Məhkəmə qərarları › İş №2-2(102)-28/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-28/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-28/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Əsgər oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), icarə haqqı tələbi, icarə müqaviləsinin ləğvi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh Əsgər oğluna qarşı “ müqavilənin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-805/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında 1 mərtəbəli tikililər və mansardada yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2– mansarda) ümumi sahəsi 253,6 m2 təşkil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyri-yaşayış sahəsi dövlətin mülkiyyətindədir.

2. Bu barədə daşınmaz dövlət əmlakın registrində kod 68, ***-*******3 nömrəsi ilə qeydiyyat aparılmışdır.

3. İcarəyəverə n Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh Əsgər oğlu arasında 2022-ci il 1 aprel tarixli 2153 nömrəli “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlanmışdır.

4. Həmin müqaviləyə əsasən icarəyəverənin 2022-ci il 1 aprel tarixli 64 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında 1 mərtəbəli tikililər və mansardada yerləşən (158,6 m2 – 1 mərtəbəli tikililər, 98 m2 – mansarda) ümumi sahəsi 253,6 m2 təşkil edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına Respublika stadionun balansında olan qeyriyaşayış sahəsini xidmət məqsədilə Cavabdeh Əsgər oğlunun istifadəsinə verməyi öhdəsinə götürmüşdür.

5. Həmin müqa vilənin: - 2.1-ci bəndinə əsasən, bir aylıq icarə haqqı 3.200 manatdır. - 8.1-ci bəndinə əsasən, icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “icrarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv olunur. - 8.4-cü bəndinə əsasən, müqaviləyə xitam verildikdən sonra icarəçi icarəsində olan sahəni icarəyə verənə qaytarmağa borcludur. 6. 2023-cü ildə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh Əsgər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə 17.633 manat və mediasiya ilə bağlı ödənilmiş 100 manat, cəmi 17.733 manat məbləğində vəsaitin iddiaçının hesabına kö çürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Eyni zamanda, Cavabdeh Əsgər oğlu ilk iddia ilə birgə baxılması üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsində etibarsız sayılması, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsinin icarə haqqı hissəsindəki məbləğin, daha əvvəl bağlanmış xx.xx.2019-cu il tarixli 11251 nömrəli icarə müqaviləsində olduğu kimi, aylıq 700 manat məbləğə dəyişdirilməsi, xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə icarə haqqının ödənilmədiyi tarixdən hazıradək olan müddət üçün aylıq 700 manatdan hesablaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-517/2023 nömrəl i qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh Əsgər oğlundan xx.xx.2022-ci il tarixli 2153 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə yaranmış 17.632,57 manat, mediasiya ilə bağlı ödənilmiş 100 manat cəmi 17732,57 manat məbləğində vəsaitin tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına köçürülməsi və Cavabdeh Əsgər oğlunun qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – iddiaçı) Cavabdeh Əsgər oğluna (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 m2 (158,6 m2 – 1 mərtəbəli tikililər, 98.0 m2 – mansarda) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2022-ci il 1 aprel tarixli 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən 2023-cü il 1 may - 2024-cü il 31 mart dövrləri üzrə ödənilməli olan 19.035,22 manat vəsaitin iddiaçının xeyrinə tutularaq (VÖEN **********) onun hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci il 1 aprel tarixli 2153 nömrəli icarə müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 m2 qeyri-yaşayış sahəsi cavabdehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamışdır. Cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Cavabdehə 2023-cü il 18 dekabr tarixli 3-21-3/2-18968/2023 nömrəli xəbərdarlıq məktubu ilə müraciət olunsa da, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir.

11. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlansa da, icarə sahəsi cavabdehin vəsaiti hesabına müqavilə bağlanmazdan əvvəl inşa olunub və hazırda da cavabdehin sahiblik və istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinin dəyişdiril məsi ilə bağlı müraciət edilsə də, həmin müraciət cavabsız qalmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 iyun tarixli 2-2(113)-2548/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək: - iddiaçı və cavabdeh arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 m2 (158,6 m2 – 1 mərtəbəli tikililər, 98.0 m2 – mansarda) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2022-ci il 1 aprel tarixli 2153 nömrəli icarə müqaviləsinin ləğv olunması; - Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən 253,6 m2 (158,6 m2 – 1 mərtəbəli tikililər, 98.0 m2 – mansarda) qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinin cavabdehə həvalə edilməsi; - cavabdehdən 19.035,22 manat pulun tutularaq iddiaçıya ödənilməs i və cavabdehdən 147,11 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).

13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliyini uzun müddətdir yerinə yetirmədiyindən, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən icarə müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən, məhkəmə iddia tələbini icarə müqaviləsinin ləğv olunması və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslı hesab etmişdir.

14. Həmçinin, məhkəmə hesab etmişdir ki, cavabdehin 2024-cü il 30 may tarixinə ödənilməli olan icarə haqqı borcu ümumilikdə 36.667,79 manat təşkil edir. Həmin borcun 2023-cü il tarixinə 30 aprel qədər olan hissəsinin (17.632,57 manat) Bakı Kommersiya Məhkəməsi nin 2023-cü il 1 iyun tarixli e-2-2(113)-517/2023 nömrəli qətnaməsi ilə tutulması qət edilmişdir. Bu səbəbdən, məhkəmə icarə haqqı borcunun 2023-cü il 1 may tarixindən 2024-cü il 30 may tarixinədək olan dövr üzrə ümumilikdə 19.035,20 manat tələb edilməsi hissəsində də iddianı əsaslı hesab etmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421.1, 421.2 və 700.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın rədd olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Tofiq Bəhramov” adına stadionu n rekonstruksiyası ilə əlaqədar olaraq, 2011-ci ildə “Marxal” adı altında fəaliyyət göstərən restoran sökülmüş və onun əvəzinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında Nərimanov rayonu, F.X.Xoyski prospekti 98a ünvanında yeni əmlakın inşasına qeyri-rəsmi icazə verilmişdir. İnşaat işlərinin aparılması məqsədi ilə cavabdeh tərəfindən "xxxx" MMC ilə müqavilə imzalanmış və onun şəxsi vəsaiti hesabına müvafiq daşınmaz əmlak inşa edilmişdir. Bundan sonra cavabdehlə iddiaçı arasında 11251 saylı icarə müqaviləsi bağlanmış və aylıq icarə haqqı 700 manat müəyyən edilmişdir. Həmin dövrdə də şəxsi vəsaiti hesabına inşa edilmiş tikiliyə icarə haqqı vermənin əleyhinə olmuş, lakin müqavilə imzalamadan fəaliyyətə başlamağa icazə vermədikləri üçün məcbur olaraq imzalamışdır. Üzərindən bir müddət keçdikdən sonra iddiaçı təşkilat obyektin icarə haqqını əsassız yerə dəfələrlə qaldırmış və kommunal xidmətlərdən obyektin ayrılacağı hədəsi ilə yeni müqaviləni imzalatdırmışdır. Cavabdehin mübahisəli tikiliyə sahiblik və istifadə hüququ mövcuddur və öz hesabına tikilmiş əmlaka görə hər hansı bir icarə haqqı ödəməli deyildir. İş materiallarına əlavə etdiyi müqavilə, təhvil-təslim aktlarından da görünür ki, qeyri-yaşayış sahəsi onun vəsaiti hesabına inşa edilmişdir. Məhkəmə isə həmin sübutlara münasibət belə bildirməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-805/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – İ.İbrahimli və V.Baxışova).

19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə dair qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 1 iyun tarixli qətnaməsində cavabdehin qarşılıqlı iddiasından müəyyən olunana görə, mübahisə predmeti olan icarə müqaviləsinin icarə haqqı hissəsinin etibarsız hesab edilməsi mübahisələndirilmişdir. Həmin mübahisə üzrə cavabdeh hazırkı işdə qeyd etdiyi dəlilləri irəli sürməmiş və əsaslanmamışdır. Eyni zamanda apellyasiya şikayətində mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən onun vəsaiti hesabına inşa olunmasını təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Odur k i, onun qeyri-yaşayış sahəsinə hüququnun olması iş materialları ilə müəyyən edilməmişdir.

20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 399.1, 421.2, 423.1, 424.3, 700.1, 700.2, 704.1 və 706.1-ci maddələrinə və MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Mülki Məcəllənin 146-cı maddəsi üzrə - hazırkı mübahisənin əsasını cavabdehə istifadə hüququ verən icarə müqaviləsi təşkil edir. Qeyd olunan normaya əsasən, daşınmaz əmlaka dair sahiblik və istifadə hüququ əqdin notariat qaydasınd a təsdiq edildiyi andan əmələ gəlir. İş materialında olan və ləğvi tələb olunan icarə müqaviləsi notariat orqanı tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən, həmin müqavilə əsasında yaranmış borcun tələb olunması üçün hər hansı qanuni əsas mövcud deyil.

23. MPM-in 77-ci maddəsi üzrə - cavabdeh mübahisəli müqavilə üzrə icarə obyektinin cavabdeh tərəfindən tikildiyini sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə hansı üsul ilə cavabdehin vəsaiti hesabına tikilmiş özbaşına tikilinin dövlət əmlakı hesab edilməsini, balansa salınmasını və digər məsələləri araşdırmamış, cavabdehin təqdim etdiyi sübutlara hər hansı münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

25. A pellyasiya instansiyası məhkəmə aktını tam yoxlamış, hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.” “Maddə

144. Daşınma z əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.” “Maddə

394. Daşınmaz bağlanması qaydası əşyanın özgəninkiləşdiril məsi barədə müqavilənin Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

9. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.” 28. ”Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

10. Torpaqların icarəyə verilməsinin ümumi qaydaları Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.

29. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə

220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində n müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.” “Maddə

233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən m üəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” “Maddə

392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu; 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər “407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

418. Apellyasiya in stansiyası qərardadının ləğv edilməsinin əsasları məhkəməsinin qətnaməsinin və ya 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

31. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

32. Kassasiya şikayətində istinad edilən Mülki Məcəllənin 146-cı maddəsinin tələblərinin pozulması da müəyyən edilmir.

33. Belə ki, işin mübahisəsiz halına g örə tərəflər arasında daşınmaz əmlakın icarəsi müqaviləsi bağlanmışdır.

34. Mülki Məcəllədə daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən edən xüsusi norma mövcud deyil.

35. Digər normativ hüquqi aktlarda da belə qayda müəyyən edilməmişdir.

36. Yalnız “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsində və Torpaq Məcəlləsinin 56-cı maddəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsi notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.

37. Həmin müddəalar isə torpaqların icarəyə verilməsi barədə müqavilələrə aiddir.

38. Eyni zamanda, qeyd olunan Qanun və Məcəllədə dövlət və bələdiyyə mülkiyyətlərində olan torpaqların icarəyə verilməsi barədə məsələlər də tənzimlənmiş və xüsusi prosedur q aydalardan sonra icarə müqaviləsinin bağlanması müəyyən edilmişdir. Lakin həmin müqavilələrin notariat qaydasında təsdiq edilməsi müəyyən edilməmişdir.

39. Mülki Məcəllənin 139, 144 və 146-cı maddələri isə icarə müqavilələrinə aid deyil.

40. Belə ki, həmin maddələr Mülki Məcəllənin “Əmlak və əşya hüququ” adlı 5-ci fəslinə aid “Əmlak hüquqlarının dövlət qeydiyyatı” adlı 2-ci paraqrafına aiddir.

41. Daşınmaz əmlakın icarəsi müqaviləsi əsasında yaranan hüquqlar isə əşya hüquqlarına aid deyil.

42. Bundan əlavə, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

43. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun anlayışı isə Mülki Məcəllənin 152.4-cü maddəsində göstərilmişdir.

44. Həmin maddənin tələblərinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

45. Lakin əmlakın icarəyə verilməsi onun hüquqi müqəddəratını təyin etmək anlamına gəlmir. Çünki əmlakın icarəyə verilməsi yalnız ona sahiblik və istifadə edən şəxsin tam və ya qismən dəyişməsinə səbəb olur, bilavasitə əmlakın hüquqi müqəddəratı isə dəyişməz qalır.

46. Mülki Məcəllənin 394-cü maddəsi də daşınmaz əmlakın icarə verilməsi müqavilələrinə aid deyil.

47. Belə ki, həmin maddənin tələblərinə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

48. Göründüyü kimi həmin maddədə əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarının verilməsi məsələləri tənzimlənir. Lakin qeyd olunduğu kimi daşınmaz əmlakın icarəsi müqaviləsi əsasında yaranan hüquqlar əşya hüquqlarına aid deyil. 49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsi də daşınmaz əmlakın icarəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsini müəyyən etmir.

50. Belə ki, həmin maddənin tələblərinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.

51. İlk olaraq qeyd edilir ki, həmin Qanun əqdlərin forması ilə bağlı qaydaları müəyyən etmir. Eyni zamanda, hüquqi və ya fiziki şəxslər arasında sadə yazılı formada bağlanılmış icarə müqaviləsi əsasında yaranan icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınmas ını qadağan edən hər hansı norma mövcud deyil.

52. Həmçinin, daşınmaz əmlak üzərində müddəti on bir aydan az olan icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması ümumiyyətlə tələb olunmur.

53. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, yalnız xüsusi mülkiyyətdə olan torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi barədə müqavilələr notariat qaydasında təsdiq edilməlidir.

54. Digər daşınmaz əmlakların icarəyə verilməsi, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə və istifadəyə verilməsi barədə müqavilələrin notariat qaydasında təsdiq edilməsi tələb olunmur.

55. Bu baxımdan kollegiya qeyd edir ki, icarə müqaviləsinin notariat qaydasında təsdiq edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.

56. MPM-in 77-ci maddəsinin tələblərinin pozulmasına istinad etməklə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməməsi ilə bağlı dəlillər də əsaslı hesab edilə bilməz.

57. Belə ki, MPM-in 218.1, 220.4, 392.1.4, 392.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində tərəflərin təqdim etdiyi sübutlara qiymət verilməli və təqdim edilmiş hər hansı sübut rədd edildiyi halda bununla bağlı məhkəmənin dəlilləri göstərilməlidir.

58. Bununla yanaşı, MPM-in 233.3-cü maddəsi sübutetmə predmetinə daxil edilməsini qadağan edən faktları müəyyən etmişdir.

59. Belə ki, həmin maddənin tələblərinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yeni dən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

60. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-517/2023 nömrəli qətnaməsindən müəyyən edilir ki, cavabdeh tərəfindən irəli sürülmüş 01 aprel 2022-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia rədd edilmiş, eyni zamanda həmin müqavilə əsasında irəli sürülmüş icarə borcunun tutulması barədə iddia təmin edilmişdir.

61. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia rədd edilərək həmin müqavilə etibarlı əqd kimi qiymətləndirilmişdir.

62. MPM-in 233.3-cü maddəsi isə həmin faktların və hüquq münasibətlərin in yenidən mübahisə edilməsinə yol vermir.

63. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara münasibət bildirilməməsi ilə bağlı dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Belə ki, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

65. İşin faktiki hallarının tam araşdırılmaması ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, ka ssasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

66. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uy ğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamas ına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, qətnamənin ləğv edilməsinə əsas olan prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxl anılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

68. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əsgər oğlunun kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(103)-805/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar