Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-299/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər X1 1 saylı Bakı Ərazı İdarəsi, Əmanətlərin Sığortalanması Fondu, LPO Cavabdeh3 ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka yüklülüyünə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X1 1 saylı Bakı Ərazı İdarəsi, x2, LPO Cavabdeh3 ASC-yə qarşı “ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-155/2024 nömrəli qətnaməsindən cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2012-ci il 21 dekabr tarixli 2(103)-5329/2012 nömrəli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən LPO Cavabdeh3 ASCnin xeyrinə 2007-ci il 17 dekabr tarixli kredit müqaviləsi üzrə cəmi 240.132 manat pulun tutulmalı, tutma İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0,28537 ha torpaq sahəsində yerləşən 3772,4 kv.m ümumi, 1574,2 kv.m əsas, 2198,2 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməli, o açıq hərracdan satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. İcra və rəqəsi icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra şöbəsi tərəfindən hərracın keçirilməsi "xxxx" MMC-yə (bundan sonra- “hərrac mərkəzi”) sifariş olunmuşdur.
2. Hərrac mərkəzi tərəfindən "xxxx" MMC, İddiaçı, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 2021-ci il 31 avqust tarixli 1 nömrəli bildirişə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 630.000 manat olmaqla hərraca çıxarılacaqdır. Hərracın 2021-ci il 23 sentyabr tarixində saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.
3. Hərrac mərkəzi tərəfindən "xxxx" MMC, İddiaçı, Bakı şəhəri Xət ai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş açıq hərracın keçirilməsinə dair 2021-ci il 28 sentyabr tarixli 2 nömrəli bildirişə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksi ilkin satış qiyməti 535500 manat olmaqla hərraca çıxarılacaqdır. Hərracın 2021-ci il 12 oktyabr tarixində saat 10:00-da Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 156 (20A) 1933 məh (İ mərtəbədə) keçiriləcəyi bildirilmişdir.
4. Hərrac mərkəzi tərəfindən "xxxx" MMC, İddiaçı, Xətai rayon İcra Şöbəsi və LPO Cavabdeh3 ASC-yə göndərilmiş 2021-ci il 19 oktyabr tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak komp leksinin təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021-ci il 19 oktyabr tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 401.625 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “İpoteka haqqında” Qanun) 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 298.2, 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.
5. LPO Cavabdeh3 ASC tərəfindən hərrac mərkəzinə ünvanlanmış 2021-ci il 29 oktyabr tarixi **********595 nömrəli məktubda ipoteka predm eti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi 0,028537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 %dən az olmayan qiymətlə, yəni 401.625 manata ləğv prosesində olan LPO Cavabdeh3 ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər X1 1 saylı Bakı Ərazi İdarəsi, x2 və LPO Cavabdeh3 ASC-yə (bundan sonra – birlikdə “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olara q “1 saylı Bakı Ərazi İdarəsi”, “ƏSF” və “ASC və ya Bank”) qarşı 2023-cü il 21 iyun tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 0.28537 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (bundan sonra-"xxxx") dair ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, ona dair 1 saylı Bakı Ərazi İdarəsində ASC-nin xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına (bax -§ 1-7) istinad edilməklə, onunla əsaslandırılmışdır ki, hərrac təşkilatçısı tərəfindən iddiaçıya məxsus əmlak kompleksinə dair mövcud qanunvericiliyə uyğun olaraq hərraclar keçirilmişdir. Sifarişin icra müddəti başa çatdığı üç ün sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılmışdır. “İpoteka haqqında Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından müəyyən olunur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim gününün axımı 2021-ci il 19 oktyabr tarixdən başlamış və 2021-ci il 19 noyabr tarixdə bitmiş, lakin ipoteka saxlayan həmin müddət ərzində ipoteka predmetini əldə etməmişdir.
8. Cavabdeh ƏSF iddiaya yazılı etiraz etmiş və bildirmişdir ki, Hərrac Mərkəzi əmlakın qəbul edilməsi üçün 2021-ci il 19 oktyabr tarixində ASC-yə oferta məktubu ünvanlamış, həmin məktub 2021-ci il 22 oktyabr tarixində ASC-yə daxil olmuşdur. 2021-ci il 29 oktyabr tarixində ASC tərəfindən əmlakın alınması üçün hərrac mərkəzinə aksept məktubu göndərilmiş və ASC əmlakın alınmasına razılığını bildirmişdir. ASC-nin əmlakın qəbulu barədə məktubu 2021-ci il 3 noyabr tarixində ünvana çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün ASC-yə təqdim edilməmişdir. ASC-nin oferta məktubuna daxil olan kimi aksept məktubu verməyi, onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmişdir. Qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyənləşdirdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir. ASC-nin əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hansısa bi r müddəa nəzərdə tutulmamışdır. Belə ki, ASC tərəfindən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. Lakin onlar üçün anlaşılmaz olaraq qalır ki, ASC hansı addımlar, hüquqi hərəkətlər və tədbirlər görməli idi ki, onun əmlak hüquqları pozulmasın, 2012-ci ildə qəbul olunmuş qətnamə icra edilsin. Dolayısı ilə, ASC-nin hazırkı iş üzrə hərracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 oktyabr tarixli e-2-2(113)3690/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Ü.Həsənova).
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərracın təşkilatçısı tərəfindən ipoteka predmetini təkrar hərracdakı satış qiymə tindən 25% az olmayan qiymətlə, yəni 401.625 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün ASC-yə 2021-ci il 19 oktyabr tarixdə təklif məktubu göndərilmişdir. Həmin məktubda ASC-nin nəzərinə çatdırılmışdır ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikasının MM-nin 298.2, 319.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. İcra sənədlərindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, ASC 2021-ci il 29 oktyabr tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirmiş, lakin sonrakı hərəkətlər (alqı-satqı müqaviləsinin bağlanması, protokol tərtib olunması, xidmət haqqının ödəni lməsi və s.) icra edilməmişdir. Buna görə də, hərrac təşkilatçısı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək sifariş məktubunu qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün icra məmuruna geri qaytarmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, ASC ipoteka predmetinin əldə edilməsinə razılıq versə də, ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində protokol imzalanmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə olan halda qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanı ndan istifadə etmək hüququnu yaradır.
12. Məhkəmə gəldiyi nəticəni, “İpoteka haqqında” Qanunun 15.1, 42.6, 42.7, 42.8, 43.1, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 04/2022 nömrəli 2022-ci il 14 dekabr tarixli qərardadına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2, 77.1, 119.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhk əməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-155/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Hüseyn).
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma (bax - § 9-12) ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli qərardadında qeyd edilən normanın tətbiqi ilə vahid hüquqi möv qe nümayiş etdirildiyindən və bu mövqeyə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirildiyindən cavabdehin apellyasiya şikayəti əsassızdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-nin 414.1-414.5, 415.1, 415.2 və 415.7-ci, “İpoteka haqqında” Qanunun 15.1, 42.6, 43.1, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 de kabr tarixli 04/2022 nömrəli qərardadına istinadla əsaslandırmışdır.
17. Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnamənin ləğv edilməsi, şikayətin isə təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. MM-in 415-ci maddəsi üzrə - qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar kimi ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt itkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı iddiaçı sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətinin keçdiyini iddia edir. İpoteka saxlayan isə sonuncu hər racın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyənləşdirdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdi. ASC-nin əmlakı qəbul etmək istəyini bildirməkdən başqa daha hansı addımları atması barədə qanunvericilikdə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Belə ki, ASC tərəfindən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət edilmiş, qanunla müəyyən olunmuş müddətdə hərrac təşkilatına müraciət olunmuşdur. ASC-nin əmlak hüquqlarının pozulmaması və 2012-ci ildə qəbul olunmuş qətnamə icra edilməsi üçün daha hansı addımların atılmalı olması, hüquqi hərəkətlərin və tədbirləri görməli olması onun üçün anlaşılmayan hal olaraq qalmışdır. Dolayısı ilə, ASC-nin hazırkı iş üzrə hə rracın keçirilməsi zamanı hər hansı hüquq normasına riayət etməməsi və ya pozması halı müəyyən olunmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmələr işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Nəzərə alınmalıdır ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.2-ci və 82.1.3cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə ƏSF-nin reqres hüququ üzrə tələblərinə yönəldildiyindən, sözügedən iş üzrə ipoteka predmetinin əsassız olaraq ipotekadan azad edilməsi ƏSF-nin həmin ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla əhəmiyyət li miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən ASC sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. 19. “İpoteka haqqında” Qanunun 44-cü maddəsi üzrə - Hərrac Mərkəzi əmlakın qəbul edilməsi üçün 2021-ci il 19 oktyabr tarixində ASC-yə oferta məktubu ünvanlamışdır. Məktub 2021-ci il 22 oktyabr tarixində ASC-yə daxil olmuşdur. 2021-ci il 29 oktyabr tarixində ASC tərəfindən əmlakın alınması üçün hərrac mərkəzinə aksept məktubu göndərilmiş və ASC əmlakın alınmasına razılığını bildirmişdir. ASC-nin əmlakın qəbulu barədə məktubu 2021-ci il 3 noyabr tarixində ünvana çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün ASC-yə təqdim edilməmişdir. ASC-nin oferta məktubu daxil olan kimi ona aksept məktubun verilməsi məhz onu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış və ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmiş sayılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 41 6-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 23. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə
15. İpotekanın dövlət qeydiyyatının ləğvi 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya m əhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir....” “Maddə
42. Hərracın keçirilmə qaydası... 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur....” “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərr acın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipot eka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....”
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli, 04/2022 saylı qərardadının müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur:... (18) İpoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam v erilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir.... ”
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç b ir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə bankın i ddiası qismən təmin edilərək, kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İpoteka predmetinin satılması üçün 2021-ci il 23 sentyabr və 12 oktyabr tarixində iki dəfə hərrac keçirilsə də, hər iki hərrac baş tutmamış, hərrac təşkilatı təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 2021-ci il 19 oktyabr tarixli nömrəsində elan dərc etdirmiş və eyni tarixdə ipoteka predmetinin əldə olunmasına dair ipoteka saxlayana – banka təklif göndərmişdir. Təklifdə ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib ol unacağı qeyd olunmuşdur. Həmin vaxt ləğv prosesində olan bank 2021-ci il 29 oktyabr tarixli məktubla hərrac təşkilatına müraciət edərək, ipoteka predmetinin əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanmasını, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunmasını və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmiş, lakin sonradan tərəflər arasında hərracın yekunları barədə protokol imzalanmamışdır.
27. İddiaçı (ipoteka qoyan) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka saxlayan tərəfindən qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilmədiyinə istinad edərək, ipotekaya xitam verilməsini xahiş edir.
28. Cavabdeh isə hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini (offerta) 30 təqvim günü ərzində qəbul etdiyini, bununla da aralarında alqı-satqı barədə razılığın əldə edildiyini, lakin hərrac təşkilatı tərəfindən hərracın yekunları barədə protokolun tərtib edilmədiyini bildirərək iddiaya etiraz edir.
29. Göründüyü kimi, tərəflər arasındakı mübahisəli hüquqi məsələ, təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayan tərəfindən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması yaxud məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsindən ibarətdir.
30. Bununla bağlı, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
31. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində hərrac təşkilatı ilə ipoteka saxlayan arasında yekun protokolun imzalanmaması əsası ilə ipotekaya xitam verilməsi barədə hazırkı iddia tələbini təmin etmişlər.
32. Məhkəmə kollegiyası hazırkı mübahisənin subyekt tərkibini və işin düzgün hüquqi həlli üçün bundan irəli gələn spesifik halları nəzərə alaraq, aşağıda göstərilənlərə əsasən məhkəmələrin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, mübahisəli hüquq münasibətinə “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələri düzgün tətbiq edilməmişdir.
33. İlk növbədə qeyd olunmalıdır ki, MM-nin mülki qanunvericiliyin məqsəd və vəzifələrini təsbit edən 1-ci maddəsində göstərilir ki, bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən; vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaqdan ibarətdir.
34. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitl ik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur ki, bunlardan biri də ipoteka hüququdur (MM, 460-cı maddə).
35. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” 2022-ci il 5 may tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası girov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.
37. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi x2 təyin edilmişdir.
38. Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın ləğv edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni bank ləğv prosesi çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir. 39. “Banklar haqqında” Qanunun 71-ci maddəsində ləğvedicinin statusu, hüquq və vəzifələri, bankın ləğv prosesində göstərilməli olan fəaliyyət, ləğvedicinin bu fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən, banka təyin edilmiş ləğvedici onun yeganə qanuni nümayəndəsi olur, bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir və ləğvedici qanunla üzərinə qoyulmuş konkret vəzifələri icra edir.
40. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən hüquq normalarının mənası baxımından hesab etmişdir ki,...bankın a dından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 17-ci il 13 iyun tarixli qərar).
41. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.
42. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci maddəsi).
43. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.
44. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.
45. Baxılan işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, ipoteka saxlayan bankın ləğv edicisi, təkrar hərracın baş tutmamış elan edilməsindən (2021-ci il 19 oktyabr) sonra qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində (2021-ci il 29 oktyabr tarixində) hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmiş və yekun protokolun tərtib olunmasını xahiş etmişdir. Lakin hərracın yekunları haqqında protokolu tərtib etmək vəzifəsi daşıyan hərrac təşkilatı ilə arasında protokol imzalanmamış, səbəb kimi hərracın xidmət haqqının əvvəlcədən ödənilmədiyi göstərilmişdir.
46. Göründüyü kimi, ipoteka saxlayan MM-nin 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir.
47. Lakin cavabdehin təklifində (ofertada) MM-nin 408.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada (ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır) xidmət haqqının nə qədər təşkil etməsi, hansı hesaba ödənilməli olması və digər məlumatları qeyd edilməmiş, iddiaçının aksepti alındıqdan sonra da bu məlumatlar sonuncuya təqdim edilməmiş, əsassız olaraq müddət bitdikdən sonra sifariş məktubu icra edilmədən icra şöbəsinə qaytarılmışdır. Başqa sözlə, ləğvedici təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düş ən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.
48. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalanmaqdan imtina etdikdə və ya yayındıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli qərardadının 55-57 bəndlərindəki hüquqi mövqelərə əsasən, ipoteka saxlayanın-konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüquqları vardır.
49. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxı larkən, təkrar hərrac baş tutmadığı halda ipoteka saxlayan (ləğv prosesində olan bank) tərəfindən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsi üçün ipoteka saxlayanın həmin müddət ərzində bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması və işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, iddia üzrə ipoteka yüklülüyünə xitam verilməsi üçün «İpoteka haqqında» Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş əsasların olubolmamasına düzgün hüquqi qiymət verilməlidir. Həmçinin mülki qanunvericiliyin bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının bi rinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
51. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
52. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti təmin olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh LPO Cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 14 fevral tarixli 2-2(103)-155/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.