Məhkəmə qərarları › İş №2-2(102)-285/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-285/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-285/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər X1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddia müddəti, iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X1 və X2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)78/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraa t qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) ilə X4 (bundan sonra-“ cavabdeh S.Hüseynov”) arasında 2011-ci ilin dekabr ayında əldə edilmiş birgə sahibkarlıq fəaliyyəti göstərilməsi barədə şifahi razılaşmaya əsasən, iddiaçı cavabdehə Sədərək Ticarət Mərkəzində fəaliyyət göstərdiyi mağazada satılması üçün Çin Xalq Respublikasından santexnika malları gətirmək üçün geri qaytarılması şərti ilə 50.000 ABŞ dolları pul vermiş, cavabdeh isə iddiaçıya hər ay qazacdan 1000 ABŞ dolları ödəmıyi öhdəsinə götürmüşdür.

2. Cavabdeh S.Hüseynov 3 il ərzində (2012-2014-cü illər) iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, 36.000 ABŞ dolları ödəmiş, sonradan bu razılaşma üzrə ödəniş etməmiş, 2015-ci ildən etibarən iddiaçı verdiyi 50.000 ABŞ dolları vəsaitin qaytarma sını tələb etsə də, cavabdeh nə həmin pulu qaytarmış, nə də gəlirdən hər ay 1000 ABŞ dollaı ödəniş etmişdir.

3. Tərəflər arasında 2012-ci ilin aprel ayında əldə edilmiş digər razılaşmaya əsasən, iddiaçı cavabdeh S.Hüseynovun atası X5 (bundan sonra – “cavabdeh Ə.Hüseynov”) vasitəsi ilə həmin vaxt Çin Xalq Respublikasında olan S.Hüseynova göndərməsi üçün geri qaytarılması şərti ilə 80.000 ABŞ dolları pul verilmiş, S.Hüseynov isə həmin vəsaiti də ticarət dövriyyəsinə qoymaqla, mütəmadi olaraq iddiaçıya gəlirdən pay ödəyəcəyini öhdəsinə götürmüşdür.

4. İddiaçı cavabdehlərə verdiyi pul vəsaitlərinin və gəlirdən ona çatası payın ödənilməməsi barədə polisə şikayət etmiş, aparılmış araşdırma nəticəsində qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsinin cinayət işinin rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərarından görünür ki, iddiaçı izahatında cavabdeh S.Hüsyenova birgə fəaliyyət üçün 50.000 ABŞ dolları və 80.000 ABŞ dolları, sonradan gəlirdən 20.000 ABŞ dolları pul verildiyini, cavabdeh tərəfindən isə cəmi 80.000 (36.000+20.000+15.000+9000) ABŞ dolları ödəniş edildiyini bildirmişdir. Cavabdeh S.Hüseynov isə izahatında göstərmişdir ki, 2012-ci ildə iddiaçıdan həqiqətən ticarət üçün atası vasitəsi ilə 50.000 ABŞ dolları və 80.000 ABŞ dolları pul almış, 50.000 ABŞ dolları pulun müqabilində iddiaçıya hər ay 1.000 ABŞ dolları vermişdir. 80.000 ABŞ dolları ilə bağlı razılaşma belə olmuşdur ki, qazancın müəyyən hissəsini iddiaçıya verəcək. 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aylıq 1.000 ABŞ dolları pulu verə bilməmişdir. Lakin 80.000 ABŞ dolları pula gör ə 2020-ci il 8 mart tarixinədək müxtəlif vaxtlarda müxtəlif miqdarda pullar vermişdir. İddiaçıdan aldığı cəmi 130.000 ABŞ dollarının qarşılığında ona 18.002 manat və 161.827 ABŞ dolları pul vermişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlərə qarşı 2023-cü il 26 sentyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 590.000 ABŞ dolları (160.000 ABŞ dolları əsas borc, 160.000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250.000 ABŞ dolları 2015-2023-cü il üçün ödənilməmiş gəlir) pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160.000 ABŞ dollarını qayta rmamışlar. İddiaçıya gəlirdən verilən 80.000 ABŞ dolları 2012, 2013, 2014-cü illəri əhatə edir, yəni hər il təqribən 27.000 ABŞ dolları olmuşdur. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27.000 ABŞ dolları pul verilməli idi. Nəticədə 160.000 ABŞ dollar əsas pul, 160.000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250.000 ABŞ dolları 2015-2023-cü illər üçün verilməli olan məbləğ, ümumilikdə 570.000 ABŞ dolları iddiaçıya qaytarılmalıdır.

7. Cavabdehlər iddia ərizəsinə etiraz edərək, iddiaçıdan 130.000 ABŞ dolları pul aldıqlarını bildirmişlər. Dolların məzənnəsi dəyişərkən cavabdehlərin maddi vəziyyəti pisləşməyə başlamış, 2014-cü ildən zərərə düşmüşlər. Cavabdehlər iddiaçıya 230.000 ABŞ dolları məbləğində ödəniş etmişlər. Onların iddiaçıya heç bir borcu qalmamışdır.

8. Cavabdeh S.Hüseynov həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək, qeyd etmişdir ki, iddiaçı 2014-cü ildən sonra ona hər hansı ödəniş edilmədiyini bildirdiyindən müqavilə tələbi üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən iddia rədd edilməlidir.

9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 noyabr tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 130.000 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Z.R.Pirverdiyev).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə 130.000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq, cavabdehlər iddiaçıdan aldığı əsas pul məbləğini tam şəkildə iddiaçıya ödəməmiş, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunan xüsusatlar iş materiallarına əlavə olunmuş Bakı şəhər Baş Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərarında göstərilən tərəflərin verdiyi izahatlarla da təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən, iddia həmin hissədə təmin edilməlidir.

11. Bununla belə, iddiaçı əsas məbləğdən əlavə olaraq cavabdehlərdən tələb etdiyi 460.000 ABŞ dolları borcun olmasını əsaslandıra bilmədiyindən və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia bu hissədə rədd olunmalıdır.

12. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barə də ərizəni əsassız hesab edərək göstərmişdir ki, məhkəmə iclasında iddiaçının izahatından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 2021-ci il 11 dekabr tarixli qərardan müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020-2021-ci ildə olmuşdur. Cavabdehlər tərəfindən 2020-2021-ci illər ərzində iddiaçıya ödənişlər olduğundan, yəni borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başlandığından iddia müddəti ötürülməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra“MM”) 373.2, 375.2, 380.1, 390.1, 439.1 və 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 119.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən dəyişdirilməklə, cavabdehlərdən 160.000 ABŞ dolları əsas, 160.000 ABŞ dolları maddi və mənəvi zərər, 270.000 ABŞ dolları 2015-2023-cü illər ərzində gələn gəlirlər olmaqla, ümumilikdə 590.000 ABŞ dolları pulun tutularaq ona ödənilməsini xahiş etmişdir.

15. Cavabdehlər də birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 17 aprel tarixli 2-2(103)-260/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, cavabdehlərin apelly asiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər Z.Şirinov və R.Qurbanov).

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə birgə fəaliyyət barədə razılaşma S.Hüseynovla olmuşdur. Onun atası Ə.Hüseynov onlar arasında danışıqlarda və pulun iddiaçıdan alınaraq cavabdehə təqdim edilməsi prosesində şahid olaraq, üzərinə hər hansı öhdəlik götürmədən iştirak etmişdir. Bu səbəbdən, ona qarşı hissədə iddiaçının tələbi mülki qanunvericiliyə görə əsassız hesab edilir.

18. İddiaçının iddia ərizəsindən və 2021-ci il 11 dekabr tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatından görünür ki, 50.000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1.000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36.000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50.000 ABŞ dolları ticarət üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda, iddiaçının tələbi yalnız S.Hüseynova qarşı 50.000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi. 19. 80.000 ABŞ dolları ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən ed ilməmişdir. Razılaşma belə olmuşdur ki, gəlirdən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcəkdir. Bu razılaşma üzrə 44.000 ABŞ dolları (80.000-36.000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir (sonuncu dəfə 2024-cü il 17 aprel tarixli iclas protokolundakı izahat). Həmçinin, cinayət işinin rədd edilməsi haqqında qərarda cavabdeh göstərmişdir ki, 2017-ci ildən sonra maddi vəziyyəti pisləşdiyindən və gəliri azaldığından 2020-ci ilin mart ayınadək iddiaçıya ayda 300, 500 manat pul vermişdir. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim etdiyi ərizələrdə 2015-ci ildən sonra ödənişlər edildiyinin göstəriş əsasında yazıldığını bildirsə də, bunu təsdiq edən sübut işdə yoxdur.

20. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı razılaşmada 80.000 ABŞ dollarına görə aylıq gəlirdən iddiaçıya ödənilməli olan məbləğ konkret müəyyən edilmədən gəlirin məbləğinə görə müəyyənləşdirilməli olduğundan iddiaçı bu hissədə (aylıq gəlirlərin məbləği ilə bağlı) tələbin əsaslı olduğunu təsdiq etmək üçün 2017-ci ildən sonra cavabdehin gəlirləri barədə sübutlar təqdim etməli və ya bu sübutların əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etməli idi. İşdə bu barədə sübutlar olmadığından iddiaçının 80.000 ABŞ dolları vəsaitə görə ödənilməli olan aylıq gəlirdən payla bağlı tələbi təmin edilə bilməz. Cavabdeh ticarət məqsədi ilə sonradan qaytarılması şərti ilə verilmiş 80.000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən, iddia müddəti ötürülməmiş olsaydı, iddiaçının tələbi həmin məb ləğin qaytarılması hissəsində təmin edilə bilərdi. İddiaçı tərəfindən cavabdehə 130.000 ABŞ dollarından əlavə vəsait verildiyi isə hər hansı sübutla təsdiq edilmir və cavabdeh tərəfindən qəbul edilmir.

21. Məhkəmə hesab etmişdir ki, iddia müddəti ötdüyü üçün iddiaçının cavabdehə müqavilə üzrə verdiyi 130.000 (50.000+80.000) ABŞ dollarının geri qaytarılması tələbi təmin edilə bilməz. Belə ki, 50.000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından, iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80.000 ABŞ dolları məbləğlə bağlı cavabdehin cinayət işinin rədd edilməsi haqqında qərardakı izahata əsasən 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən m üəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir. İddiaçı 2022-ci ildə eyni iddia tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddianın baxılmamış saxlanıldığını qeyd etsə də, qeyd edilən iddia ilə bağlı məhkəmə aktları təqdim edilməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni MM-in 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 387.3, 390.1 və 442-ci maddələrinə, MPM-in 77.1, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 22 avqust tarixli 2-2(102)-377/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın cavabdeh S.Hüseynovdan 130.000 ABŞ dolları əsas borcun və 2015-2023-cü illər üçün əldən çıxmış faydanın tutulması tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim – E.Şamayev, hakimlər – Ə.Xıdırov və B.Məmmədli).

25. Kassaiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına qaytararkən göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tələb üzrə iddia müddətinin tətbiqi nəticəsinə gələrkən, ədal ət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, iddia müddətinin keçməsi ilə bağlı sübutetmə yükü düzgün bölüşdürülməmiş, təqdim olunan sübutlara isə prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir.

26. Belə ki, apellyasiya məhkəməsi 50.000 ABŞ dolları tələbinə münasibətdə hesab etmişdir ki, həmin məbləğ üzrə öhdəliyin icrası müddəti 36 ay olmuş, cavabdeh bu müddətdə iddiaçıya 36.000 ABŞ dolları vəsait ödəmiş, 2015-ci ildən isə ödəniş etmədiyi üçün iddia müddəti ötürülmüşdür. Həmçinin 80.000 ABŞ dollarına münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçıya 2020-ci ilin mart ayınadək ayda 300-500 manat olmaqla ö dənişlər edilmiş, həmin müqavilə üzrə iddia müddəti 2023-cü ilin aprel ayında bitmişdir. İddiaçı isə hazırki iddia ilə 2023-cü ilin sentyabr ayında məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə iddia müddətinin axımının başlanması tarixini müəyyən edərkən cavabdehin istintaq orqanına verdiyi izahatına istinad etmişdir. S.Hüseynov izahatında iddiaçıya 50.000 ABŞ dollarına görə 2017-ci il 20 iyun tarixinədək stabil olaraq aylıq 1000 ABŞ dolları, 80.000 ABŞ dollarına isə 2015-ci il 2 sentyabr tarixinədək ümumilikdə 97.827 ABŞ dolları pul verdiyini, 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aldığı 50.000 ABŞ dollarını verə bilmədiyini, həmin tarixdən etibarən iddiaçıya ayda 300, 500 manat və s. bu kimi miqdarlar olmaqla, 2020-ci il 18 mart tarixinədək ümumilikdə 18002 manat verdiyin i göstərmişdir. Məhkəmə yalnız bu izahatda olan məlumatları əsas götürməklə iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir.

28. Lakin bu zaman iddia müddətinin axımının başlanması ilə bağlı iddiaçının mövqeyini öyrənməmiş, bu məsələ məhkəmə araşdırmasının predmetini təşkil etməmişdir. Belə ki, iş materiallarında olan məhkəmə iclas protokollarına görə birinci instansiya məhkəməsində izahat verən iddiaçı sədrlik edən hakimin sualına cavab olaraq son ödənişin 2020- ci ildə 300 manat olduğunu göstərmişdir (i.v. 27-31). Həmçinin, cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq iddiaçı sonuncu ödənişin 2020-ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarixi göstərmişdir (i.v. 55-56). Bundan başqa, apellyasiya icraatında izahat vermiş iddiaçı göstərmişdir ki, sonuncu ödəniş 2021ci ildə olmuşdur (i.v. 116-118). Apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə iddiaçı ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını göstərmişdir (i.v. 142-143). Bundan başqa, cinayət işinin rədd edilməsi haqqında qərarda iddiaçının sonuncu ödənişlə və ya cavabdehin hansı tarixdən ödənişləri etməkdən imtina etməsi ilə bağlı mövqeyi əksini tapmamışdır.

29. Göründüyü kimi, cavabdehin iddiaçıya etdiyi sonuncu ödənişin tarixi barədə iddiaçı tərəfindən verilən məlumat qeyri-müəyyən olunmuş, məhkəmələr isə iş üçün əhəmiyyətli olmasına baxmayaraq, bununla bağlı əlavə araşdırma aparmamışlar. Apellyasiya məhkəməsi iddia müddətinin axımının hesablanması üçün cavabdehin istin taq orqanına verdiyi izahatı əsas götürmüş, lakin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlarına qətnamədə ümumiyyətlə istinad etməmiş, bu ifadələrdə qeyd olunan məlumatlara hüquqi qiymət verməmiş, həmçinin, 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50.000 ABŞ dollarına, 80.000 ABŞ dollarına və ya ümumi borca aid olmasını araşdırmamışdır.

30. Beləliklə, apellyasiya məhkəməsi iddia müddətinin axımının davam etdiyi dövrdə cavabdeh tərəfindən etirafedici hərəkətlərin edilməsinə dair yalnız cavabdehin verdiyi məlumatları əsas götürməklə, iddiaçının mövqeyinə dair ümumiyyətlə araşdırma aparmamaqla və buna hüquqi qiymət verməməklə, MPM-in 9-cu maddəsi ilə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipi ni pozmuşdur.

31. Həmçinin qeyd olunmuşdur ki, iddia müddətinin keçməməsi nəticəsinə gəlindiyi halda, iddia 2015-2023-cü illər üçün ödənilməmiş gəlirin tutulması hissəsində tam rədd oluna bilməz. Belə ki, iddianın bu hissəsi faktiki olaraq əldən çıxmış fayda formasında zərər tələbidir və MM-in 445.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-78/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti rədd, cavabdeh S.Hüseynovun apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın S.Hüseynovdan pul vəsaitinin tutularaq İddiaçı verilməsi hissəsinin təmin olunduğu və 2015-2023-cü ill ər üçün əldən çıxmış faydanın tutulması hissəsinin rədd olunduğu hissələrdə ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin olunmamışdır (sədrlik edən məruzəçi hakim F.Qasımov, hakimlər G.Axundova və X.Sarıyev).

33. Apellyasiya məhkəməsi kassasiya instansiya məhkəməsinin 2020-ci ildə edilən ödənişlərin iddiaçının cavabdehə verdiyi 50.000 ABŞ dollarına, 80.000 ABŞ dollarına və ya ümumi borca aid olmasının araşdırılması barədə birinci göstərişi ilə bağlı qeyd etmişdir ki, cavabdehlər tərəfindən pulun ödənilməsi dayandırıldıqdan sonra iddiaçı cavabdehlərdən ümumi borcunun ödənilməsini tələb etmişdir. Buna görə də 2020-ci ildə ödənilmiş pul vəsaiti ümumi borca aiddir.

34. İddia müddətinin axımının başlanğıcının müəyyən olunması üçün sonuncu ödənişin 2020-ci ilin ha nsı ayında ödənilməsinin araşdırlması barədə ikinci göstərişlə bağlı isə qeyd olunmuşdur ki, bu xüsusatın araşdırılması üçün iddiaçının özünün ərizələrinin, tərəflərin məhkəmə iclaslarında verdiyi izahatların xronoloji ardıcıllıqla nəzərdən keçirilməsi əhəmiyyət kəsb edir. Bununla bağlı iddiaçının eyni məzmunlu ərizəsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsində aparılmış, sonradan isə Bakı Kommersiya Məhkəməsinə göndərilmiş iş materialları da tələb olunaraq nəzərdən keçirilmişdir. Həmin işin materiallarından görünür ki, iddiaçı 2022-ci il 16 iyun tarixində cavabdehlərə qarşı 270.000 manat məbləğində pul tələbi barədə iddia ərizəsi ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2022-ci il 27 oktyabr tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Qətnamə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 13 mart tarixli qərardadına əsasən ləğv edilərək, işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 17 avqust tarixli qərardadına əsasən isə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

35. Həmin işin materiallarının 1-ci cild, 52-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, cavabdeh Ə.Hüseynov izahatında bildirir ki, “Biz sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdik”. İş materiallarının 1ci cild, 113-cü vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi iddiaçının özünün iştirakı ilə keçirilmiş məhkəmə iclasında izahatında bildirir ki, “Əlavə olaraq cavabde hin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qarşı bildirirəm ki, məhkəmənin 2022-ci il 26 iyul tarixli hazırlıq iclasında cavabdeh Ə.Hüseynov sonuncu dəfə 2020-ci ilin mart ayında 300 manat məbləğində pulu iddiaçıya verdiklərini bildirmişdir, bundan əlavə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh Samirin özünün verdiyi izahatından da görünür ki, həqiqətən onlar tərəfindən cavabdehə son ödəniş 2020-ci il 18 fevral tarixində olmuşdur, bu səbəbdən də iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi mümkünsüzdür” Bundan başqa iş materiallarının 1-ci cild, 129-ci vərəqəsində olan məhkəmə iclas protokolundan görünür ki, iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində bildirir ki, “Sonuncu dəfə biz 2020-ci ilin mart ayında iddiaçı ilə cavabdehin mağazasına gedib təxminən 300 manat məbləğində pul götürmüşük.”

36. İşin halları ilə təsdiq olunur ki, 2023-cü il 26 sentyabr tarixində iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər ona cavabdeh tərəfindən sonuncu ödənişin 2020-ci ilin son aylarında və ya 2021-ci ildə ödənilməsinə nə istintaq orqanında, nə də ərizələrində, nə də məhkəmə iclaslarında verdiyi izahatlarda istinad etməmişdir, əksinə sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması tərəflər arasında mübahisə predmeti olmamışdır, iddiaçının vəsatətinə əsasən dəvət olunmuş şahid də bu xüsusatı təsdiq etmişdir. Yalnız hazırkı iddia ərizəsi ilə 2023-cü il 26 sentyabr tarixində müraciət edildikdən sonra kassasiya instansiyası məhkəməsinin də qərarında qeyd etdiyi kimi birinci instansiya məhkəməsind ə izahat verən iddiaçı sədrlik edən hakimin sualına qeyrimüəyyən cavab verərək, son ödənişin 2020-ci ildə 300 manat olduğunu (i.v. 27-31), cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildikdən sonra, məhkəmə araşdırılması zamanı hakim tərəfindən verilən suala cavab olaraq sonuncu ödənişin 2020ci ilin yaz-payız aylarında olması kimi qeyri-müəyyən tarix göstərmiş (i.v. 55-56), apellyasiya icraatında izahat verərkən sonuncu ödənişin 2021-ci ildə olduğunu, apellyasiya məhkəməsində işə baxan yeni tərkibə izahat verərkən isə ödənişin “2020-ci il payızında, yazda” dayandırıldığını (i.v. 142-143) qeyd etmişdir.

37. Məhkəmə iddia müddətinin axımının başlanma müddəti ilə bağlı aparılmış araşdırma nəticəsində bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödənişin 2020 -ci ilin mart ayında aparılması öz təsdiqini tapır və iddia müddətinin axımı da həmin tarixdən başlanmalıdır. İddiaçının hazırkı iş üzrə araşdırma aparılarkən sonuncu ödənişlə əlaqədar qeyri-müəyyən tarixlər göstərməsi, hətta sonuncu ödənişin “2020-ci il payızında, yazda”, “2021-ci ildə” aparıldığını qeyd etməsi məhz iddia müddətinin keçməməsi ilə bağlı artuqmentlərini əsaslandırmaq məqsədi daşımışdır.

38. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən, iddia müddəti ötürülməmiş olsaydı iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. Lakin bu tələb cavabdehə müqavilə üzrə verdiyi 130.000 (50.000+80.000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə iddia müddəti öt düyü üçün təmin edilə bilməz. Belə ki, 50.000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş, 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80.000 ABŞ dolları məbləğlə bağlı yuxarıda qeyd olunan araşdırma aparılmış, 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən, həmin müqavilə üzrə 3 illik iddia müddəti ən geci 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir.

39. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 387.3, 445.7-ci və MPM-in 14.2, 77.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır.

40. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. MPM-in 24.1, 24.2, 24.3, 31.2, 32.7-ci maddələri üzrə-məhkəmə aidiyyəti məsələsi üzrə işin bir məhkəmədən digərinə göndərilməsi halında, həmin işi qəbul edən məhkəmə onu icraata qəbul etməli və baxmalıdır. MM-in 381.1-ci maddəsi yalnız iddia baxılmamış saxlanıldığı hallara aiddir. Halbuki, bu işdə əvvəlki iddia üzrə qətnamə qəbul olunmuş, yəni işə baxılmış və mahiyyəti üzrə qərar verilmişdir. Növbəti mərhələdə isə məhkəmə aidiyyəti məsələsi ilə bağlı yalnız ya iddianı rədd etməli, ya da işi aidiyyəti üzrə göndərməli idi. İşin baxılmamış saxlanılması qanunsuz olmuş, nəticədə bu hal iddia müddətinin axımını dayandırmamışdır. Bu səbəbdən məhkəmənin MM-in 381.1-ci maddəsinə əsaslanması əsassız olmuşdur və bu müddəa hazırkı işə tətbiq edilə bilməzdi. Belə olan halda, iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi qanunsuz olmuşdur.

42. MPM-in 387.1-ci maddəsi üzrə - apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər 50.000 ABŞ dollarının gəlirdən hər ay 1.000 ABŞ dolları olmaqla 3 il müddətinə geri verilməsinə razılaşmışlar. Halbuki, 3 il razılaşma müddətinin olması heç nə ilə sübut olunmur, iddiaçının cavabdehlə belə bir 3 illik müddətlə bağlı nə şifahi, nə də yazılı heç bir razılaşması və ya müqaviləsi olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Kassasiya baxışının hədləri

44. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq bütövlükdə yoxlanılacaqdır.

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

46. Azərbaycan Respubl ikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin a xımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır.

47. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən cavabdehə ticarət məqsədilə geri qaytarmaq şərtilə 2011-ci ilin dekabr ayında 50.000 ABŞ dollları, 2012-ci ilin aprel ayında isə 80.000 ABŞ dollar ı vəsait verilmiş, cavabdeh 50.000 ABŞ dollarına görə gəlirdən hər ay 1000 ABŞ dolları, 80.000 ABŞ dollarına görə isə qazanc əldə etdikcə pay verməyi öhdəsinə götürmüşdür. Birinci razılaşma üzrə cavabdeh 3 il ərzində (2012-2014-cü illər) iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, cəmi 36.000 ABŞ dolları ödəmiş, sonradan ödənişləri dayandırmışdır. İkinci razılaşma üzrə isə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə gəlirdən pay verilmiş, sonuncu ödəniş 2020-ci ilin mart ayında edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış əsas məbləğlər ümumiyyətlə qaytarılmamışdır.

49. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ticarət məqsədilə verdiyi 50.000 ABŞ dolları və 80.000 ABŞ dolları əsas vəsaitlərin və onların qaytarılmamasına görə əldən çıxmış faydanın cavabdeh S.Hüsyenovdan alınıb ona verilməsini xahiş etmişdir (hazırda baxılan tələblər). Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

50. İşə birincə dəfə baxmış apellyasiya kollegiyası tərəfindən qeyd olunan tələblərin əsaslılığı müəyyən edilsə də, həmin tələblər iddia müddətinin ötürülməsi səbəbindən rədd olunmuş, kassasiya instansiyası məhkəməsi həmin qətnaməni ləğv edib, işi yeni apellyasiya baxışına göndərərkən, iddia müddətinin axımının başlanması anının hər iki tərəfin mövqeyi, sübutları nəzərə alınmaqla çəkişmə prinsipinə uyğun araşdırılması istiqamətində göstərişlər vermişdir.

51. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişlər əsasında araşdırma aparmaqla MM-in 377.1 və 377.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, 50.000 ABŞ dolları ilə bağlı razılaşmanın m üddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş, 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80.000 ABŞ dolları məbləğlə bağlı cavabdeh tərəfindən iddiaçıya sonuncu ödənişin 2020-ci ilin mart ayında aparılması öz təsdiqini tapmış və iddia müddətinin axımı da həmin tarixdən başlanmaqla bu müqavilə üzrə 3 illik iddia müddəti ən geci 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir (bax yuxarıda-§ 34-39).

52. Məhkəmə kollegiyası hər iki razılaşma üzrə iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi hissəsində iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi maddi və prosessual hüquq normalarının tələblərinə, o cümlədən kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğundur.

53. Kollegiya iddiaçının kassasiya şikayətinin 50.000 ABŞ dolları ilə bağlı tərəflər arasında 3 illik icra müddətinin müəyyənləşdirilməsinə dair nə şifahi, nə də yazılı razılaşma olmaması barədə dəlillərinə münasibətdə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta tərəflər arasında müqavilə üzrə öhdəliyin icra müddəti müəyyənləşdirilmiş olmasa belə, həmin müqavilə üzrə iddia müddəti ötürülmüşdür.

54. Belə ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (MM-in 377.3-cü maddəsi).

55. Cavabdehin 50.000 ABŞ dolları ilə bağlı razılaşma üzrə gəlirdən hər ay 1000 ABŞ dolları ödəmək öhdəliyinin icrasını 2015-ci ildən başlayaraq dayandırması və və iddiaçının həmin vaxtdan etibarən cavabdehdən ona verdiyi 50.000 ABŞ dollarını qaytarmağı tələb etsə də, cavabdehin bundan yayınması işin mübahisəsiz halıdır.

56. Göründüyü kimi, iddiaçının öhdəliyin icrası tələbini irəli sürmək hüququ 2015-ci ildən yaranmış və qeyd olunan normanın tələbinə əsasən iddia müddətinin axımı da həmin tarixdən başlamaqla ən geci 2018-ci ilin dekabr ayının 31-i bitmiş və həmin müddət ərzin də iddia müddətinin axımın kəsilməsinə səbəb olan hər hansı hal olmadığından, iddia müddəti bitdikdən sonra yaranan əsaslar isə hüquqi baxımdan bitmiş müddətin kəsilməsinə səbəb ola bilməyəcəyindən apellyasiya instansiyası məhkəməsi həmin müqavilə üzrə 50.000 ABŞ dolları əsas vəsaitin və onun qaytarılmamasına görə əldən çıxmış faydanın ödənilməsi tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə nəticəyə gələrkən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

57. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ikinci-80.000 ABŞ dolları əsas vəsaitin və onun qaytarılmamasına görə əldən çıxmış faydanın ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiqinə dair hissədə maddi və prosess ual hüquq normaları pozulmuşdur.

58. Belə ki, apellyasiya məhkəməsinin mövqeyinə görə həmin tələbə dair iddia müddətinin axımı 2020-ci ilin mart ayından başlanmaqla 2023-cü ilin aprel ayınadək davam etmişdir.

59. Halbuki, işin materiallarından görünür ki, iddiaçı həmin müddət daxilində-2022-ci il 16 iyun tarixində cavabdehlərə qarşı eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2022-ci il 27 oktyabr tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 13 mart tarixli qərardadı ilə ləğv edilərək, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 2023-cü il 17 avqust tarixli qərardadı ilə isə iddia ərizəsinin baxılm amış saxlanılması qərara alınmışdır.

60. Göründüyü kimi, iddiaçı 2022-ci ildə iddia müddətini ötürmədən cavabdehə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, onun tələbi üzrə məhkəmə tərəfindən Azərbaycan Respublikası adından qətnamə (MPM-nin 216.2-ci maddəsi) çıxarılmışdır.

61. Nəzərə alınmalıdır ki, MM-in 380.1-ci maddəsinin məzmununa görə prosessual baxımdan icraata qəbul edilməsi mümkün olmayan iddianın verilməsi, qanunla müəyyələndirilmiş qaydada irəli sürülmüş iddia kimi qəbul edilmir, ona görə də iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Baxılan işdə isə iddiaçının 2022-ci il 16 iyun tarixində verdiyi iddianın icraata qəbul edilməsi prosessual baxımdan mümkün olmuş və qeyd edildiyi kimi həmin ərizəyə mahiyyəti üzrə baxılmışdır.

62. MM-in iddianın baxılmamış saxlandığı hald a iddia müddətinin axımı məsələsini tənzimləyən 381.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

63. Ərizənin baxılmamış saxlanılması MPM-də müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tə tbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli qərarı).

64. Hazırda MM-in 381.1-ci maddəsinin klassik tənzimləmə dairəsindən fərqli bir situasiya mövcuddur. Belə ki, həmin maddədə məhkəmənin icraata qəbul edərək, mahiyyəti üzrə baxdığı iddia tələbinin sonradan məhkəmə aidiyyəti səbəbindən aidiyyəti məhkəməyə göndərilməsi, göndərilən məhkəmə tərəfindən isə baxılmamış saxlanması halını tənzimləyən hər hansı müddəa mövcud deyildir. MPM-in 259-cu maddəsinin, MM-in 381-ci maddəsi ilə birgə təfsiri belə qənaətə gəlməyə əsas verir ki, MM-in 381-ci maddəsi klassik mənada iddia ərizəsinin mahiyyəti üzrə baxılmadan, iddiaçının yol verdiyi prosessual nöqsanlara görə baxılmamış saxlanıldığı hallarda iddia müddətinin axımı məsələsini tənzimləyir.

65. Baxılan işdə isə iddia ərizəsinə ümu mi məhkəmə tərəfindən 4 ay 10 gün müddətində mahiyyəti üzrə baxılaraq, yekunda qətnamə qəbul edilmiş, bu qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üzrə 4 dəfə məhkəmə iclası keçirildikdən sonra qətnamə apellyasiya qaydasında ləğv edilərək, məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilmiş və kommersiya məhkəməsi tərəfindən icraata qəbul edilərək, sonradan baxılmamış saxlanılmışdır. Bütün bu proses iddia ərizəsinin verilməsindən 1 (bir) il 2 aydan artıq müddətdə tamamlanmışdır.

66. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçının həm iddia müddəti çərçivəsində məhkəməyə müraciət etməsi, həm də məhkəmə tərəfindən onun tələbi ilə əlaqədar məhkəmə aktının çıxarılması, ümumilikdə iddiaçıda onun hüquqlarının məhkəmə tərəfindən müdafiə olunmasına əminlik, dövlət adından həmin aktı çıxarmış məhkəməyə isə etimad və inam yaratmışdır. Bu baxımdan 2022-ci ildən keçən müddət ərzində iddiaçının tələbi üzrə mülki mühakimə icraatının aparıldığı müddətin də iddia müddətinə hesablanması və iddiaçının ziyanına təfsir olunmaqla iddia müddətinin keçməsi nəticəsinə gəlinərək onun tələbinin məhkəmə müdafiəsindən kənarda saxlanılması, mülki qanunvericiliyin iddia müddətini tənzimləyən normalarına zidd olmaqla, ədalət mühakiməsinin tələblərinə cavab verməyən hal kimi dəyərləndirilməlidir.

67. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və aza dlıqların təminatı kimi çıxış edir. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

68. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan Respubl ikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərar).

69. Tələb hüququnun məhkəmə qaydasında müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi mexanizm olaraq iddianın qaldırılması çıxış edir. İddiaçının tələbi cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələbdir. Məhkəmələr həmin tələblərə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə səmərəli şəkildə baxmalıdırlar. Məhkəmənin fəaliyyəti nəticəsində iddiaçının məhkəmə müdafiəsi hüququ p ozula və ya bu pozuntulara görə iddiaçıya mənfi nəticələr yüklənə bilməz.

70. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki mübahisəyə MM-in 381ci maddəsi düzgün tətbiq edilməmişdir. İcraata qəbul edilmiş və məhkəmələrin yol verdiyi prosessual pozuntu səbəbindən tamamlanmamış tələb üzrə mülki mühakimə icraatının aparıldığı dövr iddia müddəti hesablanarkən nəzərə alınmamalı və iddia müddətindən çıxılmalıdır.

71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməs i ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

72. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli qərarı).

73. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instans iyası məhkəməsinin qətnaməsi 80.000 ABŞ dolları məbləğində pulun və həmin məbləğə görə əldən çıxmış faydanın tutulması tələbinin rədd edildiyi hissələrdə yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qətnamə həmin hissələrdə ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.

74. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 14 yanvar tarixli 2-2(103)-78/2025 nömrəli qətnaməsi qismən-80.000 ABŞ dolları məbləğində pulun və həmin məbləğə görə əldən çıxmış faydanın tutulması tələbinin rədd edildiyi hissələrdə ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar