Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-284/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 və vəkili X5 oğlunun iştirakı ilə, İddiaçı Cavabdehə qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/2019 saylı iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərə findən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 852000 (səkkiz yüz əlli iki min) ABŞ dolları əsas borcun və 843,480 (səkkiz yüz qırx üç min dörd yüz səksən) ABŞ dolları faiz borcunun ödəniş tarixinə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdehin hesabından tutularaq İddiaçı Azərbaycan-X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı SSRİ VEB-in 5738021/001-Noli h/h-da 238987 (iki yüz otuz səkkiz min doqquz yüz səksən yeddi) ABŞ dolları və 5738021/245-Noli h/h-da ******* (bir m ilyon iki yüz iyirmi səkkiz min) Hindistan rupisinin dondurulması faktı Cavabdeh ASC tərəfindən dəfələrlə təsdiq olunmuş və bu barədə iddiaçıya bir neçə dəfə yazılı şəkildə, o cümlədən, cavabdehin 03/3141 saylı 21.12.2004-cü il tarixli və 03/1330 saylı 22.07.2009-cu il tarixli məktubları ilə bildirilmişdir. Həmçinin, yuxarıda qeyd edilən xarici valyutaların dondurulması faktı barədə məlumat verilməsi məqsədilə Rusiya Federasiyası “Vneşekonombank”ına müraciətlər edilmişdir. Rusiya Federasiyası “Vneşekonombank”ın 1955/240002 saylı 02.08.2004-cü il tarixli və 1246/240002 saylı 26.05.05-ci il tarixli məktubları ilə müəssisəyə bildirilmişdir ki, Rusiya Federasiyası və “Vneşekonombank” keçmiş SSRİ-nin müəssisə və təşkilatlarının hesablarındakı dondurulmuş vəsaitlərdən istifadə etməmişlər. “1997c i ilin əvvəlindən qarşılıqlı maliyyə tələblərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 03 iyul 1997-ci il tarixdə imzalanmış “Sazişə” əsasən keçmiş SSRİ-nin hüquqi şəxslərə olan valyuta borcunun ödənilməsinə həmin hüquqi şəxsin rezidenti olduğu dövlət cavabdehdir. Eyni zamanda, həmin məktublarda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının rezidenti olduğu üçün müəssisəyə aid keçmiş SSRİ-nin daxili valyuta borclarının nizamlanması Azərbaycan tərəfinin səlahiyyətindədir. İddiaçı tərəfindən 29.08.2015-ci il və 07.11.2015-ci il tarixlərdə AR Beynəlxalq Bankı İH-nin sədrinə, eləcə də Mərkəzi Bankın İH-nin sədrinə təkrar müraciətlər olunsa da, müraciətlərə cavab verilməmişdir. Daha sonra təkrarən 05 oktyabr 2017-ci il tarixdə (Bankda qeydiyyata alınma No-si 1714/9959) bu barədə “xxxx” ASC-nin sədrinə və aidiyyəti təşkilatlara müraciət olunmuşdur. 06.11.2017-ci il tarixdə ABB-nin Hüquq Xidməti tərəfindən (vəzifəsi bilinməyən Fərqan Novruzov tərəfindən imzalanmış) 19.10.2017-ci il tarixli məktub daxil olmuşdur. Lakin 19.10.2017-ci il tarixli məktub “xxxx” ASC-nin hüquqi şəxs olmayan Hüquq Xidmətinin adından vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmış və iddiaçıya göndərilmişdir. Halbuki, AR qanunvericiliyinə əsasən hüquqi şəxsin adından yazışmalar, məktub-müraciətlər onun səlahiyyətli şəxsi olan rəhbərliyin adından imzalanır və göndərilir. Sonuncu dəfə iddiaçı tərəfindən 05.01.2018-ci il tarixdə “AR Beynəlxalq Bankı”nın İH-nin sədrinə müraciət edilmiş və həmin müraciətdə 238987 (iki yüz otuz səkkiz min doqquz yüz səksən yedd i) ABŞ dolları və ******* (bir milyon iki yüz iyirmi səkkiz min) Hindistan rupisinin təsdiq edilməsi və iddiaçıya ödənilməsi tələb olunmuşdur. Cavabdehin 06/635 saylı 23.01.2018-ci il tarixli cavab məktubu ilə SSRİ “Vneşekonombank”ında dondurulmuş iddiaçının valyutalarının olması faktı, o cümlədən ABB-də iddiaçının adına ABŞ dollarında və Hindistan rupisində hesabların olması barədə ABB-nin avtomatlaşdırılmış informasiya sistemində heç bir məlumatın mövcud olmadığı qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh 06/635 saylı 23.01.2018-ci il tarixli məktubu ilə yuxarıda qeyd edilən pul vəsaitlərini iddiaçıya ödəməkdən yayınır. Cavabdeh yuxarıda qeyd edilən pul vəsaitlərinin iddiaçıya ödənilməsini təmin etməməklə, 01.09.2000-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəllənin 149, 160-cı və 163-cü maddələrinin tələblərini pozmuşdur. Odur ki, 238987 (iki yüz otuz səkkiz min doqquz yüz səksən yeddi) ABŞ dolları və ******* (bir milyon iki yüz iyirmi səkkiz min) Hindistan rupisi cavabdehin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 01.09.2000-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəllənin 221-ci maddəsinə əsasən öhdəçiliyinin icrasını gecikdirən borclu, qanunla və ya müqavilə ilə digər faiz məbləği göstərməyibsə, gecikdirilmiş müddət üçün, illik gecikdirilmə məbləğinin üç faizini verməyə borcludur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mə rkəzi Bankı tərəfındən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 1 Hindistan rupisi 0,5 ABŞ dollarıdır. ******* rupi 613000 ABŞ dolları edər. Onda cəmi məbləğ 239000 ABŞ dolları + 613000 ABŞ dolları = 852000 ABŞ dolları edər. Göstərilən məbləğ Cavabdeh ASC-yə 1997-ci ilin əvvəlindən keçmişdir. Belə olan halda, 1997-2000-ci illər üzrə 3 il ərzində faiz dərəcəsi 01.09.2000-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəlləyə görə ildə 3% hesablanır. 1 ildə 852000 ABŞ dolları x 3% = 25560 ABŞ dolları edər. 3 il ərzində 25560 ABŞ dolları x 3 = 76680 ABŞ dolları edər. 2000-2018-ci illər üzrə isə hazırda qüvvədə olan Mülki Məcəlləyə görə illik faiz dərəcəsi 5%-dən hesablanır. 1 ildə 852000 ABŞ dolları x 5 % = 42600 ABŞ dolları edər. Belə olan halda, 18 i l ərzində 42600 ABŞ dolları x 18 = 766800 ABŞ dolları edər. Cəmi faizlər 76680 ABŞ dolları + 766800 ABŞ dolları = 843480 ABŞ dolları edər və həmin faiz məbləği cavabdehin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-834/2018 saylı, 18 sentyabr 2018-ci il tarixli qətnaməsi (hakim - A.Ə.Hüseyn) ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/2019 saylı, 22 yanvar 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-834/2018 saylı iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın 843480 ABŞ dolları faiz borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsini rədd etməklə, 01.09.2000-ci il tarixə qədər qüvvədə olmuş Mülki Məcəllənin 221-ci maddəsinin və hazırda qüvvədə olan Mülki Məcəllənin 439.3-cü maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə, qeyd edilən faizlərin hesablanması xüsusi bilik tələb etdiyi üçün həmin faizlərin hesablanması məqsədilə apellyasiya instansiyası məhkəməsində sözügedən mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruri idi. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin mənasına görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti ilə ekspertiza təyin edir. Lakin apellyasiya instansiyası məhkəməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasını təyin edilməsi barədə iddiaçının vəsatətini təmin etməmiş, bununla da Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdehin nizamnaməsinin, o cümlədən, Rusiya Federasiyası “Vneşekonombank”ı (və ya SSRİ “Vneşekonombank”ı) tərəfindən "‘Cavabdeh” ASC-yə təhvil verilmiş borcların siyahısını əks etdirən cavabdehin nizamnaməsinin "‘xxxx” ASC-nin təsis edildiyi 10 yanvar 1992-ci il tarixində təsdiq edilmiş redaksiyasının, Rusiya Federasiyası “Vneşekonombank”ı (və ya SSRİ “Vneşekonombank”ı) tərəfindən “xxxx” ASC- yə təhvil verilmiş borcların siyahısını əks etdirən təhvil-təslim aktının (balans aktının və ya müvafiq adda olan digər sənədin) təsdiq olunmuş surətlərinin təqdim olunması barədə cavabdehə vəkil sorğusu verilmişdir, lakin bu günə qədər həmin vəkil sorğusuna cavab verilməmişdir. Həmçinin, yuxanda qeyd edilən sübutların əldə edilməsi məqsədilə apellyasiya instansiyası məhkəməsindəki icraat zamanı iddiaçı tərəfindən vəsatətlər verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 78.2ci maddəsinin tələblərini pozaraq sözügedən vəsatətləri təmin etməmişdir. Cavabdehin nizamnaməsinin Cavabdeh ASC-nin təsis edildiyi 10 yanvar 1992-ci il tarixində təsdiq edilmiş redaksiyasında Rusiya Federasiyası “Vneşekonombank”ı (və ya SSRİ “Vneşekonombank”ı) tərəfindən Cavabdeh ASC-yə təhvil verilmiş borcların siyahısını əks etdirən müddəalar nəzərdə tutulur. Hazırkı iqtisadi mübahisəyə dair işin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə cavabdehin nizamnaməsinin həmin redaksiyasının surətinin məhkəməyə təqdim edilməsi zəruridir. Hazırkı mülki iş üzrə 05.09.2018-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Əslində, cavabdeh 06/635 saylı 23.01.2018-ci il tarixli məktubu ilə 852000 ABŞ dolları pul vəsaiti iddiaçıya ödəməkdən yayınmışdır, başqa sözlə, cavabdeh 852000 ABŞ dolları üzərində iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməsinin qarşısını almışdır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin mənasına görə iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Odur ki, hazırkı mülki iş üzrə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəs i əsassız olduğu üçün nəzərə alınmamalıydı. Lakin apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 373.1-ci və 375.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001- ci il tarixli qərarına istinad edərək iddia müddətinin tətbiq edilməsi barədə düzgün qənaətə gəlməmiş, həmçinin, Mülki Məcəllənin 135.1 -ci və 152.1-ci maddələrinin tələblərini nəzərə almamış, eyni zamanda, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərini pozmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mübahisəli qətnaməsində ziddiyyətli xüsusatlar var. Belə ki, məhkəmə həm mahiyyəti etibariylə iddianın əsassız olduğu qənaətinə gəlmiş, həm də iddia tələbinə iddia müddətini tətbiq etmişdi r. Tərəflərin izahatları İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instanisyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mübahisənin müəyyən edilmiş halları ndan görünür ki, İddiaçı SSRİ VEB-in - 5738021/001Noli h/h-da 238987 (iki yüz otuz səkkiz min doqquz yüz səksən yeddi) ABŞ dolları və 5738021/245-Noli h/h-da ******* (bir milyon iki yüz iyirmi səkkiz min) Hindistan rupisinin dondurulması faktının Cavabdeh ASC tərəfindən dəfələrlə təsdiq olunduğunu və bu barədə bir neçə dəfə yazılı şəkildə cavab verildiyini nəzərə almaqla həmin pul vəsaitinin ödənilməsini tələb etmişdir. Məhkəmələr iddianın rədd edilməli olduğuna dair mövqelərini iki əsasdan çıxış etməklə əsaslandırmışlar. Məhkəmələr hesab etmişlər ki, iddiaçının istinad etdiyi cavabdehin 21.12.2004-cü il tarixli 03/3141 saylı və 22.07.2009-cu il tarixli 036/1330 saylı məktublarında cavabdeh İddiaçı Birgə Müəssisəsinin keçmiş SSRİ Vneşekonombankının hesablarında 238987 ABŞ dolları və **** *** hindistan rupisi məbləğlərində vəsaitlərinin dondurulduğu bildirsə belə, həmin məktublarda göstərilən vəsaitlərin hazırda Cavabdeh ASC-nin avtomatlaşdırılmış əməliyyat sistemində mövcud olması və iddiaçıya məxsus hesablaşma hesablarında saxlanılması barədə hər hansı məlumat həmin məktublarda qeyd olunmamışdır. İddiaçı tərəf isə öz tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Digər tərəfdən isə məhkəmələr hazırda qüvvədə olan Mülki Məcəllənin iddia müddətinin tətbiqi ilə bağlı normalarına istinad etməklə ümumi iddia müddəti olan 10 (on) illik iddia müddəti ötürülməklə iddia qaldırıldığını nəzərə almaqla iddia müddətini tətbiq etməklə iddianı rədd etmişlər. İşin hallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsindəki icraat za manı mübahisəyə iddia müddətinin tətbiqinə dair ərizə verərək iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı bununla bağlı olaraq məhkəməyə təqdim etdiyi etirazında Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələblərini nəzərə almaqla iddia müddətinin tətbiq edilməsi barədə ərizənin əsassız olduğu üçün nəzərə alınmamasını xahiş etmişdir. Həmin normaya görə iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir. Kollegiya hesab edir ki, ümumən mübahisəyə iddia müddətinin tətbiq edilməli olduğu ilə bağlı məhkəmələr düzgün nəticəyə gəlmişlər. Lakin mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin deyil, 01 sen tyabr 2000-ci ildədək qüvvədə olan Mülki Məcəllənin iddia müddəti ilə bağlı normaları tətbiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu normanın tətbiqi ilə bağlı müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə 13 noyabr 1991-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçının hesabına köçürülmüş vəsaitin qaytarılması ilə bağlı yaranmışdır. Ona görə də, mübahisənin həllinə də münasibətlərin yarandığı vaxt qüvvədə olan normalar tətbiq edilməlidir. 01 sentyabr 2000-ci ildədək qüvvədə olan Mülki Məcəllənin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüqu qlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 85-ci maddəsində isə iddia müddəti aid edilməyən tələblər sadalanmışdır. Buna görə aşağıdakı hallara iddia müddəti aid edilmir: qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi qeyri-əmlak hüquqlarının pozulmasından əmələ gələn tələblərə; kolxozların və kooperativ və sair ictiami təşkilatların və ya vətəndaşların qanunsuz olaraq yiyələndikləri dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə; dövlət əmək əmanət kassalarına və SSRİ Dövlət Bankına qoyulmuş əmanətlərin verilməsi haqqında əmanətçilərin tələblərinə; SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş hallarda digər tələblərə. Kollegiya hesab edir ki, münasibətlərin yarandığı zamanı qüvvədə olan Mülki Məcəllənin normaları hazırkı işə tətbiq edildikdə iddiaçı tərəfindən ümumi iddia müddəti ötürülməklə hazırkı iddianın qaldırıldığı müəyyən edilir. Bu isə iddianın rədd edilməsinə əsas verir. İddiaçının tələbi iddia müddəti aid edilməyən tələb deyildir. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, ödəniş tapşırığının məzmunundan göründüyü kimi sözügedən vəsait müqavilələr üzrə yerinə yetirilmiş işlərə görə ödənilmiş vəsait olmuşdur. Yəni, həmin vəsait iddiaçının əmanətçi kimi bank əmanət müqaviləsi bağlamaqla banka qoydu ğu vəsait olmamışdır. Ona görə də, hazırkı iş əmanətçinin banka qarşı qaldırdığı bank əmanət müqaviləsindən irəli gələn mübahisə olmadığından, həmin mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, 13 noyabr 1991-ci il tarixli ödəniş tapşırığının verilməsindən sonrakı dövr ərzində cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə yönəlmiş hər hansı hərəkətlər də edilməmişdir. Nəzərə alınmalıdır ki, adi qaydada hər hansı öhdəliyin mövcudluğunun etirafı şəklində edilmiş hərəkətlər iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Yalnız real hərəkətlər (məsələn, mövcud borcun bir hissəsinin ödənilməsi və.s) iddia müddətinin axımının kəsilməsinə səbəb ola bilər. Mülki Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Prosessual Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-46/2019 saylı iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-284/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-284/2019
16.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver