Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-260/2023 28.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdehinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)- 426/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdehinə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 10 oktyabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 72.000,06 manat borcun və 403.50 manat xərcin, cəmi 72.403,56 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 23 yanvar tarixli, e-2-2(113)-205/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur (hakim – Z.Pirverdiyev).
3. İddiaçı 2023-cü il 27 fevral tarixdə həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-426/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən hakim – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
5. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti 2 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməmişdir. Prosessual hüquq normanın tələblərinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
6. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM” ) 361.1, 363.1.1-1, 366.1, 366.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
7. Apellyasiya məhkəməsinin qərardadı 2023-cü il 17 mart tarixdə iş üzrə tərəflərə göndərilmiş və iddiaçının nümayəndəsinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
8. İddiaçı 2023-cü il 27 mart tarixdə kassasiya şikayəti verməklə həmin qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbi pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsinin qərardadı iddiaçının konstitusion hüququ olan hüquqlarının məhkəmədə müdafiəsi təminatını pozmuşdur. 10. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 22 may tarixli Qərarının tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardadı ilə iddiaçının mülki hüquq münasibətinin subyekti olaraq müqavilə münasibətləri nəticəsində iddiaçıya məxsus olan cəmi 72.403,56 manat məbləğini əldə etmək hüququndan məhrum olma ehtimalı yaranmışdır.
11. MPM-in 361-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən apellyasiya şikayəti tərtib edilərkən göstərilən prosessual hüquq normasının tələbləri gözlənilmiş, apellyasiya şikayəti qeyd olunan prosessual hüquq normanın 2 Saylı Əlavəsinin formasını rəhbər tutaraq, həm in Əlavənin hər bir bəndinə uyğun olaraq tərtib edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayətinin formasına uyğun olaraq verilmiş, lakin apellyasiya məhkəməsi tərəfindən forma tələblərindən hansına əməl olunmamasına qəbul etmiş qərardadında əsaslandırmamışdır. Həmçinin Əlavə 2-də apellyasiya şikayəti verilən zaman tərəf üçün hər bəndin aşağısında müvafiq təlimatlar verilmişdir ki, həmin təlimatlarda da cədvəllərin doldurulması qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kass asiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi q iymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;https://www.e-qanun.az/framework/46945 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;... 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qay dada apellyasiya şikayəti ilə müraciət edə bilər.” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
17. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 9-11) əsassız, apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə qanunauyğundur.
18. Belə ki, iddiaçının apellyasiya şikayəti MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin (bax yuxarıda § 16) tələbi pozulmuşdur.
19. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələbi nəzərə almamış, MPM-in 363. 1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayətini qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
20. Apellyasiya instansiya məhkəməsi isə MPM-in 366.1 və 366.2-ci maddələrinə uyğun olaraq apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən düzgün nəticəyə gəlmiş, qərardad qəbul edərkən hər hansı prosessual pozuntuya yol verməmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
22. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 22(103)-426/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Qəraraqəbul edildiyi andan qüvvəyə minir.