Məhkəmə qərarları › İş №2-2(102)-285/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-285/2024

12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-285/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”zərərin ödənilməsi” tələbi barədə iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-8/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İcraçı-fərdi sahibkar Cavabdeh2 ilə sifarişçi “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 2022-ci il 11 yanvar tarixli KOL-ŞU-120 nömrəli xidmət müqaviləsinə (bundan sonra – “Müqavilə”) əsasən, icraçı qanuni əsaslarla mülkiyyətində (istifadəsində) olan avto nəqliyyat vasitəsi ilə “Hyundai County” markalı, 28+1 nəfərlik, **-BG-*** dövlət nömrə nişanlı avtobusu sifarişçiyə sərnişin daşıma xidmətini göstərməyi, sifarişçi isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilədə 1 ədəd nəqliyyat vasitəsinin 1 təqvim ayı üçün xidmət haqqı avtobus üçün 5.000 manat, ehtiyac olduqda mikroavtobus üçün 3.200 manat müəyyən edilmişdir.

2. Müqaviləyə və ona 01 nömrəli Əlavəyə əsasən “Hyundai County” markalı, 28+1 nəfərlik, ** BG *** dövlət nömrə nişanlı avtobusun yerinə xidmət göstəriləcək texnikaların ** EA *** dövlət nömrə nişanlı, ** EA *** dövlət nömrə nişanlı, ** DS *** dövlət nömrə nişanlı “Hyundai County” markalı 28+1 nəfərlik avtobuslar və ** BL *** dövlət nömrə nişanlı “Mercedes-Benz Sprinter” markalı “15+1” nəfərlik mikroavtobus olduğu qeyd edilmişdir. 3. 2022-ci il 6 fevral tarixində Cavabdeh1 idarə etdiyi “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xocalı rayonu, Sığnaq kəndindən Şuşa şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən mikroavtobus aşmış, nəticədə sərnişinlər və Cavabdeh1 müxtəlif bədən xəsarətləri almışdır. 2022-ci il 6 fevral tarixində Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Cavabdeh1 əməlində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 327.2 və 332.1ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Xocalı Rayon Polis X3 Polis Bölməsinə göndərilmişdir (Xocalı Rayon Polis Şöbəsinin “Cinayət təqibinə xitam verilməsi haqqında” 2022-ci il 1 may tarixli qərarı).

4. Cavabdeh1 “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İXM 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında p rotokol tərtib olunmuşdur (Xocalı Rayon Polis X3 Polis Bölməsinin “inzibati xəta haqqında” 2022-ci il 17 iyul tarixli ******* nömrəli protokolu).

5. Cavabdeh1 İXM-in 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir (Xocalı Rayon Polis X3 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 2022-ci il 17 iyul tarixli ******* nömrəli Qərarı).

6. Cavabdeh1 əmək müqaviləsi qüvvəyə minmədən Cavabdeh2 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Cavabdeh2 tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir (X2 Xidmətinin “İnzibati xəta haqqında” 2022-ci il 16 fevral tarixli inzibati xəta haqqında ******* nömrəli protokolu).

7. Cavabdeh2 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3.000 manat məbləğində cərimə edilmişdir (X2 Xidmətinin “İnzibati tənbeh vermə haqqında” 2022-ci il 24 fevral tarixli ******* nömrəli Qərarı). 8. “Auto Azərbaycan” şirkəti tərəfindən ban nömrəsi KMJHD17CP8C039826 olan “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilə ilkin baxış keçirilən zaman dəyişdirilməsinə ehtiyac olan ehtiyat hissələrinin dəyəri ümumilikdə 35.229,66 manat müəyyən edilmişdir. Qeyd olunanlar ilkin baxış zamanı aşkar olunmuşdur, avtomobilin təmiri zamanı aşkar olunacaq təmirə ehtiyacı olan ehtiyat hissələrinin adları son akta əlavə ediləcəkdir (2022-ci il 5 may tarixli AA041/1101 nömrəli akt). 9. “Auto Azərbaycan” şirkətinə 200 manat məbləğində servis haqqı ödənilmişdir (2022-ci il 11 aprel tarixli 220411-079 nömrəli servis iş əmri). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı (bundan sonra – “iddiaçı”) 2023-cü il 11 yanvar tarixində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1” və “Cavabdeh2”) qarşı ”zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “Hyundai” markalı, ** EA *** dövlət nömrə nişanlı mikroavtobusa yol nəqliyyat hadisəsi zamanı vurulmuş zərərə görə 35.230 manat məbləğində pulun, vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40.000 manat məbləğində pulun, hüquqi yardım ilə bağlı ödənilmiş 170 manat, 400 manat məbləğində ödənilmiş mediasiya xərcinin və 200 manat servis haqqının cavabdehlərdən müştərək qa ydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mülkiyyətində olan nəqliyyat vasitələrini icarəyə verməklə qazanc əldə edir. Cavabdeh2 iddiaçıya “X4 Sanayi və Ticarət Anonim Şirkəti”nin işçilərinin daşınması üçün nəqliyyat vasitəsinə ehtiyac olduğunu və sürücü ilə birlikdə nəqliyyat vasitəsini ona icarəyə verməyini, əvəzində hər ay 4.000 manat məbləğində pul verəcəyini bildirmişdir. Aralarındakı şifahi razılaşmadan sonra iddiaçı ona məxsus “Hyundai” markalı “County” model ** EA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini sürücüsü Şahid1la birlikdə Xocalı rayonu Sığnaq kəndinə göndərmişdir. Bir müddət sonra Cavabdeh2 ona zəng edərək Türkiyə vətəndaşlarının gö ndərilən sürücüyə etiraz etdiklərini, buna görə sürücünü dəyişdiyini və öz tanışını təyin etdiyini bildirmiş, 2022-ci il 6 fevral tarixində mikroavtobusu idarə edən Cavabdeh1 şirkətin işçilərini işə apararkən mikroavtobusu aşırtmış və avtobusdakı sərnişinlərin xəsarət alması ilə yanaşı, mikroavtobus da yararsız hala düşmüşdür. Faktla bağlı araşdırma başlanılmış, Xocalı Rayon Polis Şöbəsinin müstəntiqi tərəfindən 2022-ci il 1 may tarixində Cinayət Məcəlləsinin 73-1-ci maddəsini əsas gətirməklə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılmış, Cavabdeh1 əməlində İXM-in 327.2 və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan inzibati protokol tərtib edilməsi üçün qərarın surəti RPŞ-nin DYPB-yə göndərilmişdir. İddiaçı tərəfindən qəza törədən Cavabdeh1 etibarnamə verilməmiş, habel ə “X4 Sanayi və Ticarət Anonim Şirkəti” ilə hər hansı müqavilə bağlanmamışdır. İddiaçının Cavabdeh2 ilə şifahi razılaşması olmuş, müəyyən qazanc qarşılığında nəqliyyat vasitəsini ona təqdim etmiş, o da şirkətlə xidməti müqavilə bağlayaraq aldığı puldan həm iddiaçının ödənişini etmək, həm də əlavə gəlir götürmək niyyətində olmuşdur. İddiaçı nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsini törədən Cavabdeh1 tanımamış, ona nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə verməmişdir. Cavabdeh1 Cavabdeh2 işçisi olmuş, Cavabdeh2 istəyi ilə nəqliyyat vasitəsini o idarə etmiş və yol nəqliyyat hadisəsini törətmişdir. Belə olan halda Cavabdeh2 həm nəqliyyat vasitəsinə vurulmuş zərərlə, həm də sahibkarlıq fəaliyyətinin subyekti olaraq təqsirli davranışı ilə iddiaçını uzun müddət qazanc əldə etməsindən məhrum etmiş, iddiaçı sahibkar olaraq nəqliyyat vasitələrini icarəyə verməklə gəlir əldə etdiyi halda hazırkı nəqliyyat vasitəsinin yararsız hala düşməsinə görə 2022-ci ilin yanvar ayından bu günədək aralarındakı şifahi razılaşmaya əsasən hər ay 4.000 manat məbləğində gəlirdən də məhrum olmuşdur.

12. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, iddiaçının verdiyi etibarnaməyə əsasən “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu təxminən 20 gün sürdükdən sonra Cavabdeh2 sürücü kimi Cavabdeh1 gətirmiş, lakin sonuncu avtobusu idarə etməyə başladıqdan təxminən 10 dəqiqə sonra yol nəqliyyat hadisəsi törətmişdir.

13. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, hazırda o, iddiaçıya məxsus avto busların birinin sürücüsü kimi işləyir. O, Cavabdeh2 ilə 2017-2018-ci illərdə bir yerdə işləmişdir. Cavabdeh2 Qarabağ ərazisinə göndərmək üçün avtobus axtarması barədə ona dedikdən sonra onu iddiaçı ilə əlaqələndirmiş, bundan sonra onlar özləri danışıb razılığa gəlmişlər. Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi törədildikdən sonra Cavabdeh2 ona zəng vuraraq qəza barədə məlumat vermiş, bundan sonra o, məsələ ilə bağlı iddiaçıya söyləmiş və onunla birlikdə hadisə yerinə getmişlər.

14. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə etdiyi vaxt nəqliyyat vasitəsinin əyləc sisteminin zəif olduğunu və bununla bağlı Şahid1 tez-tez nəqliyyat vasitəsinin sahibi ilə telefon əlaqəsi saxlayaraq məlumat verdiyini bildirmişdir.

15. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid4 ifadəsində “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusun əyləc sisteminin zəif olması barədə eşitdiyini bildirmişdir.

16. Sumqayıt Kommersiya Məhkəməsinin müvafiq qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 iyul tarixli, 9/4455 nömrəli ekspert rəyinə (məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi) əsasən, tədqiq edilən 2007-ci il buraxılışlı “Hyundai County” markalı, ** EA *** dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 21.000 (35.000-40%) manat m üəyyən edilmişdir.

17. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 15 avqust tarixli e-2-2(119)157/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21.000 manat məbləğində dəymiş maddi ziyan, ödənilmiş 400 manat məbləğində mediasiya xərci, hüquqi yardımla bağlı ödənilmiş 110 manat məbləğində xidmət haqqı və 200 manat məbləğində ödənilmiş servis haqqı olmaqla, cəmi 21.710 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq X1 ödənilməsi, cavabdehlərdən müştərək qaydada dövlət nəfinə 153 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim - H.Alıyeva).

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, Cavabdeh2 və Cavabdeh1 iddiaçının əmlakına maddi ziyan vurmuşlar. Buna görə də, cavabdehlərdən müştərək qaydada iddiaçıya məxsus nəqliyyat vasitəsinə vurulmuş maddi ziyanın əvəzi tutulmalıdır. Lakin cavabdehlərdən tutulmalı olan dəymiş maddi ziyanın məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının (bax § 16) rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən iddiaçının xeyrinə 21.000 manat məbləğində dəymiş maddi ziyanın əvəzi tutulmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində vurulmuş zərərə görə məhrum olduğu qazancın əvəzi olaraq 40.000 manat məbləğində pulu n cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etsə də, həmin hissənin əsaslılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

19. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 1096.1, 1096.2, 1097.1, 1099.1 və 1099.2-ci maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 18 aprel tarixli Qərarına; MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

20. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş tam araşdırmaqla yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-8/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Z. Məmmədov, hakimlər – A.Süleymanova və E. Rəhimov).

22. Cavabdeh nəqliyyat vasitəsinin nasaz olduğunu qeyd etsə də, “Hyundai County” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən İXM-in 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və Xocalı Rayon Polis X3 Polis Bölməsinin “İnzibati tənbeh vermə haqqında” 2022-ci il 17 iyul tarixli ******* nömrəli Qərarı ilə İXM-in 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir.

23. Ekspert rəyinin əsassızlığı, ekspertə fotoşəkillərin təqdim olunmaması barədə cavabdehin dəlili ilə bağlı kollegiya qeyd etmişdir ki, ekspert rəyinə görə, “Malın (işin, xidmətin) bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəti cəsində Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, internet saytı məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı 2007-ci il buraxılışlı “Hyundai County” markalı, **-EA-*** markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 35.000 manat müəyyən edilmişdir. Tədqiq edilən “Hyundai County” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 40%-ni təşkil etm işdir. Beləliklə, tədqiq edilən 2007-ci il buraxılışlı “Hyundai County” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 21.000,0 (35.000,0 m - 40%) manat müəyyən edilmişdir.

24. Ekspert rəyinin istinad olunduğu 2022-ci il 5 may tarixli AA041/1101 nömrəli “Auto Azərbaycan” şirkətinin aktına görə, avtomobilə ilkin baxış keçirilməklə tərtib olunmuş və dəyişdirilməsinə ehtiyac olan ehtiyat hissələrinin dəyəri ümumilikdə 35.229,66 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq cavabdehin dəlillərini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında mülki hüquq pozun tularından (deliktlərdən) əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmış, cavabdehlər tərəfindən iddiaçının əmlakına maddi ziyan vurulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1 və 1108.2-ci; İXM-nin 327.2-ci və 332.1 maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 18 aprel tarixli Qərarına; MPM-in 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Cavabdeh2 kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayə tinin dəlilləri

27. MM-in 1108.1-ci maddəsi üzrə - Əgər lazımi hüquqi əsas olmadan (konkret halda avtomobilin sahibi tərəfindən etibarnamə verilmədən) obyekt (yüksək təhlükə mənbəyiyəni hazırki halda nəqliyyat vasitəsi) başqa şəxsin istifadəsinə keçirsə, bu halda delikt məsuliyyətinin subyekti dəyişmir. Nəqliyyat vasitəsini səlahiyyətsiz idarə edən şəxs məsuliyyət daşımır. Bu mənada, məhkəmə MM-in 1108.1-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır, çünki Cavabdeh1 qəza törədilmiş nəqliyyat vasitəsinə münasibətdə qanuni sahib deyildir. Başqa sözlə, onun etibarnaməsi olmadığı üçün, məhkəmə MM-in 1108.1-ci maddəsinə istinad etməklə, tətbiq edilməməli olan qanunu tətbiq etmişdir.

28. İddiaçı ilə sifarişçi “X4 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi a rasında bağlanmış müqavilənin şərtinə görə (bax § 1) ya qanunazidd hərəkət, ya da təqsir müəyyən olunmalıdır. İstər avto-qəza hadisəsi baş verən zaman istintaq mərhələsində, istərsə də həm birinci, həm də apellyasiya mərhələsində şahidlər dəfələrlə mübahisə predmeti olmuş mikroavtobusun texniki cəhətdən nasaz olduğunu qeyd etmişlər. Avto-qəza hadisəsinin baş verməsinə səbəb sürücünün səriştəsizliyi deyil, nəqliyyat vasitəsinin nasazlığı idi. Dəfərlərlə məhkəməyə vəsatət verilsə də, məhkəmə avto-texniki ekspertiza keçirib məsələyə aydınlıq gətirməmişdir. Məhkəmə qiymətləndirmə ekspertizası keçirdiyi kimi, avto-texniki ekspertiza da təyin edə bilərdi. Məhkəmə vəsatətin təmin edilməməsi səbəbini əsaslanlandırmamış, bununla da cavabdeh məhkəmənin onun dəlilini əhəmiyyətli hesab edib-etmədiyin və yaxud ümumiyyətlə qəbul etmədiyini müəyyən edə bilməmişdir.

29. MM-in 1099.1-ci maddəsi üzrə - Vurulan zərərin əvəzi Cavabdeh1 tələb edilməməli idi. Başqa sözlə iddia tələbi ona cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir. Zərərin ödənilməsinin müştərək qaydada tutulması doğru iddia tələbi olmadığı halda, məhkəmə buna əhəmiyyət vermədən işə baxmışdır. 30. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.1, 18.1-ci maddələri üzrə - ** EA *** dövlət nömrə nişanlı mikro avtobus icbari sığorta olunmuş nəqliyyat vasitəsi idi. İstinad olunan normalara əsasən sığorta hadisəsi baş verdiyi təqdirdə sığortaçı tərəfindən sığortalıya (hazırkı halda iddiaçıya) sığorta ödənişi ödənilir. Sonra isə sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subr oqasiya hüququ yaranır. Yəni sığorta şirkəti müvafiq tələblə hadisəni törətmiş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əldə etmiş olur. Bu isə iddiaçının əsassız varlanmasına, yəni həm cavabdehdən, həm də sığorta şirkətindən ödəniş almasına, cavabdehin bir əmələ görə iki dəfə cəzalanmağına (həm iddiaçıya, həm də sığorta şirkətinə ödəniş edilməsinə) səbəb olmuşdur ki, bu da müəyyənlik prinsipini rəhbər tutan hüquqi dövlət üçün yolverilməzdir. İşə baxan məhkəmələr isə bu halı araşdırmamışdılar.

31. MPM-in 218.1-ci maddəsi üzrə - Məhkəmə qətnamə çıxararkən göstərilən normanın tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən verilən vəsatətləri səbəbini göstərmədən qəbul etməmiş, iddiaya cavab verməli olmayan şəxsə qarşı qərar qəbul etmişdir, MM-in 1108.1-ci maddəsinə istinad etm əklə, tətbiq edilməməli olan qanunu tətbiq etmişdir.

32. MPM-in 77.1-ci maddəsi üzrə - İddiaçı öz mövqeyinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İş üzrə birmənalı şəkildə müəyyən olunmur ki, zərərin vurulması sürücünün səriştəsizliyi nəticəsində olmuşdur. Amma buna baxmayaraq iddiaçı iddiasında haqlı hesab edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

34. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi digər Cavabdeh1 apellyasiya şikayəti əsasında hər iki cavabdehə münasibətdə tam yoxlanıldığından Cavab deh2 həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmışdır. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.

35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır....” “Maddə 1097. Mülki hüquq pozuntul arı üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....” “Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.” “Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzi ni ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər....”

38. Azərbaycan Respublikasının İnzibati müddəalarında aşağıdakılar nəzərdə tutulur: Xətalar Məcəlləsinin müvafiq “Maddə

327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması... 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə d axil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir....” “Maddə

332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir....” “Maddə

342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması... 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.1. tormoz sistemi v ə ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına;... görə yüz əlli manat məbləğində cərimə edilir.” 39. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: 50.1, 52.1, 53.1-ci maddələrinin “Maddə

6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən... 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir....” “Maddə

7. Üçüncü şəxslər Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.” “Maddə

50. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının məqsədi və təyinatı 50.1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliy yat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir....” “Maddə

52. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur....” “Maddə

53. Mülki məsuliyyəti icbari sığorta etdirilməli olan avtonəqliyyat vasitəsi sahibləri, sığortalı və sığorta olunan 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar....”

40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 18 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... İşçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki ola raq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olması qənaətinə gələ bilər. Eyni zamanda həmin Qərarda göstərilir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.”...”

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına m üvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Mə hkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

43. Əvvəla, məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, kassasiya şikayətinin digər Cavabdeh1 münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verildiyi bildirilən pozuntular barədə olan dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasını qeyri-mümkün edir. Belə ki, Cavabdeh1 özü apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirməmişdir. Bu da hazırkı vəziyyətdə onun həmin qətnamə ilə razılaşdığı anlamına gəlir.

44. Kassator özünün digər dəlillərində qeyd edir ki, şahidlər məhkəmə icraatı zamanı dəfələrlə mübahisə predmeti olmuş mikroavtobusun texniki cəhətdən nasaz olduğunu qeyd etmişlər. Avto-qəza hadisəsinin baş verməsinə səbəb sürü cünün səriştəsizliyi deyil, nəqliyyat vasitəsinin nasazlığı idi. Dəfərlərlə məhkəməyə vəsatət verilsə də, məhkəmə avto-texniki ekspertiza keçirib məsələyə aydınlıq gətirməmişdir. İş üzrə birmənalı şəkildə müəyyən olunmur ki, zərərin vurulması sürücünün səriştəsizliyi nəticəsində olmuşdur.

45. Cavabdeh nəqliyyat vasitəsinin nasaz olduğunu qeyd etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh1 müvafiq avtobusu idarə edərkən inzibati xəta törətdiyi üçün dövlət yol polis bölməsi tərəfindən cərimə olunmuşdur.

46. İşin mübahisəsiz hallarına görə, bu zaman inzibati məsuliyyətin əsası kimi tətbiq edilmiş hüquq normalarından biri İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi (bax § 38) olmuşdur.

47. Həmin maddənin dispozisiyasını təşkil edən əməlləri (pozuntu ları) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olma, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə, yaxud maneəni kənardan keçmə təşkil edir.

48. Həmin inzibati cərimənin tətbiqi haqqında qərarın cavabdeh tərəfindən mübahisələndirilməsi nəticəsində ləğv olunması isə işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məlum qəzanın nəqliyyat vasitəsinin nasazlığı nəticəsində baş verdiyinə dair nəticəyə gəlməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.

50. Digər tərəfdən, o da qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.1-ci maddələrinə (bax § 38) görə, elə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, o cümlədən tormoz sistemi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyət də məhz sürücülərin üzərinə düşür.

51. Daha sonra kassator “İcbari sığortalar haqqında” Qanuna istinad edərək bildirir ki, qəza törətmiş avtobus icbari sığorta olunduğundan sığortaçı tərəfindən sığortalıya (hazırkı halda iddiaçıya) sığorta ödənişi ödənilir. Sonra isə sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Yəni sığorta şirkəti müvafiq tələblə hadisəni törətmiş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əldə etmiş olur. Bu isə iddiaçının əsassız varlanmasına, yəni həm cavabdehdən, həm də sığorta şirkətindən ödəniş almasına, cavabdehin bir əmələ görə iki dəfə cəzalanmağına (həm iddiaçıya, həm də sığorta şirkətinə ödəniş edilməsinə) səbəb olmuşdur ki, bu da müəyyənlik prinsipini rəhbər tutan hüquqi dövlət üçün yolverilməzdir.

52. Məhkəmə kollegiyasının mövqeyinə görə isə, sözügedən dəlillər tamamilə əsassızdır.

53. Belə ki, əvvəla, cavabdehin MPM-in 77.1-ci maddəsinin (bax § 41) tələblərinə uyğun olaraq həmin dəlillərin əsaslılığını təsdiq edən sübutları aşağı instansiya məhkəmələrinə təqdim etməsi iş materiallarından görünmür.

54. Digər tərəfdən isə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4, 7, 50.1, 52.1, 53.1-ci maddələrinin (bax § 39) və digər normalarının məzmununun əlaqəli şəkildə təhlilindən aydın olur ki, sözügedən dəlillər kontekstində həmin Qanun avtonəqliyyat vasitəsi sahiblərinin, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslərin üçüncü şəxslər, yəni mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər qarşısında mülki məsuli yyətinin icbari sığortası ilə əlaqədar münasibətləri tənzimləyir. Mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsi üzrə sığorta ödənişi verilməli olan üçüncü şəxs faydalanan şəxs hesab edilir.

55. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası avtonəqliyyat vasitələrinin istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

56. Hazırkı işin hallarından isə məlum olur ki, qəza törətmiş avtobusun mülkiyyətçisi kimi, iddiaçının həmin avtobusla əlaqədar bağlanmış üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçıdan sığorta ödənişi alması hüquqi baxımdan mümkünsüzdür. Çünki mülki məsuliyyətin icbari sığortası üzrə sığorta ödənişi iddiaçıya deyil, üçüncü şəxs(lərə)ə, yəni həmin qəza nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərə ödənilə bilərdi.

57. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 41) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM- in 217.1-ci maddəsinə (bax § 41) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-8/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli 2-2(105)-8/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar