Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-298/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ərizəçi İddiaçı kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: müflis elan edilmə və iflas prosesinə başlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı (kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3) “müflis elan edilmə və iflas prosesinə başlanma” tələbi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2( 103)-1061/2021 saylı qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 10 may tarixli qətnaməsi ilə İddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4.275 ABŞ dolları 12 sent məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2018-ci il 6 sentyabr tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 10 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 yanvar tarixli 2(102)-450/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsin in 2018-ci il 6 sentyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 17 dekabr tarixli, 2(006)6623/2019 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı 2018-ci il 19 oktyabr tarixli kredit müqaviləsi üzrə 9.500 manat məbləğində əsas borc, 356,24 manat faiz borcu və 2018-ci il 25 oktyabr tarixli kredit müqaviləsi üzrə 5.000 manat əsas borc, 187,50 manat faiz borcu, habelə ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla, cəmi 15.074,14 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh3 verilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 3 iyun tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 17 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 10 aprel tarixli, 2(006)-40/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı "xxxx" KB ASC-nin xeyrinə 206.285,79 ABŞ dolları əsas borc, 13.368,83 ABŞ dolları faiz borcu olmaqla, cəmi 219.654,62 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Ba kı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəlməklə, həmin əmlakın açıq hərrac yolu ilə satılması qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2021-ci il 19 fevral tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 10 aprel tarixli 2(006)40/2018 nömrəli qətnaməsi cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilmış, 159.281,02 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh İddiaçı alınaraq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı ş əhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin borclunun məcburi gətirilməsi haqqında 2019-cu il 19 fevral tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-10520/2017-002 nömrəli, 2017-ci il 13 dekabr tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə 7.542,69 ABŞ dolları pul vəsaiti və 20 manat dövlət rüsumu tutulmalıdır. Həmin icra sənədi borclu tərəfindən icra edilmədiyindən tələbin ödənilməsinin təmin edilməsi məqsədi ilə borcluya münasibətdə məcburi gətirilmə tədbirlərin tətbiq edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 2021-ci il 30 iyun tarixli məktubuna əsasən ver gi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) “X1” ASC-də AZ57UBAZ**********1040AZ001 nömrəli aktiv bank hesabının olması müəyyən edilmişdir.
10. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 2021-ci il 30 iyun tarixli 75406-1221 saylı məktuba əsasən Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə hazırda İddiaçı adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
11. Ərizəçi İddiaçı (bundan sonra – “ərizəçi”) (kreditorlar "xxxx" ASC, "xxxx" KB ASC və Cavabdeh3) ərizə ilə məhkəməyə müraciət edərək, müflis elan edilməsi və iflas prosesinə başlanılması barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2004-cü il 25 noyabr tarixdən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyət istiqaməti əsasən restoran və geyim əşyalarının alqı-satqısından ibarət olmuşdur. Fəaliyyəti dövründə ərizəçi dəfələrlə müxtəlif banklardan külli miqdarda biznes kreditləri götürmüş və vaxtında da geri qaytarmışdır. Lakin manatın devalvasiyasından, yəni 2015-ci ildən sonra ərizəçinin maddi durumu pisləşmiş, ABŞ dolları ilə banklardan götürdüyü kreditləri ödəyə bilməmiş, nəticədə borcları yığılmağa başlamışdır.
13. Ərizəçinin hazırda "xxxx" ASC-yə 7.542,69 ABŞ dolları və 20 manat, "xxxx" KB ASC-yə 4275,12 ABŞ dolları və Cavabdeh3 15.074,14 manat məbləğində borcu vardır.
14. Ərizəçinin mülkiyyətində olan Bakı şəhəri, Bül- Bül prospekti 65 “а” saylı evin 13/14 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin hərracda ilkin satış dəyəri məhkəmələr tərəfindən 351.000 manata dəyərləndirilsə də, hələ qanuni qüvvəyə minməmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1903/2021 saylı, 2021ci il 19 fevral tarixli qətnaməsi ilə borcun məbləği 159.281,02 ABŞ dolları müəyyən edilmişdir.
15. Ərizəçi artıq bir neçə ildir ki, mövcud borclarını ödəmək iqtidarında deyildir.
16. Ərizəçi tələbinin maddi hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə istinad etmişdir.
17. Kreditorlar tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli, e-2-2(113)-2685/2021 saylı qətnaməsi ilə əriz əçinin müflis elan edilməsi və iflas prosesinə başlanılması tələbinə dair ərizəsi rədd edilmişdir (hakim - L.Əliyeva).
19. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən müflis elan edilmə barədə ərizənin verildiyi tarixə fərdi borclunun maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir.
20. Ərizəçinin ödənilməsi üçün kifayət qədər aktivlərinin olmamasını iddia etdiyi ən yüksək məbləğli pul öhdəliyi "xxxx" KB ASC-yə olan 159.281,02 ABŞ dolları məbləğində borcudur ki, həmin borcun təminatı olaraq ərizəçiyə məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin borcun tutulmasına dair mülki mübahisə üzrə qəbul edilmiş son məhkəmə aktı ilə ipoteka predmetinin ilkin satış qiyməti 351.000 manat məbləğində müəyyən edilmişdir. Göstərilən hallar borclunun həmin borcu təmin edəcək aktivlərinin olmaması barədə dəlillərinin əsassız olmasına dəlalət edir.
21. Ərizəçi müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi pul öhdəliklərinin hər hansı birinin onun sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasını sübuta yetirə bilməmişdir. Əksinə, iş materiallarından görünür ki, həmin borcların tutulması ilə bağlı kreditorların qaldırdığı iddia tələblərinə kommersiya mübahisələrinə baxmalı olan kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmışdır. Göründüyü kimi hazırkı ərizədə fərdi borclunun müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi borclar fərd i borclunun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamaqla, şəxsi xarakterli tələbatları ilə bağlı yaranmışdır. Fiziki şəxsin şəxsi xarakterli borclarını ödəmək qabiliyyətinin olmaması isə onun fərdi sahibkar kimi müflis elan edilməsi üçün əsas vermir.
22. Məhkəmə gəldiyi nəticəni “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 3, 11-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
23. Birinci instansiya məhkəməsinin qətnaməsindən ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası nın 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1061/2021 saylı qətnaməsi ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov, V.Kərimova).
25. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək göstərmişdir ki, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
26. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ərizəçinin borcunun olması barədə məhkəmə qətnamələri icraya yönəldilmiş, lakin qətnamə ilə tutulan borclar üzrə kreditorlara ödəniş edilməmişdir. İşin materialında həmin qətnamələr üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar mövcud deyil.
27. İşdəki sənədlərə əsasən, həmin qətnamələrin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin axtarışının həyata keçirilməsi davam edir. Odur ki, ərizəçinin müflis elan edilmə barədə ərizəsi qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasından yayınmaq məqsədi daşıdığına dair əsaslı qənaət formalaşdırmaqla, ədalətli məhkəmə araşdırması prinsipinin tərkib hissəsi olan yekun məhkəmə aktının icrasının təmini prinsipi ilə ziddiyyət təşkil edir.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 63.1-ci, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1, 3 və 11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı 2022-ci ilin 8 yanvar tarixində ərizəçi və kreditorlara göndərilmiş, 2022-ci il 10 yanvar tarixində ərizəçinin nümayəndəsinin elektron kabinetində yerləşdirilmişdir.
30. Qətnamədən ərizəçi tərəfindən 2022-ci il 9 mart tarixində kassasiya şikayəti verilmiş, qətnamənin ləğv edilərək, işin təkrar apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri: 31. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinin tələbi pozulmuşdur. Ərizəçi 2004-cü il 25 noyabr tarixdən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hazırda onun "xxxx" ASC-yə 7542,69 ABŞ dolları və 20 ma nat, "xxxx" KB ASC-yə 4275,12 ABŞ dolları, Cavabdeh3 15.074,14 manat borcu vardır. Ərizəçinin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 65 a saylı evin 13/14 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzilin hərracda ilkin satış dəyəri məhkəmələr tərəfindən 351.000 manat müəyyən edilmişdir. Hələ qanuni qüvvəyə minməmiş Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 19 fevral tarixli, 2(103)-1903/2021 saylı qətnaməsi ilə "xxxx" KB ASC-yə olan borcun məbləği 159.281,02 ABŞ dolları müəyyən edilmişdir. Ərizəçi artıq bir neçə ildir ki, mövcud borclarını ödəmək iqtidarında deyil və kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edə bilməmişdir.
32. MPM-in 14.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qanuni qüvvəyə minməmiş məhkəmə qərarına istinad edərək, ərizəçinin bank qarşısında olan borcunu 159.281,02 ABŞ dolları həcmində, əmlakının dəyərini isə 350.000 manat ətrafında qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2021-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçinin bank qarşısında olan borcunun müəyyən edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilmişdir və işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Həmin işə baxılana qədər iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmiş və bu işlər arasında bağlılıq və asılılıq olmaması qənaətinə gəlmişdir. Belə qənaətə gəlməsinə baxmayaraq, məhkəmə həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarlarına və sənədlərə istinad edir. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. İş üzrə ərizəçi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və pro sessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
37. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
63. Hüquqi şəxsin müflis olması 63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər....” 38. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlay ışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmaması; Fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxs;...” “Maddə
3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. …”
39. Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilm iş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə; 254.1.2. tərəf fəa liyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; Silahlı 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa; 254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa. 254.1.6. məhkəmə bu məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiy a Məhkəməsinə müraciət etdikdə. 254.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda....” “Maddə
255. Məhkəmənin icraatı dayandırmaq hüququ 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə; 255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda; 255.0.3. tərəf müalicə müəssisəsində olduqda; 255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda; 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; 255.0.6. xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə 255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
40. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
41. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması qanunvericiliklə konkret olaraq tənzimlən miş, borclunun kreditorlar qarşısında öhdəliklərinin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı nəzərə alınmalıdır ki, ərizəçinin kreditorlar qarşısındakı öhdəlikləri üzrə icraya yönəldilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri mövcuddur, həmin icra sənədləri üzrə müvafiq icra tədbirləri davam etdirilir və icra sənədləri üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qayrarılması halları mövcud deyil. Digər tərəfdən isə kreditor borclarının ödənilməsi üçün kifayət qədər aktivlərinin olmaması ilə bağlı sübutetmə yükü ərizəçinin üzərinə düşsə də, ərizəçi məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim etməmişdir.
42. Məhkəmə kollegiyası ərizəçinin kassasiya şikayətinin “apellyasiya məhkəməsi tərəfindən qanuni qüvvəyə minməmiş məhkəmə qətnaməsinə istinad olunması” barədə dəlili ilə də razılaşmayaraq qeyd edir ki, ərizəçi özü məhkəməyə təqdim etdiyi müflis elan edilmə tələbi barədə ərizəsində Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə istinad edərək, bank qaşısındakı borc öhdəliyinin 159.281,02 ABŞ dolları məbləğində müəyyənləşdirildiyini, ipoteka predmetinin ilkin satış qiymətinin isə 351.000 manat məbləğində dəyərləndirildiyini göstərmişdir. Apellyasiya məhkəməsinin qeyd edilən qətnaməyə istinadı isə ərizəçinin məhz həmin borc öhdəliyini təmin edəcək aktivlərinin olmaması ilə bağlı dəlilini təkzib etmək məqsədi daşımış, borcun məbləği və ipoteka predmetinin dəyəri müəyyənləşdirilməmişdir.
43. Kassasiya şikayətinin “apellyasiya məhkəməsi tərəfindən icraatın dayandırılması ilə bağlı vəsatətin təmin edilməməsi haqqında dəlili” üzrə qeyd edilməlidir ki, sözügedən məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi faktı ərizəçinin müflis elan edilmə tələbinin hüquqi həllinə təsir göstərmədiyindən və yalnız kreditorun tələbinin və həmin tələbin təminatının dəyərinin müəyyənləşdirilməsinə xidmət edəcəyindən, apellyasiya məhkəməsi işlər arasında bağlılıq və asılılıq olmamasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, mülki qanunvericilikdə məhkəmənin iş üzrə icraatı dayandırmaq vəzifəsi və hüququ ilə bağlı əsasların konkret dairəsi müəyyənləşdirilmişdir. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 9 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə MPM-in 254.2-ci maddəsi ləğv edilmiş və bununla da məhkəmənin iş üzrə icraatı dayandırma vəzifəsi ilə bağlı əsasların geniş təfsir olunması halı aradan qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edilən Qanunun 2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minməsini və ərizəçi tərəfindən icraatın dayandırılması ilə bağlı vəsatətin 2021-ci il 27 oktyabr tarixdə verilməsini nəzərə alaraq, kassasiya şikayətinin qeyd edilən dəlili ilə razılaşmır. 44. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində anlayışı verilərək göstərilmişdir ki, fərdi borclu – öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən və borcu olan sahibkar – fiziki şəxsdir.
45. Bu səbəbdən məhkəmə kollegiyası vurğulayır ki, hazırkı halda ərizəd ə fərdi borclunun müflis elan edilməsi üçün əsas kimi istinad etdiyi borclar fərdi borclunun həyata keçirdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamaqla, istehlak xarakterli kredit borcu olmuşdur. Fiziki şəxsin istehlak xarakterli borclarını ödəmək qabiliyyətinin olmaması isə onun fərdi sahibkar kimi müflis elan edilməsi üçün əsas vermir. Hətta fiziki şəxs müflis elan edilmiş olsa belə, bu hal onu istehlak xarakterli kredit borcu ilə bağlı öhdəliklərinin icrasından azad edə bilməz.
46. İşə baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, ərizəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 22(103)-1061/2021 saylı qətnaməsinin ləğv olunması üçü n əsas ola bilməz.
47. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli, 2-2(103)-1061/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.