Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-265/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı “İddiaçı SA” şirkətinin cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ilk, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin “İddiaçı SA” şirkəti və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: real zərər, əldən çıxmış fayda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 13 dekabr tarixli, 2-2(103)-1137/2024 nömrəli qətnaməsindən Cavabdeh2 QSC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Alıcı qismində "X16” QSC ilə satıcı qismində Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli, BNFBSC-3 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qa baq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - razılaşma protokolları ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması,alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir. Müqavilənin 2.1-ci bəndinə əsasən malların dəyəri və ödəniş şərtləri protokolda göstərilir. Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilənin icrasında irəli gələn və ona aid olan mübahisələr 30 təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll olunur. Müqavilənin 9.6-cı bəndinə əsasən hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərin i digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz. 2. xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli qiymət razılaşma protokolundan görünür ki, protokolda qeyd olunan malların dəyərinin yekun məbləği ƏDV daxil olmaqla 1.636.149,06 manat təşkil edir.
3. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 29 noyabr 2022-ci il il tarixli, BNF-İMP-6 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür. 4. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında xx.xx.2022-ci il tarixli BNF-İMP6 nömrəli müqaviləyə 1 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 28 sentyabr 2022-ci il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddətdə satıcı alıcıya 10-50 mm ölçüdə 70% dərəcəli və ya 10-50 mm ölçüdə 65% dərəcəli ferrosilisium satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz hissəsi olan əlavə və ya spesifikasiyada tərəflər arasında yazılı şəkildə razılaşdırılır. Alıcı malları qəbul etməyi və onlar üçün spesifikasiyada göstərilən qiyməti ödəməyi öhdəsinə götürür.
5. Alıcı qismində “İddiaçı SA” şirkəti ilə satıcı qismində Cavabdeh3 MMC arasında 16 fevral 2023-cü il il tarixli, BNF-İMP-7 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə, ona əlavələr və onun tərkib hissəsi olan əlavə müqavilələrdə nəzərdə tutulmuş şərt və müddəalar üzrə fiziki əlvan metalları, habelə istehsalla bağlı tullantı məhsulları və ya istehsalı və ya xaric edilmə ilə bağlı hər hansı digər məhsulları alıcıya satmağı, alıcı isə almağı öhdəsinə götürür. 6. “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında BNF-İMP-6 və BNF-İMP-7 nömrəli müqaviləyə xx.xx.2023-cü il tarixli 2 saylı əlavə razılaşma imzalanmışdır. Razılaşm anın 1-ci bəndinə əsasən tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 400000 ABŞ dolları məbləğində 14 fevral 2023cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. Tərəflər bəyan edir və təsdiq edirlər ki, satıcının alıcının xeyrinə 700000 ABŞ dolları məbləğində 14 fevral 2023-cü il tarixli son yoxlama aktı ilə əsaslandırılmış və təsdiqlənmiş borcu var. BNFFC MMC-nin “İddiaçı” Şirkətinin xeyrinə ümumi borcu 1325405,60 ABŞ dolları və 217106,77 avro təşkil edir. Razılaşmanın 2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu müddə ti ərzində satıcı 2019-cu ildən vaxtı keçmiş 225405,60 ABŞ dolları və 217106,77 avro məbləğində köhnə borcunu birbaşa bank köçürməsi yolu ilə qaytarmağı öhdəsinə götürür. Satıcı həmçinin BNF-İMP-6 nömrəli müqaviləyə, əlavə 1/PSTİ2022 nömrəli hesab-fakturaya uyğun olaraq, alıcı tərəfindən satıcıya artıq ödənilmiş 400000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Bundan əlavə, bu müqaviləyə əsasən (BNFİMP-7 nömrəli müqavilə/2 saylı əlavə razılaşma), satıcı bu müqavilənin imzalandığı tarixdən etibarən 6 ay ərzində bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 16 fevral 2023-cü il tarixli əlavə-2-yə uyğun olaraq satıcının alıcıdan 100% avans ödənişi aldığı 700000 ABŞ dolları məbləğində 10-50 mm ölçüdə 70% dərəcəli ferrosilisiumu alıcıya satmağı öhdəsinə götürür. Malların miqdarı, çatdırılma əsasları, müddəti, qiyməti və ödənilmə qaydası bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 2 saylı əlavədə tərəflər arasında yazılı şəkildə razılaşdırılır. 7. “İddiaçı SA” şirkəti xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh3 MMC-yə müraciət edərək ödənilməmiş 1325405,60 ABŞ dolları və 217106,77 avro məbləğin ödənilməsini tələb etmişdir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1571/2022 nömrəli hökmünə əsasən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanla rında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 193.3.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4- cü maddələr inə əsasən X5 təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. ünvan 1 ünvanında yerləşən Cavabdeh3 MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınmışdır. Həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-661/2023 nömrəli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)-1571/2022 saylı hökmü dəyişdirilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313- cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1, 75.1.1-ci maddələri ilə müəyyənedilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə X5 təyin edilmiş 1 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi–məsul vəzifə tutmaq hüquq undan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmişdir. X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(101)1571/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 193.3.2-ci maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş 2 il m üddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaqla X5 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023cü il tarixli, 1(102)-2101/2023 nömrəli qərarına əsasən Maraqlarına toxunan hüquqi şəxslər - Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X1, X2, X3, X4 nümayəndələri tərəfindən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməmiş, X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı maraqlarına toxunan hüquqi şəxslər Cavabdeh3 MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X1, X2, X3, X4 nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanmışdır
11. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən əmlak kompleksi (avadanlıqları ilə birlikdə) əmlakın satış qiyməti 23301000 manat olmaqla "X16” QSC-yə satılmışdır.
12. Cavabdeh2 QSC tərəfindən BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərilərək xx.xx.2023-cü il tarixədək Ferrosilisium İstehsalat sahəsində açıq ərazidə yerləşən xammalların ərazidən çıxarılması xahiş edilmiş, əks halda xammalların lazımsız material kimi atılacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Cavabdeh2 QSC BNFFC-yə xx.xx.2023-cü il tarixli məktub göndərərək xx.xx.2023-cü il tarixdə saat 11:00-da xammalların ünvan 3 ünvanında yerləşən ərazidən çıxarılmasında iştirak etməsi məqsədilə nümayəndənin iştirakının təmin edilməsini xahiş etmişdir. 14. 2023-cü ilin dekabr ayının 16, 17 və 18-də Cavabdeh2 QSC-nin Fesi istehsalı sahəsində istifadəyə yararsız kömür, ələnmiş kömür tozu, kvarsit və dəmir tozunun maşınlara yüklənib daxili ərazidən sexin arxasındakı əraziyə daşınması barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir.
15. Cavabdeh3 MMC və “İddiaçı SA” şirk əti arasında xx.xx.2024-cü il tarixdə BNFFC-STİ-001.12012024 nömrəli tələbin güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə 29 noyabr 2022-ci il vǝ 16 fevral 2023-cü il tarixli NoBNF-İMP-6 vǝ BNF-İMP-7 alqı-satqı müqavilələrinin ayrılmaz hissəsi hesab edilir. Göstərilən müqavilələrə əsasən “İddiaçı SA” şirkəti Cavabdeh3 MMC qarşısında 100% avans ödəniş etməklə yuxarıda göstərilən müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Müqavilələrə görə “İddiaçı SA” şirkəti tərəfindən Cavabdeh3 MMC şirkətinə ümumi ödənilən məbləğ ******* ABŞ dolları təşkil edib. Həmin müqavilənin 2-ci bəndinə əsasən borcun bir hissəsinin ödənilməsini təmin etmək üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 MMC şirkətinə 860420,69 manat (səkkiz yüz altmış min dörd yüz iyirmi manat altmış doqquz qəpik ABŞ dolları ilə məzənnə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən olunan rəsmi məzənnəsi ilə təyin edilir) məbləğində olan borcunun tələb hüququnun “İddiaçı SA” şirkətinə güzəşt edir. Həmin müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən 860420,69 manat məbləğinin tələb hüququ müqavilə qüvvəyə mindiyi gündən "İddiaçı SA" şirkətinə keçir. Həmin müqavilənin 4-cü bəndinə əsasən Cavabdeh3 MMC iddianın təhvil verilməsini təsdiq edən sənədləri 5 gün müddətində “İddiaçı SA” şirkətinə elektron poçtla təhvil verməyi və bu tələbin həyata keçirilməsi üçün vacib olan məlumatları və sənədləri təqdim etməyi öhdəsinə götürür. 16. “İddiaçı SA” şirkəti xx.xx.2024-cü il tarixli pretenziya ilə Cavabdeh2 QSC-yə müraciət edərək 12 yanvar 2023-cü il tarixində Cavabdeh3 MMC ilə "İddiaçı SA" şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən "X16" QSC-nin Cavabdeh3 MMC qarşısında olan 860420,69 manat məbləğində yaranmış borcunun ABŞ dolları məzənnəsinə uyğun olaraq beş iş günü ərzində bank hesabına köçürülməsi və xamalların şirkət tərəfindən Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından götürülməsi və ya başqa qaydada təhvil verilməsininin təmin edilməsi xahiş edilmişdir.
17. Cavabdeh2 QSC Cavabdeh3 MMC-yə xx.xx.2024-cü il tarixli məktub göndərərək 2 gün müddətində xammalların "X16" QSC-nin ünvan 3 ünvanında yerləşən ərazisindən çıxarmasınını, ilk məktubun tarixindən, yəni xx.xx.2023-cü il tarixindən xammalların ərazidən faktiki çıxarılacağı tarixədək onların ərazidə qal ması xərclərini "X16" QSC-yə ödəməsini tələb etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “İddiaçı SA” şirkəti cavabdehlər Cavabdeh2 QSC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - ƏMDX) qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-nin zavodunda saxlanılan və iddiaçıya məxsus olan xammal və hazır məhsulların (kvars (pervouralskiy).ton, kvars eksperiment (kurminskiy).ton, kömür KT. ton, daş kömür СДС.ton, kömür KT+SDS (toz).ton, okalina.ton, kömür evraz.ton, əhəng daşı.ton, elektrod pastası.ton, madqan pastası.ton) iddiaçıya verilməsi və tələb hüququnun güzəştinə dair 12 yanvar 2023-cü il tarixli müqaviləyə uyğun olaraq Cavabdeh2 QSC-dən cəmi 860420,69 manatın və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tutulan (qətnamə icra olunan) gündə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə uyğun olaraq həmin pul məbləğinin manatın ABŞ dollarına konvertasiya edilərək iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh3 MMC arasında BNF-Sİ-1, BNF-Sİ-2, BNF-İMP5, BNFİMP-6, BNF-İMP-7 nömrəli müqavilələr və bu müqavilələrin bir hissəsi kimi əlavələr imzalanmışdır. Həmin müqavilələr üzrə Cavabdeh3 MMC-nin iddiaçı qarşısında maliyyə borcu, təhvil verəcəyi hazır material və xammal materialları borcları qalmışdır. 20 iyul 2023-cü il tarixdə Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkı MMC, Kimyaçılar 1 ünvanınd a yerləşən "X17 X14" MMC-nin mülkiyyətində olan istehsalat kompleksi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş, bütün işçilər oradan çıxarılmışdır. Məhkəmənin hökmünə əsasən müsadirə olunmayan Cavabdeh3 MMC-yə məxsus əmlakların da çıxarılmasına imkan verilməmişdir. 12 yanvar 2023-cü il tarixində Cavabdeh3 MMC ilə “İddiaçı SA” şirkəti arasında bağlanmış tələbin güzəşt edilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 QSC-nin Cavabdeh3 MMC qarşısında 860420,69 manat məbləğində olan borcunun tələb hüququ iddiaçıya güzəşt edilmişdir. Bununla bağlı Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 QSC-yə müvafiq məktub göndərilmişdir. "X17 X14" MMC-nin iddiaçıya verdiyi cavablarda bildirilmişdir ki, 20 iyul 2023-cü il tarixində Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanından yerləşən ərazidən Cavabdeh3 MMC zorla çıxarıldıqdan sonra onların iddiaçıya təhvil verilməli olduğu xammallar ərazidə qalmışdır. Hal-hazırda Sumqayıt şəhəri Kimya Sənaye Parkı, Kimyaçılar 1 ünvanında Cavabdeh3 MMC-yə məxsus olan anbarda, 583116.24 AZN dəyərində köməkçi materiallar bu günədək yerləşməkdədir. Bu köməkçi materiallar Cavabdeh3 MMC tərəfindən iddiaçı qarşısında yaranmış borcun bağlanması məqsədi ilə sonuncuya verilib. “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkə olaraq Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin hüquqi çərçivəsində iddiaçı dəfələrlə pretenziya göndərərək, həmin alınmış məhsulunu tələb etsə də, məhkəmədən kənar həllinə nail ola bilməmişdir. İddiaçı bütün ödənişləri 100% qabaqcadan etmişdir və bu malın iddiaçı çatdırılma öhdəliklərinin müddəti ötürülmüş və nəticədə sanksiyalar tətbiq edilmişdir. Bu səbəbdən iddiaçı 100% İsveçrə vergi ödəyicisi olaraq ciddi problemlərlə üzləşir və İsveçrə Konfederasiyasından maliyyə vəsaitlərini çıxarmış hesab edilir. Hazırda Cavabdeh3 MMC-nin verdiyi məlumatlara əsasən 20 iyul 2023-cü il tarixdə şirkət ərazidən zorla çıxarıldıqdan sonra həmin əmlak üzrə sərəncam vermək hüququnu itirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən xüsusi müsadirə tətbiq edildiyinə görə, öhdəliyin icrasının mümkün olmadığı bildirilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Hökuməti ilə X11 arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Sazişə, Azərbaycan Respublikasının Konstitusiyasının 29, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096, 1097-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh2 QSC “İddiaçı SA” şirkəti və "X17 X14" MMC-yə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddia ərizəsi i lə məhkəməyə müraciət edərək, "İddiaçı SA” şirkəti ilə "X17 X14" MMC arasında imzalanan 12 yanvar 2024-cü il tarixli BNFFC-STİ001.12012024 saylı tələbin güzəşt olunmasına dair müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, Cavabdeh2 QSC-yə vurulmuş 25000 (iyirmi beş min) manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2000 (bir min) manat hesablamaqla saxlanma xərcinin Cavabdeh3 MMC-dən tutularaq Cavabdeh2 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "X17 X14" MMC Cavabdeh2 QSC ilə aralarında imzalanmış 06 oktyabr 2022-ci il tarixli BNFBSC-3 saylı alqı-satqı müqaviləsi üzrə tələbini (hüququnu) güzəşt edərkən bir sıra pozuntulara yol vermişdir. Birinici pozuntu tələbin güzəşti ilə bağlı tərəflər arasında buna dair başqa razılaşmanın olmasıdır. Belə ki, həmin alqı-satqı müqaviləsinin 9.6-cı bəndinə əsasən "Hər hansı tərəf müqavilə üzrə öz hüquq və öhdəliklərini digər tərəfin yazılı razılığı olmadığı təqdirdə, üçüncü şəxslərə həvalə edə bilməz”. Göründüyü kimi, "X17 X14" MMC öz hüququnu güzəşt etməsi üçün ilk öncə Cavabdeh2 QSC-nin yazılı razılığını almalı idi. Lakin bu edilməmişdir və Cavabdeh2 QSC-nin bu tələbin güzəştindən ümumiyyətlə məlumatı olmamışdı r. İkinci pozuntu güzəşt olunan tələbin (hüququn) tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə zidd olmasıdır. Belə ki, "X17 X14" MMC ƏDV ödəyicisi olduğundan həmin alqı-satqı Müqaviləsi (həmçinin onun 5 saylı qiymət razılaşma protokolu) üzrə malların satışı həyata keçirilərkən Cavabdeh2 QSC-yə göndərilən elektron qaimələr ƏDV məbləğləri ilə göndərilmişdir. Həmin elektron qaimədə göstərilən məbləğlərin bir hissəsi əsas məbləğ olaraq "X17 X14" MMC-nin bank hesabına, ƏDV-si isə "X17 X14" MMC-nin ƏDV depozit hesabına ödənilməlidir. Qanunvericiliyin tələbinə görə Cavabdeh2 QSC tərəfindən ödəniləcək ƏDV məbləği onun tərəfindən əvəzləşdirilməsi üçün tələb olunan əsas məbləğ "X17 X14" MMC-nin öz hesabına ödənilməlidir. Lakin "X17 X14" MMC həmin alqı-satqı müqaviləsi üzrə vəsa iti almaq tələbini (hüququnu) güzəşt etdiyindən ödəniləcək vəsait "İddiaçı SA” şirkətinin hesabına ödəniləcəkdir. Nəticədə Cavabdeh2 QSC-nin ödəyəcəyi ƏDV məbləğini əvəzləşdirmək hüququndan məhrum edərək ziyana salır. Göstərilənlərdən əlavə olaraq, dövlət büdcəsinə çatacaq ƏDV-nin "X17 X14" MMC tərəfindən "İddiaçı SA” şirkətinə güzəşt edilməsi, bu məbləğin məhkəmə qətnaməsi əsasında "İddiaçı SA” şirkəti vasitəsi ilə Azrəbaycan Respublikasından İsveçrəyə çıxarılması cəhdi qanuna, Vergi Məcəlləsinə birbaşa ziddir. "X17 X14" MMC tərəfindən bu şəkildə tələbin, o cümlədən dövlət büdcəsinə ödənilməli ƏDV daxil tələbin güzəşt edilməsi birbaşa olaraq imzalanmış alqı-satqı müqaviləsinin mahiyyətinə və qanunvericiliyə ziddir və Cavabdeh2 QSC-ni külli miqdarda ziyana (zərərə) salır. Bundan başqa "İ ddiaçı SA” şirkətinin məhkəməyə təqdim etdiyi Cavabdeh2 QSC-nin 06 noyabr və 13 dekabr 2023-cü il tarixli məktublarından da göründüyü kimi, hər dəfə Cavabdeh2 QSC "X17 X14" MMC-dən kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) mallarının çıxarılmasını tələb etmişdir. Bu məktublardan başqa, "X17 X14" MMC tərəfindən sonuncu dəfə yenidən 16 fevral 2024-cü il tarixli, BSC-X-24-0126/001 saylı məktub göndərilmişdir. Cavabdeh2 QSC bütün məktublarında "X17 X14" MMC-dən ona məxsus olan malların ərazidən çıxarılmasını xahiş və tələb etmişdir. Lakin "X17 X14" MMC-nin həmin xammal və hazır məhsulların ərazidən çıxarmaq niyyəti olmamışdır. Əks halda, "X17 X14" MMC 06 noyabr 2023-cü il tarixində məktubu aldıqdan dərhal sonra öz nümayəndələrini göndərər və gecikmədən xammal və hazır məhsulları nı çıxarardı. Lakin ilk məktubdan 5 ay vaxt keçməsinə baxmayaraq, bunlar edilmir, mallar Cavabdeh2 QSCnin ərazisindən çıxarılmır. Əvvəllər malların çıxarılması üçün müvafiq ərazilərinin olmaması əsas gətirilirdisə, hazırda buna əlavə olaraq, heç bir vergi rəsmiləşdirməsi olmadan "İddiaçı SA” şirkətinə təqdim etdiyi malları "X17 X14" MMC məhkəmə qərarı əsasında Cavabdeh2 QSC tərəfindən "İddiaçı SA” şirkətinə verilməsi niyyətindədir. Halbuki, "X17 X14" MMC-yə məxsus olan xammal və hazır məhsulların ərazidə saxlanması, habelə ərazidə yerinin dəyişdirilməsi Cavabdeh2 QSC üçün əlavə xərclərə (zərərə) səbəb olur. Belə ki, malların saxlanması, mühafizə xərcləri ayda 2 (iki) min manat təşkil edir. Bundan əlavə olaraq, öz gətirilən mallarının yerləşdirilməsi üçün "X17 X14" MMC-nin ərazidən çıxarmaq istəmədiyi mallarını Cavabdeh2 QSC ərazisinin başqa hissəsinə daşımağa məcbur olmuşdur ki, buna da 15000 manat xərci çıxmışdır. Yuxarıda göstərilənlərdən əlavə olaraq, məhkəməyə təqdim edilən "tələbin güzəşti müqaviləsi, habelə malların "X17 X14" MMC tərəfindən könüllü aparılmasından imtina ilə bir-biri ilə əlaqəli olan bu iki hüquqi şəxsin "X17 X14" MMC barəsində olan məhkəmə qərarlarının, müvəqqəti təminat tədbirləri haqqında qərardadların icrasından, vergi borclarının ödənilməsindən yayınmaq, əlavə olaraq, özünə aid olan malların təqdim edilməsini, habelə respublikadan çıxarılmasını məhkəmə qərarı ilə Cavabdeh2 QSC-nin vasitəsi ilə rəsmiləşdirmək niyyətidir. Belə ki, "X17 X14" MMC malların təqdim edilməsini məhkəmə qərarı ilə Cavabdeh2 QSC vasitəsi ilə həyata keçirməklə vergidən yayınm aq (artıq mallar təqdim edilmişdir), habelə malların dolayı yolla təqdimi ilə nəticələnir. Halbuki, göründüyü kimi, artıq mallar təqdim edilmişdir, artıq "İddiaçı SA” şirkəti ilə "X17 X14" MMC arasında münasibətlər barter münasibətlərinə keçmişdir. Yəni haqqını əvvəllər almış məbləğ əvəzinə 12 yanvar 2024-cü il tarixində "X17 X14" MMC Azərbaycan Respublikası ərazisində mallar təqdim etmişdir. "X17 X14" MMC-nin Sənaye Parkı Rezidentliyinə xitam verilmişdir. Hazırda "X17 X14" MMC tərəfindən istənilən malların təqdim edilməsi nəinki ƏDV, həm də "X17 X14" MMC üçün mənfəət vergisi öhdəliyi yaradır. Beləliklə, "X17 X14" MMC tərəfindən Azərbaycan Respublikası ərazisində mallar təqdim edilmiş, lakin bunun nə vergi, nə də gömrük rəsmiləşdirilməsi aparılmamışdır. Bütün bu rəsmiləşdirilmələri hazırkı iş üzrə məhkəmə qərarı ilə Cavabdeh2 QSC vasitəsi ilə etməyə cəhd edilir. Göstərilənlərdən əlavə olaraq, xarici şəxs tərəfindən göndərilmiş malların pulunun bank hesablarında həbs olan idxalçı "X17 X14" MMC deyil, hazırkı iş üzrə çıxarılacaq məhkəmə qərarı əsasında İsveçrəyə Azərbaycan Respublikasının başqa rezidenti Cavabdeh2 QSC vasitəsi ilə ödətdirilməsi cəhdi valyuta rejiminin pozuntusu deməkdir. İddia ərizəsində guya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünə əsasən qanunsuz olaraq "X17 X14" MMC-nin mülkiyyətinə xüsusi müsadirə tətbiq edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt İcra Şöbəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən "X17 X14" MMC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlakının zəbt edildiyi və bu səbəbdən öhdəliyin icrasının mümkün olmadığı bildirilmiş, tələbin güzəştinin səbəbinin bu olduğu göstərilmişdir. İlk olaraq qeyd etmək lazımdır ki, həmin hökmdə “İddiaçı SA” şirkəti haqqında qeyd edilir ki, X6 müəssisənin ("X16" QSC-nin) baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində “X16" QSC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən "TERA General Trading" Ltd, "Cermington Enterprises" Ltd BVİ, "Baumant Sales" LLP, "İddiaçı SA" və "Azerpayp" şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan "X16" QSC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34942590,62 manat (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və d avamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmin hökmdən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən "X17 X14" MMCnin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilmiş və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması qərarı verilmişdir. Beləliklə, əmlak kompleksi əvvəllər Cavabdeh3 MMC-yə məxsus olmuşdur, lakin sonra Bakı Ağır Cinayətl ər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə dövlətin xeyrinə xüsusi müsadirə edilmişdir. Qeyd edilən hökmdən Cavabdeh3 MMC apellyasiya və kassasiya şikayətləri vermiş, şikayətləri təmin edilməmişdir, hökm qüvvəsində qalmışdır. Qeyd edilən məhkəmə qərarlarında həm iddiaçı "İddiaçı SA" şirkətinə, həm də "X17 X14" MMC-yə dair hallar müəyyən edilmişdir. Eyni zamanda bu şirkətlər aidiyyəti olan hüquqi şəxslərdir və yuxarıda göstərilənlərdən də sübut olunur ki, tələbin güzəştinin səbəbi onların göstərdiyi kimi "qanunsuz məhkəmə qərarı" və ya onların əmlakının "qanunsuz zəbt olunması” deyil, onlar tərəfindən valyuta məsrəflərinin qanunsuz olaraq xaricə çıxarılması, habelə vergi ödəməkdən yayınmaq cəhdidir.
6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.5, 339.6-cı maddələrinə istinad olunmuşdur
7. Bakı Kommersiya Məhkəməsinin (hakim – X10) 2024-cü il 16 may tarixli, e-22(113)-1457/2024 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, “İddiaçı SA” şirkəti ilə Cavabdeh3 MMC arasında bağlanan 12 yanvar 2024cü il tarixli, BNFFC-STİ001.12012024 saylı “Tələbin güzəşt olunmasına dair” müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 QSC-nin Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən əmlak kompleksinin ərazisində, sexin axrasındakı ərazidə olan Cavabdeh3 MMC-yə məxsus kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozunun (okalina) Cavabdeh3 MMC tərəfindən və onun öz vəsaiti hesabına çıxarılması, qarşılıqlı iddianın qa lan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh2 QSC-yə vurulmuş 25 000 manat dəyərində xərclərin (zərərin), habelə həmin mallar ərazidən tam aparılması gününədək olan müddətə aylıq 2 000 manat hesablamaqla saxlanma xərcinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 QSC vurulmuş zərər məbləğinin 25 000 manat və malların saxlama xərcinin 2 000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 193.1, 194.1, 337.1, 337.3, 337.4, 337.5, 385.1, 386.1, 567, 598.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM ) 14.2, 76.1, 77, 82.1, 107, 119.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 10. “İddiaçı SA” şirkəti apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. 11. “X16" MMC apellyasiya şikayəti verərək qarşılıqlı iddianın rədd edilmiş hissəsində qətnamənin ləğv edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh3 MMC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının (hakimlər: L.Əliyeva sədrlik edən və məruzəçi, T.Mahmudova və E.Həsənov) 2024-cü il 13 dekabr tarixli, 22(103)-1137/2024 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı SA” şirkəti, Cavabdeh2 QSC və qarşılıqlı iddia üzrə Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşaraq qarşılıqlı iddianın maddi zərər tələbinə dair hissəsinə münasibətdə hesab etmişdir ki, qarşılıqlı iddiaçı sözügedən xammalın onun ərazisində saxlanması və daşınması ilə bağlı çəkdiyi xərcləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia rədd edilməlidir.
15. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 21.1, 21.2, 157.2, 157.4, 194.1, 337.1, 385.1, 442, 443. 1, 448.1-ci, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2, 24.1, 20.1, 20.2-ci, MPM-in 77.1, 119.1, 119.5, 440.1, 443.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
16. Cavabdeh2 QSC qətnamədən kassasiya şikayəti verərək qətnamənin qarşılqılı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. MM-in 21-ci maddəsi üzrə - “İddiaçı SA” şirkətinin özünün məhkəməyə təqdim etdiyi 6 noyabr və 13 dekabr 2023-cü il tarixli məktublardan da göründüyü kimi, hər dəfə Cavabdeh2 QSC Cavabdeh3 MMC-dən kömür, ələnmiş kömür tozu, kvarsit, dəmir tozu (okalina) malların çıxarılamsını tələb etmişdir. Bu məktublardan başqa Cavabdeh2 QSC tərəfindən sonuncu dəfə yenidən 16 fevral 2024-cü il tarixli, BSC-X-24-0126/001 saylıməktub göndərilmişdir (məktub iş materiallarında mövcuddur). Cavabdeh2 QSC bütün məktublarında Cavabdeh3 MMC-dən ona məxsus olan malların ərazidən çıxarılmasını xahiş və tələb etmişdir. Lakin Cavabdeh3 MMC-nin həmin xammal və hazır məhsulların ərazidən çıxarmaq niyyəti olmamışdır. Əks halda Cavabdeh3 MMC 6 noyabr 2023-cü il tarixində məktubu aldıqdan dərhal sonra öz nümayəndələrini göndərər və gecikmədən xammal və hazır məhsullarını çıxarardı. Lakin ilk məktubdan 1,5 ildən çox vaxt keçməsinə baxmayaraq bunlar edilmir, mallar Cavabdeh2 QSC-nin ərazisindən çıxarılmır. Halbuki, Cavabdeh3 MMC-yə məxsus olan xammal və hazır məhsulların ərazidə saxlanması, habelə əra zidə yerinin dəyişdirilməsi nəticəsində Cavabdeh2 QSC-yə zərər dəyib. Belə ki, malların saxlanması xərcləri, o cümlədən, mühafizə xərcləri ayda 2 (iki) min manat təşkil edir. Bundan əlavə olaraq, öz gətirilən mallarının yerləşdirilməsi üçün Cavabdeh3 MMC-nin ərazidən çıxarmaq istəmədiyi mallarını Cavabdeh2 QSC ərazisinin başqa hissəsinə daşımağa məcbur olmuşdur ki, buna da 25.000 manat xərci çıxmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu istiqamətdə hər hansı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsində qarşılıqlı iddianın bu hissədə rədd edilməsinin yeganə dəlili kimi birinci instasiya məhkəməsininin yanaşmasını təkrarlayaraq - çəkilən xərcləri təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsi olaraq göstə rilir. Halbulki məhkəmə baxışları zamanı məsələ araşdırılmış və bildirilmişdir ki, MM-nin 21-ci maddəsi real zərər, çəkilən xərc, əldən çıxmış fayda kimi zərərin kompanentlərinin yalnız ayrı-ayrılıqda tətbiq edilməli olmasını şərtləndirmir. Qanunverici göstərdiyi kimi, Cavabdeh2 QSC-yə vurulan zərər də müxtəlif hissələrdən – həm real zərərdən, həm çəkilən xərclərdən, həm də əldən çıxmış faydadan ibarətdir. Qarşılıqlı iddianın digər hissələri olduğu kimi iddiaçıya dəyən zərərin əldən çıxmış fayda hissəsini də iddia tələbi yönəlmiş cavabdeh mübahisələndirməmişdir. Cavabdeh2 QSC tərəfdən də, bildirilmişdir ki, əgər hansısa şübhə varsa, məhkəmə tərəfindən ekspertiza təyin edilər bilər. Ən azı həmin məhsulların yerləşdiyi sahə başqa şəxsə icarəyə verilsə idi, bundan nə qədər fayda götülülməsi m ümkünlüyü də, digər xərclər də müəyyənləşərdi. Lakin məhkəmə tərəfindən ekspertiza da təyin edilmədi, qeyd edilən hallar araşdırılmadan qarşılıqlı iddia bu hissədə təmin edilmədi.
18. MPM-in 76.1, 76.2, 77.1, 80, 217-ci maddələri üzrə - Cavabdeh2 QSC-nin qarşılıqlı iddiasında göstərdiyi tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar aşkar olsa da, məhkəmə bütün bunlara əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 QSC tərəfindən qarşılqılı iddianın vurulmuş 25.000 manat dəyərində zərər və saxlanma xərci hissələrində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələr inə uyğun olaraq həmin hissələrdə yoxlanılacaqdır.
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs on a vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....”
23. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslər ə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 25. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
27. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməm əlidir.
29. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 22(103)-1137/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.