Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-261/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-973/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 2020-ci il 6 sentyabr tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır; “Sifarişçi” müqavilənin şərtlərində qeyd olunan xidmətlərin “İcraçı” tərəfindən göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür (1.1-ci bənd). “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişinə uyğun şəkildə 9 ədəd akvariumun hazırlanması, “Sifarişçi”nin göstərdiyi yerə çatdırılması və quraşdırılması, “Sifarişçi”nin istifadəsinə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıql arın ilkin təmin olunması (2.1-ci bənd). “İcraçı” tərəfindən “Sifarişçi”nin seçdiyi paketə uyğun, faunanın ilkin olaraq akvariumda yerləşdirilməsi (2.2-ci bənd). Ayda iki dəfə olmaqla, əvvəlcədən tərəflər arasında razılaşdırılmış qrafikə uyğun “İcraçı” tərəfindən akvariumun zəruri servis (qulluq) xidmətinin göstərilməsi (2.3-cü bənd). Akvariumun, akvariumda quraşdırılmış avadanlıqların zəruri texniki şərtlərə uyğun olmadan istismarı, kənar müdaxilə və s. səbəblər nəticəsində xarab olması, sınması, sıradan çıxması, akvariumda yerləşdirilmiş faunanın göstərilən akvarium servis xidmətləri aralığında normal həyat şəraitinin təmin edilməməsi nəticəsində məhv olmasına görə “İcraçı” məsuliyyət daşımır (2.4-cü bənd). Müqavilənin 2.4-cü bəndində göstərilən hallar baş verdiyi təqdirdə nəticələrinin aradan qaldırılması “Sifarişçi”nin hesabına həyata keçirilir (2.5-ci bənd). Razılaşdırılmış qrafikdən kənar “İcraçı” tərəfindən servis xidmətinin göstərilməsi bu müqavilə ilə müəyyənləşdirilmir (2.6-cı bənd). Quraşdırılmış akvarium və zəruri avadanlıq üzərində mülkiyyət hüququ “İcraçı”ya məxsusdur. Göstərilən mülkiyyətə yetirilmiş zərərə görə məsuliyyət “Sifarişçi”nin üzərində müəyyənləşdirilir, dəymiş zərər mövcud qanunvericiliyə uyğun tələb oluna bilər (2.7-ci bənd). Müqavilənin qüvvədə olma müddətində “İcraçı”nın “Sifarişçi”nin istifadəsinə verdiyi mülkiyyəti üzərində sərəncam hüququ məhdudlaşır (2.8-ci bənd). “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (3.1-ci bənd). “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tə rəfindən təhvil alınır (3.2-ci bənd). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan ödəniş qəbzi və ya elektron qaimədə qeyd edilir (5.1-ci bənd). Hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir (5.2-ci bənd). Xidmət haqqı hər ayın sonuncu servis günündə ödəniləcək (5.4-cü bənd). Müqavilə üzrə xidmət haqqı hər aya 1.200 manat dəyərində razılaşdırılır (6.1-ci bənd). Bu müqavilədə nəzərdə tutulan xidmətin müddəti ən az 4 il müddətinə müəyyənləşdirilir, müqaviləyə “Sifarişçi” tərəfindən göstərilən müddətdən tez xitam verildikdə qalan ayların xidmət haqları “İcraçı”ya ödənilir (7.2-ci bənd). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 2020-ci il 6 sentyabr tarixli 6 nömrəli xidmət müqaviləsi (bundan sonra “xidmət müqaviləsi”) üzrə cavabdehə verilmiş 9 ədəd akvariumun geri qaytarılması, 45.600 manat xidmət haqqının və ödənilmiş 226,80 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı 9 ədəd akvariumun hazırlanması, cavabdehin göstərdiyi yerə çatdırılması və quraşdırılması, cavabdehin istifadəs inə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıqların ilkin təminatını icra etmiş və 7 ay ərzində xidmət göstərmişdir. Cavabdeh müqavilənin 6.1-ci bəndinə əsasən hər ay iddiaçıya 1200 manat məbləğində xidmət haqqı ödəməli idi. Lakin cavabdeh 7 ayın xidmət haqqını ödəməmiş və akvariumları da geri qaytarmamışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən onun müddəti 4 ildir. Ona vaxtından əvvəl xitam verildikdə belə qalan ayların xidmət haqqı iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçı akvariumların geri qaytarılması ilə yanaşı, yalnız iddianın verilməsinədək (38 ay üzrə) hesablanmış xidmət haqqının, yəni 45.600 manatın (həmçinin əldən çıxmış fayda qismində) ödənilməsini tələb edir.
4. Məhkəmə iclasında şahid qismində dindirilən X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçın ın qanuni təmsilçisi X2 ilə dostdur, ona kömək göstərmək üçün Cavabdeh obyektinə gedib akvariumlara xidmət göstərmiş, akvariumları təmizləmiş, daşınmasında iştirak etmiş, Cavabdeh obyektinə 7 ədəd akvariumu Nərimanov rayonundan aparmış, 30 metrlik akvariumu isə quraşdırmışdır. Akvariumlara ayda 2 dəfə xidmət göstərilirdi. Cavabdeh tərəfindən ara-sıra 300-500 manat pul ödənmişdir. Həmin pulu isə X4 iddiaçının qanuni təmsilçisinə vermişdir. Təxminən 7 ay xidmət göstərilmişdir, ödənişlər isə ayda bir dəfə olmuşdur. Daha sonra iddiaçının qanuni təmsilçisi pul ödənilmədiyini bildirmiş, xidmətin göstərilməsi dayandırılmışdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilən X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçının qanuni təmsilçisi X2 ilə sinif yoldaşı olmuş, hazırda sonuncunun dostudur. Təxminən 2020- 2021-ci il pandemiya dövründən Cavabdeh tanıyır və onun Keşlə qəsəbəsində olan obyektinə akvariumların daşınmasında iştirak etmişdir. Təxminən 5-6 ay akvariumlara xidmət göstərilməsinə də kömək etmişdir. Xidmət göstərilən akvariumların dəqiq sayını xatırlamır. Həmçinin Cavabdeh tərəfindən edilən ödənişlərdən məlumatı yoxdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 11 iyul tarixli e-2-2(113)-2233/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim N.Əhmədova).
7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 6 sentyabr tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, cavabdeh müqavilənin şərtlərində qeyd olunan xidmətlərin iddiaçı tərəfindən göstərilməsini sifariş verib sonuncuya razılaş dırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xidmət və əvəzsiz istifadə elementlərini özündə birləşdirən müqavilədir.
8. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatından, xidmət müqaviləsindən və şahid ifadələrindən ibarətdir.
9. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
10. Xidmətlərin göstərilməsi haqqında müqavil ədə öhdəliklərin icrasının rəsmiləşdirilməsi qaydası əks olunmuş, həmin müqavilədə iddiaçının yerinə yetirdiyi işlərin, işlərin icra olunma aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınması, ayda iki dəfə olmaqla, əvvəlcədən tərəflər arasında razılaşdırılmış qrafikə uyğun iddiaçı tərəfindən akvariumun zəruri servis (qulluq) xidmətinin göstərilməsi nəzərdə tutulmuş, xidmətlərin göstərilməsinə dair xidmət haqqının müqavilənin tərkib hissəsi olan ödəniş qəbzi və ya elektron qaimədə qeyd edilməsi şərtləşdirilmişdir. Lakin iddiaçı tərəfindən akvariumların verilməsini təsdiq edən akt, xidmət müqaviləsində razılaşdırıldığı kimi xidmətlərin göstərilməsi aktı, elektron qaimə, xidmət qrafiki məhkəməyə təqdim edilməmişdir.
11. Digər tərəfdən, məhkəmə iclasında şahid kimi dindirilən X4 və X3 idd iaçının işçiləri və ya xidmətlərindən istifadə etdiyi şəxslər deyil, iddiaçının qanuni təmsilçisi X1 dostları olmuşdur. Məhkəmədə verdikləri ifadələrində Cavabdeh obyektlərində akvariumlara xidmət göstərilməsini bildirsələr də, həmin akvariumların məhz 2020-ci il 6 sentyabr tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə verilən akvariumlar olduğu, ümumiyyətlə, qeyd edilən müqavilə üzrə kimə, hansı sayda akvariumun təhvil verildiyi, xidmətlərin göstərilməsinin dövrü və s. barədə mötəbər məlumatlar verməmişdirlər. Əksinə, şahidlərdən X4 iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatın əksinə ifadə verərək, hər ay üçün 300-500 manat ödənişlərin edildiyini göstərmişdir.
12. Məhkəmə həmçinin vurğulamışdır ki, iş üzrə iddianın təmin olunması üçün sübutların kifayətliliyi v ə mümkünlüyü də nəzərə alınmalıdır. Bu mənada müqavilə tərəflərinin hər ikisi kommersiya subyektidir və hər iki şəxs mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, əşyanın verilməsi, xidmətlərin göstərilməsi və ödənişlərin edilməsinin qeyri-rəsmi, sənədləşmə olmadan aparılması da ağlabatan deyildir.
13. Həmçinin, iddiaçı bir tərəfdən qarşılıqlı etimad münasibətinə istinad etmiş, digər tərəfdən isə xidmət müqaviləsi üzrə heç bir ödəniş edilmədiyini bildirmişdir. Belə olan halda, sahibkarlıq fəaliyyəti subyektləri arasında öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəl iyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmələrindən doğan qarşılıqlı etimadın hazırkı halda formalaşmasına istinad da əsassız olmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 11.1, 385.1, 386.1, 390.1, 390.4 və 732-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 2019-cu il 18 mart tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-in şikayəti üzrə 2018-ci il 11 iyun tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-973/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması, cavabdehdən 9 ədəd akvarium alınaraq iddiaçıya verilməsi, 6.000 manat məbləğində xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş dir ((sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 9 ədəd akvariumu cavabdehin əvəzsiz istifadəsinə verməsini və həmin akvariumlara xidmət göstərməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməsə də, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçı tərəfindən ona 9 ədəd akvariumun təqdim edilməsi və 5 ay ərzində iddiaçının akvariumlara xidmət göstərməsi faktlarını etiraf etmişdir. Odur ki, MPM-in 106.3-cü maddəsinin tələbləri baxımından iddiaçı həmin faktları sübut etmə vəzifəsindən azad edilir.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaya etirazı nın əsası kimi çıxış edən hər ay 500-600 manat pul ödəməsi halını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı 5 aylıq müddət üçün 6000 manat (1200x5ay) məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
19. Həmçinin, hər iki tərəf iddiaçı tərəfindən akvariumlara bir neçə ay ərzində xidmət göstərilməsini, bundan sonra tərəflər arasında münasibətlərin kəsilməsini, yəni tərəflər arasında bağlanmış müqavilə üzrə münasibətlərə faktiki olaraq bir neçə il əvvəl xitam verilməsini təsdiqləmişdir. Bununla yanaşı müqavilənin müddəti də 2024-cü il 6 sentyabr tarixdə başa çatmışdır. Beləliklə, akvariumların əvəzsiz istifadəyə verilməsi üçün əsas olmuş müqaviləyə xitam verildiyindən akvariumların qaytarılması hissəsində də iddia əsaslıdır.
20. Müqavilənin 7.2-ci bəndinə əsasən müqaviləyə sifarişçi tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilərsə, qalan ayların xidmət haqlarının sifarişçi tərəfindən icraçıya ödənilməli olması barədə iddiaçının dəlilinə münasibətdə qeyd edilmişdir ki, hazırkı halda işin materiallara əsasən müqavilənin məhz sifarişçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilməsi müəyyən edilmir. Odur ki, iddiaçı həmin bəndə əsaslanaraq göstərilməmiş xidmətlərin haqqını tələb etməkdə haqlı deyil.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 390.1, 390.4, 442, 443.1, 448.1, 732, 736.1 və 752.1-ci və MPM-in 77.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qismən (iddia tələbinin təmin olunmadığı hissədə) ləğv edilməsi və iddia tələbin in tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 421.3-cü maddəsi üzrə-iddiaçı cavabdehə ona görə xidmət göstərə bilməmişdir ki, onu cavabdehin ərazisinə buraxmayıblar və ödənişi də etməyiblər. Başqa sözlə, cavabdeh tamamilə müqavilənin icrasından birtərəfli imtina edib. Bununla da müqaviləni ləğv edib (ona xitam verib). Nəticədə akvariumlar cavabdehdə qalıb və iddiaçı onlardan istifadə edə bilməyib (əldən çıxmış fayda). Müqavilənin 7.2-ci bəndi də məhz bu halı tənzimləmişdir və bu hal Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğundur. Lakin məhkəmə həmin maddəni tətbiq etməyib və nəticədə də iddiaçının hüquqları pozulub. Çünki, ortada əldən çıxmış fayda var və onun miqdarı da e lə müqavilənin 7.2-ci bəndi ilə təsbit edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsi nin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
732. Əvəzsiz istifadə müqaviləsi Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.” “Maddə
736. Əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarmaq vəzifəsi 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur....” müqavilədə “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 30. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələ blərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilən in 7.2-ci bəndi müqavilənin sifarişçi tərəfindən vaxtından əvvəl xitam verilməsinin hüquqi nəticəsini tənzimləyir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən müqavilənin məhz sifarişçinin təşəbbüsü ilə vaxtından əvvəl xitam verilməsi müəyyən edilməmişdir. Kassasiya şikayətində də qeyd olunan halla bağlı sübutlar qiymətləndirilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməsinə istinad olunmamışdır.
32. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinin və MM-in 421.3-cü maddəsinin tətbiq edilməməsinə dair dəlilləri əsassızdır.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə gəlinən nəticə MPM-nin 14.2, 77.1 və 217-ci maddəsinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə mübahisələndirilən (iddianın təmin edilməyən hissəsində) hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
34. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Кassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-973/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.