Məhkəmə qərarları › İş №2-2(102)-256/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-256/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-256/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, məhkəmələr arası fikir ayrılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədov Vidadi Məmməd oğlu (Ali Məhkəmənin Mülki Kollegiyası) və Hüseynov İlqar Kamil oğlundan (Ali Məhkəmənin İnzibati Kollegiyası) ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Qəbələ Rayon Məhkəməsindəki icraat

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 9528,8 manat əsas borc, 6173,40 manat faiz, 281,48 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 518,40 manat əldən çıxmış faydanın, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qəbələ Rayon Məhkəməsinin 2024-cü il 8 fevral tarixli e-2(025)-6/2024 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi nə göndərilmişdir (hakim – E.İsayev).

3. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə cavabdeh əsas borclunun isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı VÖEN **********, cavabdeh VÖEN **********). Bundan əlavə məhkəmə iclasında cavabdeh bildirmişdir ki, krediti geyim əşyalarının ona məxsus mağazalarında pərakəndə alqı-satqı məqsədi ilə götürmüş və müqavilədə qeyd edilən kredit məbləği ona verilmişdir. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab etmişdir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarl ıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.1, 24.2, 26, 31.1 və 32.3-32.4, 32.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Şəki Kommersiya məhkəməsindəki icraat

5. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 13 mart tarixli 2-2(117)-431/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – R.Məcidov).

6. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsinə əsasən 10000 manat məbləğində kredit ca vabdehə istehlak məqsədi ilə verilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan 9528,8 manat əsas kredit məbləği iddiaçı tərəfindən cavabdehin fiziki şəxs kimi istehlak məqsədləri üçün ona verilmiş 10000 manat kreditin ödənilməmiş qalan hissəsidir. Mübahisənin kommersiya məhkəməsinə aid olması üçün tək subyekt tərkibi deyil, həmçinin mübahisə predmeti də sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə bağlı olmalıdır. Hazırki vəziyyətdə cavabdeh fərdi sahibkar statusuna malik fiziki şəxs olmasına baxmayaraq onunla iddiaçı arasındakı hazırki mübahisə onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmişdir.

8. Məhkəmənin mövqeyinə görə hazırki iş üzrə cavabdehin fərdi sahibkar olması işə kommersiya məhkəməsi tərəfindən baxılmalı o lmasına dəlalət etmir. Eyni zamanda tərəflərin VÖEN-nin olmasına və tərəflərin ayrı-ayrılıqda sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hazırki mübahisə hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti baxımından kommersiya fəaliyyəti ilə əlaqədar olmayan pul tələbindən yaranan mübahisədir ki, MPM-in 26.2-ci maddəsinin tələbinə əsasən bu qəbildən olan müraciətlərə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir.

9. Yuxarıda göstərilənləri, müqavilə şərtlərini və onda göstərilmiş kreditin təyinatını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mübahisə tərəflərin qarşılıqlı və ya ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən, yəni götürülmüş 10000 manat kredit üzrə cəmi 16502,08 manat borc öhdəliyi sonuncunun kommersiya fəaliyyətinin d eyil, istehlak məqsədlərinin nəticəsi olaraq yarandığından hazırkı müraciətə mülki məhkəmə icraatı qaydasında ümumi (şəhər, rayon) məhkəmələr tərəfindən baxılmalıdır.

10. Məhkəmə gəldiyi nəticəni MPM-in 25.1, 26.1, 31.1, 32.3, 32.7, Vergi Məcəlləsinin 13.2.37-ci maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 nömrəli Qərarının (bundan sonra – “Plenum Qərarı”) 11-13 və 25-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.”

12. Plenum Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata ke çirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır....

13. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair iş lərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....” “Maddə

31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir....” “Maddə

32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” Ali Məhkəmənin mövqeyi

13. Qarışıq məhkəmə tərkibi birinci instansiya məhkəmələrinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir.

14. Belə ki, MPM-in “Mülki məhkəmə icraatı haqqında qanunvericilik” adlanan birinci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

15. MPM-in 24.2, və 26.1-ci maddələrinin (bax yuxarıda § 15) tələblərindən aydın olur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı amillərinin hər üçü mövcud olmalıdır.

16. Qarışıq məhkəmə tərkibi Şəki Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşır və əlav ə olaraq qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən tərəflərin subyektiv tərkibini müəyyən etməklə yanaşı, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterini araşdırmaq da diqqətdən kənarda qalmamalıdır.

17. Hazırki işin hallarından da müəyyən olunur ki, iş üzrə cavabdehin VÖEN-i mövcud olsa da, tərəflər arasında bağlanmış 2014-cü il 21 noyabr tarixli, 5-G-1-0-3916-14 nömrəli kredit müqaviləsinə əsasən 10000 manat kredit ona məhz istehlak məqsədi ilə verilmişdir.

18. Eyni zamanda müqavilədən görünür ki, cavabdehin borcalan tərəf kimi şəxsi məlumatları qeyd olunarkən hər hansı VÖEN-ə deyil, yalnız fiziki şəxs kimi şəxsiyyət vəsiqəsi məlumatlarına istinad olunmuşdur.

19. Göründüyü kimi kredit sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsəd ləri ilə verilmişdir. Belə olan halda isə qəbul edilir ki, tərəflər arasındakı hazırki mübahisə onların birgə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gəlməmişdir.

20. Plenum Qərarının 11-ci bəndində də birbaşa göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifad ə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

21. Bu baxımdan qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

22. Beləliklə, qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 24.2, 26.1, 26.2, 32.7, 403-1.6, 403-1.7 və 403-1.9.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar