Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-289/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, cavabdeh2,cavabdeh1(*** müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, cavabdeh2,cavabdeh1(*** müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin K ommersiya kollegiyasının 2025-ci il 8 yanvar tarixli, 2-2(107)-25/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisi 2002-ci il 24 noyabr tarixli məktubu ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. 2. 2006-cı il 25 avqust tarixində bağlanmış «Dövlət əmlakının icarəyə verilməsi haqqında icarə müqaviləsi»nə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin 2006-cı il 25 avqust tarixli sərəncamı na əsasən Mingəçevir şəhəri, H.Əliyev prospekti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 kv.m təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti 2006-cı il 25 avqust tarixindən 2007-ci il 25 fevral tarixinədək nəzərdə tutulmuşdur. 3. 2009-cu il 31 avqust tarixində satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış icarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sonuncu 2007-ci il 24 aprel tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 140.1 kv.m qeyri-yaşayış sahəsini satıcıdan 1.849 manata satın almışdır. 4. 2014-cü il 8 may tarixində satıcı Əmlak Məsələl əri Dövlət Komitəsi sədrinin 2012-ci il 2 may tarixli 49 nömrəli əmrinə əsasən Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 kv.m təşkil edən Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, icarənin müddəti 2014-cü il 1 may tarixindən 2014-cü il 1 noyabr tarixinədək nəzərdə tutulmuşdur. 5. 2014-cu il 9 iyun tarixində Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh3 arasında bağlanmış 5397 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinə əsasən sonuncu 2014-cü il 8 may tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü 66,9 kv.m qeyri-y aşayış sahəsini satıcıdan 883 manata satın almışdır (bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin 2014-cü il 29 oktyabr tarixli məktubu və ona əlavə edilmiş ƏMDK-nın 2014-cü il 6 iyun tarixli 166 nömrəli sərəncamından çıxarışla təsdiq olunur). 6. 2021-ci il 1 iyun tarixində İddiaçı ilə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi arasında bağlanmış 1 nömrəli binaların ictimai istismar müqaviləsinə əsasən 60 kv.m qeyri-yaşayış sahəsi 25 il müddətinə İddiaçı istismarına verilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı (bundan sonra-“iddiaçı”) cavabdehlər Cavabdeh3 və Əmlak Məsələləri Dövlət Xidməti,cavabdeh1(bundan sonra müvafiq olaraq “Cavabdeh3, ”ƏMDX”, “cavabdeh”) (*** müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə bundan sonra “üçüncü şəxs”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh3 arasında bağlanmış 2007-ci il 24 aprel tarixli 5215 saylı icarə müqaviləsi, onun əsasında bağlanmış 2009-cu il 31 aqvust tarixli 3188 saylı icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh3 verilmiş RX seriyalı, ******* nömrəli 2014-cü il 24 iyul tarixli **********39-05101-083018 reyestr nömrəli və 2021-ci il 21 yanvar tarixli, **********39-05101-083022 reyestr nömrəli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsini 2021-ci il 1 iyun tarixində üçüncü şəxsdən 25 il müddətinə ist ismara götürmüşdür. Həmin qeyri-yaşayış sahəsi üçüncü şəxsin balansında olduğundan onun tərəfindən arayış verilmədən Cavabdeh3 çıxarışların verilməsi qanunsuz olmuşdur.
9. Cavabdeh3 2024-cü il 6 noyabr tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2002-ci ildə həmin zirzəmini icarəyə götürmüş, balans saxlayıcı olaraq üçüncü şəxsin də buna razılığı olmuşdur.
10. Cavabdeh ƏMDX-nin nümayəndəsi həmin tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçıya verilmiş istismar müqaviləsi qanunvericiliyin tələblərinə uyğun deyildir, balans saxlayıcının icazəsi əsasında mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh3 icarəyə verilmiş, sonra da həmin əmlak ona satılmışdır. Bütün qaydalara riayət edilmişdir.
11. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 6 noyabr tarixli, e-2-2(117)1130/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim M.Hüseynov).
12. Birinci instansiya gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh3 verilmiş hüquqları təsdiq edən sənədlərin etibarsız sayılması üçün əsas mövcud deyildir.
13. Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin rəisinin 2002-ci il 24 noyabr tarixli məktubundan da göründüyü kimi qeyri-yaşayış sahəsinin icarəsinə balansaxlayıcı tərəfindən razılıq verilmiş və bunda sonra həmin daşınmaz əmlakın icarəsi ilə bağlı səlahiyyətli orqan ƏMDX ilə Cavabdeh3 arasında icarə müqaviləsi bağlanmış və qeyd edilən qeyri-yaşayış sahəsi sonuncunun istifadəsinə verilmişdir.
14. Hazırkı vəziyyətdə iddiaçı qeyri-yaşayış sa həsinə hüquqların olması ilə bağlı çıxarışların verilməsi üçün üçüncü şəxsin arayışının tələb olunduğunu bildirsə də, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilmiş, eləcə də, həmin əmlak üzərində üçüncü şəxsin razılığı alındıqdan sonra əvvəlcə icarə müqaviləsi əsasında istifadə, daha sonra alqı-satqı müqaviləsi əsasında əmlak satın alındıqdan sonra mülkiyyət hüquqları qanuni və əsaslı sənədlərlə təsdiqlənmişdir.
15. İddiaçının istinad etdiyi 2021-ci il 1 iyun tarixli 01 nömrəli 60 kv.m qeyriyaşayış sahəsinin onun istismarına verilməsi ilə bağlı binaların ictimai istismar müqaviləsi əslində həmin əmlakın qorunub saxlanması ilə bağlı vəzifələrin icrasını həyata keçirmə ilə bağlı olmuş, lakin qeyd edilən müqavilə subyektiv olaraq həmin əmlakla bağlı mülkiyyət, sahiblik və ya istifadə hüququna hər hansı bir zəmin yaratmamışdır.
16. Mübahisəli əmlakın balanssaxlayıcısı üçüncü şəxs olsa da, dövlət mülkiyyətini idarə edən və onunla bağlı sərəncam vermək səlahiyyəti olan orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (hazırkı Əmlak Məsələləri Dövlət Xidməti) olmuş və müvafiq icarə müqaviəsini müvafiq balanssaxlayıcı orqanın razılığı ilə icarəyə vermiş, sonuncu dəfə isə alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satılmışdır.
17. Cavabdeh3 ona məxsus 66,9 kv.m qeyri-yaşayış sahəsinin üzərində qanuni şəkildə mülkiyyət hüquqları vardır ki, mülkiyyətçinin bu hüquqları Daşınmaz Əmlakın Dövlət reyesterində qeydə alınmışdır və həmin əmlak üzərində mülkiyyətçinin hüq uqları qanunla qorunur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 6, 8.2, 139.1, 139.2, 139.3, 139.4, 139-1.1.1, 139.-1.1.3, 140, 146.2, 148.2, 152, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.2, 334.3.1, 337.1, 337.2, 337.4, 338, 339.1, 339.3, 404.1, 404.2, 421.2 və 647.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 77.1, 78.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(107) -25/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Kərimov, hakimlər E.Hüseynov və Z.Sadiqov).
21. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Məhkəmə apellyasiya şikayətininin iddiaçının mübahisəli qeyri-yaşayış sahəsində “gözlənilən icarə hüququnun” olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmi şdir ki, nə qanunvericilikdə, nə hüquq ədəbiyyatanda, nədə ki Avropa Məhkəməsinin president hüququnda “gözlənilən (gözləntili) icarə hüququ” deyə bir anlayış (məhfum və ya deyim) yoxdur. Avropa Məhkəməsi bəzi qərarlarında “gözlənilən mülkiyyət hüququndan” bəhs etmişdir. İcrarə və mülkiyyət hüquqları isə fərqli hüquq münasibətləridir.
23. Apellyasiya şikayətininin mübahisəli qeyri-yaşayış sahəsinin öncədən iddiaçıya verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prosepkti, b.47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 m2 təşkil edən qeyri-yaşayış binası (zirzəmi) 2006-cı il 25 avqust tarixində Cavabdeh3 icarəsinə, daha sonra isə 2014-cü il 9 iyun tarixində mülkiyyətinə verilmişdir.
24. Bundan başqa iddiaçı tərəf məhz iddia ərizəsində göstər mişdir ki, həmin ünvanda yerləşən 59 kv.m qeyri-yaşayış sahəsi ona məxsusdur. 2021-ci il 1 iyun tarixdə isə 59 kv.m qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən 60 kv.m qeyri-yaşayış sahəsi də ona icarəyə verilmişdir
25. Göründüyü kimi iddiaçının iddia etdiyi kimi, mübahisəli 66,9 kv.m qeyri-yaşayış sahəsinin cavabdehdən əvvəl iddiaçıya verilməsi öz təsdiqini tapmamışdır.
26. İddiaçı tərəf 66,9 m2 istifadə etsə də onda mübahisəli əmlakla bağlı heç bir hüquqmüəyyənedici sənəd olmamışdır
27. Məhkəmə apellyasiya şikayətininin iddiaçıya verilmiş 60 kv.m qeyri-yaşayış sahəsi ilə Cavabdeh3 verilmiş 66,9 kv.m qeyri-yaşayış sahəsinin üst-üstə düşməsi, ekspertizanın keçirilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində həmin ünvanda yerləşən 59 kv.m qeyri-ya şayış sahəsinin ona məxsus olduğunu və 2021-ci il 1 iyun tarixdə isə 59 kv.m qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşən 60 kv.m qeyri-yaşayış sahəsinin də ona icarəyə verildiyini bildirmişdir.
28. İddiaçı tərəfin apellyasiya şikayətinə əlavə etdiyi və apellyasiya şikayətində də sübut kimi istinad etdiyi ***nin 2024-cü il 26 noyabr tarixli 398 nömrəli arayışında da Cavabdeh3 satılmış 66.9 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyəti olmadığı müəyyən edilmişdir.
29. Bundan başqa, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X2 qarşı “qeyriyaşayış sahəsindən çıxarılma və onun əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş (iş № 2(051)-24/2024, köhnə № 2(051)-27/2023) Mingəçevir şəhər Məhkəməsinin icraatındadır və həmin iş üzrə icraat hazırki işə baxılıb yekun qərar qəb ul edilənədək dayandırılmışdır.
30. Mingəçevir şəhər Məhkəməsinin icraatında olan həmin iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 7 avqust tarixli 10/3037 nömrəli rəyində isə göstərilmişdir ki, Cavabdeh3 məxsus Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi binanın zirzəmi mərtəbəsində arxa fasad hissəsində yerləşir. Qeyd olunur ki, faktiki olaraq Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində olmaqla ümumi sahəsi 67.8 kv.m təşkil edir.
31. Məhkəmə qeyd etmişdir ki, həmin rəy hazırki iş üzrə preyudisial əhəmiyyət daşımasa da, rəyin təsviri hissəsindən görünür ki, İddiaçı istifadəsində faktiki olaraq cəmi, 126 kv.m sahə vardır.
32. Bundan başqa, 66,9 kv.m qeyri-yaşayış sahəsinin id diaçı tərəfin qanuni şəkildə istifadəsində və ya icarəsində olmasına dair iddiaçıda heç bir hüquqmüəyyənedici sənədlər də yoxdur. Beləliklə, 66.9 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh3 məxsus olmaqla hazırki iş üzrə iddiaçının əmlakı ilə üst-üstə düşməsi öz təsdiqini tapmamışdır.
33. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəf işə birinci instansiya məhkəməsində baxılan zaman ümumiyyətlə qeyri-yaşayış sahələrinin üst-üstə düşübdüşməməsini və ekspertiza keçirilməli olmasını mübahisələndirməmiş, habelə ekspertiza keçirilməsi ilə bağlı məhkəməyə əsaslandırılmış vəsatət verməmişdir. Belə olan halda isə yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli və araşdırılmamalıdır.
34. Məhkəmə 2021-ci il 1 iyun tarixində 60 kv.m qeyri-yaşayış sahəsi 25 il m üddətinə İddiaçı istismarına verilməsinə dair müqavilə ilə bağlı qeyd etmişdir ki, həmin müqavilə cavabdehin adına olan 66.9 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət, sahiblik və ya istifadə hüququna hər hansı bir zəmin yaratmamış, habelə iddiaçı qeyriyaşayış sahəsini icarəyə götürən zaman icarə müqaviləsini daşınmaz əmlakda qeydiyyata da saldırmamışdır.
35. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf birinci və apellyasiya instansiyalarında müxtəlif əsaslanmalar edərək, həm əmlakın əvvəllər ona verildiyini, həm mübahisəli əmlaka “gözləntili icarə hüqunun” olduğunu, həm də əmlakların üstüstə düşməsi kimi bir-birindən fərqli nəticələrə səbəb olacaq əsaslandırmalar gətirmişdir. Apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır.
36. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi hüquq normalarına istinadla əsaslandırmışdır
37. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 157.4, 157.8, 158.2-ci və Torpaq Məcəlləsinin 59, 82-ci maddələri üzrə - iddiaçının mübahisə etdiyi ərazi daha öncədən ölçülərək və naturada tanıdılaraq onun istifadəsinə verildiyi üçün o, həmin sahədə təmir-tikinti işləri aparmışdır. Dövlət Əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsinin r əisinin 2002-ci il 24 noyabr tarixli məktubundan görünür ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı Müəssisəsi Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən 47/2 saylı binanın zirzəmisində 66.9 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyini təsdiqləmişdir. *** tərəfindən verilən 2024-cü il 26 və 28 noyabr tarixli məktublardan görünür ki, onların balansında olan 60 kv.m qeyri-yaşayış sahəsi 2021-ci il 1 iyun tarixdən icarə müqaviləsi əsasında iddiaçıya verilmiş, müqavilənin qüvvədə olma müddəti 2046-cı il 1 iyun tarixədək müəyyən edilmiş, həmin sahənin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etirazları yoxdur. Sözügedən müqavilə əsasında iddiaçıya verilmiş 60 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh3 verilən 66.9 m qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur.
39. MM-in 182.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1, 18.2, 19.1-ci maddələri üzrə - məhkəmə MM-in 182.1-ci maddəsinin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Hansı ki, iddiaçının həmin sahəyə gözlənilən icarəçi hüququ var idi və cavabdeh də bunu bilirdi. Məhkəmə isə həmin xüsuatı araşdırmamışdır. Cavabdeh3 çıxarışların verilməsi üçün üçüncü şəxsin arayışı tələb olunur. Lakin idarə tərəfindən belə bir arayışlar verilməmişdir.
40. MPM-in 97.1-ci, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddələri üzrə - iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, ekspert rəyləri düzgün tədqiq edilməmişdir. Ekspert tərəfindən Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə cavabdeh1 nümayəndəsinin ekspertiza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Apellyasiya instansiyasında da məsələ bildirilsə də əhəmiyyət verilməmişdir. Ona görə də təkrar tikinti-texniki ekspetizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir. Təqdim edilmiş fotoşəkillərə nəzər yetirəndə görünür ki, iddiaçı ilə cavabdehə məxsus mübahisəli ərazidə hər ikisinin ortaq qonşusu "xxxx" ASC-nin Mingəçevir Filialının zirzəmisi var. Bu halda iddiaçının cavadehin sahəsini zəbt etməsi mümkün deyildir. Eksp ertlər ölçü işləri apararkən formal yanaşaraq rəy vermişlər. Göründüyü kimi işdə olan sənədlərlə ekspert rəyi arasında ziddiyyətlər mövcuddur. Məhkəmə bu halları ətraflı araşdırmamış, kompleks məhkəmə ekspertizası təyin etmədən düzgün olmayan nəticəyə gəlmişdir.
41. MPM-in 217.1, 218.1-ci maddələri üzrə - məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin 152, 157, 158, 170-ci maddələrinin tələblərinə görə iddiaçının hüquqlarının mülkiyyətçi olaraq cavabdehin hüquqlarından daha üstün olması məhkəmə qətnaməsində mötəbər sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə qətnaməni sadəcə formal mülahizələrlə əsaslandırmış və mübahisəli qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri
42. Cavabdeh3 kassasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim olunmamışdır. Lakin cavabdeh tərəfindən yetərincə sübut təqdim olunmaqla iddianın əsassız olması öz əksini tapmışdır. Cavabdehlə aluı-satqı zamanı balanssaxlayıcısının müvafiq icazəsi alınmışdır. Ümumiyyətlə isə qanunvericilikdə dövlət əmlakı özəlləşdirilən zaman razılığın alınması nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçı 2021-ci il 1 iyun tarixində 60 kv.m qeyri-yaşayış sahəsini guya icarəyə götürən zaman istismar müqaviləni daşınmaz əmlakda qeydiyyata da aldırmamışdır. Bundan əlavə istismar müqaviləsi icarə müqaviləsi sayıla bilməz və daşınmaz əmlakda qeydə alınması da mümkün deyil. Əgər qeydiyyata aldırmaq üçün müraciət etsəydi iddiaçı gör əcəkdi ki, əmlak hazırkı iş üzrə cavabdehə uzun illər əvvəl satılmışdır. İddiaçı özünün də dediyi kimi onun 60 kv.m sahəsi başqa yerdə olsaydı onda o, hazırkı iddianı qaldırmazdı. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfə qarşı Mingəçevir iəhər Məhkəməsində obyektdən çıxarılma ilə bağlı iddia qaldırdığından iddiaçı tərəf vaxt qazanmaq üçün hazırkı iddianı qaldırmış və kassasiya şikayəti vermişdir. Mingəçevir şəhəri, H.Əliyev prosepkti, 47/2 ünvanında yerləşən, ümumi sahəsi 66,9 kv.m təşkil edən üçüncü şəxsin balansında olan qeyri-yaşayış sahəsi kommersiya məqsədilə icarəçi kimi Cavabdeh3 müddətli istifadəsinə verilmiş, daha sonra həmin əmlak sonuncu tərəfindən satın alınmışdır. Alqı-satqı ilə bağlı yetərincə araşdırma aparılsa da bütün sənədləşmələr qaydasında olmuş və sənədlərdə heç bir pro zuntu aşkarlanmamışdır. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-nin 403 və 416cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respubli kasının aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə
13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....” “Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
46. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməs i və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır....” “Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 139-1.1.3. daşınmaz əmlak barəsin də notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;...” “Maddə
157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər....” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız dır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır....” “Maddə
394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Mü qavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqd a isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür....”
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obye ktiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “M addə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmi n olunub-olunmadığını müəyyən edir.... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 49. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxla mır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etm ir və qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürülən dəlillərlə eyniyyət təşkil edir.
51. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkəmələrin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsini nəzərə alaraq, işə baxan məhkəmələrin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.
52. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
53. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(107)-25/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.