Məhkəmə qərarları › İş №2-2(102)-280/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-280/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-280/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, icarə müqaviləsi, öhdəliyin pozulması və ya lazımınca icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral ta rixli 2-2(103)-122/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh QSC arasında bağlanmış 2020-ci il 1 oktyabr tarixli alqısatqı müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, “Satıcı” (İddiaçı ASC) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşmada qeyd olunan malları “Alıcı”ya (Cavabdeh MMC) satır, “Alıcı” isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini “Satıcı”ya ödəyir. - 1.2-ci bəndinə əsasən, malların adı, növü, çeşidi, tərkibi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. - 5.1-ci bəndinə müvafiq olaraq, müqaviləyə əsasən “Alıcı” sifariş olunan malların dəyərini “Satıcı”nın təqdim etdiyi hesab -fakturanı və qaimə-fakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. - 5.2-ci bəndinə müvafiq olaraq, mallar “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 10 iş günü ərzində malın dəyərinin 100% həcmdə ödəniş etməlidir.

2. İddiaçı ASC ilə Cavabdeh QSC arasında 2020-ci il 1 avqust tarixli 31/2020 saylı və 2020-ci il 4 avqust tarixli 19/20 saylı icarə müqavilələri bağlanmışdır. 3. 2020-ci il 1 avqust tarixli 31/2020 saylı icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, “icraçı” Teteka Transport” ASC ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnika və ya avadanlıqları “sifarişçi”yə icarəyə verir, sifarişçi Cavabdeh QSC isə onları təyinatı üzrə istifadə edib, “icraçı”ya icarə haqqı ödəyir; - 3.1-ci bəndinə əsasən, icraçı texnika və ya avadanlıqlar üçün ayrıca gündə lik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında görülmüş işlərin təhvil təslim aktı tərtib olunur, imzalanır, möhürlənir; - 3.6-cı bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra növbəti ayın ilk 10 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. 4. 2020-ci il 4 avqust tarixli 19/20 saylı icarə müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, icraçı İddiaçı ASC balansında və istifadəsində olan yük avtomobillərini icarəyə verməyi, öz hesabına sürücülərlə təmin etməyi və sifarişçi Cavabdeh QSC-nin Azərbaycan Respublikası ərazisində işlərini həyata keçirməyi, sifarişçi isə bunun qarşılığında icraçıya icarə haqqı ödəməyi öhdəsinə götürür; - 2.1-ci bəndinə əsasən, tərəflər yük avtomobili üçün aylıq icarə haqqını 4.300 manat (ƏDV daxil deyil) olaraq müəyyən edir; - 2.4-cü bəndinə əsasən, ödəmələr hər növbəti ayın 15-dən 30-dək icraçının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.

5. İcarə müqavilələri üzrə Cavabdeh QSC-yə 22 ədəd aşağıda göstərilən elektron qaimə göndərilmişdir: - 2020-ci il 21 avqust tarixli EBAN seriyalı 872666 nömrəli dəyəri 57.702 manat, - 2020-ci il 21 avqust tarixli EBAN seriyalı 872328 nömrəli dəyəri 10.620 manat, - 2020-ci il 2 oktyabr tarixli EBAQ seriyalı 767860 nömrəli dəyəri 74.773,39 manat - 2020-ci il 2 oktyabr tarixli EBAQ seriyalı 767507 nömrəli dəyəri 30.359,69 manat - 2020-ci il 17 aprel tarixli EBAS seriyalı 657394 nömrəli dəyəri 42.417,46 manat, - 2020-ci il 17 aprel tarixl i EBAS seriyalı 655823 nömrəli dəyəri 2.738,78 manat, - 2020-ci il 19 dekabr tarixli EBAT seriyalı 836273 nömrəli dəyəri 9.555,64 manat, - 2020-ci il 19 dekabr tarixli EBAV seriyalı 107980 nömrəli dəyəri 7.835,20 manat, - 2021-ci il 12 yanvar tarixli EBAW seriyalı 003259 nömrəli dəyəri 4.059,20 manat - 2021-ci il 12 yanvar tarixli EBAW seriyalı 003039 nömrəli dəyəri 16.735,94 manat, - 2021-ci il 15 fevral tarixli EBAX seriyalı 466209 nömrəli dəyəri 18.402,10 manat - 2021-ci il 17 fevral tarixli EBAX seriyalı 467051 nömrəli dəyəri 17.920,66 manat, - 2021-ci il 10 mart tarixli EBAY seriyalı 504273 nömrəli dəyəri 18.520,10 manat, 2021-ci il 10 mart tarixli EBAY seriyalı 503989 nömrəli dəyəri 9.243,73 manat, 2021-ci il 18 mart tarixli EBAY seriyalı 934177 nömrəli dəyəri 4.603,18 manat, 2021 -ci il 18 mart tarixli EBAY seriyalı 933950 nömrəli dəyəri 3.177,74 manat, 2021-ci il 5 aprel tarixli EBAZ seriyalı 635622 nömrəli dəyəri 12.465,13 manat, 2021-ci il 5 aprel tarixli EBAZ seriyalı 635266 nömrəli dəyəri 10.157,05 manat, 2021-ci il 5 may tarixli EBBB seriyalı 236860 nömrəli dəyəri 13.784,37 manat, 2021-ci il 5 may tarixli EBBB seriyalı 236471 nömrəli dəyəri 5.235,27 manat, 2021-ci il 8 iyun tarixli EBBC seriyalı 952060 nömrəli dəyəri 10.224,70 manat, 2021-ci il 8 iyun tarixli EBBC seriyalı 951339 nömrəli dəyəri 4.465,12 manat.

6. Cavabdeh QSC tərəfindən İddiaçı ASC-yə icarə və alqı-satqı müqaviləsi üzrə ümumilikdə 292.125,43 manat ödəniş edilmişdir (iş materiallarının 37-45-ci vərəqlərində ödəniş sənədləri və 46-48-ci vərəqlərində bank hesabından çıxarış): - 2020-ci il 21 avq ust tarixində 57.900 manat, - 2020-ci il 15 oktyabr tarixində 40.000 manat, - 2020-ci il 19 oktyabr tarixində 23.367,28 manat, - 2020-ci il 19 oktyabr tarixində 25.728,55 manat, - 2020-ci il 9 dekabr tarixində 22.425,20 manat, - 2020-ci il 9 dekabr tarixində 31.752 manat, - 2020-ci il 9 fevral tarixində 4.195 manat, - 2020-ci il 9 dekabr tarixində 2.321 manat, - 2021-ci il 5 yanvar tarixində 14.738 manat, - 2021-ci il 22 yanvar tarixində 3.440 manat, - 2021-ci il 22 yanvar tarixində 14.183 manat, - 2021-ci il 23 fevral tarixində 10.000 manat, - 2021-ci il 4 mart tarixində 5.187 manat, - 2021-ci il 11 mart tarixində 15.288 manat, - 2021-ci il 19 mart tarixində 20.000 manat, - 2021-ci il 30 mart tarixində 600 manat, - 2021-ci il 2 aprel tarixində 1000 manat. 7. 2020-2021-ci illərdə İddiaçı A SC ilə Cavabdeh QSC arasında olan müqavilə münasibətləri üzrə Cavabdeh QSC tərəfindən 52.582,52 manat ƏDV ödənmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 16 iyun tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 47.019,16 manat, icarə müqaviləsi üzrə ƏDV daxil 109.570,55 manat olmaqla, cəmi 156.607,71 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına (bax §§ 1-4) istinad etməklə, iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehin sifarişi əsasında cavabdehə təqdim edilmiş mal-materiala görə 2 021-ci il üzrə verilmiş elektron hesab-fakturalar əsasında cavabdehin iddiaçıya 39.862 manat əsas borcu, 7.175,16 manat ƏDV borcu, ümumilikdə isə 47.019,16 manat ödənilməmiş borcu qalmışdır. İcarə müqavilələri üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunsa da, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir. Tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərin təhvil-təslim aktları tərəflər arasında təsdiq edilsə də, həmin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehin ünvanına 2021-ci ilin yanvar, fevral, mart, aprel və may aylarında müxtəlif elektron hesab-fakturalar göndərilsə də, həmin işlərin dəyərini təşkil edən cəmi əsas borc 92.856,35 manat, ƏDV borcu 16.714,2 man at və ümumilikdə 109.570,55 manat borc məbləğləri ödənilməmiş qalmışdır. Cavabdehin 2023-cü il 10 mart tarixində AVİS kabinetinə elektron olaraq, həmçinin yazılı olaraq qeydiyyat ünvanına sürətli poçt vasitəsi ilə pretenziya məktubları göndərilərək, göstərilənləri nəzərə alaraq, 156.607,71 (ƏDV daxil) borcunun 10 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 sentyabr tarixli e-2-2(113)3621/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – K.Hüseynov).

11. Məhkəmə işdə olan elektron qaimələrə və ödəniş sənədlərə istinadla cavabdehin ona göndərilmiş elektron qaimələr üzrə müvafiq ödənişləri etməklə tərəflər arasında formalaşmış işgüzar münasibətlərin elektron qaimə üzrə həyata keçirilməsini qəbul etməsi, habelə iş mate riallarında olan təhvil-qəbul aktları ilə malların və xidmətlərin təhvil verilməsinin öz təsdiqini tapması qənaətinə gəlmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, ödəniş qəbzlərində göstərilmiş olan ödəniş məbləğlərinin məhz hansı müqavilə üzrə ödənildiyinin müəyyən edilməsi mümkün olmadığından və cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilmədiyindən vahid məbləğdə pul hər üç müqavilə üzrə tutulmalıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 567, 600.4, 675, 700.1, 700.2 və 700.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddi a tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-122/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə 2021-ci il 15 fevral tarixli EBAX46781 saylı, 2021-ci il 19 fevral tarixli EBAX716674 saylı, 2021-ci il 27 fevral tarixli EBAY050265 saylı, 2021-ci il 16 mart tarixli EBAY812955 saylı, 2021-ci il 23 mart tarixli EBAZ077360 saylı, 2021-ci il 27 mart tarixli EBAZ214596 saylı, 20 21-ci il 1 aprel tarixli EBA2521257 saylı, 2021-ci il 5 may tarixli EBBB235338 saylı, 2021-ci il 7 iyun tarixli EBBC868123 saylı elektron qaimələr üzrə cavabdehin ƏDV daxil 47.019,16 manat olmaqla ümumilikdə 156.607,71 manat borcun qaldığını göstərmişdir.

17. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən alqı-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş və sistem tərəfindən təsdiqlənmiş 10 ədəd elektron qaimənin cəmi məbləğinin sadə riyazi hesablama ilə ƏDV daxil 116.319,21 manat, icarə müqaviləsi üzrə göndərilmiş elektron qaimələrin ümumi dəyərinin isə ƏDV daxil 384.996,45 manat təşkil etdiyi müəyyən olunmuşdur.

18. Eyni zamanda, iş materiallarına əlavə edilmiş əməliyyat sistemindən çıxarışa görə, icarə müqavilələri üzrə 2020-ci il 21 avqust və 2020-ci il 2 oktyab r tarixlərində göndərilmiş 4 ədəd elektron qaimə cavabdeh tərəfindən təsdiq edilmişdir.

19. Cavabdeh tərəfindən iddiaçıya icarə və alqı-satqı müqaviləsi üzrə ümumilikdə 292.125,43 manat ödəniş edilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödənişlər barədə məlumat adlı sənədə görə, cavabdeh tərəfindən eyni zamanda 52.582,52 manat ƏDV ödənilmişdir.

20. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin ümumi məbləğinin 344.707,95 manat təşkil etməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən ödənişlərin bu məbləğdən artıq olduğuna dair nə birinci instansiya, nə apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim edilməmiş, iddiaya və iddiaçı tərəfindən təqdim edilmiş sübutlara, o cümlədən alqı-satqı müqaviləsi üzrə malların, icarə müqavilələri üzrə texnikaların təhvil verildiyinə hər hansı etiraz bildirilməmişdir.

21. Birinci instansiya məhkəməsi həm alqı-satqı, həm icarə müqavilələri üzrə görülmüş işlərin ümumi dəyərinin 501.315,66 manat təşkil etdiyini düzgün müəyyən etsə də, hər bir müqavilə üzrə təqdim edilmiş elektron qaimələrin dəyərini hesablayarkən səhvə yol verilmişdir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən işdəki sənədlərə əsasən iddiaçı tərəfindən cavabdehə 116.319,21 manat dəyərində alqı-satqı üzrə, 384.996,45 manat dəyərində icarə müqavilələri üzrə elektron qaimə göndərildiyi müəyyən edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, hər üç müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə ödənilməli olan məbləğ 501.315,66 manat olduğundan, bu məbləğdən ödənilmiş 344.707,95 manat çıxıldıqda hər üç müqavilə üzrə qalıq borc 156.607,71 manat təşkil etdiyindən bu məbləğdə borcun cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslı olmuşdur.

23. Cavabdehin iş üzrə ekspertiza təyin edilməsi barədə apellyasiya instansiyası mərhələsində verilmiş vəsatətinə münasibətdə məhkəmə kollegiyası cavabdeh tərəfindən hansı sənədlərin hesablanmasının xüsusi bilik tələb etdiyi əsaslandırılmaması və mühasibatlıq ekspertizasının səlahiyyətlərinə aid olmayan sualların əsassız olması nəticəsinə gələrək həmin vəsatəti təmin etməmişdir.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 432.3, 567, 600.4, 675, 700.1, 700.2 və 700.3-cü; MPM-in 97.1 və 154.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

25. C avabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Azərbaycan Respublikasının Konstitusiyasının 125 ci maddəsinin Vİİ və 129-cu maddəsinin İİİ hissələri üzrə - Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti haqlı hesab edərək işin düzgün və ədalətli həll edilməsini istisna etmişdir.

27. MM-in 442-ci maddəsi üzrə - Cavabdeh tərəfindən məhkəmə qətnaməsində qeyd olunan müqavilələr üzrə mütəmadi olaraq ödənişl ər edilmiş, lakin məhkəmə araşdırması zamanı bu fakt qiymətləndirilməmişdir. Belə ki, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada hesablandığı, həqiqətən də məbləğlərin düzgün olub-olmaması faktı aydınlaşdırılmamışdır. Həmçinin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığı da məhkəmə qətnaməsində öz əksini tapmamışdır, bununla belə məhkəmə məbləğin çox rahat, anlaşılan qaydada hər kəs tərəfindən hesablana biləcəyini nəzərə alaraq ekspertizanın keçirilməsinə zərurət görməmişdir.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 2006-cı il 31 may tarixli və 2008-ci il 8 may tarixli qərarları üzrə - Məhkəmə tərəfindən işə baxılarkən cavabdehin şikayət ərizəsində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət ver ilməmişdir. Qətnamədə bu kimi hüquqi faktlar qiymətləndirilməmiş, yalnız formal mülahizələr əsasında iş üzrə Bakı Kommersiya Məhkəməsinin müəyyən etdiyi hallar təkrarlanaraq eyni məzmunlu qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya məhkəməsi işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsiplərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində qətnamə qəbul edilənədək beş məhkəmə iclası keçirilmiş, onların heç birində cavabdeh iştirak etməmiş və istinad etdiyi halların sübutu kimi məhkəməyə heç bir dəlil və ya sübut təqdim etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin çağırışlarına heç bir ca vab vermədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə baxmayaraq, şikayətində göstərdiyi və istinad etdiyi dəlilləri məhkəməyə təqdim etməmiş və apellyasiya məhkəməsində də nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir.

30. İddiaçı cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər sırasında aparılan ödəmələr və mövcud olan borclar, təqdim edilmiş elektron qaimələr barəsində kifayət qədər geniş məlumat verilməklə buna dair sübutlar birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim edilmişdir. Əgər cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmasaydı, cavabdeh iddiaçının təqdim etdiyi ilk pretenziya məktubuna, həmçinin məhkəm əyə təqdim etdiyi iddia ərizəsinə rəsmi qaydada cavab verməklə borcun tam ödəmələri barəsində məlumatları verə bilərdi. Odur ki, cavabdeh sadəcə olaraq borcun ödənilməsini müxtəlif bəhanələrlə üzərindən atmaq istəmişdir.

31. İddiaçı cavabdehin kassasiya şikayətinin onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərinə münasibətdə qeyd etmişdir ki, onun irəli sürdüyü tələblər alqısatqı müqaviləsi üzrə ƏDV daxil 47.019,16 manat, icarə müqaviləsi üzrə ƏDV daxil 109.570,55 manat olmaqla, ümumilikdə 156.607,71 manat pul vəsaitinin tutulmasından ibarət olmuşdur. İrəli sürülmüş tələblərdə faiz məbləği və dəbbə pulu hesablanmamış və cavabdehdən tələb edilməmişdir. Yaranmış borc məbləğləri isə sadə riyazi qaydada hesablanmaqla müəyyən edilmişdir. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin m üvafiq müddəalarında “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

432. Öhdəliyin hissə-hissə icrası... 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı ö hdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə ver ənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.” “Maddə

700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”

35. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsi nin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayə t həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız və formal xarakterli hesab edir.

37. Həmin dəlillərin mahiyyətinə görə, məhkəmə cavabdeh tərəfindən müqavilələr üzrə mütəmadi olaraq edilmiş ödənişləri qiymətləndirilməmiş, iddiaçı tərəfindən borc məbləğlərinin hansı qaydada h esablandığını, məbləğlərin düzgün olub-olmamasını aydınlaşdırılmamış, ekspertizanın keçirilməsinə zərurət görməmişdir.

38. Göründüyü kimi, cavabdeh öz dəlillərində yalnız ümumi xarakterli ifadələr işlətməklə kifayətlənmiş, konkret olaraq hansı ödənişlərin məhkəmə tərəfindən nəzərə alınmadığını, habelə borc hesablanarkən konkret olaraq hansı səhvlərə yol verildiyini dəqiq göstərə bilməmişdir.

39. Mübahisələndirilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi müqavilələr üzrə iddiaçı tərəfindən faktiki təqdim olunmuş malların, xidmətlərin dəyəri ilə cavabdeh tərəfindən faktiki həyata keçirilmiş ödənişlər arasındakı fərqi (qalan borcu) sadə riyazi hesablamalar aparmaqla müəyyən etmiş, bununla əlaqədar iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət qalmamış, kassator isə öz şikayətində, yuxarıda qeyd olunduğu kimi, həmin hesablamalarda məhz hansı səhvlərə yol verdiyini dəqiqləşdirməyə müvəffəq olmamışdır.

40. Cavabdehin müqavilə üzrə dəbbə pulu və faiz məbləğinin necə hesablandığının qətnamədə öz əksini tapmamasına dair dəlili isə bilavasitə iddia ərizəsinin özü ilə təkzib olunmaqdadır. Belə ki, iddia ərizəsində mübahisəli müqavilələr üzrə cavabdehdən dəbbə pulu və ya faiz məbləğinin tutulmasına dair hər hansı iddia tələbi ümumiyyətlə irəli sürülməmişdir. Bu səbəbdən də cavabdehdən həmin məbləğlərin işə baxan məhkəmələr tərəfindən tutulması təbii ki, mümkün deyildi və belə hallara yol da verilməmişdir.

41. Həmçinin cavabdeh özünün apellyasiya şikayətində qeyd etdiyi və məhkəməyə təqdim etdiyi sübutlara məhkəmə tərəfindən heç bir qiymət verilmədiyini ümumi şək ildə bildirsə də, həmin sübutların nədən ibarət olduğunu konkret olaraq göstərə bilməmişdir.

42. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 35) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 35) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-122/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM- in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 fevral tarixli 2-2(103)-122/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar