Məhkəmə qərarları › İş №2-2(102)-297/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-297/2024

08.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-297/2024 08.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq icarəsi müqaviləsi, bələdiyyə mülkiyyətində olan torpaqların icarəsi, icarə haqqı, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mübahisəli torpaq sahəsindən çıxarılma, icarə haqqının cavabdehdən tutulması və s.” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü i l 18 yanvar tarixli 2-2(106)-28/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 103.000 kv.m (10.30 ha) torpaq sahəsi Beyləqan rayon İmamverdili Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı kateqoriyalı, kənd təsərrüfat təyinatlıdır. Uqodiyası örüş, bonitet balı 45, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir. 2. ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 10.309 ha torpaq sahəsi 2033-cü il 2 iyul tarixinədək, icarə haqqı illik 735 manat olmaqla Cavabdeh icarəyə verilmiş (2018-ci il 2 iyul tarixli icarə müqaviləsi), icarə hüququ dövlət qeydiyyatına alınmışdır (20 20-ci il 13 yanvar tarixli çıxarış).

3. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi (icarəsində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə edilməməsi) barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən "İnzibati xəta haqqında” MN ******* nömrəli protokol tərtib edilmişdir. 4. “Cavabdeh icarəsinə ayrılmış 10.309 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə” Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və Cavabdeh icarəs ində olan 10.309 ha örüş otlaq sahəsində arpa bitkisi əkildiyi müəyyən edilmişdir (2020-ci il 17 noyabr tarixli akt). 5. “Cavabdeh icarəsinə ayrılmış 10.309 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə” Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və İmamverdilər kənd sakini Cavabdeh icarəsində olan 10.309 hektar örüş otlaq sahəsinin 2.20 hektar ərazisində pambıq bitkisi əkildiyi müəyyən edilmişdir (2021-ci il 16 noyabr tarixli akt).

6. Cavabdeh tərəfindən İddiaçınə 2019-cu ildə 650 manat, 2020-ci ildə 875,50 manat, 2021-ci ildə 875,50 manat, 2022-ci ildə 875,50 manat ö dəniş edilmişdir.

7. Cavabdeh ödəməli olduğu icarə haqqı 2019-cu il üzrə 875,50 manat, 2020-2023cü illər üzrə isə hər il müvafiq olaraq 2.060 manat müəyyən edilmişdir. Cavabdeh 20202022-ci illərdə ümumilikdə 2.626,50 manat icarə haqqı üzrə ödəniş etmiş, cəmi 6.489 manat qalıq borcu qalmışdır (İddiaçı tərəfindən tərtib olunmuş maliyyə arayışı). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı 2023-cü il 23 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - iddiaçının cavabdehə 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 2018-ci il 28 iyun tarixli 11 saylı qərarının və 2018-ci il 28 iyun tarixli icarə müqaviləsinin (bundan sonra –«icarə müqaviləsi”); - 2020-ci il 9 yanvar tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi və 2020-ci il 13 yanvar qeydiyyat tarixli çıxarışın ləğv edilməsi; - cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 2018-ci il 28 iyun tarixli 11 nömrəli qərarı ilə cavabdehə 10.309 ha örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün icarəyə verilmiş və icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda, cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Region al Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmış və cavabdehin icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri apardığı müəyyən edilmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşdur. İddiaçının 2018-ci il 28 iyun tarixli 11 nömrəli qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən 2020-ci il 17 noyabr tarixli akt tərtib olun muşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq, cavabdehə 10.309 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 2018-ci il 28 iyun tarixli 11 nömrəli qərarın ləğv edilməsi, həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab olunması barədə 2020-ci il 23 oktyabr tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən iddiaçıya küllü miqdarda ziyan dəymişdir.

10. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli e-2-2(121)368/2023 qərardadı ilə iddia ərizəsi - 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 2018-ci il 28 iyun tarixli 11 nömrəli qərarın, 2020-ci il 13 yanvar qeydiyyat tarixli çıxarışın ləğv edi lməsi, 2020-ci il 9 yanvar tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab olunması hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmuşdur (hakim E.Abdullayev). 11. 2023-cü il 17 may tarixində iddiaçı iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək: - iddiaçının cavabdehə 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair qərarın və icarə müqaviləsinin ləğv edilməsi; - 2020-ci il 9 yanvar tarixli 462797 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin etibarsız hesab olunması və 2020-ci il 13 yanvar tarixli çıxarışın ləğv edilməsi; - cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və hazıradək ödənilməmiş 6.489 manat icarə haqqı, torpaq sahəsi təhvil verilənədək ödənilməmiş icarə haqqı, 100 manat vəkilə ödənilmiş pu l və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 17 may tarixində keçirilən məhkəmə iclasında iddiaçının tələbi, cavabdehə 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, hazıradək ödənilməmiş 6.489 manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqı, 100 manat vəkilə ödənilmiş pul və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi hissəsində icraata qəbul edilməsi, qalan hissədə isə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır (hakim – E.Abdullayev).

13. Şirvan Kommersi ya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(121)368/2023 qərardadı ilə iş üzrə icraata icarə müqaviləsinin ləğv olunması hissəsində xitam verilmişdir (hakim E.Abdullayev).

14. Şirvan Kommersiya Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(121)368/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 313,50 manat icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat olmaqla, ümumilikdə 453,50 manat pulun tutularaq iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya məxsus Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 10.309 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim E.Abdullayev).

15. Birinci instansiya məhkəməsi ilk olaraq iddiaçının “ödənilməmiş 6.489 manat icarə haqqının ödənilməsi ” tələbini qismən əsaslı hesab edərək göstərmişdir ki, icarə müqaviləsinə əsasən, cavabdeh illik icarə haqqı üzrə 735 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışında, o cümlədən iddiaçının nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarda “cavabdehin 2019-cu il üzrə 875,50 manat, 2020-ci il üzrə 20.60 manat, 2021-ci il üzrə 2.060 manat, 2022-ci il üzrə 2.060 manat, 2023-cü il üzrə 2.060 manat olmaqla, ümumilikdə 6.489 manat borcunun olduğu” qeyd olunsa da, icarə müqaviləsinə icarə məbləğinin artırılması ilə bağlı hər hansı yazılı razılaşmanın və ya dəyişikliyin olduğu iş materiallarında olan sənədlərlə müəyyən olunmamışdır. Halbuki, icarə müqaviləsi bağlanarkən icarə haqqı məbləği 735 manat müəyyən edilmişdir. Cavabdeh də öz növbəsində icarə müqaviləsi ləğv olunanadək (2023cü il 5 yanvar tarixinə) ümumilikdə 2.626,50 manat ödəniş etmiş, qeyd olunan ödənişlər iddiaçının təqdim etdiyi maliyyə arayışında da qeyd olunmuşdur.

16. İddiaçının nümayəndələri məhkəmə iclasında verdiyi izahatlarla icarə haqqı məbləğinin artırılması ilə bağlı cavabdehə bildiriş göndərildiyini bildirsələr də, həmin bildirişin göndərildiyini və çatdırılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişlər.

17. İddiaçının icarə müqaviləsinin ləğvi ilə bağlı 2023-cü il 5 yanvar tarixində cavabdehə göndərdiyi bildirişə əsasən icarə müqaviləsi ləğv olunduğundan, 2023-cü il üzrə icarə haqqının tələb edilməsi də əsassız olmuşdur. Məhkəmə ödənilməyən icarə haqqı dövrünün 2019-2022-ci illər, illik icarə haqqı məbləğinin isə müqavilədə qeyd olunduğu kimi, yəni 735 mana t müəyyən edilməsi qənaətinə gəlmişdir. 2019-2022-ci illər üzrə ödənilməli icarə haqqı məbləği 2.940 manat (735 manatx4 il=2.940 manat) təşkil etmişdir. Cavabdeh tərəfindən 2019-2022-ci illər üzrə ümumilikdə 2.626,50 manat icarə haqqının ödənildiyi nəzərə alınaraq, cavabdehin 2019-2022-ci illər üzrə icarə haqqı üzrə borcunun 313,50 (2.940-2.626,50=313,50) manat təşkil etməsi qənaətinə gəlinmişdir.

18. Məhkəmə, iddiaçının “cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması” tələbinə münasibətdə qeyd etmişdir ki, işdə olan sənədlərlə tərəflər arasında 10.309 hektar örüş otlaq sahəsinin icarəyə verildiyi barədə müqavilənin bağlandığı müəyyən olunmuşdur. Cavabdeh örüş məqsədilə verilmiş torpaq sahəsindən əkin sahəsi kimi istifadə etməklə icarəsinə verilmiş torpaq sahəsində təyinatı üzrə və sə mərəli istifadə etməmişdir. Bu hal həm cavabdehin məhkəmə iclasında verdiyi izahatları ilə, həm də işdə olan müvafiq sənədlərlə də təsdiq olunmuşdur. Göründüyü kimi, icarəyə verilmiş torpaq sahəsindən cavabdeh tərəfindən təyinatına uyğun istifadə edilmədiyi işin mübahisəsiz halını təşkil etmişdir. Belə olan təqdirdə, cavabdehin iddiaçının mülkiyyətində olan 10.309 ha torpaq sahəsindən çıxarılması üçün hüquqi əsaslar mövcud olmuşdur.

19. Məhkəmə iddiaçının “torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının tutulması” tələbini əsassız hesab edərək tələbin həmin hissəsinin qeyri-müəyyən olduğunu qeyd etmişdir. Belə ki, tərəflərin iş üzrə qəbul olunacaq qətnamədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən apellyasiya və kassasiya qaydasında şikayət vermək hüquq larının olduğunu nəzərə alındıqda, o cümlədən iş üzrə qəbul ediləcək qətnamənin qüvvəyə mindiyi tarix müəyyən olmadığından, torpaq sahəsinin təhvil veriləcəyi tarixi və ödənilməmiş icarə haqqının nə qədər olacağını müəyyən etmək mümkün olmamışdır.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 156.1, 700.1, 708.2, 710.1 və 712.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.3, 16.7 və 73.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9, 17, 19 və 23-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq olunmuş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 4 və 22-ci bəndlərinə istinadla əsaslandırmışdır.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli 2-2(106)-28/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim C.İmanov, hakimlər P.Əhmədov və T.Kərimov).

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh bələdiyyə tərəfindən ona icarəyə verilmiş 10.309 hektar örüş otlaq torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmış, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən ünvan 1 sakini cavabdeh barəsində "İnzibati xəta haqqında” MN ******* nömrəli protokol tərtib edilmişdir. İcarə haqqının ödənilməməsi əsası ilə iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə düzgün nəticəyə gəlinmişdir.

24. Məhkəmə hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məh kəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi və prosessual hüquq normalarına istinadla əsaslandırmışdır (bax yuxarıda bu qərarın 20-ci bəndi).

26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-nin 421.1 və 421.2-ci maddələri üzrə - notarial qaydada bağlanmış icarə müqaviləsinin şərtləri cavabdeh tərəfində n pozulmamış, cavabdeh müqavilə şərtlərinə tam riayət etmişdir. Məhkəmə müqavilənin ləğv olunmasına istinad edərək cavabdehin torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki, icarə müqaviləsi yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmadığı halda, həmin müqavilənin birtərəfli qaydada ləğvi qanunsuzdur. Həmçinin, cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş icarə haqqı daim tam şəkildə ödənilmişdir. İcarə haqqının dəyişdirilməsi ilə bağlı heç vaxt iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilməmiş və ya icarə haqqının dəyişdirilməsi ilə bağlı müqaviləyə dəyişiklik edilməmişdir.

28. MPM-nin 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, yuxarıda qeyd edilən maddi hüquq normasının pozunt usuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halları n yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Konstitusiyasının müvafiq müddəasında “Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....”

33. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

156. Bələdiyyələrin mülkiyyət hüququ 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür....” “Maddə

700. İcarə müqaviləsi 7 00.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur....” “Maddə

708. İcarəyə götürülmüş torpağın vəziyyəti və təsərrüfat təyinatına uyğun istifadəsi üçün məsuliyyət... 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır....” “Maddə

710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir....” “Maddə

712. İcarəyə götürülmüş torpaqdan üçüncü şəxslərin istifadə etməsi... 712.3. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər....”

34. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (2023-cü il 24 fe vral tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaktə)...

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir....

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....” “Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları 1...., torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə...” 35. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Torpaqların icarəyə verilməsi şərtləri Torpaqlar icarəyə verilərkən aşağıdakı şərtlərə əməl edilir:... torpaqların təyinatı üzrə istifadə edilməsi;...” “Maddə

17. İcarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi... İcarəyə verilmiş torpaqları n başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər....” “Maddə

19. İcarəyəverənin hüquqları İcarəyəverənin hüquqları aşağıdakılardır: icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək;...” istifadəsinə və icarə “Maddə

23. İcarəçinin vəzifələri İcarəçinin vəzifələri aşağıdakılardır: icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək;...”

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq olunmuş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “4. Örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə ist ifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. (2021-ci il 19 noyabr tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın 4-cü hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsəl ələri üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.)...

22. Fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər....”

37. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alı r ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 39. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

40. Baxılan iş üzrə cavabdehin maddi hüquq normalarının pozulmasına dair dəlilində ona istinad edilmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri onun tərəfindən pozulmamış, lakin məhkəmə müqavilənin ləğv olunmasına istinad edərək cavabdehin torpaqdan çıxarılması nəticəsinə gəlmişdir.

41. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələ r tərəfindən müəyyən edilmiş hallarına görə cavabdeh icarəsində olan 10.309 hektar örüş otlaq torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməmiş, həmin sahədə əkin işləri aparmış, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də cavabdehin barəsində "İnzibati xəta haqqında” MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən icarə haqqının da müqavilə şərtlərinə uyğun olaraq vaxtında ödənilməməsi, 2019-2022-ci il üzrə 313,50 manat məbləğində icarə haqqı borcunun qaldığı müəyyən edilmişdir.

42. Digər tərəfdən birinci instansiya məhkəməsinin baxılan iş üzrə qəbul etdiyi 2023-cü il 03 avqust tarixli qərardadı ilə “Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe əsas götürülməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə (mətni üçün bu qərarın 33-cü bəndi) müqavilənin ləğvinin məhkəmədən kənar qaydada həyata keçirilməsi qənaətinə gəlinmiş, bu səbəbdən iş üzrə icraata tərəflər arasında bağlanmış 2018-ci il 2 iyul tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilmişdir.

43. Hazırda cavabdeh iş üzrə qəbul edilmiş qətnamədən verdiyi kassasiya şikayətində tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin onun tərəfindən pozulmadığı halda, həmin müqavilənin birtərəf li qaydada ləğvinin qanunsuz olduğunu bildirsə də, nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli torpaq sahəsindən istifadə etməsinin hüquqi əsasını təşkil edən icarə müqaviləsinin birtərəfli qaydada ləğv edildiyinə dair birinci instansiya məhkəməsinin qeyd olunan qərardadı cavabdeh tərəfindən mübahisələndirilməmiş, hazırda qüvvədədir.

44. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

46. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Şi rvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 18 yanvar tarixli, 22(106)-28/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar