Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, kredit müqaviləsi, öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X2 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təl əbinə dair kommersiya işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli, 2-2(106)-29/2025 nömrəli qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə Cavabdeh3 arasında 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh3 illik 8 faiz dərəcəsi ilə 60 ay müddətinə bağçılığın inkişafı məqsədilə 150.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.
2. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər.
3. İddiaçı ASC ilə Cavabdeh4 arasında 2020-ci il 7 aprel tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 4. 2020-ci il 20 aprel tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. İddiaçı ASC ilə Cavabdeh3 arasınd a 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh3 illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 120.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.
6. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər.
7. İddiaçı ASC ilə Cavabdeh5 arasında 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, 20 21-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus, Bakı şəhəri, ünvan 3 ünvanında 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh4 arasında 2021-ci il 11 mart tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 9. 2021-ci il 16 mart tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Cavabdeh5 məxsus Bakı şəhəri, ü nvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
10. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 2021-ci il 11 oktyabr tarixli bildirişlər ünvanlanmış və həmin bildirişlərlə borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbir görüləcəyi barədə məlumat verilmişdir.
11. Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0,066633 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmış və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 2021-ci il 26 oktyabr tarixli məktub verilmişdir.
12. Maraqlı şəxs Cəlilabad Şəhər Bələdiyyəsinin 30 mart 2004-cü il tarixli, 4 n ömrəli qərarı ilə Cəlilabad şəhəri, Qurtuluş küçəsində 0,09 ha (900 kv.metr) torpaq sahəsi ayrılmış, sonra Maraqlı şəxsla Bələdiyyə arasında həmin torpaq sahəsinə dair 1 aprel 2004-cü il tarixli, 58 nömrəli «torpaq icarə» müqaviləsi bağlanmışdır.
13. Cəlilabad rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin layihə-smeta sənədinə əsasən, Maraqlı şəxs istifadəsində olan torpaq sahəsində kommersiya obyektinin (“Orxan” şadlıq sarayının) tikintisinə icazə verilmiş, tikinti başa çatdıqdan sonra qəbul komissiyasının 15 mart 2010-cu il tarixli aktı əsasında obyekt istismara qəbul edilmişdir.
14. Qeyri-yaşayış binasının Maraqlı şəxs adına rəsmiləşdirilməsi, onun adından verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə ilə Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Həmin etibarna mə əsasında Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən 0.0663 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış binası Maraqlı şəxs mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.
15. Bakı şəhər 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 20 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Maraqlı şəxs adından verilmiş etibarnamə əsasında Əsgərov X4 şəhəri, Qurtuluş küçəsi 33 ünvanında yerləşən 0,0663 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1197,7 kv.metr olan qeyri-yaşayış binasını alıcı Cavabdeh4 200000 (iki yüz min) manata satmışdır.
16. Maraqlı şəxs cavab dehlər Cavabdeh2 və Cavabdeh4 qarşı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış da daxil olmaqla həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia əsassız hesab edilərək, təmin edilməmişdir.
17. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorun da bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilə (reyestr 4Ə500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələr, o cümlədən daşınmaz əmlakın Cavabdeh4 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış etibarsız hesab edilmiş və ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) Maraqlı şəxs qaytarılması qət edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 nömrəli və xx.xx.2021-ci il tarixli RBLLF-472 nömrəli kredit müqavilələri üzrə öhdəliklər tam icra olunanadək ünvan 2 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası («Orxan» şadlıq sarayı) üzərində İddiaçı ASCin xeyrinə ipoteka yüklülüyünün saxlanılmasını xahiş etmişdir.
20. Cavabdeh Maraqlı şəxs İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi və iddianın həcmini artırılması ilə müraciət edərək, ünvan 2 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayı) İddiaçı ASC-nin yüklülüyündən çıxarılmasına, İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsini n etibarsız hesab edilməsinə, həmin müqavilələr əsasında qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-498/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-in cavabdeh Maraqlı şəxs qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə aid edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 2 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («O rxan» şadlıq sarayı) İddiaçı ASCnin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş cəmi 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı ASC-dən alınaraq Maraqlı şəxs verilməsi qət edilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-992/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(073)-498/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı ASC-in cavabdeh Maraqlı şəxs qarşı əmlakın üzərində ipoteka yüklülüyünün saxlanılması tələbinə dair ilk iddiasının və iddiaçı Maraqlı şəxs cavabdeh İddiaçı ASC-yə qarşı ünvan 2 ünvanında 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) İddiaçı ASC-nin yüklülüyündən çıxarılması, İddiaçı ASC ilə Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə d air Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3490/2024 nömrəli qərarı ilə cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-992/2024 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
24. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrıayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh4” və “Cavabdeh5”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək: - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsi (bundan sonra – “2020-ci il kredit müqaviləsi”) üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi (bundan sonra – “2021-ci il kredit müqaviləsi”) üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İd arəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; - tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına (bundan sonra – “Cavabdeh4 məxsus qeyri-yaşayış binası”) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 2020-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və 2021-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (bundan sonra – “Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi”) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 2021-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul iddiaçıya ödənilməsi; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4 ona məxsus qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması; - Cavabdeh5 məxsus torpaq sahəsi və fərdi yaşayış evinə tutma yönəldikdə n və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 ona məxsus fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait 2020 və 2021-ci il kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə b axmayaraq o, öhdəliklərinin icra olunmasından qərəzli olaraq yayınmışdır.
26. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli e-2-2(121)-474/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh4 məxsus qeyri-yaşayış binasına və Cavabdeh5 məxsus torpaq sah əsi və üzərindəki fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 məxsus qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 manat və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 manat məbləğində olmaqla açıq hərracda satılması, Cavabdeh4 məxsus qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına 2020-ci il kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il 10 mart tarixli kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçıya ödənilməsi, Cavabdeh5 məxsus t orpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına 2021-ci il kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçıya ödənilməsi, tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi və digərinin əmlakı hesabına ödənilməsinin istisna edilməsi, Cavabdeh4 məxsus qeyri- yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh4, Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh5 qaytarılması, qeyri-yaşayış binası və torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyriyaşayış binası və fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması və iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – E.Abdullayev).
27. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil etmişdir. İddiaçı tərəf indən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda, sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxsus qeyri-yaşayış binası və Cavabdeh5 məxsus torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
28. Məhkəmə 2022-ci il 11 avqust tarixli 9/4220 saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 2020-ci il kredit müqaviləsində əsas borc üzrə, 2021-ci il kredit müqaviləsində əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Eyni z amanda, həmin ekspert rəyi ilə 2020-ci il kredit müqaviləsi üzrə faiz borcunun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə qəbul olunmalıdır.
29. Məhkəmə bildirmişdir ki, 2020-ci il kredit müqaviləsi üzrə 150.000 manat əsas, 5.371,81 manat faiz borcu və 2021-ci il kredit müqaviləsi üzrə 119.999,50 manat əsas, 2.699,99 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, 2020-ci il kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam, 2021-ci il kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir. Həmçinin, 2020 və 2021-ci il kredit müqavilələri üzrə Sahib Cavabdeh1, Cavabdeh2 zamin qismində borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşı yırlar. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən (zaminlərdən) tələb etməkdə haqlıdır.
30. Məhkəmə borcun ipoteka predmetlərinə yönəldilməsi hissəsini də əsaslı hesab edərək qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış binası və fərdi yaşayış evi əmlakların mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd olunan hissədə də təmin edilməlidir.
31. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə, bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaklara tutma yönəldikdən sonra və həmin əmlaklar satıld ıqdan sonra əmlakları tərk etməlidirlər. Həmin əmlaklarda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlaklarda olur. Cavabdehlər əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlaklardan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpotekahaqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda, icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər.
32. Bununla yanaşı, məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqdan sonra həmin əmlaklar üzərində istifadə hüquqlarının itirilmiş hesab olunması”na dair hissəsinə dair hesab etmişdir ki, iddiaçının həmin tələbi əsassızdır və təmin oluna bilməz. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehlərin ipoteka predmetləri olan əmlaklardan və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı, istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurət yoxdur.
33. M əhkəmə iddia tələbinin “ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə dair hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olmuşdur. Belə ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll olunan məsələlərdəndir.
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 269.7, 319.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 460.1, 470.1, 472, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 34.1.1, 34.1.3, 39.3.3, 41.1, 59.1, 59.3, 59.4-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, “İ cra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.4, 218.3, 226.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, onun qismən, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371.81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 119.999.50 manat əsas borc, 2.699.99 manat faiz borcu, hissəsində ləğv edilərək, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 140.000 manat əsas borc, 1.000.81 manat faiz borcu, 2021ci il kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 699.99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəb ul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
36. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli, 2-2(106)-19/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).
37. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlave olaraq qeyd etmişdir ki, apellyatorun şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Çünki, iş materiallarından görünür ki, hər iki kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və məhkəmə qətnaməsi həmin hissədə iddiaçı tərəfi ndən verilmiş sübutlara əsasən deyil, ekspertiza rəyinə istinad etməklə çıxarılmışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri qətnamənin əsas və faiz hissədə ləğv olunmasını əsassız hesab etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 6.2, 269.1, 317, 319.1, 385.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.4, 33, 34.1.1, 39.3-cü və MPM-in 4.1, 14.1, 14.2, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. Cavabdeh3 apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək onun qismən, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu hissəsində ləğv edilərək, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 140.000 manat əsas borc, 1.000,81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 699,99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
40. Azərbaycan Respublikaı Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 7 iyun tarixli, 2-2(102)-297/2023 nömrəli qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B.Qəribov, E.Vəliyeva).
41. Məhkəmə bildirmişdir ki, cavabdeh tərəf birinci instansi ya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş, habelə ekspertizanın rəyi ilə bağlı mövqeyini, etirazlarını heç bir şəkildə məhkəməyə bildirməmişdir. Eyni zamanda, apellyasiya şikayəti verən Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hətta apellyasiya instansiyası məhkəməsinin də iclasında iştirak etməmişdir.
42. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun qətnamədə müəyyən olunandan az olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmiş, iş materialları ilə belə hal müəyyən olunmamışdır. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhk əməsinin qətnaməsini hər hansı tutarlı və konkret dəlillə təkzib edə bilməmiş, yalnız ümumi və formal xarakterli mülahizələrlə kifayətlənmişdir. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
43. Üçüncü şəxs X1 (bundan sonra – “üçüncü şəxs”) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – iddiaçının Cavabdeh4 qarşı tutmanın ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyri-yaşayış binasının boşaldılması hissəsində ləğv edilməsini xahiş etmişdir.
44. Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli 2-2(106)-29/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Heydərov, hakimlər – M.Əsədli, A.Novruzova).
45. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 16 noyabr tarixli qərarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2024-cü il 11 iyun tarixli, 2(106)-992/2024 saylı qətnaməsindən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, qətnamənin qarşılıqlı iddianın təmin edilməməsinə dair hissəsi dəyişdirilmədən saxlanılmışdır.
46. Həmin iş üzrə cavabdeh apelyasiya məhkəməsinin qətnaməsini mübahisələndirərək hesab etmişdir ki, Cavabdeh4 mübahisəli qeyri-yaşayış binasını qanuni əsaslarla öz mülkiyyətinə keçirməmişdir. Buna görə də, Cavabdeh4 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq mübahisəli qeyri-yaşayış binasının iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilməsi üçün də qanuni əsaslar olmamış və hazırda da həmin əmlakın, yəni mübahisəli qeyri-yaşayış binası üzərində iddiaçı Bankın xeyrinə ipoteka yüklülüyünün saxlanılması üçün əsaslar yoxdur. Həmin əmlak üzərində ipoteka yüklülüyünün qalması isə Maraqlı şəxs mülkiyyət hüquqlarını pozur. Cavabdeh4 və Cavabdeh3 həmin vaxt İddiaçı ASC-yə həmin əmlak barədə məhkəmə mübahisəsinin olduğunu məqsədli şəkildə bildirməmiş, İddiaçı ASC-də bunu aydınlaşdırmadan kredit vermiş və mübahisəli əmlakı ipoteka predmeti kimi qəbul etmişdir. Halbuki, kredit müqavilələri bağlanmamışdan əvvəl məhkəmə çəkişmələri və qətnamələri olmuşdur. Göründüyü kimi Cavabdeh 3 və Cavabdeh4 öz məqsədlərini Maraqlı şəxs əmlakı hesabına həyata keçirməyə nail olmuşlar. Maraqlı şəxs mülkiyyətində olan mübahisəli əmlakın, yəni ipoteka predmeti olan əmlakın İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilməsi qanunsuz olmuş və hazırda da ipoteka saxlayan həmin əmlakı yüklülükdən azad etməməklə Maraqlı şəxs mülkiyyət hüquqularını pozmaqda davam edir. Həmin əmlakın Bank qarşısında ipoteka ilə yüklü qalması üçün heç bir qanuni əsas olmamış və hazırda da yoxdur. Maraqlı şəxs qanuni əsaslarla əldə etdiyi mübahisəli əmlak üzərində hazırda tam şəkildə mülkiyyət hüquqlarını həyata keçirə bilmir.
47. Həmin iş üzrə apelyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanan ipoteka müqavilələri bağlanan zaman həmin əqdlərin zəruri etibarlılıq şərtlərinə uy ğunsuzluğu halları müəyyən edilmir. Həmin əqdlər bağlanan anda etibarlı olmuşlar. Ona görə də Maraqlı şəxs ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi, yüklülüyünə dair reyestri xidmətində aparılmış qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası da əsassız olduğundan təmin edilməməlidir.
48. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs hazırkı iş üzrə apelyasiya şikayətinin dəlillərində iddiaçının cavabdeh Əsgərova Mirxasa qarşı tutmanın ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması və qeyri-yaşayış binasının boşaldılması hissəsində ləğv edilməsini xahiş etsə də, yuxarıda qeyd edilən məhkəmə aktlar ı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında ipoteka müqaviləsi bağlanan zaman mübahisəli obyekt Cavabdeh4 mülkiyyətində olmuşdur, yəni müqavilə bağlanan zaman iddiaçı vicdanlı hərəkət etmişdir.
49. Bundan başqa, üçüncü şəxs apellyasiya şikayətinin dəlillərində Cavabdeh4 adına olan çıxıraşın etibarsız hesab edilməsini göstərsə də, iddiaçı ilə cavabdehlər arasında kredit müqaviləsi bağlanarkən və ünvan 2 ünvanında 0,066330 ha torpaq sahəsi üzərində yerləşən 1197,70 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış binası (Orxan şadlıq sarayı) ipoteka ilə yüklü edilərkən mübahisəli obyekt 2020-ci il 20 aprel il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh4 mülkiyyətində olmuşdur. Göründüyü kimi mülki qanunvericiliyin tələbləri baxımından iddiaçı vicdanlı h ərəkət edərək reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun hərəkət etmiş, müqavilə bağlanarkən üçüncü şəxsin deyil Cavabdeh4 mülkiyyətində olan daşınmaz əmlakı ipoteka ilə yüklü etmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 140, 308.1, 317.1, 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 465.2, 467, 470.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 34.1.3, 33, 39.3.3, 59.3-cü maddələrinə, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
51. Üçüncü şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
52. Azərbaycan Respublikası Konstitusiyasının 1 3.1, 29.2, 60, 80, 125.7, 129-cu maddələri üzrə - məhkəmə tərəfindən apellyasiya şikayəti hər tərəfli araşdırılmamış və işin hallarına münasibətdə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
53. MM-in 6.1.4, 152.1, 152.6, 157.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələri üzrə - qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun əmlakına dair alqısatqı müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız sayılmışdır. Etibarsızlıq hüquqi nəticə yaratmırsa və bu əqd bağlandığı andan etibarsızdırsa, iddiaçı ilə Cavabdeh3 arasında 2020-ci il 7 aprel və 2021-ci il 10 mart tarixlərində bağlanmış RBLLF-447 və RBLLF-472 saylı ipoteka (kredit) müqavilələri də hüquqi nəticə doğura bilməzdi. Bu baxımdan, apellyasiya instansiyası işin hallarına hüquqi qiymət verərkən MM-in 337.4-cü m addəsinin “etibarsız əqdin yalnız etibarsızlıqla bağlı hüquqi nəticələr doğurması istisna olmaqla, heç bir hüquqi nəticə yaratmaması” məzmununu düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən qiymətləndirilməsi vacib olan məqamlardan biri bank və cavabdehlərin hərəkətləri ilə bağlıdır. İş materiallarından aydın olur ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 bankdan aldıqları 150.000 manat kredit üzrə öhdəliklərini bir il ərzində belə yerinə yetirməmişlər. Bu müddətdən sonra, artıq həmin müqavilə və reyestr çıxarışı məhkəmə tərəfindən etibarsız sayıldıqdan sonra, cavabdehlər 2021-ci il 10 mart tarixində yenidən əmlakı girov qoyaraq əsassız şəkildə 120.000 manat məbləğində kredit götürmüşlər. Bu halda cavabdehlərin məqsədi əmlak vasitəsilə pul vəsaiti əldə etmək olmuş, bank isə öz fəali yyəti ilə bu niyyətin gerçəkləşməsinə şərait yaratmışdır. Bank kredit təqdim edərkən, girov qoyulmuş daşınmaz əmlakın cavabdehlərə məxsus olduğunu əsaslandıran sənədlərin və əmlakın əldə edilmə əsaslarının araşdırılmasını həyata keçirməmişdir. Halbuki cavabdeh əmlakı yeni əldə etmiş və bu əmlak bazar dəyərindən xeyli aşağı qiymətə, həm də etibarnamə əsasında yaxın qohumlar arasında rəsmiləşdirilmişdir. Əlavə olaraq, alqı-satqı müqabilində göstərilən məbləğ depozit hesabına da yerləşdirilməmişdir. Həmçinin, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən 150.000 manatlıq ilkin kredit götürüldükdən sonra 11 ay ərzində bir dəfə də olsun kredit ödənişi həyata keçirilmədiyi halda, banka həmin şəxslərə yenidən kredit verməsi məsələsinə hüquqi qiymət verilməmişdir. Bankın eyni əmlakı girov qəbul edə rək iki dəfə kredit verməsi, xüsusilə birinci kredit üzrə öhdəliklər uzun müddət yerinə yetirilmədiyi halda ikinci kreditin təqdim olunması, bank əməkdaşlarının cavabdehlərlə əlbir olması ehtimalını doğurur. Bu ehtimalı gücləndirən hal ondan ibarətdir ki, iddiaçı bankın Lənkəran filialının rəhbəri X5 Cavabdeh2 yaxın qohumudur. Əgər bank obyektiv fəaliyyət göstərsəydi, 2020-ci il 7 aprel tarixində verilmiş 150.000 manat kreditin təyinatı üzrə istifadə olunub-olunmadığını yoxlayardı. Kreditin heyvandarlığın inkişafı məqsədilə verildiyi bildirilsə də, bu məqsədə uyğun istifadənin yoxlanılmaması, monitorinqin aparılmaması, həmçinin əvvəlki kredit üzrə öhdəliklər icra edilmədiyi halda təkrar 120.000 manat kreditin təqdim olunması anlaşılan deyildir. Əlavə olaraq, əmlak üzərində əvvəlcədən iddia qaldırıldığı və əslində maraqlı şəxsin faktiki sahibliyində və istifadəsində olduğu halda, bankın bu halları araşdırmaması və kredit təyinatının yoxlanılmaması onun məqsədli şəkildə cavabdehlərin qanunsuz fəaliyyətinə dəstək verməsi ehtimalını gücləndirir. Bütün bu hallar bankın vicdanlı tərəf kimi çıxış etməsinə əsaslı şübhələr yaradır.
54. MPM-in 9.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 265.4-cü maddələri üzrə - məhkəmə işin hallarına və təqdim olunmuş sübutlara münasibətdə prosessual normaları düzgün tətbiq etməmiş, xüsusilə müqavilənin etibarsızlığı və bu etibarsızlığın hüquqi nəticə yaratmaması məsələsinə lazımi hüquqi qiymət verməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ilkin məqsədi əmlakı ələ keçirmək, bu mümkün olmadıqda isə həmin əmlak əsasında pul vəsaiti əldə etmək olmu şdur. Cavabdeh2 əmlakı formal alqı-satqı ilə qohumunun adına keçirərək ona verilmiş etibarnamədən sui-istifadə etmiş, bu əməliyyatın etibarsız hesab olunacağını bildiyindən əmlakı bank qarşısında girov qoyaraq kredit götürmüşdür. Bank əməkdaşının cavabdehin yaxın qohumu olması və kreditin heç bir öhdəlik yerinə yetirilmədiyi halda təkrar verilməsi, eləcə də əmlakın hərracda cavabdehlərin kirvəsi tərəfindən alınması bu hərəkətlərin məqsədli və əlaqələndirilmiş şəkildə əmlak və pul vəsaiti ələ keçirmək məqsədi daşıdığını açıq şəkildə göstərir. e) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
55. İddiaçı kassasiya şikayətinə verdiyi etirazı onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə cavabdehlər arasında ipoteka müqaviləsi ba ğlanan zaman mübahisəli obyekt Cavabdeh4 mülkiyyətində olmuşdur, yəni müqavilə bağla zaman İddiaçı ASC vicdanlı hərəkət etmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Maraqlı şəxs "xxxx" ASCyə qarşı ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının (Orxan şadlıq sarayının) yüklülüyünə dair qeydin ləğv edilməsi tələbinə dair iddia təmin edilməmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, həmin tələblərə təkrarən baxılmamalıdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
56. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
57. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.” “Maddə
271. Girov qoyan (ipoteka qoyan) 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.”
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “Maddə
233. Məhkəmə qə tnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
59. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
61. Kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, 60, 80, 125.7, 129-cu maddələrinin pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətində göstərilən dəlillərini araşdırmış və hüquqi dəyərləndirmə aparmışdır.
62. Məhkəmə kollegiyası da apellyasiya m əhkəməsinin qiymətləndirilməsi ilə razılaşır.
63. Belə ki, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-141/2021 saylı qətnaməsi ilə qeyri-yaşayış binasının («Orxan» şadlıq sarayının) özgəninkiləşdirilməsinə dair Bakı şəhəri 14 saylı Notariat kontorunda bağlanmış 20 iyun 2019-cu il tarixli müqavilənin (reyestr 4Ə500) və həmin müqavilədən irəli gələn hüquqi nəticələrin, o cümlədən daşınmaz əmlakın Cavabdeh4 adına qeydə alınması və onun adına verilmiş xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın etibarsız hesab edilsə də, hazırkı mübahisə üzrə MM-in 337.4-cü maddəsi tətbiq edilərək İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli ipoteka müqaviləsi və 2021-ci il 11 mart tarixli sonrakı ipoteka müqaviləsi et ibarsız əqdlər kimi qiymətləndirilə bilməz.
64. Belə ki, həmin ipoteka müqavilələri bağlanılan vaxt daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyata görə ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası Cavabdeh4 mülkiyyətində olmuşdur. Sonradan həmin qeydiyyatın aparılmasına əsas olmuş alqı-satqı müqaviləsinin və qeydiyyatın özünün etibarsız hesab edilməsi isə o anlama gəlir ki, ipoteka müqaviləsi mülkiyyətçi olmayan şəxs tərəfindən bağlanılmış, yəni İddiaçı ASC ipoteka hüququnu mülkiyyətçi olmayan şəxsdən əldə etmişdir.
65. Kollegiya qeyd edir ki, ipoteka hüququnun qeyd olunan şəkildə əldə edilməsi ilə bağlı məsələlər MM-in 271.1-ci maddəsi ilə tənzimlənir.
66. Həmin maddənin tələblərinə görə əşyan ı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
67. MM-in 140-cı maddəsində isə təsbit edilmişdir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
68. Qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-992/2024 nömrəli, 11 iyun 2024-cü il tarixli qətnaməsində də MM-in 140-cı maddəsinə istinad edilərək müəyyən edilmişdir ki, sözügedən ipoteka müqavilələri bağlanarkən ipoteka predmeti olan qeyi-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
69. Bundan əlavə, həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanan ipoteka müqavilələri bağlanan zaman həmin əqdlərin zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu halları müəyyən edilmir və həmin əqdlər bağlanan anda etibarlı olmuşlar.
70. Göründüyü kimi hazırkı işdə iştirak edən şəxslər arasında olan digər iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli və 2021-ci il 11 mart tarixli ipoteka müqavilələri etibarlı əqdlərdir və MM-in 140-cı maddəsi baxımından İddiaçı ASC-nin ipoteka hüququ vicdanlı şəkildə əldə edilmişdir.
71. MPM-in 82.3 və 233.3-cü maddələrinin tələblərinə görə isə həmin halların mübahisələndirilməsinə yol verilmir.
72. Bu baxımdan kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən MM-in 6.1.4, 152.1, 152.6, 157.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinin və MPM-in 9.1, 14.2, 77.1, 88, 217.1, 217.3-cü maddələrinin pozulması barədə dəlillər əsassızdır.
73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
74. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci il 13 yanvar tarixli, 2-2(106)-29/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.