Məhkəmə qərarları › İş №2-2(102)-251/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-251/2024

31.05.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Hüquqi şəxsin ləğvi ilə bağlı mübahisə, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) arasında olan mübahisələr, hüquqi şəxsin təsisçiləri (iştirakçıları, üzvləri) ilə hüquqi şəxs arasında mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı “kooperativinin ləğv edilməsi və digər” tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-72/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Ay -Ulduz” Mənzil Kooperativi təsis edilərkən 5 üzvü olmuş, pay fondu 200 manat təşkil etmiş və İddiaçı pay fondundakı mütləq pay haqqı – 40 manat, yəni 20% olmuşdur (2006-cı il 11 yanvar tarixli təsis müqaviləsi).

2. Cavabdeh1 2006-cı il 22 fevral tarixində (2006-cı il 10 yanvar tarixli protokol və digər sənədlər əsasında) dövlət qeydiyyatına alınmışdır. 3. 2011-ci il 15 noyabr tarixli Mənzil Xidməti və Tikinti Kooperativinin təsisçilərinin qərarı ilə “Ay-Ulduz-2010” Mənzil İstismar Kooperativi yaradılmış və Cavabdeh3 kooperativin s ədri seçilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 26 dekabr tarixli 2(102)-5644/16 nömrəli qərarı). 4. “Ay-Ulduz-2010” Mənzil İstismar Kooperativi 2012-ci il 27 fevral tarixində rəsmi dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin 2017-ci il 19 dekabr tarixli çıxarışı ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh1 əvvəlki təsisçisi kimi nizamnamə kapitalında 20% paya sahib olmuş, hazırda isə 40 paya malikdir. Cavabdeh3 Cavabdeh1 qanuni təmsilçisidir və 40 paya malikdir. Cavabdeh1 nizamnamə kapitalı 1.520 manatdır.

6. Cavabdeh1 2017-ci il 19 dekabr tarixində qeydə alınmış 2-ci redaksiya nizamnaməsinin 1.3-cü bəndinə əsasən, Cavabdeh1 istehlak kooperativi ol maqla, kooperativin məqsədləri üçün binanın (binaların) tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın (binaların) tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevirilməlidir. Həmin nizamnamənin: - 4.6 və 4.7-ci bəndlərinə əsasən, kooperativin ilkin pay fondu 1.520 manat, hər bir üzvün mütləq pay haqqı 1 manat olmaqla 38 üzvün hər birinin 40 manat 40 payı qeyd edilmiş, o cümlədən İddiaçı 40 manat dəyərində 40 paya malik olduğu göstərilmişdir. - 7.1-ci bəndinə əsasən, növbədənkənar ümumi yığıncaq kooperativ sədrinin, təftiş komissiyasının, təşəbbüsü yaxud səs hüququna malik üzvlərin azı dördə birinin tələbi ilə çağırılır.

7. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2018-ci il 22 iyun tarixli qətnaməsi ilə İddiaçı X1 və qeyrilərinə (o cümlədən Cavabdeh3) qarşı kooperativlərin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki, iş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 2016-cı il 19 dekabr tarixli protokoluna görə, Cavabdeh1 siyahı üzrə səs vermə hüququ na malik cəmi 72 nəfər üzvündən 42 nəfərinin iştirakı ilə Simuzər Hüseynovanın Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri vəzifəsindən azad edilməsi, Cavabdeh3 Cavabdeh1 sədri təyin olunması, Qəmər Cəfərquluzadə, Cavanşir Manafov və Dilarə Məşədiyevanın idarə heyətinin üzvləri təyin edilməsi, Cavabdeh1 MTK-ya məxsus bütün mövcud sənədlərin, habelə möhür və ştampın yeni təyin olunmuş sədrə təhvil verilməsi, Cavabdeh1 MənzilTikinti Kooperativinə yeni sədrin seçilməsi ilə bağlı dəyişikliklərin dövlət qeydiyyatına alınmasının Cavabdeh3 həvalə edilməsi qərara alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 5 iyun tarixində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə (bundan sonra birlikdə – “cavabdehlər”, ayrı-ayrılıq da müvafiq olaraq “Cavabdeh3”, “Cavabdeh1 MK””, “Cavabdeh2 MİK””) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Cavabdeh3 Cavabdeh1 MK və Cavabdeh2 MİK-in ləğvi ilə bağlı qanunda nəzərdə tutulan tələbləri yerinə yetirməməklə hərəkətsizliyinin qanunsuz hesab olunması; - sədrlik etdiyi Cavabdeh1 MK-in qanuna müvafiq qaydada və müddətdə ümumi yığıncağının çağırılaraq, kooperativin ləğvi məsələsinin həll edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MK yaradılarkən qarşıya qoyduğu məqsədlərə nail olunmuş, həmçinin binadakı mənzillər tam özəlləşdirilərək payçıların xüsusi mülkiyyətinə keçmiş və Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən kooperativin ləğv olunması zəru rəti yaranmışdır. Bu barədə hazırda 40 faiz pay hüququna malik təsisçi kimi iddiaçı kooperativlərin sədrinə rəsmi müraciətlər etsə də, Cavabdeh3 bu barədə qanuna müvafiq tədbirlər görməmişdir. İddiaçı Cavabdeh1 MKin təsisçisi olaraq, dəfələrlə Cavabdeh3 kooperativin mənfəəti barədə hesabat verməyi, ümumi yığıncağının çağırılması və kooperativin ləğvi məsələsinin gündəliyə çıxarılmasını tələb etsə də, bu günədək ümumi yığıncaq çağırılmamış, hesabatlar verilməmişdir. Cavabdeh1 MK-in beş təsisçisindən biri - X3 vəfat etdiyindən, kooperativin fəaliyyəti özlüyündə qanunsuzdur. Bu barədə də cavabdehlərə rəsmi məlumat verilsə də, nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin verdiyi 2017-ci il 19 oktyabr tarixli çıxarışa əsasən, Cavabdeh3 Cavabdeh1 MK və Cavabdeh2 MİK-in sədri olduğu qeyd olunmuşdur. 10. 2023-cü il 16 avqust tarixində Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 22 iyun tarixli qətnaməsi ilə iddiaçının X2 və qeyrilərinə qarşı kooperativlərin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 may tarixli 2-1(82)-1284/2018 nömrəli qərarı ilə hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı Cavabdeh1 MK-nın sədrinin seçilməsinə dair reyestr məlumatlarında edilmiş dəyişikliyin ləğv olunm ası vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. Beləliklə, hazırkı iddiada göstərilənlər məhkəmə predmetləri olduğundan əsassız olmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli e-2-2(113)3376/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – L.Əliyeva).

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 Cavabdeh1 MK və Cavabdeh2 MİK-in sədri, iddiaçının isə Cavabdeh1 MK-nın üzvü olması iş materiallarına əsasən təsdiq olunsa da, iddiaçının "Ay Ulduz-2010" MİK-in üzvü olmasına dəlalət edən sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçı Cavabdeh2 MİK-in üzvü olmadığından o həmin kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab olunmasını tələb etməyə dair subyektiv hüquqa malik olmamışdır.

13. İddiaç ı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 111.8-ci maddəsi və Cavabdeh1 MK-nın nizamnaməsinin tələbləri baxımından, Cavabdeh1 MK-ya münasibətdə də ümumi yığıncağın keçirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbini irəli sürməkdə də haqlı olmamışdır. Cavabdeh1 MK-nin səs vermə hüququna malik cəmi 72 nəfər üzvü var (Cavabdeh1 MK-nin ümumi yığıncağının 2023-cü il 5 may tarixli protokolu). Odur ki, iddiaçı Cavabdeh1 MK-nin 72 üzvündən biri olduğundan, ümumi yığıncağın çağırılaraq kooperativin ləğvi məsələsinin həll edilməsini tələb etməkdə də haqlı olmamışdır.

14. İddianın Cavabdeh1 MK-nin ləğv edilməməsinə dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab olunmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, MMin 113.1-ci maddəsinin tələblə ri baxımından kooperativin könüllü ləğvi kooperativ sədrinin deyil, onun üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ olduğundan, həmin hissədə də iddia əsassız olmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni MM-in 59.2.1, 109-4.1, 111.8, 113.1 və 113.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024- cü il 10 yanvar tarixli 2-2(103)-72/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MK və Cavabdeh2 MİK-in ləğvi barədə irəli sürülmüş iddiaya Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2018-ci il 22 iyun tarixli qətnaməsi ilə hüquqi qiymət verilsə də, hazırda qaldırılan iddianın əsası fərqli olduğundan iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hazırkı halda iddiaçı hər iki kooperativin qarşısında qoyulmuş məqsədlərə çatdıqları üçün nizamnamələri və MM-də nəzərdə tutulmuş qaydada ləğv edilməli olduğunu göstərərək, bu məqsədlə ümumi yığıncağın çağırılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş e tmişdir. Əvvəl qaldırılmış iddiada isə kooperativlərin məhkəmə tərəfindən faktiki fəaliyyət göstərməməsi, yeni sədrin qanun pozuntusu ilə seçilməsi və digər əsaslarla ləğv olunması xahiş edilmişdir.

19. İddiaçı Cavabdeh2 MİK-in üzvü olmadığından, həmin kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab olunmasını tələb etməyə subyektiv hüququ olmamaqla, iddia həmin hissədə əsassız olmuş, apellyasiya şikayətində qətnamənin bu hissədə hansı əsasla ləğv edilməli olması göstərilməmişdir.

20. Kommersiya qurumunun dövlət reyestrindən 2017-ci il 19 dekabr tarixində verilmiş çıxarışdan və kooperativin 2-ci redaksiyada nizamnaməsindən görünür ki, Cavabdeh1 MK təsis edilərkən onun 5 üzvü olsa da, sonradan üzvlərinin sayı artmış, 2017-ci ildə 38 olmuşdur. Kooperativin 2023-cü il 5 may tarixində keçirilmiş ümumi yığıncağının protokolunda onun səs hüququna malik üzvlərinin sayının 72 olduğu, onlardan 61 nəfərinin iclasda iştirak etdiyi qeyd edilmişdir. Apellyasiya şikayətində iddiaçının vəfat etmiş həyat yoldaşı X3 vəfat etdikdən sonra onun payının da iddiaçıya keçdiyi qeyd olunsa da, məhkəməyə bu barədə sənəd təqdim edilməmişdir.

21. MM-in 111.8-ci maddəsi və Cavabdeh1 MK-nin nizamnaməsinin tələbləri nəzərə alındıqda, iddiaçının kooperativin üzvlərindən biri olaraq Cavabdeh1 MK-nin növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etmək və həmin yığıncağın gündəliyini (hüquqi şəxsin ləğv edilməsi) müəyyənləşdirmək səlahiyyəti mövcud olmamışdır. Hüquqi şəxsin sonuncu redaksiyada nizamnaməsində kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağını çağırmaq hüququ idarə heyətinin (sədrinə), müşahidə şurasına, təftiş komissiyasına (müfəttişə) yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinə aid edildiyindən, məhkəmə kollegiyası iddiaçının digər üzvlərin iradə ifadəsi olmadan bu barədə tələb irəli sürmək hüququna malik olmaması qənaətinə gəlmişdir.

22. Apellyasiya şikayətinin “Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələbinin məhkəmə tərəfindən nəzərə alınmaması” ilə bağlı dəlilinə gəldikdə qeyd edilməlidir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi 2009-cu il 1 oktyabr tarixindən, yəni Cavabdeh1 MK 2006-cı il 22 fevral tarixində hüquqi şəxs kimi qeydiyyata alındıqdan sonra qanuni qüvvəyə mindiyindən, kooperativin ləğv edilməsi əsasları ilə bağlı Mənzil Məcəlləsinin normalarına istinad olunması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 87-ci maddəsinin tələbinə zidd olmuşdur.

23. Məhkəmə birinci instansiya məhkəməsi ilə bu hissədə də razılaşır ki, MM-in 113.1-ci maddəsinin tələbləri baxımından kooperativin könüllü ləğvi kooperativ sədrinin deyil, onun üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aid məsələ olduğundan Cavabdeh1 MK-nin ləğv olunmamasına dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair iddia tələbi də əsassızdır.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci, MM-in 59.2.1, 109-4.1.1 – 109-4.1.8, 111.8, 113.1 və 113.2-ci maddə lərinə istinad etməklə əsaslandırmışdır.

25. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Mənzil Məcəlləsinin 109.5 və 109.6-cı maddələri üzrə - Apellyasiya məhkəməsi cavabdehin sözügedən hüquq normalarının tələblərini pozmasını nəzərə almamaqla, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Bundan başqa, məhkəmə iddiaçının subyektiv hüququnun olmasına düzgün qiymət verməmişdir.

27. MPM-in 418.1 və 418.2-ci maddələri üzrə - Apellyasiya məhkəməsi MPM-in 386cı maddəsinin tələbini pozmuş, Mənzil Məcəlləsinin 109 və MM-in 109-111-ci maddələrinin tələ blərini nəzərə almamışdır. Məhkəmə Cavabdeh1 MK-nin nizamnaməsində qeyd olunan sədrin səlahiyyətləri, təsisçilərin hüquqlarına düzgün qiymət verməmişdir.

28. Məhkəmə Cavabdeh1 MK və Cavabdeh2 MİK-in eyni ünvanda qeydiyyatdan keçərək fəaliyyət göstərməsinə və bir ünvanda iki kooperativin fəaliyyət göstərməsinin qanunla yolverilməz olduğuna düzgün qiymət verməmişdir. Məhkəmə Cavabdeh3 Cavabdeh1 MK-nin sədri olduğu halda, sonradan oxşar adla Cavabdeh2 MİK-i təsis etməsinə münasibət bildirməmişdir. İddiaçı Cavabdeh1 MK-nin beş təsisçisindən biridir, həmçinin 2018-ci ilədək kooperativin sədri olmuşdur. Kooperativin nizamnaməsinə əsasən həyat yoldaşı Quluzadə Səmayənin payı ona keçmişdir. Məhkəmə isə nə nizamnaməyə, nə də digər əhəmiyyətli hüquqi faktlara qiymət vermişdir.

29. Məsələ Cavabdeh3 k ooperativin sədri kimi dövlət başçısının verdiyi fərmanı icra etməməsi ilə bağlıdır. Məhkəmə isə iddiaçının ümumi yığıncağı çağırmaq hüququ olmaması qənaətinə gəlmişdir.

30. Kassator apellyasiya məhkəməsinin bu qərarın 22-ci bəndində göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanunverici apellyasiya məhkəməsinin qeyd etdiyi məsələyə aydınlıq gətirmiş və Mənzil Məcəlləsində kooperativlərin ləğvinin MM ilə tənzimləndiyini göstərmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin qeyd olunan normalarının Cavabdeh1 MK və 2011-ci ildə yaradılmış Cavabdeh2 MİK-ə aid olmadığını göstərməklə, pozuntuya yol vermişdir.

31. Kassator apellyasiya məhkəməsinin bu qərarın 23-cü bəndində göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddia tələbinin aydın olmasına baxmayaraq, m əhkəmə əsassız olaraq tələbi “kooperativin ləğvinin cavabdeh tərəfindən yerinə yetirilməsi” kimi qəbul etmişdir.

32. Azərbaycan Respublikasının Prezidentinin kooperativlərin ləğvi ilə bağlı Fərmanı cavabdeh tərəfindən qərəzli olaraq icra edilmir. Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1394-VQD nömrəli “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununa əsasən, Mənzil Məcəlləsində 109.5-ci maddədə “kooperativ qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir” sözləri “kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericil iyə uyğun olaraq zəruri tədbirlər görülməlidir” sözləri ilə əvəz olunmuş, həmin qanunu pozan şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul olunmuş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslərin iki min manat məbləğində, hüqu qi şəxslərin beş min manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur.

33. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinə düzgün qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Mübahisə Mənzil Məcəlləsinin 109-cu maddəsi ilə həll olunmalıdır.

34. Məhkəmə iddiaçının verdiyi ərizə və sübutlara qiymət verməmişdir. Elektron sistemə Vergi idarəsi və Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinin məktubları əlavə olunmuşdur. Həmin məktublara əsasən, cavabdehin barəsində araşdırma aparıldığı müəyyən olunur. Məhkəmə isə üçüncü şəxslərin cəlb edilməsi barədə ərizəyə də qiymət verməmiş, həmçinin digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsləri, yəni bina sakinlərini də işə cəlb etməmişdir.

35. Məhkəmə Mənzil Məcəlləsinin 109.5-ci maddəsini n tələblərinə zidd olaraq, cavabdehin təqdim etdiyi qanunsuz və etibarsız olan ümumi yığıncağın 2023-cü il 5 may tarixli protokoluna da qiymət verməmişdir.

36. Məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. İddiaçı Cavabdeh1 MK-nin beş təsisçisindən biridir və ümumi yığıncağın 2006-cı il 1 oktyabr tarixli qərarına əsasən Cavabdeh1 MK-in sədri seçilmişdir. 2011-ci ildə binaya köçən Cavabdeh3 iddiaçıya məxsus binanın birinci mərtəbəsində yerləşən 53 kv.m qeyri-yaşayış sahəsini ələ keçirmək üçün, iddiaçıya qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürmüş, iddia tələbləri təmin edilməmişdir (Ali Məhkəmənin qərarı əlavə olunur). Bundan sonra o, eyni ünvanda başqa oxşar adla, yəni Cavabdeh2 MİK-i təsis edərək özünü eyni vaxtda həmin kooperativin də sədri elan etmiş və a rtıq Cavabdeh1 MK-nin mövcud olduğu ünvanda qanunsuz fəaliyyət göstərməyə, sakinlər arasında çaşqınlıq yaratmağa, onlardan müxtəlif adlarla pul yığmaqla özbaşınalıq və qanunsuzluqlar etməyə başlamışdır. Bundan başqa, həmin kooperativin adından aidiyyəti və əsası olmadığı halda, iddiaçıya qarşı qeyri-yaşayış sahəsinin boşaldılması barədə iddialar irəli sürməyə başlamışdır. Halbuki sözügedən qeyri-yaşayış sahəsi 30 ildir ki, iddiaçının qanuni istifadəsindədir.

37. Cavabdeh3 hərəkətləri və Nəsimi rayonu Dilarə Əliyeva 241 ünvanındakı binada göstərdiyi fəaliyyət qanunsuzdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 2022-ci il 23 sentyabr tarixli **********0 nömrəli arayışa əsasən, ünvan 2 ünvanında qeydiyyata alınmış mənzillərin (76 mənzil) siyahısı təqdim edilmişdir. Həmin siyahıya əsasən, binadakı bütün mənzillərin xüsusi mülkiyyətdə olması təsdiq olunmuşdur. Beləliklə, Cavabdeh1 MK yaradılarkən qarşıya qoyduğu məqsədlərə nail olunmuş, həmçinin binadakı mənzillər tam olaraq özəlləşdirilərək payçıların xüsusi mülkiyyətinə keçmişdir. Beləliklə, Mənzil Məcəlləsinin 109-cu maddəsinin tələblərinə əsasən kooperativin ləğv olunması zərurəti yaranmışdır. Bu barədə hazırda 40 faiz pay hüququna malik təsisçi olan iddiaçı kooperativlərin sədrinə rəsmi müraciətlər etsə də, Cavabdeh3 bu barədə qanuna müvafiq tədbirlər görməmişdir.

38. Əlavə olunmuş məktublardan və poçt qəbzlərindən də görünür ki, Cavabdeh3 təsisçinin rəsmi müraciətlərinə cavab verməmiş və ümumi yığıncaq çağırmaqdan imtina edərək qanunsuz fəaliyyət göstərməkdə d avam etmişdir. Cavabdehlərin fəaliyyəti məhkəmə qaydasında qanunsuz hesab edilməklə, ümumi yığıncaq çağırılaraq kooperativlərin ləğv olunması barədə qərar qəbul edilməli və bu barədə qeydiyyat aparan orqana məlumat verilməlidir.

39. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi 2017-ci il 19 oktyabr tarixli Çıxarışa əsasən, Cavabdeh3 Cavabdeh1 MK və Cavabdeh2 MİK-in sədri olduğu qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

41. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlər həqiqəti əks etdirmir. İddiaçı Cavabdeh1 MK və Cavabdeh2 MİK-in eyni ünvanda f əaliyyət göstərməsini irəli sürmüş, bununla bağlı dəlil təqdim edə bilməmişdir. Ali Məhkəmənin 2016-cı il 26 dekabr tarixli 2(102)-5644/2016 nömrəli qərarına əsasən, Cavabdeh1 MK fəaliyyətini bu günədək davam etdirir. Cavabdeh2 MİK isə fəaliyyət göstərmir.

42. İddiaçının ünvan 3 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv.m qeyri-yaşayış sahəsinin ona məxsus olması barədə dəlilləri də əsassızdır. Məhkəmələr tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış yekun aktlar həmin əmlakın iddiaçıya məxsus olmamasını təsdiq etmişdir. Sözügedən əmlak Cavabdeh1 MK-ya məxsusdur. Şəxsin məhkəməyə müraciət etməsi üçün ilk öncə subyektiv hüququ olmalıdır. Mübahisəli əmlak isə kooperativin mülkiyyəti olduğu və iddiaçının həmin kooperativin sədri vəzifəsindən azad edildiyi üçün onun əmlaka dair hər hansı bir hüququ mövcud deyil.

43. Cavabdeh1 MK-nin təsisçilərindən sadəcə biri olan iddiaçı tərəfindən belə iddia tələbi ilə çıxış edilməsi əsassızdır. Cavabdeh1 MK-nin sədrinin seçilməsi səlahiyyəti və bu məsələyə baxılması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir.

44. İddiaçı 2018-ci ildən Cavabdeh1 MK-nin sədri olduğunu qeyd etmişdir. Lakin bundan öncə iddiaçı əsassız iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MKya məxsus möhür, ştamp və digər sənədlərin ona qaytarılmasını tələb etmiş, bu qanunsuz tələb məhkəmə qaydasında təmin edilməmişdir. Kassasiya baxışının hədləri

45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaq dır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

149. Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt ların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir....” 48. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə

87. Normativ hüquqi aktın geriyə qüvvəsi 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsu liyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.”

49. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

59. Hüquqi şəxsin ləğvi... 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;...” “Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativi n üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzə rdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək....” “Maddə

111. Kooperativdə idarəetmə... 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanun unun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. (2023-cü il 6 iyul tarixli 936-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 111.8-ci maddənin ikinci cümləsinə “tələbi ilə” sözlərindən sonra “(maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilmişdir və üçüncü cümləsində “İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə” sözləri “Bu halda” sözləri ilə əvəz edilmişdir.)...” “Maddə

113. Kooperativin yenidən təşkili və ləğvi 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. 113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə ö z məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Pros essual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məh kəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar müəyyən edilmir.

53. Əvvəla, məhkəmə kollegiyası iddiaçının “Ay Ulduz-2010" Mənzil İstismar Kooperativinin üzvü olmadığından həmi n kooperativin ləğvi ilə bağlı cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb etməyə subyektiv hüququnun olmadığına, kooperativin ləğv edilməməsinə dair Cavabdeh3 hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair iddia tələbinin əsassızlığına, həmçinin iddiaçının vəfat etmiş həyat yoldaşı X3 vəfat etdikdən sonra onun payının iddiaçıya keçdiyi barədə məhkəməyə hər hansı sənəd təqdim etməməsinə, eləcə də iddiaçı kooperativin üzvlərindən biri olaraq Cavabdeh1 növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etmək və həmin yığıncağın gündəliyini (hüquqi şəxsin ləğv edilməsi) müəyyənləşdirmək səlahiyyətinə, digər üzvlərin iradə ifadəsi olmadan bu barədə tələb irəli sürmək hüququna malik olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından, kassatoru n həmin məsələlərlə bağlı dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmədiyini bildirir.

54. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşmır ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi 2009-cu il 1 noyabr tarixindən - Cavabdeh1 2006-cı il 22 fevral tarixində hüquqi şəxs kimi qeydiyyata alındıqdan sonra qanuni qüvvəyə mindiyindən kooperativin ləğv edilməsi əsasları ilə bağlı Mənzil Məcəlləsinin normalarına istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsinin tələbinə ziddir.

55. Məhkəmə kollegiyası hesab edir ki, belə yanaşma Mənzil Məcəlləsi qəbul edilməmişdən əvvəl və sonra yaradılan mənzil-tikinti kooperativləri və mənzil mülkiyyətçiləri arasında əsassız ayrı-seçkilik yaratmaqla, bərabərlik və ədalət prinsiplərinin pozulmasına səbəb ola bilər. Belə ki, mənzil-tikinti kooperativinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsinə dair tələbləri müəyyən edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.5-ci maddəsi və bu tələblərin pozulmasına görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi heç şübhəsiz ki, mənzil mülkiyyətçilərinin hüquqlarının etibarlı müdafiəsinə, habelə mənziltikinti kooperativləri tərəfindən yol verilən qanun pozuntularının, özbaşınalıqların, suiistifadə hallarının qarşısının alınmasına, bu sahədə qayda yaradılmasına xidmət edir.

56. Bu baxımdan, mübahisəli koo perativin mənzil mülkiyyətçiləri Mənzil Məcəlləsi, MM və kooperativin nizamnaməsi ilə müəyyən edilmiş qaydada kooperativin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsinə nail olmaq hüquqlarını özlərində saxlayırlar.

57. Bununla belə, məhkəmə kollegiyası, yuxarıda qeyd edildiyi kimi, baxılan işdə verilmiş iddia üzrə iddiaçının mənzil kooperativi üzvlərindən yalnız biri olaraq subyektiv hüquqa malik olmamasına dair mövqeyi qanuni və əsaslı hesab etdiyindən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddənin (bax § 51) tələblərinə əməl etmiş, işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən qətnamənin ləğvinə əsas ola bilən hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci mad dəsinə (bax § 51) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-72/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 yanvar tarixli 2-2(103)-72/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar