Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2017 06.06.2017 ALİ MƏHKƏMƏ İş 2-2(102)-244/2017 Azərbaycan Respublikası adından QƏRAR 06 iyun 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin direktoru X3, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1, vəkili Vəkil Ələkbər oğlunun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (bundan sonra cavabdeh) qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-89/2017 saylı, 08 f evral 2017-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: İddiaçı (daşıyıcı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 01 iyun 2015-ci il tarixli müqaviləyə əsasən “daşıyıcı” Bakının hüdudlarında və ondan kənarda bu müqavilənin Əlavə №1 təşkil edən Xidmət və Preyskurantda göstərilən qiymətə taksi və onunla bağlı olan başqa daşınma xidmətləri göstərməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin müddəti qüvvəyə mindikdən sonra iki ay (01.06.2015-01.08.2015) təşkil edir. 3.1.2-ci bəndinə əsasən sifarişçi, təyinat yeri, məsafə (km-lə) və s. məlumatı özündə əks etdirən və sifarişçi tərəfindən lazımi qaydada imzalanan vaxt cədvəlini təqdim etməli və uyğun qaydada saxlamalıdır, əgər başqa cür sifarişçi ilə müəyyən edil məyibsə. 4.1-ci bəndinə əsasən sifarişçi Əlavə №1-də əks edilmiş və sifarişçi ilə razılaşdırılmış xidmətlərə görə aylıq əsasda daşıyıcı tərəfindən hər ayın axırında təqdim edilən hesab-faktura qarşılığında ödəniş etməlidir. Hər bir təqdim edilən hesab-fakturaya həmin ay ərzində sifarişçi tərəfindən imzalanan vaxt cədvəlləri əlavə ediləcəkdir. 4.2-ci bəndinə əsasən sifarişçi uyğun məbləği hesab-fakturanı aldığı vaxtdan keçən 10 (on) təqvim günü müddətində bu müqavilənin 6.2.1 bəndində göstərilən daşıyıcının bank hesabına gecikdirmədən ödəməlidir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 28.07.2015-ci il tarixli 184 saylı invoysa əsasən 01.06.2015-30.06.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 10.962.49 AZN, 06.08.2015-ci il tarixli 184 saylı invoysa əsasən 01.06.2015-30.06.2015 -ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 6425,44 AZN, 28.07.2015-ci il tarixli 185 saylı invoysa əsasən 01.06.2015-30.06.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 6213.435 AZN, 19.08.2015-ci il tarixli 209 saylı invoysa əsasən 01.07.2015-31.07.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 4271.17 AZN, 19.08.2015-ci il tarixli 210 saylı invoysa əsasən 01.07.2015-31.07.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 7340.83 AZN, 30.08.2015-ci il tarixli 211 saylı invoysa əsasən 01.08.2015-10.08.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 392.80 AZN və 30.08.2015-ci il tarixli 212 saylı invoysa əsasən 01.08.2015-10.08.2015-ci il tarixlərdə göstərilən taksi xidmətləri üçün 655.40 AZN ödənilməsi xahiş olunmuşdur. “xxxx” ASC-dən 06.10.2016-cı i l tarixli hesabdan çıxarışa görə cavabdeh tərəfindən 28.07.2015-ci il tarixli 185 saylı invoysa əsasən 6213.44 AZN, 06.08.2015-ci il tarixli 184 saylı invoysa əsasən 6425.44 AZN və 19.08.2015-ci il tarixli 209 və 210 saylı invoyslara əsasən 7797.30 AZN ödəniş həyata keçirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan 29.09.2015-ci il tarixli məktubdan görünür ki, 2015-ci ilin iyun ayı üçün 4537.05 AZN, iyul ayı üçün 3814.70 AZN və avqust ayı üçün 1073,20 AZN ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan məktubda iddiaçı sifarişlərin tərəflər arasında imzalanmış müqavilənin 3.1.2-ci bəndinə uyğun olaraq cavabdeh şirkət tərəfindən müəyyən olunmuş vaxt cədvəlləri ilə qəbzlərlə təmin olunduğu, müqavilənin 4.1-ci bənd inə əsasən iyun və iyul aylarında hesab-faktura təqdim olunduğu və həmin hesaba cavabdeh tərəfindən tərtib olunmuş və xidmətdən istifadə edən əməkdaşlar tərəfindən verilən qəbzlər əlavə olunduğu, lakin iyun ayı üçün 4400.00 AZN, iyul ayı üçün 3800.00 AZN, cəmi 8200.00 AZN ümumi məbləğdən çıxıldığı qeyd olunmuş və 8200.00 AZN məbləğin 10 gün müddətində bank hesabına köçürülməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 05.10.2015-ci il tarixli məktubda qeyd olunur ki, 2015-ci ilin iyun ayı üçün 4537.05 AZN məbləğində biletin saxta olduğu aşkar olunmuşdur. Həmin saxta biletlərdə işçilərin imzaları, iş nömrələri və məsafələr saxtadır. Qarşılıqlı razılaşmaya əsasən saxta biletlərlə bağlı məbləğ ləğv edilərək iyun ayı üçün olan 10962.49 AZN məbləğindən çıxarılmışdır. Yəni, həmi n məbləğ üçün verilən hesabfakturanı sonradan dəyişdirərək 6425.44 AZN məbləğində yeni hesab-faktura göndərilmiş və qeyd olunan məbləğ ödənilmişdir. Məktubda həmçinin 2015-ci ilin may ayı üçün 3814.70 AZN məbləğində biletin olmadığının aşkar edildiyi, həmin məbləğ ödənildiyindən qarşılıqlı razılaşmaya əsasən iyul ayı üçün ödənilən məbləğdən geri tutulduğu, həmçinin iyun ayı üçün 4537.05 AZN məbləğində biletin saxta olduğu və may ayı üçün 3814.70 AZN məbləğində biletin olmadığına görə həmin məbləğlərin ödənilməyəcəyi bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən borc məbləği 9248.20 AZN vəsaitin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 01 iyun 2015-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında müqavilə 01 avqust 2015-ci il tarixədək bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə taksi xidməti göstərmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilənin 4-cü maddəsinə əsasən, cavabdeh iddiaçının hesabına vəsait keçirməlidir. Lakin 2015-ci ilin iyun ayında 4400 AZN, iyul ayında 3800 AZN, ümumi məbləğ 8200 AZN cavabdeh iddiaçının hesab fakturasına müqavilənin 4cü və 6-cı maddəsini heç bir səbəb göstərmədən yerinə yetirməmişdir. 2015-ci ilin avqust ayının 6na qədər iddiaçı ilə cavabdeh arasında əməkdaşlıq olub. Belə ki, 2015-ci ilin iyun və iyul aylarının ödənişi 8200 AZN, avqust ayının ödənişi 1048.20 AZN, ümumi 9248.20 AZN məbləğində cavabdeh iddiaçıya pul borcludur. İddiaçı Mülki Məcəllənin 449-cu maddəsi nə istinad edərək borcun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən kompüter-texniki ekspertizası təyin edilmiş və keçirilmiş həmin ekspertiza tədqiqatı ilə əlaqədar verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 25 avqust 2016-cı il tarixli rəyində qeyd olunur ki, tədqiq olunan elektron “Elektron ünvan 1» adlı poçt qutusunda “Vxodəhie” və “Otpravlennoe” qovluqlarında aşkar olunmuş elektron məktubların məzmunları və texniki göstəriciləri - göndərilmə və qəbul edilmə tarixləri, elektron poçt ünvanları həqiqətə uyğun sayılır. Tədqiq olunan mailto:cstransport@bk.ruElektron ünvan 1 adlı elektron poçt ünvanında “huawei” şirkətinə məxsus “Elektron ünvan 2” işarəli elektron poçt ünvanlarından daxil olan və göndərilmiş elektron poçt mə ktubları aşkar olundu. Qeyd etmək lazımdır ki, elektron poçt qutularının saxlanma mühiti internet qlobal məlumat şəbəkəsində fəaliyyət göstərən serverlərdir, müvafiq şifrələri və loginləri (adları) bilən hər hansı bir şəxs elektron poçt qutusunda daxil olarkən həmin elektron poçt vasitəsi ilə yazışmaları apara bilər. Bu səbəbdən elektron poçt məktublarının kim tərəfindən göndərilməsini müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, yuxarıda göstərilən sənədlər olmadığından (ilkin yoxlama və qarşılıqlı üzləşdirmə aktları, hesab-fakturalar, sürücü tərəfindən doldurulmuş vaxt cədvəli, 1 nömrəli əlavə, pik saatları ilə bağlı məlumatlar (müqavilənin 3.2.2 maddəsinə əsasən)) hazırkı ekspertiza qarşısında qoyulmuş suallar üzrə tam və obyektiv tədqiqat aparmaq mümkün olmadı. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(81)-196/2016 saylı iş) 12 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 8351,75 manat tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X5-məruzəçi, X4 və X2, 2-2(103)-89/2017saylı iş) 08 fevral 2017-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Məhkəmə iddi açı tərəfindən təqdim edilmiş hesablara və cavabdeh tərəfindən edilmiş ödənişlərə düzgün qiymət verməməklə cavabdehin üzərinə iddiaçı tərəfindən göstərilməmiş xidmətlərin ödənilməsi öhdəliyini qoymuşdur. Birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq 211 və 212 saylı hesablar üzrə cavabdeh tərəfindən ödəniş öhdəliyinin olmamasını təsdiq etmişdir. Çünki həmin dövrdə müqavilə olmamış və xidmət də göstərilməmişdir. İddia tələbində iddiaçı özü tərəfindən təqdim etmiş hesablardan azaldılmış məbləğləri cavabdehdən yenidən tələb etmiş, məhkəmə isə bunu əsaslı hesab etmişdir. Uyğunsuzluq iddiaçı tərəfindən təqdim edilmiş 184 və 209 saylı hesablardan irəli gəlmişdir. İddiaçı tərəfindən ilk olaraq 28.07.2015-ci il tarixdə təqdim edilmiş 184 saylı hesabda 10.962,49 manat xidmət haqqı göstərils ə də sonradan cavabdehin etirazı nəzərə alınaraq, iddiaçı tərəfindən 06.08.2015-ci il tarixdə yenidən eyni nömrə (184) altında 6.425,44 manat həcmində yeni hesab təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin məbləğ tam ödənilmişdir. Digər bir uyğunsuzluq 209 nömrəli 19.08.2015-ci il tarixli hesabdan irəli gəlir. Həmin hesabda iddiaçı özü göstərilmiş xidmətlərin haqqını 3.814,7 manat azaldaraq 456,47 manat göstərmişdir. Həmin məbləğ (456,47 manat) 210 saylı hesabdakı məbləğlə (7340,83 manat) bir yerdə (cəmi 7797.3 manat) cavabdeh tərəfindən 28 avqust 2015-ci il tarixli ödəniş tapşırığı ilə tam ödənilmişdir. İddiaçı 184 saylı hesab üzrə azaltdığı 4537,05 manatı və 209 saylı hesab üzrə isə azaltdığı 3.814.7 manatı əsassız olaraq cavabdehdən tələb etmiş və məhkəmə bu iddianı təsdiq etməklə müqa vilə üzrə göstərilməmiş xidmətin haqqını cavabdehin üzərinə qoymuşdur. Məhkəmə kollegiyası bütün sənədləri təhlil etməsinə baxmayaraq düzgün nəticəni əldə edə bilməmişdir. Qeyd etmək lazımdır ki, ümumiyyətlə tərəflər arasında xidmətin göstərilməsi belə təsdiq edən təhvil-təslim aktı mövcud olmamışdır. Cavabdeh yalnız iddiaçının təqdim etdiyi hesaba etiraz bildirməklə göstərilmiş xidmətlərin həcmini dəqiqləşdirmək imkanına malik olmuşdur. Məhz bu etirazlar nəticəsində iddiaçı özü də təsdiq edərək 184 və 209 saylı hesablarda düzəlişlər etmiş və ödənişləri qəbul etmişdir. Belə olan halda azaldılmış məbləğlərin yenidən tələb edilməsinin heç bir hüquqi əsası olmamışdır. Sadalanan faktlar nəticəsində, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və 127-ci maddəsinin 2-ci və 7-ci bəndlərinin tələbləri kobudcasına pozulmuşdur. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı cəmiyyətin direktoru məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsaslı saymır. Mübahisə tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin cavabdeh tərəfindən tam icra edilməməsi ilə bağlıdır. Müqavilə şərtlərinə görə iddiaçı cavabehə taksi xidməti göstərməli, cavabdeh isə iddiaçının hesabına müəyyən olunmuş pul vəsaitini ödəməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442ci maddə). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə). Cavabdeh iddiaçı qarşısında öhdəlik götürməsinə mübahisə açmamışdır. Mübahisə tələb olunan pul məbləği ilə bağlıdır. İddia tələbi 2015-ci ilin iyun, iyul ayları və avqust ayının bir neçə günü ilə bağlı taksi xidmətlərinə görə ödənilməli pul tələbidir. 2015-ci ilin avqust ayına aid hissədə iddia təmin edilməmiş və bu hissədə qətnamə mübahisələndirilməmişdir. Bu səbəbdən araşdırılmalı hal 2015-ci ilin iyun və iyul aylarında dair tərəflərin üzərinə götürdükləri öhədlik barədədir. İddiaçı ilə cavabdehin imzaladığı müqavilənin: -1-ci bəndinə görə “daşıyıcı” Bakının hüdudlarında və ondan kənarda bu müqavilənin Əlavə №1 təşkil edən xid mət və preyskurantda göstərilən qiymətə taksi və onunla bağlı olan başqa daşınma xidmətləri göstərməyi öz öhdəsinə götürür. -3.1.2-ci bəndinə əsasən sifarişçi, təyinat yeri, məsafə (km-lə) və s. məlumatı özündə əks etdirən və sifarişçi tərəfindən lazımi qaydada imzalanan vaxt cədvəlini təqdim etməli və uyğun qaydada saxlamalıdır, əgər başqa cür sifarişçi ilə müəyyən edilməyibsə. -4.1-ci bəndinə əsasən sifarişçi Əlavə №1-də əks edilmiş və sifarişçi ilə razılaşdırılmış xidmətlərə görə aylıq əsasda daşıyıcı tərəfindən hər ayın axırında təqdim edilən hesab-faktura qarşılığında ödəniş etməlidir. Hər bir təqdim edilən hesab-fakturaya həmin ay ərzində sifarişçi tərəfindən imzalanan vaxt cədvəlləri əlavə ediləcəkdir. -4.2-ci bəndinə əsasən sifarişçi uyğun məbləği hesab-fakturanı aldığı vaxtdan keç ən 10 (on) təqvim günü müddətində bu müqavilənin 6.2.1 bəndində göstərilən daşıyıcının bank hesabına gecikdirmədən ödəməlidir. -6.1-ci bənddə tərəflər arasında bütün yazışmaların göndərildiyi ünvanları göstərmişlər. Müqavilə şərtlərinə görə sifarişçi, yəni cavabdeh hərəkətlə bağlı vaxt cədvəlini daşıyıcıya, yəni iddiaçıya təqdim etməli, ayın axırında iddiaçı tərəfindən təqdim edilən hesab-faktura qarşılığında ödəniş etməlidir. Hər bir təqdim edilən hesab-fakturaya həmin ay ərzində cavabdeh tərəfindən imzalanan iddiaçıda saxlanılan vaxt cədvəlləri əlavə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin müqavilənin qeyd edilən şərtlərinə əməl etməsini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tərtib etdiyi hesab fakturaları əsasında iddianı təmin etsə də, hesa b fakturalara vaxt cədvəllərinin əlavə edilib-edilməməsini yoxlamamışdır. Eyni dövrü, yəni 01 iyun 2015-30 iyun 2015-ci il dövrü əhatə edən müxtəlif tarixli (müvafiq olaraq 28 iyul və 06 avqust 2015-ci il) hesab fakturaların eyni-184 nömrə ilə tərtib edilməsi və həmin fakturalarda olan məbləğin fərqli göstərilməsi, 06 avqust 2015-ci il tarixli hesab-fakturada qeyd edilən məbləğ deyil, 28 iyul 2015-ci il tarixli hesab-fakturada göstərilən məbləğin əsaslı olması məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi üzərinə götürdüyü öhdəliyi icra etməsi barədə cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdir. İşdə olan “Taxi ticket” qəbz və biletlərin cavabdehə məxsus olması, kim (səlahiyyətli şəxs) tərəfindən imzalanması, biletlərin həqiqətən saxta olması kifayət qə dər araşdırma predemeti olmamışdır. Apellyasiya məhkəməsi cavabdehin apardığı ödənişlərin müqaviləyə əsasən “ticket”lər əsasında həyata keçirildiyini bildirmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmə həmçinin mübahisəyə düzgün hüquqi qiymət vermək üçün cavabdeh tərəfindən aparılan ödəmələrin iddiaçının təqdim etdiyi hesab-fakturalar, invoyslar, yaxud həm də vaxt cədvəlləri, yoxsa “ticket”lər əsasında həyata keçirməsini müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsindən iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, cavabdehin nümayəndələri məhkəmə iclasında qətnaməni iddianın təmin olunan hissəsində ləğv edib iddianın rədd edilməsini xahiş etmişlər. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd edilən hissəsində apellyasiya icraatının predmeti olmamışdır. Lakin apellyasiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə də münasibət bildirərək bütövlükdə qətnaməni dəyişdirmədən qüvvədə saxlamış, nəticədə MPM-in 372-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddə lərinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarının tələbinə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 14 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bəhs edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. A pellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkün olmadığından, iddianın rədd olunmasına dair qərar qəbul edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-89/2017 saylı, 08 fevral 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.H
Məhkəmə qərarları › İş №2-2(102)-244/2017
Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2017
06.06.2017 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver