edilmiş və ləğvetmə prosesinin başa çatdırılması ilə bağlı növbəti prosedurların həyata keçirilməsinə başlanılmışdır. Lakin Fondun "xxxx" ASC-dəki aralıq hesabındakı pul vəsaitlərinin öz sahiblərinə geri qaytarılması təmin edilmədiyi üçün ləğvetmə prosesini başa çatdırmaq mümkün deyildir. Hazırda pul sahibləri də həmin vəsaitlərin geri qaytarılmasını tələb edirlər. Lakin "xxxx" ASC həmin vəsaitin öz sahiblərinə geri qaytarılmasını təmin etmir. 13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 22(81)387/2019 saylı qətnaməsi ilə (hakim F.Mədətli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 14. 1-ci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı Fond tərəfindən onun "xxxx" ASC-dəki bank hesablarına 2015-ci il ərzində xaricdə n köçürülən və yuxarıda qeyd edilən pul vəsaitlərinin əsasını təşkil edən müqavilələrin xitamı və vəsaitin geri qaytarılması ilə bağlı hər iki tərəfin təsdiq etdiyi razılaşma təqdim edilmədiyindən, həmçinin xidmətlərin göstərilməsi və işlərin görülməsi haqqında müqavilənin qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
15. İddiaçı Fondu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-2(103)-594/2019 sayl ı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə i ddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, hər bir konkret mübahisə üzrə məhkəmə iddiaçının təqdim etdiyi sübutları araşdırmağa başlamazdan əvvəl iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenu munun xx xxxx 2008ci il tarixli qərarında da eyni hüquqi mövqe ifadə edilmişdir.
19. Hazırkı halda iddiaçı Fond cavabdeh ASC-dən xarici hüquqi şəxslər tərəfindən onun hesabına qrant olaraq köçürülmüş pul vəsaitlərinin həmin vəsaiti köçürmüş şəxslərə geri qaytarılmasını tələb edir. Həmin pul vəsaitlərinin geri qaytarılması barədə ödəyicilər tərəfindən banka hər hansı tapşırıq verilmədiyi işin mübahisəsiz halıdır.
20. İddiaçı Fond həmin vəsaitlərin ödəyicilərə geri qaytarılması ilə onun hansı subyektiv hüququnun pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı Fondun nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, Fondun qrant göndərdiyi şirkətlər qarşısında öhdəliyi olduğundan həmin öhdəliyə əməl edə bilməməsi nəticəsində hüquqları pozulmuş olur.
21. Halbuki, qanun a görə, qrant alanın donorlar qarşısında hər hansı öhdəliyi ola bilməz. Donor yalnız qrant ayrıldığı məqsəd üzrə istifadə edilməsinə nəzarət edə bilər.
22. Göründüyü kimi, iddiaçı Fondun hazırkı iddianı qaldırmağa subyektiv hüququ və iddianın qanuni əsası olmadığından iddia düzgün olaraq təmin edilməmişdir. 1-ci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
23. Eyni zamanda “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları hüquqi şəxs olan rezidentlər tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada aparılır.
24. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlər inin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.
25. Həmçinin “Qeyri-Hökumət Təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 24-2.1-ci maddəsinə əsasən, Qeyri-hökumət təşkilatı tərəfindən bu Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyrihökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. 26. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqrmarı, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan Azər baycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.
27. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilərlər. Azərbaycan dövləti adından müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxslərinə qrant verə bilər.
28. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər maddi yardımla bağlı vergitutma məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
29. Məhkəmənin qətnaməsi iddiaçı Fonda 09.12..2019-cu il tarixdə təqdim edilmişdir.
30. İddiaçı Fond kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAK ÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad olunan maddi hüquq normalarında iddiaçı Fondun iddia tələbinin rədd edilməsinə əsas verə biləcək heç bir hal nəzərdə tutulmamışdır. Əksinə, həmin normalarda hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyətin qoyulmadığı müəyyən edilmiş və qeyd olunmuşdur ki, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.
32. İddiaçı Fond cavabdeh ASC-dən özünün bank hesabına köçürülmüş yalyutanın ona verilməsini tələb etmir. O, bildirir ki, ləğv prosesində olduğu üçün, həmin pul vəsaitini göndərən təşkilatlar qarşısında götürdüyü müqavilə öhdəliklərini icra etməsi mümkün deyildir. Buna görə də iddiaçı Fond cavabdeh ASC-yə tapşırıq verərək, həmin vəsaitin öz sahiblərinə geri qaytarılmasını tələb edir. ASC isə öz müştərisinin qanuni tapşırığını icra etmək əvəzinə, əsassız olaraq, bundan imtina edir və imtinanın əsasını tərəflər arasında bağlanılmış müqavilənin qeydə alınmaması ilə izah edir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin qeydə alınmaması, həmin müqavilə əsasında göndərilmiş pul vəsaitlərindən yalnız istifadə edilməsini qadağan edir. Həmin vəsaitin öz sahibinə geri qaytarılması isə heç bir qanunla qadağan edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin öz qətnaməsini hüquqi baxımdan əs aslandıra bilməməsi də məhz belə bir qadağanedici normanın olmaması ilə bağlıdır.
33. Əvvəla, geri qaytarılması tələb olunan pul vəsaiti qrant deyil. Həmin pul vəsaiti iddiaçı Fond ilə pul göndərən təşkilatlar arasında bağlanmış xidmət müqaviləsinə əsasən göndərilmişdir. Həmin müqavilələrin tərcümə və təsdiq olunmuş surəti iş materiallarına əlavə olunub.
34. Qanunun tələbindən göründüyü kimi, qeyri-hökumət təşkilatlarına mənfəəti bölüşdürməmək şərti ilə sahibkarlıq faəliyyəti ilə məşğul olaraq, xidmət müqaviləsi bağlamaqla qanunla qadağan olunmayan xidmətlərin göstərilməsinə icaze verilir.
35. Qeyd olunan xidmət müqavilələrinə əsasən, iddiaçı Fondun pul köçürən şirkətər qarışında müəyyən öhdəlikləri var. Hazırki, vəziyyətdə iddiaçı nə həmin öhdəlikləri yerinə yetirə bilir, nə də pul vəsait lərini geri qaytara bilir. Bu da iddiaçının qanuni mənafenin pozulmasına səbəb olur.
36. Pul vəsaitinin geri qaytarılması üçün ödəyicilər tərəfindən banka (cavabdeh ASCyə) hər hansı tapşırıq verilmədiyi işin mübahisəsiz halıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, pul ödəyiciləri Azərbaycan Reynəlxalq Bankının müştərisi olmadığından və onlar arasında bank-hesab müqaviləsi olmadığından, pulu göndərən təşkilatlar pulun geri qaytarılması ilə bağlı həmin banka heç bir tapşırıq verə bilməz. Pul iddiaçı Fondun xxxxndakı hesabına köçürüldüyündən və iddiaçı Fond həmin Bbankın müştərisi olduğundan həmin pul vəsaiti ilə bağlı Banka tapşırıq vermək səlahiyyəti də məhz ona məxsusdur.
37. Göründüyü kimi, məhkəmənin öz qətnaməsinin əsası kimi istinad etdiyi normalar, yəni "Valyuta tənzimi haqqında" Qa nunun 8.2-ci və 8.3-cü maddələri və "Qeyri-Hökumət təşkilatları haqqında" Qanunun 24-2.1-ci maddəsi, "Qrant haqqında" Qanunun 1-ci, 2-ci və 5-ci maddələrinə həmçinin qətnamədə ümumiyyətlə istinad olumayan, Mərkəzi Bankın "Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasmdan çıxarılması Qaydaları" iddia tələbinin tamamilə əsaslı olduğunu təsdiq edir. Lakin məhkəmə öz qətnaməsində ümumi şəkildə həmin normalara istinad etsə də, həmin normaları düzgün təfsir etməmiş və iddia tələbini rədd etməklə, tamamilə qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 38.Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
39. İddiaçı Fondun ləğvi üzrə təsviyyəçisi Ə.Rzayev və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
40. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh ASC məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 41. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsinə əsasən, malların satışından, xid mətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələrinə aiddir.
42. Həmin Qanunun 24-2.1-ci maddəsinə müvafiq olaraq qeyri-hökumət təşkilatı tərəfindən bu Qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur.
43. Həmin Qanunun 24-2.2-ci maddəsinə görə, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasə n məsuliyyət daşıyır.
44. Azərbaycan Respublikası Kontstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasında n, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.
45. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 47.Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu günd ən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 49.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
50. Hazırki iş üzrə müəyyən e dilir ki, iddiaçı Fondun adına onun cavabdeh "xxxx" ASC-də açılmış bank hesabına 2015-ci il ərzində xarici təşkilatlardan ümumilikdə 10.672,09 funt sterlinq məbləğində pul vəsaiti daxil olmuşdur. Həmin pul vəsaitinin əsasını təşkil edən müqavilənin xitamı və vəsaitin geri qaytarılması ilə bağlı hər iki tərəfin təsdiq etdiyi razılaşma təqdim edilmədiyindən, həmçinin xidmətlərin göstərilməsi və işlərin görülməsi haqqında müqavilə qeydə alınmaq üçün qeyri-hökumət təşkilatı olan iddiaçı Fond tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
51. Bu əsasla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh ASC tərəfindən bu vəsaitin bloklaşdırılması və bu barədə Azərbaycan Respublikası Maliyyə X4 müvafiq məlum at verilməsi qanunamüvafiq olmuşdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi əsaslı və qanunidir.
53. İddiaçı Fond kassasiya şikayətində göstərir ki, onun bankdakı hesabına daxil olmuş pul vəsaiti qrant deyil, Fondun xarici təşkilatlarla bağladığı müvafiq müqavilələrə əsasən göstərdiyi xidmətlərin müqabilində qazandığı qonorarlardır.
54. Lakin qeyd olunmalıdır ki, qanun bu halda da, xaricdən daxilolmaları nəzərdə tutan müqavilələrin qeydə alınması üçün qeyri-hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasını nəzərdə tutmuşdur (bax hazırki qərarın 41-43-cü bəndəlrinə).
55. Apellyasiya instansiya məhəkəməsi qətnaməsində həmçinin iddiaçı Fondun hazırki iddia ilə məhkəmədə çıxış etmək hüququna qiymət vermiş və duzgun olaraq hesab etmişdir ki, Fond cavabdeh ASC-dən xarici hüquqi şəxslər tərəfindən onun hesabına qrant olaraq köçürülmüş pul vəsaitlərinin həmin vəsaiti köçürmüş şəxslərə geri qaytarılmasını tələb edir; bu pul vəsaitlərinin geri qaytarılması barədə ödəyicilər tərəfindən banka hər hansı tapşırıq verilmədiyi işin mübahisəsiz halıdır; iddiaçı Fond da həmin vəsaitlərin ödəyicilərə geri qaytarılması ilə onun hansı subyektiv hüququnun pozulduğunu əsaslandıra bilməmişdir. Belə olan halda iddiaçı Fond müvafiq subyektiv hüquqa malik olmadığından cavabdeh ASC-yə qarşı hazırki tələbi irəli sürə bilməzdi (bax hazırki qərarın 44-cü bəndinə).
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
57. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan “AAAAAAAAAA” X10- Kommersiya Təşkilatının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-594/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.