Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-286/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: gömrük orqanlarının icazə sənədlərinin verilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "avadanlıqa aid və s. sənədlərin verilməsi və pul" tələbinə dair iddia üzrə Sumqayıt Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli 22(105)-27/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ
1. Satıcı "xxxx" MMC ilə alıcı - "xxxx" MMC arasında bağlanmış 2020-ci il 21 iyul tarixli AZTX/196 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı 1 ədəd yeni (0 km.) mini-yükləyici JCB205 (avanadlığı) bu müqavilədən irəli gələn bütün vəzifə və öhdəlikləri öz üzərinə götürərək alıcıya satır, alıcı həmin avadanlığı alır, onun dəyərini tərəflərin razılaşdırdıqları qaydada satıcının hesabına ödəyir və bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan şərtlərə əməl edir. Avadanlığın texniki spesifikasiyası müqavilənin ayrılmaz hissəsi sayılan 1 saylı əlavədə göstərilmişdir.
2. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 ədəd mini-yükləyici JCB205 üçün 73.160 manat məbləğini satıcının hesabına ödədikdən sonra satıcı 3 iş günü ərzində avadanlığı alıcıya təhvil verir.
3. Müqavilənin 4-cü bəndinə əsasən avadanlığın adı, markası və sayı yeni miniyükləyici JCB205, 1 ədəd 18% ƏDV daxil 73.160 manat təşkil edir. Bu müqavilə imzalandıqdan sonra alıcı 10 iş günü ərzində avadanlığın ümumi dəyərinin 73.160 manat məbləğini satıcının hesablaşma-hesabına ödəyir. Avadanlığın dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçirilir.
4. Müqavilənin 5.1-ci bəndinə əsasən satıcı avadanlığı, qabaqcadan 73.160 manat məbləğini satıcının hesabına ödənildikdən sonra texniki cəhətdən istismara yararlı vəziyyətdə 3 iş günü ərzində alıcıya Abşeron rayonu, Hökməli qəsəbəsi, Şamaxı şossesi 15ci km -də satıcının anbarında təhvil verir. 5. 2020-ci il 21 iyul tarixli AZTX/196 saylı alqı-satqı müqaviləsinin 1 saylı Əlavəsinə əsasən, satıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alıcı - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mini yükləyici JCB205 (RAJ205WSHK3224335) avadanlığını satmağı, alıcı da öz növbəsində həmin avadanlığın dəyəri olan 73.160 manat (62.000 manat malın dəyəri + 11,160 manat ƏDV) məbləğində pul vəsaitini satıcıya verməyi öhdəsinə götürmüşdür. 6. 2020-ci il 29 iyul tarixli buraxılış blankınına əsasən, JCB205 markalı mini-yükləyici alıcı "xxxx" MMC-nin məsul şəxsi tərəfindən satıcı "xxxx" MMC-nin anbarından aparılmışdır.
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin "xxxx" MMC-yə ünvanladığı 2022-ci il 25 aprel tarixli xx/xx-0263 0 saylı məktubunda göstərilmişdir ki, JCB205 markalı mini-yükləyici Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən və “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin V-İİ bəndinə əsasən müayinə və texniki baxış keçirildikdən sonra dövlət qeydiyyatına alınacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 22 iyul tarixində “sənədlərin təqdim edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, buraxılış ili 2019-cu il olan 045917E mühərrik nömrəli, 2.2 L mühərri k həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığına məxsus texniki pasportun, mənşə sertifikatının, həmin avandanlığın Azərbaycan Respublikasına idxal edilməsi ilə bağlı gömrük bəyannaməsinin və digər aidiyyəti sənədlərin cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindiri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi – 1.300 avro məbləğində yeni silindirin alınmasının dəyəri, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycan Respublikasına daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 məbləğində manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2020-ci il 21 iyul tarixində AZTX/196 saylı alqı-satqı müqaviləsi bağlanmış və 1 ədəd buraxılış ili 2019-cu il olan yeni 045917E mühərrik nömrəli, 2.2 L mühərrik həcmli, sarı rəngli və RAJ205WSHK3224335 şassi/ban nömrəli mini yükləyici JCB205 avadanlığının alqı-satqısı həyata keçirilmişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən alıcı 1 ədəd mini-yükləyici JCB205 üçün 73.160 manat məbləği satıcının hesabına ödədikdən sonra satıcı 3 iş günü ərzində avadanlığı alıcıya təhvil verir. İddiaçı tərəfindən müvafiq ödənişin edilməsindən uzun müddət keçməsinə baxmayaraq mini yükləyici JCB205 təhvil verilsə də, həmin avadanlığa məxsus aidiyyəti sənədlər cavabdeh tərəfindən qərəzli şəkildə iddiaçıya təhvil verilməmişdir. 2022-ci il 13 yanvar tarixində 016/22 saylı məktubla Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və Dağ-mədən X3 həmin mini yükləyicinin qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, lakin yükləyicinin lazımi sənədləri olmadığı üçün qeydiyyata alınmamışdır. Sənədlərin verilməməsinə görə bu günə qədər müvafiq avadanlığın rəsmi qeydiyyatının aparılması mümkün olmamışdır. Həmin sənədlərin iddiaçıya təhvil verilməsi üçün dəfələrlə müraciət olunsa da, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərdən başqa, mini yükləyici JCB205 avadanlığına məxsus silindir təmir üçün cavabdehə təqdim edilsə də, təmir edildikdən sonra müvafiq silindirin iddiaçıya təhvil verilməsindən imtina edilmişdir. Həmin silindirin təmirdən sonra iddiaçıya qəsdən verilməməsinə görə “DAServices Holding GmbH&Co.KG” şirkətindən 08092020/89 nömrəli 2020-ci il 8 sentyabr tarixli müqavilə əsasında 21056 nömrəli 2021-ci il 28 dekabr tarixli invoys ilə 1.300 avro məbləğinə yenisi alınmış, onun iddiaçıya gətirilməsi üçün həmin invoysda qeyd edilmiş 200 avro daşınma xərci, gömrükdə sənədləşdirilməsi üçün 2022-ci il 7 yanvar tarixində **********7019 nömrəli gömrük bəyannaməsi üzrə 643,01 manat məbləğində vergi və gömrük ödənişləri edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün iddiaçı tərəfindən Mediasiya şurasına müraciət olunmuşdur. Cavabdehin nümayəndəsi əvvəlcədən məktubla və telefon vasitəsi ilə mediasiya prosesinin yeri və vaxtı barədə məlumatlandırılsa da, proses başlayan zaman, barışıq sazişi bağlamaq istədiyini və bu səbəbdən yeni vaxt təyin olunmas ını xahiş etmişdir. Lakin yeni təyin olunmuş vaxtda da prosesdə iştirak etməmişdir. Bununla bağlı mediator tərəfindən MŞB\2-01121 saylı 2022-ci il 4 iyul tarixli “ilkin mediasiya sessiyasında işirak edilməməsi barədə" arayış təqdim edilmişdir.
10. İddiaçı 2022-ci il 11 noyabr tarixində məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, mini yükləyici JCB205 avadanlığı ilə bağlı xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin (gömrük bəyannaməsi) iddiaçıya verilməsi, həmçinin müvafiq avadanlığın silindiri təhvil verilmədiyi üçün vurulmuş zərər kimi – 1.300 avro məbləğində yeni silindirin alınmasının dəyəri, 200 avro məbləğində həmin sili ndirin xaricdən Azərbaycana daşınma xərci, 643,01 manat məbləğində gömrük və vergi rüsumları, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 məbləğində manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
11. Tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425.1, 442, 443.1, 443.7, 443.8, 448.1-ci maddələrinə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1, 36.2-ci maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarının 2.8-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 53-cü madd ələrinə istinad edilmişdir.
12. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli, e-2-2(119)1229/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin alınaraq iddiaçıya verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 30 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və cavabdehdən dövlət nəfinə 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – H.Alıyeva).
13. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 21 iyul tarixli AZTX/19 6 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müqavilənin predmeti olan JCB205 markalı mini-yükləyicinin dəyəri tam olaraq ödənilmiş, lakin cavabdeh xarici dövlətdən alıb gətirdiyi həmin avadanlığı iddiaçıya vermiş olsa da, onun dövlət qeydiyyatına alınması üçün zəruri olan gömrük orqanlarının verdiyi icazə sənədini təqdim etməmişdir. Buna görə də iddia tələbi cavabdehdən xarici dövlətdən alınaraq Azərbaycan Respublikası ərazisinə gətirilmiş JCB205 markalı mini yükləyici (şassi nömrəsi 3224335) üçün gömrük orqanlarının verdiyi icazə sənədinin alınaraq iddiaçıya verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
14. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia pul tələbi - “JCB205 markalı mini yükləyicinin silindiri cavabdeh tərəfindən tə mir edildikdən sonra iddiaçıya təhvil verilmədiyindən vurulmuş zərər kimi – 1.300 avro məbləğində yeni silinderin alınmasının dəyərinin, 200 avro məbləğində həmin silindirin xaricdən Azərbaycana daşınma xərcinin və 643,01 manat məbləğində gömrük və vergi rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı JCB205 markalı mini yükləyicinin silindirinin təmir üçün cavabdehə verilməsini və həmin silindirin cavabdeh tərəfindən geri qaytarılmamasını, habelə iddiaçı tərəfindən xarici ölkədən silindir alınmasının cavabdehin üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi ilə bağlılığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.
15. Məhkəmə öz mövqeyini MM-in 385.1, 425, 427.3, 442, 567, 568-ci m addələrinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2, 9.1-1-ci maddələrinə; "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa 36.2-ci maddəsinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə; MPM-in 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabeh həmin qətnamədən 2022-ci il 23 dekabr tarixində apellyasiya şikayəti verərək onu, iddianın təmin edilən hissəsində ləğv edərək iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(105)-27/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli, e-2-2(119)-1229/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Məmmədov, hakimlər – İ.Dəmirov və F.Məmmədov).
18. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinin 3-cü hissəs ində qeyd edilən - sahibliyini təsdiq edən müvafiq sənəd (burada müqavilə) – qeydiyyat üçün əsasdır, əlavə olaraq 5-ci bənddə göstərilən icazə kağızının təqdim edilməsinə ehtiyac yoxdur. İddiaçının həmin yükləyici üzərində sahibliyini təsdiq edən alqı-satqı müqaviləsi isə iddiaçıda mövcuddur. Yəni həmin sahibliyi təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi kifayətdir, əlavə olaraq icazə sənədinin verilməsinə ehtiyac yoxdur.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, cavabdehin istinad etdiyi gömrük orqanlarının verdiyi icazə sənədinin cavabdehin daxili sənədi olması və onun mühasibatlığında saxlanılmalı olması barədə mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömr əli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə təqdim edilməli sənədlərin siyahısı dəqiq göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 425.1, 427.3, 442, 567-ci maddələrinə; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinə; MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamə 2023-cü il 14 fevral tarixi ndə proses iştirakçılarının elektron kabinetlərində yerləşdirilmişdir.
22. Cavabdeh 2023-cü il 4 aprel tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(105)27/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) kassasiya şikayətinin dəlilləri
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin tələbləri pozulmuşdur - məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, həmin siyahıda adları çəkilən bütün sənədlər qeydiyyat orqanına mütləq təqdim edilməli sənədlərdir. Halbuki, həmin bəndin 3-cü hissəsində sahibliyi təsdiq edən müvafiq sənəd qeydiyyat üçün əsasdır, əlavə olaraq 5-ci bənddə göstərilən icazə kağızının təqdim edilməsinə ehtiyac yoxdur. İddiaçının həmin yükləyici üzərində sahibliyini təsdiq edən alqı-satqı müqaviləsi isə iddiaçıda mövcuddur. Yəni həmin sahibliyi təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi kifayətdir.
24. Mövcud praktika da göstərmişdir ki, FHN-nin Sənayedə X1 və Dağ-mədən X3 nəqliyyat vasitəsinin və ya texnikanın qeydiyyatı üçün müraciət edərkən, sahibliyi təsdiq edən alqı-satqı müqaviləsinin təqdim edilməsi kifayət edir. Elə məhz iddiaçının iddia ərizəsinə əlavə etdiyi FHN tərəfindən verilmiş imtina m əktubunda da 2.8-ci bənddə göstərilən sənədlərin təqdim edilməsi tələb edilir. Məhz - xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədinin tələb edilməsi həmin məktubdan görünmür.
25. Cəmiyyətin xarici dövlətdən alıb gətirdiyi JCB205 markalı mini yükləyici üçün gömrük orqanlarının verdiyi icazə sənədi cavabdehin daxili sənədidir və onun mühasibatlığında saxlanılmalıdır. Həmin icazə sənədinin iddiaçıya təqdim etmək kimi bir öhdəliyi yoxdur, bunun üçün heç zərurət də olmamışdır. Birinci instansiya məhkəməsi də istinad etdiyi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə u çota alınması haqqında” Əsasnaməni 2.8-ci bəndini düzgün şərh etməmişdir. Əgər orada yazılan bütün sənədlərin qeydiyyat orqanına təqdim edilməsinin labüdlüyünə inansaq onda gərək orada yazılmış məhkəmə qərarı, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəd, onun qeydiyyat və ya tranzit nişanları da tələb edilməli idi.
26. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının tələbləri pozulmuşdur - Sumqayıt Kommersiya Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsi qəbul etdiyi qətnamə ilə cavabdehin üzərinə əsassız öhdəlik qoymuşdur. Həmin öhdəlik qanunvericilik və normativ hüquqi aktlarda müəyyən edilməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayət inə qarşı tərəf etiraz təqdim etməmişdir. V. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yo xlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Vİ. TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdan lılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası müddəti.... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməs i, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müə yyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. NƏQLİYYAT VASİTƏLƏRİNİN QEYDİYYATİ... 2.8. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şə xsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını...”
33. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərd ə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Vİİ. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(105)27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
35. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Ka binetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 2.8-ci bəndinin 3-cü hissəsində qeyd edilən “sahibliyini təsdiq edən müvafiq sənəd” qeydiyyat üçün əsasdır, əlavə olaraq 5-ci bənddə göstərilən icazə kağızının təqdim edilməsinə ehtiyac yoxdur. İddiaçının həmin yükləyici üzərində sahibliyini təsdiq edən alqısatqı müqaviləsi isə iddiaçıda mövcuddur və həmin sahibliyi təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi kifayətdir, mini yükləyici üçün gömrük orqanlarının verdiyi icazə sənədi cavabdehin daxili sənədidir və onun mühasibatlığında saxlanılmalıdır.
36. Apellyasiya instansiyası m əhkəməsi, cavabdehin “gömrük orqanlarının verdiyi icazə sənədinin onun daxili sənədi olmaqla, mühasibatlığında saxlanılmalı olması” barədə mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə təqdim edilməli sənədlərin siyahısında və Əsasənamənin 2.8-ci bəndinin 5-ci yarımbəndində xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi konkret olaraq qeyd edilmişdir.
37. İşə kassasiya q aydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi bu hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və cavabdehin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X4 Agentliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 2022-ci il 25 aprel tarixli xx/xx-02630 saylı məktubda da JCB205 markalı mini-yükləyicinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 2.8-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra dövlət qeydiyyatına alınacağı bildirilmişdir.
38. Məhkəmə kollegiya sı həmçinin mini yükləyici üçün gömrük orqanlarının verdiyi icazə sənədinin cavabdehin daxili mühasibatlığında saxlanılmalı olmasına dair dəlillərinə də tənqidi yanaşır. Belə ki, mini yükləyici iddiaçıya satıldığından və bunun müqabilində cavabdehə 73.160 manat pul ödənidiyindən, yükləyicinin iddaçının adına keçirilməsi üçün qanunvericiliklə tələb olunan icazə sənədi cavabdehin mühasibatlığında saxlanılmalı olan sənəd kimi qəbul edilə bilməz.
39. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcu d olmamışdır. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(105)-27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:
41. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 fevral tarixli, 2-2(105)-27/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.