Məhkəmə qərarları › İş №2-2(102)-229/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-229/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-229/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Mə hkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-720/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı "xxxx" MMC və sifarişçi Cavabdeh MMC arasında bağlanmış 2018-ci il 2 iyul tarixli AZTX/095 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə görə, icraçı Bakı şəhəri, Şamaxı şosesi 15-ci km ünvanında yerləşən “Volvo/Mack Truck”, Volvo Construction, SDLG, Cat” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ö dəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: - 3.1-ci bəndinə görə, icraçının göstərdiyi iş və xidmətlər üzrə ödənişə daxildir: Servis ərazisində xidmət haqqı 35 manat/adam saat (ƏDV-siz), müştəri ərazisində xidmət haqqı 45 manat/adam saat (ƏDV-siz), mobil servis haqqı 0,8 manat (gediş birtərəfli hesablanır). - 3.2-ci bəndinə görə, bu müqaviləyə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50 faiz, icraçının hesabına ödənilir, qalan 50 faiz hesab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edilən tarixdən 15 gün ərzində icraçının bank hesabına və ya xəzinəsinə ödənilməlidir. - 4.2-ci bəndinə görə, sifarişçi bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün icraçıya ödənişi gecikdirilmiş xidmət h aqqı məbləğinin 1 faizdən başlayaraq 10 faizi keçməmək şərti ilə penya ödəyir. 2. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə aşağıdakı elektron qaimələr göndərilmişdir: - 2015-ci il 18 fevral tarixli icarə müqaviləsi üzrə 2020-ci il 2 mart tarixli EBAH seriyalı 072021 nömrəli (dəyəri 35.400 manat əsas borc, 5.400 manat ƏDV məbləği); - 2020-ci il 12 mart tarixli EBAH seriyalı 635736 nömrəli (dəyəri 1.205.400 manat əsas borc, 275.400 manat ƏDV məbləği); - GPS xidməti üzrə 2020-ci il 13 mart tarixli EBAH seriyalı 635143 nömrəli (dəyəri 16.193,33 manat əsas borc, 2.470,17 manat ƏDV məbləği); - servis xidmət haqqı barədə müqavilə üzrə 2020-ci il 13 mart tarixli EBAH seriyalı 632900 nömrəli (dəyəri 222.192,62 manat əsas borc, 33.893,79 manat ƏDV məbləği); - AZTX/095 nömrəli müqavilə üzrə 2019-cu il 6 fevral tarixli EAAQ seriyalı 082173 nömrəli (dəyəri 12.770,68 manat əsas borc, 1.948,07 manat ƏDV məbləği); - 2019-cu il 2 aprel tarixli EAAS seriyalı 400144 nömrəli (dəyəri 8.127,62 manat əsas borc, 1.239,81 manat ƏDV məbləği təşkil edən). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 3. "xxxx" MMC (bundan sonra – “iddiaçı”) 2022-ci il 15 iyul tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci il 2 iyul tarixli AZTX/095 nömrəli tikinti texnikalarına xidmət göstərilməsi müqaviləsinə (bundan sonra – “2018-ci il 2 iyul tarixli müqavilə”) əsasən iddiaçı tərəfindən cavabdehə göstərilmiş servis xidmətləri üzrə 278.961,38 manat əsas borc, 51.452,86 manat ƏDV borcu, GPS xidməti üzrə 13.723,16 manat əsas borc, 2.470,17 manat ƏDV borcu, təhvil verilmiş ehtiyat hissələri üzrə 16.779,66 manat əsas borc, 3.020,34 manat ƏDV borcu olmaqla, ümumilikdə ƏDV daxil 366.407,57 manat borcun, əlavə olaraq 10 faiz həcmində, yəni 36.640,75 manat penya və ödənilmiş 693,10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 2 iyul tarixli müqaviləyə (bax § 1) müvafiq olaraq iddiaçı tərəfindən cavabdehin təqdim etdiyi texnika və nəqliyyat vasitələrinə 295.019,90 manat əsas məbləğ, 53.103,58 manat ƏDV məbləği dəyərində servis xidmətləri göstərilmiş; 13.723,16 manat əsas məbləğ, 2.470,17 manat ƏDV məbləği dəyərində GPS xidməti üzrə haqq hesablanmış; 16.779,66 manat əsas məbləğ, 3.020,34 manat ƏDV məblə ği dəyərində ehtiyat hissələri təhvil verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş servis xidmətləri üzrə 16.058,52 əsas məbləğ, 1.650,72 manat ƏDV məbləği ödəniş həyata keçmişdir. Cavabdehin iddiaçıya borcu mövcuddur (bax § 3). İddiaçı tərəfindən cavabdehə 17.710,42 əsas məbləğ, 3.187,88 manat ƏDV məbləği dəyərində təsdiqlənmiş e-qaimə; 202.021,99 manat əsas məbləğ, 36.363,96 manat ƏDV məbləği dəyərində geri qaytarılmış e-qaimə göndərilmişdir. Tərəflər arasında bağlanan 2019-cu il 15 aprel tarixli AZTX/505 nömrəli icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən, “Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş müddətlərdə, xidmət haqqını ödəmədikdə, gecikdirilmiş hər gün üçün “İcraçıya”, ödənişi gecikdirilmiş xidmət haqqı məbləğinin 1%dan başlayaraq 10% keçməmək şərti ilə penya ödəyir. Belə liklə, müqavilə üzrə yaranmış borcun üzərinə 10 faiz həcmində penya hesablanmalıdır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliklərin icrasından yayınmış və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəməmişdir.

5. Təqdim olunmuş sifariş vərəqələri üzrə borc məbləğinin düzgün hesablanmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təyin olunmuş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 aprel tarixli 9/1602 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İş materiallarında olan sifariş vərəqələrinə əsasən bildirilmişdir ki, 2018-ci il 2 iyul tarixli müqavilə üzrə 2018 və 2019-cu illərdə iddiaçı tərəfindən cavabdehə göstərilmiş servis xidmətlərinin dəyəri 295.019,90 manat əsas borc və 53.103,58 manat ƏDV məbləği olmaqla müəyyən edilmişdir. - 2018-ci il 2 iyul tarixli müqavilə üzrə görülmüş işlərin, göstərilmiş servis xidmətlərinin dəyərinin ödənilməsinə dair ödəniş sənədləri öz əksini tapmadığından 2018-2019-cu illərdə cavabdeh tərəfindən ödənilməmiş borc məbləğinin nə qədər olmasını hazırkı tədqiqatla müəyyən etmək mümkün olmamışdır. - Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2022-ci il 4 oktyabr tarixli maliyyə arayışına əsasən 295.019,90 manat əsas məbləğ və 53.103,58 manat ƏDV məbləği dəyərində göstərilmiş servis xidməti üzrə məbləğin 16.058,52 manat əsas məbləğ olan hissəsindən, 1.605,72 manat isə ƏDV olan hissəsindən ödənildiyi göstərilmiş, 20182019-cu illər üzrə qalıq borc məbləğinin 278.961,38 manat əsa s məbləğ, 51.452,86 manat ƏDV məbləği olduğu göstərilmişdir. İş materiallarında olan maliyyə arayışının düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilməlidir.

6. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 may tarixli e-2-2(113)-105/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 2018-ci il 2 iyul tarixli müqaviləyə əsasən göstərilmiş servis xidmətləri üzrə 278.961,38 manat əsas, 51.452,86 manat ƏDV məbləği, 13.948,05 manat penya və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 693,10 manat olmaqla, ümumilikdə 345.055,39 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır (hakim – İ.Əhmədov).

7. Məhkəmə qe yd etmişdir ki, mübahisələndirilən 2018 və 2019-cu illər üzrə, eyni zamanda əvvəlki dövrləri əhatə edən sifariş vərəqələrindən məlum olanlara görə, cavabdeh tərəfindən iddiaçıya 2018-ci il 2 iyul tarixli müqavilə üzrə avadanlıqlara servis xidmətləri göstərilməsi ilə əlaqədar müvafiq sifarişlər verilmiş və sözügedən sifariş vərəqələri hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

8. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, cavabdeh tərəfindən sifariş olunan texnika və nəqliyyat vasitələrinə 295.019,90 manat əsas məbləğ, 53.103,58 ƏDV məbləği dəyərində servis xidmətləri göstərilmiş, 13.723,16 manat əsas məbləğ, 2.470,17 manat ƏDV məbləği dəyərində GPS xidməti üzrə haqq hesablanmış, 16.779,66 manat əsas məbləğ, 3.020,34 manat ƏDV məbləği dəy ərində ehtiyat hissələri təhvil verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göstərilmiş servis xidmətləri üzrə 16.058,52 manat əsas məbləğ, 1.650,72 manat ƏDV məbləği ödəniş həyata keçmişdir.

9. Hazırda cavabdehin iddiaçıya göstərilmiş servis xidmətləri üzrə 278.961,38 manat əsas məbləğ, 51.452,86 manat ƏDV məbləği, GPS xidməti üzrə 13.723,16 manat əsas məbləğ, 2.470,17 manat ƏDV məbləği, təhvil verilmiş ehtiyat hissələri üzrə 16.779,66 manat əsas məbləğ, 3.020,34 manat ƏDV məbləği dəyərində borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə 17.710,42 manat əsas məbləğ, 3.187,88 manat ƏDV məbləği dəyərində təsdiqlənmiş e-qaimə, 202.021,99 manat əsas məbləğ, 36.363,96 manat ƏDV məbləği dəyərində geri qaytarılmış e-qaimə göndərilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 2022-ci il 4 oktyabr tarixli maliyyə arayışında göstərilmişdir ki, 2021-ci il 25 noyabr tarixində cavabdeh üzrə təqdim edilmiş maliyyə arayışında qeyd olunmuş 295.019,90 manat əsas məbləğ, 53.103,58 manat ƏDV məbləği dəyərində göstərilmiş servis xidməti üzrə məbləğin 16.058,52 manat əsas məbləğ, 1.605,72 manat ƏDV məbləği ödənilmişdir. Qalıq borc məbləği 278,961.38 manat əsas məbləğ, 51.452,86 manat ƏDV məbləği üzrə göstərilmiş servis xidmətlərinin müvafiq olaraq illər üzrə açıqlaması bu şəkildə olmuşdur: 2018-ci il üzrə əsas məbləğ 243.159,92 manat, 2018-ci il üzrə ƏDV məbləği 44.066,14 manat, 2018-ci il üzrə cəmi məbləğ 287.226,06 manat, 2019-cu il üzrə əsas məbləğ 35.801,46 manat, 2019-cu il üzrə ƏDV məbləği 7.386,72 manat, 2019-cu il üzrə cəmi məbləğ 43.188,18 manat təşkil etmişdir.

11. Cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi 2018-ci il 2 iyul tarixli müqavilədən irəli gəlmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və mülki qanunvericiliyin müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddianın 2018ci il 2 iyul tarixli müqaviləyə əsasən iddiaçının cavabdehə olan göstərilmiş servis xidmətləri üzrə 278.961,38 manat əsas borc hissəsi ilə bağlı məhkəmə bildirmişdir ki, sifariş aktları 2018-ci il 2 iyul tarixli müqavilə üzrə cavabdeh tərəfindən servis xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq sifarişlər edildiyini və həmin sifarişlərin olunduğunu, onların dəyərini təsdiq edilən sifariş vərəqələri hər iki hüquqi şəxsin nümayəndəsi tərəfindən təsdiq olunduğunu təs diqləmişdir. Bundan əlavə, iş materiallarına iddiaçı tərəfindən servis xidmətlərinin göstərilməsi ilə bağlı cavabdehə elektron qaydada ünvanlanmış elektron qaimələr də əlavə edilmişdir. Məhkəmə 2018-ci il 2 iyul tarixli müqavilə üzrə 2018-2019-cu illərdə iddiaçı tərəfindən göstərilmiş servis xidmətlərinin göstərilməsinin və onların dəyərinin ödənilmədiyinin iş üzrə müvafiq sübutlarla təsdiq olunduğunu nəzərə alaraq, iddianın cavabdehdən 278.961,38 manat əsas borc və 51.452,86 manat ƏDV məbləğinin tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir.

12. Məhkəmə iddianın GPS xidməti üzrə 13.723,16 manat əsas borc və 2.470,17 manat ƏDV məbləğinin tutulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı şifahi şəkildə qeyd edilən xidmətin göstərildiyini bildirsə də, bu fakt hər h ansı sübutla təsdiq olunmur. Tərəflər arasında ümumiyyətlə GPS xidmətinin göstərilməsi ilə bağlı münasibətlərini tənzimləyən müqavilə bağlanmamış və xidmətlərin göstərilməsi rəsmiləşməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu hissədə iddianın əsassız olması qənaətinə gəlmişdir.

13. İddianın ehtiyat hissələri üzrə 16.779,66 manat əsas və 3.020,34 manat ƏDV məbləğinin tutulması ilə bağlı hissəsi ilə əlaqədar isə məhkəmə qeyd etmişdir ki, iddiaçı ehtiyat hissələrinin təhvil verilməsi faktının iş materiallarına əlavə olunmuş sifariş vərəqələri ilə təsdiq edildiyini və bununla bağlı digər hansı sübutun mövcud olmadığını bildirmişdir. Məhkəmə tərəfindən sifariş vərəqlərinə nəzər yetirilərkən həmin sənədlərdə ehtiyat hissələrinin təhvil verilməsi ilə bağlı hər hansı qeyd olmadığı məlum olmuşdur.

14. Məhkəmə iddiaçının maliyyə arayışında göstərilən GPS xidməti üzrə 13.723,16 manat və ehtiyat hissələri üzrə 16.779,66 manat borcla bağlı dəlilinə dair, iddianın predmet və əsas olmaqla 2 elementdən ibarət olduğunu vurğulamış və qeyd etmişdir ki, iddianın predmetini - mübahisəli hüquq münasibətlərindən yaranan iddiaçının cavabdehə konkret maddi hüquq tələbi, əsasını isə həmin tələbi şərtləndirən hüquqi faktlar təşkil edir. Müəyyən bir şəxsə yönəlmiş hər bir tələb müəyyən faktiki və hüquqi əsaslara söykənməlidir. İddiaçının nümayəndəsi tərəfindən maliyyə arayışına göstərilən borc məbləği sonuncunun daxil etdiyi informasiya əsasında formalaşmış və onun tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Bu mənada, iddiaçının birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin cavabdeh üçün hər hansı öhdəlik yaratması mümkün deyil. Odur ki, məhkəmə bu hissədə də iddianın əsassız olması qənaətinə gəlmişdir.

15. Məhkəmə iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə almaqla, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq, iddia 36.640,75 manat penya tələbi ilə bağlı hissədə qismən təmin olunmaqla, cavabdehdən iddiaçının xeyrinə 13.948,05 manat dəbbə pulunun tutulması qənaətinə gəlmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 425.1, 442, 445.2.1, 460.1, 462.3 və 467-ci, Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1 və 14.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-720/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən 274.121,6 manat əsas, 49.870,7 manat ƏDV məbləğinin təmin edilən hissəsində ləğv olunaraq, həmin hissədə iddia tələbi rədd edilmiş, qətnamə cərimə məbləğinin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 300 manat dəbbə pulunun tutularaq idd iaçıya ödənilməsi qət olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

19. Apellyasiya məhkəməsi qətnamənin əsaslılığının iddia tələbinin təmin olunmuş hissəsində yoxlayaraq bildirmişdir ki, 2020-ci il 2 mart tarixli EBAH seriyalı 072021 nömrəli (dəyəri 35.400 manat əsas borc, 5.400 manat ƏDV məbləği), 2020-ci il 12 mart tarixli EBAH seriyalı 635736 nömrəli (dəyəri 1.205.400 manat əsas borc, 275.400 manat ƏDV məbləği təşkil edən) elektron qaimələr 2015-ci il 18 fevral tarixli icarə müqaviləsi üzrə, 2020-ci il 13 mart tarixli EBAH seriyalı 635143 nömrəli (dəyəri 16.193,33 manat əsas borc, 2.470,17 manat ƏDV məbləği təşkil edən) elektron qaimə isə GPS xidməti üzrə olduğundan hazırkı mübahisəyə aid iyyəti müəyyən edilməmişdir. 20. 2018-ci il 2 iyul tarixli müqavilə üzrə 2019-cu il 6 fevral tarixli EAAQ seriyalı 082173 nömrəli (dəyəri 12.770,68 manat əsas borc, 1.948,07 manat ƏDV məbləği), 2019cu il 2 aprel tarixli EAAS seriyalı 400144 nömrəli (dəyəri 8.127,62 manat əsas borc, 1.239,81 manat ƏDV məbləği təşkil edən) qaimələr cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir.

21. Servis xidmət müqaviləsi üzrə 2020-ci il 13 mart tarixli EBAH seriyalı 632900 nömrəli (dəyəri 222.192,62 manat əsas borc, 33.893,79 manat ƏDV məbləği təşkil edən) elektron qaimə iddiaçı tərəfindən göndərilmiş, düzəliş üçün cavabdeh tərəfindən qaytarılmışdır. Həmin elektron qaimənin iddiaçı tərəfindən yenidən təqdim olunması və cavabdeh tərəfindən təsdiq edilməsi iş materialları ilə müəyyən olunmamış dır. 22. 2 ədəd - 2019-cu il 6 fevral tarixli EAAQ seriyalı 082173 nömrəli (dəyəri 12.770,68 manat əsas borc, 1.948,07 manat ƏDV məbləği), 2019-cu il 2 aprel tarixli EAAS seriyalı 400144 nömrəli (dəyəri 8.127,62 manat əsas borc, 1.239,81 manat ƏDV məbləği təşkil edən) elektron qaimələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir (düzəliş və ya ləğv olunmamışdır).

23. Xidmətin göstərilməməsi, elektron qaimələrin isə yalnız sistem tərəfindən təsdiqlənməsi ilə bağlı cavabdehin dəlilləri göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxım ından ağlabatan hesab olunmamışdır.

24. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında işlərin təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

25. Cavabdehin 24.086,18 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi - müqaviləyə əsasən sifariş verilmiş 24.086,18 manat dəyərində görülmüş işlərin iddiaçı tərəfindən cavabdehə təhvil verildiyi qənaətinə gəlməyə əsas vermişdir.

26. İddiaçının təqdim etdiyi maliyyə arayışında (bax § 10) cavabdeh tərəfindən iddiaçıya göstərilmiş servis xidmətləri üzrə 16.058,52 əsas 1.605,72 manat ƏDV məbləğinin ödənilməsi qeyd edilmişdir. 27. 20.898,30 manat əsas borcdan cavabdehin ödədiyi 16.058,52 manat məbləğ çıxıldıqda, qalıq əsas borcun 4.839,78 manat təşkil etdiyi, ƏDV üzrə isə cəmi 3.187,88 manat ƏDV məbləğindən 1.605,72 manat çıxıldıqda, ƏDV məbləğinin 1.582.16 manat təşkil etdiyi müəyyən olunmuşdur.

28. Birinci instansiya məhkəməsi tərəfindən ödənilməli əsas borc məbləği 278.961,38 manat müəyyən olunmuşdur. Həmin məbləğlərin fərqi isə (278.961,384.839,78) 274.121,6 manat, ƏDV məbləği isə 51.452,86 manat müəyyən edilmişdir ki, həmin məbləğlərin fərqi isə (51.452,86-1.582,16) 49.870,7 manatdır.

29. Cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi 2018-ci il 2 iyul tarixli müqavilədən irəli gəlmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və qanunvericiliyin normalarından çıxış etməklə, bu iddia t ələbini irəli sürmək hüququ vermiş, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Məhkəmə kollegiyası qanunvericilik normalarını, cavabdehin 2018-ci il 2 iyul tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq, iddianın 4.839,78 manat əsas borc və 1.582,16 manat ƏDV məbləğinin tələb edilməsi hissəsində əsaslı olduğu qənaətinə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi 274.121,6 manat əsas borc və 49.870,7 manat ƏDV məbləğinin tutulması hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbi rədd edilməlidir. 30. 2023-cü il 7 aprel tarixli ekspert rəyi (bax § 5) ilə bağlı kollegiya, həmin rəyin yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışı əsasında verildiyini qeyd etmişdir.

31. Dəbbə puluna münasibətdə isə kollegiya qeyd etmişdir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öz əksini tapmışdır.

32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 398.1, 425.1, 442, 445.2.1, 462.1 və 467-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.5, 3.3, 3.6 və 3.9-cu bəndlərinə istinad etməklə əsaslandırmışdır.

33. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 385.1-ci maddəsi üzrə - Qanunvericiliyin tələbinə görə, müqavilə tərəflərinin hər birinin öhdəlikləri mövcuddur. Tərəflər arasında bağlanılmış xidmət müqaviləsi üzrə işlər iddiaçı tərəfindən tam icra olunmuşdur. İş materiallarında olan AKTlar işlərin tam icra olunması tam olaraq əks edir. İş materiallarında 1000 ədəd akt və aktlar üzrə işlərin görülməsi öz əksini tapır, bu isə iddianın tam əsaslı olmasına əsasdır. Məhkəmə qeyd edilən xidmət müqaviləsi üzrə aktların mövcudluğunu nəzərə almadan yalnız elektron qaimə fakturalara istinad edərək, işlərin görülməməsi nəticəsinə gəlmişdir.

35. MM-in 386.1-ci maddəsi üzrə - Tərəflər arasında tikinti texnikalarına xidmətlərin göstərilməsinə dair müqavilə bağ lanmış, uzun müddət həmin müqavilə əsasında cavabdehə məxsus texnikalara xidmət göstərilmişdir və qeyd olunan hallar işin mübahisəsiz halıdır. Cavabdeh sözügedən müqavilə əsasında ona göstərilmiş xidmətin əvəzi olaraq ödənişlərin icrasından yayındığı üçün müqavilə üzrə həyata keçirilmiş xidmətin əvəzi olaraq cavabdehdən iddia tələbi çərçivəsində pul məbləğinin əvəzi tutulmalıdır.

36. MPM-in 76.1 və 76.2-ci maddələri üzrə - Tərəfimizdən müqavilə üzrə işlər icra edilmişdir. Bu iş materiallarında olan 1000-dən çox aktlar ilə öz təsdiqini tapır. Bundan əlavə, iş materiallarında olan ekspert rəyində də işlərin hansı həcmdə icra olunması təsdiq olunur. Digər sübutlarla yanaşı, ekspert rəyində də iddianın əsaslı olması öz təsdiqini tapmışdır. İddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün zər uri olan hallar apellyasiya məhkəməsi tərəfindən, ümumiyyətlə qiymətləndirilməmiş, nəticədə yuxarıda qeyd olunan və tətbiq edilməli olan maddi hüquq normaları mübahisəyə tətbiq edilməmiş, o cümlədən qətnamə işin həqiqi halları və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən konkret olaraq maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması, formal olsa belə göstərilməmişdir. Kassator şikayətində yalnız işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad etmişdir ki, bu hal da yolverilməzdir. İşin faktiki hallarının kassasiya şikayətində sadalanan hallarına gəldikdə isə cavabdeh bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində dəlillərini ətraflı şərh etmiş və işə baxan apellyasiya məhkəməsi dəlilləri nəzərə almışdır. İşə baxan apellyasiya məhkəməsi mübahisə üzrə ətraflı araşdırma aparmış və cavabdeh qətnamənin əsaslandırma hissəsindəki bəzi məqamları ilə razılaşmasa belə, məhkəmə obyektiv nəticəyə gəlmişdir. İddiaçı isə daha qətnamədəki nəticənin əsassızlığına dair tutarlı dəlil gətirə bilməmiş, formal əsaslarla məhkəmə qətnaməsinin ləğvini tələb etmişdir. Kassasiya baxışının hədləri

38. Hazırkı icraat çərçivə sində apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirilsə də, onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız iddianın təmin edilmədyi hissədə yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə t utulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi;...” müddətdə icra “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir.)...” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.”

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uy ğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. (2022-ci il 25 avqust tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.)... 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir.” “3. Elektron qaimə-fakturanın tə tbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.... 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. (2022-ci il 25 avqust tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin birinci cümləsinə “qaiməfakturanın” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilmişdir.)...”

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndəri lmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

43. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.

1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır.

45. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə əlaqədar göndərilmiş ümumilikdə 6 elektron qaimə məhkəməyə təqdim edilmişdir (bax § 2).

46. Mübahis ələndirilən qətnamədən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi həmin elektron qaimələrdən 3-nə onların hazırkı mübahisəyə aidiyyətinin müəyyən edilməməsi səbəbindən istinad etməmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə, bu qaimələrdən 2-si 2015-ci il 18 fevral tarixli icarə müqaviləsi üzrə, 1-i isə GPS xidməti üzrə olmuşdur.

47. İddiaçı kassasiya şikayətində məhkəmənin həmin mövqeyini təkzib edə bilməmişdir.

48. Məhkəmə kollegiyası da hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutların hazırkı mübahisəyə aidiyyətini müəyyən etməməklə MPM-in 80-ci maddəsinin (bax § 43) tələblərini pozmamışdır.

49. Apellyasiya instansiyası məhkəməsinin qalan digər 2 elektron qaimə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, həmin qaimələr cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiq edilmiş elektron qaimələri və iddiaçının öz məlumatına əsasən cavabdeh tərəfindən xidmətlərə görə ödənilmiş pul vəsaitini nəzərə alaraq belə yekun nəticəyə gəlmişdir ki, iddia tələbi 4.839,78 manat məbləğində əsas borcun və 1.582.16 manat ƏDV məbləğinin tələb edilməsi hissəsində əsaslıdır.

51. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməməklə həmin nəticə ilə razılaşmışdır.

52. Bununla belə, məhkəmə kollegiyası cavabdehə göndərilmiş 6 elektron qaimədən 1-i (servis xidmət müqaviləsi üzrə EBAH seriyalı 632900 nömrəli, 2020-ci il 13 mart tarixli dəyəri 222.192,62 manat əsas borc, 33893.79 manat ƏDV məbləği təşkil edən elektron qaimə) üzrə apellyasiy a instansiyası məhkəməsinin mövqeyini aşağıdakı səbəblərdən əsassız hesab edir.

53. Mübahisələndirilən qətnamədən məlum olur ki, həmin elektron qaimə düzəliş üçün cavabdeh tərəfindən geri qaytarılmışdır. Lakin sözügedən elektron qaimənin iddiaçı tərəfindən yenidən təqdim edilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi iş materialları ilə müəyyən olunmamışdır.

54. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini müvafiq hissədə rədd etmişdir.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinin hazırda və zamana görə qüvvədə olan redaksiyalarının (bax § 41) məzmunundan məlum olur ki, elektron qaimə-faktura vergi orqanında uçotda olan şə xslərə göndərilən ilkin uçot sənədidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 42) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

57. Mübahisəli 2018-ci il 2 iyul ta rixli AZTX/095 nömrəli tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqaviləyə görə, icraçı ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində sifarişçinin təqdim etdiyi avadanlıqları təmir etməyi, sifarişçi isə icraçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür (bax § 1).

58. Göründüyü kimi, sözügedən müqavilənin şərtlərindən belə məlum olur ki, istehsalat sahələrində icraçı (iddiaçı) tərəfindən sifarişçiyə (cavabdeh) xidmət göstərilməsi sifarişçinin sifarişinə əsasən həyata keçirilməli idi.

59. Belə ki, iş materiallarında xidmət göstərilməsinə dair çoxsaylı sifariş sənədləri (“zakaz-naryad” adlı sənədlər), habelə müəyyən “hesab/invoic e” sənədləri mövcuddur (kassasiya şikayətinin dəlillərinə görə, belə sənədlərin sayı 1.000-dən artıqdır). Həmin sifariş sənədlərin bir çoxunun sifarişçinin adından imzalandığı, habelə sifarişlərdə xidmət göstərilən nəqliyyat vasitələrinin markalarının, dövlət qeydiyyat nömrələrinin, “VİN” nömrələrinin, buraxılış ilinin, məsafə yürüşünün, dispetçerin və ustanın ad və soyadlarının və digər məlumatların əks olunduğu görünür.

60. Beləliklə, iş materiallarından, tərəflər arasındakı işgüzar münasibətlərin yalnız işlərin təhvil-təsliminin elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməsi əsasında deyil, həmçinin cavabdehin adından verildiyi bildirilən sifarişlərin iddiaçı tərəfindən qəbul olunması əsasında qurulduğu görünməkdədir.

61. Qeyd edilmədir ki, iş üzrə alınmış ekspert rəyindən tədqiqat aparılarkən həmin sifarişlərin nəzərə alındığı, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən məhkəmənin iş üzrə nəticəyə gələrkən sözügedən sənədlərə istinad etdiyi görünsə də, aşağı məhkəmənin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində sifariş sənədlərini ümumiyyətlə nəzərə almamış, onlar üzrə heç bir hüquqi qiymətləndirmə aparmamış, öz qənaətini yalnız işdə olan elektron qaimələr əsasında formalaşdırmışdır.

62. Halbuki mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən xüsusatlar dəyərləndirilmədən iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.

63. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfindən geri qaytarılmış elektron qaimə (servis xidmət müqaviləsi üzrə EBAH seri yalı 632900 nömrəli, 2020-ci il 13 mart tarixli dəyəri 222.192,62 manat əsas borc, 33893.79 manat ƏDV məbləği təşkil edən elektron qaimə) əsasında iddia tələbinin müvafiq hissəsi üzrə gəldiyi nəticə MPM-in 88-ci maddəsinin tələblərinə (bax § 43) və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə uyğun olmamışdır, bu səbəbdən də MPM-in 217.1-ci maddəsinə (bax § 43) görə, əsassız hesab edilməlidir.

64. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-720/2023 nömrəli qətnaməsi qismən - 2018ci il 2 iyul tarixli AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmi ş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

65. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş materiallarında olan mübahisəli müqavilə və dövr üzrə xidmət göstərilməsinə dair sifariş sənədlərinin mötəbərliyini qiymətləndirməli, həmin sifarişləri işdə olan digər sübutlarla əlaqəli şəkildə təhlil etməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-720/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən - 2018-ci il 2 iyul tarixli AZTX/095 saylı “tikinti texnikalarına texniki xidmət göstərilməsi” müqaviləsinə əsasən göstərilmiş servis xidmətləri üzrə cavabdehdən 222.192,62 manat əsas borcun və 33.893,79 manat ƏDV məbləğinin tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar