Məhkəmə qərarları › İş №2-2(102)-30/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-30/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-30/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi Sığortalanması Fondu) cavabdeh «xxxx» MTK-ya qarşı iş üzrə Əmanətlərin QƏRAR Açar sözlər: əsas, faiz və cərimə borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi M.Həsənovanın, iddiaçının vəkili XXX oğlunun iştirakları ilə, cavabdeh “xxxx” MTK tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli, 2-2(103)-354/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) ilə “xxxx” MTK (bundan sonra – “cavabdeh”) arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 145/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə, illik 20% dərəcəsi olmaqla 500.000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə Bank borcalana 12 ay müddətinə qaytarma şərti ilə 500.000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit məbləği nağd v ə ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500.000,00 manat əsas borcun, 97.222,19 manat faiz borcunun, 25.833,33 manat cərimə borcunun, ümumilikdə 623.055,52 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehə 500.000 manat məbləğində pul vəsaitini kredit vermiş, borclu götürdüyü krediti 12 ay müddətində qaytarmağı və kreditdə n istifadə ilə bağlı illik 20 faiz ödəməyi öhdəsinə götürmüşdür. Borcalan aldığı həmin krediti və ona hesablanmış faiz məbləğini ödəniş qrafiki əsasında qaytarmağı öhdəsinə götürsə də, bu öhdəliyini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli, 2-2(82)941/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 500.000,00 manat əsas borcun, 97.222,19 manat faiz borcunun, 25.833,33 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – R.Kərimli).

5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq müqavilə üzrə 500.000 manat kreditin cavabdehə verilməsi işdə olan sənədlərlə öz təsdiqini tapmış, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir.

6. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 385.1, 386.1, 389.1, 389.3, 425, 442, 443.1, 445.2, 448.2, 462.1, 467, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə”) 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli, 2-2(103)-354/2020 saylı qətnaməsi ilə (hakimlər C.A.Yusifov (sədrlik edən), V.M.Ağayev və V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edil məmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Bank hesab çıxarışına əsasən mübahisələndirilən kredit müqaviləsi üzrə bank tərəfindən cavabdeh müəssisəyə xx.xx.2015-ci il tarixdə 500.000 manat (hesab nömrə: 20330 00041245 0004) məbləğində kredit verilmiş, lakin aldığı bu kreditə görə cavabdehin həmin hesaba heç bir ödənişi daxil olmamış, həmin kredit məbləği verildikdən sonra - xx.xx.2015-cu il tarixində borcalan tərəfindən vergi öhdəliyinə görə Bakı Vergilər Departamentinə - 336.846 manat məbləğində sadələşdirilmiş, 163.154 manat məbləğində isə əlavə dəyər vergisi, dövlət büdcəsinə cəmi 500.000 (336.846+163.154) manat məbləğində vergi ödənişi həyata keçi rilmişdir.

10. Cavabdeh müqavilə üzrə ödəniş qrafikinə uyğun heç bir ödəniş etmədiyindən, ilin sonunda (yəni, 12 aylıq müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə) müqavilənin 2.4-cü bəndinə müvafiq olaraq, aldığı 500.000 manat məbləğində əsas borcu və ona hesablanmış illik 20 faizi tam şəkildə ödəməyə borclu idi, kredit müqaviləsinin 2.5-ci bəndinə görə isə borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməli, əks halda hər gecikdirilmiş gün ödəniş məbləğinin 1 faizi həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 40 faizini ödəməlidir.

11. İddiaçının maliyyə arayışında da məhz, həmin müqavilə üzrə cavabdehin banka 500.000 manat əsas borcu, ilin sonuna 97.222,19 manat faiz borcu hesablandığı təsbit ol unur ki, bu da işin tədqiq olunan bank hesabından çıxarışa əsasən müəyyən edilən hallarına uyğundur. Həmin maliyyə arayışında ödənişin gecikdirilməsinə görə hesablanmış 25.833,33 manat cəriməyə gəldikdə isə müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia qaldırılan xx.xx.2018-ci il tarixinə qədər bir ildən də çox vaxt keçdiyindən, hər gecikdirilmiş günə görə 1 faiz hesabı ilə cərimənin qeyd olunan məbləğində artıq hesablamanın mövcudluğu görünmür. Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından, ödəmənin gecikdirilməsinə görə 500.000 əsas borca hesablana bilən illik beş faiz 25.000 manat təşkil edir, beləliklə, xx.xx.2015-ci il tarixli, 145/15 saylı kredit müqaviləsinə əsasən cavabdeh bankdan aldığı krediti qaytarmamaqla, üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir.

12. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 739.1, 739.2, 741-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Tərəflər arasında bir neçə kredit müqavilələri imzalanmış, cavabdeh tərəfindən həmin müqavilələr üzrə banka müəyyən məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan mübahisələndirilən kredit müqaviləsi üzrə borc ilə bağlı kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim etməsi tələb olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, eyni zamanda nə birinci instansiya məh kəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən də həmin sübutların təqdim edilməsi tələb edilməmişdir.

15. Belə ki, iddiaçı tərəfindən cavabdehlə bağlanmış bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir ki, həmin çıxarışda da hansı müqavilə üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyildir. Halbuki, iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi.

16. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə, habelə “Van De Huk Niderlanda qarşı” İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin xx xxxxx 1994-cü il tarixli qərarının müddəalarına i stinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

18. İddiaçının vəkili XXX oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Cavabdeh, onun vəkili və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

20. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına g əlməməsi işə baxılmasına mane olmur.

21. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri). II. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zə rər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, malla rda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi...” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqq ında müddəaları gözləməlidirlər”. Maddə

741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”. III. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli, 2-2(103)-354/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

27. İşin apelyasiy a məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən xx xxxxxxx 2015-ci il tarixli, 145/15 saylı kredit müqaviləsinə uyğun olaraq bank üzərinə düşən öhdəlikləri tam icra etmiş, cavabdehə 500.000 manat məbləğində pul vəsaitini kredit vermiş, borclu isə öz növbəsində götürdüyü krediti 12 ay müddətində qaytarmağı və kreditdən istifadə ilə bağlı illik 20 faiz ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır.

28. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, tərəflər arasında bir neçə kredit müqavilələri imzalanmış, cavabdeh tərəfindən həmin müqavilələr üzrə banka müəyyən məbləğlərdə ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan mübahisələndirilən kredit müqaviləsi üzrə borc ilə bağlı kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim etməsi tələb olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməkdən yayınmış, eyni zamanda nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən də həmin sübutların təqdim edilməsi tələb edilməmişdir.

29. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdeh işə baxmış məhkəmələrə iddiaçı ilə aralarında bağlanmış hər hansı digər kredit müqavilələrinin surətlərini və müvafiq ödəniş sənədlərini təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələblərinə etiraz olaraq bu müqavilələri və hazırkı müqavilə üzrə apardığı ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etmək məhz cavabdehin vəzifəsi idi. Digər tərəfdən cavabdeh və onun nümayəndəsi tərəfində n bununla bağlı məhkəməyə hər hansı vəsatət də verilməmiş, işə birinci instansiya qaydasında baxılarkən verilmiş yeganə vəsatət isə kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun məbləğinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsindən ibarət olmuşdur ki, həmin vəsatət də haqlı olaraq təmin edilməmişdir.

30. Bundan əlavə Bank hesab çıxarışına əsasən mübahisələndirilən kredit müqaviləsi üzrə bank tərəfindən cavabdeh müəssisəyə xx.xx.2015-ci il tarixdə 500.000 manat (hesab nömrə: 20330 00041245 0004) məbləğində kredit verilmiş, verilmiş kreditə görə isə cavabdeh tərəfindən həmin hesaba heç bir ödəniş edilməmişdir. İddiaçının maliyyə arayışında da həmin müqavilə üzrə cavabdehin banka 500.000 manat əsas borcu olduğu, ilin sonuna 97.222,19 manat faiz borcu hesablandığı təsbit ol unur.

31. Qeyd edilənlərə əsasən iddiaçıdan mübahisələndirilən kredit müqaviləsi üzrə kassa məxaric qəbzinin və hesabdan çıxarışın tələb edilməməsi barədə cavabdehin dəlilləri əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

32. Bu zaman həmçinin o hal da nəzərə alınmalıdır ki, 500.000 manat əsas borc məbləğinə hesablanmış 97.222,19 manat faiz borcu müqavilə ilə şərtləşdirilmiş illik 20 faiz dərəcəsinə (100.000 manat) uyğundur və təkcə bu halın müəyyən edilməsi üçün hər hansı məhkəmə ekspertizası təyin edilməsinə prosessual zərurət olmamışdır.

33. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlə bağlanmış bütün müqavilələr üzrə cəmi bir ədəd ümumi şəkildə hesabdan çıxarış məhkəməyə təqd im edilmişdir ki, həmin çıxarışda da hansı müqavilə üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyildir. Halbuki, iddia etdiyi halı sübut etmə vəzifəsi daşıyan iddiaçı ümumi şəkildə deyil, hər müqavilə üzrə ayrıca şəkildə hesabdan çıxarışı məhkəməyə təqdim etməli idi.

34. Bununla əlaqədar qeyd edilməlidir ki, həmin dəlil bilavasitə işin faktiki hallarının təsdiq edilməməsi ilə bağlıdır və MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Məhkəmə tərəfindən işə baxılarkən maddi hüquq normalarının pozulması barədə k assasiya şikayətində qeyd edilənlər isə konkret hansı normanın pozulduğu göstərilmədiyi üçün qəbul edilə bilməz.

36. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin bankdan aldığı krediti və ona hesablanmış faiz məbləğini qaytarmadığını və bununla da üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

37. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şik ayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli, 2-2(103)-354/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

39. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 30 iyul tarixli, 2-2(103)-354/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar