Məhkəmə qərarları › İş №2-2(102)-271/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-271/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-271/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı iş üzrə QƏRARİ Açar sözlər: sudan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən tərkibdə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1158/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Şirvan Sukanal İdarəsi ilə İddiaçı Salyan X5 İdarəsi arasında 2024-cü il 7 yanvar tarixli 19276659 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə imzalanmış, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlən məsi və axıdılmasını həyata keçirməyi, İddiaçı Şirvan xidmət sahəsi isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarına uyğun olaraq 1 m3 su üçün ƏDV daxil olmaqla 1 manat, 1 m3 tullantı suya görə ƏDV daxil olmaqla 1 manat ödəməyi öhdəsinə götürmüşdür.

2. Şirvan xidmət sahəsinin 440142 nömrəli abonent haqqında məlumatına (2023-cü il 23 may tarixli və 2024-cü il 2 avqust tarixli) əsasən, 2011-ci il tarixində içməli su üzrə 87 manat satış, 83 manat ödəniş, tullantı suyu üzrə 26,1 manat satış, 24,91 manat ödəniş olmuş, həmçinin həmin tarixdən əvvəlki tarixdən 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borc keçmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı (bundan sonra - “iddiaçı”) 2024-cü il 13 iyun tarixində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8ə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq iddiaçının Salyan X5 İdarəsinin Şirvan xidmət sahəsinə hesablanmış 22.506,09 manat borcun 440142 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 157,52 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Sukanal İdarəsi ilə Salyan X5 İdarəsi arasında bağlanmış 2024-cü il 7 yanvar tarixli 19276659 nömrəli müqaviləyə əsasən, Şirvan Sukanal İdarəsi Salyan X5 İdarəsinin Şirvan rayonu üzrə xidmət sahəsinə su və kanalizasiya xidmətlərini göstərməyi, Salyan X5 İdarəsi isə istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin də yərini ödəməyi öhdəlik götürmüşdür. Şirvan xidmət sahəsinin su xətti üzərində əvvəlcədən ödənişli su sayğacı quraşdırılmışdır və istifadə olunan suyun dəyəri əvvəlcədən, kanalizasiya xidmətinin dəyəri isə təqdim olunmuş hesab-faktura əsasında ödənilir. Şirvan Sukanal İdarəsindən Salyan X5 İdarəsinə daxil olmuş 2024-cü il 19 aprel tarixli məktubda həmin tarixə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 22.506,09 manat borcun olması qeyd olunmuşdur. 23.347,09 manat borcun yaranma səbəbləri barədə iddiaçıda heç bir məlumat yoxdur. Qeyd olunanlar 22.506,09 manat borcun əsassız olmasının birbaşa sübutudur. Həmçinin adı çəkilən məktubda borc ödənilmədiyi təqdirdə su təchizatının dayandırılacağı bildirilmişdir.

5. Məhkəmənin 2024-cü il 12 sentyabr tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında 2021-ci il 19 yanvar tarixli və 2023-cü il 20 aprel tarixli üzləşmə aktları tərtib edilmiş və borc məbləği iddiaçı tərəfindən təsdiq edilmişdir. Abonent saldosundan görünür ki, hazırda mübahisələndirilən borc məbləği 2011-ci ildə yaranmayıb, həmin borc 2011-ci il tarixinədək yaranmışdır. Borc məbləği Abşeron Rayon Sukanal İdarəsinin bazasında olan məlumatlar əsasında abonent saldosuna daxil edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 24 sentyabr tarixli e-2-2(113)-4359/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus 440142 nömrəli abonent koduna hesablanmış 22.171,70 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddianın qalan hissədə təmin edilməm əsi qət olunmuşdur (hakim – N.Əhmədova).

7. Məhkəmə qeyd etmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlarda istehlak edilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin sayğac göstəricilərinə əsasən bir aylıq hesablaşma dövrü ərzində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən təqdim edilən ödəniş sənədləri əsasında ödənilməsi nəzərdə tutulmuşdur.

8. Həmin qanunvericilik normalarından çıxış edərək məhkəmə qeyd etmişdir ki, istehlak edilmiş su və axıdılmış tullantı sularına görə borcun hesablanması ilə bağlı olan məlumatları, o cümlədən sayğac göstəricilərinin oxunması, onlar əsasında müvafiq tariflərin hansı qaydada tətbiq edildiyi, borcun hesablanması əsaslarını təqdim etmək (sübut etmək) vəzifəsini su təchizatı və kanalizasiya müəssisəsi daşıyır.

9. Lakin cavabdeh abonent haqqında məlumatda göstərilmiş əvvəlki tarixdən keçən 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borcun əsaslılığına dair hər hansı sübut təqdim etməmiş, həmin borcun əsasında duran su ölçən cihaz göstəriciləri, hesab-faktura, qaimə və s. sənədləri iş materiallarında mövcud olmamışdır.

10. Bu mənada məhkəmə xüsusilə qeyd etmişdir ki, “abonent haqqında məlumat” özüözlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran adıçəkilən məlumatlar təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Cavabdeh isə borcun Abşeron Rayon Sukanal İdarəsinin bazasından əldə edildi yini bildirməklə kifayətlənmişdir.

11. Məhkəmə cavabdehin etirazının digər əsası olan üzləşmə aktlarına münasibətdə bildirmişdir ki, 2021-ci il 19 yanvar tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, 2021ci il 1 fevral tarixə içməli suya görə 16.731,63 manat, tullantı suya görə 6.690,46 manat, 2023-cü il 20 aprel tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə 2023-cü il 1 aprel tarixinə içməli suya görə 16.921,63 manat, tullantı suya görə 6.740,46 manat borc təsdiq edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”na əsasən, üzləşmə aktını tərtib etmək istehlakçının öhdəliyi hesab olunur. Başqa sözlə, su təchizatı və tullantı sular ının axıdılması haqqında qanunvericilikdə “üzləşmə aktının” xüsusi statusu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Eyni zamanda cavabdeh Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən təbii inhisar subyektidir və istehsalatın müvafiq sahəsində rəqabət mümkün deyildir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz.

13. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 2011-ci il tarixdən əvvəlki dövr üçün hesablanan 15.071,68 manat içməli su, 7.100,02 manat tullantı suyuna görə borcun əsaslılığı sübut oluna bilmir və bu səbəbdən həmin borc məbləğləri silinməlidir.

14. Digər tərəfdən, iddiaçının silinməsini tələb etdiyi 334,39 (2.2506,09(15.071,68+7.100,02)) manat borc isə 2011-ci il tarixindən əvvəlki dövr üçün qalıq keçən deyil, həmin tarixdən sonra hesablanan, lakin ödənilməyən borcdur. Bu isə həmin hissədə iddianın təmin edilməsini qeyri-mümkün edir.

15. Birinci instansiya məhkəməsi bu qənaətini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.2, 7.3, 7.6, 7.21cı bəndlərinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1, 218. 3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin təmin olunan hissədə ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 2-2(103)-1158/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, abonent haqqında məlumatda göstərilən borc barədə sənəd v ə sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri MPM-in 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməi idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Digər tərəfdən abonent haqqında məlumat birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə əsas olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab edilə bilməz.

19. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermir. Şəxsin üzərinə xeyli miqdarda borcu ödəmək öhdəliyini qoyan sübut cavabdehin özü tərəfindən tərtib edilmiş sənəd ola bilməz, həmin sübut kifayət qədər aydın, əsaslı, mübahisəli borcun detallarını və əsaslılığını özündə dəqiqliklə müəyyən edən mötəbər dəlil olmalıdır. Cavabdehin istinad etdiyi üzləşmə aktı isə borcun əsaslılığını təsdiq edən sənəd olmamaqla yanaşı qanunvericilikdə borcun müəyyən edilməsi üçün nəzərdə tutulmuş sübut hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normaları ilə (bax §15) yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.1, 16.1-ci maddələrinə; “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2 6-cı maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarlarına da istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 78.30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22. “Su təchizatı və tullantı suları h aqqında” Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsi üzrə - İş materiallarında 2021-ci il 19 yanvar tarixli üzləşmə aktından görünür ki, 2021-ci il 1 fevral tarixinə içməli suya görə 16.731,63 manat, tullantı suya görə 6.690,46 manat, 2023-cü il 20 aprel tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə 2023cü il 1 aprel tarixinə içməli suya görə 16.921,63 manat, tullantı suya görə 6.740,46 manat borc təsdiq edilmişdir. Üzləşmə aktalarından göründüyü kimi iddiaçı tərəf borcu etiraf edərək üzləşmə aktlarını imzalamaqla borcu qəbul etmişdir. Borc əsaslı və sayğac göstəricilərinə uyğun hesablandığı üçün iddianın təmin edilməsi əsassız olmuşdur.

23. MPM-in 175.1-ci maddəsi üzrə - sübut qismində təqdim edilmiş sübutlar işə baxan hakim tərəfindən baxılmalı və tədqiq olunmalıdır. Lakin bu nunla bağlı heç bir hərəkət edilməmiş və maddənin tələbləri pozulmuşdur.

24. Həmçinin öz mövqeyini əsaslandırmaq üçün kassator tərəfindən şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.2, 4.1.3, 7.1, 7.14-cü bəndlərinə; MPM-in 82.3 və 88-ci maddələrinə də istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

26. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkə məsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 28. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəs i istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz....”

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “7. Suyun və kanalizasiya sisteminə axıdılan tullantı sularının uçotu və ödəmə şərtləri... 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlak çıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.3. Smart-kart tipli suölçən cihaz quraşdırılmış istehlakçıya istifadə etdiyi suyun həcmi haqqında STKM tərəfindən hesab təqdim edilməsi (göndərilməsi) tələb edilmir.... 7.6. Verilmiş suyun və axıdılmış tullantı sularının hesabı istehlakçı tərəfindən tam ödənildikdən sonra, STKM tərəfindən hesablamada yol verilmiş səhvə görə əlavə vəsaitin ödənilməsi istehlakçıdan tələb edilə bilməz.... 7.21. İstehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesabla şmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir....”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazları nın əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstər ilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

32. İş materiallarınd a 2021-ci il 19 yanvar tarixli 440142 nömrəli üzləşmə aktından görünür ki, 2021-ci il 1 fevral tarixinə içməli suya görə 16 731,63 manat, tullantı suya görə 6 690,46 manat, 2023-cü il 20 aprel tarixli 440142 nömrəli üzləşmə aktına əsasən isə 2023-cü il 1 aprel tarixinə içməli suya görə 16 921,63 manat, tullantı suya görə 6 740,46 manat borc təsdiq edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi bu üzləşmə aktları ilə bağlı bildirmişdir ki, qeyd edilən aktlar iddiaçının həmin borc məbləğlərini təsdiq etməsi və ya etirafedici hərəkət etməsi kimi şərh oluna bilməz. Belə ki, “Sudan istifadə Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 7.21-ci bəndində üzləşmə aktının tərtib edilməsi barədə istehlakçı müraciət etməlidir. Göründüyü kimi “Sudan istifadə Qaydaları”nda “üzləşmə aktının” xüsusi stat usu müəyyən edilmiş, həmin aktın tərtib edilməsi üçün müraciət etmək vəzifə kimi təsbit edilmişdir. Belə olan halda, borc məbləği ilə razı olunmasa da, öhdəlik kimi təsbit edilən üzləşmə aktının tərtib edilməsi borcun etiraf edilməsi kimi yozula bilməz.

34. Məhkəmə kollegiyası üzləşmə aktları ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsini doğru hesab etməyərək bildirir ki, tərəflər arasında Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq bağlanmış müqavilənin (bax: iş materialları İ cild, səhifə 12) 4.1.9-cu bəndinə görə (“istehlakçının hüquq və öhdəlikləri” başlıqlı) istehlakçı adında, hüquqi ünvanında, fəaliyyət növündə, bank rekvizitlərində dəyişiklik olduqda, ləğv olunması barədə qərar verildikdə bu barədə Müəssisəyə məlumat verir və tərəflərdən birinin tələbi ilə qarşılıqlı borcl ar barədə üzləşmə aktını tərtib və təsdiq edir. Göründüyü kimi göstərilən hallarda belə üzləşmə aktının tərtibi barədə tələb üçün tərəflərdən hər hansı birinə məhdudiyyət qoyulmamışdır.

35. Bundan başqa o da qeyd olunmalıdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi 7.21-ci bənddə yalnız istehlakçının hansı hallarda üzləşmə aktının tərtibi üçün müraciət etmək vəzifəsi müəyyənləşdirilmişdir. Yəni bu Qaydalarda həmin hallardan başqa istənilən vaxtda tərəflərin razılığı ilə üzləşmə aktları tərtib etmək hüququnu məhdudlaşdıran və ya qadağa edən hər hansı müddəa mövcud deyildir. Bu həm də onu göstərir ki, tərəflər istənilən vaxt borc da daxil olmaqla əmtəə dövriyyəsi ilə bağlı üzləşmə aktları tərtib edə bilər və mövcud qanunvericilikdə də bu imkanı məhdudlaşdıran və qadağan edən hər hansı nor ma öz əksini tapmamışdır. Apellyasiya məhkəməsinin Qaydaların müvafiq bəndinə istinadı hazırkı işin hallarına aid olmamış, eləcə də tərəflər arasında formalaşmış işgüzar münasibətə də zərbə vurmuşdur.

36. MPM-in 218.1-ci maddəsinə görə hakim qətnamə qəbul edərkən iddianın təmin olunub-olunmadığını, iş üzrə tətbiq olunacaq qanunu, tərəflər arasındakı hüquqi münasibətləri, iş üçün əhəmiyyətli olan və olmayan halları, müəyyən edilmiş və edilməmiş faktları müəyyən etməli, həmçinin sübutlara hüquqi qiymət verməlidir. Bu qiymətləndirmə zamanı sübutların mümkünlüyü, aidiyyəti və mötəbərliyi bu Məcəllənin 80, 81 və 88-ci maddələrin tələbi baxımından nəzərə alınmalıdır.

37. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqument lərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

38. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin möhür və imzaları ilə rəsmiləşdirilmiş üzləşmə aktları qiymətləndirilərkən prosessual qanunvericiliyin müvafiq normalarının tələblərinə uyğun olmamışdır.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxıla rkən işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mövcud sübutlara isə bu Qərarın əsaslandırma hissəsində göstərilənlər nəzərə alınmaqla MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 25 dekabr tarixli 22(103)-1158/2024 nömrəli qətnaməsi tam ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar