Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-282/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi İddiaçının cavabdeh 1 və cavabdeh 2-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: məhkəmə aidiyyətinə dair ümumi və kommersiya məhkəmələri arasında fikir ayrılığı bağlı məsələ GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati Kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Mülki Kollegiyasının hakimi Hüseynov Abiddin Qabil qızından ibarət qarışıq tərkibdə, İddiaçının cavabdeh1 və cavabdeh 2-yə qarşı “zaminliklə təmin edilmiş öhdə liyin icra olunması və borcun ipoteka predmetinə yönəldilməsi” haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30.07.2020-ci il tarixli qərardadına əsasən, Xaçmaz rayon məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələ üzrə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1-dən 701,50 manat əsas borc, 227 manat faiz borcu, ümumilikdə dövlət rüsumu ilə birlikdə 948,50 manat borcun, borcun mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün sözü gedən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə da ir bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 39,4 manat rüsum məbləğinin tutulub İddiaçının xeyrinə ödənilməsi və ödəmənin İddiaçının Xaçmaz filialı ilə cavabdeh 2 arasında bağlanmış “Kreditləşmənin Həyata Keçirilməsi üzrə əməkdaşlıq müqaviləsi”nə dair 24.07.2014-cü il tarixli kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Cavabdeh 2-yə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən 24.08.2009-cu il tarixli, MH seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1-də mülkiyyətində olan 0,065 ha torpaq sahəsi və həmin torpaq sa həsinin üzərində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,7 kv.m yaşayış, 43,90 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə (fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin ilkin satış qiyməti kimi 91.600 manat məbləğində müəyyən olunmaqla açıq hərrəcdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 09.01.2020-ci il tarixli qərardadı ilə (hakim: İ.Xəlilov; iş № 2(067)-100/2020) mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 30.07.2020- ci il tarixli qərardadı ilə (hakim: Z.Sadiqov; iş № 2-2(119)-487/2020) işin məhkəmə aidiyyəti məsələsinə dair fikir ayrılığının həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı baş vermiş, sonuncu həmin fikir ayrılığını həll etmək üçün 30.07.2020-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə göndərmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Mə hkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Xaçmaz rayon məhkəməsi 09.01.2020-ci il tarixli qərardadı ilə hazırki işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərərkən qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında 24.07.2014-cü il tarixli “Kreditləşmənin Həyata Keçirilməsi üzrə Əməkdaşlıq müqaviləsi” bağlanmışdır ki, həmin müqavilə cavabdeh 1-in sahibkarlıq fəaliyyəti çərçivəsində bank tərəfindən cavabdeh 1-in müştərilərinə verilmiş kreditlər üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün bağlanmış müqavilədir. Ona görə tərəflər arasında mübahisə kommersiya mübahisəsidir. Eyni zamanda, Sumqayıt Kommersiya Məhkəməsi 30.07.2020-ci il tarixli qərardadı ilə işi Ali Məhkəməyə göndərərkən, qərardadını on unla əsaslandırmışdır ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. MPM-nin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qarışıq məhkəmə tərkibi 1-ci instansiya məhkəmələrinin hər birinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də iş mahiyyəti üzrə baxılmaq üçün Xaçmaz rayon məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-nin 30-cu mad dəsinin 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasına əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Lakin həmin maddənin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasında deyilirdi ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə tələblərə ümumi məhkəmədə baxılmalıdır. Hazırki iş 27 dekabr 2019-cu ildə (qanunun 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun) icraata qəbul edildiyinə görə, məhkəmə aidiyyəti pozulmamışdır. Bununla əlaqədar hazırkı məsələyə baxan qarışıq məhkəmə tərkibi aşağıdakıl arın qeyd edilməsini zəruri sayır. MPM-nin 31.2-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Göstərilənlərə əsasən, Sumqayıt Kommersiya Məhkəməsi işə düzgün olaraq mülki iş kimi hüquqi qiymət vermişdir. Bununla əlaqədar həmin iş aidiyyəti üzrə baxılmaq üçün ümumi məhkəməyə göndərilməlidir. MPM-nin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibat i kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.7-ci maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1, 30, 32.7, 403-1.6 və 403-1.7-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçının cavabdeh 1 və cavabdeh 2-yə qarşı “zaminliklə təmin edilmiş öhdəliyin icra edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” haqqında iddia tələbinə dair iş ümumi məhkəmə tərəfin dən icraata qəbul olunan zamanı qüvvədə olmuş qanuna görə mülki iş olduğundan ona mahiyyəti üzrə baxılmaq üçün Xaçmaz rayon məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-282/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-282/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver