Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-30/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi "xxxx" MMC-nin müflis elan edilmə və iflas prosesinə başlanılmasına dair kommersiya işi üzrə QƏRARİ Açar sözlər: müflisləşmə və iflas Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-156/2024 nömrəli qətnaməsindən ərizəçi "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MMC-nin 2018-ci il 31 yanvar tar ixindən dövlət qeydiyyatına alınmışdır və nizamnamə kapitalının miqdarı 5 manat təşkil edir. Hal-hazırda MMC-nin təsisçisi X2r və onun nizamnamə kapitalındakı payı 100 faiz təşkil edir. MMC-nin direktor vəzifəsini də A.Məmmədova icra edir. 2. "xxxx" MMC-nin vergilər üzrə dövlət büdcəsinə 415,31 manat əsas borc, 24,43 manat isə faiz borcu olmaqla ümumilikdə 439,74 manat, muzdla işlə əlaqədar MDSS haqqı üzrə 2635,28 manat əsas borc, 198,19 manat isə penya üzrə qalıq borc olmaqla ümumilikdə 2635,28 manat, muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə 119,08 manat əsas borc, 11,04 manat isə penya üzrə qalıq borc olmaqla ümumilikdə 130,12 manat, İcbari Tibbi Sığorta üzrə 392,86 manat əsas borc, 28,09 manat isə faiz üzrə ümumilikdə 420,95 manat borcu vardır.
3. Şirvan Kommersiya Məhkəməsin in icraatında iddiaçı Maraqlı şəxs1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barəsində kommersiya mübahisələrinə dair iş vardır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi "xxxx" MMC (bundan sonra – MMC və ya ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək MMC-nin müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, MMC maliyyə vəsaiti və tələbin yönəldilə bilmədiyi əmlak olmadığına görə 2024-cü il 1 mart tarixində "xxxx" qərar qəbul etmişdir. MMC-nin balansında heç bir əmlak yoxdur. Ərizəçinin məlum kreditorlarının siyahısı belədir: Maraqlı şəxs1 ASC – (kredit müqavilələri üzrə) - 95,669,79 AZN və 2,890,45 AZN, İN yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi (vergilər üzrə) - 439,74 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdla işlə əlaqədar MDSS haqqı üzrə) - 2635,28 manat, Dövlət Sosial Müdafiə Fondu (Muzdlu işlə əlaqədar işsizlikdən sığorta haqqı üzrə) - 130,12 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (icbari tibbi sığorta üzrə) - 420,95 manat.
6. Maraqlı şəxs1 ASC ərizəyə qarşı məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizənin rədd edilməsini xahiş etmişdir.
7. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun maliyyə və mühasibatlıq üzrə mərkəzi filialı məhkəməyə yazılı mülahizəs ini təqdim edərək Mülki Məcəllənin 63-cü və “Müflisləşmə və iflas haqqında” Qanununun 2, 3, 52-ci maddələrinə istinadla bildirmişdir ki, araşdırma zamanı Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedənin məcburi dövlət sosial sığortası üzrə hesabatlarının 2020-ci il 1 yanvar tarixindən sonrakı dövrləri əhatə etdiyi müəyyən edilmişdir. “Sosial Sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial Sığorta haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına ə sasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması 2019-cu il 1 yanvar tarixindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Ona görə də iddia ərizəsində qeyd edilən borcun yarandığı dövr üzrə ərizəçi tərəfindən ödənilməli olan məcburi dövlət sosial sığorta haqları barədə dəqiq məlumatlar ın təqdim edilməsi İN yanında Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olduğuna görə iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir.
8. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 24 iyun tarixli e-2-2(121)-1784/2024 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir (hakim: Zaur Abbasov).
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçi ödəmə qabiliyyəti olmayan hesab edilməsini (müflis elan edilməsini) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, bununla da öz tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, əvvəla ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar, o cümlədən sonuncu hesabat tarixinə olan maliyyə hesabatı məhk əməyə təqdim edilməmişdir. Bundan başqa ərizəçi ona qarşı məhkəmədə kredit borcunun ödənilməsi tələbinə dair iddia irəli sürüldüyünü qeyd edərək ərizəsini əsaslandırmağa çalışmışdır. Lakin həmin tələb üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmş məhkəmə qərarının olmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mövcud qanunvericilikdə borclunun kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılmasına əsas təşkil edən hallardan biri kimi nəzərdə tutulmuşdur.
10. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ərizə əsassızdır və buna görə də təmin olumamalıdır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 63.1-ci maddəsi, “Müflislə şmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 11-ci maddələri və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırılmışdır.
12. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-156/2024 nömrəli qətnaməsi ilə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: C.İmanov – sədrlik edən və məruzəçi, P.Əhmədov və T.Kərimov).
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhk əməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Ərizəçinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri yanlışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
14. Məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ərizəçi maliyyə hesabatını ərizəsinə əlavə etdiyini bildirsə də, iş mate riallarından həmin sənədin təqdim edildiyi müəyyən edilmir. Eyni zamanda ərizəçinin ödəmə qabiliyyətinin olmamasına dair müvafiq audit yoxlaması keçirilməmiş və ərizəçi tələbini təsdiq edəcək sübutlarını birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmçinin apellyasiya şikayətinin dəliləri üzrə sübutlarını şikayətinə əlavə etməmişdir.
15. Məhkəmə mövqeyini MM-in 63.1-ci maddəsi, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 11-ci maddələri və Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217, 392.2-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Məhkəmə MPM-in 77.1-ci maddələsinin tələblərini pozmuş, onu yanlış tətbiq etmiş və bunun nəticəsində “Müflisləş mə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi də düzgün tətbiq edilməmişdir. Borclu təsdiq edir ki, onun ödəmə qabiliyyəti yoxdur və qanunla ona verilmiş iflas etmək hüququndan istifadə edir. Həmçinin, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmuş, lakin məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa, sonuncu hesabat tarixinə olan maliyyə hesabatı da məhkəməyə təqdim edilmişdir. Audit yoxlamasının keçirilməməsi ilə bağlı mövqə də səhvdir. Belə ki, MM-in 91.4-cü maddəsindən müəyyən edilir ki, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor (kənar auditin) cəlb etməsi məcburi deyil. Ərizəçinin təqdim etdiyi sənədlərdən də görünür ki, o kiçik sahibkarlıq subyektidir. Bundan başqa, məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun ərizəçinin “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarında qeyd edildiyi kimi, məhkəməyə müraciət etmək imkanına malik olmaq hüququ, yəni mülki məsələlərlə bağlı məhkəmə prosesinə başlamaq hüququ “məhkəmə araşdırması” hüququnun təkcə bir aspektini təşkil edir. Bundan başqa təbii ki, məhkəmə prosesləri zamanı ədalətli məhkəmə araşdırmasının təmin olunması, məhk əmələr tərəfindən milli qanunvericiliyin maddi və prosessual normalarının düzgün tətbiq edilməsi, onların pozulmaması, sübutlara düzgün qiymət verilməsi, onların təhrif edilməməsi, tərəflərin haqlı vəsatətlərinin təmin olunması, maddi həqiqətin tapılması üçün ekspertizanın təyin olunması, mütəxəssisin işə cəlb olunması, obyektiv, qərəzsiz işə baxması, prosessual müddətlər ərzində apelyasiya və kasasiya şikayətinin verilməsi və sairə “ədalətli məhkəmə araşdırması” hüququnun digər aspektlərini təşkil edir. Həmçinin, məhkəmə MPM-in 217.1, 218.3, 418-ci və digər maddələrini pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Maraqlı şəxs1 ASC kassasiya şikayətinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, ərizəçi kassasiya şikayətinin dəlillərində apellyasiya məhkəməsin in iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmadığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmadığını vurğulamışdır. Halbuki MPM-in 407.2-ci maddəsinə əsasən bu kimi hallara kassasiya şikayətində istinad edilməsinə yol verilmir. Kassasiya şikayətinin digər dəlillərində qanunvericiliyin tələbinə uyğun olaraq borclunun ödəmə qabiliyyətinin olmadığının onun özü tərəfindən təsdiq edildiyi, qanunla ona verilmiş iflas etmək hüququndan istifadə etdiyi, ərizəçi tərəfindən ərizədə qeyd olunan borcların ödənilməsi üçün kifayət edəcək aktivlərinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim olunduğu, lakin məhkəmənin bunları nəzərə almaması ilə bağlı qeyd olunanlara münasibətdə qeyd edilməlidir ki, ərizəçi ödəmə qabiliyyətsizliyini "Müfl isləşmə və iflas haqqında" Qanununun tələbləri baxımından sübuta yetirə bilməmişdir. Belə ki, sözügedən Qanunun 5-ci maddəsinin "c" bəndinin tələblərinə uyğun olaraq sonuncu hesabat tarixina olan mühasibat balansı əlavə edilməmiş, beləliklə ərizəçinin həqiqi iqtisadi və maliyyə vəziyyətini əks etdirən mühüm sənədlər və sübutlar təqdim edilməmişdir. İflas prosesinin başlanması üçün borclunun ödəmə qabiliyyətinin olubolmadığı araşdırılarkən yalnız borcun mövcud olması və ödənilməməsi faktı deyil, eyni zamanda hansı səbəbdən ödənilməməsi, borcun ödənilməməsinin, həqiqətən, borclunun iradə ifadəsindən asılı olmaması, təsərrüfat fəaliyyəti nəticəsində maliyyə vəziyyətinin pisləşdiyi araşdırılmalıdır. Hazırkı işdə ərizəçinin kreditorlarına ödənişlərin həyata keçirilməsinin hansı səbəbdən mümkü n olmadığını müəyyənləşdirməyə imkan verən sübutlar təqdim edilməmişdir. Bundan başqa ərizəçi ona qarşı məhkəmədə kredit borcunun ödənilməsi tələbinə dair "xxxx" ASC tərəfindən iddia irəli sürüldüyünü qeyd edərək ərizəsini əsaslandırmağa çalışmışdır. Lakin həmin tələb üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qərarı və hər hansı icra sənədi mövcud deyildir. Bununla bağlı hər hansı icra sənədi üzrə borclunun əmlak və gəlirinin axtarışı ilə bağlı bütün zəruri tədbirlərin görüldüyü və nəticə verməməsi ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarında qanuni qüvvəyə minmiş qətnamə üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar yoxdur. Bu baxımdan "Müflisləşmə və iflas haqqında" Azə rbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir. Eyni zamanda iş üzrə materiallardan müəyyən olunur ki, ərizəçi dövlət orqanları qarşısında olan öhdəliklərini yerinə yetirə bilməmiş, büdcəyə borcu yaranmışdır. Göründüyü kimi ərizəçi təsərrüfat subyekti olaraq maliyyə vəziyyətinin yaxşılaşdırılması, bununla da həm dövlət orqanları, həm də təsərrüfat fəaliyyəti nəticəsində zərər çəkmiş şəxslərin borcunu ödəmək əvəzinə, hazırda özünün müflis elan edilməsinə cəhd etməsi yuxarıda qeyd edilən öhdəliklərin icrasını mümkünsüz edəcəkdir. Həm də ərizəçinin müflis olması gələcəkdə qanuni qüvvəsini alac aq məhkəmə qətnamələrinin icrasına mane olmaqla yekun məhkəmə aktının müəyyənliyi və icrası prinsiplərinə ziddir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bundan əlavə ərizənin təmin olunması ərizəçinin qanunla müəyyən edilmiş imkanlardan sui-istifadəyə gətirib çıxara bilər ki, bu da həm kreditorların mənafeyi baxımından, həm də mülki qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Həmçinin maraqlı şəxs Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə istinadla bildirmişdir ki, hazırkı halda ərizəçinin müflis elan olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaranmamışdır. Kassator Konstitusiyanın 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqq ında” Avropa Konvensiyasının 6-cı maddələrinin tələblərinin pozulduğunu qeyd etsə də, lakin bu pozuntuların konkret olaraq nədən ibarət olması əsaslandırılmamışdır.
18. Maraqlı şəxs kassasiya instansiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı mülahizə ilə eyni məzmunda olan mülahizə təqdim etmişdir. Kassasiya baxışının hədləri
19. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416-cı maddəsinə uyğun olaraq tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
63. Hüquqi şəxsin müflis olması 63.1. Əgə r hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. 63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir”.
21. Azərbaycan Respublikasının “Müflisləşmə və iflas haqqında” Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
2. İflas prosesinə başlanmasının ümumi qaydaları
1. İflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
2. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir.
3. Kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
5. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Dövlətin vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən də məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim oluna bilər. Borclu fərdi borclu olan halda ərizəni onun özü və ya nümayəndəsi verir.” “Maddə
3. Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibar ən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir.” “Maddə
4. Borclunun iflas prosesinə başlaması
1. Borclunun iflas haqqında ərizəsi qanunvericilikdə müəyyən edilmiş formada tərtib edilməli və imzalanmalıdır. Borclunun nümayəndəsi tərəfindən verilən ərizəsinə etibarnamə və ya həmin nümayəndənin səlahiyyətini, yaxud onun qulluq mövqeyini təsdiq edən başqa sənəd əlavə edilməlidir.
2. İflas haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir: a) ərizənin verildiyi məhkəmənin adı; b) borclunun adı (fərdi borclunun və ya onun nümayəndəsinin adı, atasının adı, soyadı) və ünvanı; c) bütün məlum kreditorların (adları, atalarının adları, soyadları), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri; ç) borclu iflas haqqında məhkəməyə ərizə verdikdən sonra bir il ərzində onun vaxtı çatacaq borc öhdəliklərinə dair məlumat; d) bu Qanuna müvafiq surətdə borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması; e) borclunun ərizəsinə qoşulan sənədlərin siyahısı; ə) borclunun fikrincə, iş üzrə məhkəmə baxışı üçün məhkəməyə lazım ola bilən hər hansı başqa məlumat, o cümlədən fərdi borcluya aid halda müəyyən aktivlərin borclunun əmlakından çıxarılmasına dair onun tələbini təsdiq edən müfəssəl məlumat, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar.” “Maddə
5. Borclunun iflas haqqında ərizəsinə əlavə edilən sənədlər
1. Qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ər izəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd.
2. Borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra haki miyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları.”
22. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlə dən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən pr osessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
25. Kassasiya şikayətində istinad edilən MPM-in 77.1-ci maddəsinin və “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin pozulması da müəyyən edilmir.
26. Belə ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində ödəmə qabiliyyətsizliyinin anlayışı verilmiş, borclunun ödəmə qabiliyyətinin olmamasının iflas prosesinə məruz qalması üçün əsas olması müəyyən edilmişdir.
27. Həmin maddənin məzmunundan göründüyü kimi, borclunun ödəmə qabiliyyətsizliyi iki formada müəyyən olunur: a) borclu tərəfindən təsdiq edilməklə; b) məhkəmə və ya kreditorlar tərəfindən müəyyən edilməklə.
28. Nəzərə alınmalıdır ki, iflas haqqında məhkəməyə verilən ərizədə (iddia ərizəsind ə) borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi və ya sübut olunması göstərilməlidir (həmin Qanunun 4-cü maddəsi).
29. Qeyd olunan maddələrdə təsbit olunan “borclunun ödəmə qabiliyyətsizliyinin özü tərəfindən təsdiq edilməsi” ifadəsi isə bu faktın heç bir sübutla təsdiq edilməyən borclunun izahatı və ya yazılı mövqeyi kimi qəbul edilə bilməz.
30. Belə ki, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir.
31. Mülki prosessual qanunvericiliyin tələblərinə görə isə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və qanunvericiliyin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
32. Kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi, və MPM-in 217.1, 218.3, 418-ci maddələrini pozulması da müəyyən edilmir.
33. Belə ki, həmin maddələrin tələblərinin hansı şəkildə pozulması dəqiq göstərilməmişdir.
34. Kassasiya şikayətində həmin maddələrin tələblərinin p ozulmasının işdə olan sübutların tam və hərtərəfli araşdırılmaması və düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.
35. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
36. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
37. Göstərilənlərə əsasən məhk əmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 19 sentyabr tarixli 2-2(106)-156/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.