Məhkəmə qərarları › İş №2-2(102)-255/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-255/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-255/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdeh “Cavabdeh” MMC-ə qarşı iş üzrə QƏRAR (açar sözlər: “Cavabdeh” MMC təqdim olunmuş elektron vergi hesab-fakturalarının ləğvinin İddiaçı MMC-dən xahiş etməsi ilə bağlı sübutları məhkəmə təqdim etməmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), X5, X2 ibarət tərkibdə, İddiaçı MMC-in vəkili Vəkil oğlunun, Cavabdeh “Cavabdeh” MMC-in nümayəndəsi X12 oğlunun və vəkili X4 iştirakı ilə, Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı MMC-in cavabdeh “Cavabdeh” MMC-ə qarşı öhdəlik üzrə 64.527,26 manat pul vəsaiti, 30 manat dövlət rüsumunun tu tulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 22(103)-34/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh “Cavabdeh” MMC-ə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “Cavabdeh” MMC-dən 64.527,26 manat məbləğində ödənilməli olan pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və cavabdeh “Cavabdeh” MMC arasında N-SF-037 saylı müqavilə bağlanmış və həmin müqavilə əsasında mallar alın mışdır. İddiaçı “X3” MMC həmin sənədlər üzrə öz üzərinə düşən bütün öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmiş, lakin iddiaçı müvafiq sənədləri cavabdehə təqdim etsə də, malların dəyəri cavabdeh tərəfindən ödənilməmiş və 64.527,26 manat məbləğində borc bu günədək ödənilməmiş qalmışdır. Müvafiq cədvəldə qeyd olunan sənədlərə əsasən cavabdeh “Cavabdeh” MMC-in borcu 64.527,26 manat təşkil edir, cavabdehə mübahisənin məhkəmədənkənar həlli ilə bağlı pretenziya məktubu göndərilsə də, qəbul olunmamışdır. xx xxxxxx 2015-ci il və xx xxxxxx 2016-cı il tarixlərdə pretenziya məktubları cavabdehin ünvanına göndərilmiş və bildirilmişdir ki, pul vəsaiti ödənilmədiyi halda yaranmış mübahisə məhkəmə qaydasında həll olunacaqdır. Mübahisə məhkəmə qaydasında həll edildikdə isə, əlavə olaraq İddiaç ı MMC tərəfindən çəkilən zərərin əvəzi qismində məhkəmə üçün çəkilmiş xərclər və əldən çıxmış fayda tələb olunacaqdır. Hazırki vaxta qədər cavabdeh “Cavabdeh" MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hesab olunur ki, cavabdehin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vaxtı və vəsaiti olmuşdur. Cavabdehin bu hərəkətləri nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385-ci, 442-ci, 448.1-ci, 449.1-ci maddələrinin tələbləri pozulmuşdur. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda)başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 6-cı, 26-cı, 35-ci, 149cu, 150-ci, 157-ci və 158-ci maddələrinə əsaslanaraq, cavabdeh “Cavabdeh” MMC-dən 64.527,26 manat məbləğində ödənilməli olan pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı MMC məhkəməyə iddianı təmin etmə barədə ərizə ilə müraciət edərək, cavabdeh “Cavabdeh” MMC-in “xxxxxxxxxxxxxxxxxx” ASC-in 1 saylı Filialındakı müvafiq hesabına işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmasını da xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkə məsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə ərizə qismən təmin olunaraq cavabdehin müvafiq bank hesabında iddia tələbi həcmində, yəni 64.527,26 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2017-ci il tarixdə işə qiyabi məhkəmə icraatı qaydasında baxmış və məhkəmənin həmin tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh “Cavabdeh” MMC-dən 64.527.26 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 64.557.26 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-in hesabına ödənilməsi qət olunmuşdur. Cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnamənin ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xa hiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, xx xxxxxx 2017-ci il tarixli qiyabi qətnamə ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Cavabdeh “Cavabdeh” MMC ərizə ilə məhkəməyə müraciət edərək, işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ərizə rədd olunmuşdur. Cavabdeh tərəf xx xxxxxx 2017-ci il tarixli qərardaddan şikayət vermiş və məhkəmə şikayətin təmin olunmaması və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin x xxxxxxx 2017-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən ve rilmiş şikayət təmin olunmamış və xx xxxxxx 2017-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin x xxxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin nümayəndəsi iddianı təmin etmə barədə xx xxxxxx 2016-cı il tarixli qərardaddan şikayət vermişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış dır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə(hakim Rüstəm Kərimli) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMC-dən 32.129.36 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq İddiaçı MMC-ə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,tərəflər arasında bağlanmış x xxxxxx 2013-cü il tarixli SF-037 nömrəli müqavilə üzrə iddiaçı “İddiaçı" MMC-in malların bir qismini təhvil verməsi işdə olan ÇZZ 705314 nömrəli xx xxxxxx 2013-cü il tarixli, ÇZZ 705029 nömrəli xx xxxxxx 2013-cü il tarixli 2 qaimə-faktura ilə təsdiqini tapır və nəzərə alınmalıdır ki, həmin 2 qaimə-faktura üzrə malların ona təhvil verilməsini cavabdeh tərəf də inkar etmir, lakin ÇZZ 705230 nömrəli xx xxxx xx 2013-cü il tarixli üçüncü qaiməfakturada göstərilən 32.397,9 manat dəyərində malların kim (cavabdehin hansı vəzifəli şəxs) tərəfindən alınması müəyyən olunmadığından, bu mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş sayıla bilməz. Odur ki, yalnız iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş 32.129,36 manat (64.527,26 manat - 32.397,9 manat) məbləğində malla bağlı cavabdehin öz öhdəliyini yerinə yetirməməsi, yəni hər hansı ödəniş aparmaması sübut olunur. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının tələbi 32.129,30 manat hissəsində əsaslı sayılmalı, qalan hissədə rədd olunmalıdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının x xxxx 2019-cu il tarixli, 2-2(102)-73/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva) İddiaçı MMC-in apellyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(82)-18/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə –iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin olunmuş, cavabdeh “Cavabdeh” MMC-dən 32.397,9 manat məbləğində borcun tutularaq İddiaçı MMC-ə ödənilməsi qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki,müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cav abdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan qaimə-fakturalarla, elektron vergi hesab-fakturaları ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur. Məhkəmə Mülki Məcəllənin 385.1, 442, 443.1, 386.1, 389.1, 390.1, 567, 577.1, 597.1, 598.1 və 598.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxxx 2019-cu il tarixli, 2-2(102)-375/2019 saylı qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər İ.Hüseynov və R.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı iş üzrə x xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı 32.397,20 manat dəyərində olan 832,50 metr uzunluğunda D250x14,8 mm olan plastik boruların cavabdehə verildiyinin sübutu kimi ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura təqdim etmişdir. Bu sübut iş üzrə malın verildiyini təsdiq edən birbaşa sübut kimi çıxış edir. Tərəflər mübahisələndirmədikləri digər iki halda da malları məhz bu qaydada təhvil verib qəbul etmişlər, elektron vergi hesab-fakturası isə bu halda dolayı sübut dəyərinə malikdir. Dolayı sübutun mövcudluğu özü-özlüyündə iddianı təmin etmək üçün yetərli əsas deyildir. Məhkəmə bu zaman nəyə görə birbaşa sübutu qəbul etmədiyini ağlabatan və inandırıcı formada əsaslandırmalıdır. Hazırki halda, apellyasiya məhkəməsi bu qaydada davranmamışdır. Ona görə də, birbaşa sübutun mövcudluğunda dolayı sübuta üstünlük verilməsinə dair məhkəmənin yanaşması düzgün olmamışdır. Bundan başqa, məhkəmə iş üzrə əhəmiyyətli ola biləcək cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri də müvafiq qaydada araşdırmamış və qiymətləndirməmişdir. Cavabdehin həmin dəlilləri isə ondan ibarət olmuşdur ki, “Cavabdeh” MMC 2012-ci ildən etibarən İddiaçı MMC-dən “Azəriqaz” İB-in göstərişi ilə Sabirabad rayonunun müxtəlif kəndlərində qaz xətlərinin çəkilişi ilə əlaqədar müxtəlif diametrli politelin borular almış, bu borular “Azəriqaz” İB-in göstərişi ilə İddiaçı MMC-ə “Azəriqaz” İB-in təhkim olunmuş nümayəndənin bölgüsü ə sasında “Cavabdeh” MMC-ə nisyə buraxılmışdır. Onlar həmin nisyə buraxılmış malları alaraq tikinti-quraşdırma işləri aparmışlar. Həmin borular üzrə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra işlərin yerinə yetirilməsini təsdiq edən 2 və 3 saylı formalar tərtib olunurdu. Sonra bu sənədlər əsasında “Azəriqaz” İB özünün maliyyə vəziyyətinin normal olduğu vaxtlarda “Cavabdeh” MMC-ə olan borcunu vaxtaşırı hesaba köçürürdü. Bu zaman İddiaçı MMC-ə olan borcu isə hissə-hissə özünün müəyyən etdiyi qaydada bölgü əsasında müəyyənləşdirirdi və həmin məbləği “Cavabdeh” MMC İddiaçı MMC-ə köçürürdü. Beləliklə, vəsaitlərin ödənişi “Azəriqaz” İB-in iştirakı və bölgüsü ilə həyata keçirilirdi. Kollegiya hesab edir ki, dəlillərin yoxlanılması “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində icraata cəlb edi lməsini tələb edir. Bu zaman məhkəmə ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların cavabdehə verilibverilmədiyini “Azəriqaz” İB ilə dəqiqləşdirməklə aydınlaşdıra bilərdi. Məhkəmə ümumən “Azəriqaz” İB tərəfindən cavabdehə sifariş olunmuş işin həcmini və cavabdeh tərəfindən hansı həcmdə işlərin görüldüyünü də müəyyən edə bilər. Buradan hərəkətlə isə görülən işlərin yerinə yetirilməsi üçün nə qədər mal tələb olunduğu və müvafiq olaraq ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların həmin işlərin yerinə yetirilməsi üçün istifadə olunub-olunmadığı müəyyənləşdirilə bilər. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(102)-34/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Baxışova, haki mlər E.Nağıyeva və H.Həmidov) İddiaçı MMC-in apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx xxxx 2000-ci il tarixdə təsdiq edilmiş ”Qaimə-Faktura”nın (Forma № QF-1 ) forma və rekvizitləri və onlardan istifadə qaydaları”na əsasən qaimə fakturanın "Kimə" rekvizitindən vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi –məsul şəxsin vəzifəsi, soyadı,adı,mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı,nömrəsi,tarixi və digər lazımi göstəriciləri əks etdirilir. xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edi lərkən bu qaydaların tələblərinə riayət olunmamış, malın təhvil verildiyi maddi məsul şəxsin vəzifəsi, soyadı,adı qeyd edilməmişdir. Həmçinin həmin qaimədəki “Təhvil aldım” qrafasındakı imza digər 2 qaimədəki imzalardan fərqlidir. İddiaçı isə bu qaimədəki imzanın cavabdehin maddi məsul şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə,nə də işə apellyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki əgər malın təhvil verildiyi alıcı tərəfindən qəbul edilmirsə bu halı sübut etmək vəzifəsi satıcının üzərinə düşür. Daha sonra bu məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.4-cü bəndinə istinad etməklə onu vurğulamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu iş üzrə qəbul edilmiş qərarında iddiaçı tərəfindən təqdim edilmiş elektron vergi hesab-fakturaları dolayı sübut kimi qiymətləndirilmiş, dolayı sübutun mövcudluğunun birbaşa sübutlar olmadan iddianı təmin etmək üçün yetərli əsas olmadığı göstərilmişdir. Apellyasiya instansiyası məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi elektron vergi hesab fakturası ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilə bilərdi. Bu Qaydaların 2.6-cı bəndinə gör ə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Qaydaların tələblərindən göründüyü kimi, elektron qaimə-fakturanın özü belə təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə əsasında tərtib edilmədiyi halda malın təqdim edilməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi kimi qəbul edilmir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesab-fakturası xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə malın cavabdehə təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında cavabdehin irəli sürdüyü dəlillərin araşdırılması üçün “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsinin məqsədəuyğun olduğu göstərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi məhkəmə iclasında tərəflərin nümayəndələri ilə müzakirə olunmuş, nümayəndələr buna zərurət olmadığını bildirmiş, məhkəmə tərəflərin mövqeyini və MPM-in 57-ci maddəsinin tələbini nəzərə alaraq hazırda baxılan mübahisə “Azəriqaz” İB-in maraqlarına toxunmadığından və “Azəriqaz” İB tərəflər arasında bağlanmış müqavilə münasibətlərində bilavasitə iştirak etmədiyindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını zərur i hesab etməmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında müqavilə münasibətləri 2013-cü ildə yaranmışdır, yəni tərəflər arasında x xxxxxx 2013-cü il tarixli, SF-037 nömrəli müqavilə bağlanmışdır. Həmin vaxt isə apellyasiya instansiyası məhkəməsinin qətnamədə istina etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş ”Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalar”ına müvafiq surətdə elektron qaimə-faktura tətbiq oluna bilmə zdi. Yalnız müqavilə üzrə satıcı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 176-cı maddəsində qeyd olunan tələblərə əməl edilərək, həmin əməliyyatlar üzrə vergi ödəyicisi-iddiaçı tərəfindən elektron vergi hesab-fakturası hazırlanıb təsdiq olunduqdan sonra Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə, “X8” tərəfindən isə alıcının bu səhifədəki şəxsi elektron qutusuna göndərilmiş, cavabdeh “Cavabdeh” MMC-ə bu barədə məlumat verilmişdir. Həmin 3 ədəd qaimə-fakturalar üzrə tərtib edilmiş elektron vergi hesab-fakturaları da alıcı “Cavabdeh” MMC tərəfindən təsdiq olunmuşdur. Bütün bunlar isə ona dəlalət edir ki, “Cavabdeh” MMC tərəfindən həmin müqavilə üzrə malların hamısı və ya bir qismi təhvil alınmasaydı elektron vergi hesabfakturasının ləğv olunma sı zərurəti yaranarsa vergi hesab-fakturasını alan vergi ödəyicisi (alıcı) vergi hesab-fakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilərdi. Belə ki, müqaviləyə əsasən satılan mallar üzrə qeyd olunan qaimə-fakturalar üzrə tərtib olunmuş 3 ədəd elektron vergi hesab-fakturaları cavabdeh “Cavabdeh” MMC tərəfindən Vergilər Nazirliyinin X8 portalında təsdiq olunmuşdur. “Satıcı” tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra “Alıcı” vergi ödəyicisi tərəfindən elektron vergi hesab-fakturası təsdiq olunmalıdır. Satıcı tərəfindən təqdim edilmiş, dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası alıcı vergi ödəyicisi tərəfindən təqdim olunduğu ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdirilmiş elektron vergi hesabfakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. Elektron vergi hesab-fakturasının ləğv edilməsi zərurəti yaranarsa vergi hesab-fakturasını alan vergi ödəyicisi vergi hesab-fakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim olunmuş vergi hesab-fakturasının ləğvini xahiş edə bilər. Bu zaman ləğvetmə satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir. “Cavabdeh” MMC Vergilər Nazirliyinin X8 portalında İddiaçı MMC ilə bağlanmış müqavilə üzrə təqdim edilmiş qaiməfakturalara uyğun olaraq tərtib olunmuş elektron vergi hesab-fakturalarını Vergilər Nazirliyinin X8 portalında təsdiq etmişdir. Vergi Məcəlləsinin 176.2-ci maddəsinə əsasən vergi hesab-fakturası ciddi uçotu aparılan sənəd olmaql a müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı, vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı, vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi və s. digər məlumatları əks etdirən sənəddir (xx xxxxxx 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 176-cı maddə ləğv olunmuşdur). İddiaçının kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetininxx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın müddəlarına da istinad olunmuş, hal hazırda “Cavabdeh” MMC-in Cəmiyyətə 64527.26 manat məbləğində borcu ödənilməmiş qaldığı da göstərilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsinin ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Tərəflərin izahatları İddiaçı MMC-in vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Cavabdeh “Cavabdeh” MMC-in nümayəndəsi X11 və vəkili X1 şikayətinin dəlillərinə etiraz edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin vəkilinin və nümayəndəsinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunubolunmamasını da yoxlamalıdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnamə ilə İddiaçı MMC-in apellyasiya şikayətini təmin etməyərək, 2 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.6, 568.1, 569.1, 433.1, 433.3-cü maddələrinə əsaslanmışdır. İddiaçı MMC və cavabdeh “Cavabdeh” MMC arasında x xxxxxx 2013-cü il tarixində N-SF-037 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı müqaviləyə uyğun olaraq cavabdehə dəyəri 36.776 manat olan x xxxxxx 2013-cü il tarixli, GZZ N 705029 saylı qaimə faktura əsasında 945 metr uzunluğunda D250x14,8 mm olan plastik boru, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura əsasında dəyəri 32.397,20 manat olan 832,50 metr uzunluğunda olan D250x14,8 mm olan plastik boru, dəyəri 36.776 manat olan xx xxxxxx 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə faktura əsasında 945 metr uzunluğunda olan D250x14,8 mm olan plastik boru satdığını, lakin dəyərinin ödənilmədiyini iddia etmişdir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Kassasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edir ki, hazırki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən tərəflər arasında mülki hüquqi münasibətlər x xxxxxx 2013-cü il tarixdə bağlanmış SF-037 saylı alqı-satqı müqaviləsindən yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə müqavilənin predmeti əlavələrdə müəyyən olunmuş malların alqı satqısıdır. ”Satıcı” müqavilədə nəzərdə tutulmuş malların sifariş anından 30 təqvim günü ərzində “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür (Müqavilənin 1.4-cü bəndi). Müqavilənin 2.1-ci bəndində satıcının müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyən edilmiş qaydada verməsi, 3.1-ci bəndində isə malların satıcı və alıcı arasında İnkoterms-ə əsasən FCA franko-zavod şərti ilə təhviltəslim olunduğu göstərilir. Göründüyü kimi, alqı-satqı müqaviləsində malların satı cı tərəfindən alıcıya təhvil verilməsinin xüsusi qaydası nəzərdə tutulsa da, satıcı malları qaimə əsasında təhvil vermişdir. Hazırki işin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh “Cavabdeh” MMC İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında bağlanılmış x xxxxxx 2013-cü il tarixli, SF-037 saylı müqaviləyə əsasən satilmış plastik boru məmulatları ilə əlaqədar 2 qaimə-fakturadan fərqli olaraq, xx xxxxxx 2013-cü il tarixli, ÇZZ 705230 nömrəli qaimə-faktura əsasında dəyəri 32.397,90 manat olan malın onlara təhvil verildiyini qəbul etməmişdir. Onun tərərindən imtina belə əsaslandırılmışdır ki, işdə sübut kimi təqdim olunmuş qaiməfakturalardan ikisi o dövrdə malları təhvil almaqda səlahiyyətli olan Hüseynov soyadlı şəxs tərəfindən imzalanmış, lakin xx xxxxxx 2013-cü il tarixli, ÇZZ 705230 nömrəl i qaiməfakturada imza olsa da vəzifəli şəxsin soyadı göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi xx xxxxxx 2020-ci il tatixli qətnaməsində MPM-in 77-ci maddəsinə istinad etməklə göstərmişdir ki, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edilərkən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx xxxx 2000-ci il tarixdə təsdiq edilmiş ””Qaimə-Faktura”nın (Forma №QF-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın tələblərinə riayət olunmamış, malın verildiyi maddi məsul şəxsin vəzifəsi, soyadı,adı qeyd edilməmiş, həmin qaimədəki “Təhvil aldım” qrafasındakı imza isə digər 2 qaimədəki imzalardan fərqlidir. Halbuki malın təhvil verildiyi alıcı tərəfindən qəbul edilmirsə bu halı sübut etmək vəzifəsi satıcının üzərinə düşür. İddiaçı qeyd olunan qaiməd əki imzanın cavabdehin maddi məsul şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə də işə apellyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilməmişdir. Bu məhkəmə həmçinin Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyasının 2-2(102)-371/2019 saylı x xxxxxxx 2019-cu il tarixli qərarında hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş elektron vergi hesab fakturaları dolayı sübut kimi qiymətləndirildiyinin, dolayı sübutun mövcudluğunun birbaşa sübutlar olmadan iddianı təmin etmək üçün yetərli əsas olmadığının qeyd edildiyi göstərilərək hesab etmişdir ki, xx xxxxxx 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə alıcıya göndərilmiş vergi hesab fakturası həmin malın alıcı tərəfindən təhvil alındığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Kassasiya şikayətini n dəlillərindən biri məhz vergi hesab fakturalarının dolayı sübut kimi qiymətləndirilməsilə bağlı apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarının düzgün tətbiq etməməsi ilə əlaqəlidir və hazırki iş üzrə əhəmiyyətə malik olduğundan kassasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilə münasibətləri yaranan zaman tətbiqi və bağlılığı baxımından qüvvədə olmuş bəzi normativ hüquqi aktların təhlilini zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin xx xxxxxx 2019-cu il tarixədək qüvvədə olmuş və elektron vergi hesab-fakturalarından bəhs edən 176-cı maddəsində (bundan sonra- Vergi Məcəlləsinin 176-cı maddəsi) göstərilirdi ki, bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-in ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesabfakturasını verməyə borcludur. ƏDV-in məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur. Elektron vergi hesab-fakturası (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə ƏDV-in qaytarılması şərtilə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla) ciddi hesabat blanklarıdır (Bu Məcəllənin176.1,176.2.-ci maddələri). Həmin Məcəllənin 176.2.1-176.2.8-ci maddələrində isə vergi hesab-fakturasında əks etdirilən məlumatlar sırasında həmçinin vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı, elektron vergi hesab-fakturasının verilmə ta rixi, elektron vergi hesab-fakturasının nömrəsi də nəzərdə tutulurdu. Bundan başqa qeyd olunan Məcəllənin 176.3.-cü maddəsində birbaşa göstərilirdi ki, vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş və elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə edilməsi münasibətlərini nizamlanmasını müəyyən edən “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.1- ci bəndinə əsasən elektron vergi hesab-fakturası - bu Qaydalara əlavədəki məlumatları özündə əks etdirilməklə elektron formada hazırlanan sənəddir. Bu Qaydaların 5.1-ci görə əsasən elektron vergi hesabfakturası vergi ödəyicisi (satıcı) tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq olunduqdan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan X8 tərəfindən avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (equtusu) ötürülür. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesabfakturası ləğv olundu qdan sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin mahkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən İddiaçı MMC həmçinin bu ödənişlərlə bağlı elektron vergi hesab-fakturalarını “Cavabdeh” MMC-ə göndərmiş (ıı cild i.v 19-21), lakin “Cavabdeh” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron vergi he sab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na müvafiq olaraq təqdim olunmuş elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Bu hal x xxxx 2019-cu il tarixdə işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən də etiraf olunmuşdur (ll cild: i.v.24). Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası x xxxxxxx 2019-cu il tarixli, 2-2(102)375/2019 saylı qərarı ilə ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında verilmiş elektron vergi hesab-fakturasının dolayı sübut dəyərinə malik olması kimi qiymətləndirərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli, 2-2(102)-73/2019 saylı qətnaməsinı ləğv etdikdən sonra işə yenidən apellyasiya instan siyası məhkəməsində baxılarkən onun müraciətinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsindən xx xxxxxx 2019-cu il tarixli **********274000 saylı “məlumatın təqdim edilməsi barədə” cavab olaraq bildirilmişdir ki, İddiaçı MMC tərəfindən “Cavabdeh” MMC-yə təqdim edilmiş x xxxxxx 2013-cü il tarixli HF 103372 nömrəli, xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli, xx xxxxxx 2013-cü il tarixli HF143623 nömrəli elektron vergi hesab-fakturaları alıcı tərəfindən oxunmuş və elektron vergi hesab-fakturalarının ləğv edilməsi halı aşkar edilməmişdir. Həmin İdarənin x xxxxxx 2020-ci il tarixli **********74100 saylı ikinci cavabında da elektron vergi hesabfakturalarının İddiaçı MMC tərəfindən “Cavabdeh” MMC-yə təqdim edildiyi onların ləğv edilməsi halının aşkarlanmadığı gö stərilmişdir. Beləliklə işə ikinci dəfə apellyasiya qaydasında baxılarkən bilavasitə dövlət orqanı cavabdehin, o cümlədən qəbul etmədiyi ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında xx xxxxxx 2013cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturasının da cavabdeh tərəfindən oxunduğu, bu sənədin ləğv edilməsi halının aşkarlanmadığı təsdiq olunmuşdur. Bu cür vəziyyət isə həmin elektron vergi hesab -fakturasının hazırkı iş üzrə aşağıda vurğulanlarla əlaqəli surətdə birbaşa sübut kimi qiymətləndirilməsini labud edir. Belə ki, Vergi Məcəlləsinin 176-cı maddəsində vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcl u olması nəzərdə tutulurdu (Vergi Məcəlləsinin 176.3.-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın5.2.-ci bəndində də nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir.Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir (bu Qaydaların 5.4-cü bəndi). Beləliklə yuxarıda göstərilən qanunvericilik normalarından belə aydın olur ki, vergi ödəyicisi olan satıcı tərəfindən elektron vergi hesab-fakturaları alıcıya təhvil verilmiş mallara dair qaimə-fakturalar əsasında tərtib edilir, vergi ödəyicisi alıcı barəsində onlarla razılaşmadıqda satıcıya müraciət edərək, təqdim olunmuş elektron vergi hesabfakturasının ləğvini xahiş edə bilməsi imkanı nəzərdə tutulur və yalnız alıcının elektron vergi hesab-fakturası ilə razılaşdığı (onları bəyəndiyi) təqdirdə bu fakturalar mütləqlik keyfiyyətinə malik olurlar. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə münasibətdə cavabdeh (onun müvafiq səlahiyyətli nümayədəsi) ÇZZ 705230 nömrəli xx xxxxxx 2013-cü il tarixli qaimə-faktura əsasında xx xxxxxx 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası da daxil olmaqla hər 3 elektron vergi hesab-fakturalarını görmüş, məzmunlarındakı məlumatları başa düşərək onları qəbul etmiş, bu sənədlərin doğruluğunu şübhə altına almamış, onlardan hər hansı birinin ləğvi ilə əlaqədar iradə ifadəsi bildirməmişdir. Həmin elektron vergi hesab-fakturalarının qəbul olunması (ləğv edilməsinə təşəbbüs göstərilməməsi) faktı isə onların yaratdığı hüquqi nəticələrin (o cümlədən, bu elektron vergi hesab-fa kturalarının tərtib edilməsinə əsas olmuş əmtəə ilə bağlı cavabdehin özünün vergi öhdəliyinin yaranması, Vergi Məcəlləsinin 176-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın5.2.-ci bəndin riayət edilməsi də daxil olmaqla) cavabdeh tərəfindən öncədən görülməsi halı kimi qiymətləndirilməlidir. İddiaçının apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayətinin digər dəlili isə bu məhkəmə instansiyasının işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməməsi, yəni İddiaçı MMC ilə “Cavabdeh” MMC arasında müqavilə münasibətlərinin 2013-cü ildə yaranmasına, tər əflər arasında SF-037 nömrəli müqavilənin x xxxxxx 2013-cü il tarixdə bağlanmasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş ”Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalar”ına istinad etməsilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd edirki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda da onun əvvəlki münasibətlərə şamil olunması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. MPM-in 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla belə apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 22(102)-34/2020 saylı qətnaməsində göstərilmişdir ki, iddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi elektron vergi hesab-fakturası ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən həmin Qaydaların tələ blərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilə bilərdi. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi adı çəkilən qətnamədə tərəflər arasında yaranmış müqavilə münasibətlərindən sonra qəbul edilmiş normativ hüquqi akta istinad etməkdə haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin bu cür yanaşması ümumi müəyyənlik prinsipi baxımından da məqbul sayıla bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsində isə müəyyənləşdirilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.4-cü maddəsi). Həmin Məcəllənin 77.3-cü maddəsində həmçinin o da nəzərdə tutulur ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. MPM-in 217.3.-ci maddəsinin tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi işin yenidən baxışı zamanı hazırki iş üzrə tərəfllərin müqavilədən irəli gələn öhdəliklərinin icrası ilə bağlı mübahisəni bu müqavilə bağlanıldığı vaxt qüvvədə olan qanunvericilik normalarını tətbiq etməklə qiymətləndirməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə koll egiyası hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsi qanuni və əsaslı sayıla bilməz, buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.3. 418-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar