Məhkəmə qərarları › İş №2-2(102)-297/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-297/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-297/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi v ə s. tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)19/2023 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli RBLLF447 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8 faiz dərəcəsi ilə 60 ay müddətinə bağçılığın inkişafı məqsədilə 150.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.

2. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 2020ci il 7 aprel tarixli RBLLF-447 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı k redit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər.

3. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli ipoteka müqaviləsinə əsasən, 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 4. 2020-ci il 20 aprel tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 10 mart tarixli RBLLF472 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 120.000 manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər.

6. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər.

7. İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 2021-ci il 10 mart tarixli RBLLF472 saylı ipoteka müqaviləsinə əsasən, 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh 5 məxsus, Bakı şəhəri, ünvan 3 ünvanında 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

8. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 2021-ci il 11 mart tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 9. 2021-ci il 16 mart tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

10. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış 2021-ci il 11 oktyabr tarixli bildirişlərdən görünür ki, borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbir görüləcəyi barədə məlumatlandırılmışdırlar.

11. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 2021-ci il 26 oktyabr tarixli məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0,066633 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. 12. “Müraciətin qəbulu və dövlət rüsumun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏD RX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. 13. “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 168,07 manat məbləğində (qəbzin nömrəsi: 8********) dövlət rüsumu ödəmişdir.

14. İddiaçı ASC tərəfindən 2021-ci il 20-21 oktyabr tarixlərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 pretenziya xarakterli bildirişlər ünvanlanmış və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq olunmuşdur. 15. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 2022-ci il 27 yanvar tarixli arayışdan görünür ki, Cavabdeh3 sessiyanın tarixi, saatı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir.

16. İ ddiaçı ASC-nin 2022-ci il 31 yanvar tarixli RB-02/PK-712 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2020-ci il 7 aprel tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə sonuncunun 2022-ci il 28 yanvar tarixinə banka əsas borc üzrə 150.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 5.371,81 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 155.371,81 manat təşkil edir.

17. İddiaçı ASC-nin 2022-ci il 31 yanvar tarixli RB-02/PK-711 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə sonuncunun 2022-ci il 28 yanvar tarixinə banka əsas borc üzrə 120.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz bor cu 2.700,54 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 122.700,54 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

18. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 7 fevral tarixində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq “Cavabdeh1”, “Cavabdeh2”, “Cavabdeh4” və “Cavabdeh5”) qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək: - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 2020-ci il 7 aprel tarixli RBLLF-447 saylı kredit müqaviləsi (bundan sonra – “2020-ci il kredit müqaviləsi”) üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı kredit müqaviləsi (bundan sonra – “2021-ci il kredit müqaviləsi”) üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; - Tutmanın ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1.197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına (bundan sonra – “Cavabdeh4 məxsus qeyri-yaşayış binası”) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 2020-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və 2021-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 5 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə (bundan sonra – “Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi”) yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 2021-ci il kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,0 7 manat məbləğində pul iddiaçıya ödənilməsi; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4 ona məxsus qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması; - Cavabdeh5 məxsus torpaq sahəsi və fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 ona məxsus fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait 2020 və 2021-ci il kredit müqavilələri üz rə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış 2020-ci il kredit müqaviləsinə əsasən, illik 8 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150.000 manat və 2021-ci il kredit müqaviləsinə əsasən, illik 5 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 120.000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 2020-ci il 7 aprel və 2021-ci il 10 mart tarixlərində iddiaçının Lənkəran filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 2020 və 2021-ci il kredit müqavilələri ü zrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 20. 2020-ci il kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 məxsus qeyri-yaşayış binası 2020-ci il 7 aprel tarixli İpoteka müqaviləsi ilə iddiaçı qarşısında yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 21. 2021-ci il kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh4 məxsus qeyri-yaşayış binası 2021-ci il 11 mart tarixli RBLLF-472 saylı sonrakı İpoteka müqaviləsi və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 2021-ci il 10 mart tarixli RBLLF-472 saylı ipoteka müqaviləsi ilə iddiaçı qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq ed ilmiş və dövlət qeydiyyatına alınmışdır.

22. Cavabdeh3 kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, öhdəliklərinin icra olunmasından qərəzli olaraq yayınmışdır.

23. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 279, 295, 385.1, 427.3, 442, 445.2.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 36, 37.2, 39.1, 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 36.2-ci maddəsinə istinad olunmuşdur.

24. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul olunmasını xahiş etmiş, Şirvan Kommersiya Məh kəməsinin 2022-ci il 11 may tarixli e-2-2(121)-474/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizaları təyin olunmuşdur.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 11 avqust tarixli 9/4220 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, 2022-ci il 28 yanvar tarixinə 2020-ci il kredit müqaviləsi üzrə əsas borc 150.000 manat, faiz borcu 5.373,96 manat, 2021-ci il kredit müqaviləsi üzrə əsas borc 119.999,50 manat, faiz borcu 2.699,99 manat müəyyən olunur. 26. "xxxx" MMC-nin 2418/SQ saylı hesabatından görünür ki, Cavabdeh4 məxsus qeyri-yaşayış binasının (kommersiya obyektinin) 2022-ci il 14 iyun tarixinə bazar dəyəri 450.000 manat, likvid d əyəri 380.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. 27. "xxxx" MMC-nin 2431/SQ saylı hesabatından görünür ki, Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin 2022-ci il 14 iyun tarixinə vizual bazar dəyəri 170.000 manat, vizual likvid dəyəri 144.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 400 manat təşkil etmişdir.

28. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli e-2-2(121)474/2022 saylı qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 11 9.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi; - tutmanın Cavabdeh4 məxsus qeyri-yaşayış binasına və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə yönəldilməsi; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 manat və Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 manat məbləğində olmaqla açıq hərracda satılması; - Cavabdeh4 məxsus qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına 2020-ci il kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il 10 mart tarixli kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçıya ödənilməsi; - Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına 2021-ci il kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun iddiaçıya ödənilməsi qət edilmişdir. - Tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini istisna edir. - Cavabdeh4 məxsus qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh4, Cavabdeh5 məxsus torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin Cavabdeh5 qaytarılması, - qeyri-yaşayış binası və torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi açıq hərracdan satıldıqda n sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. - iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh1, Cavabdeh2n, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatının Cavabdeh5, 500 manatının isə Cavabdeh4 alınaraq "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir (hakim – E.Abdullayev).

29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh3 kredit verməsi və sonuncunun həmin krediti alması, eyni zamanda iddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələrinin bağlanılması işin mübahisəsiz halını təşkil etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, Cavabdeh3 həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda, sözügedən kredit müqavilələrinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxsus qeyri-yaşayış binası və Cavabdeh5 məxsus torpaq sahəsinin üzərindəki fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

30. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 11 avqust tarixli 9/4220 saylı ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, 2020-ci il kred it müqaviləsində əsas borc üzrə, 2021-ci il kredit müqaviləsində əsas borc və faiz borcu üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.

31. Eyni zamanda, həmin ekspert rəyi ilə 2020-ci il kredit müqaviləsi üzrə faiz borcunun iddiada tələb olunan məbləğdən artıq olması müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə qəbul olunmalıdır. 32. 2020-ci il kredit müqaviləsi üzrə 150.000 manat əsas, 5.371,81 manat faiz borcu və 2021-ci il kredit müqaviləsi üzrə 119.999,50 manat əsas, 2.699,99 manat faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır.

33. Qeyd olunanlara əsasən, 2020-ci il kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia tam, 2021-ci il kredit müqavilə si üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia qismən təmin edilməlidir.

34. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmışdır. 2020 və 2021-ci il kredit müqavilələri üzrə Sahib Cavabdeh1, Cavabdeh2 zamin qismində borclu Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını cavabdehlərdən (zaminlərdən) tələb etməkdə haqlıdır.

35. Bundan əlavə, 2020 və 2021-ci il kredit müqavilələrinin təminatı olaraq iddiaçı ilə Cavabdeh4 arasında 2020-ci il 7 aprel tarixli ipoteka müqaviləsi və 2021-ci il 11 mart tarixli sonrakı ipoteka müqavilələri bağlanmışdır. Həmçinin 2021-ci il kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh5 arasında 2021-ci il 10 mart tarix li ipoteka müqaviləsi bağlanılmışdır.

36. Məhkəmə borcun ipoteka predmetlərinə yönəldilərək, həmin əmlakların açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı olmuşdur. Odur ki, iddia həmin hissədə təmin olunmalıdır.

37. Məhkəmə eyni zamanda, iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması və həmin əmlaklardan çıxarılması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçının dəlilləri əsaslıdır, qeyri-yaşayış binası və fərdi yaşayış evi ipoteka müqavilələri üzrə kreditlərin qaytarılması üçün ipotekaya qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Çünki həm qeyri-yaşayış binası, həm də fərdi yaşayış evi ipotekaya qoyulmuşdur və borc ödənilmədiyi təqdirdə ipoteka qoyanlar ipoteka predmeti olan əmlaklardan çıxacağını və boşaldılmasını öhdələrinə götürmüşdür.

38. Mübahisəli qeyri-yaşayış binası və fərdi yaşayış evi əmlakların mülkiyyətçiləri tərəfindən ipoteka müqaviləsi və sonrakı ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd olunan hissədə də təmin edilməlidir.

39. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipoteka predmetinin boşaldılmasının göstərilməməsi iddiaçıya bu cür tələb irəli sürməyə maneə olmur. Əksinə, bu cür vəziyyətdə buna bir zərurət yaranır. Çünki ipoteka qoyanlar və onların ailə üzvləri yaxud digər şəxslər əmlaklara tutma yönəldikdən sonra və həmin əmlaklar satıldıqdan sonra əmlakları tərk etməlidirlər. Həmin əmlakla rda yaşayarkən və ya fəaliyyət göstərərkən sözsüz ki, yaşayış və fəaliyyət üçün lazım olan əşyalar da həmin əmlaklarda olur. Cavabdehlər əmlakları tərk edərkən təbii ki, özlərinə məxsus müxtəlif əşyaları da həmin əmlaklardan çıxartmalıdırlar və sözsüz ki, bu zaman ipoteka predmetləri də həm insanlar, həm də fiziki baxımdan boşaldılmış vəziyyətə gəlir. Başqa sözlə, “İpoteka haqqında” Qanunda konkret olaraq tutmanın ipoteka predmeti olan əmlaka yönəldikdə və o satıldıqda ipoteka predmetinin boşaldılmasının nəzərdə tutulmaması da icra sənədinin tam icra olunmasını təmin edən bir vasitədir. Əks halda, icra sənədinin icrası ilə əlaqədar əlavə mübahisələrin və yeni lüzumsuz iddiaların ortaya çıxmasına şərait yarana bilər.

40. Bununla yanaşı, məhkəmə iddia tələbinin “ipoteka predmeti olan əmlakla ra tutma yönəldikdə və onlar satıldıqdan sonra həmin əmlaklar üzərində istifadə hüquqlarının itirilmiş hesab olunması”na dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddiaçının həmin tələbi əsassızdır və təmin oluna bilməz. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsi bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda tətbiq oluna bilər. Hazırki işdə isə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Əslində mahiyyət etibarı ilə iddiaçının bu tələbi də cavabdehlərin ipoteka predmetləri olan əmlaklardan və qeydiyyatdan çıxarılmalarına nail olmaqdır. Bunun üçün isə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə yanaşı, istifadə hüquqlarının itirilməsi tələbinin irəli sürülməsinə zərurət yoxdur.

41. Məhkəmə iddia tələbinin “ipoteka predmetlərini n satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassız olmuşdur. Belə ki, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll olunan məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassız olmuşdur. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir.

42. İddia qismən təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 168,07 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat və mediasiya xərci olaraq ödənilmiş 400 manat Ca vabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iş üzrə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına ödənilməldir.

43. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.7, 319.1, 385.1, 442, 443.1, 448.1, 448.2, 460.1, 470.1, 472, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 34.1.1, 34.1.3, 39.3.3, 41.1, 59.1, 59.3, 59.4-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 2020-ci il 20 iyul tarixli, 01 saylı Qərardadına, MPM-in 14.2, 77.1, 107, 115.0.1, 119.1, 217.4, 218.3, 226.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

44. Cavabdeh3 həmin qətnamədən 2022-ci il 16 dekabr tarixin də apellyasiya şikayəti verərək, onun qismən, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371.81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 119.999.50 manat əsas borc, 2.699.99 manat faiz borcu, hissəsində ləğv edilərək, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 140.000 manat əsas borc, 1.000.81 manat faiz borcu, 2021- ci il kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 699.99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

45. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli, 2-2(106)-19/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Ca vabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.İmanov, hakimlər – T.Kərimov və P.Əhmədov).

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini hər iki müqavilə üzrə əsas və faiz borcu hissələrində mübahisələndirmişdir. Ona görə də Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab etmişdir.

47. Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələbi qanunvericilik normaları baxımı ndan əsaslıdır.

48. Cavabdehin apellyasiya şikayətinin dəlili kredit müqaviləsinin şərtləri əsas və faiz borcu üzrə hesablanmış məbləğ hissədə əsassızdır, birinci instansiya məhkəməsi tələbi həmin hissədə təmin etməklə, maddi hüquq normasını düzgün tətbiq etmişdir.

49. Belə ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan yalnız bankın təqdim etdiyi sübutlar üzrə hesablama apararaq düzgün olmayan qətnamə çıxarmışdır.

50. Apellyatorun şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Çünki, iş materiallarından görünür ki, hər iki kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və məhkəmə qətnaməsi həmin hissədə iddiaçı tərəfindən verilmiş sübutlara əsasən deyil, ekspertiza rəyinə istinad etmək lə çıxarılmışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri qətnamənin əsas və faiz hissədə ləğv olunmasını əsassız hesab etmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiyası məhkəməsində baxış zamanı təyin olunmuş qiymətləndirmə ekspertizasının rəyini müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə əsas və faiz borcunu mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq müəyyən etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun qətnamədə müəyyən olunandan az olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmiş, iş materialları ilə belə hal müəyyən olunmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, MM-in 6.2, 269.1, 317, 319.1, 385.1, 427.3, 442, 445.2.1, 448.1, 448.2, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 10.4, 33, 34.1.1, 39.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”ya dair 1952-ci il 20 mart tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsinə, MPM-in 4.1, 14.1, 14.2, 385.2, maddələrinə istinad etməklə əsaslandırmışdır.

53. Apellya siya məhkəməsinin qətnaməsi 2023-cü il 20 fevral tarixində tərəflərə göndərilmişdir.

54. Cavabdeh3 həmin qətnamədən 2023-cü il 17 aprel tarixində kassasiya şikayəti verərək onun qismən, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, 2021-ci il kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu hissəsində ləğv edilərək, Cavabdeh3 2020-ci il kredit müqaviləsinə əsasən 140.000 manat əsas borc, 1.000,81 manat faiz borcu, 2021ci il kredit müqaviləsinə əsasən 100.000 manat əsas borc, 699,99 manat faiz borcu tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

55. MM-in 385.1-ci maddəsi üzrə - Apellyas iya instansiyası məhkəməsi müvafiq maddəni tətbiq edərkən borclu ilə kreditor arasındakı ədalətli və tam öhdəlik məbləğini müəyyən etməli olduğunu qeyd etməmişdir.

56. MPM-in 88-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi sübutların qiymətləndirilməsi məqsədi ilə müvafiq mühasibat uçotu ekspertizası təyin etməmiş, yalnız birinci instansiya məhkəməsinin istinad etmiş olduğu sübutlara qiymət vermişdir.

57. MPM-in 217.2-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsi hesablamanı apararkən yanlışlığa yol vermişdir və düzgün hesablama aparmamışdır. Bu da məhkəmənin səhv nəticəyə gəlməsi və qətnamənin qanuni, əsaslı olmaması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

60. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğvi xahiş edilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). Belə ki, Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini hər iki müqavilə üzrə əsas və faiz borcu hissələrində mübahisələndirdiyindən apellyasiya baxışının premetini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi t əşkil etmişdir (bax yuxarıda §§ 44, 46). Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsini hər iki müqavilə üzrə əsas və faiz borcu hissələrində, yəni faktiki olaraq bütövlükdə mübahisələndirdirmişdir (bax yuxarıda § 54).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublika sının aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəalarında “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.”

63. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirmək də və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

269. Girov və ipoteka hüququ anlayışı 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.... 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.”...” “Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat va sitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.” “Maddə

319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş edilməməsi;...” müddətdə icra “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik mü qaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır....” “Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar ş əklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.” 64. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar... 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.” “Maddə

9. Sonrakı ipoteka 9.1. Qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıb sa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka)....” “Maddə

10. İpoteka müqaviləsi... 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir....” “Maddə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” (33-cü maddə Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1439-VQD nömrəli Qanunu ilə ləğv edilmişdir) “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas ver ən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;... 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;...” “Maddə

39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; …” “Maddə

41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər....” “Maddə

59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.... 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. ” 65. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəz ərdə tutulur: Respublikasının Qanununun müvafiq “Maddə

36. Mediasiya xərcləri... 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir....” 66. “İcra haqqında” Azərbaycan Respublikasının müddəalarında aşağədakıla r nəzərdə tutulur: Qanununun müvafiq “Maddə

45. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası... 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur....”

67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun luğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 may tarixli Qərarında müəyyən edilmişdir ki: “... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır....”

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında müəyyən edilmişdir ki: “... Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər....”

69. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etm əlidir....” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;...” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edil ən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” “Maddə

226. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə... 226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.” “Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədlər i 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

70. İddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbləri birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, Cavabdeh3 həmin qətnaməni özünə münasibətdə qismən mübahisələndirmiş, apellyasiya instansiy ası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.

71. Cavabdeh3 özünün kassasiya şikayətində hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mühasibat uçotu ekspertizası təyin etməmiş, yalnız birinci instansiya məhkəməsinin istinad etmiş olduğu sübutlara qiymət vermiş, hesablama apararkən yanlışlığa yol vermiş, düzgün hesablama aparmamışdır.

72. Halbuki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən və iş materiallarından məlum olur ki, iş birinci instansiyada olarkən mübahisə predmeti olan hər iki kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə iddiaçı tərəfindən verilmiş sübutlara əsasən deyil, ekspertiza rəyinə istinad etməklə çıxarılmışdır.

73. Qətnamədən və iş materiallarından o da məlum olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir məhkəmə iclasına gəlməmiş, habelə ekspertizanın rəyi ilə bağlı mövqeyini, etirazlarını heç bir şəkildə məhkəməyə bildirməmişdir.

74. Eyni zamanda, iş materiallarından məlum olur ki, apellyasiya şikayəti verən Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hətta apellyasiya instansiyası məhkəməsinin də iclasında iştirak etməmişdir.

75. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun qətnamədə müəyyən olunandan az olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmiş, iş materialları ilə bel ə hal müəyyən olunmamışdır.

76. Ümumiyyətlə, MPM-in 97.1-ci maddəsində (bax yuxarıda § 69) görə, iş üzrə ekspertiza təyin etmək məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrar və ya əlavə ekspertiza təyin etməyə lüzum görmədən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

77. Kassator isə öz şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini hər hansı tutarlı və konkret dəlillə təkzib edə bilməmiş, yalnız ümumi və formal xarakterli mülahizələrlə kifayətlənmişdir.

78. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlill ərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 69) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 69) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

79. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)-19/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)-19/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar