Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-270/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: Müqavilə münasibətlərinin mövcudluğu ilə bağlı mübahisə, icarə və xidmət müqaviləsindən irəli gələn öhdəliyin pozulması tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 dekabr tarixli 2-2(103)-744/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfi ndən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Tərəflər arasındakı hazırkı mübahisə İddiaçı məxsus daşınmaz əşyaların təmir edilməsi ilə bağlı podrat münasibətlərinin olub-olmaması, müsbət halda Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin icra edilib-edilməməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 770.000 manat borc pulun və 200.000 manat məbləğində mənəvi zərərin, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 449-cu maddəsinin tələbinə əsasən hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun ola raq 100.000 manat məbləğində cərimə faizinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1.070.030 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 10 ildən artıq müddətdir tanıyır. Cavabdeh uzun müddətdir ki, öz briqadası ilə təmir-tikinti işləri ilə məşğul olur. Tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməli idi. Lakin cavabdeh tərəflərin razılaşdığı vaxtda götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə 2019-cu ilin təxminən ortalarında bütün əlaqələrin i kəsdilər. Sonuncu haqq-hesablarına əsasən cavabdehin iddiaçıya 770.000 manat borcu qalmış və cavabdeh iddiaçıya söz verdi ki, bir ay ərzində bütün borcunu qaytaracaq. İddiaçı cavabdehin ona olduğu borcunu ödəmədiyini görüb, ona şifahi xəbərdarlıq etmişdir. Lakin bu xəbərdarlıqlar hər hansı bir nəticə verməmişdir. Bununla da cavabdeh iddiaçının pulunu əsassız olaraq özündə saxlayaraq, iddiaçının həmin puldan öz məqsədləri üçün istifadə etməsinə maneçilik törətmiş və nəticədə iddiaçının gərgin əsəb və stress keçirtməyinə, həmçinin ayrı-ayrı şəxslərə (banklara) borclarının yaranmasına səbəb olmuşdur. Bunların nəticəsində iddiaçıya çox ağır mənəvi zərər də dəymişdir. İddiaçı cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 200.000 manat məbləğində qiymətləndirmişdir. İddiaçı həmçinin hesab edi r ki, cavabdeh həm də gecikdirilən hər gün üçün qanunvericiliklə nəzərdə tutulmuş cərimə faizləri də ödəməlidir. Buna görə də cavabdehin iddiaçıya vurduğu 770.000 manat maddi ziyanın və 220.000 manat məbləğində mənəvi ziyanın, eyni zamanda hər gecikdirilən gün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100.000 manat məbləğində cərimə faizinin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
4. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı bundan əvvəl də borc müqaviləsi üzrə borc tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2020-ci il 16 noyabr tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, iddiaçı həmin məhkəmədə də pul tələbinin əsasını təşkil edən halları sübuta ye tirə bilməmiş, onun təqdim etdiyi şahid ifadələri dəqiq olmamış, tərəflər arasında son 3-4 il ərzində hər hansı müqavilə öhdəliyi, biznes münasibətləri olmamaqla həmin şahid ifadələrində də tərəflər arasında münasibətlərin 2016-cı ildə baş verdiyi öz əksini tapdığından iddiaçı vaxtaşırı ödənişlər üzrə 3 illik iddia müddətini də ötürmüşdür.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəməyə izahatında, eyni zamanda verilmiş suallara cavablarında iddiaçı ilə işlədiyini, sürücü olduğunu, cavabdehin borcu olduğunu bildiyini, Xırdalana təmir işləri üçün material daşıdığını, cavabdehə nağd şəkildə pul verilərkən orada iştirak etmədiyini, təmir edilən evlərə material apararkən ustaların həmin evlərdə işlədiyini, cavabdehi həmin mənzillərə material apararkən gördüyünü, təmir edilən evl ərin isə iddiaçının evləri olduğunu bildirmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə izahatında eyni zamanda verilmiş suallara cavablarında iddiaçıya məxsus daş karxanasında master işlədiyini, cavabdeh iddiaçıya sonuncunun dediyi ünvanlara 450 maşına yaxın daş göndərdiyini, şirkətin adından göndərilən qaimələri kimin qəbul etməsini bilmədiyini, sürücünün daşları aparıb sex sahibinə verdiyini, göndərilən maşınların müxtəlif dəyərlərdə olmaqla yanaşı standart olmadığını, qaimələri kimin hazırlamasından məlumatsız olduğunu, 2000-ci ildən işə başlamaqla, 2016-2021-ci illər aralığında da cavabdehə daş göndərildiyini, daşların göndərildiyini, tərəflərin aralarında pul söhbəti ilə bağlı narazılıqların olmasını bildiyini, lakin şəxsən yanında hər hansı pul söhbətinin danı şılmadığını, hər ay sonunda iddiaçı ilə hesabat aparılmasını, lakin bu hesabata cavadehə verilmiş malların daxil olmadığını, iddiaçı və cavabdehin göndərilən daşlarla bağlı öz aralarında hesabat apardığını, lakin bu hesabatdan məlumatı olmadığını, daşların aparılmasını həyata keçirən 510 nömrəli maşınların onlara məxsus olduğunu bildirmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçının qohumudur. Evlərin 6-sı da yoldaşının adınadır. Cavabdeh evi təmir etmək üçün 300.000 manat pul almışdır. Dəfələrlə təmir işlərinin qurtarılması üçün müraciət olunmuşdu, lakin evlər yarımçıq qalmış, 2 mənzildə 50 % işlər görülmüş, qalan 4 evdə sadəcə ev ağardılmış, işıq sistemi çəkilmiş, daha sonra təmir yarımçıq qalmışdır. Binanın komendantı, elektrik çəkən ustalar hamısı cavabdehi tanıyır və birgə olmuşlar. Cavabdehin təxminən 61 yaşı olar. 2016-cı ildən həmin şəxsi tanıyır. Pul cavabdehə verilərkən orada iştirak etməmişdir. 300.000 manat birdəfəlik verilməmişdir. Evlərdən 2 mənzilin divar üzlükləri vurulmuş, 4 mənzil tam yarımçıq qalmışdır. Ustalarla əlaqə saxlanılan zaman bildirilmişdir ki, cavabdeh vəsait vermədiyindən işlər də görülmür.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 aprel tarixli 2-2(113)-673/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim - A.Əliyeva).
9. Məhkəmə § 3-də göstərilənlərə istinadən qeyd etmişdir ki, iddiaçı tərəflər arasında podrat müqaviləsinin bağlanıldığını, həmin müqavilə üzrə cavabdehin iddiaçı üçün Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 e vinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib iddiaçıya təhvil verməyi öhdəsinə götürdüyünü, iddiaçı tərəfindən cavabdehə bu işlərin müqabilində əvvəlcədən 770.000 manat məbləğində pul vəsaitinin ödənildiyi və daşların təqdim edildiyini iddia etsə, məhkəməyə istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə-fakturalarında 89.700 manat dəyərində daşın cavabdehə təqdim edildiyi qeyd olunsa da, həmin daşların həqiqətən də cavabdeh tərəfindən və ya onun işçisi tərəfindən təhvil alındığı təsdiqlənmir. Qaimə-fakturalarında daşların Əliyev soyadlı şəxs tərəfindən təhvil alındığı qeyd edildiyi halda, həmin şəxsin cavabdeh ilə işlədiyi məhkəmə araşd ırması zamanı təsdiq edilməmiş, məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, iddiaçının istinad etdiyi halların sübuta yetirilməsi üçün kifayət etməmişdir.
11. Məhkəmə iddia tələbinin 770.000 məbləğində pul vəsaitinin və 100.000 manat məbləğində cərimə faizinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi hissəsi, habelə cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaitinin qanunsuz saxlanıldığı və ya iddiaçının hesabına pul vəsaitinin əsassız əldə edildiyi məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia tələbinin təmin edilməli olmaması qənaətinə gəlmişdir.
12. Mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçıya cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqin i tapmadığından həmin tələb də təmin oluna bilməz.
13. Həmçinin məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddia müddəti ötürülmədiyindən ərizə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini MM-in 21.1, 21.2, 23.1, 372.1, 373.2, 377.1, 385.1, 442, 443.1, 448.1, 449.1, 752.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 28 dekabr tarixli 2-2(103)-744/2023 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq (bax - §9-14) əlavə olaraq göstərmişdir ki, məhkəmə prosesi zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də, iddiaçının istina d etdiyi halların sübuta yetirilməsi üçün yetərli hesab edilmir. Şahid ifadəsi ilə sübutetmə predmetinə daxil olan halların sübut edilməsi hazırkı halda mümkün deyildir. Yalnız mötəbər sübutlar təqdim olunduğu halda şahid ifadələrinə qeyd olunan sübutlarla birlikdə qiymətləndirilməklə sübutetmə predmetinə daxil olan halların sübut edilməsində istinad oluna bilər.
18. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən məhkəmə sorğusuna əsasən daxil olmuş 2023-cü il 22 dekabr tarixli cavab məktubuna əlavə olunmuş cavabdehin izahatından görünür ki, onun uzun illər santexnika mağazaları olmuşdur. İddiaçını təxminən 2012-ci il tarixdən tanıyır. Belə ki, iddiaçı həmin vaxt evinin təmiri üçün ondan 32.000 manatlıq santexnika malları aldı. O, aldığı malların pulunu vermədiy indən əvəzində mişar daşı verdi. İddiaçı ona daimi daş verə biləcəyindən o, Binəqədi rayonu, Baksol yolunda daş sexi icarəyə götürüb mütəmadi iddiaçıdan daş alıb kəsməyə başladı. Aralarında olan razılaşmaya əsasən, ondan aldığı daşın əvəzində ona müxtəlif tikinti malları alıb verirdi. Sonradan iddiaçı ilə aralarında olan danışığa əsasən, onun Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən təxminən 200 kv.m evin, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən ümumi ölçüsü 500 kv.m yaxın 6 evin, Novxanı qəsəbəsində yerləşən evin hamamını, Cəlilabad rayonunda yerləşən həyət evinin hamamını, Cəlilabadda yerləşən “Rasim” şadlıq evini təxminən 1000 kvadrat metrlik hissəsinin daxili təmirini öz öhdəsinə götürmüşdür. Bunun əvəzində o, ona mişar daşı verirdi ki, o, daşı pilətə sexində kəsib satıb qaz anc əldə edirdi. Əldə edilən qazanc hesabına bütün bu işləri görürdü. Sonradan öhdəsinə götürdüyü işləri gördü ki, son dövrlər iddiaçı ona daş göndərmədi. Buna görə də işlər dayandı. Onu da qeyd etmişdir ki, əsl həqiqətdə iddiaçının ona hazırda 200.000 manata yaxın borcu yaranmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” Qərarına, MM-in 21.1, 21.2, 23.1, 372.1, 373.2, 377.1, 385.1, 442, 443.1, 448.1, 449.1, 752.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli qərarının 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına, MPM-in 14.2, 77.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 21.1, 21.2, 385.1, 385.2, 442-ci maddələri üzrə - məhkəmə qeyd edilən maddi normaları hazırkı işə düzgün tətbiq etməməklə həmin normaların tələblərini pozmuşdur. Belə ki, tərəflərin arasında olan hazırkı münasibətlər göstərir ki, cavab deh iddiaçının Abşeron rayonunun Xırdalan qəsəbəsi ərazisində yerləşən 6, Bakı şəhərində isə yerləşən 1 evinin, həmçinin Cəlilabad şəhərində yerləşən restoranını tam təmir edib ona təhvil verməli idi. Cavabdeh aralarında belə bir münasibətin olmadığını və müqavilənin olmadığını bildirərək, buna etiraz etmiş və inkar etmişdir. Lakin sonradan iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2023-cü il 22 dekabr tarixli cavab məktubuna əlavə edilmiş cavabdehin izahatı ilə evləri və restoranı təmir etməyi cavabdehin öz üzərinə götürüldüyü təsdiq edilir. O, izahatında da işləri yekunlaşdırmadığını bildirir. İddia tələbi və apellyasiya şikayəti əsaslandırılarkən qeyd edilənlər göstərilmişdir. Cavabdeh ilə aralarında olan qaiməfakturalara ə sasən iddiaçıya 770.000 manat maddi ziyan vurmuşdur. Belə ki, iddiaçı cavabdehə həmin məbləğdə daş vermiş, lakin cavabdeh əvəzində qeyd edilən təmir tikinti işlərini evlərdə və restoranda görməmişdir. Cavabdehin təmir tikinti işlərini davam etdirmədiyi və təmir tikinti işləri əvəzində daş aldığı onun Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatında da əksini tapmışdır. İddia tələbinin əsaslı olması məhkəmə prosesində iştirak edən şahidlərin verdiyi ifadələr və məhkəməyə təqdim olunan qaimələrlə də təsdiqini tapır. Lakin məhkəmə iddia tələbini rədd etməklə qeyd olunan maddi hüquq normalarının pozulması ilə müşayət olunan qətnamə qəbul etmişdir.
22. MM-in 449.1, 443.1-ci maddələri üzrə - Məhkəmə qeyd olunan maddi normaları hazırkı işə düzgün tətbiq etməməklə həmin normanın tələblərini pozmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh bizneslə məşğuldur və bu məbləği özündə saxlamaqla biznesinin genişləndiyi, yəni həmin məbləğdən faydalandığı açıq-aşkardır. Həmçinin o, öz izahatında bildirmişdir ki, iddiaçıdan aldığı daşları öz sexində kəsib satmış və gəlir əldə etmişdir. İddiaçı hesab edir ki, 770.000 manat pul vəsaitini dəyərində daşın əvəzini qaytarmadığına görə faizlər də iddiaçıya ödənilməlidir. İddiaçının cavabdehə qarşı 100.000 manat cərimə faizinin ödənilməsinə dair iddia tələbi əsaslıdır. Lakin məhkəmə iddia tələbini həmin hissədə rədd etməklə və apellyasiya məhkəməsi həmin mövqeyi təkrarlamaqla qeyd edilən maddi normanı pozmuşdur.
23. MM-in 23.1-ci maddəsi, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tə tbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli qərarının 1-ci bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarı üzrə Hazırkı işdə cavabdeh iddiaçıya maddi ziyan vurmuş və onun bu əməli hüquqaziddir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı gərgin əsəb və stress keçirtmiş, həmçinin ayrıayrı şəxslərə (banklara) borcları yaranmış, onları ödəyə bilməmişdir. Bu barədə sübut, məhkəmə qətnaməsi də iş materiallarına əlavə edilmişdir. İddiaçıya çox ağır mənəvi zərər dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərəri iddiaçı tərəfindən 200.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının cavabdehə qarşı 200.000 manat mənəvi zərər barədə iddia tələbi əsaslıdır. Lakin məh kəmə iddia tələbini həmin hissədə rədd etməklə və apellyasiya məhkəməsi həmin mövqeyi təkrarlamaqla qeyd olunan maddi normanı pozmuş, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarını işə düzgün tətbiq etməmişdir.
24. MPM-in 76.1, 76.2, 88, 175.1, 217-ci maddələri üzrə - məhkəmə iclasında şahidlər dindirilmiş, şahidlər ifadələrində cavabdehin iddiaçıya məxsus evlərdə təmir işləri gördüyünü, iddiaçının cavabdehə maşınlarla daş göndərdiyini, cavabdehin iddiaçıdan pul aldığını, aralarında pul və təmir işlərinə görə narazılığın olduğunu bildiklərini bildirmişlər. Apellyasiya məhkəməsi şahid ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki, cavabdeh özü Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi iza hatında olan xüsusatları şahidlər məhkəmədə göstərmişdir ki, bu da onların məhkəməyə düzgün ifadələr verdiyini və onların ifadələrinin mötəbər olduğunu göstərir. Həmin sübutlara daha sonra düzgün hüquqi qiymət verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, məhkəmə işə baxarkən qeyd edilən normaların tələblərini pozmuşdur.
25. Məhkəmə iş üzrə mövcud olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə tərəflərin adlarının qeyd edildiyi ümumi dəyəri 89.700 manat olan daşların qəbul edilməsinə dair qaimə-fakturalara düzgün hüquqi qiymət verməmişdir. Həmin qaimə-fakturalar sübut edir ki, iddiaçı cavabdehə dəfələrlə müxtəlif məbləğlərdə daş göndərmişdir. Lakin şahid ifadələrinə məhkəmədə düzgün hüquqi qiymət verilməm iş, həmin ifadələrdəki xüsusatlara obyektiv yanaşılmamış, qətnamə qəbul olunarkın Cinayətkarlıqla Mübarizə İdarəsində aparılmış araşdırma zamanı cavabdehin verdiyi izahat və izahatında qeyd etdiklərinə düzgün qiymət verilməmişdir. Yuxarıda qeyd olunan faktlar göstərir ki, məhkəmə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
26. Qətnamə qanuni və əsaslı olmamışdır. Belə ki, maddi və prosessual hüquq normaları işə baxılarkən düzgün tətbiq edilməmiş və onların tələbləri kobud surətdə pozulmuşdur. Bu pozuntuların nədən ibarət olması ətraflı olaraq şərh edilmiş və sadalanmışdır. Bundan başqa qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, hakimin öz subyektiv mülahizəsinə uyğun olaraq əsaslandırılmış, nəticədə maddi və p rosessual normaların pozulması ilə müşayət olunan qətnamə qəbul edilmişdir. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli qərarının 2.4 bəndinin tələbi üzrə Qətnamədə işə aid edilən mötəbər sübutlarla təsdiq olunmuş faktlar əks etdirilməmişdir və göstərilən hallar işin materiallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da ap ellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tədbiq edilən hüquq
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüz ar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir....” “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başq a şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvəd ə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. B orc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər....” “Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür....”
32. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilmə sinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.... həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər....”
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxs us olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir....” 34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməs inin Plenumunun 2008-ci il 3 noyabr tarixli 7 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “
1. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zər ərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər....”
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab e dilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çü nki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
38. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
39. Kassasiya şikayəti nin dəlillərindən biri iddiaçı tərəfindən cavabdehə iddia tələbində göstərilən məbləğdə pul və daş verməsini təsdiq edən sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehə həmin məbləğdə pulun və ya daşın verilməsi ilə bağlı hər hansı sübut təqdim edilmədiyinə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi MPM-in 77.1, 81 və 88-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 2023-cü il 22 dekabr tarixli cavab məktubuna əlavə olunmuş cavabdehin izahat ından tərəflər arasında daşın alınıb-verilməsi, bunun müqabilində cavabdehin iddiaçı üçün təmir işləri görməli olması ilə bağlı münasibətlərin olduğu öz təsdiqini tapsa da, həmin izahatla cavabdehin bu münasibətlər çərçivəsində iddiaçıya məhz 770.000 manat borcunun olması müəyyən edilmir. Halbuki, bununla bağlı sübutetmə yükü iddiaçının üzərində olmuş, lakin o, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.
42. Həmçinin iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri isə aşağı instansiya məhkəmələri tərəfindən həmin halların sübuta yetirilməsi üçün yetərli hesab edilməmişdir.
43. Kassasiya şikayətinin MM-in 449.1, 443.1-ci maddələrinin tələblərinin pozulmasına dair dəlillərinə dair kollegiya qeyd edir ki, hər gecikdirilən g ün üçün Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq 100.000 manat məbləğində cərimə faizinin tutulması barədə tələb əsas borcun tutulması ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn (törəmə) tələbdir. İşin hallarından görünür ki, aşağı instansiya məhkəmələri haqlı olaraq əsas borcun tutulması ilə bağlı tələbi təmin etməmişlər. Belə olduğu halda məhkəmələrin əsas borcun tutulmasından irəli gələn (törəmə) tələbi təmin etməməsi barədə gəldiyi nəticə də haqlı olmuşdur.
44. İddiaçının kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir.
45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-c ü il 28 dekabr tarixli 2-2(103)-744/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.