Məhkəmə qərarları › İş №2-2(102)-236/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-236/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-236/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixl i, 2-2(103)-479/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X14 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə İddiaçı1 MMC-yə 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, həmin sərəncam əsasında 24 mart 2004-cü il tarixli 2 saylı icarə müqaviləsi bağlanmış, habelə iddiaçının adına “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı şəhadətnamə tərtib edilmişdir.

2. Həmin şəhadətnaməyə görə, İddiaçı1 MMC-yə aid olan 400 hektar torpaq sahəsi üç hissədən ibarət olmaqla şərti olaraq 4634, 4634A və 4634B saylı konturlar ilə təsvir edilmiş, iş materiallarına əsasən 3 hissədən ibarət həmin 400 hektar torpaq sahəsi üzərində İddiaçı1 MMC tərəfindən nar plantasiyası salınmış və damcılı suvarma sistemi quraşdırılmışdır.

3. Sənaye və Energetika Nazirliyi və Boru Kəməri Şirkəti arasında 2007-ci il 28 dekabr tarixində X9 bağlanmış və X9 Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 30 iyun tarixli, 2910 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. X9nin 5.01-ci maddəsinə əsasən, boru kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət etmək üçün müstəsna və qeyri-məhdud əmlak hüquqları Boru Kəməri Şirkətinə verilmişdir. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahəsinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli “Çıxarış” verilmişdir.

4. İddiaçı1 MMC-yə JN-4634 saylı Şəhadətnaməyə əsasən, verilmiş torpaq sahəsinin Boru Kəmərinin tikinti dəhlizi ilə üst-üstə düşən hissəsinə (080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə) münasibətdə hüquqlar 3 saylı Əlavəyə əsasən, Boru Kəməri Şirkətinə ötürülmüş və qeyd olunan torpaq sahələrinə görə Boru Kəməri Şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair Reyestr Xidməti tərəfindən seriya RX ******* nömrəli “Çıxarış” verilmişdir.

5. X16 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində mövcud boru kəm ərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrut Goranboy rayonuna düşən hissəsində dövlət mülkiyyətində olan və 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı (KOD ********) “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən, İddiaçı1 MMC-nin istifadəsinə verilmiş 4634 saylı kontur ilə qeyd olunan torpaq sahəsindən keçdiyi müəyyən edilmiş və bu səbəbdən Goranboy rayon İcra Hakimiyyəti ilə İddiaçı1 MMC arasında həmin torpaq sahəsinə dair hüquqların X16 Kəməri-Genişləndirmə Layihəsi ilə bağlı X16 Kəməri Şirkətinin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilə imzalamışdır. 6. 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqaviləyə əsasən, İddiaçı1 MMC müqavilədə qeyd edilən müddət ərzində sözügedən torpaq sahəsi üzərində yerləşən ağaclardan və suvarma sistemini təşkil edən su borularından təmizləməyi və digər texniki işləri icra etməyi, dövlət isə İddiaçı1 MMC-yə müvafiq kompensasiya ödəməyi öhdəsinə götürmüş və öz növbəsində, bunun qarşılığında, eləcə də İddiaçı1 MMC-nin müqavilənin digər müddəalarına razılıq verməsi əvəzində sonuncuya müqavilədə qeyd edilmiş 3.100.000 manat məbləğində kompensasiya ödəməyə razılıq vermişdir. 7. 2016-cı il 22 yanvar tarixli “Torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında” müqavilənin 1 saylı Qoşmasına əsasən, İddiaçı1 MMC-nin icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsində yerləşən 2200 nar kolları ilə bağlı kompensasiya məbləği 1.999.800 manat, tikinti dəhlizi torpağı na dəyəcək ziyan kimi 2016-cı il 29 yanvar tarixində 16244 manat və tikinti işləri və əmlaka (suvarma sistemindən ibarət əmlak) dəyən ziyan 1.083.975 manat olmaqla, ümumilikdə 3.100.000 manat kompensasiya İddiaçı1 MMC-yə ödənilmişdir.

8. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair Dövlət Reyestri tərəfindən verilən 2016-cı il 11 iyun tarixli arayışa əsasən, şəhadətnamə əsasında 400 ha torpaq sahəsi üzərində istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüququn sahibi İddiaçı1 MMC müəyyən edilmiş və bu barədə ərizə 2015-ci il 25 dekabr tarixində qeydiyyata alınmışdır. 9. 2016-cı il 22 aprel tarixində İddiaçı1 MMC məktubla cavabdeh "xxxx" şirkətinə müraciət edərək, istifadəsində olan torpaq sah əsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsini tələb etmişdir.

10. Cavabdeh şirkət isə İddiaçı1 MMC-nin müraciətinə cavab olaraq, 2016-cı il 11 may tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsindən (080500013S) istifadə üçün bütün lazımi hüquqlar 2015-ci il 26 noyabr tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X5 2 saylı Əlavə çərçivəsində X16 Kəməri-Genişləndirmə Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki, 2014-cü il 29 aprel tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır.

11. Boru kəmərinin istismarı üzrə texniki heyətin və gündəlik atlı patrul xidmətinin nümayəndələri təsdiqləmişdirlər ki, həmin ağaclar boru kəməri dəhlizinə son bir neçə ay ərzində köçürülmüşdür. Fakt olaraq təsdiqlənib və qeydə alınıb ki, həmin ağaclar 2016-cı il 29 yanvar tarixində kompensasiyası (3.100.000 manat) ödənilmiş torpaq sahəsindən çıxarılaraq məqsədyönlü şəkildə boru kəməri dəhlizi daxilində yerləşən dövlətə məxsus torpaq sahəsinə (080500013S) köçürülmüş və buna əsasən, yenidən həmin ağaclara görə kompensasiya tələb edilir. Məhsula görə kompensasiya yalnız normal aqronomik qaydalara və təcrübəyə uyğun olaraq qanuni şəkildə aparılmış kənd təsərrüfatı fəaliyyətinə olan təsirə görə ödənilir. Ağacların kompensasiya almaq məqsədilə boru kəməri dəhlizinin bir hissəsindən çıxarılaraq digər hissəsinə köçürülməsi normal kənd təsərrüfatı qaydalarına və fəali yyətinə uyğun deyil və bu qanunsuz fəaliyyətə görə "xxxx" Şirkəti İddiaçı1 MMC-yə hər hansı şəkildə kompensasiya ödəmək niyyətində deyildir.

12. Goranboy rayon İcra hakimiyyəti Başçısının BP İcazələr və Torpaqayırma üzrə menecer Namiq Abbasovun adına olan 2016-cı il 27 may tarixli, 192 saylı məktubda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamı ilə X4 400 hektar torpaq sahəsi İddiaçı1 MMC-yə 50 il müddətinə icarəyə verilmişdir. Xəritədə ********* S kimi kodlaşdırılmış torpaq sahəsi İddiaçı1 MMC-nin icarəsindədir və MMC tərəfindən istifadə edilir. Hazırda orada İddiaçı1 MMC tərəfindən nar bağı salınmış, damcılı suvarma sistemi quraşdırılmışdır.

13. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Energetika Nazirliyinə təqdim olunmuş 201 6-cı il 13 oktyabr tarixli rəydə qeyd edilmişdir ki, 2016-cı il 11 oktyabr tarixində İddiaçı1 MMC şirkətinin torpaq sahəsinin X16 Kəməri-Genişləndirmə Layihəsi tikinti dəhlizinin təsirinə məruz qalan hissəsinə baxış keçirilərkən, həmin ərazidə 6-7 il bundan əvvəl əkilmiş nar kollarının hündürlüyünün 1,0-1,52,0-2,5 metr olduğu, 1421 ədəd sağlam nar kollarından 214 ədədinin bar verməyən olduğu, eyni zamanda, sonradan əraziyə köçürülən nar kollarının 906 ədədinin qaralaraq quruduğu müəyyən edilmişdir. Baxış keçirərkən nar kollarının sayılmasında X16 Kəməri-Genişləndirmə Layihəsi BP şirkətinin nümayəndələri Sailov Əsəd, Əsədov Hüseyn, Vəliyev Tural, Kazımov Aydın və Luis Nava iştirak etdilər.

14. Damcılı suvarma sistemi quraşdırılmış ərazidə nar kolları aqrotexniki qaydalara riayət etməklə əki lmiş, cərgə və bitkilər arası məsafələr normaldır. Lakin yaxşı xidmət olunmadığına görə nar kollarının yarpaqları saralmış, çox hissəsi tökülmüşdür və sahə hədsiz alaqlıdır. Kolların üzərində olan meyvələr cılızdır və əksəriyyəti partlamışdır. Bunun səbəbini şirkətin nümayəndəsi kəmərin ərazidən keçməsinə görə qulluq işlərinin aparılmaması ilə izah etdi.

15. Sözügedən əraziyə 2016-cı il 5 mart tarixində X16 Kəməri-Genişləndirmə Layihəsi BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının bir ay əvvəl bu sahəyə köçürüldüyü müəyyən edilmişdir. Çünki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarının əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Lakin həmin dövrdə baxış keçirilən ərazidə nar kollarının miqdarının nə qədər olması müəyyən edilməmiş, yəni nə qədəri da imi və nə qədəri təzə köçürülmüşdür.

16. X16 Kəməri-Genişləndirmə Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür ki, Layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı - 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir.

17. İsrail Respublikasının "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən İddiaçı1 MMC-yə ünvanlanmış 2017-ci il 1 yanvar tarixli məktubun məzmunundan görünür ki, 2011-ci ildə irriqasiya sistemi quraşdırılmış ərazinin monitorinqi həyata keçirilmiş, irriqasiya sistemi konkret olaraq göstərilmiş sahədə quraşdırılarkən ümumi dəyəri 530.000 ABŞ dolları təşkil etmiş və həmin irriqasiya sisteminin təkrar quraşdırılması 2017-ci ildə göstərilən məbləğə 1,35 dəfə həcmində əlavə xərclər nəzərdə tutulmaqla cəmi məbləğ 715.500 ABŞ dolları təşkil edir. 18. "xxxx" ASC tərəfindən iddiaçının vəkilinə ünvanlanmış 2017-ci il 11 aprel tarixli, ASCl2-1240 saylı məktubda göstərilmişdir ki, İsrail dövlətinin istehsalı olan damcılı suvarma sistemləri üçün və digər avadanlıqların Goranboy rayonu X14 torpaqlarından meyvə bağlarının salınması məqsədilə İddiaçı1 MMC-nin müvəqqəti istifadəsinə verilmiş 400 ha sahədə quraşdırılması ilə birlikdə ümumi dəyəri 3.477.920,0 manat (təxminən 4.458.870 ABŞ dolları məbləğinin manat ekvivalenti ilə) təşkil edir. Adı çəkilən avadanlıqlar 2009-2011-ci illərdə 2009-cu il 30 iyun tarixli, 10-İM nömrəli, 2010-cu il 8 aprel tarixli, 11-İMl10 nömrəli, 2011-ci il 15 mart tarixli, 07-İMl11 nömrəli ilkin müqavilələr əsasında "xxxx" ASC ilə İddiaçı1 MMC arasında bağlanılmış lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinqə verilmişdir.

19. İddiaçı1 MMC tərəfindən cavabdeh “BP Eksploreyşn (Xəzər dənizi) Limited” Şirkətinə ünvanlanmış pretenziya məktubundan görünür ki, 1.421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi və quraşdırılmış suvarma sist eminin tam şəkildə sıradan çıxarılması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın iddiaçıya ödənilməsi xahiş olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

20. İddiaçı1 MMC (bundan sonra –“iddiaçı”) cavabdeh “BP Eksploreyşn (Şah Dəniz) Limited” Şirkətinə (bundan sonra – “cavabdeh”) qarşı Goranboy rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, yekunda dövlət mülkiyyətində olan və iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1.421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla vurulmuş zərərin əvəzi olaraq 1.291.68 9 manat kompensasiya məbləğinin və quraşdırılmış 530.000 ABŞ dolları dəyərində damcılı suvarma sisteminin tam şəkildə sıradan çıxarılması, habelə 1,35 dəfə həcmində əlavə vəsaitin xərclənməli olması nəticəsində cəmiyyətə vurulmuş zərərin əvəzi olaraq cəmi 715.500 ABŞ dolları məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamına əsasən, rayonun X14 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə 400 hektar torpaq sahəsinin 50 il müddətinə iddiaçıya icarəyə verilməsi qərara alınmış, sərəncam əsasında icarə müqaviləsi bağlanaraq 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı Şəhadətnamə alınmış, iddiaçıya ayrılmış torpaq sahəsi 3 hissədən ibarət olmuşdur.

22. X16 Kəmərinin genişləndiriləcək hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin 4634 saylı kontur ilə qeyd olunan hissəsindən keçdiyi məlum olmuş, bu səbəbdən torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması barədə 2016-cı il 22 yanvar tarixli müqavilə bağlanmış, iddiaçı müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməklə torpaq sahəsinin həmin hissəsindən ağacların və su borularının köçürülməsini təşkil etmiş, bunun müqabilində ona 3.100.000 manat kompensasiya ödənilmişdir.

23. X10 Boru Kəməri-Genişləndirmə Layihəsi (bundan sonra – "CQBKG” Layihəsi) çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin yenə də iddiaçının istifadəsində olan torpaq sahəsinin digər hissəsindən keçməsi müəyyən edil sə də, cavabdeh bununla bağlı iddiaçıya kompensasiya ödəməkdən imtina etmiş və 2016-cı ilin noyabr ayında iddiaçının istifadəsində olan torpaq sahəsində işlərə başlamış, nəticədə boru kəmərinin keçdiyi dəhlizdə əkilmiş nar ağacları məhv edilmiş və bütün suvarma sistemi sıradan çıxarılmışdır.

24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbyacan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - “Torpaq Məcəlləsi”) 101.1, 102.1, 102.2, 102.3-cü maddələrinə istinad olunmuşdur.

25. Cavabdeh iddia ərizəsinə qarşı etiraz, daha sonra etiraza əlavə təqdim edərək, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Etiraz onunla əsaslandırılmışdır ki, 2007-ci il 28 dekabr tarixində Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə X16 Kəməri Şirkəti (bund an sonra – “CQBKŞ”) arasında torpaq hüquqlarına dair icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə və Tranzit ərazisinə malik ölkənin hökuməti ilə sazişin tələblərinə əsasən, boru kəməri üzrə fəaliyyətin həyata keçirilməsi üçün CQBKŞ-yə torpağa dair müstəsna və qeyri-məhdud əmlak hüquqları verilmişdir. Bütövlükdə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə həmin şirkətin cavabdeh olmasına və boru kəmərinin genişləndiriləcək hissəsinin iddiaçının istifadəsində olan torpaq sahəsindən keçməsinə görə həmin şirkət tərəfindən 3.100.000 manat kompensasiyanın ödənilməsinə, iddiaçının isə bununla bağlı imzalanmış müqavilədə kompensasiya məbləğini qəbul etməklə bu məsələ ilə bağlı şirkətə, onun podratçılarına və onun müəyyən etdiyi digər şəxslərə münasibətdə hər-hansı digər tələb və iddias ının olmadığının qeyd edilməsinə baxmayaraq, iddiaçı sonradan boru kəməri obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator olan cavabdehə qarşı da əsassız kompensasiya tələbi ilə çıxış etmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi JN-4634 saylı şəhadətnamənin əsli və torpaq sahəsinin ayrıc aktı məhkəməyə təqdim olunmamış, istinad edilən şəhadətnamədə isə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir. Həmçinin, torpaq sahəsi iddiaçının istifadəsinə ayrılarkən torpaq haqqında qanunvericiliyin tələblərinə zidd olaraq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. İddiaçı mübahisəli 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinin məhz JN-4634 saylı şəhadətnamə ilə əhatə olunduğunu bildirsə d ə, bunu sübuta yetirə bilməmişdir. 27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 31 mart tarixli, 2-2(81)471/2017 saylı qərardadı ilə cavabdeh “BP Eksploreyşn (Xəzər dənizi və Şah dəniz) Limited” Şirkəti “BP Eksploreyşn (Şah dəniz) Limited” Şirkəti ilə əvəz edilmiş, işə əvvəldən baxılmağa başlanılması qərara alınmışdır (hakim - İlham Əhmədov). 28. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 27 dekabr tarixli, 2-2(81)- 471/2017 saylı qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki eks pertizasının 2019-cu il 4 yanvar tarixli, 26748 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Torpaqdan müvəqqəti müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli, Kod 50900001 Şəhadətnamə Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli 42 saylı Sərəncamı və 2004-cü il 24 mart tarixli 02 saylı icarə müqaviləsinin ayrılmaz hissəsi olan R.İ.H,B tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planının ilkin müayinə aktına uyğun gəldiyi və tədqiq olunan boru kəmərinin iddiaçının JN 4634 nömrəli Şəhadətnamə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyi müəyyən edilir. - Naturada çöl-ölçmə işləri aparan zaman məlum oldu ki, kəmərin faktiki yerləşdiyi ərazi ilkin müayinə aktına və yerquruluşu planına uyğundur və Ş əhadətnamədə göstərilən torpaq sahəsinin daxilindən faktiki kəmərin keçdiyi müəyyən edilmişdir. - Mübahisəli sahəyə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş və aşağıda göstərilmiş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nümrəli (Kod ********) Şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatlarının (x və y koordinatları göstərilməklə) hüdudları daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - Mübahisəli sahayə baxış zamanı CPS siste mi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatları “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN4634 nömrəli (Kod ********) Şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400,0 hektar torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi təqdirdə, həmin 6 ədəd döngə nöqtələrinin koordinatları 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz hansının döngə nöqtələrinin koordinatları (x və y koordinatları göstərilməklə) daxilində yerləşdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin və ona parallel olaraq həyata keçirilməkdə olan X16 Kəmərinin Genişləndirilməsi layihəsi üzrə çəkilmiş boru xətti faktiki olaraq aşağıdakı 6 ədəd döngə nöqtələrinin koordinatları daxilində keçdiyi müəyyən edilir. 1) 645151.930 4499430.2871 2 714,30 metr 2) 645845.842 4499599.7282 3 542,31 metr 3) 646373.938 4499723.0583 4 26,61 metr 4) 646390.521 4499702.2494 5 549,82 metr 5) 645856.408 4499571.7715 6 690,25 metr 6) 645186.040 4499407.3006 1 41,13 metr - “Bakı-Tiflis-Ceyhan” Neft boru kəmərinin bazadan götürülmüş koordinatları ilə sualda göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatları üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. - 080500013 S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb- düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamı şdır. - 080500013 S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə sualda göstərilən 6 nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. 29. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli, 2-2(81)22/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, məhkəmə ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 2019-cu il 17 may tarixli, 8305/06 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - İddiaçının istifadəsinə verilmiş torpaq sahəsində quraşdırılmış damcılı suvarma sisteminin yararsız (kəsilmiş, zədələnmiş) və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. - İsrail Respublikasının "xxxx" Şirkətinin Azərbaycan Respublikasıdakı nümayəndəliyi “Jokas” L.T.D tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1.215.714,20 manat (715.126,00 ABŞ dolları x 1,70 manat) müəyyən edilir. 30. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 iyun tarixli, 2-2(81)22/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən - 1.421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1.207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 əd əd bar verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1.136.111 manat məbləğində pul vəsaitinin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin və ödənilmiş dövlət rüsumu kimi 20 manat vəsaitin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbləri qalan hissədə təmin edilməmiş, ekspertiza tədqiqatlarının ümumi dəyəri 300 manatın cavabdehdən və iddiaçıdan müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur (hakim - Fərid Mədətli).

31. Məhkəmə qeyd etm işdir ki, iddiaçı boru kəmərinin keçməsi səbəbindən onun istifadəsində olan torpaq sahəsinin bir hissəsinin istifadəsindən məhrum olması ilə bağlı deyil, həmin torpaq sahəsində ona məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Həmin torpaq sahəsində olan nar kollarının və suvarma sisteminin iddiaçıya məxsus olması cavabdehə məlum olduğundan, iddiaçının hazırkı iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququnun olmamasına və ya cavabdeh qismində Azərbaycan Respublikası Energetika Nazirliyinin olmasına dair cavabdehin dəlilləri əsaslı olmamışdır. Həmçinin, cavabdeh iddiaçının istifadəsində olan nar kollarının və suvarma sisteminin köçürülməsi barədə iddiaçıya müraciət etməmişdir.

32. Bundan başqa, cavabdehin iddiaçıya verilmiş JN-4634 saylı şəhadətna mə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmamasına dair dəlili də əsassız olmuşdur. Goranboy rayon İcra Başçısının 2004-cü il 24 mart tarixli sərəncamına əsasən, rayonun X14 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağın salınması üçün iddiaçıya 400 hektar torpaq sahəsi 50 il müddətinə icarəyə verilmiş, bununla bağlı torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4634 saylı şəhadətnamə verilmiş, iddiaçı 3 hissədən ibarət torpaq sahəsində fəaliyyətini rəsmi sənəd olan həmin Şəhadətnaməyə əsasən həyata keçirmiş, yerli icra hakimiyyəti və ya hər-hansı digər dövlət orqanı nar plantasiyasının həmin şəhadətnamənin əhatə etdiyi torpaq sahəsində yerləşmədiyi tələbini irəli sürməmişdir.

33. Həmçinin, "CQBKG” Layihəsi çərçivəsində torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatda bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat kompensasiya tarifləri müəyyən edildiyindən, iddiaçıya vurulmuş zərər kimi 1.207 ədəd yetişkən nar kollarına görə 1.097.163 manat, 214 ədəd bar verməyən nar kollarına görə isə 38.948 manat olmaqla, ümumi zərər 1.136.111 manat təşkil etmişdir. Bundan başqa, iddiaçının istifadəsində olan torpaq sahəsində mövcud olmuş damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin 1.215.714,20 manat olması da ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

34. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, "xxxx" Açıq Səh mdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul tarixli qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat

36. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli, 2-2(103)-649/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Ağayev, hakimlər – A.Nuriyeva və C.Yusifov)

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə imzalanmış və bu müqavilədən irəli gələn öhdəlikləri tərəflər yerinə yetirməyi öz üzərlərinə götürmüşlər. Belə olan halda cavabdeh torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasını deyil müqavilədən irəli gələn öhdəlikləri mübahisələndirə bilər. 38. 2019-cu il tarixli ekspert rəyi ilə, mübahisəli sahayə baxış zamanı CPS sistemi ölçmə aparatı vasitəsi ilə götürülmüş 6 ədəd döngə nöqtələrinin koordinatların ın “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-4634 nömrəli (Kod ********) şəhadətnamə ilə 50 il müddətinə iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşdiyi, o cümlədən 4634, 4634A və 4634B kimi qeyd olunmuş hissələrin məhz döngə nöqtələrinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.

39. İddiaçıya daha əvvəl ödənilmiş kompensasiya məbləği boru kəmərinin torpaq sahəsinin 4634 kodlu hissəsi ilə bağlı olmuş, sonradan isə boru kəmərinin həmin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçdiyi aşkar olunmuşdur. Eyni zamanda cavabdeh torpaq sahəsinin həmin hissəsində nar ağaclarının mövcudluğunu təkzib etməmiş, yalnız həmin ağacların kompensasiya ödənilmiş digər ərazidən çıxarılaraq sonradan digər tərəfdə əkildik lərini irəli sürmüş, bununla belə istinad etdiyi həmin hala dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə kompensasiya ödənilmiş sahədən, yəni boru kəməri dəhlizindən tələf olmasının qarşısını almaq ehtimalı ilə 906 ədəd nar kollarının köçürüldüyünü, lakin həmin nar kollarının qaralaraq quruduğunu bildirmiş, hazırkı iddiada həmin nar kollarına görə kompensasiyanın ödənilməsi tələb edilməmişdir. Bu mənada məhkəmə cavabdehin qeyd edilən arqumentlərini əsassız hesab etmişdir.

40. Boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçıya məxsus nar kollarına və suvarma sisteminə zərər dəydiyi mübahisə mövzusu deyildir. İddiaçı boru kəmərinin 4634 kodlu torpaq sahəsinin digər hissələrindən də keçməsi ilə əlaqədar həmin hissənin istifadəsindən məhrum olması ilə bağlı kompensasiya tələb etməmiş, məhz ö zünə məxsus nar kollarına və suvarma sisteminə vurulmuş zərərin ödənilməsini istəməkdədir. Bu mənada məhkəmə, “iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması”, “subyektiv hüquqa malik olsa belə cavabdeh qismində cavabdehin deyil, Azərbaycan Respublikası Energetika Nazirliyi olmalı olması” barədə cavabdehin nümayəndəsinin dəlillərini əsassız hesab etmişdir. Cavabdeh sözügedən nar kollarının və suvarma sisteminin iddiaçıya aid olduğunu barədə məlumatlı olmuş, bununla belə həmin nar kollarının və suvarma sisteminin köçürülməsi məqsədi ilə iddiaçıya müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də ona ünvanlanan suala cavabında rəsmi olaraq belə bir müraciətin edilmədiyini etiraf etmişdir.

41. Məhkəmə cavabdehin “iddiaçıya verilmiş JN-4 634 saylı şəhadətnamə ilə ilkin yerquruluşu sənədlərinin uyğun olmaması” ilə bağlı arqumentlərini də əsassız hesab etmişdir. Belə ki, Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı Sərəncamına əsasən, rayonun X14 torpaqlarından nar və digər meyvə ağaclarından ibarət bağ salınması məqsədilə iddiaçıya 400 hektar torpaq sahəsinin 50 il müddətinə icarəyə verilməsi qərara alınmış, adıçəkilən sərəncam əsasında 2004-cü il 24 mart tarixli, 2 saylı icarə müqaviləsi bağlanmış, habelə iddiaçıya “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı şəhadətnamə verilmişdir. İddiaçı məhz sözügedən şəhadətnamənin aid olduğu 3 hissədən ibarət 400 hektar torpaq sahəsi üzərində nar plantasiyası salmış və damcılı suvarma sistemi quraşdırmışdır. Başqa sözlə, iddiaçı qeyd edilən nar plantasiyası ilə bağlı bütün fəaliyyətini rəsmi sənədə, yəni JN-4634 saylı şəhadətnaməyə etimad edərək həyata keçirmiş, nə yerli icra hakimiyyəti orqanı, nə də ki hər hansı digər şəxs tərəfindən salınmış nar plantasiyasının JN-4634 saylı şəhadətnamənin aid olduğu torpaq sahəsində yerləşmədiyi irəli sürülməmişdir.

42. Məhkəmə iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı qeyd etmişdir ki, dövlət mülkiyyətində olan və 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncam əsasında iddiaçının istifadəsinə verilmiş 400 hektar torpaq sahəsindən boru kəmərinin keçməsi ilə əlaqədar iddiaçı tərəfindən quraşdırılmış damcılı suvarma sistemi zədələnmiş və bunun nəticəsində boru kəmərinin dəhlizdə əkilmiş 1421 ədəd sağlam nar kolları məhv edilmişdir. Bitkiçilik və bi tki mühafizəsi kafedrasının müdiri dosent X1 2016-cı il 11 oktyabr tarixli rəyinə əsasən, sözü gedən ərazidə 6-7 il bundan əvvəl əkilmiş sağlam nar kollarının 1421 ədəd (214 ədədi sağlam bar verməyən ağaclardır), hündürlüklərinin 1,0-1,5-2,0-2,5 metr olduğu, sonradan əraziyə köçürülən nar kollarının isə 906 ədəd olmaqla qaralaraq quruduqları müəyyən edilmişdir. CQBKG Layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatın (2015-ci ilin yanvar ayında yenilənib) məzmunundan görünür isə ki, layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir. 43. 1421 ədəd sağlam nar kollarının məhv olması ilə əlaqədar vurulmuş zərərin ödə nilməsi hissəsində iddia qismən əsaslı olmuşdur. 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı iddiaçıya vurulmuş zərərin miqdarı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat, 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə isə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi 1.136.111 manat müəyyənləşdirilməlidir.

44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.6, 21.1, 21.2, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 18 oktyabr tarixli qərarının Azərbaycan Re spublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarına, MPMin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

45. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 iyun tarixli, 2-2(102)-111/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin edil məmişdir (sədrlik edən hakim – R.Nəbizadə, hakimlər – Z.Quliyev və İ.Şəfiyev).

47. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üstüstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə h üququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmişdir.

48. Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli 9Kod ********) şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir.

49. Apelyasiya məhkəməsi CQBKG Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklü edilən 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququ olub-olmamasını araşdırmamışdır.

50. Apelyasiya məhkəməsi “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin genişləndiriləcək hissəsinin dəhlizi üzrə marşrutun Goranboy rayonuna düşən hissəsində 14,29263 ha və 4,26017 ha torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ əsasında yüklülüyü qeydə alınan vaxt həmin torpaq sahəsinə iddiaçının icarə hüququnun olubolmamasını, həmçinin 14,29263 ha və 4,26017 ha torpaq sahəsinin iddiaçının icarəsində olan 400 ha torpaq sahəsinin 4634 saylı konturunda yerləşib-yerləşməməsini araşdırmamışdır.

51. Goranboy rayon İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə ünvanladığı 2017-ci il 14 iyun tarixli mək tubunda iddiaçının icarəsinə verilmiş 400 ha torpaq sahəsinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 3500 metrə yaxın uzunluqda hissəsinin keçdiyini, mühafizə zolağının 36 metrə bərabər olduğunu, qaz boru xəttinin isə iddiaçının istifadəsində olan torpaq sahəsinin 1400 metr uzunluqda keçdiyini bildirmişdir.

52. Apelyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün mübahisə olunan ərazidə “CQBKG” Layihəsi çərçivəsində qaz boru kəmərinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə paralel inşa edilib-edilmədiyini, paralel inşa olunduğu halda, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin nə vaxtdan mövcud olmasını, neft boru kəmərinin mühafizə zolağının çoxillik əkmə üçün icarə və istifadəyə verilməsinin mümkünlüyünü, həmçinin iddiaçının iddia etdiyi torpaq sahəsində nar ağaclarının hansı v axtdan əkildiyini, ağaclar əkilərkən neft boru xəttinin mövcud olub-olmamasını araşdırmamışdır.

53. İddiaçı “CQBKG” Layihəsi çərçivəsində mövcud boru kəmərinin digər hissəsinin də, dövlət mülkiyyətində olan və 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncam əsasında onun istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsindən keçdiyini bildirmiş, 2016-cı il 22 aprel tarixində elektron məktubla cavabdehə müraciət edərək istifadəsində olan torpaq sahəsində salınmış nar plantasiyası və quraşdırılmış damcılı suvarma sisteminin sökülməsi ilə əlaqədar daha əvvəl olduğu kimi kompensasiyanın ödənilməsini tələb etmiş, cavabdeh şirkət isə iddiaçının müraciətinə cavab olaraq 2016-cı il 11 may tarixli məktubunda bildirmişdir ki, üzərində nar ağacları əkilmiş və Dövlətə məxsus torpaq sahəsind ən (080500013 S) istifadə üçün bütün lazımi hüquqlar 2015-ci il 26 noyabr tarixində Dövlət adından çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən imzalanmış X5 2 saylı Əlavə çərçivəsində “CQBKG” Layihəsinə ötürülmüşdür. Bu ağaclar nə həmin hüquqların ötürülməsi zamanı, nə də ki 2014-cü il 29 aprel tarixində aparılan inventarlaşdırma zamanı mövcud olmamışdır.

54. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə apellyasiya məhkəməsi bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. 55. 400 ha torpaq sahəsi 2004-cü ildə iddiaçıya icarəyə verilmişdir. İddiaçı Goranboy rayon İcra Hakimiyyəti ilə 2016-cı il 22 yanvar tarixində torpaqdan istifadə hüququnun məhdudlaşdırılması barədə müqavi lə imzalayan zaman hazırda mübahisə açdığı torpaq sahəsi ilə bağlı etirazı olub-olmamasına məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. 56. 080500013 S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşüb-düşmədiyi dəqiqliklə müəyyən olunmamışdır.

57. Kasasiya şikayətində iddianın təmin olunmamasına dair yeni qərar qəbul olunmasını xahiş edilmişdir. Yeni qərar qəbul olunması üçün MPM-in 427.1.4-cü maddəsinin tələbləri ödənilmədiyindən bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz.

58. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəsatətlə çıxış edərək onun maddi hüquq münasibəti üzrə hüquq varisi olan və fəaliyyətlərini müvəqqəti olaraq icra edən digər ş irkətlərlə əvəz olunmasını xahiş etmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına göndərildiyindən MPM-in 58-ci maddəsinə əsasən prosessual hüquq varisliyi ilə bağlı məsələ (vəsatətlərin həlli) həmin məhkəmədə müzakirə edilməlidir.

59. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2, 21.1, 21.2, 88, 1096.2, 1099.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 101-ci maddəsinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2006-cı il 31 may tarixli qərarına, MPMin 103.1, 103.2, 254.1.4-cü maddələrinə istinad e tməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

60. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova)

61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli əraziyə 2016-cı il 11 oktyabr tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sa həyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmaye və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi göndərərdi.

62. Mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının əkildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırki mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayesini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə veril diyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.

63. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, MM-in 21.2, 21.3, 1096, 1097-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarın a, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, MPM-in 77.1, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

64. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(102)-129/2021 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv olunmuş, yeni qərar qəbul edilərək, iddia tələbi təmin olunmuş hissədə təmin edilməmişdir (sədrlik edən hakim – S.Hüseynova, hakimlər – B.Məmmədli və A.Hüseynov)

66. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin istinad etdiyi 2020-ci il 19 mart tarixli “ “Akt”ın 7-ci maddəsində texniki operator fəaliyyətlərinin yalnız X11 tərəfindən həyata keçiriləcəyi deyil, cavabdeh tərəfindən həmin fəaliyyət həyata keçirilmədiyi təqdirdə, onun tərəfindən həyata keçirilməli olması qeyd olunmuşdur. Cavabdehin istinad etdiyi aktda həm də göstərilmişdir ki, “Akt”ın 3.5-ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsi tarixi 2020-ci il 20 mart Bakı saatı ilə 00:01-dən etibarən başlanacaqdır. Eyni zamanda, “Akt”ın “Təyinat” adlı bəndinə görə, müqavilənin 7ci maddəsinə əsasən, texniki operatorluq vəzifəsinin ötürülməsinin qüvvəyə minmə tarixində, X12 Op erator Xidmətləri Müqaviləsinə uyğun olaraq, X6 texniki operator fəaliyyətində Boru Kəməri Şirkəti adından müstəsna olaraq hərəkət etmək səlahiyyətini həvalə edirlər.

67. Qeyd olunanlar onu deməyə əsas verir ki, X6 texniki operator fəaliyyətini 20 mart 2020-ci il tarixdən həyata keçirməli olsa belə, o müstəqil şəkildə deyil, CQBKŞ adından bu fəaliyyəti həyata keçirməlidir. Ümumiyyətlə, “Akt”da nəzərdə tutulmuş fəaliyyətə görə “X2” MMC (X11) məhkəmə proseslərində tərəf kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin hüquq varisliyi ilə bağlı tələblərinin gözlənilmədiyinə dair dəlilini əsassız hesab etmişdir. 68. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 mart tarixli 2(81)22l2019 saylı qərard adının “nəticə” hissəsində ekspertin sərəncamına iqtisadi işin materiallarının təqdim edilməsi göstərilmişdir. Rəydə əlavə sənədlərin adı və ya hər hansı digər məlumat mövcud deyildir. Rəyin “əmtəəşünaslıq tədqiqat” hissəsində isə iş materialında olan məlumatlar və rəyin mühəndis texniki ekspertizasının tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın aparıldığı qeyd olunmuş və cavabdehin kassasiya şikayətində istinad etdiyi İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli KO-01l19 saylı müqavilə işin materialında olan sənəd kimi göstərilmişdir.

69. Göründüyü kimi, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilmə miş, verilmiş məlumatlar isə təzadlıdır. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 23 aprel 2019-cu il tarixli KO-01/19 saylı müqavilə işin materialında mövcud deyildir. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini şübhə altına alır.

70. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli, 2593 saylı Sərəncamına müvafiq qaydada Azərbaycan Respublikası adından Sənaye və Energetika Nazirliyi ilə “X7 Limited” Şirkəti arasında bağlanmış 2007-ci il 28 dekabr tarixli müqavilənin şərtlərinə müvafiq olaraq, Dövlət adından Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində bağlanmış və təsirə məruz qalmış şəxs olaraq, Dövlət tərəfindən torpaq hüquqlarının “X7 Limited” Şirkətinə təqdim edilməsi səbəbindən ödəniləcək kompensasiyanın məbləği müəyyən edilmişdir.

71. Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində müqavilə bağlanmışdır.

72. İddiaçının dövlət orqanı ilə bağladığı müqavilənin şərtlərinə əsasən, torpaq istifadəçisinin boru kəməri dəhli zi daxilində mühafizə zolağı torpağında, yaxud tikinti dəhlizi və mühafizə zolağı xaricində yerləşən əmlakına dəyən (dəyə biləcək) hər hansı və bütün dolayı zərər, ziyan, itki və xərclərə görə dövlət və boru kəməri şirkəti hər hansı və bütün növ məsuliyyətdən azad edilmiş və iddiaçıya kompensasiya şəklində ödənilmiş məbləğin tam və son ödəniş olması müəyyən edilmişdir. Həmin müqavilənin digər şərtinə görə isə, torpaq istifadəçisinin tikinti dəhlizi xaricində və ya istismar müddəti ərzində boru kəməri dəhlizi xaricində olan mühafizə zolağı torpağında yerləşən əmlakına hər hansı birbaşa ziyan və ya zərər vurularsa, müvafiq şərtlər mövcud olduğu halda həmin ziyan və zərərin əvəzinin torpaq istifadəçisinə dövlət tərəfindən həmin vaxtda olan bazar qiymətlərinə uyğun ödənilməsi nəzərdə tutulmuşd ur. Belə olan halda, iddiaçının cavabdeh Şirkətə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, iddiaçı MMC-nin bağladığı istinad olunan müqavilənin şərtlərinə görə istənilən halda əsassız olmuşdur.

73. Dövlətlə bağladığı müqavilə üzrə müvafiq ərazidə olan əmlakına dəyə biləcək bütün zərər və itkilərə görə əvvəlcədən razılaşdırılmış həcmdə kompensasiya almış MMC, sonradan bu zərər və itkilərlə bağlı məhkəmədə Şirkətə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır.

74. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi isə qəbul etdiyi qətnaməsinin əsaslandırıcı hissəsində Goranboy rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair hüquqların CQBKG Layihəsi ilə bağlı CQBKŞ-nin xeyrinə məhdudlaşdırılması məqsədilə 2016-cı il 22 yanvar tarixində bağlanmış müqavil əyə istinad etsə də, bu müqavilə üzrə nəzərdə tutulmuş kompensasiyanın MMC-yə tam həcmdə ödənildiyini qeyd etsə də, həmin müqaviləyə düzgün hüquqi qiymət verməmiş, MMC-nin Şirkətə qarşı hazırkı iş üzrə tələb irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə almamış, nəticədə tətbiq edilməli hüququ tətbiq etməmiş, maddi hüquq pozuntusuna yol vermişdir.

75. İddiaçının tələbinin əsassız olması, sonuncunun dövlət orqanı ilə bağladığı yuxarıda göstərilən müqavilənin tələblərindən irəli gəldiyindən, hazırki iş üzrə icraatın BP Şirkətinin iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “2004-cü il 9 aprel, JN4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair işə baxılıb qurtaranadək dayandırılması üçün MPM-in 254.1.4cü maddəsində nəzərdə tutulan əsaslar mövcud olmamışdır.

76. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 389.3, 390.1, 390.5, 399.1-ci maddələrinə, “Ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2004-cü il 25 mart tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarına, MPM-in 14.2, 58.1, 58.2, 77.1, 97.1, 99.1, 217.1, 254.1.4, 386, 418.1, 418.2, 418.3, 418.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. f) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindəki icraat

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, MPM-in 416.1, 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmayan hesab olunmuş, müvafiq məhkəmə aktı icra edilməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

78. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ali Məhkəmənin Kommersiya Kollegiyası iş üzrə yeni qərar qəbul edərkən CQBKG Layihəsi çərçivəsində boru kəmərinin digər hissəsinin də iddiaçının qanuni əsaslarla istifadəsinə verilmiş 400 ha torpaq sahəsinin başqa bir hissəsində (2016-cı il 22 yanvar tarixli müqavilə ilə əhatə olunmayan ərazi) cavabdeh şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi tələbi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən sübutlara, müəyyən edilən hallara lazımi diqqət yetirmədən, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

79. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

80. Lakin Ali Məhkəmənin Kommersiya Kollegiyası 2016-cı il 22 yanvar tarixli müqavilə və ona əlavə edilmiş sənədlərdə ərazi, torpaq sahəsinin kodunu, sahənin 5,15069 ha olmasını və sair məlumatları, kompensasiyanın məhz iddiaçının icarəsində olan torpaq sahəsinin 5,15069 ha hissəsindən boru kəmərinin keçdiyinə görə ödənilməsini, iddiaçının tələbinin boru kəmərinin digər hissəsinin onun istifadəsində olan 400 ha torp aq sahəsinin başqa bir hissəsindən keçməsi ilə əlaqədar şirkətin mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn zərərin ödənilməsi ilə bağlı olduğunu nəzərə almadan, həmçinin işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə iddiaçının icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar qəbul edərək iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

81. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına dair cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı isə kassasiya instansiyası məhkəməsi eyni zamanda lazımi qaydada tərtib olunar aq təqdim edilmiş şəhadətnaməni, torpaq üzərində iddiaçının icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını və ərizəçinin məhz bu sənədlərə etimad edərək icarə hüququnu həyata keçirməsini nəzərə almamışdır.

82. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, MPM-in 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir.

83. Kassasiya baxışının hədləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması ilə məhdudlaşdırılmış, onun yeni qər ar qəbul etmək səlahiyyətinin yalnız apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuş hallar və sübutlar əsasında həyata keçirilməsinin mümkünlüyü müəyyən edilmişdir.

84. Hazırkı iş üzrə isə Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəfindən yeni qərar qəbul edilərkən MPM-in 416.1, 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə iddiaçının Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları pozulmuşdur.

85. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 2015-ci il 15 iyul tarixli Qərarına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 18 iyul il tarixli Qərarına, “X.Mustafayevanın şikayəti üzrə” 2021-ci il 19 noyabr tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, MPM-in 407.1.4, 408.1.5, 416, 417.1.4 və 417.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. g) Kassasiya instansiya məhkəməsindəki plenum icraatı

86. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 20 fevral tarixli, 13-2(102)-1(k)/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(102)-129/2021 saylı qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

87. Ali Məhkəmənin Plenumu q eyd etmişdir ki, konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır.

88. İşə yenidən baxan məhkəmə pozuntuları aradan qaldırmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, hazırkı Qərarda göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun Qərarında şərh olunan göstərişləri yerinə yetirməldir.

89. Ali Məhkəmənin Plenumu hüquqi mövqeyini MPM-in 431-1.1, 431-1.2.1, 4314.2.1-ci maddələri nə istinad etməklə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

90. MM-in 329.1, 706.2-ci maddələrinin, Torpaq Məcəlləsinin 4.3, 50, 65.2, 65.6, 66, 67.3, 67.4, 68, 111.1. 111.2, 109-cu maddələrinin, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçıya məxsus JN-4634 saylı şəhadətnamədə 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncama və torpağın icarəyə verilməsi haqqında 2004-cü il 24 mart tarixli müqaviləyə istinad edilmişdir. JN-4634 saylı şəhadətnamədə torpaq sahəsinin yerləşdiyi yerin sxemi və torpaq sahəsinin planı göstərilsə də, torpaq sahəsinin koordinatları dəqiq göstərilməmişdir.

91. Torpaq sahəsi iddiaçıya ayrılan ərəfədə Torpaq Məcəlləsinin tələblərinə zidd ol araq torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmişdir. Bunu iddiaçının 7 saylı Bərdə Layihə-Tədqiqat İdarəsinə ünvanladığı 2016-cı il 17 mart tarixli məktub da təsdiq edir. Həmin məktubda 256 hektar torpaq sahəsinin künc döngə nöqtələrinin yer üzərinə keçirilməsi xahiş olunur (JN-4634 saylı şəhadətnamə verildikdən 12 il sonra).

92. İş üzrə məhkəmə baxışı zamanı əldə edilmiş ekspert rəyinin nəticə hissəsində isə torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı Şəhadətnamədə Goranboy rayon İcra Hakimiyyəti Başçısının 2004-cü il 24 mart tarixli, 42 saylı sərəncamı və 2004-cü il 24 mart tarixli, 02 saylı icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş ilkin yerquruluşu planının ilkin müa yinə aktına uyğun gəldiyi və boru kəmərinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin daxilindən keçdiyinin müəyyən edildiyi göstərilmişdir.

93. Lakin ekspert şəhadətnamənin cizgi planının düzgün tərtib edilmədiyini bildiyi halda, bunu nəzərə almamış və iş materiallarında olmayan ilkin müayinə aktına istinad edərək qeyri-obyektiv rəy vermişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəylə ziddiyyət təşkil edən həmin rəyin sübutlar siyahısından çıxarılması təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət versə də, onun vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. Bu səbəblərdən cavabdeh hesab edir ki, 080500013S(U) kimi kodlaşd ırılmış torpaq sahəsi üzərində iddiaçının hər hansı hüququ olmamışdır.

94. MM-in 16.1, 1096.1-ci maddələrinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarının tələbləri pozulmuşdur. İddiaçı öz subyektiv hüququnu təsbit edə bilməməsi ilə yanaşı, cavabdehin nə təqsirini, nə də ki hüquqazidd hərəkətlərini sübuta yetirə bilməmişdir. Yalnız tamah niyyəti ilə nar kollarını çıxarıb yeni əraziyə əkməklə iddiaçı hüquqdan sui-istifadə edərək əsassız varlanmaq istəmiş, bu isə qanunla yolverilməzdir.

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2015-ci il 3 iyul tarixli qərarının, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarının, TƏMÖH Sazişinin 4.1, 5.2, 6.1, 7.2, 10.2-ci maddələrinin tələbləri pozulmuşdur. TƏMÖH Sazişinə görə, Boru Kəməri iştirakçıları hər hansı dövlət hakimiyyət orqanları tərəfindən layihə sazişinin və ya hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar. 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur və iddiaçı həmin torpaq sahəsi ilə əlaqədar iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Digər tərəfdən, əgər kompensasiya öhdəliyi yaransa belə, bu öhdəlik üzrə cavabdeh tərəf dövlətin nümayəndəsi qismində çıxış edən Azərbaycan Respublikasının Energetika Nazirliyi olmalıdır, çünki TƏMÖH sazişi üzrə torpaq hüquqlarının müvafiq qaydada boru kəməri şirkətinə ötürülməsini dövlət özü təmin etməli idi.

96. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi ilə CQBKŞ arasında 2007-ci il 28 dekabr tarixdə bağlanmış X9nin tələblərinə görə Azərbaycan Respublikası boru kəməri üzrə “Tranzit Ərazisinə Malik Ölkənin Höküməti ilə Saziş”ə əsasən, nəzərdə tutulan boru kəməri fəaliyyətinin həyata keçirilməsi üçün torpaqdan icarə hüququ əsasında istifadə etmək və nəzarət üçün müstəsna və qeyriməhdud əmlak hüquqlarını CQBKŞ -yə vermişdir.

97. TƏMÖH Sazişində müəyyən edilmişdir ki, TƏMÖH Sazişi Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə CQBK layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunmalıdır.

98. Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən həmin Şirkətə ötürülmüşdür. Həmin torpaq sahəsinin iddiaçıya hər-hansı bir aidiyyəti olmadığından onun hazırki iddianın qaldırılmasına subyektiv hüququ olmamışdır.

99. MPM-nin 58-ci maddəsinin tələbi pozulmuşdur. 2003-cü il 25 fevral tarixli X16 Kəməri Sistemi ilə əla qəli Operator Xidmətləri Müqaviləsinə 2020-ci il 19 mart tarixli İkinci Əlavə və Dəyişikliklər Aktına əsasən, X16 Kəməri layihəsi üzrə texniki operator vəzifəsi üzrə bütün hüquq və öhdəliklər X11 kimi X2 Limited şirkətinə ötürülmüşdür. Aktın 7-ci maddəsinə əsasən, BP Eksploreyşn (Caspian Sea) Limited şirkəti keçid dövründə X11 və X12 üçün və onların adından texniki operator fəaliyyətlərini həyata keçirir və həyata keçirmədiyi təqdirdə operator xidmətləri müqaviləsinə uyğun olaraq həmin fəaliyyətlər birbaşa X11 tərəfindən yerinə yetiriləcəkdir. Buna görə də, iş üzrə cavabdeh maddi hüquq münasibəti üzrə hüquqi varisi olan "X2" MMC və fəaliyyətləri müvəqqəti olaraq icra edən BP Eksploreyşn (Caspian Sea) Limited (reyestr məlumatları əlavə olunur) şirkəti ilə əvəz edilməlidir.

100. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur. BP Şirkəti iddiaçıya və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, 2016-cı il 22 yanvar tarixli torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında iddiaçıya ödənilmiş 3.100.000 manat pul məbləğinin iddiaçıdan tutularaq BP Eksploreyşn (Şah Dəniz) Limited Şirkətinə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şikayət verilən tarixə e-2-2(113)-375/2020 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi S.Nuriyevanın icraatındadır. Bu səbəbdən iş üzrə hüquqi varislik məsələsi həll edildikdən sonra iş üzrə icraat dayandırılmalıdır.

101. İş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə bağlı qeyd olunmuşdur ki, ekspert ekspertizanın təyin edilməsi barədə qərardad qəbul olunanadək məhkəməyə təqdim edilmiş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan cavabdehə məlumat verilmədən təqdim olunmuş 2019-cu il 23 aprel tarixli, KO-01/19 saylı müqaviləyə istinad etməklə kifayətlənmişdir.

102. Ekspert əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. X3 iddiaçının sonradan təqdim etdiyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürmə kdən belə çəkinməmişdir.

103. MPM-nin 420-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya məhkəməsi həmçinin Ali Məhkəmənin torpaq sahələrinin üst-üstə düşməsi, iddiaçının istifadə hüququnun qeydə alındığı təqdirdə mübahisəli torpaq sahəsinin sonradan təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınması, habelə iddiaçı tərəfindən ağaclar əkilərkən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin olub-olmamasının araşdırılmasına dair göstərişlərinə münasibətdə göstərilən halların araşdırılmasının mübahisənin həlli baxımından əhəmiyyətinin olmadığını qeyd etmişdir. Ali Məhkəmə qərarında iş üzrə əldə olunmuş ekspert rəyi və mütəxəssis rəyi arasındakı ziddiyyətlə bağlı araşdırma aparılması göstərişini versə də, apellyasiya məhkəməsi bununla bağlı heç bir araşdırma aparmamışdır.

104. Cava bdeh 2023-cü il 14 aprel tarixində kassasiya şikayətinə əlavə təqdim edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin tam təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 22(103)-479/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçının iddiasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 iyun tarixli, 2-2(81)-22/2019 saylı qətnaməsi ilə təmin edilmiş hissədə - (cavabdehdən 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı 1207 ədəd yetişkən nar kollarının hər birinə görə 909 manat hesabı ilə 1.097.163 manat və 214 ədəd bar (bəhrə) verməyən nar kollarının hər birinə görə 182 manat hesabı ilə 38.948 manat olmaqla, cəmi nar kolları ilə bağlı vurulmuş zərərin əvəzi olaraq 1. 136.111 manat məbləğində pul vəsaitinin və quraşdırılmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin əvəzi olaraq cəmi 715.126 ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin alınaraq iddiaçıya ödənilməsi) tamamilə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

105. Azərbaycan Respublikasının Konstitusiyasının 15, 59, 60-cı maddələrinin, MM-in 3.2, “Xarici investisiyanın qorunması haqqında” 1992-ci il 15 yanvar tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin, “İnvestisiya fəaliyyəti haqqında” 1995-ci il 13 yanvar tarixli Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsin in tələbləri pozulmuşdur. İşə baxılarkən BP Şirkətinin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu 2002-ci il 21 fevral tarixində Azərbaycan Respublikası Hökuməti ilə Boru Kəməri Şirkətinin Səhmdarları arasında imzalanmış TƏMÖH Sazişinin müddəaları əsas götürülməlidir. Belə ki, TƏMÖH Sazişində müəyyən edilmişdir ki, TƏMÖH Sazişi Azərbaycan Respublikasının qanunvericiliyindən (Konstitusiyadan başqa) üstün tutulmalı, TƏMÖH Sazişinin şərtləri beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının öhdəlikləri sayılmalı və Azərbaycan Respublikasının daxili qanunvericiliyinə görə X16 Kəməri (CQBK) layihəsinə dair üstün hüquqi rejim kimi tətbiq olunmalıdır. Həmin Sazişinin 4.1-ci maddəsinin (ii) bəndinə əsasən, “Dövlət hakimiyyət orqanları (Boru Kəməri) işti rakçılarını müstəsna və qeyriməhdud Torpaq hüquqları ilə təmin edirlər. Qeyd olunan müddəa beynəlxalq hüquq standartlarının vahid surətdə tətbiqini və Dövlət hakimiyyət orqanlarının ayrıseçkilik qoymadan Boru Kəməri iştirakçılarına Dövlətin öz sərmayəçilərinə və ya hər hansı digər dövlətin sərmayəçisinə göstərdiyi ən əlverişli münasibəti göstərməsini nəzərdə tutur.

106. Kassator TƏMÖH Sazişinin 4.1.iii, 5.2.iii, 5.2vi, 6.1.ii, 7.2.ii, 7.2.vi, 7.2.x, 7.2.vii (1-4, 7-ci yarımbənd), 9.1.i, 9.1.ii, 10.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, hazırkı sənədin məqsədləri baxımından sənədin TƏMÖH Sazişinə aid hissədə böyük hərflərlə göstərilmiş və hazırkı mülahizədə tərifi verilməmiş sözlər onlara TƏMÖH Sazişində verilmiş mənaları ifadə edir. TƏMÖH Sazişi üzrə Dövlətin öhdəliklərini təmin etmə k məqsədilə, bir X9 (X15 Şirkəti arasında), və xeyli sayda müxtəlif xüsusi icarə, sub-icarə və ya məhdudlaşdırma müqavilələləri (Dövlətlə fərdi torpaq istifadəçiləri arasında) imzalanmışdır. 107. 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilə TƏMÖH Sazişi üzrə Dövlətin öhdəliklərini təmin etmək məqsədilə bağlanmışdır. Buna görə də həmin müqavilə şərh edilərkən MM-in deliktlə bağlı müddəalardan hüquqi cəhətdən üstün hesab edilən və BP Şirkətinin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu TƏMÖH Sazişinin müddəaları əsas götürülməlidir.

108. Hazırkı mübahisənin predmetini delikt öhdəliyi təşkil etsəydi belə, iddiaçı zərəri n yarandığını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 30 noyabr tarixli Qərarında bildirmişdir ki, MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

109. Kassator Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericili yi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı”, “Qavazov Bolqarıstana qarşı iş üzrə” Qərarlarına istinadla qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsində suvarma sisteminin mövcud olmasını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçıya müvəqqəti istifadə üçün verilmiş 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə (onlar üzərində mövcud olan ağaclar və damcılı suvarma sistemlərinə) görə isə BP Şirkəti tərəfindən 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqq ında müqavilənin şərtlərinə əsasən 3.100.000 manat məbləğində kompensasiya tam olaraq ödənmişdir. 110. 2019-cu il 17 may tarixli 8305/06 nömrəli ekspert rəyinin əmtəəşünaslıqla əlaqəli hissəsində göstərilmişdir ki, İsrail Respublikasının "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” LTD tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli, KO-01/19 nömrəli müqaviləyə əsasən sıradan çıxmış damla suvarma sisteminin bərpasına çəkiləcək xərcin miqdarı təxminən 1.215.714,20 manat müəyyən edilir. Bununla bağlı kassator qeyd edir ki, ekspert bizə məlum olmayan səbəblərə görə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə 2019-cu il 7 mart tarixli qərardad qəbul edilənədək məhkəməyə təqdim edilmiş sənədlərə istinad etməmiş, məhkəmə baxışı zamanı heç vaxt tədqiq edilməmiş və sonradan bizə hər hansı formada məlumat verilmədən təqdim edilmiş 2019-cu il 23 aprel tarixli KO-01/19 nömrəli müqaviləyə istinad etməklə kifayətlənmişdir.

111. Kassator MPM-in 63.2, 81-ci maddələrinə, Azərbaycan Respublikasının “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanununun 7, 13-cü maddələrinə istinadla qeyd etmişdir ki, ekspert əvvəlcədən hesablanmış nəticəyə gəlmək (iddia tələbində göstərilmiş məbləğə uyğun rəy vermək) üçün yalnız sözügedən müqaviləyə istinad etmiş, özü hər hansı bir müstəqil araşdırma aparmamış və müqayisəli təhlil metodundan istifadə etməmişdir. Hətta, X3 iddiaçının sonradan təqdim etdiyi müqavilənin məzmununu olduğu kimi (ingilis dilində) ekspert rəyinə köçürməkdən belə çəkinməmişdir.

112. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(102)129/21 saylı qərarında bildirmişdir ki, ekspert rəyinin özündə tədqiqat zamanı istifadə edilmiş sənədlər dəqiq və aydın şəkildə göstərilməmiş, verilmiş məlumatlar isə təzadlıdır. Həmçinin, İsrail Respublikasının “NaanDanJain İrigation LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi “Jokas” L.T.D. tərəfindən tərtib edilmiş 2019-cu il 23 aprel tarixli, KO-01l19 saylı müqavilə işin materialında mövcud deyildir.

113. Ümumiyyətlə, 5 səhifəlik ekspertiza rəyinin 3-5-ci səhifələrində sözügedən müqaviləyə istinad edilmişdir. Rəyin həmin hissəsindəki məlumatlar belə azərbaycan dilində verilməmiş, tədqiqat zamanı hansı metoddan istifadə edildiyi göstərilməmişdir. Bütün bunlar ekspert rəyinin mötəbərliyini şübhə altına alır.

114. Mübahisə predmeti olan torpaq sahəsində (080500013 S(U) kimi kodlaşdırılmış) ağacların öncədən mövcudluğu, onlar üzərində iddiaçının mülkiyyət hüququnun olması ümumiyyətlə sübuta yetirilməmişdir. Araşdırma nəticəsində əldə olunan dəlillərə və məlumatlara əsasən, iddiaçının iddia ərizəsində istinad etdiyi nar ağacları məqsədyönlü şəkildə və əvvəlcədən düşünülmüş planın tərkib hissəsi kimi əlavə kompensasiya ödənişi əldə etmək niyyəti ilə qanunsuz olaraq dövlət mülkiyyətində olan və Boru Kəməri Şirkətinin qanuni istifadəsinə verilmiş 080500013S kimi kodlaşdırılmış torpaq sahəsində sonradan yenidən əkilmişdir.

115. Kassator atlı patrul X8 öz 2016-cı il 23 fevral tarixli izahatına, 2016-cı il 5 mart tarixli akta və dosent Qurban Məmmədovun 2016-cı il 5 mart tarixli rəyinə istinadla qeyd etmişdir ki, nar kolları digər yerlərdən sözügedən əraziy ə yeni köçürülmüşdür. Bundan əlavə, əvvəllər müqavilə bağlanmış sahəyə baxış keçirərkən müəyyən edilmişdir ki, nar kolları həmin ərazidən çıxarılmışdır. Həmin ərazidəki çalalar bunu sübut edir. Qurban Məmmədov şahid qismində məhkəməyə dəvət edilsə də həmin vaxt üzrlü səbəblərə görə iclas təxirə salındığından onu dindirmək mümkün olmamış və o, təkrar məhkəməyə gəlməmək üçün 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin yaxınlığında yerləşən notariusda 2017-ci il 12 may tarixində sərbəst surətdə və könüllü ərizə yazaraq imzasının həqiqiliyini təsdiqlətmişdir. İddiaçı həmin şahidə müəyyən inzibati metodlarla təzyiq göstərilməsinə müvəffəq olmuş və mütəxəssis Qurban Məmmədovu 2017-ci il 13 may tarixində notarial qaydada yeni, iddiaçının hüquqi mövqeyinə uyğun ərizə yazmağa məcbur etmişlər. Məh z buna görə də, mütəxəssisin 2017-ci il 13 may tarixli Gəncə şəhəri, 2 saylı notariat kontorunda təsdiq edilmiş ərizəsi mötəbər sübut hesab edilə bilməz.

116. Bundan əlavə, iddiaçı tələbində “mübahisə edilən ərazi üzərində 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının salındığını, iddiaçının qanuni istifadəsinə verilmiş torpaq sahəsi üzərində salınmış 1421 ədəd sağlam nar kollarından ibarət nar plantasiyasının məhv edilməsi ilə bağlı hər bir ağaca görə 909 manat olmaqla İddiaçıya ümumilikdə 1.291.689 manat zərər vurulduğunu” bildirmişdir. Buna baxmayaraq, iddiaçı qeyd edilən 1421 ədəd sağlam nar kollarının alınmasını təsdiq edən hər hansı maliyyə sənədi təqdim etməmişdir.

117. Kassator Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 16.1.3, 16.1.7-ci maddələrinə istinad et miş və qeyd etmişdir ki, iddiaçının hüquqi şəxs olduğunu, vergi qanunvericiliyinə uyğun olaraq gəlirlərini və xərclərini bəyan etmək vəzifəsi daşıdığını nəzərə alaraq tələbində qeyd etdiyi kimi hər bir ağaca görə 909 manat olmaqla ümumilikdə 1.291.689 manat dəyərində olan ağac kollarının alınması ilə bağlı hər hansı maliyyə sənədi hazırkı iş materiallarında mövcud deyildir.

118. İddiaçının iddia tələbində qeyd etdiyi kompensasiya məbləği tamamilə əsassızdır. Belə ki, iddiaçı iddia tələbində qeyd edilən ağaclara görə zərərin məbləğini CQBKG layihəsi çərçivəsində Torpaq sahələrinin əldə edilməsi və kompensasiyaların ödənilməsinə dair Təlimatına istinadla qeyd etmişdir ki, layihə üzrə çoxillik məhsullar üçün kompensasiya tarifləri bir ədəd yetişkən nar ağacına görə 909 manat, bar verməyən nar ağacına görə isə 182 manat həcmində müəyyən edilmişdir.

119. Kassator qeyd edir ki, istinad olunan Təlimatda müəyyən edilən tariflər üzrə ödəniş həyata keçirmək cavabdehin vəzifəsi deyil, hüququdur. Həmin Təlimat mülki hüquqlarından sui-istifadə etməklə əsassız varlanmaq istəyən şəxslərə münasibətdə hər hansı öhdəlik və ya vəzifə müəyyən etmir. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bununla da zərərin həcmi müəyyən edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq əmtəəşünaslıq ekspertizası keçirilməmiş, sadəcə qeyd edilən Təlimata istinad edilmişdir.

120. İddiaçı tərəfindən ağacların onun mülkiyyətində olması, iddia olunan sayda ağacların mə hz mübahisəli ərazidə daha əvvəlcədən əkilməsi, ağacların qiyməti və mübahisənin həlli üçün digər təqdirəlayiq hallar sübuta yetirilməmişdir. Bütün bunlar onu təsdiqləyir ki, iddiaçı ona ödənilən kompensasiya məbləğindən əlavə əsassız varlanmaq istəmiş və hüquqlarından sui-istifadə edərək mötəbər sübutlarla təsdiqini tapmayan zərərin ödənilməsini tələb etmişdir.

121. Kassator MM-in 16.1, 560.2-ci maddələrinə, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 12.1, 12.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 17 sentyabr ta rixli Qərarına istinad etmiş və qeyd etmişdir ki, BP Şirkəti xarici investordur. Həm TƏMÖH Sazişi imzalanarkən qüvvədə olan “Xarici investisiyanın qorunması haqqında” 1992-ci il 15 yanvar tarixli Azərbaycan Respublikasının Qanununun, həm “İnvestisiya fəaliyyəti haqqında” 1995-ci il 13 yanvar tarixli Azərbaycan Respublikasının Qanununun, həm də hazırda qüvvədə olan “İnvestisiya fəaliyyəti haqqında” 2022-ci il 22 iyun tarixli Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, dövlət tərəfindən investorların hüquq və azadlıqlarının qorunmasına təminat verilir.

122. Məhkəmə qərarlarının stabilliyi və hüquqi müəyyənlik prinsiplərinə məhkəmələr tərəfindən əməl olunması xarici investorların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əks təqdirdə, iddiaçının mötəbər sübutlara əsasla nmayan tələbinin təmin olunması xarici investorların Azərbaycan Respublikasında biznes mühitinə olan etimadını sarsıda bilər. Buna görə də, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən qərar qəbul edilərkən xarici investorlar üçün xüsusi rejim müəyyən edən və beynəlxalq hüquqi qüvvəyə malik TƏMÖH Sazişinin tələbləri və xarici investorların maraqlarını nəzərə alınmalıdır.

123. Hazırkı işə baxılarkən MM-in deliktlə bağlı müddəalardan hüquqi cəhətdən üstün hesab edilən və BP Şirkətinin, eləcə də digər xarici investorların hüquqi təminatlarının təsbit olunduğu TƏMÖH Sazişinin müddəaları əsas götürülməlidir.

124. Torpaq sahəsi ümumiyyətlə iddiaçının mülkiyyətində deyil. 2004-cü il 9 aprel tarixli, JN-4634 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Goranboy ra yonunun X14nun torpaq sahəsindən meyvə ağaclarından ibarət bağ salınması və meyvə şirəsi istehsalı sexinin tikintisi üçün 50 il müddətinə 400 hektar torpaq sahəsi iddiaçıya müvəqqəti istifadəyə verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsində (080500013S(U) kimi kodlaşdırılmış) ağacların və damcılı suvarma sistemlərinin mövcudluğu, onlar üzərində iddiaçının mülkiyyət hüququnun olması ümumiyyətlə sübuta yetirilməmişdir.

125. İddiaçıya müvəqqəti istifadə üçün verilmiş 080500005aS(U), 080500005bS(U), 080500005S(U), 080500010S(U) və 080500011S(U) kimi kodlaşdırılmış torpaq sahələrinə (onlar üzərində mövcud olan ağaclar və damcılı suvarma sistemlərinə) görə isə BP Şirkəti tərəfindən 2016-cı il 22 yanvar tarixində iddiaçı ilə Azərbaycan Respublikasının adından Goranboy Rayon İcra Hakimiyyəti arasında torpaqdan istifadə hüquqlarının məhdudlaşdırılması haqqında müqavilənin şərtlərinə əsasən 3.100.000 manat məbləğində kompensasiya tam olaraq ödənmişdir.

126. İddiaçı zərərin vurulduğunu iddia etsə də, Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 30 noyabr tarixli Qərarında qeyd edilən hüquqi əsasları - zərərin mövcud olmasını, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və zərər vuran şəxsin təqsirli olmasınını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir.

127. İddiaçı tərəfindən 2017-ci ildən (artıq 5 ildir) davam edən əsassız məhkəmə təqibləri ilə BP Şirkətinin Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci və 59-cu maddələri ilə təsbit edilmiş sahibkarlıq fə aliyyəti ilə məşğul olmasına mane olmağa cəhd göstərir. İşin icraatının hazırda da davam etməsi BP Şirkətinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş işə ağlabatan müddətdə baxılması hüququna ziddir.

128. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2022-ci il 30 noyabr tarixli Plenum Qərarınında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmamışdır. MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinə əsasən, zərərin ödənilməsi üçün göstərilən hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehi n üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

129. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Plenum Qərarınında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmamışdır. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. İş üzrə sübu tetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar. Prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

130. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəz ifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

131. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” Qərarında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmamışdır. Həmin qərarda göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.

132. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı iş üzrə” Qərarında ifadə olunmuş hüquqi mövqeyə riayət olunmamışdır. Həmin Qərarda qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

133. Kassasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

134. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

135. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

136. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

137. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nə ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.2. Çıxarılmışdır. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.4. Çıxarılmışdır. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.”

138. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında aşağıdakılar nəzərdə tut ulmuşdur: “... yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 420-ci maddəsinin müddəaları müəyyən mənada əvvəlki MPMin müvafiq maddəsinin normalarını təkrarlayır. Fərq ondan ibarətdir ki, əvvəlki MPM kassasiya məhkəməsinin istənilən göstərişinin məcburiliyini nəzərdə tuturdusa, hazırda qüvvədə olan MPM-in kassasiya icraatının mahiyyəti və xüsusiyyətlərinə aid yuxarıda qeyd olunan müddəaları baxımından bu Məcəllənin 420-ci maddəsinin məzmununa gö rə kassasiya məhkəməsinin yalnız hüququn tətbiqinə dair göstərişlərinin məcburiliyi müəyyən edilmişdir.... Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır.”

139. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

140. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbl ərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

141. İşə ilk dəfə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın predmeti olan iddiaçının mübahisə açdığı torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və 4, 26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmişdir. Hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin 4634 saylı konturda yerləşən iddiaçının istifadə hüququ qeydə alınmış torpaq sahəsi olduğu müəyyən edildiyi halda, torpaq sahəsinin sonradan daşınmaz əmlakın dövlət reyestrində təkrar olaraq cavabdehin xeyrinə icarə hüququ əsasında qeydə alınmasının səbəbi araşdırılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsi CQBKŞ-nin xeyrinə icarə hüququ qeydə alınan vaxt cavabdehin icarə hüququ qeydə alınmış torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun olmamasına məhkəmə münasibət bildirməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr bazasına əsasən yüklü edilmədiyi, ********* S kodlu torpaq sahəsinin torpaqdan müvəqqəti istifadə hüququna dair 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli 9Kod ********) şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmiş, Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş rəylə apellyasiya məhkəməsi bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, ********* S kodlu torpaq sahəsi iddiaçının hazırda mübahisə açdığı ərazi üzrə torpaq sahəsinin kodudur. Ekspert rəyi ilə ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üst-üstə düşübdüşmədiyi dəqiqliklə müəyyən olunmamışdır.

142. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əraziyə 2016- cı il 11 oktyabr tarixində baxış keçirilən vaxt 6-7 il əvvəl əkilmiş 1421 ədəd sağlam nar kollarının mövcud olması, həmin nar kollarının aqrotexniki qaydalara riayət olunmaqla əkilməsi, həmçinin damcılı suvarma sisteminin mövcud olması öz təsdiqini tapmışdır. Cavabdehin faktiki nəzarətində olan sahəyə iddiaçının əməkdaşları tərəfindən qısa müddət ərzində 1421 ədəd ağacın köçürülməsi və kifayət qədər böyük sərmayə və vaxt tələb edən suvarma sisteminin quraşdırılması mümkünsüzdür və belə bir halın baş verdiyi təqdirdə, cavabdeh bununla bağlı iddiaçıya pretenziya irəli sürər və ya xəbərdarlıq bildirişi,...., mübahisənin predmetini məhz delikt, yəni ağacların məhv edilməsi və suvarma sisteminin dağıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etdiyindən, nar kollarının ək ildiyi və damcılı suvarma sisteminin quraşdırıldığı torpaq sahəsinin iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə aid olub-olmaması hazırkı mübahisənin həllinə təsir etmir. İddiaçı bütün fəaliyyətini və sərmayəsini dövlət orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında onun icarəsinə verildiyini güman etdiyi torpaq sahəsində qanuni əsaslarla həyata keçirmişdir. Cavabdeh isə həmin ərazidə əkilmiş nar ağaclarının və suvarma sisteminin iddiaçıya məxsus olması barədə məlumatlı olmuş, lakin iddiaçıya xəbərdarlıq etmədən, həmin ağacların və suvarma sisteminin köçürülməsinə vaxt vermədən boru kəmərinin inşasına davam etmiş, nəticədə həmin ağaclar məhv edilmiş və suvarma sistemi yararsız hala salınmışdır.

143. İşə kassasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

144. Hər şeydən əvvəl qeyd edilməlidir ki, apellyasiya məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq mübahisənin düzgün, obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edən, Ali Məhkəmənin icrası məcburi olan göstərişlərinə riayət etməmiş, onları yerinə yetirməmişdir.

145. Bu göstərişlər isə ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 5,15069 ha, yaxud 14,29263 ha və ya 4.26017 ha torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşüb-düşməməsini müəyyən etməmiş, Reyestr xidmətinin ayrı-ayrı məktublarında Goranboy rayonu ərazisində yerləşən dövlət mülkiyyətində olan 14,29263 ha torpaq sahəsinin 2016-cı il 26 oktyabr tarixinə qədər Əmlak Məsələləri Dövlət Komitəsinin elektron kadastr baza sına əsasən yüklü edilmədiyi, 080500013S kodlu torpaq sahəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 2004-cü il 9 aprel tarixli, JN-4634 nömrəli Şəhadətnamədə nəzərdə tutulmuş 400 ha torpaq sahəsinin ərazisindən kənarda, boru üçün ayrılmış ərazidə yerləşdiyi qeyd edilmiş, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir.

146. Bu halın dəqiq və birmənalı olaraq müəyyən edilməsi isə həm də ona görə zəruridir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2019-cu il 4 yanvar tarixli, 26748 saylı rəyində də ********* S kodlu torpaq sahəsinin planında göstərilən sahə ilə üstüstə düşüb-düşmədiyini, ********* S kodlu torpaq sahəsinin Bazadan götürülən müvafiq döngə nöqtələrinin koordinatları ilə suald a göstərilən 6 ədəd döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini dəqiqliklə müəyyən etməyin mümkün olmadığı qeyd olunmuş, həmçinin cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə ona ayrılmış və hüquqları qeydə alınmış torpaq sahəsində aparılmış işlərin qanunauyğunluğu ilə bağlı məsələyə aydınlıq gətirilmiş olardı.

147. Apellyasiya instansiyası məhkəməsi isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halla bağlı hər hansı araşdırma aparılmasına zərurət görməmiş, mübahisənin deliktlə bağlı olduğuna əsaslanmaqla, icrası məcburi olan göstərişləri yerinə yetirməkdən imtina etmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 30 noyabr tarixli qərarında da bu məsələnin zəruriliyi vurğulanaraq qeyd edilmişdir ki,... həmçini n işə təkrar apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin xeyrinə icarə hüququ əsasında yüklü edilən mübahisəli 4,26017 ha torpaq sahəsinə icarə hüququnun olub-olmamasının araşdırılmaması halına lazımi diqqət yetirmədən, iş üzrə yeni qərar edərək, İddiaçı1 MMC-nin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmaması əsası ilə iddia tələbini təmin olunmuş hissədə təmin etməmişdir.

148. Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 2016-cı il 13 oktyabr tarixli məktubla Energetika Nazirliyinə təqdim edilmiş “rəy”lə əlaqədar qeyd edilməlidir ki, mübahisəli əraziyə ilk dəfə 2016-cı il 5 mart tarixində X16 Kəməri-Genişləndirmə Layihəsi BP şirkətinin dəvətinə əsasən baxış keçirərkən 6-7 illik nar kollarının 20-30 gün əvvəl bu sahəyə köçürüldüyü, nar kollarının əksəriyyətinin budaql arında zədələrin olduğu və.s. (i.v.231, cild 1) müəyyən edilmişdir. Bunun sübutu olaraqsa qeyd edilmişdir ki, seçmə üsulu ilə sahənin bir neçə yerindən nar kollarını əl ilə asanlıqla dartıb çıxarmaq mümkün idi. Bu isə öz növbəsində cavabdehin iş üzrə o dəlilini təsdiq edir ki, həmin nar ağacları əvvəlki ərazidən çıxarılmış və artıq dəyəri tərəflərindən ödənilmiş nar ağaclarıdır.

149. İş üçün əhəmiyyətli olan bu hal da apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bununla da sübutların qiymətləndirilməsi üzrə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur.

150. İş materialları və məhkəmə araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, ilkin olaraq keçməsi razılaşdırılmış və buna görə də 3.100.000 manat kompensasiya ödənilmiş boru kəməri və sonradan salınmış digər boru kəməri də iddiaçıya ayrılmış, 3 hissədən ibarət olan torpaq sahələrinin yalnız birindən, məhz 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən keçir. İş materiallarına əsasən də həmin torpaq sahəsində quraşdırılmış, vahid bir kompleks təşkil edən damcılı suvarma sisteminin bir hissəsinin deyil, bütöv dəyəri olaraq iddiaçıya 715.000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı isə ödənilmiş həmin vəsaitin qarşılığında 4634 nömrə ilə işarələnmiş torpaq sahəsindən bu damcılı suvarma sistemini ona zərər vurmadan yığışdırıb, aparmalı idi. Bu zaman həmçinin nəzərə alınmalı olan mühüm hal ondan ibarətdir ki, 715.000 ABŞ dolları məbləğində böyük bir vəsait, həmin sistemin faktiki boru kəməri keçən bir hissəsi üçün deyil, 4634 nömrəli sahədə quraşdırılmış, iddiaçı tərəfindən yığışdırılıb a parılmalı olan bütöv bir sistemin dəyəri olaraq ödənilmişdir.

151. İş materiallarındakı 2012-ci il 28 iyun tarixli, "xxxx" ASC ilə İddiaçı1 MMC arasında bağlanmış 29-LA/12 saylı lizinq müqaviləsinə əsasən Lizinq verən qiyməti 1.131.600,0 manat olan, Müqaviləyə 1 nömrəli Əlavədə göstərilən təsnifata uyğun 285 ha sahədə 1 komplekt damcılı suvarma sistemləri üçün avadanlıqları quraşdırılması ilə birlikdə 10 il müddətinə lizinqə vermiş, Avadanlığın Goranboy rayonunda quraşdırılması nəzərdə tutulmuşdur.

152. Buna qədər isə 2010-cu il 26 avqust tarixli, 08-LA /10 saylı digər müqavilə ilə qiyməti 728.000, manat olan 1 komplekt damcılı suvarma sistemləri (nə qədər torpaq sahəsi üçün nəzərdə tutulduğu qeyd edilməmişdir) 9 il müddətinə "xxxx" ASC tərəfindən İddiaçı1 MMC-yə lizinqə verilmişdir. İş ma teriallarında hər hansı digər lizinq müqaviləsi mövcud deyildir.

153. Kassasiya şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, iddiaçı cavabdehin nə təqsirini, nə də ki hüquqazidd hərəkətlərini sübuta yetirə bilməmiş, TƏMÖH Sazişinə görə isə Boru Kəməri iştirakçıları hər hansı dövlət hakimiyyət orqanları tərəfindən layihə sazişinin və ya hər hansı bir öhdəliyin pozulmasından yaranan və ya bunların nəticəsi olan itki və zərərə münasibətdə heç bir maddi məsuliyyət daşımırlar, 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur.

154. İş materiallarına əsasən Dövlət mülkiyyətində olan və xəritədə 080500013S kimi kodlaşdırılmış torpaq sahəsinə münasibətdə hüquqlar 2 saylı müqaviləyə əsasən cavabdeh Şirkətə ötürülmüşdür və məhkəmə kollegiyasının qənaətinə görə 080500013S(U) kimi kodlaşdırılmış torpaq sahəsinin tərəflərdən hansına aidiyyəti ilə bağlı ekspert qarşısında qoyulmuş suallara dəqiq cavab verilmədiyindən cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı delikt törədilməsini birmənalı olaraq iddia etmək mümkün deyildir. Yaranmış mübahisənin predmetini delikt öhdəliyi təşkil etsəydi belə, iddiaçı MPMin 77.1-ci maddəsinin müddəalarına uyğun olaraq zərərin yarandığını təsdiqləyən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı halda isə cavabdehin dövlət tərəfindən icarə hüquqları qeydə alınmış torpaq sahəsində imzalanmış müqavilə şərtlərinə əsasən üzərinə düşən işləri icra etməsi halının qanuna və yaxud müqaviləyə zidd hərəkətlər kimi qiymətləndirilməsi məhkəmə kollegiyası tərəfindən MM-in 21.2, 1096 və 1097-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir.

155. İş üzrə həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 7 aprel tarixli, 53 s saylı Sərəncamının 4-cü bəndində AR DT və XK- nə, ETSN-nə və müvafiq yerli icra hakimiyyəti orqanlarına torpaq mülkiyyətçiləri, istifadəçiləri və bələdiyyələr ilə bağlanılan müqavi lələrə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan və X16 Kəmərləri obyektlərinin tikintisi işləri tamamlanana qədər, müəyyən edilmiş mühafizə zolağı daxilində yerləşən torpaq sahələrinə dair hər hansı əqdlərin həyata keçirilməsinə yol verilməməsi və bu prosesin dondurulması tapşırılmışdır.

156. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalı, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir.

157. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

158. Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 sentyabr tarixli, 2-2(103)-479/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar