Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-235/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2-2(103)-176/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Az ərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 2024-cü il 22 noyabr tarixli 3-48-2F/2-H-5496-8-5698/2024 saylı arxiv çıxarışına əsasən, Xətai Rayon İcra Hakimiyyətinin Başçısı 1998-ci il 21 sentyabr tarixli 343 saylı sərəncamla G.Şıxlinski küçəsi, ev 15, mənzil 70-də yaşayan İddiaçı, şəhid ailəsi kimi maddi vəziyyəti nəzərə alınaraq, Şıxlinski küçəsi 1a saylı evin qarşısında cizgidə göstərilən sahələrdə kommersiya fəaliyyəti məqsədilə məntəqə quraşdırmasına icazə vermişdir. 2. 2005-ci il 1 iyul tarixli sərəncamdan çıxarışa əsasən, Xətai Rayon İcra Hakimiyyəti İddiaçı müraciətini nəzərə alaraq, ona 1998-ci il 21 sentyabr tarixli 343 saylı sərəncamla G.Şıxlinski küçəsi 1a ünvanında ayrılmış 3x5 metr ölçülü məntəqəni maddi imkansızlıq səbəbilə t ikə bilmədiyini nəzərə almışdır. Bu səbəbdən Həsənovaya həmin məntəqənin S.Ə.Şirvani küçəsində, 9 saylı binanın yaxınlığında cizgidə göstərilən sahəyə köçürülərək yenidən tikilməsinə icazə verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 17 iyul tarixində Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı Bakı Kommersiya Məhkəməsinə qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ********** saylı VÖEN əsasında işlətdiyi Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsi, 9 saylı binanın yaxınlığında ümumi sahəsi 3x5=15m qeyri-yaşayış sahəsindən (mağazadan) çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsasla ndırılmışdır ki, iddiaçı Xətai rayonu, General Şıxlinski küçəsi 15, mənzil 92-də yaşayan həyat yoldaşı X1 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirir. Şəhid ailəsi statusuna malikdir və birgə nikahdan iki övladı vardır. Cavabdeh həmin nikahdan doğulmuş övladdır. Şəhid ailəsi kimi 1998-ci il 21 sentyabr tarixli 343 saylı sərəncam əsasında G.Şıxlinski küçəsi 1a ünvanında 3x5 m ölçüdə sahə ayrılmış, lakin bu sahədə tikinti başa çatmadığından, 2005-ci ildə həmin obyekt S.Ə.Şirvani küçəsində 9 saylı binanın yaxınlığına köçürülərək yenidən tikilməsinə icazə verilmişdir. Həmin il ərzində ümumi sahəsi 32 m² olan qeyri-yaşayış sahəsi “Aynur–Ləvəngi” mağazası kimi tikilmiş və istismar olunmağa başlanmışdır. Lakin uzun müddətdir ki, cavabdeh bu obyekti qanunsuz zəbt ed ərək ********** saylı VÖEN əsasında istifadə edir. İddiaçı obyekti boşaltmasını dəfələrlə tələb etsə də, cavabdeh buna əməl etməmiş və mağazanı yandıracağı ilə onu hədələmişdir.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan qeyriyaşayış sahəsi üzrə iddiaçının mülkiyyət hüququ mövcud deyil və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində rəsmən qeydiyyata alınmamışdır. Bundan əlavə, qeyd olunan sahə dövlət tərəfindən şəhid ailəsi statusuna əsasən, yəni iddiaçının himayəsində uşaqları olduğu və həyat yoldaşı X1 1992-ci ildə Ağdərə rayonu uğrunda döyüşlərdə şəhid olması səbəbilə ayrılmışdır. Bu səbəbdən həmin sahənin yalnız iddiaçıya deyil, bütövlükdə şəhidin ailə üzvlərinə – o cümlədən cavabdehə də aid edildiyi və bu ailənin maddi təminatının yaxşılaşdırılması məqs ədilə ayrıldığı bildirilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 noyabr tarixli e-2-2(113)-5272/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – G.Həşimova).
7. Məhkəmə bildirmişdir ki, iddiaçı şəhid ailəsi olması səbəbilə ona İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə 2005-ci ildə qeyri yaşayış sahəsi tikmiş və orada kommersiya fəaliyyəti ilə məşğul olmuşdur, cavabdeh onun qızıdır, bir müddət mübahisəli qeyri-yaşayış sahəsində birlikdə sahibkarlıqla məşğul olsalar da, hal-hazırda münasibətləri gərgindir və cavabdeh iddiaçını mübahisəli qeyri-yaşayış sahəsinə buraxmır.
8. Belə ki, Xətai rayon İcra Hakimiyyətinin Başçısının 343 saylı sərəncamı ilə G.Şıxlinski küçəsi, ev 15, m 70-də yaşayan iddiaçıya Şıxlinski küçəsi ev 1a saylı evin qarşısında cizgidə göstərilən s ahələrdə məntəqə quraşdırılmasına icazə verilməsi qərara alınmış, iddiaçının həmin qeyri-yaşayış sahəsini tikməsi, orada kommersiya fəaliyyəti ilə məşğul olması işin mübahisəsiz halıdır.
9. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlak faktiki olaraq iddiaçıya məxsusdur, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikiliyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ mövcuddur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmas ı ilə nəticələnə bilər.
10. Məhkəmə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə mülki qanunvericilik tətbiq olunmalı və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini yuxarıda qeyd olunan sərəncam əsasında ona ayrılan ərazidə tikməklə, həmin qeyri-yaşayış sahəsinə illərlə kommersiya fəaliyyəti ilə məşğul olmaqla, mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malik olmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh ha zırda mübahisəli qeyri-yaşayış sahəsində kommersiya fəaliyyəti ilə məşğuldur və iddiaçını həmin sahəyə buraxmır. Bu isə iddiaçının qanunla qorunan mülkiyyət (gözlənti) hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu halları nəzərə alaraq, məhkəmə cavabdehin qeyd olunan qeyri-yaşayış sahəsindən çıxarılmalı olduğu qənaətinə gəlmişdir.
12. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehin qeyriyaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dər əcədə tanımışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 15.11.1, 151, 152.1, 157.2, 157.4, 164.1, 164.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 26 sentyabr tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Loizidu Türkiyəyə qarşı” işi üzrə, “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məh kəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 22 yanvar tarixli 2-2(103)-176/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – L.Əliyeva, Z.Şirinov).
16. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququ vardır. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.
17. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi müvafiq inzibati akt əsasında şəhid ailəsinin üzvlərinə deyil, yalnız iddiaçının istifadəsinə verilmişdir. Ona görə də cavabdehin mübahisəli əmlak üzərində hər hansı hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd məhkəmə tərəfindən müəyyən edilməmişdir.
18. Cavabdehin şikayətdə qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 2024-cü il 12 mart tarixli Qərarının hazırkı mübahisəyə tətbiq edilməsi isə işin aidiyyəti, halları və tərəflər arasındakı hüquq münasibəti baxımından mümkün deyil. Belə ki, q eyd olunan qərar ər-arvad arasında mövcud olan əmlak mübahisələrini tənzimləyir, hazırkı mübahisə isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsindən bəhs edir. Hazırkı mübahisə üzrə tərəflər hər hansı formada birgə vəsait qoyaraq birgə əmlak əldə etməmişlər, etdikləri halda da onların statusundan, aralarındakı hüquq münasibətinə istinadən qeyd olunan Plenum qərarının tətbiq edilməsi yolverilməzdir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.1, 16.1, 152.1, 157.4, 164.1, 164.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 14.3-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan, faktiki hallara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində, daşınmaz əmlakın iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmaması əsas gətirilərək, obyektin onun şəxsi mülkiyyəti kimi qəbul edilməsinin düzgün olmadığı bildirilmiş, lakin cavabdehin hüquq və mənafelərini pozduğu faktı qiymətləndirilməmişdir. Qanunvericiliyə əsasən, əmlak hüququ yalnız dövlət qeydiyyatından sonra hüquqi qüvvə qazanır və bu hüquq digər şəxslər tərəfindən də tanınır. Əks halda, hüququn hüquqi nəticələri yaranmır və bu, hüquqların şəffaf və mübahisəsiz təmininə xidmət edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini n İ hissəsinə və MPM-in 4-cü maddəsinə əsasən, hər kəs hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə hüquqludur. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət və digər daşınmaz əmlak hüquqları, onların əmələ gəlməsi, dəyişməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmçinin, Konstitusiyanın 24-cü maddəsinin İİİ hissəsində hüquq və azadlıqların məsuliyyət və vəzifələrlə müşayiət olunduğu, onlardan sui-istifadəyə yol verilmədiyi vurğulanır. Konstitusiya Qanununa əsasən isə, heç kəs öz hüquq və azadlıqlarından suiistifadə etməməlidir.
23. MPM-in 14.1, 87.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin İ və Vİİ hissələri, 127-ci maddəsinin İİ hissəsi, 129-cu maddəsinin İİİ hissəsi üzrə - Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş və sadəcə mülahizələrə əsaslanan qərar qəbul etmişdir.
24. Cavabdeh mülki prosessual qanunvericiliyə əsasən qeyd edir ki, mövcud iş üzrə birinci və apellyasiya instansiyalarında aparılan araşdırmalara əsasən, iddiaçının qeyri- yaşayış sahəsinə mülkiyyət hüququnun hələ yaranmaması mübahisəsizdir. Ekspertiza təyin olunmadan mübahisə predmetinin iddiaçının göstərdiyi əraziyə düşüb-düşmədiyini müəyyən etmək mümkün deyil. Yəni, mülki qanunvericiliyə görə, xüsusi bilik tələb edən suallara aydınlıq gətirmək üçün məhkəmə işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Vəsatət rədd edildikdə isə bu barədə əsaslandırılmış qərardad qəbul olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının h ədləri
26. İş üzrə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mül ki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və o na dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər....” “Maddə
164. Sahibliyin müdafiəsi 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qay tarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğvi üçün yetərli deyildir.
31. Əvvəla, xüsusi olaraq vurğulanmalıdır ki, məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmamış əmlakın faktiki olaraq iddiaçıya məxsus olmasına, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikiliyə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququnun mövcud olmasına, iddiaçının cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddianı qaldırmağa subyektiv hüququnun olmasına dair işə baxan məhkəmələrin mövqeyi ilə razılaşdığından kassatorun mülkiyyət və digər daşınmaz əmlak hüquqları, onların əmələ gəlməsi, dəyişməsi və xitamının dövlət qeydiyyatına alınmalı olmasına, iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun hələ yaranmamasına dair dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
32. Kassasiya şikayətinin ekspertiza təyin olunmadan mübahisə predmetinin iddiaçının göstərdiyi əraziyə düşüb-düşmədiyini müəyyən etməyin mümkün olmamasına dair dəlilləri ilə əlaqədar qeyd olunur ki, iş üzrə ekspertizanın təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur (MPM-in 97.1-ci maddəsi – bax § 29). Odur ki, hazırkı işdə məhkəmənin ekspertiza təyin edilməsinə lüzum görməməsi həmin normanın tələbinə uyğun olmuşdur. Digər tərəfdən isə, cavabdeh tərəf belə zərurətin mövcud olduğunu hesab edirdisə, bu barədə özü də məhkəməyə əsaslandırılmış vəsatət vermək hüququna malik idi. Lakin belə vəsatətin verilməsi iş materiallarından görünmür.
33. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutl arı qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli 2-2(103)-176/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 22 yanvar tarixli 2-2(103)-176/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.