Məhkəmə qərarları › İş №2-2(102)-278/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-278/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-278/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “İddiaçı”nın cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı”nın cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə (üçüncü şəxs Ərizəçi) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 fevral tarixli 2-2(103)-139/202 2 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ərizəçi (vəkili Vəkil4 və Nümayəndə2 tərəfindən tərtib edilmiş) tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı “İddiaçı” MMC (bundan sonra – “Bank”) 2019-cu il 2 sentyabr il tarixində cavabdehlər "xxxx" MMC və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, El.SƏ.Nİ-dən kredit müqaviləsinə əsasən əsas borc üzrə 48.734.005,73 AVRO, faizlər üzrə 31.769.268,39 AVRO, cərimə üzrə 207.986,05 AVRO olmaqla, ümumilikdə 80.711.260,19 AVRO, 2019-cu il 31 may tarixindən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14.890,95 AVRO dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "xxxx " MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan, 24 mərtəbəli 2 girişli yaşayış binasına, cəmiyyətin nizamnamə kapitalındakı 100% paylarına yönəldilməsi və hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına Banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2. 2020-ci il 6 fevral tarixində işin birinci instansiya məhkəməsi baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında barışığa gəldiklərini, borcun bir hissəsinin müstəqil auditor hesabatı ilə 31.075.000 manat məbləğində qiymətləndiridiyini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirmiş, həmin barışıq sazişinin şərtlərinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. 3. 2022-ci il 14 fevral tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC ilə öz aralarında barışığa gəldiklərini bildirərək, tərtib edilmiş yeddi bənddən ibarət barışıq sazişini məhkəməyə təqdim etmişdir.

4. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarət olmuşdur:

1. Birinci tərəfin ipotekasında olan və ikinci tərəfin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən çıxarışla mülkiyyət hüququ qeydiyyata alınmışdır) 24 mərtəbəli 2 girişli yaşayış binası (bundan sonra “Daşınmaz əmlak” adlanacaq) İkinci tərəfin dəvət etdiyi Azərbaycan Respublikası Auditorlar Palatasının A T/075 saylı və 04 sentyabr 2018-ci il tarixli icazəsinə əsasən fəaliyyət göstərən “X12” MMC tərəfindən hazırlanmış və təsdiq edilmiş 12 iyul 2021-ci H tarixli ekspert rəyinə əsasən təyin olunan 54.648.000,00 (əlli dörd milyon altı yüz qırx səkkiz min manat) AZN qiymətinə hərrac yolu ilə satışa çıxarılır və satışdan əldə olunan vəsait hesabına İkinci tərəf 880/AZE/11 saylı və 21 noyabr 2009-cu il tarixli güzəştli k redit müqaviləsinə, həmin müqavilənin tərkib hissəsi olan Əlavə №1 və Əlavə № 2, o cümlədən aktlar, müqavilələr və protokollara əsasən Birinci tərəfə olan borcu ödənilir.

2. Hazırki sazişin 1-ci bəndində qeyd olunan daşınmaz əmlakın hərrac yolu ilə satışından sonra əldə olunan vəsait İkinci tərəfin 880/AZE/11 saylı və 21 noyabr 2009-cu il tarixli güzəştli kredit müqaviləsindən irəli gələn borc öhdəliklərinin təmin olunması üçün birinci tərəfə ödənildikdən sonra ödənilən məbləğ kredit münasibətlərindən irəli gələn borc məbləğindən çıxılır və Saziş tərəflərinin qarşılıqlı üzləşmə aktına əsasən İkinci tərəfin borc qalığı bir daha təsdiqlənir. Birinci və İkinci tərəflər həmin qalıq borcu qarşılıqlı üzləşmə aktı ilə təsdiqlədikdən sonra onun hesablaşma qaydasını və şərtlərini razılaşdırırlar.

3. Daşınmaz əmlak satışından əldə olunan vəsait Azərbaycan Respublikasının Mərkəzi Bankının təyin etdiyi məzənnəyə uyğun olaraq AZN-nin avroya nisbətən məzənnəsinə uyğun olaraq konvertasiya edilərək Birinci tərəfə ödənilir. Tələb üzrə yerdə qalan məbləğin ödənilməsi qaydası və müddəti tərəflər arasında razılaşdırılır.

4. Əgər sazişdə qeyd olunan və açıq hərracdan satılması nəzərdə tutulan daşınmaz, əmlak hər hansı bir səbəblərdən açıq hərracda satılmazsa və ya hərrac baş tutmazsa, bu halda həmin daşınmaz, əmlak borcun əvəzinə iddiaçı Birinci tərəfə təklif olunur. Bu zaman digər tərəflər buna etiraz, edə bilməzlər və birinci tərəf bu daşınmaz, əmlakı borcun əvəzinə hərracın sonuncu qiymətinə uyğun hesablaşmaqla qəbul etməlidir.

5. Tərəflər barışıq sazişində göstərilən ünvana məktubları və bildirişləri pomtla göndərə bilərlər.

6. Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin (qısaldılmış halda MPM) 261.0.5 və 262.4-cü maddələrinin məzmunu tərəflərə aydındır. Başqa sözlə, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Habelə, əgər cavabdeh bu barışıq sazişinin şərtlərini pozarsa, iddiaçının hüququ vardır ki, icra sənədinin verilməsini məhkəmədən xahiş etsin, bu halda barışıq sazişi ilə nəzərdə tutulmuş pul məbləinin ödənilməsinin təmin edilməsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada həyaa keçiril əcəkdir.

7. Barışıq sazişi azərbaycan dilində 3 (üç) nüsxədən ibarət tərtib olundu, onlardan ikisi (bir nüsxə olmaqla) tərəflərdə qalır, biri isə təsdiq olunması üçün məhkməyə təqdim olunur. Odur ki, barışıq sazişini imzaları ilə təsdiq etmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. Bakı Kommersiya Məhkəməsinin (qısaldılmış halda mətndə-birinci instansiya məhkəməsi) 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 nömrəli qərardadı ilə ilk barışıq sazişi təsdiq edilsə də, qərardaddan maraqlarına toxunan Ərizəçi şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 sentyabr tarixli 22(103)-518/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 fevral tarixli e-2-2(113)-424/2020 saylı qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən 2021-ci il 02 mart tarixində keçirilən məhkəmə iclasının qərardadı ilə Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Birinci instansiya məhkəməsində işə baxılarkən 2021-ci il 13 oktyabr tarixdə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 və cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə yazılı ərizə verərək, iş üzrə barışıq sazişinin təsdiq edilməsinə dair müvafiq qərardad qəbul edilməsini xahiş etsələr də, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina edilmişdir.

8. B irinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən iddiaçıya dəfələrlə müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən mübahisəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 80.711.260,19 avro məbləğində borcunun həqiqətən də mövcud olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdeh "xxxx" MMC-nin daşınmaz əmlakına tutma yönəldilərək həmin əmlakın açıq hərracdan satılması və əldə edilmiş məbləğdən X11 mövcud olması sübuta yetirilməmiş tələbinin üstün qaydada ödənilməsi "xxxx" MMCnin digər kreditorlarının qanunla qorunan hüquqlarını kobud surətdə pozulmasına səbəb olduğundan qanunauyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanılmış barışıq sazişi qanunazidd olduğundan həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 13 oktyabr tarixli digər qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh1 MMC-yə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi tutmanın cavabdeh "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) paylara yönəldilməsi, "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% (bir yüz faiz) payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına cavabdeh "xxxx" MMC-nin iddiaçı İran İslam Respublikasının İran X3 borcunun ödənilməsi hissəsində baxılmamış saxlanılmışdır.

10. Baxılmamış saxlamanın əsası iddiaçının qeyd edilən hissədə iddianı geri götürməyə dair verd iyi ərizə, rəhbər tutulmuş prosessual hüquq norması isə MPM-in 259.0.11-ci maddəsi olmuşdur.

11. Həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1267/2021 saylı qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə İddiaçı, eləcə də cavabdeh "xxxx" MMC və onun təsisçisi Cavabdeh1 MMC-nin faktiki olaraq eyni şəxslər (və ya həmin şəxslər tərəfindən verilmiş etibarnamələrə əsasən digər şəxslər) tərəfindən məhkəmə prosesində təmsil edildiyini, eləcə də cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisinin əvvəlki məhkəmə mübahisələri gedişində verdiyi izahatla hazırkı iş üzrə verdiyi izahatı arasında ziddiyyətlərin mövcudluğunu nəzərə alaraq cavabdeh "xxxx" MMC tərəfindən faktların etiraf edi lməsinin işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə baş verməsindən şübhə etmiş və həmin faktların ümumi qaydada sübuta yetirilməsini zəruri saymışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçına dəfələrlə cavabdeh "xxxx" MMC-yə və ya müqavilədə podratçı qismində göstərilmiş “115 Construction CO” şirkətinə iddia edilən kredit məbləğinin verilməsini təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən pul vəsaitinin nağd şəkildə verilməsinə dair kassa məxaric sənədləri (və ya digər sənədlər) və ya nağdsız formada verilməsini təsdiq edən ilkin mühasibat uçotu sənədləri (ödəniş tapşırıqları və s.), eləcə də pulun dövriyyəsini təsdiq edən mübahisəli pul vəsaitlərini alan şəxslərin bank hesabından çıxarışlar məhkəməyə təqdim edilməmişdir.

13. İddiaçının kredit vəsaitinin verilməsini sübuta yetirmək üçün məhkəmə təqdim etdiyi “maliyyə sənədi” adlandırılan sənədlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə həmin sənədlərin skaner vasitəsilə çıxarılmış və lazımi qaydada təsdiq edilməmiş surətləri təqdim edilmişdir. Digər tərəfdən, nağdsız pul hesablaşmalarının formaları (ödəniş tapşırığı, inkasso, akkreditiv, çeklə hesablaşma və d.) Mülki Məcəllənin 972-ci maddəsində müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi yuxarıda göstərilən “maliyyə sənədi” adlanan sənədlər isə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı formada, eləcə də bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumiqəbul edilmiş sə nədlər deyildir.

14. Məhkəmə hesab etmişdir ki, həmin sənədlərin məzmunu da kifayət qədər ziddiyyətlidir. Belə ki, sənədlərin bir qismində pul vəsaitlərinin “115 Construction” şirkətinə köçürüldüyü (hər dəfə fərqli hesablara) göstərilsə də, əvvəla həmin sənədlərdə vəsaitlərin köçürməsi iddia olunan hesabların kimin adına olması göstərilməmiş, maliyyə sənədlərinin digər bir qismində isə təyinat kimi mübahisəli kredit müqaviləsinə ümumiyyətlə istinad edilməmiş və pul vəsaitinin mübahisəli kredit müqaviləsinə aidiyyəti olmayan digər hüquqi şəxslərə Cavabdeh1 MMC-yə və X7 Arman şirkətinə köçürüldüyü qeyd edilmişdir. Bununla yanaşı “maliyyə sənədləri” adlanan sənədlərin bir qismində pul vəsaitlərinin X16 Bakı filialındakı hesablaşma hesabına (kimə məxsus olması bəlli olmayan) köçürüldüyü göst ərilmişdir. İş üzrə keçirilmiş məhkəmə iclaslarında verilmiş izahatlarda isə tərəflərin nümayəndələri əvvəl mübahisəli kredit müqaviləsi üzrə AR-dəki banklara hər hansı pul köçürmələrinin edilmədiyini bildirildikləri halda sonrakı məhkəmə iclaslarında isə Cavabdeh1 MMC-nin nümayəndəsi və qanuni təmsilçisi tərəfindən bəzi ödənişlərin X16 Bakı filialındakı hesablaşma hesablarına köçürüldüyü bildirilmişdir. Məhkəmə tərəfindən sözügedən ödənişləri alan şəxsin X16 Bakı filialındakı hesabından çıxarışının təqdim edilməsi təklif edilsə də, həmin sənədlər də məhkəməyə təqdim edilməmişdir.

15. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən "xxxx" MMC-nin adına verilmiş çekə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, əvvəla həmin sənəd də lazımi qaydada təsdiq edilməmiş, xarici dildə olan surəti məhkəməyə təqdim edilmişdir. İkincisi, həmin çekin nağdlaşdırılmasını və ya çekdə göstərilən vəsaitdən "xxxx" MMC və ya digər şəxs tərəfindən hər hansı nağdsız formada istifadə edilməsini təsdiq edən hər hansı sənəd də məhkəməyə təqdim edilməmişdir.

16. Bununla yanaşı İddiaçı, "xxxx" MMC və Cavabdeh1 MMC-nin arasında bağlanmış üçtərəfli müqavilələrə əsasən “Nəsim-Bakı” layihəsinin reallaşdırılması ilə əlaqədar Cavabdeh1 MMC-yə və X7 Arman şirkətinə köçürüldüyü iddia edilən vəsaitlərin "xxxx" MMC-nin mübahisəli kredit müqaviləsi üzrə borclara aid edilməli olması barədə iddiaçının dəlillərinə münasibətdəməhkəmə qeyd edir ki, sözügedən razılaşmalar mübahisəli kredit müqaviləsinə əlavə olaraq imzalanmamış, eləcə də həmin razılaşmaların bağlanması ilə əlaqədar kredit müqaviləsinə müvafiq dəyişikliklər ed ilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, həmin müqavilələr çərçivəsində ödənilməsi iddia edilən vəsaitlərin cavabdehin ipoteka ilə təmin edilmiş mübahisəli kredit müqaviləsi üzrə borclarına aid edilməsi üçün hər hansı bir əsasın mövcudluğu məhkəmə tərəfindən müəyyən edilmir.

17. Məhkəmə onu da qeyd etmişdir ki, güzəştli kredit müqaviləsində layihənin dəyərinin 15%-nin avans olaraq nağd şəkildə "xxxx" MMC-yə ödənilməli olması nəzərdə tutulsa da, avans məbləğinin nağd şəkildə "xxxx” MMC-yə və ya podratçıya verilməsini təsdiq edən sənədlər də məhkəməyə təqdim edilməmiş, bundan əlavə tərəflərin nümayəndələri məhkəmə iclaslarının gedişində kredit müqaviləsi üzrə hər hansı bir vəsaitinin nağd şəkildə verilməsini inkar etmişlər.

18. Birinci instansiya məhkəməsi MM-nin 442,443.1, 448.1, 738- ci maddələrinə istinadla belə qənaətə gəlmişdir ki, borc müqaviləsinin bir növü olan kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaiti kredit alanın mülkiyyətinə verilməli, hazırkı halda isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi iş materiallarına əsasən müəyyən edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılmas ı tələbinə dair hissədə İddiaçı iddiası əsassızdır. Eləcə də kredit borcunun tutulmasına dair əsas tələb rədd edildiyindən həmin tələbdən irəli gələn əlavə tələblərin ipoteka tutma yönəldilməsi, əmlakın açıq hərracdan satılmasıvə satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə tələblərin də təmin edilməsi üçün əsaslar yoxdur. 19.Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

20. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin, habelə məhkəmənin 2021-ci il 17 mart tarixli (Ərizəçi iş üzrə maraqlı şəxs qismində tanınması barədə), 2021-ci il 13 oktyabr tarixli (barışıq sazişini təsdiq etməkdən imtina barədə) qərardadlarının tam ləğv edilməklə, iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin barışıq sazişi ilə tamamlanmasını nəzərə alıb, həmin barışıq sazişini təsdiq edərək icraata xitam verilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat 21.2022-ci il 15 fevral tarixində keçirilmiş məhkəmə iclasında tərəflər apellyasiya instansiyası məhkəməsinə yeni təqdim etdikləri 14 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər (barışıq sazişinin şərtləri üçün bax hazırkı qərarın 4-cü bəndinə).

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası 2-2(139)-/2022 saylı 15 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sə drlik edən, məruzəçi), V.Məmmədov, V.Baxışova) barışıq sazişi ilk dörd bənddə (bax hazırkı qərarın 4-cü bəndindəki 1-4-cü abzaslara) təsdiq edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)1267/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 13 oktyabr tarixli qətnaməsi ləğv edilmiş, kommersiya mübahisəsi üzrə icraata xitam verilmiş, tərəflərə izah olunmuşdur ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin barışıq sazişinin təsdiq etməkdən imtinası və iddianın rədd edilməsi barədə gəldiyi nəticə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Mə cəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə mülki prosessual qanunvericiliyin qeyd olunan prinsiplərinə ziddir. Belə ki, tərəflər kredit və ipoteka müqavilələrinin bağlanmasını, kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranmasını təsdiq edirlər. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin kredit müqaviləsi üzrə pul vəsaitinin cavabdehə və onun xahişi ilə podratçı şirk ətlərə ödənilməsi isə yuxarıda sadalanan sənədlərlə təsdiq olunur və həmin sənədlərlə bağlı məhkəmənin istinad etdiyi dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, həmin sənədlər İran İslam Respublikasında tərtib olunmuş, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmişdir.

24. Məhkəmə həmçinin hesab etmişdir ki, "xxxx" MMC ilə 115 Yol İnşaatı və Tikinti Şirkəti arasında podrat münasibətlərinin olması həm tərəflərin izahatları, həm ödəniş sənədləri, həm də işin 3-cü cildinin 39-103-cü vərəqələrində olan gömrük sənədlərinin surətləri ilə təsdiq olunur. Həmin sənədlərdən müəyyən edilir ki, 2010-2012-ci illərdə 115 Yol İnşaatı və Tikinti Şirkəti tərəfindən "xxxx" MMC-nin adına müxtəlif mallar idxal edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 09 yanvar tarixli 10-1(102)-01/13 saylı qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilərək, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin 2012-ci il 18 iyul tarixli qərarı Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin 2012-ci il 11 iyun və 2012-ci il 3 iyul tarixli qərarları iddiaçı İran İslam Respublikasının 115 saylı X14 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış ““Nəsimi” ticarət, yaşayış və ofislər üçün nəzərdə tutulmu ş 25 mərtəbəli binanın inşası haqqında” 105-B-2008 saylı 2008-ci il 4 noyabr tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X8 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır.

25. Birinci instansiya məhkəməsi isə tərəflərin izahatlarına, qeyd olunan yazılı sübutlara, səlahiyyətli dövlət orqanlarının yazışmalarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadına əsasən müəyyən etdiyi faktlara deyil, ehtimal və şübhələrə əsaslanaraq nəticəyə gəlmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsində təsbit edilmişdir ki, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qu lluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kredit və ipoteka müqavilələri hüquqi şəxslər olan iddiaçı və cavabdeh arasında bağlanmış, həmin müqavilələr və müqavilələrə aid digər sənədlər və etibarnamələr hüquqi şəxslərin səlahiyyətli şəxslərinin imzaları ilə yanaşı hüquqi şəxslərin möhürləri ilə də təsdiq olunmuşdur. Ona görə də, həmin müqavilələri və müqavilələrə aid digər sənədləri və etibarnamələri imzalayan şəxsləri əsas götürərək tərəflərin faktiki olaraq eyni şəxslər tərəfindən məhkəmə prosesində təmsil edilməsi barədə nəticə səhvdir.

26. Bundan başqa, Mülki Məcəllədə borc müqaviləsinin predmetini bilavasitə borc alana verilməsini müəyyən edən və ya tərəflərin razılaşması, yaxud borc alanın xahişi ilə üçüncü şəx sə verilməsini qadağan edən hər hansı norma mövcud deyil. Eyni zamanda, nəzərə alınır ki, tərəflərin razılaşması ilə kredit müqaviləsi üzrə pul vəsaiti xarici hüquqi şəxslər olan podratçı təşkilatlara ödənilsə də, hazırda həmin vəsait hesabına ünvan 1 ünvanında 24 mərtəbəli 2 girişli yaşayış binası inşa edilmişdir.

27. Həmin məhkəmə, birinci instansiya məhkəməsinin"xxxx" MMC-nin digər kreditorlarının qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına istinad edilməsini də əsassız hesab edərək göstərmişdir ki, işin materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud deyil. Ərizəçi tərəfindən "xxxx" MMC və Qanuni nümayəndə qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi barədə iddianın irəli sürməsi isə onun "xxxx" MMC-nin kreditoru olması anlamına gəlmir. Çünki həmin iddiaya mahiyyəti üzrə baxılması davam edir və "xxxx" MMC-dən Ərizəçi xeyrinə pul vəsaitinin tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Eyni zamanda nəzərə alınır ki, Ərizəçi "xxxx" MMC və Qanuni nümayəndə qarşı borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi barədə iddiaya qarşı cavabdehlər tərəfindən müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia irəli sürülmüşdür. Bundan başqa, hazırda Ərizəçi tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetinə hər hansı hüquqları mövcud deyil və ümumiyyətlə tərəflər arasında olan kredit və ipoteka münasibətlərinə aidiyyatı müəyyən edilmir.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cavabdehin qanu ni təmsilçisinin digər məhkəmə mübahisəsinin gedişində verdiyi izahata istinad etməsini əsassız hesab edərək, mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə həmin izahata istinad edərək tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə və ipoteka predmeti olan daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmasına şübhə ilə yanaşmışdır. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyata görə isə həmin daşınmaz əmlak cavabdeh "xxxx" MMC-nin mülkiyyətindədir və İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni MM-in 139.1, 385.1, 386, 442, 443.1, 448.1, 739, MPM-in 9.1, 9.3, 52.3, 52.5, 191.1, 191.2, 261.0.5, 262.4, 384.0.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya məhkəməsinin qərardadı 2022-ci il 24 fevral tarixində işdə iştirak edən şəxslərin elektr on kabinetlərində yerləşdirilmişdir.

31. Üçüncü şəxs Ərizəçi (vəkili Vəkil4 və Nümayəndə2 tərəfindən tərtib edilmiş) tərəfindən 2022-ci il 5 mart tarixində kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

32. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinin tələbləri pozulmuşdurəgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yer inə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Eyni normalar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-48-ci maddələrində də nəzərədə tutulmuşdur.

33. MM-in 273-cü maddəsinin tələbləri pozulmuşdur- girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Pozuntunun ifadə olunduğu hissə- məhkəmə kollegiyasının barışıq sazişini təsdiq etməsi tərəflər arasında olmayan “mübahisə”nin 3-cü şəxslərin maraqları nəzərə alınmadan “həll” edilməsi kimi qiymətləndirilməməli, əslində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən mənimsənilməsinə məhkəmə tərəfindən qanuni don geyindiri lməsi kimi qəbul edilməlidir.

34. MPM-nin 52.3 və 52.5-ci maddələrinin tələbləri pozulmuşdur- MPM-in 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 35.“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununda (8-10-cu mddələri) və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun un 8-ci maddəsinə görə, ümumiyyətlə, əgər tərəflər arasında mübahisə yoxdursa, məhkəmə olmayan mübahisəni həll edə bilməz. Digər tərəfdən barışıq sazişi digər şəxslərin, habelə mülki dövriyyənin sabitliyinə, mənafeyinə zidd olmamalıdır. Hazırki halda, məhkəmə tərəflər arasında olmayan və heç bir halda sübut edilməyən formal kredit münasibətlərinə dair mübahisəni həll etməklə, qanunvericilikdə - “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununda (8-10cu maddələr) və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda (8-ci maddə) nəzərdə tutulmuş şəkildə Azərbaycan Respublikası ərazisinə daxil olmayan pul vəsaitinin ölkədən çıxarılmasına səbəb olma qla məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. 36. “İddiaçı” səlahiyyətli nümayəndəsi Shokr X4 həmçinin "xxxx" MMC-nin 100 % təsis payına sahib Cavabdeh1 MMC-nin səlahiyyətli nümayəndəsi, təsisçisi və direktoru olmuşdur. Bu isə o ehtimalı yaradır ki, “İddiaçı” (səlahiyyətli nümayəndəsi Shokr X1 şəxsində) tərəfindən təsis edilmiş digər müəssisə vasitəsilə, bank qarşısında “kredit öhdəliyi” yaranmış və “ipoteka qoyan” kimi çıxış edən "xxxx" MMC-nin təsis paylarının alınmasında maraqlı olmuş, dolayısıyla özü-özünə kredit vermiş (həmçinin nəzərə alınmalıdır ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin bank hesabına kredit vəsaiti daxil olmamışdır) və kredit verdiyi borclunun əmlakını, dolayısıyla özünün təsis etdiyi müəssisənin təsisçisi olduğu hüquqi şəxsin əmlakını ipoteka ilə yüklü e tmişdir. Bu isə kifayət qədər şübhəli maliyyə əməliyyatdır.

37. Hazırki vəziyyətdə cavabdeh ilə iddiaçının eyni şəxslər olması bir çox halda öz təsdiqini tapır. Əvvəla, iddiaçı “İddiaçı”nın məhkəmədə təmsil olunması və iddia ərizəsinə imza etmək səlahiyyətinin verilməsini, bankın səlahiyyətli nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş etibarnamə əsasında Vəkil3 həyata keçirir. Maraqlıdır ki, Nümayəndə1 cavabdeh "xxxx" MMC-nin 100 % təsis payına sahib Cavabdeh1 MMC-nin təsisçisi və direktorudur, eyni zamanda hazırki iddia ərizəsi imzalanarkən, Cavabdeh1 MMC-nin özü də iş üzrə cavabdeh olmuşdur. Buradan belə aydın olur ki, iddiaçı cavabdehə cavabdehin (yəni özünün) məhkəməyə verilməsi üçün iddiaçını təmsil etmək səlahiyyəti vermişdir. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir.

38. İ kincisi, qərardaddan da görünür ki, cavabdehlər “barışıq sazişi” ilə iddianı tam “etiraf” etmişlər, iddiaçı “İddiaçı”nın bütün tələblərini qəbul etmişlər, bununla da guya ki, “barışmışlar”. Halbuki, əgər tərəflər arasında mübahisə yox idisə və “İddiaçı”nın iddia tələbi qeyd-şərtsiz qəbul ediləcəkdisə, bu zaman məhkəmədə iddia qaldırılmasına lüzum yox idi, qeyd edilən “mübahisə” məhkəmədən kənar notarial əqd formasında da həll oluna bilərdi. Başqa sözlə, əslində iddiaçı və cavabdeh tərəf süni “məhkəmə mübahisəsi” yaradaraq, həmin “mübahisəni” “sülh” yolu ilə həll edərək, gələcəkdə preyudisial əhəmiyyətli məhkəmə aktı əldə etməyə çalışmış, bununla da nə qədər kobud səslənsə də məhkəmədən aralarındakı formal “kredit münasibətlərinə” “qanuni don geyindirmək” məqsədilə “istifadə etmişlər”. Halb uki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hələ 2020-ci il 24 sentyabr tarixli, 2-2(103)-518/2020 saylı qərardadı ilə tərəflər arasında barışıq sazişi ləğv edilərkən, məhkəmə kollegiyası göstərmişdir ki, barışıq sazişinin formallığı, mahiyyəti, hansı məqsəd daşıdığı araşdırılmalı, üçüncü şəxslərin hüquq və mənafelərini pozub-pozmaması ilə bağlı məsələlər aydınlaşdırılmalıdır.

39. Üçüncüsü, baxmayaraq ki, iddia tələbi təmin edilməmişdir, başqa sözlə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mənafeyinə tam uyğundur, cavabdeh tərəf həmin qətnamədən apelyasiya şikayəti verir və iddianın təmin edilməsini xahiş edir. Bu isə tam absurd olmaqla, analoji məhkəmə təcrübəsinə ziddir, çünki, mülki prosessual qanunvericilik məhkəmə aktı qanunla qorunan maraqlara zidd olduğu halda şikayət vermək hüququnu təsbit etmişdir. Maraqlıdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaməsini ləğv etsə də, apelyasiya şikayətlərinə münasibət bildirməmiş, şikayətlərin təmin edilib-edilməməsi barədə qərardadda qeyd aparmamışdır.

40. Həmçinin o da nəzərə alınmalıdır ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-139/2022 saylı, 2022-ci il 15 fevral tarixli qərardadından (icraata xitam verilməsi barədə) Ərizəçi kassasiya şikayəti vermək hüququ vardır. Baxmayaraq ki, məhkəmə kollegiyasının eyni tarixli və eyni saylı digər bir qərardadı ilə Ərizəçi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində prosesdə iştirakına xitam verilmişdir, nəzərə alınmalıdır ki, həmin qərardad qanuni qüvvəsini almamışdır, həmçinin dərhal qüvvəyə minən qərardad ka teqoriyasına aid deyildir (ümumiyyətlə, qeyd edilən qərardadın qəbul edilməsi MPM-lə tənzimlənmir, qanunsuzdur), bu isə həmin qərardadın hazırki iş üzrə imperativ qayda müəyyən etməsini əngəlləyir, eləcə də həmin qərardad tərəfimizdən ayrıca kassasiya şikayəti qaydasında mübahisələndirildiyindən, hazırki qərardaddan şikayət vermək hüququnu məhdudlaşdıra bilməz. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

41. Cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayətinə dair məhkəməyə etiraz ünvanlanmış, lakin həmin etirazda üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsinin prosessual iştirakçılığa xitam verilməsi barədə 2022-ci il 15 fevral tarixli qərardadından verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirilmişdir. Həmin kassasiya şikayəti isə, Ali Məhkəmənin Kommersiya Koll egiyasının 2-2(102)-287/22 nömrəli, 2022-ci il 13 aprel tarixli qərardadına əsasən qeyri-mümkün hesab edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. 44.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüq uq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 45.Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəllənin müvafiq “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

5. Məhkəmədə mül ki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. 5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər. 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər”. “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cav abdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi... 191.4. Məhkəmə iddiaçı nın iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır.....” İV.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. İşin materiallarından göründüyü kimi, hazırki iddianın predmetini tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir.

47. Apellyasiya instansiyası məhkəməsi həmin tələb üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsindən birinci instansiya məhkəməsinin imtinasını və iddianın rədd edilməsi ilə bağlı nəticəsini əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, tərəflər kredit və ipoteka müqavilələrinin bağlanmasını, kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin yaranmasını təsdiq edirlər. Kredit müqaviləsi üzrə pul vəsaitinin cavabdehə və ya onun xahişi ilə podratçı şirkətlərə ödənilməsi işdə olan sənədlərlə müəyyən edilir. Hə mçinin nəzərə alınmışdır ki, tərəflərin razılaşması ilə kredit müqaviləsi üzrə pul vəsaiti xarici hüquqi şəxslər olan podraçı təşkilatlara ödənilsə də, hazırda həmin vəsait hesabına ünvan 2 ünvanında 24 mərtəbəli, 2 girişli yaşayış binası inşa edilmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

49. Belə ki, MPM-nin 4.1, 5.1-5.4 və 52-ci maddələrinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 08 may, 2011-ci il 20 may tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelərə görə dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. İş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır. İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 50.Prosessual Qanunun § 47-də istinad olunan normaları bütun fiziki və hüquqi şəxslərin pozulmuş hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması məqsədilə məhkəmə müdafiəsi hüququndan istifadəni, məhkəməyədək artıq mövcud olan mübahisənin məhkəmə araşdırması zamanı barışıq yolu ilə həll edilməsini nəzərdə tutur.

51. Baxılan iş üzrə işin materiallarından tərəflər arasında iddia tələbi üzrə hər hansı mübahisənin olması müəyyən edilmir.Tərəflər arasında mübah isənin olmaması isə iddia icraatını istisna edir. İşin materiallarından görünür ki, məhkəmə araşdırmaları zamanı, iddiaçını və cavabdehi eyni nümayəndələr təmsil etmiş (İ cild i.v 177, İİ cild i.v 106), məhkəməyədək tərəflər arasında mübahisənin olmasına, kredit müqaviləsi üzrə borcalan olan cavabdehin öhdəliklərinin icrasından imtina etməsinə dair sübutlar təqdim edilməmiş, işin məhkəmədə başlandığı vaxtdan etibarən, cavabdehlər tələb üzrə hər hansı etiraz bildirmədən barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciətlər ünvanlamışlar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə almamış, mülki dövriyyədə müəyyən rekvizitlərə malik tərəflərin məhkəmədənkənar qaydada barışıq sazişi bağlamamalarının səbəblərinə aydınlıq gətirmədən və prosessual hüquqi baxımdan qarşı tərəflər olan iddiaçı və cavabdehin həm məhkəməyədək, həm də məhkəmə prosesi dövründə eyni mövqeydən çıxış etmələrinə, iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin xeyrinə məhkəmə aktı qəbul edilmiş cavabdeh tərəfindən də mübahisələndirilərək, apellyasiya şikayəti verilməsinə düzgün hüquqi qiymət vermədən barışıq sazişini təsdiq etməklə MPM-nin 4 və 52-ci maddəsinin tələblərinə zidd nəticəyə gəlmişdir.

52. Bundan əlavə MPM-in 52.5-ci maddəsi tərəflər arasında barışıq sazişinin məhkəmə tərəfindən qəbul edilməsini istisna edən iki halı müəyyən etmişdir: 1) bu hərəkətlər qanuna zidd olarsa; 2) həmin hərəkətlər hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa.

53. Birinci halla bağlı nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı qeyri-rezident, cava bdehlər isə rezident hüquqi şəxslərdir. İddia tələbinin Azərbaycan Respublikasının rezidenti olan hüquqi şəxslərin xarici hüquqi şəxsdən kredit müqaviləsi üzrə aldıqları iddia olunan 48.734.005,73 avro miqdarında xarici valyutanın, müvafiq faizlərlə birlikdə qaytarılmasından ibarət olması nəzərə alınarsa, sözügedən barışıq sazişinin qanuna zidd olub-olmamasının yoxlanılması baxımından ilk növbədə iddia olunan miqdarda pul vəsaitinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq ölkə ərazisinə daxil olub-olmamasına hüquqi qiymət verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddianın təmin olunması və ya barışıq sazişinin təsdiq olunması yolu ilə müvafiq vəsaitin qeyri-rezident hüquqi şəxsə qaytarılması, həmin vəsaitin son nəticədə ölkə ərazisindən çıxarılacağını istis na etmir.

54. Belə ki, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir ( “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi). 55. “Mərkəzi Bank” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank ol mayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir.

56. Azərbaycan Respublikası Mərkəzi Bankının 2016-cı il 3 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydaları”na əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər. 57.Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödəni lməsi qənaətinə gəlsə də, iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar qətnamədə ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir. Bununla da qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuşdur. 58.İşin qeyd olunan halı ilə bağlı birinci intansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materia llarına əsasən müəyyən edilmir.

59. Apellyasiya instansiyası məhkəməsi iddia olunan pul vəsaitinin iddiaçı tərəfindən kredit vəsaitinin verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim edilən «maliyyə sənədi» adlandırılan sənədlərin ziddiyyətli olmaqla, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumiqəbul edilmiş sənədlər olmaması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmamış, hesab etmişdir ki, həmin sənədlər İran İslam Respublikasının Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilmişdir.

60. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən maliyyə sənədlərinin müvafiq qaydada leqallaşdırılması, həmin sənədlərin yalnız formasına dair tələb olmaqla, məzmunu ilə bağlı zəruri qiymətləndirmənin aparılmasını istisna etmir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin məzmunu, hazırki kredit münasibətlərinə aidliyi ilə bağlı tələb olunan qiymətləndirməni aparmamış və MPM-nin 81 və 88-ci maddələrinin tələblərini pozmuşdur.

61. Sözügedən maliyyə sənədlərinin hazırki işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaiti cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 09 yanvar tarixli qərardadından aydın o lur ki, «"xxxx" MMC-nin 115 Yol İnşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunmamış qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir.

62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin yeni apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsinin valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinə uyğun olub-olmaması, eləcə də iddia olunan vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olub-olmaması yoxlanılmaqla hüquqi qiymət verilməlidir.

63. Müvafiq barışıq sazişinin üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması məsələsinə gəldikdə, hazırki iş üzrə barışıq sazişinin təsdiq edilməsinə dair biri nci instansiya məhkəməsinin 2020-ci il 06 fevral tarixli qərardadı maraqlarına toxunan Ərizəçi tərəfindən mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi Ərizəçi şikayətinin işin tam araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi və prosessual qanunvericiliyin tələblərinin pozulması barədə şikayətinin dəlilləri ilə razılaşmış və birinci instansiya məhkəməsinin barışıq sazişinin təsdiqinə dair 2020-ci il 06 fevral tarixli qərardadını ləğv etmişdir.

64. İşin materiallarından göründüyü kimi, Ərizəçi, birinci instansiya məhkəməsinin 2021-ci il 02 mart tarixli protokol qərardadına əsasən üçüncü şəxs qismində işə cəlb edilmişdir (İİ cild i.v 48).

65. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən barışıq sazişi təsdiq edilməklə yanaşı, Ərizəçi hazırki iş üzrə üçüncü şəxs ki mi prosessual iştirakına xitam verilməsinə dair qərardad qəbul etmişdir.

66. Həmin qərardaddan müstəqil şəkildə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmasa da, məhkəmə kollegiyası MPM-nin 395.2 və 415-2-ci maddəsinin tələblərini rəhbər tutaraq, hazırda baxılan kassasiya şikayətinin dəllləri həddində (bax yuxarıda §38) həmin qərardadla həll edilən məsələ üzrə də qiymətləndirmənin aparılmasını zəruri hesab edir.

67. Qeyd olunmalıdır ki, MPM Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə icraatın qaydasını müəyyən edir (MPM-nin 1-ci maddəsi). Həmin Məcəllədə məhkəmə tərəfindən üçüncü şəxs qismində işdə iştiraka cəlb edilmiş şəxsin prosessual iştirakçılığına xitam verilməsinə dair qərardadın qəbul edilməsi nəzərdə tutulmamışdır.

68. Bu baxımdan mə hkəmə kollegiyası Ərizəçi üçüncü şəxs qismində prosessual iştirakçılığına xitam verilməsi ilə bağlı apellyasiya instansyası məhkəməsinin mövqeyini MPM-nin 57-ci maddəsinin tələblərinə uyğun hesab etməmiş və sonuncunun üçüncü şəxs qismində verdiyi hazırki kassasiya şikayətinin baxılmasını mümkün hesab etmişdir.

69. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, üçüncü şəxs Ərizəçi Sumqayıt şəhər məhkəməsində cavabdehlər "xxxx" MMC və X2rşı hazırki iş üzrə barışıq sazişinin predmetini təşkil edən, tərəflər arasında bağlanmış 2017-ci il 28 dekabr tarixli, 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesb edilməsi, həmin ipoteka müqaviləsinin predmetini təşkil edən mübahisəli yaşayış binasının yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə idd ia qaldırmış və həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir.

70. Mülki qanunvericiliyin tələblərinə görə girov və ipoteka girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (MMnin 269.1 və 140-cı maddələri). Ona görə də, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır.

71. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin qaldırdığı, ipoteka müqaviləsinin etibarsızlığı tələbinə, müstəqil iddia tələbi çərçivəsində hüquqi qiymət verilməsi tələb olunur.

72. Apellyasiya qayd asında baxılarkən, məhkəmə üçüncü şəxsin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetinə hər hansı hüquqlarının mövcud olmamasını əsas götürmüş, hazırki iddia tələbi ilə üçüncü şəxsin qaldırdığı ipoteka müqaviləsi və həmin müqaviləyə əsasən aparılmış qeydin etibarsızlığına dair tələblər arasında bağlılığın olub-olmamasına hüquqi qiymət verilməmişdir.

73. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə barışıq sazişinin təsdiq edilməsinə dair qərardadı maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməlidir.

74. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə 2022-ci il 15 fevral tarixli 2-2(103)139/2022 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar