Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-262/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq icarəsi müqaviləsi, artıq ödənilmiş məbləğin qaytarılması, sübutetmə yükü, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Cavabdeh QSC-nin cavabdeh Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-1017/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Cavabdeh QSC ilə Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Sumqayıt Bələdiyyəsinin 2005-ci il 9 fevral tarixli 02 saylı qərara əsasən, Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10.000 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə verir, icarəçi isə həmin torpaq sahəsini qəbul edir (1.2-ci bənd). İcarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir (3.2-ci bənd). İcarə müqaviləsi 2021-ci il 1 iyul tarixi ndən 2022-ci il 31 dekabr tarixinə qədər bağlanılır (6.1-ci bənd).
2. Cavabdeh QSC ilə Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 2023-cü il 27 oktyabr tarixli 106 saylı torpaq icarə müqaviləsinə əsasən illik icarə haqqı 9000 manat, ümumi icarə haqqı 90.000 manat müəyyən edilmişdir (3.2-ci bənd). İcarə müddəti 2023-cü il 3 yanvar-2033-cü il 3 yanvar müəyyən edilmişdir (6.1-ci bənd).
3. Ödəniş tapşırıqlarına əsasən, Cavabdeh QSC tərəfindən Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə 36 saylı icarə müqaviləsi üzrə 2021-ci il 12 noyabr tarixində 4000 manat, 2021-ci il 15 noyabr tarixli müqavilə üzrə 2000 manat, 2021-ci il 10 dekabr tarixdə 6000 manat və 2023-cü il tarixdə 4000 manat məbləğində ödənişlər edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 2005-ci il 9 fevral tarixli 02 saylı qərarı ilə Bakı-Quba avtomobil yolunun sağ tərəfində “Xlor” İstehsalat Birliyinin cənub qərbində yerləşən ərazidə metal tullantılarının tədarükü və emalı sahəsinin təşkili məqsədi ilə Cavabdeh QSC-nin icarəsinə verilmiş sahəsi 1.0 hektar olan torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 1 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi 4.000 manat icarə haqqının və mediasiya sessiyası ilə bağlı çəkilmiş 30 manat xərcin iddiaçının xeyrinə tutulması, həmin torpaq sahəsinin Cavabdeh QSC tərəfindən boşaldılması və Cavabdeh QSC-nin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq Azərbaycan Respublikası Sumqayıt Şəhə ri Sumqayıt Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh QSC (bundan sonra-“iddiaçı”) Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinə (bundan sonra-“cavabdeh”) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat artıq ödənilmiş məbləğ, 658,30 manat faiz olmaqla, ümumilikdə 10.658,30 manat məbləğin, habelə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10.000 manat məbləğin iddiaçıya tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması və bu məbləğin, eyni zamanda ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla (b ax § 13) əsaslandırılmış, eyni zamanda qeyd edilmişdir ki, 2023-cü il 10 dekabr tarixli bank ödəniş ilə 6.000 manat, 2023-cü il 5 iyun tarixli bank ödənişi ilə 4.000 manat olmaqla, ümumi icarə haqqından 10000 manat məbləğində artıq məbləğ ödənilmiş, ilk əvvəldən həm iddiaçı, həm də cavabdeh icarə münasibətlərinin uzadılmasına maraqlı olmuşlar. Tərəflər arasında ilkin şifahi razılıq olmuş və bununla əlaqədar danışıqlar getmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim etmiş, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan işə baxılan zaman iddiaçı tələblərinin təmin edilməsi ilə razılaşdığından və yeni qiymətlərə icarə müqaviləsi bağlamağa hazır olduğunu bildirdiyindən, onunla 2023-cü il 27 oktyabr tarixli, 106 saylı torpaq icarə müqaviləsi bağlanı laraq icarənin müddəti 2033-cü il 3 yanvar tarixədək uzadılmış, həmin icarə müqaviləsi üzrə illik icarə haqqının məbləğinin 9.000 manat olaraq müəyyən edilmişdir. 2023-cü il 27 oktyabr tarixli 106 saylı torpaq icarə müqaviləsinin tərəflər arasında 2005-ci il 9 fevral tarixli 02 saylı bələdiyyə qərarı əsasında yaranmış icarə münasibətlərinin davamı olaraq bağlanıldığını, lakin həmin icarə müqaviləsi bağlanılmamışdan iddiaçıdan 2021-ci il 6 oktyabr tarixdə bağlanılmış və qüvvədə olma müddəti 2022-ci il 31 dekabr tarixədək müəyyən edilmiş torpaq icarə müqaviləsi üzrə 6000 manat borcunun, 1,0 hektar olan torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 1 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi 4000 manat borcunun, eləcə də 2019-2021-ci ilin 6 oktyabrınadək torpaqdan istifadəy ə görə bələdiyyəyə icarə haqqı borcunun ödənilməsi tələb edilərək, iddiaçı da bu tələblərlə razılaşaraq borcuna uyğun olaraq 2023-cü il 26 oktyabr tarixdə ayrı-ayrılıqda dörd ödəniş etməklə müvafiq olaraq 2000 manat, 4000 manat, 4000 manat və 6000 manat, ümumilikdə 16 000 manat bələdiyyəyə olan icarə haqqı borclarını ödəmiş və bundan sonra 2024-cü il 27 oktyabr tarixdə yeni icarə qiymətləri ilə onunla bələdiyyə arasında icarənin müddəti uzadılmışdır. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət edərək tələblərinin iddiaçı tərəfindən təmin edildiyi üçün iddia tələblərindən imtina etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-2-2(113)- 3408/2024 saylı qərardadı ilə cavabdehin iddiaçıya qarşı icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə iddiadan imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
9. Eyni zamanda, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-22(113)-3408/2024 saylı qərardadı ilə qarşılıqlı iddia “məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10.000 manat məbləğin iddiaçıya tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması” hissəsində baxılmamış saxlanılmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-2-2(113)-3408/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia qismən təmin edilmiş, 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsi üzrə artıq ödənilmiş 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənil məsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir (hakim K.Hüseynov).
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tərəflərindən 6.000 manat icarə haqqı ödənilən zaman səhv olaraq 16.000 manat pul vəsaitinin köçürüldüyünü, icarə müqaviləsi üzrə münasibətlər davam etdirildiyi üçün artıq ödənilən vəsaiti geri tələb etmədiklərini, lakin sonradan 2023-cü il tarixdə icarə haqqı məbləği artırıldıqdan sonra həmin məbləğ üzrə ödənişlər etdiklərini bildirmiş və artıq ödənilmiş 10.000 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın “cavabdehdən 10.000 manat artıq ödənilmiş məbləğin tələb edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, 2021-ci il 6 okt yabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsindən də göründüyü kimi, icarə haqqı illik 4.000 manat olmaqla icarə müddəti üçün 6.000 manat müəyyən edilmişdir. Bu səbəbdən, 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş (16.000-6.000) 10.000 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır.
13. Qarşılıqlı iddianın “658,30 manat faiz məbləğinin tələb edilməsi” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsi ilə faiz məbləğinin ödənilməsi razılaşdırılmamışdır, bu səbəbdən həmin hissədə iddia tələbi təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 439.4, 700.1, 706.1, 706.4, 109 1.1, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 2-2(103)-1017/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
17. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsində göstərilən 6000 manat icarə haqqı məbləğindən əlavə olaraq iddiaçı tərəfindən ödənilmiş 10.000 manat məbləğində pul vəsaitinin əvvəlki illər üçün torpaqdan istifadəyə görə borc olmasını iddia etsə də, 2021-ci il 6 oktyabr tarixindən əvvəlki dövrdə mübahisəli torpaq sahəsinin qarşılıqlı iddiaçının istifadəsində olmasını, həmin dövrə dair tərəflər arasında icarə münasibətlərinin mövcudluğunu sübuta yetirə bilməmiş, o cümlədən əvvəlki icarə müqaviləsini, iddiaçı tərəfindən torpaq sahəsindən istifadəyə görə əvvəllər ödənişlərin edilməsini təsdiq edən ödəniş sənədlərini məhkəməyə təqdim etməmişdir.
18. Əvvəlki dövr üçün borcun olmasını sübuta yetirmək üçün cavabdeh tərəfindən təqdim edilmiş arayış və sistemdən çıxarışa münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin sənədlər cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edildiyindən, 2021-ci il 6 oktyabr tarixli torpaq icarəsi müqaviləsindən öncəki dövrdə tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir. Odur ki, 10.000 manat məbləğində pul vəsaiti ödənilərkən iddiaçının əvvəlki illər üçün mübahisəli torpaq sahəsindən istifadəyə görə cavabdehə borcunun mövcud olması faktı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilməmişdir. 19. 2021-ci ilin noyabr-dekabr aylarında edilmiş cəmi 12.000 manat və 2023-cü ilin iyun ayında ödənilmiş 4000 manat məbləğində ödənişlər in əsası olaraq məhz 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsinə istinad edilmişdir.
20. Göstərilən hal da öz növbəsində həmin ödənişlərin əvvəlki müqavilələr üzrə borca görə edilməsi barədə qarşılıqlı cavabdehin istinad etdiyi dəlillərin əsassızlığına dəlalət edir.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. MM-in 439.5, 706, 1092.1-ci maddələrinin tələbləri üzrə-mübahisə li torpaq sahəsinə dair tərəflər arasında icarə münasibətləri torpağın sonuncunun icarəsinə ayrılması barədə cavabdehin qərarının qəbul edildiyi 2005-ci il 9 fevral tarixindən yaranmışdır və sonradan bağlanılan icarə müqavilələri məhz qeyd edilən bələdiyyə qərarına istinad olunaraq bağlanılmışdır. 2005-ci ildən başlayaraq da mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və torpağın icarəçisi kimi iddiaçı həmin tarixdən hesablanmaqla torpaqdan istifadəyə görə mütəmadi olaraq torpaq icarə haqqı məbləğini cavabdehə ödəmişdir. Hazırda mübahisə predmeti olan 10 000 manat pul vəsaiti də məhz iddiaçının torpaqdan istifadəyə görə əvvəlki dövr üçün yaranmış və qarşılıqlı iddia üzrə iddiaçının sonradan bələdiyyəyə ödədiyi icarə haqqı borcudur.
24. MM-in 127, 241.2, 425.1, 442, 448, 719.1, 722-ci maddələrinin tələbləri üzrəiddiaçının 2021-ci il 12 noyabr tarixdə ödədiyi 4000 manat və 2021-ci il 15 noyabr tarixdə ödədiyi 2000 manat pul vəsaiti iddiaçı ilə cavabdeh arasında 2021-ci il 6 oktyabr tarixdə bağlanılmış torpaq icarə müqaviləsi üzrə deyil, 2019-2021-ci ilin 1 iyul tarixinədək torpaqdan istifadəyə görə cavabdehin bələdiyyəyə yaranmış borcuna görə ödənilmişdir. Bununla bağlı məhkəməyə 2017-ci ildən torpaq icarə haqqı üzrə cavabdehə ödənilmiş vəsaitlərlə bağlı X1 Sistemindən (“BAMS”) çıxarış təqdim olunmuşdur ki, həmin çıxarışdan da görünür ki, iddiaçı torpaqdan istifadəyə görə 2019-2020-ci illərdə hər hansı ödəniş etməmişdir. Məhkəmə proseslərində də iddiaçı həmin illərə görə bələdiyyəyə icarə haqqı üzrə ödənişlər etdiyini sübuta yetirə bilməmişdir. İddiaçının 2 021-ci il 6 oktyabr tarixli torpaq icarə müqaviləsi üzrə ümumilikdə 6000 manat ödəməli olduğu halda, ayrı-ayrı vaxtlarda ümumilikdə 12 000 manat pul vəsaitini bələdiyyəyə ödəməsi və hər hansı pul tələbi irəli sürmədən, yaxud artıq ödədiyini iddia etdiyi pul məbləğinin geri alınması barədə tələb irəli sürmədən 2023-cü il 27 oktyabr tarixdə cavabdehin şərtləri əsasında hazırlanmış yeni torpaq icarə müqaviləsini qeyd-şərtsiz bağlaması, üstəlik cavabdehin iddia tələbinin torpaq sahəsindən istifadəyə görə 2023-cü ilin 1 yanvarından etibarən saxlama müddəti üçün kompensasiya kimi tələb etdiyi 4000 manat pulun ödənilməsi tələbini qəbul edərək Sumqayıt Kommersiya Məhkəməsinin icraatında sözügedən məhkəmə işi aparılarkən 2023-cü il 5 iyun tarixdə ödəməsi tələb edilən 10 000 manat pulun bələdiyyəyə artıq ödəniş şəklində ödənilmədiyini sübuta yetirmişdir. İddiaçı bu tələbini yalnız 2023-cü il 27 oktyabr tarixdə bələdiyyə ilə yeni torpaq icarə müqaviləsi imzalandıqdan sonra irəli sürmüşdür ki, bu hal da cavabdehin artıq ödənişlər kimi təqdim etdiyi ödənişləri borcunun bağlanılması üçün bilərəkdən, məlumatlı şəkildə və cavabdehə qarşı hər hansı tələb və ya pretenziya irəli sürmədən həyata keçirdiyini sübuta yetirir. Yuxarıda qeyd edildiyi kimi, bu ödənişlər artıq ödənişlər deyil, iddiaçının əvvəlki illərə görə torpaqdan istifadə üzrə bələdiyyəyə olan borcunun əvəzinə olaraq ödənilmişdir. Əks təqdirdə iddiaçı ilə cavabdeh arasında hər hansı icarə müqaviləsinin bağlanılmasından və icarənin müddətinin uzadılmasından söhbət gedə bilməzdi. İşə baxan məhkəmə bütün bu hallara düzgün qiymət ver məmiş, iş üçün əhəmiyyət kəsb edən bu və digər halları araşdırmamışdır ki, bu da nəticədə tamamilə yanlış və əsassız məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olmuşdur.
25. MPM-in 88, 217, 218, 385-ci maddələrinin tələbləri üzrə - məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, iddiaçının bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 2005-ci ildən istifadəsi üzrə yaranmış münasibətləri qanunvericiliyə uyğun şəkildə dəyərləndirə bilməmiş, iddiaçının torpaq sahəsindən istifadə etməsinə görə tələb olunan ödənişləri hər il üzrə tam şəkildə yerinə yetirməməsini diqqətə almamış, iş üçün əhəmiyyət kəsb etdiyi halda tərəflər arasında olan qarşılıqlı münasibətləri səciyyələndirən halları düzgün müəyyən etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kas sasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
27. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edi lən hüquq
29. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. …” “Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. …” “Maddə
706. Torpaq icarəsi müqaviləsinin məzmunu … 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları t ətbiq edilir....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır....”
30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxış ının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmiş dir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. İddiaçı hazırki tələbində tərəflər arasında bağlanmış 2021-ci il 6 oktyabr tarixli 36 saylı müqavilə üzrə cavabdehə 6.000 manat məbləğində pul ödəməli olduğu halda 16.000 manat pul vəsaiti ödədiyini əsas göstərərək artıq ödədiyi 10.000 manat məbləğində vəsaitin geri qaytarılmasını xahiş edir.
34. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında bağlanmış 2021-ci il 6 oktyabr tarixli 36 saylı torpaq icarəsi müqaviləsinə əsasən torpaq sahəsi iddiaçıya icarəyə verilmiş, icarə müqaviləsi 2021-ci il 1 iyul tarixdən 2022-ci il 31 dekabr tarixə qədər müddətə bağlanmış və icarə müddəti üçün icar ə haqqı 6.000 manat müəyyən edilmişdir. Ödənişlərin təyinatı olaraq, sözügedən torpaq icarəsi müqaviləsi göstərilməklə 2021-ci il 12 noyabr-2023-cü il 5 iyun tarixləri arası dövrdə cavabdehə cəmi 16.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh iddia olunan pulun tərəflər arasında 2019-2020-ci illər üzrə icarə münasibətlərinə görə ödənildiyini göstərsə də, işin faktiki hallarını araşdırmaq və sübutlara qiymət vermək səlahiyyətinə malik olan məhkəmələrə bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddianın təmin olunması, göstərilən qanunvericiliyə uyğun olmuşdur.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməs i üçün əsas hesab etmir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.
36. Məhkəmə kollegiyası hazırkı kassasiya şikayətində məhkəmələrin iş üzrə gəldiyi nəticəni təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
37. Kollegiya hesab edir ki, məhkəmələrin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
39. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2024-cü il 20 dekabr tarixli 22(103)-1017/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.