Məhkəmə qərarları › İş №2-2(102)-253/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-253/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-253/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X7” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi və ipoteka yüklülüyündən azadetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı MMC-nin cavabdeh “X7” ASC-yə qarşı “ipotekaya xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-61/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" ASC (ipoteka saxlayan) ilə MMC (ipoteka qoyan) arasında bağlanmış 2014cü il 2 oktyabr tarixli Umis-30/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit müqaviləsi və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə ona məxsus olan və başqa öhdəliyin təminatı üçün əvvəl ipoteka qoyulmuş Masallı rayonu, Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəni Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Daşınmaz əmlakın texniki pasportuna (reyestr nömrəsi **********27-12301, inventar nömrəsi 690) əsasən, balans saxlayıcı Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən İsti-Su Sanatoriyasında 64 ədəd müxtəlif təyinatlı tikililər vardır.

3. Masallı Rayon Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli 2(050)-24/2020 saylı qətnaməsi ilə iddiaçı “Unibank KB" ASC-nin cavabdehlər X3, X2 və Masallı “İsti-Su X4” MMC-yə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin olunmuş, X3 və X1 müştərək qaydada 2014-cü il 2 oktyabr tarixli UM-30/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 2014-cü il 8 oktyabr tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 631.375,37 ABŞ dolları əsas, 343.106,10 ABŞ dolları faiz, 3.000 ABŞ dolları cərimə olmaqla, cəmi 9 77.481,47 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə), 2015-ci il 30 oktyabr tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən kredit borcu üzrə 168.396,98 manat əsas, 71.509,81 manat faiz, 1.000 manat cərimə olmaqla, cəmi 240.906,79 manat məbləğində borc, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 30 manat xidmət haqqının Bankın xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Masallı “İsti-Su X4” MMC-nin mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən Əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 1.700.000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və əmlakın hərracda satışından əldə oluna n vəsait hesabına cavabdehlərin “Unibank KB" ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisəyə tutma yönəldikdə və o, satıldıqdan ən gec 1 ay ərzində həmin əmlak kompleksinin boşaldılması, satışdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin X3 və X1 müştərək qaydada tutulması, Bankın iddiasının qalan hissədə; “Masallı İstisu X4” MMCnin cavabdehlər "xxxx" ASC, X3 və Masallı rayon 1 saylı Notariat Kontoruna qarşı “ipoteka müqaviləsinin və onun bütün hüquqi nəticələrinin etibarsızlığı” barədə iddiasınin isə tam rədd olunması qət edilmişdir.

4. Cavabdeh X3, iddiaçı və cavabdeh “Masallı İsti-Su X4” MMC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş (iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 26 may tarixli 2(106)-1279/2021 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2022-ci il 10 yanvar tarixli 2(102)-109/2022 saylı qərarı) qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 5. “Masallı İsti-Su X4” MMC (bundan sonra – “iddiaçı”) “Unibank KB" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 18 may tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, aralarında bağlanmış 2014-cü il 2 oktyabr tarixli Umis-30/14 saylı ipoteka müqaviləsinə əsasən iddiaçının Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi (bundan sonra – “ipoteka predmeti”) üzrə (külək, daşqın və sel nəticəsində məhv olmuş) ipotekaya xitam verilməsi və ə mlakın yüklülükdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə X3 arasında 2014-cü il 2 oktyabr tarixli UM30/14 saylı əsas kredit müqaviləsi bağlanmışdır. 2015-ci il 8 oktyabr tarixli 80/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, 2018-ci il 4 oktyabr tarixədək illik 17% ödəmək şərti ilə 1.000.000 ABŞ dolları, 2015-ci il 30 oktyabr tarixli 154UB/15 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 2018-ci il 4 oktyabr tarixinədək illik 24% ödəmək şərti ilə 200.000 manat məbləğində kreditlər verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq 2014-cü il 2 oktyabr tarixli Umis-30/14 saylı sonrakı ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Masallı rayonu, Qəriblər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə cavabdehin xeyrinə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi 2014-cü il 3 oktyabr tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda X2 zamin durmuşdur. İpoteka predmetinin ilkin qiyməti isə 1.000.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak kompleksi Masallı rayonunun dağlıq ərazisində yerləşir. 2017-2018-ci illərdə Masallı rayonu ərazisində baş vermiş güclü külək, daşqın və sel nəticəsində ipotekaya qoyulmuş əmlak kompleksinin 80%-dən çox hissəsi məhv olmuş, qalan hissəsi isə yararsız hala düşmüşdür. Bu barədə cavabdehə dəfələrlə şifahi və yaz ılı məlumatlar verilmiş, ərazinin foto şəkilləri banka göndərilmişdir. Bank tərəfindən isə iddiaçıya heç bir güzəştlər olunmamışdır. Dəfələrlə banka müraciət olunaraq kreditin aylıq ödənişində güzəştlər olunması, faiz və cərimənin azaldılması xahiş edilsə də, heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçının əmlaklarına daxil olan tikililər son illərdə yəni 2021-ci il tarixindən sonra tikilmiş və təmir olunmuşdur. Lakin ipotekaya qoyulmuş əmlaklar isə 2003-2013-cü illərdə tikilmiş əmlaklardır. İpotekaya qoyulmuş əmlaklar faktiki olaraq məhv olduğundan ipotekaya xitam verilməlidir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında tək-tək deyil, bir neçə tikilidən ibarət 6 ha sahədə yerləşən kompleksin ipotekaya qoyulduğunu və həmin kompleksdə ayrı-ayrı əmlakların məhv olunmasının ipotekaya xitam verilməsi üçün əsas olmadığını, həmçinin 2020-ci ildə ümumi kompleksin likvid qiymətinin 1.700.000 manat məbləğində müəyyən edilməsi, həmin kompleksdə əmlakların mövcudluğunu təsdiq edildiyini nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 8 avqust tarixli e-2-2(113)-3004/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - E.Əliyev).

9. Məhkəmə qeyd etmişdir ki, 6 ha sahədə 64 ədəd müxtəlif təyinatlı tikililərdən ibarət “İsti-Su Sanatoriyası” əmlak kompleksi ipotekaya bütövlüklə qoyulmuş, əmlak kompleksinin ərazisində yerləşən 64 ədəd tikililərin təxminən 80%-i məhv edilsə də, onlar təzələri ilə əvəz edilmiş (iddiaçının istinad etdiyi kimi) və kompleksin hazırda fəaliyyət inin davam etdirilməsi tikililərin mövcudluğunu təsdiq edir. İddiaçı tələbində kompleksin ayrıayrı tikililərin məhv edilməsinə istinad etsə də, “İsti-Su Sanatoriyası” əmlak kompleksinin bütövlüklə məhv edilməsi və bunun nəticəsində fəaliyyətsiz olması ilə bağlı sübut məhkəməyə təqdim etməmişdir. “İsti-Su Sanatoriyası” əmlak kompleksini bütövlüklə ipotekaya qoyduğuna görə həmin kompleksdə yerləşən müxtəlif təyinatlı tikililərdən 63 ədədin belə məhv edilməsi ipoteka müqaviləsinə xitam verilməsinə əsas ola bilməz.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 48.1.4-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, şikayətin təmin olunmasını xahiş etmişdir. b) Apellya siya instansiya məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli 2-2(103)-61/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2022-ci il 10 yanvar tarixli 2(102)-109/2022 nömrəli qərarı ilə qüvvəsini almış Masallı Rayon Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli 2(050)24/2020 nömrəli qətnaməsində iddiaçıya məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi məhkəmə tərəfindən təmin olmuş, ipoteka predmetinin ilkin satış qiyməti 1.700.000 manat müəyyən edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan apellyasiya şikayətini təmin etməmişdi r. Üç dəfə məhkəmə iclasları keçirilməsinə baxmayaraq məhkəmə tərəfindən heç bir araşdırılma aparılmamışdır. Məhkəmə əsaslı vəsatətləri təmin etməmiş, işin faktiki halına yox, cavabdehin nümayəndəsinin formal izahatlarına inanaraq apellyasiya şikayətini təmin etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən sadə bir iş üzrə üç dəfə məhkəmə iclasının təxirə salınması anlaşılan deyildir. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddiaçı vəsatətlə müraciət edərək həqiqətin ortaya çıxarılmasından ötrü məhkəmənin əraziyə yerində baxış keçirilməsini xahiş etmişdir. Digər vəsatəti isə mülki iş üzrə tikinti-texniki ekspertizanın təyin edilməsi ilə bağlı olmuşdur. Belə ki, tikililərin hansı dövrdə tikildiyi sadə bir ekspert rəyi ilə məlum olacaqdı. Həmçinin məhkəmə icla sında cavabdehin nümayəndəsi Ali Məhkəmənin qərarına istinad etmişdir. Qanuni qüvvəyə minmiş qətnamə var və həmin qətnamədən kənara çıxmaq olmaz. Sədrlik edən də cavabdehin nümayəndəsinin bu fikri ilə razılaşmışdır. İddiaçı borc tələbini mübahisələndirmir. Ali Məhkəmənin qətnaməsi iddiaçının banka olan borcuna görədir. Hazırkı vəziyyətdə isə mübahisənin predmeti başqadır. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin başqa fikri isə belə olmuşdur ki, borc tələbi barədə mülki işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və kompleksə qiymət qoyulmuşdur. İddiaçı bu qiymətin yanlış olduğunu qeyd edərək bildirir ki, heç bir mütəxəssis və ekspert əmlakın qiymətləndirilməsi barədə kompleksin ərazisində olmamışlar. Çünki həmin vaxt tikililərə rəy ve rmək mümkün olmayacağından onlar ancaq şəkillər üzərində rəylərini vermişlər. Çıxarılmış qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

17. MPM-in 14, 97,385, 386, 388, 389, 390-cı maddələri üzrə - Məhkəmə, məhkəmə iclaslarını təxirə salaraq araşdırma aparmaq istəsə də, işi hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. İddiaçı tərəfindən verilmiş vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Vəsatətlərdən biri əmlak kompleksinə məhkəmə tərəfindən yerində baxılması ilə bağlı olmuşdur. Vəsatət məhkəmənin əmlak kompleksinin məhv olduğunun canlı şahidi olması və iddianın əsaslılığına dair onda daxili inam yaranması məqsədi ilə verilmişdir. Digər vəsatət isə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi ilə əlaqədardır. İddiaçı məhkəməyə izah etməyə çalışmışdır ki, 6 hektarlıq torpaq sahəsi bankın xeyrinə yüklü edilməmişdir. Torpaq dövlətin mülkiyyətindədir və iddiaçı torpaq sahəsini dövlətdən icarəyə götürmüşdür. Torpaq sahəsinin üzərində tikilmiş tikililər bankın xeyrinə yüklü edilmiş, məlum fəlakətdən sonra ipoteka ilə yüklü edilmiş tikililər məhv olmuşdur. Həmin tikililərin məhv olmasından sonra iddiaçı tərəfindən dövlətdən icarəyə götürülmüş torpaq sahəsində yeni tikililər tikilmişdir. Ekspert qarşısında da mövcud tikililərin hansı dövrdə tikilməsi sualının qoyulması təklif edilmiş, lakin məhkəmə heç bir araşdırma aparmadan vəsatəti rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

19. Hazırkı icraat çərçi vəsində kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən tam yoxlanılacaqdır.

20. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 21. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşa ğıdakılar nəzərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daş ınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir....”

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi... 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər....” “Maddə

416. Kassasiya instansiya sında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. 25. “İpoteka haqqında” Qanunun 48.1 və 48.1.4-cü maddələrinə (bax § 21) görə, ipoteka predmetinin məhv olması ipotekaya xitam verilməsini n əsaslarından biridir.

26. Məhkəmə kollegiyasının mövqeyinə görə, ipoteka predmeti tam məhv olmadan sözügedən əsasa görə ipoteka müqaviləsinin xitam olunmuş hesab edilməsi qeyrimümkündür.

27. O da qeyd olunmalıdır ki, MM-in 150.1-ci maddəsinin (bax § 22) tələblərinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

28. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, ipoteka predmeti olan mübahisəli əmlak kompleksində (Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən İsti-Su Sana toriyasında) 64 ədəd müxtəlif təyinatlı tikililər vardır.

29. Hazırkı iş üzrə iddiaçı həm iddia ərizəsində, həm məhkəmələrə verdiyi izahatlarda bildirmişdir ki, 2017-2018-ci illərdə Masallı rayonu ərazisində baş vermiş güclü külək, daşqın və sel nəticəsində ipotekaya qoyulmuş əmlak kompleksinin 80%-dən çox hissəsi məhv olmuş, qalan hissəsi isə yararsız hala düşmüşdür.

30. Göründüyü kimi, mübahisəli əmlakın tam məhvi iş materiallarında öz təsdiqini tapmır, eyni zamanda iddiaçının özü tərəfindən də əmlakın yalnız hissəvi məhv olduğu bildirilir. İpoteka qoyulmuş əmlakın qismən məhv olması isə ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas deyildir.

31. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır.

32. Həmçinin iddiaçı hazırda onun əmlaklarına daxil olan tikililərin son illərdə, yəni 2021-ci ildən sonra tikildiyi və təmir olunduğunu bildirir.

33. Mübahisələndirilən qətnamədən isə məlum olur ki, tərəflər arasında əvvəllər yaranmış borc tələbi barədə mübahisə üzrə çıxarılmış Masallı Rayon Məhkəməsinin 2020ci il 20 noyabr tarixli qətnaməsində iddiaçıya məxsus ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi məhkəmə tərəfindən təmin olmuş, ipoteka predmetinin ilkin satış qiyməti 1.700.000 manat müəyyən edilmişdir.

34. Odur ki, hazırkı məhkəmə prosesində mübahisəli tikililərin nə vaxt inşa olunmasının aydınlaşdırılması məqsədilə əraziyə yerində baxış keçirilməsi, tikinti-texniki ekspertizanın təyin olunması hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də həm in vəsatətləri təmin etməməklə işə baxan məhkəmələr hər hansı hüquq pozuntusuna yol verməmişlər.

35. Tərəflər arasında yaranmış əvvəlki mübahisəyə məhkəmədə baxılarkən təyin edilmiş əmtəəşünaslıq ekspertizasının qoyduğu qiymətin yanlış olduğuna dair dəlillərə gədikdə isə qeyd olunmalıdır ki, həmin mübahisə üzrə qəbul edilmiş məhkəmə aktı işdən görünür ki, artıq qanuni qüvvəsini almışdır, odur ki, həmin aktla müəyyən edilən hallar (faktlar) hazırda tərəflər üçün preyudisial xarakter daşıyır, yəni MPM-in 82.3 və 233.3-cü maddələrinin (bax § 23) tələbləri baxımından həmin faktların hazırkı məhkəmə prosesində mübahisələndirilməsi yolverilməzdir.

36. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən ka ssasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 23) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 23) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-61/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 yanvar tarixli 2-2(103)-61/2024 nömrəli qətnamə si mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar