Məhkəmə qərarları › İş №2-2(102)-280/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-280/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-280/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “A” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 1, cavabdeh 2 və cavabdeh 3-ə qarşı iş üzrə QƏRARI Açar sözlər: alqı-satqı müqaviləsinin, yekun protokolun etibarsız sayılması və ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2020-ci il 18 mart tarixli e-2-2(103)-150/2020 saylı qətnaməsindən ver ilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – “MMC”) ilə Cavabdeh 1-in Naxçıvan MR Baş İdarəsi (bundan sonra – “Bank”) arasında bağlanmış 2009-cu il 24 fevral tarixli girov (ipoteka) müqaviləsindən görünür ki, Bank tərəfindən verilmiş 250.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi ünvan 1-də yerləşən iddiaçıya məxsus bütün növ əmlak və avadanlıqlar dəyəri 450.000 manat olan əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

2. İddiaçı ilə cavabdeh 1 arasında bağlanmış 2009-cu il 2 iyun tarixli girov (ipoteka) müqaviləsindən görünür ki, Bank tərəfindən verilmiş 750.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi ünvan 2-də yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

3. İddiaçı ilə cavabdeh 1 arasında bağlanmış 2009-cu il 2 iyun tarixli girov (ipoteka) müqaviləsindən görünür ki, cavabdeh 1 tərəfindən verilmiş 750.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi ünvan 1-də yerləşən iddiaçıya məxsus bütün növ əmlak və avadanlıqların girov qoyulmasına barədə razılığa gəlmişlər.

4. Bank ilə ipoteka qoyan-X1, X2, X3, X4, X5 və borcalan iddiaçı arasında bağlanmış 2009-cu il 28 dekabr tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan X 6-ya məxsus ünvan 3-də yerləşən mənzil, X1-ə məxsus ünvan 3-də yerləşən mənzil; X2-yə məxsus ünvan 4-də yerləşən mənzil; X3-ə məxsus ünvan 5-də yerləşən mağaza; X 4-ə məxsus ünv an 5-də yerləşən mağaza; X2-ə məxsus ünvan 6-da yerləşən mağaza; X5 və iddiaçıya məxsus ünvan 7-də ünvanında yerləşən ümumilikdə 851.000 manat dəyərində əmlaklar Bank tərəfindən verilmiş 500.000 manat məbləğində kredit və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi qoyulmuşdur.

5. MMC ilə Bank arasında bağlanmış 2010-cu il 24 dekabr tarixli ipoteka müqaviləsindən görünür ki, Bank tərəfindən verilmiş 500.000 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi MMC-yə məxsus qeyri-yaşayış sahəsi, ünvan 8; Nümayəndə məxsus qeyri-yaşayış sahəsi, ünvan 9 (cilidləmə sex – seriya MN № ******* çıxarış); Nümayəndə məxsus qeyri-yaşayış sahəsi, ünvan 10 (sığorta kommersiya şirkəti – seriya MN № ******* çıxarış); Nümayəndə məxsus ünvan 11-də yerləşən torpa q sahələri (seriya MN № ******* çıxarış, seriya MN № ******* çıxarış, seriya MN № 0017561çıxarış, seriya MN № ******* çıxarış) ümumilikdə 802.500 manat dəyərində əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər.

6. Bank ilə ipoteka qoyan-X6, X7, X8 və borcalan MMC arasında bağlanmış 2010-cu il 24 dekabr tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan X6 -ya məxsus fərdi yaşayış evi (ünvan 12); X7-yə məxsus fərdi yaşayış evi (ünvan 13); X8-ə məxsus fərdi yaşayış evi və torpaq sahələri (ünvan 12) (torpaq sahəsi – seriya MN № ******* çıxarış; torpaq sahəsi – seriya MN № ******* çıxarış) ünvanında yerləşən ümumilikdə 500.000 manat dəyərində əmlak bank tərəfindən verilmiş 500.000 manat məbləğində kredit və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi q oyulmuşdur.

7. İşin materiallarına əlavə olunmuş Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsinin (hakim F.Heydərov) 2016-cı il 17 iyun tarixli, 2-2(087)-06/2016 saylı qətnaməsi ilə iddiaçı Bankın iddia tələbi təmin edilərək, cavabdeh MMC-dən 1.984.406,65 manat əsas və 397.739,28 manat faiz borcunun, cəmi 2.382.145,93 manat məbləğində kredit borcunun, bu borcun tam ödənildiyi günədək əsas borca hesablanacaq faizlər və 30 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə kredit borcunun ipoteka ilə yüklü edilmiş, ilkin qiymətləndirmə dəyəri 1.125.000 manat olan, mülkiyyət hüququ MMC-yə məxsus olan, üünvan 15-də yerləşən, ümumi sahəsi 257 kv.m olan, bütün növ əmlak və avadanlıqlar daxil olmaqla qeyri-yaşayış sahəsinə, bazar dəyəri 2.652.000 manat olan, MMC-yə ta m mülkiyyət hüququ ilə məxsus olan, ünvan 16-da 0,0902 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli, 1.797,4 kv.m. ümumi, 913,1 kv.m. əsas, 884.3 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış binasına, ilkin qiymətləndirmə dəyəri 75.000 manat olan, X 1-ə tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 17-də binanın 2-ci girişində, 3-cü mərtəbəsində 85,64 kv.m. ümumi, 61,71 kv.m. yaşayış, 23,93 kv.m. köməkçi sahədən ibarət, 5 otaqlı 21 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 68.000 manat olan, Nümayəndə məxsus olan, ünvan 19-da binada, 55,84 kv.m. ümumi, 37,92 kv.m. yaşayış, 17,92 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 32 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 66.000 manat olan, X 2-yə məxsus olan, ünvan 20-də binada 59,96 kv.m. ümumi, 47,32 kv.m. yaşayış sahəsindən ibarət 3 otaq lı, 2 nömrəli mənzilə, ilkin qiymətləndirmə dəyəri 29.000 manat olan, X6-ya məxsus olan, Naxçıvan şəhərində yerləşən ticarət obyektinin sahəsi 18.0 kv.m. olan bir hissəsinə, ilkin qiymətləndirmə dəyəri 28.000 manat olan, X16 tam mülkiyyət hüququ ilə məxsus olan, Naxçıvan şəhəri, Əlincə məhəlləsində yerləşən 2B nömrəli binanın 1-ci mərtəbəsində 14,3 kv.m. ümumi 14,3 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə (mağaza), ilkin qiymətləndirmə dəyəri 39.000 manat olan, X5 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 22-də kəndində 0,1395 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 40,86 kv.m. yaşayış, 81,88 kv.m. qeyri-yaşayış, 40,26 kv.m köməkçi sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 70.000 manat olan, X6 tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 23-də 0.04 48 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73,22 kv.m ümumi, 45,78 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı, 73 nömrəli fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 5.000 manat olan, Nümayəndə məxsus ünvan 24-də 0,0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 95,7 kv.m. olan, 49 kv.m. əsas, 46,7 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (sığorta kommersiya şirkəti), ilkin qiymətləndirmə dəyəri 30.000 manat olan, Nümayəndə məxsus olan,ünvan 25-də 0,0446 ha torpaq sahəsində yerləşən 41 nömrəli binanın 1-ci mərtəbəsində, ümumi sahəsi 31,8 kv.m. olan, 15,8 kv.m. əsas, 16 kv.m. köməkçi sahədən ibarət olan qeyri-yaşayış sahəsinə (cildləmə sexi) ilkin qiymətləndirmə dəyəri 20.000 manat olan, X2 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 26-da 0,0756 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 58,32 kv.m. yaşayış, 49,08 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 10.000 manat olan, X12 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 31-də 0,1271 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 51,2 kv.m. yaşayış, 17,7 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 10.000 manat olan, X13 tam mülkiyyət hüququ ilə məxsus olan, ünvan 32-də 0,1098 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 65,37 kv.m. yaşayış, 32,5 kv.m. köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə, ilkin qiymətləndirmə dəyəri 15.000 manat olan, MH seriyalı ******* və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən X13 məxsus olan, ünvan 33-də yerləşən kənd təsərrüfatı təyinatlı torpaq s ahələrinə, ilkin qiymətləndirmə 5.000 manat olan MH seriyalı ******59, MH seriyalı ******60, MH seriyalı*******61, MH seriyalı ******* nömrəli çıxarışlara əsasən Nümayəndə məxsus olan, ünvan 30-da yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə yönəldilməsi və həmin əmlaklar açıq hərracda satılıb kredit borcu ödənilməsi qət edilmişdir.

8. Naxçıvan Şəhər İcra Bölməsinin 902 nömrəli icra işindən görünür ki, həmin qurum tərəfindən hərracın keçirilməsi ilə bağlı Naxçıvan MR Auksion Mərkəzinə (bundan sonra – “Mərkəz”) sifariş verilmiş və tələbkar təşkilatın tələbini təmin etmək məqsədi ilə qətnamədə göstərilən əmlakların açıq hərrac vasitəsi ilə satışının təşkil edilməsi xahiş edilmişdir.

9. Mərkəz tərəfindən Banka ünvanlanmış 2016-cı il 24 dekabr tarixli məktubda qeyd edilmişdir ki, Naxç ıvan şəhər İcra Bölməsinin 2016-cı il 1 sentyabr tarixli 902 saylı sifariş məktubuna və Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2016-cı il 10 avqust 2-2(087)-06/2016 saylı tarixli icra sənədinə əsasən ünvanda 0,0906 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli 1.797,4 kv.m ümumi, 913,1 kv.m əsas, 884.3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (MMC); ünvan da yerləşən ümumi shaəsi 257 kv.m olan bütün növ əmlak və avadanlıqları olan qeyri-yaşayış sahəsi; ünvanda 5 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində 85,64 kv.m ümumi, 61,71 kv.m yaşayış, 23,93 kv.m köməkçi sahədə ibarət 5 otaqlı 21 nömrəli mənzil; ünvanda, 0,0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73,22 kv.m ümumi, 45,78 kv.m köməkçi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi; ünvanda yerlə şən, 5 mərtəbəli binada 55,84 kv.m ümumi, 37,92 kv.m yaşayış, 17,92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32m nömrəli mənzil; ünvanda bina 41, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 31,8 kiv.m olan 15,8 kv.m əsas, 16 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (cildləmə sexi) “İpoteka haqqında” Qanunun 42.1 maddəsinə uyğun olaraq 2016-cı il 31 oktyabr tarixdə ilkin və “İpoteka haqqında” Qanunun 43.5 maddəsinə uyğun olaraq 2016-cı il 23 dekabr tarixdə təkrar hərraca çıxarılmışdır, lakin alıcı olmadığından satılmamışdır. İpoteka predmetini “İpoteka haqqında” Qanunun 43.7 maddəsində qeyd olunduğu kimi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı olmayan qiymətə Bank ala bilər. Tələbkar tərəf qismində sifariş verilməsi xahiş edilmişdir.

10. Bankın rəisi Y1 tərəfindən Mərkəzinin direktoru Y 2-yə ünvanlanmış 2017-ci il 19 yanvar tarixli 01/23 nömrəli məktubuna əsasən, Bankın 2016-cı il 24 dekabr tarixli 84 saylı məktubuna cavab olaraq bildirmişdir ki, ipoteka predmeti olan Naxçıvan şəhəri, Nizami küç 0,0906 ha torpaq sahəsində yerləşən 4 girişli, 3 mərtəbəli 1797,4 kv.m ümumi, 913,1 kv.m əsas, 884,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binası (MMC); Naxçıvan şəhəri Nizami küç yerləşən ümumi shaəsi 257 kv.m olan bütün növ əmlak və avadanlıqları olan qeyriyaşayış sahəsi; Naxçıvan şəhərində yerləşən 5 mərtəbəli binanın 2-ci giriş, 3-cü mərtəbəsində 85,64 kv.m ümumi, 61,71 kv.m yaşayış, 23,93 kv.m köməkçi sahədə ibarət 5 otaqlı 21 nömrəli mənzil; Naxçıvan şəhərində 0,0448 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 73,22 kv.m ümumi, 45,78 kv.m köməkçisahədən ibar ət 3 otaqlı fərdi yaşayış evi; Naxçıvan şəhərində yerləşən, 5 mərtəbəli binada 55,84 kv.m ümumi, 37,92 kv.m yaşayış, 17,92 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilə dair Mərkəzin təklifini qəbul etmiş və həmin əmlakları almağa razı olduğunu bildirmişdir.

11. İcra işində olan 2017-ci il 9 fevral tarixli protokoldan və hərracın yekunlar üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Naxçıvan şəhəri İcra Bölməsinin 2016cı il 1 sentyabr tarixli 902 saylı sifariş məktubuna, Naxçıvan MR İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2016-cı il 10 avqust tarixli 2-2(087)-06/2016 saylı icra sənədi və Bankın 2017-ci il 19 yanvar tarixli 01/23 nömrəli məktubuna əsasən MMC-yə məxsus əmlaklar illkin satış qiyməti 4.020.000 manat olan “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsin ə əsasən 25 % satış qiyməti enərək, 2.562.750 manat qiymətləndirilərək Banka satılmışdır. 12. 2019-cu il 29 iyul tarixli 75 nömrəli məktubdan görünür ki, MMC Banka müraciət edərək ipoteka müqavilələrinin xitam edilməsini və ipoteka sənədlərinin qaytarılmasını xahiş etmişdir. 13. 2019-cu il 1 avqust tarixli 76 nömrəli məktubdan görünür ki, MMC Mərkəzin direktoruna müraciət edərək bildirmişdir ki, 2017-ci il 9 fevral tarixli hərracın nəticələri barədə saxta yekun protokolunun, Bankla bağlanmış saxta alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. MMC 2019-cu il 5 avqust tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Banka qarşı, sonradan iddia ərizəsinin həcmini artıraraq, cavabdehlər qismin də həmçinin Mərkəzə, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə (bundan sonra – “Komitə”) iddia ərizəsi ilə müraciət edərək, Mərkəz tərəfindən tərtib olunmuş 2019-cu il 9 fevral tarixli yekun protokolun, protokol əsasında hazırlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması, Komitə tərəfindən 2017-ci il 17 mart tarixdə daşınmaz əmlakın dövlət reyestrində səhvən Bankın adına qeydə alınmış çıxarışların ləğv edilməsi, Bank ilə MMC arasında bağlanmış 2009-cu il 24 fevral tarixli 450.000 manat dəyərində olan ipotekaya, 2009-cu il 2 iyun tarixli 1.125.000 manat dəyərində ipotekaya (Nizami-61A), 2009-cu il 2 iyun tarixli 1.125.000 manat dəyərində olan ipotekaya (Nizami-41), 2009-cu il 28 dekabr tarixli 28/01 saylı 851.000 manat dəyərində olan ipotekaya, 2010-cu il 24 dekabr tarixli 02/01 saylı 802.500 manat dəyərində olan ipotekaya, 2010-cu il 24 dekabr tarixli 24/01saylı 500.000 manat dəyərində olan ipotekaya xitam verilməsi, ipoteka sənədlərinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi yuxarıda §§ 7 və 9-da göstərilmiş hallarla əsaslandırılmışdır.

16. Həmçinin iddia tələbi onunla əsaslandırılmışdır ki, təkrar hərracın baş tutmamış elan edilməsindən təqribən 1 ay yarım keçdikdən sonra (2017-ci il 9 fevral tarixində) Mərkəzlə Bank arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyində n ipotekaya xitam verilməlidir.

17. Komitə diqqətsizlik etmiş və bu 5 əmlakı 2017-ci il 17 mart tarixdə daşınmaz əmlakın dövlət reyestrində səhvən Bankın adına qeydə almışdır. Qanunvericilikdə yalnız iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur.

18. Məhkəmə iclasında Bankın nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, 2016-cı il 31 oktyabr və 2016-cı il 23 dekabr tarixlərində keçirilmiş hərraclar baş tutmadığından Mərkəz 2016-cı il 24 dekabr tarixində ipoteka predmetlərinin alqı-satqısı üçün müqavilə bağlanması barədə Banka təklif göndərmiş, Bank tərəfindən isə 2017-ci il 19 yanvar tarixli cavab məktubu ilə (həmin məktub Mərkəzin məhsul əməkdaşı tərəfindən imzalanmaqla qəbul edilmişdir) ipoteka predmetlərini almağa razı olduğunu b ildirmişdir. 2017-ci il 9 fevral tarixində isə əmlak 2.562.750 manata Bank tərəfindən alınmışdır. Bununla da müəyyən olunur ki, Bank qeyd olunan normaların tələbinə uyğun olaraq 30 gün müddəti ötürmədən, vaxtında ipoteka predmetini əldə etmək üçün Mərkəzə müraciət etmişdir. 19. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli e-2-2(81)1071/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (hakim – Aytən Oruczadə).

20. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, ipoteka qoyan qismində 2009-cu il 28 dekabr tarixli 851.000 manat dəyərində olan ipoteka müqaviləsi üzrə X1, X2, X3, X4, X5 və 2010-cu il 24 dekabr tarixli ipoteka müqaviləsi üzrə X6, X7, X8 çıxış etdiyind ən, ipoteka qoyan MMC olmadığından həmçinin, ümumi dəyəri 802.500 manat məbləğində əmlakların girovu ilə bağlı 2010-cu il 24 dekabr tarixli ipoteka müqaviləsi üzrə isə ipoteka qoyan qismində həmçinin bir sıra əmlaklar üzrə mülkiyyətçi Nümayəndə çıxış etdiyindən iddiaçı qismində MMC-nin həmin ipotekada olmuş əmlaklarla bağlı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

21. Həmçinin məhkəmə hesab etmişdir ki, Mərkəzin təklifi daxil olduqdan sonra 20 təqvim günü ərzində Bank əmlakı əldə etməyə razılıq vermişdir. Bundan əlavə, ipoteka saxlayan kimi MMC-nin nümayəndəsinin hərraclarda iştirak etməməsi yekun protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi üçün əsas deyil.

22. Məhkəmə öz qətnaməsini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu nun (bundan sonra – “İpoteka haqqında” Qanun”) 42.3, 43.6, 43.7, 43.8-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 9.1, 9.3, 77.1, 88, 217.1, 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 28 oktyabr tarixli qərarına (bundan sonra – “KMP-nin 2014-cü il 28 oktyabr tarixli qərarı”) istinad etməklə əsaslandırmışdır.

23. MMC həmin qətnamədən 2019-cu il 24 dekabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya K ollegiyasının 2020-ci il tarixli 18 mart tarixli e-2-2(103)-150/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2019-cu il 12 noyabr tarixli e-2-2(82)-1071/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanımışdır (sədrlik edən – Vüsalə Baxışova, hakimlər – Cahangir Yusifov və İlham Əhmədov).

25. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərdən (bax yuxarıda §§ 16-21) başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunda "əldə edilmə” ifadəsi əldə edilmənin rəsmiləşdirilməsini deyil, hərracda satılmamış ipoteka predmetlərinin əldə edilməsinə ipoteka saxlayanın razılığını ifadə edir. Hazırkı halda bankın əmlakları əldə etməyə razılığı 30 təqvim günü ərzində verildiyindən iddiaçının tələbləri düzgün olaraq məhkəm ə tərəfindən rədd edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 22), habelə MPM-nin 4.1-ci maddəsinə istinad edərək əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

27. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 29 mart tarixində göndərilmişdir.

28. MMC həmin qətnamədən kassasiya şikayəti vermiş (kassasiya şikayəti 2020-ci il 27 iyul tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur), qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. MMC məhkəmə prosesinin gedişi vaxtı faktlar və dəlilləri gətirdiyi, lakin Bank tərəfindən heç bir tutarlı sübut gətirmədiyi halda qətnamə çıxarılmışdır. Bank tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsinin MMC üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaratdığını nəzərə almayan məhkəmə yalnız Bankın razılığına əsaslanmışdır.

30. Kassasiya şikayəti ölkə Konstitusiyasının 12, 25-ci, MPM-nin 9.1, 9.2, 9.3, 88, 418.1, 418.2, 418.3-cü maddələrinə, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

31. Bankın kassasiya şikayətinə dair etiraz ərizəsində bildirlir ki, MMC kassasiya şikayətinin dəlilləri ilə bağlı heç bir əsas qeyd etməmişdir, şikayət forma l mülahizələrə əsaslanır.

32. Etiraz yuxarıda § 18-də göstərilən hallarla əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

33. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanı lacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur. “Maddə

405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri ba rəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.” “Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır....” “Maddə

409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır....”

38. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzər də tutulur: “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi “9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” 39. “İpoteka haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

42. Hərracın keçirilmə qa ydası... 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir....” “Maddə

43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə.... 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. B u Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....”

40. KMP-nin 2018-ci il 28 oktyabr tarixli qərarında aşağıdakılar nəzərdə tutulur: “...“İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməs i nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

41. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarını araşdıraraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ədalətli və əsaslı, kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.

42. Məhkəmə kollegiyası apellyasiya i nstansiyası məhkəməsinin mövqeyi (bax yuxarıda § 25) ilə razılaşraq, həmçinin MM-in 405.1, 405.2, 407.1 və 409.1-ci maddələrinin tələblərinə (bax yuxarıda § 37) əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə Mərkəz (oferent) Banka faktiki olaraq müqavilənin bağlanmasına dair təklif (oferta) vermiş, Bank da (akseptant) bu təklifi qəbul (aksept) edərək həmin müqaviləni bağlamağa razılıq vermiş, buna görə də, həmin müqavilənin bağlanması üçün "İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət (bax yuxarıda § 39) ötürülməmişdir.

43. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətinin təmin olunmasını mümkün hesab etmir. 44.Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 mart tarixli e2-2(103)-150/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar