Məhkəmə qərarları › İş №2-2(102)-285/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-285/2023

11.05.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-285/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRAR Açar sözlər: gəlir və xərcin müəyyən olunması və s. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “gəlir və xərcin müəyyən olunması və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli, 2-2(103)-400/2023 saylı qərardadından iddiaçılar tərəfindən ver ilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş 2021-ci il 8 aprel tarixli **********242400 nömrəli çıxarışa əsasən Cavabdeh MTK 2012-ci il 14 noyabr tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X2-19,8 %, X7-4,95 %, X8-1 %, X11- 24,75 %, Əli-X14-24,75 %, İddiaçı1-4,95 %, İddiaçı2 (Türkiyə Respublikası) 19,8 %. Qanuni təmsilçisi X3r.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən 2012ci il 14 noyabr tarixdə qeydiyyata alınmış Cavabdeh MTK-nın Nizamnaməsinə görə MTKnın üzvləri F.Əliyev, N.Qul iyev, F.Əlizadə və iddiaçılardır. Nizamnamənin 1.2-ci bəndinə əsasən cavabdeh istehlak kooperatividir; 4.4-cü bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 106, 27/1 ünvanında qeydiyyatda olan Cavabdeh MTK-nın iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: X11-5 AZN, 25%, 5 pay şəklində. Əli-X14-5 AZN, 25 %, 5 pay pul şəklində. X9-5 AZN, 25% 5 pay şəklində. İddiaçı2-4 AZN, 20 %, 4 pay pul şəklində. İddiaçı1-1 AZN, 5 % 1 pay pul şəklində; 5.3-cü bəndinə əsasən Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək kooperativ üzvlərinin hüquqlarıdır.

3. Cavabdeh MTK-nın üzvlərinin may 2016-cı il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, kooperat ivin üzvləri İddiaçı2 və İddiaçı1 kooperativin üzvlüyündə qalıb-qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.

4. Cavabdeh MTK-nın üzvlərinin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri İddiaçı2 və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb-qalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır.

5. Cavabdeh MTK-nın üzvlərinin 2017-ci il 13 may tarixli ümumi yığıncağının 12 nömrəli protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə İddiaçı2 və İddiaçı1 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır.

6. Ölüm haqqında şəhadətnaməyə əsasən X4 2018-ci il 31 yanvar tarixində vəfat etmişdir.

7. İddiaçı 2 və İddiaçı1 tərəfindən Cavabdeh MTK-nın sədri Etiram Məmmədova göndərilmiş 2022-ci il 25 iyun tarixli məktubda 15 gün müddətində Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması tələb olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçılar İddiaçı1, İddiaçı2 (bundan sonra – “iddiaçılar”) Cavabdeh MTK-ya (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2012-ci il 14 noyabr tarixindən etibarən cavabdehin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin Kooperativ üzvləri arasında bölüşdürülməsi və həmin mənfəətin mütləq pay haqlarına uyğun olaraq cavabdehdən tutularaq iddiaçılara verilməsi barədə qətnamə q əbul edilməsini xahiş etmişlər.

9. Daha sonra iddiaçılar 2022-ci il 13 oktyabr tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 2012-ci il 14 noyabr tarixindən etibarən cavabdehin xalis mənfəətindən iddiaçıların payının müəyyən edilməsi, iddiaçıların pay haqlarına uyğun olaraq mənfəətin onlara çatacaq hissəsinin pul şəklində cavabdehdən tutulması, bu mümkün olmadıqda əvəzinə ünvan 2 ünvanında inşa edilmiş 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasından və 20 mərtəbəli (zirzəmi daxil olmaqla) “A” bloklu yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. Daha sonra iddiaçılar 2022-ci il 16 dekabr tarixində məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, gəlir və xərcin müəyyən olunması, Azərbaycan Res publikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər çıxıldıqdan sonra dividendlərin təsis payı nisbətində iddiaçılara ödənilməsi məsələlərinin gündəliyə salınmasının cavabdehin üzərinə qoyulmaqla növbədənkənar ümumi yığıncağın qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında müəyyən olunmuş yerdə və vaxtda keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2012-ci il 8 noyabr tarixində yaradılmış, 2012-ci il 14 noyabr tarixində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin 2021-ci il 8 aprel tarixli çıxarışına (**********242400) əsasən MTK-nın qanuni təmsilçi si X3r və aşağıdakı mütləq payda üzvləri vardır:

1. X4-19.8 %,

2. X7-4.95 %,

3. X10-1 %,

4. X11-24.752 %,

5. Əli-X14-24.75 %,

6. İddiaçı1-4.95%,

7. İddiaçı2-19.8%.

12. Cavabdehə «Yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında» Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən 2013-cü il 1 fevral tarixli 029 nbmrəli sərəncam verilmişdir. Sərəncama əsasən ünvan 3 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi cavabdehin istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə cavabdeh tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və tikinti başa çatmışdır. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri olan iddiaçılar, cavabdehin sədri Etiram Məmmədova “məlumatların verilməsi haqqında” ərizə ilə müraciət edərək, cavabdehin dövlət qeydiyyatına alındığı tarixdən hazırkı tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. Cavabdehin sədri Etiram Məmmədov müraciətə cavab olaraq 2022-ci il 10 may tarixli 33 nömrəli məktubla bildirmişdir ki, Kooperativ üzvləri olan iddiaçılar, ümumi yığıncağın 2017-ci il 13 may tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. Cavabdehin sədri Etiram Məmmədovun bu məktubu heç bir həqiqəti əks etdirmir. Belə ki, iddiaçıların MTK-da mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirli yi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2022-ci il 1 avqust tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur. İddiaçılar 2022-ci il 25 iyun tarixində MTK-nın sədri Etiram Məmmədova MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ərazisində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsait və binanın tikintisinə sərf olunan xərclər haqqında; - Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 998-ci məhəllə ərazisində cava bdeh tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyriyaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında; - Kooperativin mənfəəti və onun bölüşdürülməsi haqqında. MTK-nın sədri Etiram Məmmədov iddiaçılara ünvanladığı 2022-ci il 1 iyul tarixli 43 nömrəli məktubla, 2022-ci il 10 may tarixli 33 nömrəli məktubuna istinad edərək, Kooperativ üzvlərinin ümumi yığncağının çağırılmasından imtina etmişdir. Bununla belə, iddiaçılar MTK-nın qanuni təmsilçisi X5 mübahisəyə mediasiyada baxılması üçün «X1 Barədə Təklif» irəli sürmüş, lakin təklifə heç bir münasibət bildirilməmişdir.

13. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ( bundan sonra-“MM”) 13, 43.5, 49.1, 49.3, 49.4, 49.6, 110-2.2-ci maddələrinə istinad edilmişdir.

14. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar kooperativ üzvü kimi kooperativin fəaliyyətində heç vaxt nə əmək fəaliyyəti ilə, nə də xərclərin ödənilməsində iştirak etməmiş, heç bir məbləğdə pul vəsaiti qoymamışlar. Dəfələrlə ümumi yığıncağın iclaslarına çağırılmalarına baxmayaraq, iclasa gəlməkdən boyun qaçırmış, kooperativin xərclərinin ödənilməsində iştirakdan yayınmışlar. Bu səbəbdən kooperativin əsas təsisçisi X6 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və onlar protokolla üzvlükdən xaric edilmişlər. Kooperativin xalis mənfəəti hazırda çıxa rıla bilməz, çünki kooperativ hələ qarşıya qoyduğu məqsədə nail olmayıb, xərcləri və öhdəlikləri mövcuddur, digər tərəfdən hətta fəaliyyəti məqsədinə nail olub yekunlaşsaydı belə, iddiaçıların MM-in 109-2.5-ci maddəsinə əsasən xalis mənfəətdən divindend almaq hüquqları yoxdur.

15. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 fevral tarixli e-2-2(113)-158/2023 saylı qərardadı ilə iddiaçıların cavabdehə qarşı “gəlir və xərcin müəyyən olunması və s.” tələbinə dair iş üzrə icraata xitam verilmiş, iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qərara alınmışdır (hakim Ü.Həsənova).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzi fəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Kooperativin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.

17. Kooperativ üzvlərinin ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Kooperativ üzvlərinin növbəti ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Kooperativ üzvlərinin növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericil iklə, habelə cavabdehin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən, cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, hazırkı iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, iddiaçılara izah olunmuşdur ki, iddiaçılar kooperativin iştirakçılarının ümumi yığıncaqlarında iştirak etmək hüquqlarına malikdir.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 43.1, 49.1, 109.1, 109.10, 109-4.1, 110-2.1, 1102.2, 110-2.3, 111.1, 111.7, 111.8-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1, 109.2, 109.3, 109.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 261.0.1, 262.1, 262.3-cü maddələrinə istinad etməklə ə saslandırmışdır.

19. İddiaçılar tərəfindən həmin qərardaddan verilmiş şikayətdə qərardadın ləğv edilərək, iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş edilmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-158/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-400/2023 saylı qərardadı ilə iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

22. Apellyasiya instansiyası məhkəməsi işin hal larını § 1-7-də göstərilən qaydada müəyyən etmiş iddia tələblərinin birinci hissəsi ilə bağlı MPM-nin 2.1-ci və 4.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Yəni məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Belə ki, kooperativin gəlir və xərclərinin müəyyən edilməsi tələbinin ayrıca iddia tələbi kimi irəli sürülməsi mümkün deyildir, habelə bu, ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Şəxsin hüquqlarının təminatı üçün hər hansı müb ahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.

23. Məhkəmə iddia tələblərinin ikinci hissəsinə qiymət verərkən MM-nin 43.1,49.1,109.1,109.10,110-2.1,110-2.2,110-2.3, 111.1, 111.7,111.8-ci maddələrinə, Mənzil Məcəlləsinin 109.1, 109.2, 109.3, 109.6-cı maddələrinə (mətni üçün bax aşağıda «Tətbiq edilən hüquq») və Cavabdeh MTK-nın Nizamnaməsinin müvafiq bəndlərinə əsaslanaraq qeyd etmişdir ki, Kooperativ üzvlərinin növbəti və növbədənkənar ümumi yığıncağının çağırılma qaydası qanunvericiliklə, habelə cavabdehin Nizamnaməsi ilə tənzimlənir. Bu səbəbdən, cavabdehin üzərinə növbədənkənar ümumi yığıncağın keçirilməsi vəzifəsinin qoyulması, habelə hər hansı məsələnin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məsələsinə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir.

24. Bundan əlavə, işin materiallardan görünür ki, iddiaçıların cavabdehin nizamnamə kapitalındakı payları (mayaların miqdarı) ümumilikdə 24,75 faiz (İddiaçı1-4,95 faiz, İddiaçı2-19,8 faiz) təşkil edir. Qanunvericiliyin tələblərinə əsasən kooperativin iştirakçılarının növbədənkənar ümumi yığıncağı yalnız səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin (25 faiz) tələbi ilə çağırılır. Bu səbəbdən izah olunmuşdur ki, iddiaçılar kooperativin iştirakçılarının ümumi yığıncaqlarında iştirak etmək hüquqlarına malikdir. Belə ki, Mülki Məcəllənin 109-4.1-ci maddəsinə əsasən kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; kooperativin fəaliyyətinə dair mə lumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək... kooperativin üzvlərinin hüquqlarıdır.

25. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və belə qənaətə gəlmişdir ki, həmin məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə formal mülahizərə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

26. Həmin qərardaddan iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətində qərardad ın ləğv edilərək, iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 43.5, 109.11, 110, 110-2, 111.3, 111.8, 112-ci maddələrinin tələbləri pozulmuşdur-iddiaçıların cavabdehə qarşı tələbi Kooperativin iştirakçısı olaraq mənfəətdən pay almaqdır. İddia ərizəsindən, iddia ərizəsinə əlavə edilən sənədlərdən açıq aydın görünür ki, iddiaçıların Kooperativdən pay almaq hüquqları pozulmuşdur. Belə ki, kooperativin mənfəətini çıxarmaq üçün ilk növbədə kooperativin gəlir və xərci müəyyən edilməlidir. Kooperativin gəlir və xərcinin müəyyən edilməsi üçün MTK-nın sədrinə müraciət olunmasına baxmayaraq imtina edilmişdir. Bununla da iddiaçılar pozulmuş hüquq və mənafelərinin məhkəmə qaydasında bərpası üçün mübahisə qaldırmışlar. İddiaçılar mübahisənin məhkəmədənkənar qaydada həlli üçün bütün zəruri tədbirləri görmüşlər.

28. Kooperativin Müşahidə şurası və təftiş komissiyası (müfəttişi) olmadığı üçün növbədənkənar ümumi yığıncağın çağırılması mümkün deyildir. Kooperativi cəmi 1 % pay hüququ olan sədr idarə edir ki, onun idarəçiliyi dövründə mənfəətin bölüşdürülməsinə dair nə növbəti, nə də növbədənkənar ümumi yığıncaq çağırılmamışdır. Gəlir və xərcin müəyyən edilməsi və bununla bağlı təsisçilərlə hesablaşmanın auditinin aparılması üçün kənar auditor şirkətinin cəlb edilməsi tələbi tam qanunidir. Kooperativ iştirakçılarından 19.8% paya sahib X4 2018-ci il 31 yanvar tarixində və 24.75% paya sahib X11 2020-ci il 17 dekabr tarixində vəfat et mişlər. 24.75% paya sahib Əli-X14 payçısı olduğu "xxxx" MTKnın pul vəsaitini mənimsəyən şəxsdir (bu faktı həmin MTK-nın müqavilə əsasında cəlb etdiyi kənar auditor şirkəti rəyində qeyd etmişdir). X7 4.95% və X10 1% səslə Əli-X14na yaxın şəxslərdir. Belə bir vəziyyətdə MTK-da 4.95% və 19.8% pay və səs hüququna malik iddiaçıların mənfəətdən onlara çatmalı olan pul vəsaitindən və ya əmlakdan məhrum olmaları qəbul edilən deyildir. Göründüyü kimi, bir payçı 3 ildən və digər payçı 2 ildən artıqdır ki, vəfat etmələrinə rəğmən miras qəbul edilməmişdir, əgər qəbul edilmiş olardısa, mirası qəbul edən vərəsə iştirakçıların ümumi yığıncağının çağırılmasını və payın bölüşdürülməsini tələb edərdi. Faktiki olaraq MTK-nın iştirakçılarının yığılması qeyrimümkün olduğundan, iddiaçıların mənfəətdən onlara ça tmalı olan pul və ya əmlakı almaları üçün gəlir və xərcin müəyyən edilməsi tələbləri qanunvericiliyə zidd deyil, bununla bağlı ümumi yığıncağın çağırılması məcburi deyildir. Əks hal iddiaçıların gözlədikləri əmlakdan məhrum edilməsi deməkdir.

29. İddiaçılara cavabdeh MTK-nın üzvlüyündən çıxarılmalarına dair heç bir bildiriş gəlməmişdir və bunu təsdiq edən heç bir sübut yoxdur, əgər olmuşdursa cavabdeh tərəfindən məhkəməyə təqdim edilərdi. Bununla yanaşı, 2017-ci il 13 may tarixli protokol özlüyündə şübhə doğurur. Belə ki, tarixi bilinməyən 2016-cı ilin noyabr protokolunda gündəlikdə “ünvan 4 ünvanında yerləşən qəzalı evlərin sökülməsi və tikintiyə sərf olunacaq pul vəsaiti haqqında” məsələ dursa da, müzakirələrdə və qəbul edilən qərarda evlərin söküntüsü, sakinlərin köçürülməsi, kirayə haq larının və kompensasiyaların ödənilməsi üçün lazımi miqdarda pulun toplanması qeyd edilsə də, bu pulun miqdarı və kimlər tərəfindən nə qədər vəsaitin qoyulduğu qeyd edilməmişdir. İddiaçılar kooperativ üzvlüyündən çıxmaları barədə ərizə verməmişlər. Əgər belə bir hal olsa idi, bu halda onların paylarının dəyəri ödənilməli və ya paylarına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməli idi. Eyni zamanda, Kooperativ üzvlüyündən çıxan üzvə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Belə bir hal baş verməmişdir və cavabdeh tərəfindən bu halı sübut edən heç bir sənəd təqdim edilməmişdir. Bundan başqa, iddiaçıların ümumi yığıncağ ın qərarı ilə kooperativin iştirakçılığından çıxarılmalarına əsas ola biləcək, yəni kooperativin nizamnaməsi ilə onlara həvalə olunmuş vəzifələrini icra etməmələrinə və ya lazımınca icra etməmələrinə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallara dair heç bir sübut təqdim edilməmişdir.

30. Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binaları yaşayış və qeyri-yaşayış sahələrinin alıcılarından daxil olmuş vəsait hesabına tikilmişdir. İddiaçılar binaların tikintisinə cəlb olunmuş vəsaitlər barədə məlumatların və sənədlərin alınmasına məhkəmədənkənar və məhkəmə qaydasında əldə olunmasına çalışsalar da, bu mümkün olmamışdır. Həmin yaşayış binalarının tikintisinə cəmi ümumi 21-23 milyon xərc tələb olunur ki, bu, binaların yaşayış və qeyri-yaşayış sahələrinin satışından əld ə edilmiş cəmi 46-49 milyon manat vəsait hesabına qarşılanmışdır. İstehlak məqsədilə inşa edilmiş yaşayış binalarının satışından əldə olunan gəlirdən çəkilən xərc çıxıldıqdan sonra MTK xalis 25-26 milyon manat mənfəət əldə etmişdir ki, bu vəsait bölüşdürülməmiş və bölüşdürülməsinə dair təsisçilərin ümumi yığıncağı keçirilməmişdir.

31. MPM-in 2.1, 4.1, 76.1, 77, 88, 265.4-cü maddələrinin tələbləri pozulmuşdurcavabdeh iddiaçıların MTK-nın iştirakçılığından çıxarılmaları üçün mülki qanunvericiliyin tələb etdiyi sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə cavabdehə zəruri əlavə sübutların təqdim edilməsini təklif etməmişdir. Məhkəmələr iddiaçıların təqdim etdiyi iş üçün əhəmiyyətli olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Hər iki instansiya həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Cavabdehin məhkəmənin qərardadı əsasında təqdim etdiyi Kooperativin ümumi yığıncaq protokollarında müəyyən olmuşdur ki, Kooperativin üzvü X4 vəfat etdikdən sonra protokollara onun adı yazılmış və əvəzinə imza atılaraq sənədlərdə saxtalaşdırılma aparılmışdır. Saxtalaşdırılma aparılan sənəd mühüm əhəmiyyətli sənəddir və həmin üzvün səs hüququ 19.8%-dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MP M-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyriəmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin m üstəqil balansı olmalıdır....” “Maddə

49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir....” “Maddə

109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.... 109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvl ərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir....” “Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək; 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri alm aq; 109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək....” “Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi 110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və divi dendlərin ödənilməsinə yönəldilir. 110-2.2. Kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. 110-2.3. Kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər.” “Maddə

111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları ida rə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.... 111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəf indən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır....”

36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mə nzil Məcəlləsinin müvafiq müddəalarında “Maddə

109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.3. Mənzil-tikinti kooperativləri istehlak kooperativləridir.... 109.6. Mənzil-tikinti kooperativlərini n yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;...” “Maddə

262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası iddiaçıların kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şika yət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi)

39. İddiaçıların kassasiya şikayətinin § 27-31-də göstərilən dəlilləri eyni zamanda, birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin də dəlili olmuşdur. Kollegiya həmin dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 22-24) və hesab edir ki, eyni məzmunlu dəlillər üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa zərurət yoxdur

40. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qərardadın ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. 41.Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 mart tarixli 2-2(103)-400/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar