Məhkəmə qərarları › İş №2-2(102)-3/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-3/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Liz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-3/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı x1 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(103)-365/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İŞİN HALLARİ

1. Lizinq verən qis mində "xxxx" ASC ilə lizinq alan qismində Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus süd və süd məhsullarını emal edən texnoloji avadanlığının lizinqə verilməsi barədə 2008-ci il 24 iyun tarixli, 13-LA nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən qiyməti 67.704 manat olan bu Müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən süd və süd məhsullarını emal edən texnoloji avadanlığı (bundan sonra – “texnoloji avadanlıq”) dəyəri lizinq ödəniş qrafıkinə (2 nömrəli əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 5 ilə lizinqə verir. Texnoloji avadanlıq Süd emalı zavodu ünvan 1 ünvanında quraşdırılacaqdır; 1.2-ci bəndinə əsasən, lizinq alan texnoloji avadanlığın dəyərinin 20% -ni təşkil edən 13.541 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 54.163 manat məbləği isə ödəniş qrafıkində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür.

2. Tərəflər arasında 2008-ci il 24 iyun tarixli, 13-LA nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 2013-cü il 29 iyul tarixli, D-13-LA nömrəli razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən, 2008-ci il 24 iyun tarixli, 13-LA nömrəli müqavilənin müddəti 2013-cü ilin İİİ rübündən başlayaraq 2 il müddətinə artırılmaqla yeni ödəniş qrafiki tərtib edilir. Bu razılaşma müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir. 3. 2021-ci il 15 sentyabr tarixli maliyyə arayışına görə lizinq alan Cavabdeh MMC-nin müqavilə üzrə gecikdirilmiş əsas borca görə 27.263 manat, hesablanmış cəriməyə görə 68. 241,69 manat olmaqla, ümumilikdə 95.504,69 manat məbləğində borcu vardır. 4. "xxxx" ASC tərəfindən verilmiş 2021-ci il 11 noyabr tarixli, 000İPX12131518D3 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun AZ31AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. 5. 2008-ci il 24 iyun tarixli, 13-LA nömrəli müqavilənin 2010-cu il 24 aprel tarixli, 13-LA-08/D1 düzəliş protokoluna əsasən dəyişdirilmiş ödəniş qrafikinin 4.1-ci bəndinin yeni 2013-cü il 29 iyul tarixli D-13-LA/13 saylı protokoluna əsasən yeni dəyişdirilmiş ödəniş qrafikindən (Əlavə 2) görünür ki, lizinq alan lizinq verənə 2013-cü il üzrə cəmi 4.830 manat, 2014-cü il üzrə cəmi 10.660 manat, 2015-ci il üzrə cəmi 10.660 manat, 2016-cı il üzrə cəmi 10.660 manat və 2017 -ci il üzrə cəmi 10.653 manat ödəniş etməli idi. Eləcə də, sözügedən sənəddə qeyd edilmişdir ki, ödəniş qrafiki əvvəlcədən ödənilmiş 13.541 manat və sonrakı dövrdə qrafik üzrə ödədiyi 6.700 manat olmaqla, cəmi 20.241 manat nəzərə alınmaqla tərtib edilmişdir. Qrafik (Əlavə 2) hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 6. x1 tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq əsas borcun və cərimənin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 2021-ci il 2 noyabr tarixli, №2021-006270 arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmə mişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 8. x1 (bundan sonra-“iddiaçı”) 2021-ci il 15 noyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2008ci il 24 iyun tarixli 13-LA nömrəli müqavilə üzrə 27.263 manat gecikdirilmiş borc və hesablanmış 68.241,69 manat cərimə və hüquqi yardımla bağlı 350 manat olmaqla, cəmi 95.854,69 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, borclu (lizinq alan) texniki avadanlığı lizinqə götürmüşdür. Daha sonra tərəflər arasında 2013-cü il 29 iyul tarixdə 13-LA/18 nömrəli müqaviləyə dəyiş iklik edilməsi barədə D-13-LA nömrəli Razılaşma bağlanmışdır. Razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmanın müqavilənin tərkib hissəsi olduğu razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 15 sentyabr tarixə müqavilə üzrə 27.263 manat gecikdirilmiş borcu və 68.241,69 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borc ödənilməmişdir. 10. 2021-ci il 16 dekabr tarixində iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, müqavilə üzrə 27.263 manat gecikdirilmiş borc, 68.241,69 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 96.254,69 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

12. Cavabdehin nümayəndəsi 2021-ci il 16 dekabr tarixində iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qarşı 2013-cü il 30 may tarixində Azərbaycan Respublikasının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış “Müqavilənin ləğvi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi barədə” iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC müqavilənin müddətinin 2013-cü il 1 aprel tarixində başa çatma sına, lakin Cavabdeh MMC tərəfindən sözügedən müqaviləyə əlavə edilən qrafik üzrə ödənişlərin müqavilə müddəti bitənədək icra edilməməsinə istinad edərək, yuxarıda göstərilən iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinin məzmunundan açıq-aydın görünür ki, yuxarıda göstərilən müqavilə üzrə 2013-cü il 1 aprel tarixinə ödənilməmiş əsas borc məbləği 21.963 manat məbləğində olmuşdur. 2013-cü il 1 aprel tarixdən keçən müddət ərzində müqavilə üzrə ödənişləri davam etdirməklə "xxxx" ASC-yə (xxxASC) əsas borc üzrə ümumilikdə 16.760 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin edilmişdir. Həmin pul vəsaitlərinin ödənilməsini təsdiq edən müvafiq bank sənədləri, eləcə də kassa mədaxil qəbzləri hazırkı etiraz mülahizələrinə əlavə edilir. Azərbaycan Respublikasının Prezidentinin 2020 -ci il 17 avqust tarixli Fərmanı ilə Aqrolizinq” ASC-nin hüquq və vəzifələri keçirilmiş hazırkı iş üzrə iddiaçı yuxarıda göstərilən xüsusatları, eləcə də müvafiq halı təsdiq edən bank və kassa sənədləri üzrə həyata keçirilmiş ödənişləri nəzərə almadan Cavabdeh MMCyə qarşı əsas borc üzrə 27.263 manat məbləğində iddia irəli sürmüş və bu məbləğə cərimə hesablamışdır. Göstərilən xüsusatlardan, eləcə də təqdim olunan bank və kassa sənədlərindən görünür ki, iddia tələbi əsassız və qanunsuzdur.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 yanvar tarixli, e-2-2(113)-415/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 27.263 manat əsas borc, 1.500 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 29.513 manat məbləğində pul iddiaçın ın xeyrinə tutulması qət edilmişdir (hakim Z.Axundova).

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına MM-in 385.1, 386.1, 442, 448.1, 462.1, 467, 747.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək göstərmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi işin materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 27.263 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. Həmçinin, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas b orc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 1.500 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 manat və mediasiyaya ödənilmiş 400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

15. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın əsas borca görə təmin edilən 27.263 manat hissəsində, eləcə də iddianın cərimə məbləğinin 1.500 manat məbləğində təmin edilən hissəsində ləğv edilməsi, əsas borca görə iddiaçının xeyrinə 5.203 manat məbləğində tutulması, qalan hissədə də iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsi xahiş e dilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 22(103)-365/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).

17. Apellyasiya instansiyası məhkəməsi işin §1-5-də qeyd olunan hallarına istinadla iddia tələbinin hüquqi əsasını MM-nin 747.1, 442 və 448-ci maddələri ğəşkil etdiyini qeyd etmişdir.

18. Həmin məhkəmə iddianın qismən təmin olunmasına dair gəlinən nəticə ilə razılaşaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmı ş lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdiyi halda üzərinə götürdüyü öhdəliyə tam riayət etməmiş və müqavilə üzrə borcu tam ödəməmişdir. İddiaçı tərəfindən tələb olunan borc məbləğinin ödənildiyi sübut edilmədiyindən məhkəmə iddianı əsas borcla bağlı hissədə tam, cərimə ilə bağlı hissədə MPM-nin 467-ci maddəsinə əsasən qismən təmin etmişdir.

19. Məhkəmənin apellyasiya şikayətinin dəlilləri üzrə mövqeyi ondan ibarət olmuşdur ki, şikayətdə cəmi 16.760 manat ödəniş həyata keçirildiyini qeyd edilərək əsas borc qalığının 5.203 manat olduğu qeyd edilmişdir. İşin materiallarına əlavə edilmiş maliyyə arayışında qeyd edilənlərə əsasən cavabdehin həyata keçirdiyi ödəniş 16.760 manat deyil, 25.200 manat olmuşdur. Ödənilməli olan ümumi borc məbləğindən 25.200 manat çıxıldıqda cavabdehin qal ıq borcunun 5.203 manatdan artıq olduğu müəyyən olunur. Buna görə də qalıq borcun məbləğinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayəti əsassız hesab edilir.

20. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Öhdəliyin icrası gecikdirildiyindən iddiaçının xeyrinə müqavilənin 4.2-ci bəndinə əsasən, dəbbə pulu tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir.

21. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelly asiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. MM-in 448.1, 747.1-ci maddələrinin tələbləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi maddi hüququn tətbiqində və təvsirində səhvə yol vermiş və beləliklə də əsas borc məbləğinin həcmi üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanaraq hesab etmişdir ki, əsas borc məbləği 27.263 manat təşkil edir. İşdə olan sübutlarla müəyyən olunur ki, Cavabdeh MMC-nin 2013-cü il 1 aprel tarixinə "xxxx" ASC-yə əsas bocu 21.963 manat təşkil etmişdir ki, bu da "xxxx" ASC-nin Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində qaldırdığı 2013-cü il 30 may tari xli iddia ərizəsinin məzmununda göstərilənlərlə təsdiq olunur. Əsas borc məbləği 2013-cü il 1 aprel tarixinə 21.963 manat təşkil etdiyindən bu borc məbləğinin sonradan 27.263 manat məbləğində müəyyənləşdirilməsi mümkümsüzdür. İş üzrə mübahisəsizdir ki, 2013-cü il 1 aprel tarixdən sonrakı dövrlərdə Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə əsas borc məbləği üzrə ümumilikdə 16.760 manat pulun ödənilməsi təmin olunmuşdur. Belə olan halda əsas borc məbləği hazırda 5.203 manat təşkil edir (21.963-16.760=5.203). Lakin işə baxan məhkəmələr bu hala əhəmiyyət verməyərək, MPM-nin qeyd olunan normalarının tələblərini kobud şəkildə pozmuşdur.

23. MPM-in 77.1, 80, 81, 88, 387.1-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tətbiqində də kobud pozunt uya yol vermişdir ki, bu da hazırkı iş üzrə olan qətnamənin kassasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə iddiaçının iddia tələbinin əsas borca aid hissəsinin 27.263 manat məbləğində olmasının işin materiallarına əsasən sübut olunmamasına, əksinə iddiaya etirazın əsası kimi istinad edilmiş halın, yəni əsas borc məbləğinin 5.203 manat məbləğində təşkil etməsinin sübüt olunmasına əhəmiyyət verməmişdir. Məhkəmə işdə olan sübutlara qeyri obyektiv, qərəzli, bir tərəfli və natamam baxmaqla işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur, k assasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən iddianın qismən təmin edilməsi hissəsində yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməli dir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilm əməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pu lu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövr iliklə muzd ödəməyə borcludur....”

29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qan uni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli, 1137 nömrəli Fərmanın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılsın; 2.2. «Aqrolizinq" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri x1 keçsin. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır (MPM-nin 416.1-ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir ( Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddia olunan borcun miqdarının yalnız iddiaçının təqdim etdiyi sənədlərə əsasən müəyyən edilməsi, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən borcun miqdarının müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsinə dair vəsatət verilmişdir. Həmin vəsatət tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilərkən cavabdehin nümayəndəsi və vəkili ödənişlə bağlı əlavə sübutların olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin lizinq müqaviləsi üzrə 2013-cü ildən keçən müddət ərzində 16.760 manat ödənildiyini bildirdiyi halda, iddiaçının təqdim etdiyi maliyyə arayışında həmin məbləğin daha artıq-25.000 manat göstərilməsini və cavabdehin ödəniş sənədi təqdim etməməsini nəzərə alaraq həmin vəsatəti təmin etməmişdir.

34. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

35. Baxılan işdə cavabdeh şikayətində müqavilə üzrə borcunun 5.203 manat olduğunu göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, iddia tələbi üzrə gəlinən nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPMin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə (bax yuxarıda § 17-20). Apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 aprel tarixli, 2-2(103)-365/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov İ.A.Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar