Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-295/2024 29.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDAD Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələyə baxıldı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Şəmkir Rayon Məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etm işdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – “DƏDRX”) 11 saylı Ərazi idarəsi tərəfindən, Seriya RX, №- 745751 nömrəli, 745630 nömrəli, 745629, 004095 nömrəli, çıxarışa və Şəmkir rayonunun Qaracəmirli Bələdiyyəsi tərəfindən icarəyə götürülmüş 1 ha torpaq sahəsi müqaviləyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsində əkin əkməklə yanaşı, orda ailəsi ilə bərabər müxtəlif bar verən meyvə ağacları əkib qulluq etmişdir. Son iki ildə Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin Qaracəmirli kənd üzrə Mirap (Cuar) işləyən cavabdeh ona su vermədiyinə görə külli miqdarda ziyan vurmuşdur. Belə k i, iddiaçı 1.13 ha yonca əkinindən bağlaması (presi) hər biri 5 manatdan 2.000 manat qazanc, 2.17 ha qarğıdalı əkinindən 14 ton qarğıdalının kilosu 50 qəpikdən 7.000 manat, 2.17 torpaq sahəsində arpa əkinindən 5 ton, kilosu 40 qəpikdən 2.000 manat, 2,13 ha 8 illik xurma ağaclarından iki ildə yeşiyi 5 manatdan 38.400 manat, 188 ədəd 8 illik fındıq ağacından iki ildə 3.290 manat, cəmi 52.690 manat qazanc əldə edə bilməmişdir. Lakin cavabdeh ona əkin sahəsinə və meyvə ağaclarının suvarılmasına su vermədiyinə görə nəticədə ona xeyli maddi və mənəvi zərər vurmuşdur. İddiaçı dəfələrlə, cavabdehdən ona dəyən 52.690 manat maddi ziyanı ödəməsini tələb etmiş, lakin, cavabdeh ona vurduğu zərəri ödəməkdən imtina etmişdir. Bu barədə Şəmkir rayon Polis şöbəsinə, Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyinə və Qaracəmirli kənd üzrə Bələdiyyəsinə müraciət edib, ona əkin sahəsinin, meyvə ağaclarının suvarılmasına vurduğu ziyana görə cavabdehin barəsində tədbir görmələrini və ona dəyən ziyanın ödənilməsi üçün kömək etmələrini xahiş etsə də, onlar iddiaçıya məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Ona görə iddiaçı, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 9 fevral tarixli, 2(076)-589/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim- H.Məhəmmədi).
4. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Hüquqi Şəxsin Vergi Uçotu haqqında şəhadətnamə və 2022-ci il 4 yanvar tarixli protokola əsasən, “İnam” X3 2018-ci il 5 mart tarixində qeydiyyata alınmış, cavabdeh isə “İnam” X4 (VÖEN **********) İdarə Heyətinin sədridir.
5. Həmçinin, iddiaçının cavabdehə qarşı qaldırılan iddianın əsasını təşkil edən vurulmuş maddi zərərin ödənilməsi tələbi iddiaçının (VÖEN **********) icarə əsasında istifadə etdiyi torpaq sahəsinə cavabdehin sədri olduğu təşkilat tərəfindən suyun verilməməsi nəticəsində onun əkin sahəsi və meyvə ağaclarına dəymiş ziyanla əlaqədar pul tələbidir. Göründüyü kimi tərəflərin subyektiv tərkibində və işin xarakterində kommersiya mübahisəsinə dair zəruri elementlər vardır.
6. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu n 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 26.1, 32.3, 32.4, 32.5, 403-1.1, 403-1.2, 403-1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Gəncə Kommersiya məhkəməsindəki icraat
7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 4 aprel tarixli, 2-2(115)-807/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir (hakim – K.Vəliyev).
8. Məhkəmə qeyd etmişdir ki, fiziki şəxs bir və ya bir neçə hüquqi şəxsin rəhbəri ola bilər. Hazırkı mübahisə üzrə tələb “İnam” X1rşı yönəlmiş olduğu halda, işə Gəncə Kommersiya Məhkəməsində baxıla bilərdi. Lakin iş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsl cavabdeh “İnam” X3 i lə əvəz olunmadan iş məhkəmə aidiyyəti üzrə göndərilmişdir. Nə qədər ki, əvəz olunma məsələsi həll edilməmişdir, bu halda mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının 9, 11, 12, 27-ci bəndlərinə, MPM-in 24.2, 25.1, 26.1, 26.2, 32.3, 32.7, 54.1, 54.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq 10. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında ya ranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 11.O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün d eyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12.Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.... 27.Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəali yyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilatihüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüq uqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin komme rsiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır....”
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə
25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır....” “Maddə
26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sa hibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.” “Maddə
32. Aidiyyət məsələlərindən şikayət verilməsi... 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.... 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasınd a fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir....” Maddə
54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edi lməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Ali məhkəmənin mövqeyi
12. İş materiallarını araşdıraraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimləri Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibi hesab edir ki, mülki iş mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir.
13. Şəmkir Rayon Məhkəməsi işi kommersiya məhkəməsinə göndərərkən mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh “İnam” X4 İdarə Heyətinin sədri olmaqla yanaşı iddiaçının cavabdehə qarşı qaldırılan iddianın əsasını təşkil edən vurulmuş maddi zərərin ödənilməsi tələbi iddiaçının icarə əsasında istifadə etdiyi torpaq sahəsinə cavabdehin sədri olduğu təşkilat tərəfindən suyun verilməməsi nəticə sində onun əkin sahəsi və meyvə ağaclarına dəymiş ziyanla əlaqədar pul tələbidir.
14. Qarışıq məhkəmə tərkibi məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq bildirir ki, işin hallarına əsasən, cavabdeh məhz fiziki şəxs Cavabdehdur. Lakin onun əsl cavabdehlə əvəz olunması ilə bağlı işi aidiyyəti üzrə göndərən məhkəmə tərəfindən hər hansı prosessual hərəkət həyata keçirilməmişdir.
15. Belə ki, MPM-in 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
16. Qarışıq məhkəmə tərkibi vurğulayır ki, hazırkı mübahisəyə Gəncə Kommersiya Məhkəməsində yalnız o halda baxıla bilərdi ki, iş üzrə cavabdeh əsl cavabdeh “İnam” X3 ilə əvəz edilmiş olardı. Lakin yuxarıda da qeyd olunduğu kimi hazı rda bu hal mövcud deyil.
17. Bu mənada qarışıq məhkəmə tərkibi hesab edir ki, əvəz olunma məsələsi həll edilmədiyindən, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.
18. Qeyd edilənləri nəzərə alaraq Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi hesab edir ki, hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir.
19. Ali Məhkəmənin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25 və 26-cı və 403-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndəril