Məhkəmə qərarları › İş №2-2(102)-244/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçıların cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilələr üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-54/2024 nömrəli qətnaməsindən iddiaç ılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə "xxxx" MMC (üçüncü tərəf) arasında bağlanmış 2020-ci il 12 fevral tarixli BSA01/20 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqramının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir. - Müqavilənin 4.1.1-ci bəndinə əsasən, birinci tərəf tərəfindən göstərilən xidmətin növləri və dəyəri 136.000 manat olmuşdur. - Müqavilənin 4.1.2-ci bəndinə əsasən, birinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtlərinə əsasən ümumi məbləği vergilər daxil 136.000 manat olan ödəniş, hər biri 34.000 manat məbləğində olmaqla 4 hissədə həyata keçiri ləcəkdir. Üçüncü tərəf hissəli ödənişi müqavilə imzalandığı gündən etibarən 4 ay (fevral, mart, aprel, may ayları) ərzində, müvafiq olaraq hər ayda bir dəfə “birinci tərəf” tərəfindən təqdim olunan ödəniş sənədlərini (hesab-faktura/elektron qaimə faktura) aldıqdan 5 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçirməlidir. - Müqavilənin 4.2.1-ci bəndinə əsasən, ikinci tərəf tərəfindən göstərilən xidmətlərin növləri və dəyəri 40.000 ABŞ dolları təşkil edir. - Müqavilənin 4.2.2-ci bəndinə əsasən, ikinci tərəf tərəfindən göstərilən xidmətlərə görə ödəniş şərtləri layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 40.000 AB Ş dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir.

2. İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə "xxxx" MMC (üçüncü tərəf) arasında bağlanmış 2020-ci il 12 fevral tarixli BSA01/20 nömrəli xidmət müqaviləsinə 2020-ci il 24 dekabr tarixli 2 nömrəli Əlavəyə əsasən müqavilənin 6.1-ci bəndində qeyd olunmuş müqavilə müddəti 2021-ci il 31 dekabr tarixinədək uzadılır.

3. İddiaçı2 MMC (birinci tərəf), "xxxx" Firması (ikinci tərəf) ilə "xxxx" MMC (üçüncü tərəf) arasında bağlanmış 2021-ci il 1 sentyabr tarixli BSA-09/01 nömrəli xidmət müqaviləsinə əsasən birinci tərəf və ikinci tərəfindən mikro proqramının üçüncü tərəfin ticarət sisteminə uyğunlaşdırılması ilə əlaqədar xidmətlərin göstərilməsini əhatə edir. - Müqavilənin 4.1-ci bəndinə, əsasən ikinci tərəfindən göstərilən x idmətlərin növləri və dəyəri ümumilikdə 120.000.000 ABŞ dolları (ƏDV daxil) təşkil etmişdir. - Müqavilənin 4.2.2-ci bəndinə, əsasən layihə tam həcmdə və qüsursuz olaraq təslim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra ikinci tərəf tərəfindən elektron qaimə təqdim edildikdən 10 iş günü ərzində üçüncü tərəf xidmətin dəyərini tam həcmdə 120.000 ABŞ dolları (vergilər daxil) bank köçürmə yolu ilə ödəyir. - Müqavilənin 5.1-ci bəndinə əsasən, “Mikro” tərəfindən verilən proqram paketi, proqram lisenziyası və zəmanət istehsalçı (Mikro) tərəfindən verilən şərtlər çərçivəsindədir (“İstifadə Lisenziyası və Təminat Sözləşməsi”). Paketin təhvil-təslimi zamanı üçüncü tərəf qeyd olunan şərtləri qəbul etdiyi haqda akt imzalayaraq paketi təhvil alacaqdır.

4. İddiaçı2 MMC tərəfindən "xxxx" MMC-yə EBCD 933193 nömrəli 2022-ci il 15 sentyabr tarixli 114.410 manat məbləğində elektron qaimə göndərilmişdir. 5. "xxxx" MMC (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında bağlanmış 2022-ci il 1 fevral tarixli müqavilə üzrə "xxxx" MMC (sifarişçi) ilə “Mikromaks Müh. Danışmanlı ve Yazılım Sistemləri SAN. TİC. LTD. ŞTİ” (icraçı) arasında tərtib edilmiş 2023-cü il 31 mart tarixə qədər mikro proqram yazılması xidmətlərinin göstərilməsinə dair 2023-cü il 31 mart tarixli təhvil-təslim aktına əsasən icraçı aktda sadalanan və sifarişçi tərəfindən sifariş edilmiş xidmətləri tam şəkildə icra edərək təhvil verir və sifarişçi də həmin xidmətləri təhvil alır. 6. "xxxx" MMC tərəfindən “X1 və Yazılım Sistemləri SAN. LTD-nin hesabına 2023-cü il 1 5 mart tarixli ödəniş tapşırığı ilə 1.750,5 ABŞ dolları, 2022-ci il 25 noyabr tarixli ödəniş tapşırığı ilə 1.750 ABŞ dolları, 2022-ci il 30 dekabr tarixli ödəniş tapşırığı ilə 1.750,5 ABŞ dolları, 2022-ci il 1 avqust tarixli ödəniş tapşırığı ilə 3.150 ABŞ dolları, 2023-cü il 2 mart tarixli ödəniş tapşırığı ilə 3.501 ABŞ dolları, 2022-ci il 7 oktyabr tarixli ödəniş tapşırığı ilə 3.852 ABŞ dolları, 2022-ci il 31 may tarixli ödəniş tapşırığı ilə 12.500 ABŞ dolları, 2022-ci il 13 iyun tarixli ödəniş tapşırığı ilə 12.500 ABŞ dolları, 2022-ci il 27 may tarixli ödəniş tapşırığı ilə 16.192 ABŞ dolları, 2022-ci il 9 mart tarixli ödəniş tapşırığı ilə 16.281 ABŞ dolları, 2023-cü il 30 mart tarixli ödəniş tapşırığı ilə 20.000 ABŞ dolları, 2022-ci il 6 aprel tarixli ödəniş tapşırığı ilə 25.000 ABŞ do lları, 2022-ci il 16 fevral tarixli ödəniş tapşırığı ilə 81.645,3 ABŞ dolları, 2022ci il 11 oktyabr tarixli ödəniş tapşırığı ilə 184.900,5 ABŞ dolları, 2023-cü il 4 aprel tarixli ödəniş tapşırığı ilə 32.677 ABŞ dolları məbləğində pul köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı2 MMC və “İddiaçı1” Firması (bundan sonra – birlikdə “iddiaçılar”, ayrıayrılıqda “MMC”, “Firma”) 2023-cü il 28 fevral tarixində "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən: a) 2020-ci il 12 fevral BSA-01/20 nömrəli və 2021-ci il 1 sentyabr tarixli BSA-09/01 nömrəli müqavilələr üzrə MMC-yə ödənilməmiş 114.410 manat borc məbləği və 7.287,76 manat faiz məbləği; b) 2020-ci il 12 fevral BSA-01/20 nömrəli və 2021-c i il 1 sentyabr tarixli BSA-09/01 nömrəli müqavilələr üzrə Firmaya ödənilməmiş 202.000 USD borc məbləği və 12.867,12 USD faiz məbləği; c) iddiaçıların müəllif hüquqlarının pozulması faktının müəyyən edilməsi və pozuntuya görə cavabdehlərdən 15.000 manat kompensasiya; d) 1.550,92 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müxtəlif proqram modullarının hazırlanması və onların inteqrə edilməsi məqsədilə 2020-ci il 12 fevral və 2021ci il 1 sentyabr tarixli müqavilələr bağlanmışdır. Qeyd edilən müqavilələr üzrə işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir, lakin işlərin müəyyən hissəsinə görə, hələ də cavabdeh ödəniş öhdəliyini icra etməmişdir. Cavabdehin nümayəndələri ilkin olaraq iddiaçıların direktoru Sinan Koca “Mebel sifariş alma, dəyərləndirmə, nəzarət etmə və idarə etmə modulları” üzrə işlərin görülməsi üçün müraciət etmişlər və iddiaçılarla cavabdeh 2020-ci il 12 fevral tarixli müqaviləni bağlamışlar. Müqavilə üzrə adıçəkilən modullar iddiaçılar tərəfindən hazırlanaraq təhvil verilmiş və müvafiq ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu iş təhvil verildikdən sonra cavabdeh iddiaçılardan əlavə proqram modullarının hazırlanması üçün müəyyən vaxtlarda tapşırıqlar vermişdir və tərəflər arasında növbəti 2021-ci il 1 sentyabr tarixli müqavilə imzalanmışdır. Qeyd edilən müqavilələrdə siyahısı müəyyən olunan işlərdən əlavə cavabdeh iddiaçılara elektron rabitə vasitələri ilə müqavilələrdə yazılı qaydada razılaşdırılmayan əlavə işlər də tapşırmışdır. Hər iki müqavilə üzrə nəzərdə tutulmuş, həmçinin müqavilələrdə yazılı qaydada nəzərdə tutulmayan, lakin cavabdeh tərəfindən əlavə olaraq tapşırılmış işlər iddiaçılar tərəfindən lazımi qaydada icra edilmiş və təhvil verilmişdir. Əlavə olaraq hazırlanmış proqram modullarının cavabdehin əməkdaşları tərəfindən istifadə olunması üçün gərəkli olan dəstək xidməti də iddiaçılar tərəfindən göstərilmişdir. Tapşırılmış bütün proqram modulları hazırlanıb təhvil verildikdən və dəstək xidməti göstərildikdən sonra iddiaçılar cavabdehə müvafiq işlər qarşılığında ödənişlərin edilməsi məqsədilə qiymət siyahısını əks etdirən 2022-ci il 14 mart tarixli elektron poçtla müraciət etmişlər. Eləcə də, cavabdehin pul öhdəliyini uzun müddət ərzində gecikdirdiyini nəzər ə alaraq 2022-ci il 14 sentyabr tarixli elektron poçtla müvafiq hesabfaktura və elektron qaimə-fakturanı cavabdehin nəzərinə çatdırmışlar. Buna baxmayaraq cavabdeh iddiaçıların bu bildirişlərini cavabsız qoymuş və ödəniş etmək öhdəliyini icra etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 may tarixli e-2-2(113)-1771/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – Ü.Həsənova).

10. Məhkəmə müəyyən etmişdir ki, işin mübahisəsiz hallarına əsasən tərəflər arasında 2020-ci il 12 fevral və 2021-ci il 1 sentyabr tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir. İddiaçılar həmin müqavilələr üzrə cavabdehin sifar işləri əsasında əlavə olaraq MMC tərəfindən cavabdeh üçün 6 modul, Firma tərəfindən isə 15 modul yazıldığını, lakin dəyərinin ödənilmədiyini iddia edirlər. Cavabdeh həmin iddiaya etiraz edərək, müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı əlavə sifarişin verilmədiyini, əlavə sifarişin verilmiş olduğu təqdirdə bunun müqavilə şərtlərinə əsasən mütləq rəsmiləşdirilməli və dəyərinin müəyyən edilməli olduğunu, müqavilədə razılaşdırılmış qiymətdən əlavə hər hansı muzdun iddiaçılara ödənilməli olmadığını bildirir.

11. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 12 fevral tarixli və 2021-ci il 1 sentyabr tarixli müqavilələrin 3.2.8 və 3.4.8-ci bəndlərinə əsasən göstərilmiş xidmətlər “Birinci tərəf” və “İkinci tərəf” tərəfindən “Üçüncü tərəf”ə təhvil verilən zaman hər dəfə müvafiq təhv iltəslim aktının imzalanması iddiaçıların vəzifəsi kimi müəyyənləşdirilmişdir. Bundan əlavə, adıçəkilən müqavilələrin 3.2.5 və 3.4.5-ci bəndlərinə əsasən SRS sənədində qeyd olunmamış əlavə istəklər və proqramın təslimindən sonra veriləcək servis xidmətləri bu müqavilənin mövzusu olmayıb ayrıca qiymətləndiriləcək. Əlavə istəklər barədə ətraflı analiz aparıldıqdan sonra razılaşdırılmış şərtlərlə SRS Əlavə-1 sənədinin imzalanması iddiaçıların cavabdeh qarşısında daşıdığı öhdəlik kimi müəyyənləşdirilmişdir. Habelə həmin müqavilələrin 9.1-ci bəndinə əsasən bu müqaviləyə edilən bütün Əlavə dəyişikliklər ancaq yazılı şəkildə tərtib edildikdə və onları hər üç tərəf imzaladıqda etibarlıdır. Təqdim edilmiş müqavilələrdə icra edilməli olan işlər, onların qiyməti, vergi və xərclər konkret olaraq müəyy ən edilmişdir.

12. İddiaçılar həmin müqavilələr üzrə müəyyənləşdirilmiş işlər icra edilərkən cavabdeh tərəfindən əlavə sifarişlərin verildiyini bildirsələr də, həmin sifarişlərin verildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən elektron qaimə və hesab faktura bu halı təsdiq edən mötəbər sübut kimi dəyərləndirilə bilməz.

14. Məhkəmə hesab etmişdir ki, hüquqi şəxs olan MMC və fərdi sahibkar olan K.Sınan tərəfindən kifayət qədər böyük həcmli və yüksək dəyərdə olan əlavə işlərinin görülməsini (həmin işlərin görülməsinə ümumiyyətlə cavabdeh tərəfindən razıl ığın verilməsini) təsdiq edən heç bir yazılı sübutun təqdim edilə bilməməsi, əlavə sifarişlərin verildiyi təqdirdə onların rəsmiləşdirilməməsi inandırıcı və ağlabatan deyildir.

15. Bundan əlavə, iddiaçı K.Sınan məhkəmə iclasında verdiyi izahatında həmin əlavə sifarişlərin 2020-ci ilin 12 fevral tarixli müqavilə üzrə işlərin icrasına başlandığı ilk vaxtlardan icra edilməyə başlandığını, lakin dəyərinin həmişə şifahi qaydada tələb edildiyini, yalnız tərəflər arasında münasibətlər pisləşdikdən sonra görülmüş əlavə işlərlə bağlı cavabdehə elektron qaimə və hesab-faktura təqdim edildiyini bildirsə də, məhkəmə onun bu arqumentini də əsaslı və ağlabatan hesab etməmişdir.

16. İddiaçılar iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə şahid ifadələrini təqdim etmişlər. Həmin ş ahid ifadələri ilə bağlı məhkəmə hesab etmişdir ki, heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçılarla hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələri podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən podrat müqavilələrində nəzərdə tutulmayan və yerinə yetirilməsi tələb edilməyən işlərin icra edilməsi sübut olunmur, bununla da, podrat müqavilələri üzrə cavabdehin əlavə muzd ödəmək öhdəliyi, iddiaçıların isə əlavə muzd tələb etmək hüquqları yaranmamışdır. 18.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 752.1, 753.2, 753.3, 753.4, 754.1 və MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsasla ndırmışdır.

19. İddiaçılar apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-54/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən mübahisəli podrat işi ilə əlaqədar olaraq əlavə icranın və sifarişin verilməsi iş materialları ilə təsdiq edilmir. Tərəflər arasında imzalanmış müqavilələri n bəndlərində də müqaviləyə əlavə və dəyişikliklərin yazılı olması, hər üç tərəfin təsdiqləməsi şərtləndirilib. Apellyatorun digər dəlili ilə bağlı məhkəmə tərəfindən kompüter-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdı. İşin hərtərəfli araşdırılması məqsədi ilə rəyi tərtib edən mütəxəssis məhkəmə iclasına dəvət edilmişdi. Mütəxəssis verilən suallara cavab olaraq bildirmişdir ki, 15 modul üzrə sistemdə mənbə kodları iddiaçı tərəfindən yazılıb. Ondan sonra həmin control sistemində kod yoxdur, kodun olması hər bir halda modulun işləməsi demək deyil. İddiaçının qanuni nümayəndəsi K.Sinan da mütəxəssis rəyini təsdiq edərək 2021-ci il 12 yanvar tarixinə qədər işlədiklərini bildirmişdir. Mütəxəssis rəyi ilə də iddiaçıların əlavə iş görmədikləri müəyyən edilmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 421.1, 423.1, 752.1, 753.2, 753.3, 753.4, 754.1-ci; MPM-in 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

24. İddiaçılar kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. MM-in 753.1-ci maddəsi üzrə - Əlavə işlərin qiyməti əvvəlcə dən razılaşdırılmasa və ya sübut olunmasa belə, onların ödənilməsi qanunla nəzərdə tutulur. İddiaçılar kommersiya qurumlarıdır, onların qeyri-kommersiya məqsədləri ilə iş görməsi istisna edilməlidir. Tərəflər arasında münasibətlər həm yazılı, həm də şifahi formada davam etmiş, cavabdeh ən azı görüldüyünü qəbul etdiyi işlərin muzdunu belə 2020-ci il 12 fevral tarixli müqavilənin 4.2.2 bəndinin ziddinə olaraq işlərin təhvil-təslim aktı tərtib edilmədən ödəmişdir. Nəticə etibarilə, apellyasiya məhkəməsi bu maddəni düzgün tətbiq etməmişdir. 26.MM-in 753.3-cü maddəsi üzrə - 2020-ci il 12 fevral və 2021-ci il 1 sentyabr tarixli xidmət müqavilələri üzrə ilkin olaraq 4 və 3 modul nəzərdə tutulsa da, icra zamanı modullar artırılaraq ümumilikdə 21 modul yerinə yetirilmişdir. Bu, ekspert rəyindən və iddiaya əlavə edilmiş WhatsApp yazışmaları və e-poçtlardan aydın görünür. Tərəflərin münasibətləri tam rəsmiləşdirilməmiş, işlərin yazılı təhvil-təslim aktı tərtib olunmamış, lakin cavabdeh həmin aktlar olmadan ödəniş etməklə münasibətlərin qeyri-rəsmi hissəsini də qəbul etmişdir. Bu halda, MM-in 753.3-cü maddəsinə əsasən, sifarişçinin əlavə işlərin görülməsini tələb etməsi podratçının həmin işlərə görə ayrıca muzd almaq hüququnu yaradır. Mövcud sübutlar podratçının əlavə işləri də yerinə yetirdiyini göstərir, lakin cavabdeh ödənişdən yayınmışdır. Məhkəmə bu maddəni düzgün tətbiq etməli və əlavə muzdun tutulmasına qərar verməli idi. 27.MPM-in 88-ci maddəsi üzrə - Ekspert və mütəxəssis rəyləri, həmçinin məhkəməyə verilmiş şifahi izahata əsasən, cavabdehin əməliyyat sistemindəki 21 moduldan 18-nin mövcudluğu və işlək vəziyyətdə olması, həmin modulların texniki olaraq iddiaçılar tərəfindən icra edildiyi müəyyən edilmişdir. Mütəxəssis, cavabdehin nümayəndəsinin əks mövqeyinə baxmayaraq, modulların müstəqil funksionallığa malik olduğunu, müqavilələrdə qeyd edilən modulların alt modulu olmadığını bildirmişdir. Ekspert rəyləri və şifahi izahat modulların işlədiyini açıq şəkildə göstərsə də, qətnamədə bu izahatlar təhrif olunaraq, “modulların mövcudluğu onların işləməsi demək deyil” kimi yanlış ifadəyə yer verilmişdir. Məhkəmə iclasında mütəxəssis, proqram təminatını icra edən şəxsin haqqının ödənilməli olduğunu bildirmişdir. Ekspert və mütəxəssis rəyləri “artırılmış sifarişlərin” iddiaçılar tərəfindən yerinə yetirildiyini təsdiqlədiyi halda, apellyasiya məhkəməsi sübutlara düzgü n hüquqi qiymət verməmişdir. 28.MPM-in 220.4-cü maddəsi üzrə - Qanunun və ədalətin tələbinə uyğun olaraq, məhkəmə iddianı rədd edərkən iddiaçıların irəli sürdüyü bütün dəlil və əsaslara hüquqi qiymət verməlidir. İddiaçı tərəf qeyd etmişdir ki, “artırılmış sifariş” tələbi təmin olunmasa belə, müqavilənin ilkin şərtlərinə əsasən cavabdeh tərəfindən 40.000 ABŞ dolları hələ də ödənilməmiş qalır. Bu arqument apellyasiya instansiyasında irəli sürülmüş, cavabdehin nümayəndəsi də ilkin predmet üzrə borcun mövcudluğunu etiraf etmiş, lakin məhkəmə bu məqama münasibət bildirməmişdir. Eyni zamanda, cavabdeh tərəf 2020-ci il 12 fevral tarixli müqavilə üzrə 40.000 ABŞ dolları və 136.000 manat (lisenziya haqqı), həmçinin 2021-ci il 1 sentyabr tarixli xidmət müqaviləsi üzrə 120.000 ABŞ dolları məbləğində öhdəliklərin tam icrasını təsdiq edən maliyyə sənədlərini məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

30. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin iş in müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkü ndür....” “Maddə

423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....” “Maddə

753. Muzd barəsində razılaşma... 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəz ərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır.” “Maddə

754. Təqribi smetadan kənaraçıxmanın nəticələri 754.1. Əgər podratçı təqribi smetadan əhə miyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir....”

33. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxs lərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi müvafiq

34. Məhkəmə kollegiyası iddiaçıların kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

35. İddiaçılar podrat müqaviləsi ilə razılaşdırılmayan əlavə görülmüş işlərin dəyərini tələb edir.

36. MM-in 753.4-cü maddəsinin (bax § 32) tələblərindən biri ondan ibarətdir ki, müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir.

37. Beləliklə, nəmin normanın dispozisiya şərtlərinə görə, əlavə işlərin dəyəri yalnız iki şərt mövcud olduqda ödənilmir: 1) əlavə işlər müqavilədə nəzərdə tutulmadıqda və 2) əlavə işlərin yerinə yetirilməsi sifa rişçi tərəfindən tələb edilmədikdə.

38. Hazırkı halda iş materiallarından məlum olur ki, sözügedən dispozisiya şərtlərinin hər ikisi də mövcuddur.

39. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 2020-ci il 12 fevral və 2021-ci il 1 sentyabr tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrdə nəzərdə tutulmuş işlər iddiaçılar tərəfindən tam şəkildə icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən dəyəri ödənilmişdir.

40. Hazırda mübahisə predmetini təşkil edən işlər isə müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərdir.

41. Eyni zamanda, iddiaçılar həmin müqavilələr üzrə müəyyənləşdirilmiş işlər icra edilərkən cavabdeh tərəfindən əlavə sifarişlərin verildiyini bildirsələr də, iş üzrə qəbul edilmiş məhkəmə qət namələrindən aydın olur ki, həmin sifarişlərin verildiyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və MPM-in 77.1-ci maddəsi (bax § 33) üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

42. Belə ki, iş materiallarında sifarişçinin əlavə işlərin görülməsi üçün ifadə etdiyi iradəsini əks etdirən hər hansı sifariş və ya razılıq sənədləri, hətta təhvil-təslim aktları, ödəniş sənədləri və s. sənədlər də mövcud deyildir.

43. Bu baxımdan, məhkəmənin heç bir yazılı sübutlar olmadığı halda iş üzrə dindirilmiş və iddiaçılarla hazırkı günədək əməkdaşlıq edən şəxslərin ifadələrinin podrat işlərinin görülməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilinməməsinə dair qənaəti tamamilə doğru olmuşdur.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab ed ir ki, mübahisəli əlavə işlərin faktiki olaraq görüldüyü hətta fərz edilsə belə, cavabdeh MM-in 753.4-cü maddəsinə uyğun olaraq onların dəyərini ödəməməkdə haqlı olmuşdur.

45. Bununla əlaqədar məhkəmə kollegiyası kassatorun işlərin görülməsini təsdiq edən sübutlara məhkəmənin düzgün qiymət verməməsinə dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

46. Bundan başqa, MM-in 753.3-cü maddəsinə (bax § 32) əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

47. Hazırkı işdə, hətta sifarişçi tərəfindən əlavə işlərin görülməsinin podratçıya sifariş olunduğu fərz edilsə belə, podratçı bu işlərə görə ödənilməli muzdun dəyərini sifarişçi ilə razılaşdırmalı, ən azından, ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl sifarişçiyə məlumat verməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçılar özləri tərəfindən cavabdehə belə məlumatı vermələrini, o cümlədən əlavə işlərin dəyərini razılaşdırmalarını sübut edə bilməmişlər.

48. Beləliklə, istinad olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbləri ümumiyyətlə düzgün hüquqi əsasasa söykənməmiş, bu səbəbdən də əsaslı olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə mahiyyətcə qanu na zidd olmamışdır.

49. Kassatorun “artırılmış sifariş” tələbi təmin olunmasa belə, müqavilənin ilkin şərtlərinə əsasən cavabdeh tərəfindən 40.000 ABŞ dollarının hələ də ödənilməmiş qalmasına baxmayaraq məhkəmənin buna münasibət bildirməməsinə dair dəlilləri ilə əlaqədar isə qeyd edilir ki, əvvəla, hazırkı iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı olmuş, məhkəmə də MPM-in 218.3-cü maddəsinin (bax § 33) tələblərinə uyğun olaraq həmin iddia tələblərinə hüquqi qiymət verərək müvafiq nəticəyə gəlmişdir.

50. Digər tərəfdən isə, tərəflər arasında 2020-ci il 12 fevral və 2021-ci il 1 sentyabr tarixli podrat müqavilələrində nəzərdə tutulmuş işlərin cavabdeh tərəfindən dəyərinin ödənilməsi birinci instansiya m əhkəməsinin qətnaməsində işin mübahisəsiz halı kimi qeyd edilmiş, iddiaçılar həmin qətnamədən verilmiş apellyasiya şikayətində bunu təkzib etməmişlər.

51. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 33) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-54/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçıların kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 dekabr tarixli 2-2(103)-54/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar