Məhkəmə qərarları › İş №2-2(102)-300/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-300/2020

06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-300/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-300/2020 Bakı şəhəri xx xxxxxxx 2020-ci il 06.10.2020 Aşar sözlər: müqavilə üzrə borcun və əldən çıxmış faydanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı MMC-nin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e-2-2(103)-260/2020 saylı qətnaməsindən ve rilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış daşıma xidmətinin göstərilməsi haqqında xx xxxx 2019-cu il tarixli, 2 saylı müqavilə üzrə ödənilməmiş 11.300 manat məbləğində, əldən çıxmış faydaya görə 28.000 manat məbləğində və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 39.330 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, iddiaçı və cavabdeh tərəflər arasında xx xxxx 2019-cu il tarixli, 2 saylı müqavilə bağlanmış, müqavilənin tələblərinə əsasən iddiaçı müəyyən edilmiş bölgələrdən əməkda şların daşınması, cavabdeh isə 11.300 manat göstərilən xidmət dəyərinin xx xxxx 2019-cu il tarixdə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdürlər. İddiaçı müqavilə üzrə öhdəliklərini xx xxxx 2019-cu il tarixinə qədər yerinə yetirsə də, cavabdeh müqavilə ilə nəzərdə tutulmuş məbləği ödəməmiş və ödənilməsindən qəti imtina etmişdir. Habelə, tərəflər arasında müqavilə mövcud olduğundan iddiaçı xx xxxx 2019-cu il tarixdə “xxxx” şirkətinin 28.000 manat dəyərində olan təklifindən imtina etmək məcburiyyətində qalmış, bununla da əldə edə biləcəyi gəliri itirmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e2-2(81)1123/2019 saylı qətnaməsi ilə (hakim Aytən Oruczadə) iddia qismən tə min edilmiş, cavabdehdən 1712,12 manat və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin mövcud olması və cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən ona xidmətin göstərilməsi işin mübahisəsiz halı olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehə 132 gün müddətində xidmət göstərilməli olduğu halda, cəmi 20 gün xidmət göstərilmişdir. Belə olan halda görülmüş 20 günlük xidmət üzrə iddiaçıya 1712,12 manat ödənilməlidir. Habelə, iddiaçı cavabdehlə onun arasında müqavilənin olması səbəbindən digər bir şirkət tərəfindən edilən təklifdən imtina etmək məcburiyyətində qalmaqla 28.000 manat məbləğində zərər etdiyini iddia ets ə də, digər şirkətin təklifindən imtina barədə rəsmi cavabını və ya bununla bağlı hər-hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir və göstərilən hal iddiaçının proqnozundan ibarət olmuşdur. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin olunmadiğı hissədə ləğv, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e2-2(103)-260/2020 saylı qətnaməsi ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Raqib Qurbanov və Cahangir Yusifov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apel lyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 20 gün ərzində sərnişin daşıma xidməti göstərilmişdir. İddiaçının sərnişin daşıma üzrə iş icracısı XXX, səyyar xidmətə daşınan nümayəndə (əməkdaş) sərnişin (qrup rəhbəri) XXX və “Ford tranzit” mikro avtobusunun sürücüsü XXX tərəfindən imzalanmış xx xxxx 2019-cu il tarixli aktla təsdiq olunur ki, xx xxxx 2019-cu il tarixdə cavabdehin sifarişinə əsasən 14 nəfər sərnişin xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək gündəlik İmişli rayonundan Biləsuvar rayonuna və geri İmişli rayonuna daşınmış, eyni zamanda həmin gündə digər əməkdaşları Biləsuvar rayonunun kənd və qəsəbələrində daşınması qüsursuz və fasiləsiz olaraq təmin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında izahat verərək iddiaçı tərəfindən 20 günlük daşıma xidməti göstərildiyini mübahisələndirməmiş, lakin aralarında yazılı müqavilə olmadığını, gündəlik daşıma haqqının 83 manat olması barədə şifahi razılaşma əldə edildiyini göstərmişdir. İddiaçı tərəfindən məhkəməyə rəngli kserosurəti təqdim edilmiş x xxxx 2019-cu il tarixli, 24 nömrəli müqavilənin 2-ci bəndinə əsasən, iddiaçı 6 ay ərzində müəyyən olunmuş rayonlarda cavabdehin əməkdaşlarının qeyd olunmuş tarixlərdə İmişli rayonundan səyyar xidməti yerinə daşınması xidmətinin göstərilməsini öz öhdəsinə götürmüşdür.(xx xxxx 2019–xx xxxx 2019-27 gün müddətinə Biləsuvar rayonu; xx xxxxxxxx 2019–xx xxxxxxx 2019 - 30 gün müddətinə Bey ləqan rayonu; xx xxxxxxxx 2019–xx xxxxxxxx 2019-15 gün müddətinə Füzuli rayonuna; xx xxxxxxx 2019–xx xxxxxx 2019-30 gün müddətinə Biləsuvar rayonuna; xx xxxxxx 2019–xx xxxxxx 2019-15 gün müddətinə Zərdab rayonuna; xx xxxxxx 2019–xx xxxxxx 2019-15 gün müddətinə Saatlı rayonuna) Həmin müqavilənin 3-cü bəndinə əsasən, müqavilənin ümumi məbləği və hesablaşma qaydası müqavilə üzrə ödənişlər birdəfəlik edilir - 11.300 manat təşkil etməklə sifarişçi tərəfindən ödəniş nağd formada xx xxxx 2019-cu il tarixdə ödəniləcəkdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, göstərilmiş daşıma xidmətinin müddəti və xidmətin dəyəri haqqında mötəbər sübutlar olmadığından, iddia tələbi cavabdehin etiraf etdiyi faktlar nəzərə alınmaqla göstərilmiş 20 günlük xidmət haqqının yenə də cavabdehin 1 günlük xidmətin qiymətinin 83 manat olmasına dair etiraf etdiyi həddə götürülməklə hesablanmalıdır. Birinci instansiya məhkəməsi müqavilə üzrə xidmət göstərilməli olan günlərin sayını və müqavilədə göstərilmiş xidmət haqqını əsas götürməklə iddia tələbini 20 günlük xidmətin dəyərinin ödənilməsi hissəsində təmin etmişdir ki, cavabdeh məhkəmənin gəldiyi nəticə ilə razılaşdığından qətnaməyə iddianın təmin olunduğu həmin hissədə qiymət verilməsi zərurəti mövcud olmamışdır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab etmişdir ki, cavabdehdən faktiki göstərilməyən daşıma xidmətinə görə xidmət haqqının tutulması barədə iddiaçının tələbinin qanuni əsası olmadığından iddia müqavilə üzrə 9587,88 manat borcun tutulması hissəsində düzgün olaraq rədd edilmişdir. Ha belə, cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi ilə iddiaçının digər şirkət ilə müqavilə bağlanılması imkanından məhrum olması arasında səbəbli əlaqə olmadığından, iddiaçı cavabdehə xidmət göstərdiyi müddət ərzində digər şirkətlərin sifarişini qəbul edə bilməməsi nəticəsində itirdiyi gəlirlərin əldən çıxmış fayda qismində cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmamışdır. Habelə, iddiaçının əldən çıxmış fayda ilə bağlı apellyasiya şikayətinə əlavə etdiyi sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olduğu halda təqdim olunmaması prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların apellyasiya məhkəməsi tərəfindən qəbul olunmasını istisna edir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məc əlləsinin 21.1, 21.2, 445.1, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası MPM-nin 89.3, 372.1 372.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərəkonun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən iddiaçı öz öhdəliklərinin icrasına başlamış və davam etmiş, cavabdeh isə öhdəliklərinin icrasından yayınmışdır. Apellyasiya məhkəməsi isə iş üzrə ətraflı araşdırma aparmadan, əlavə sübutlar tələb etmədən işin hallarına düzgün qiymət verməmiş və iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini qanuni hesab etmişdir. Digər dəlil kimi bildirilmişdir ki, “xxxx” MMC tərəfindən iddiaçıya oferta kimi müqavilənin bağlanması təklif olunmuş, lakin həmin dövrdə cavabdehlə müqavilə bağlandığından, aksept edilməmişdir. Bu barədə sübut kimi birinci instansiya məhkəməsinə “xxxx” MMC tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktub təqdim olunmuş, lakin həmin məktub mötəbər sübut kimi qəbul edilməmişdir. Qeyd edilən səbəbdən apellyasiya məhkəməsinə “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubu təqdim edilmişdir. Həmin məktubda tərəflər arasında olan təklif və imtinanın yazılı olaraq aparılması bildirilmiş və onların surəti apellyasiya şikayətinə əlavə olunmuşdur. Apellyasiya məhkəməsi isə göstərilən məktubu birinci instansiya məhkəməsinə təqdim olunmadığından, onu sübut qismində qəbul etməmişdir. Halbuki, iddiaçı “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli məktubunu birinci instansiya məhkəməsinə təqdim etmiş, həmin məktubun mötəbər sübut qismində qəbul olunmayacağını ehtimal etməmişdir. Dəlilin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408, 409-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavab deh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın q anuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin birinci tələb üzrə gəldiyi nəticəyə görə, cavabdehdən faktiki göstərilməyən daşıma xidmətinə görə xidmət haqqının tutulması barədə iddiaçının tələbinin qanuni əsası olmadığından iddia müqavilə üzrə 9587,88 manat borcun tutulması hissəsində düzgün olaraq rədd edilmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlillərinə görə, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən öz öhdəliklərinin icrasına başlamış və davam etmiş, cavabdeh isə öhdəliklərinin icrasından yayınmışdır. Apellyasiya məhkəməsi isə iş üzrə ətraflı araşdırma aparmadan, əlavə sübutlar tələb etmədən işin hallarına düzgün qiymət verməmiş və iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini qanuni hesab etmişdir. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məcəllənin bu tələblərinin iddiaçının qeyd etdiyi dəlilə tətbiqi o nəticəni yaradır ki, şikayətdə iş üzrə ətraflı araşdırmanın aparılmaması, əlavə sübutların tələb edilməməsi və işin hallarına düzgün qiymətin verməməsi barədə göstərilənlər kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı prosessual qanun pozuntusu kimi qiymətləndirilməli və bu səbəbdən onlara münasibətin bildirilməsi qeyri-mümkündür. Bundan başqa, iddiaçının cavabdehlə yazılı müqavilədən irəli gələn münasibətlərinin yaranması və öhdəliklərinin icra edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu hissədə şikayəti maddi və ya prosessual hüquq normalarının pozulması ilə bağlı əsaslandırılmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi dəlil üzrə hüquqi qiymətləndirmənin aparılması da qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi ” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tə rəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normalarının tətbiqi baxımından hər hansı bir qaydada əsaslandırılmamışdır. Apellyasiya məhkəməsinin digər nəticəsinə görə, iddiaçının əldən çıxmış fayda ilə bağlı apellyasiya şikayətinə əlavə etdiyi sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olduğu halda təqdim olunmaması prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq onların apellyasiya məhkəməsi tərəfindən qəbul olunmasını istisna edir. İddia çının dəlillərinə görə, cavabdehlə müqavilə münasibətləri olduğundan, digər hüquqi şəxs tərəfindən oferta edilmiş təklif aksept olunmamışdır. Lakin cavabdehin öhdəliklərinin icra edilməməsi nəticəsində ona dəymiş zərər qeyd edilmiş hüquqi şəxsin təklif etdiyi ofertanın qəbulu nəticəsində əldə edəcəyi gəlir (əldən çıxmış fayda)məbləğini təşkil etmişdir. Həmin hüquqi şəxslə müqavilənin bağlanması təklifi və onların imtinası yazılı olaraq aparılmış və müvafiq sübutlar məhkəmələrə təqdim olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (budan sonra mətndə Mlki Məcəllə): - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödən ilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, s adalanmış müddəalarda “habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür” ifadəsinin məzmununun açıqlanması zəruridir. İlk olaraq qeyd edilməlidir ki, “gəlir” və “xalis gəlir” anlayışları maliyyə, vergi münasibətlərində istifadə edilən məhfumlar olmaqla, həmin qanunvericilikdə onların anlayışları ətraflı açıqlanmışdır. Həmin qanunvericiliyin (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.19, 104.1ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Müəssisənin illik mühasibat hesabatları və onların tərtibi Qaydaları”) ümumi anlamı ondan ibarətdir ki, kommersiya təşkilatının əldə etdiyi ümumi gəlirlərindən çıxılan xərclər onun mənfəətini təşkil edir, həmin mənfəətdən mənfəət vergisi çıxıldıqdan sonra isə xalis mənfəət, yəni xalis gəlir kommersiya təşkilatının sahibkarlıq fəaliyyətini həyata keçirməsinin nəticəsi kimi əldə etdiyi iqtisadi faydadır. Bu mənada Mülki Məcəllənin 13-cü maddəsində sahibkarlıq fəaliyyəti anlayışı açıqlamaqla göstərilmişdir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Mülki Məcəllənin 443-cü maddəsi “Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsinə” aid olmaqla aşağıdakıları müəyyən etmişdir: - 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; - 443.4-cü madd əsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Bu maddələrin mənasından isə bəlli olur ki, zərərin ödənilməsi ilə bağlı “əldə çıxmış fayda” hesablanarkən onun, yəni faydanın əldə edilməsi ilə bağlı görülmüş tədbirlər müəyyən edilməli və onların məbləği nəzərə alınmaqla hesablamalar aparılmalıdır. Beləliklə, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə əldən çıxmış fayda kimi dəymiş zərərin məbləği müəyyən olunarkən həm vergi, maliyyə qanunvericiliyin mənasında, həm də mülki qanunvericiliyin mənasında əldən çıxmış faydanın hesablanması xəlis gəlirin (mənfəətin) müəyyən edilməsini zəruri edir, bu isə ümumi gəlirdən xərclərin və vergilərin ödənilməsini nəzərdə tutur. Məhkəmə koll egiyası göstərilənləri nəzərə almaqla hesab edir ki, oferta edilmiş təklifə uyğun olaraq iddiaçının əldə çıxmış fayda kimi zərərin məbləğinin müəyyən edilməsi qaydası qeyd edilmiş hüquqi əsaslara görə düzgün deyildir. Bundan başqa, iddiaçı Mülki Məcəllənin aşağıdakı müddəalarına əsaslanmaqla hesab etmişdir ki, tərəflərindən qanunamüvafiq olaraq digər hüquqi şəxslə yazışmalar aparılmaqla oferta aksept edilməmişdir: - 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır; - 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qə bul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır; - 409.2-ci maddəsinə əsasən, əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. Sadalanmış maddələrin məzmununa görə, oferta o zaman verilmiş sayılır ki, əgər bir va ya bir neçə şəxsə müqavilənin əsas şərtləri göstərilməklə onun icra ediləcəyinə hazır olduğu barədə təklif verilir, ünvan sahibi isə həmin təklifi qəbul etdikdə, onun cavabı aksept olunmuş sayılır. İddiaçının dəlilinə görə, ona ünvanlanmış təklif yazılı qaydada verilmiş, lakin cavabdehlə müqavilə öhdəlikləri olduğu üçün yazılı qaydada rədd cavabı verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu qaydada ofertanın verilməsi və onun cavablandırılması qanunvericiliyin tələblərinə zidd deyildir və bu normalara istinadən apellyasiya məhkəməsi tərəfindən hansı hüququn pozulmasına iddiaçının iddialı olduğu tam aydın deyildir. İddiaçının mübahisələndirdiyi digər məsələ müqavilənin bağlanması təklifinə onların rədd cavabının verilməsinin sübuta yetirilməsi ilə bağlıdır, çünki iddiaçı tərəf birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutları apellyasiya məhkəməsinin şikayətinə əlavə etmişdir. Prosessual qanunvericiliyin bu hissədə tələbləri aşağıdakıları müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edi lməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Prosessual normaların tələblərindən aydın olduğu kimi, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir, lakin işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim olunmamış sübutların apellyasiya baxışı zamanı təqdim olunmasına yalnız tərəfdən asılı olmayan səbəbdən mümkün olmadığı sübuta yetirilməlidir. Apellyasiya məhkməsi yeni sübutları tədqiq etməklə işin nəticəsinə təsir edən yeni faktiki halları müəyyən edə bilər. Apellyasiya məhkəməsinə yeni sübutların təqdim edilməsi və onlara əsasən yeni faktların müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikaı Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekt i işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə, onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.” İstinad olunan hüquqi əsaslar üzrə apellyasiya məhkəməsinin qərarı yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi maddənin tələblərinə uyğun olaraq düzgün hesab etmişdir ki, müvafiq sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olduğu halda, onlar iddiaçı tərəfindən tə qdim edilməmişdir. Çünki birinci instansiya məhkəməsinə sübutların təqdim etmək imkanının olmamasının sübut etmək yükü iddiaçının üzərinə düşdüyü halda, onun tərəfindən bu sübutetmə vəzifəsi yerinə yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 77.3-ci maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddələrin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinə aid olan xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, sədrlik edən tərəflərə məhkəmə tədqiqatının daha nə ilə tamamlanmasını arzu etdiyini soruşmuş, tərəflər əlavə sübut və vəsatətinin olmamasını bildirmişdirlər. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apell yasiya məhkəməsinin bu hissədə hüquqi əsaslandırılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, e-2-2(103)-260/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar