Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-279/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı “X5” Firmasının cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınması müqaviləsi və öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “X5” Firmasının cavabdeh X3 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-i il 8 yanvar tarixli 2-2(103)-110/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmı şdır. İşin halları 1. "xxxx" Firması ilə cavabdeh X4 arasında “Daşınma xidmətlərinin göstərilməsi haqqında” BYD0106/23 nömrəli 2023-cü il 2 yanvar tarixli müqavilə (bundan sonra – “daşınma müqaviləsi”) tərtib edilmişdir. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən sifarişçi (qum və çınqıl daşınması_ xidmətlərinin göstərilməsini sifariş verib və icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada daşıma xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. - 7-ci bəndinə əsasən materiallar (qum-çınqıl) Salyan rayonu, Bəhramtəpə kəndində yüklənilirək Neftçala rayonu, Bankə qəsəbəsinə daşınır və bir reysin qiyməti 350 manat təşkil edir.
2. Müqaviləyə 1 saylı əlavə olan razılaşmaya əsasən göstərilmiş xidmətin dəyəri 2023-cü il 1 iyul tarixə 13.650 manat müəyyən e dilmişdir.
3. Müqavilə və əlavə nə iddiaçı, nə də cavabdeh tərəfindən imzalanmamışdır. 4. 2023-cü il 20 iyul tarixli, EBDK308453 saylı e-qaimə əsasən X4 tərəfindən "xxxx" Firmasına 13 650 manat dəyərində qum-çınqıl daşınması xidmətinə görə e-qaimə göndərilmişdir. 5. 2023-cü il 20 iyul tarixli 619740 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" Firması tərəfindən X2 hesabına 13 650 manat məlbəğində müqavilə üzrə ödəniş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat 6. "xxxx" Firması (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 (bundan sonra – “cavabdeh”) 13 650 manat və ödənilmiş 131 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarında göstərilənlər (b ax §1-6) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin iddiaçı qarşısında 13 650 manat pul vəsaiti miqdarında borcu yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə 2024-cü il 13 may tarixli Pretenziya məktubu göndərilərək 13 650 manat məbləğində borc pul vəsaitinin 7 gün ərzində qaytarılması xahiş olunmuşdur. Lakin cavabdeh qeyd olunan borc pul vəsaitini geri qaytarmamışdır.
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə onun arasında heç bir müqavilə bağlamayıb, onu, ümumiyyətlə, tanımır. Mübahisəli pul vəsaitləri cavabdehin tanışı Əlləzovun təşəbbüsü ilə onun bank hesabı üzərindən keçirilib və sonradan iddiaçıya qaytarılıb. Cavabdeh yalnız VÖEN və hesab təqdim edib, lakin xidmət göstərməyib və vəsaitlərə sərəncam verməyib. Təqdim edilən m üqavilədə cavabdehin imzası mövcud deyil.
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3871/2024 nömrəli 2024-cü il 30 sentyabr tarixli qətnaməsi ilə iddia təmin olunaraq cavadehdən 13650 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 131 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – G.Namazova).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, cavabdeh tərəfindən iddiaçıya e-qaimə göndərilməsi və həmin qaimədə göstərilən məbləğin iddiaçı tərəfindən cavabdehin bank hesabına ödənilməsi tərəflər arasında faktiki daşıma xidmətlərinə dair münasibətin formalaşdığını təsdiqləyir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin hesabına köçürülmüş vəsait müqabilində xidmət göstərilməmiş və bu hal tərəflər arasında mübahisə doğurmamış dır. Cavabdehin həmin məbləğin sonradan iddiaçıya geri qaytarıldığına dair təqdim etdiyi etiraz isə sübutlarla təsdiqlənmədiyindən əsaslı hesab edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh öhdəliyini icra etmədiyindən iddiaçının ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır və bu səbəbdən iddia təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 427.3, 442, 443.1, 448.1, 850.1, 850.2, 851 və 852.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasın ı xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-i il 8 yanvar tarixli 2-2(103)-110/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Mahmudova, hakimlər – Z.Şirinov və E.Həsənov).
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş e-qaimə və həmin qaimə üzrə aparılmış bank ödənişi tərəflər arasında daşıma xidmətləri üzrə hüquqi münasibətlərin formalaşdığını göstərir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya heç bir xidmət göstərilmədiyi halda, ödənişin edilməsi vəsaitin əsassız qalmasına s əbəb olmuşdur. Cavabdehin təqdim etdiyi etiraz – vəsaitin geri qaytarılması barədə iddiası sübutlarla təsdiqlənməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, daşıma müqaviləsinin yazılı formada bağlanması qanunvericilikdə mütləq şərt kimi nəzərdə tutulmamışdır. Tərəflərin iradə ifadəsi və e-qaimə əsasında formalaşan hüquqi münasibətlərin mövcudluğu sübutlarla təsdiqlənmişdir. Cavabdehin öz imza vasitələrini və maliyyə sənədlərini üçüncü şəxsə verməsi, həmin əməliyyatların nəticələrinə görə məsuliyyətdən yayınma əsası deyil. Əksinə, bu cür davranışla bağlı yaranan risk və məsuliyyət onun üzərində qalır. Məhkəmə üçüncü şəxslərin bu mübahisəyə hüquqi əlaqəsinin müəyyən edilmədiyi qənaətinə gəlmişdir.
16. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiyanın gəldiyi nəticə ilə razıl aşmış və apellyasiya şikayətində göstərilən dəlilləri formal və əsassız hesab edərək qətnaməni qüvvədə saxlamışdır.
17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 324.1, 385.1, 386.1, 387.3, 425.1, 425.2, 850.1 və 851-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. MM-in 850.1 və 850.2-ci maddələri üzrə - cavabdeh bildirir ki, tərəflər arasında daşınma xidmətlərinə dair etibarlı müqavilə mövcud deyil. Məhkəməyə təqdim olunan müqavilədə nə cavabdehin, nə də iddiaçının imzası yer almamış, bu isə onun formal xarakterli olduğunu və tərəflər arasında heç bir hüquqi münasibətin formalaşmadığını göstərir. Müqavilə münasibətlərinin yaranması üçün tərəflərin qarşılıqlı və konkret iradə ifadəsi zəruridir. Hazırkı iş üzrə bu cür iradə ifadəsinin mövcud olmaması, habelə mübahisəyə səbəb olan borcun hər hansı real xidmət qarşılığında yaranmaması cavabdeh barəsində tələbin əsassızlığını göstərir. Daşıma xidmətləri üzrə məsul şəxs – üçüncü şəxs vəfat etdiyinə görə iddia faktiki olaraq hüquqi əsas olmadan cavabdehə yönəldilmişdir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası bu halları nəzərə almadan tələbi təmin etməklə hüququn tətbiqində səhvə yol vermişdir.
20. MM-in 385.1-ci maddələri üzrə - məhkəmənin qətnaməsini (Cavabdehin iddiaçı qa rşısında hər hansı bir öhdəlik daşıdığını və onu yerinə yetirmədiyi üçün məsuliyyət daşıması iş üzrə əldə olunan mötəbər sübutlarla təsdiq olunmamışdır) əsassız hesab edən cavabdeh qeyd etmişdir ki, məhkəmə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Aralarında olan müqaviləni cavabdeh imzalamamış, cavabdeh hər hansı iş görəcəyi ilə əlaqədar üzərinə öhdəlik götürməmişdir.
21. MM-in 442, 443.1 və 448.1-ci maddələri üzrə - hazırkı iş üzrə əldə olunan sübutlar onu deməyə əsas verirmişdir ki, tərəflər arasında hüquqi qüvvəyə malik hər hansı bir müqavilə olmadığından, tərəflərin bir birilərinin qarşısında hüquq və öhdəlikləri də mövcud deyildir, bu səbəbdən hazırkı iş üzrə məhkəmənin cavabdehin iddiaçı qarşısında öhdəliyin məzmunu ilə müəyyən edilmiş şərtləri pozduğu qənaətinə g əlməsi hazırkı iş üzrə sübutları düzgün qiymətləndirməməsinin və qeyd olunan maddi hüquq normasının düzgün tətbiq edilməməsinin göstəricisidir.
22. MPM-in 14.2, 77.1, 88, 417.1.4 və 418.1-ci maddəsi üzrə - qeyd edilən normanı pozmaqla məhkəmə işə birtərəfli qaydada baxmış, sübutları düzgün qiymətləndirməmiş və qətnaməni qeyri - obyektiv və qərəzli olaraq cavabdehin zərərinə səbəb olan əsaslarla qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir....” “Maddə
385. Öhdəlik an layışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
387. Öhdəliyin tərəfləri... 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhd əliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
850. Yük daşınması müqa viləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə
851. Yük göndərən və yük alan. Daşıyıcı Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə m alik olan fiziki və ya hüquqi şəxsdir.”
27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 29. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
31. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin e dilməməlidir.
33. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-i il 8 yanvar tarixli 22(103)-110/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.