Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-301/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə və sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 22(104)-51/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayd asında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2016-cı il 18 iyul tarixli, HA/0090/16/MLT saylı xidməti müqavilədən görünür ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) arasında daşıma xidməti müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh MMC "xxxx" (Azərbaycan) ASC-yə klinkerin daşınması xidmətlərini göstərməyi, sonuncu isə daşıma xidmətlərinin dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 2. 2016-cı il 18 iyul tarixli, HA/0090/16/MLT saylı xidməti müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilən 1 saylı qoşmaya əsasən xidmətlərin siyahısı olaraq klinkerin maşınlarla Gürcüstana daşınması və ixrac gömrük rəsmiləşdirilməsinin aparılması, 2 saylı qoşmaya əsasən müqavilənin qiyməti və ödənişi olaraq 75 manat, 118,80 manat, 20 manat və 36, 20 manat məbləğində göstəriləcək xidmətin qiyməti, daşıma xidməti üzrə yalnız Azərbaycan Respublikasının ərazisində 18 faiz ƏDV – nin tətbiq olunması, 3 saylı qoşmaya əsasən isə 2016-cı il 18 iyul tarixdən qüvvəyə minən müqavilənin 2017-ci il 30 iyun tarixədək qüvvədə qalması müəyyənləşdirilmişdir.
3. Həmin xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən təyinat nöqtəsi Qaradağ, Lökbatan, Xırdalan, Bakı, Şirvan, Sumqayıt, Şabran, Masallı, Qusar, Gəncə olmaqla Azərbaycan Respublikası ərazisində xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Həmçinin əlavədə qeyd edilmişdir ki, ödəniş daşıyıcı tərəfindən təqdim edilmiş və sifarişçi tərəfindən imzalanmış təhvil-təslim aktında göstərilən xidmətin tamamlanması tarixindən 90 təqvim günü sonra ödənilməlidir. Təhvil-təsl im aktı ən gec xidmətin tamamlanmasından 5 gün sonra təqdim edilməlidir. Təhvil-təslim aktlarının xidmətin tamamlanmasından sonra 5 gün dən gec təqdim edilməsi halında sifarişçi ödənişin gecikməssinə görə məsuliyyət daşımır. ƏDV hesab-fakturası ödənişin həyata keçirilməsindən 5 gün əvvəl ƏDV sistemində olmalıdır. ƏDV hesab-fakturasının vaxtında sistemdə olmaması halında sifarişçi ödənişin gecikməsinə görə məsuliyyət daşımır.
4. Cavabdeh MMC tərəfindən təqdim edilən elektron vergi hesab-fakturalarından, fakturaların verilməsinə əsas olmuş "xxxx" (Azərbaycan) ASC və Cavabdeh MMC tərəfindən tərtib olunmuş aktlardan və "xxxx" (Azərbaycan) ASC tərəfindən köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki: - 2017-ci il 2 noyabr tarixli D002 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2 016-ci il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2017-ci il 1 oktyabr tarixdən – 2017-ci il 31 oktyabr tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirvan, xırdalan, Gəncə) klinker yükü daşınmışdır. 2017-ci il 7 noyabr tarixli 282490 nömrəli elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 36.410,05 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 6.553,81 manat olmaqla cəmi 42.963,86 manat məbləğində təşkil etmişdir. 6.553,81 manat məbləğində ƏDV 2018-ci il 22 may tarixdə köçürülmüşdür. - 2017-ci il 16 noyabr tarixli D003 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2017-ci il 1 noyabr tarixdən – 20 17-ci il 15 noyabr tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Xırdalan, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. 2017-ci il 17 noyabr tarixli 420023 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 19.771,77 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 3.558,91 manat olmaqla cəmi 23.330,68 manat məbləğində təşkil etmişdir. 3.558,91 manat məbləğində ƏDV 2018-ci il 4 may tarixdə köçürülmüşdür. - 2017-ci il 4 dekabr tarixli D004 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2017-ci il 16 noyabr tarixdən – 2017-ci il 30 noyabr tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Şirvan, Gəncə, Bakı) klinker yükü daşınmışdır. 2017-ci il 11 noyabr tarixli 745358 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 14.626,21 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 2.632,71 manat olmaqla cəmi 17.258,92 manat məbləğində təşkil etmişdir. 2.632,71 manat məbləğində ƏDV xx.xx.2018-ci il tarixdə köçürülmüşdür. - 2017-ci il 22 dekabr tarixli D006 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2017-ci il 11 dekabr tarixdən – 2017-ci il 20 dekabr tarixinə kimi Azərbaycan Respublikası daxilində (Gəncə, Bakı, Xırdalan, Şirvan) klinker yükü daşınmışdır. 2017-ci il 22 dekabr tarixli 945382 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 43.936 manat, vergi tutulan əməliyyatl ardan ödənilməli ƏDV məbləği 7.908,63 manat olmaqla cəmi 51.845,41 manat məbləğində təşkil etmişdir. 7.908,63 manat məbləğində ƏDV 2018-ci il 12 aprel tarixdə köçürülmüşdür. - 2018-ci il 8 yanvar tarixli D001 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2017-ci il 21 dekabr tarixdən – 2017-ci il 30 dekabr tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Bakı, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. 2018-ci il 9 yanvar tarixli 115637 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 59.463,45 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 10.703,42 manat olmaqla cəmi 70.166,87 manat məbləğində təşkil etmişdir. 10.703,42 manat məbləğində ƏDV 20 18-ci il 12 aprel tarixdə köçürülmüşdür. - 2018-ci il 13 aprel tarixli D003 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018-ci il 1 aprel tarixdən – 2018-ci il 10 aprel tarixinə kimi Azərbaycan Respublikası daxilində (Gəncə, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. 2018-ci il 18 aprel tarixli 415275 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 8.342,04 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1.501,57 manat olmaqla cəmi 9.843,61 manat məbləğində təşkil etmişdir. 840,71 manat məbləğində ƏDV 2018-ci il 13 iyul tarixdə köçürülmüşdür. - 2018-ci il 24 aprel tarixli D004 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018-ci il 11 aprel tarixdən – 2018-ci il 20 aprel tarixinə kimi Azərbaycan Respublikası daxilində (Xırdalan, Bakı, Şirvan, Gəncə) klinker yükü daşınmışdır. 2018-ci il 25 aprel tarixli 507542 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 8.315,47 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1.496,78 manat olmaqla cəmi 9.812,25 manat məbləğində təşkil etmişdir. 1.496,78 manat məbləğində ƏDV 2018-ci il 10 iyul tarixdə köçürülmüşdür. - 2018-ci il 2 may tarixli D005 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018ci il 21 aprel tarixdən – 2018-ci il 30 aprel tarixinə kimi Azərb aycan Respublikası (Qaradağ, Xırdalan, Şirvan) daxilində klinker yükü daşınmışdır. 2018-ci il 10 may tarixli 716390 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 10.720,06 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1.929,61 manat olmaqla cəmi 12.649,67 manat məbləğində təşkil etmişdir. 1.929,61 manat məbləğində ƏDV 2018-ci il 1 avqust tarixdə köçürülmüşdür. - 2018-ci il 11 may tarixli D006 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018-ci il 1 may tarixdən – 2018-ci il 9 may tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. 2018-ci il 23 may tarixli 883060 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 7.611,66 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1.370,10 manat olmaqla cəmi 8.981,75 manat məbləğində təşkil etmişdir. 8.981,75 manat məbləğində ƏDV 2018-ci il 29 avqust tarixdə köçürülmüşdür. - 2018-ci il 24 may tarixli D007 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016- cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018-ci il 12 may tarixdən – 2018-ci il 19 may tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. 2018-ci il 22 iyun tarixli 320745 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 6.770,31 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 1.218,66 manat olmaqla cəmi 7.988,96 manat məb ləğində təşkil etmişdir. 1.218,66 manat məbləğində ƏDV 2018-ci il 29 avqust tarixdə köçürülmüşdür. - 2018-ci il 4 iyun tarixli D008 nömrəli akta əsasən tərəflər arasında bağlanmış 2016-cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018ci il 21 may tarixdən – 2018-ci il 31 may tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Gəncə, Şirvan, Xırdalan) klinker yükü daşınmışdır. 2018-ci il 22 iyun tarixli 320743 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 14.596,53 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 2.627,38 manat olmaqla cəmi 17.223,91 manat məbləğində təşkil etmişdir. 2.627,38 manat məbləğində ƏDV 2018-ci il 18 sentyabr tarixdə köçürülmüşdür. - 2018-ci il 20 iyun tarixli D009 nömrəli a kta əsasən tərəflər arasında bağlanmış 2016cı il 18 iyul tarixli xidmət müqaviləsinə 2017-ci il 21 sentyabr tarixli 5 saylı əlavəyə əsasən 2018-ci il 1 iyun tarixdən – 2018-ci il 14 iyun tarixinə kimi Azərbaycan Respublikası daxilində (Bakı, Xırdalan, Şirvan) klinker yükü daşınmışdır. 2018-ci il 22 iyun tarixli 320738 saylı elektron vergi hesab-fakturasına əsasən ƏDV-yə cəlb edilən məbləğ 4.904,61 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləği 882,83 manat olmaqla cəmi 5.787,44 manat məbləğində təşkil etmişdir. 882,83 manat məbləğində ƏDV 2018-ci il 18 sentyabr tarixdə köçürülmüşdür. 5. 2021-ci il 21 iyun tarixli **********196085 nömrəli və 2021-ci il 4 oktyabr tarixli **********196085 nömrəli səyyar vergi yoxlaması haqqında aktlarından görünür ki, “Holcim (Azərbaycan)” ASC tə rəfindən siyahısı təqdim edilən tədiyyə və dövrlərdə ƏDV-yə dair 2016cı il noyabr – 2019-cu il oktyabr tarixlərində vergilərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamalar 2019-cu il 30 dekabr tarixində başlamış 2021-ci il 21 iyun tarixində başa çatmış, 2019-cu il 30 dekabr tarixdə başlamış və 2021-ci il 29 sentyabr tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Cavabdeh MMC tərəfindən daşımalar üzrə təqdim edilmiş evhf-lər əvəzləşdirilmişdir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin öd əyiciləridirlər və evhf-lər təqdim etmək hüququ yoxdur. Bu səbəbdən: - Çinar MMC ********** 2017-ci il 7 noyabr tarixli HQ 282490 (36410,05/6553,81); - Çinar MMC ********** 2017-ci il 17 noyabr tarixli HQ 420023 (19771,77/3558,92); - Çinar MMC ********** 2017-ci il 11 dekabr tarixli HQ 745358 (14626,21/2632,72); - Çinar MMC ********** 2017-ci il 22 dekabr tarixli HQ 945382 (43936,78/7908,62); - Çinar MMC ********** 2018-ci il 9 yanvar tarixli HR 115637 (59463,45/10703,42); - Çinar MMC ********** 2018-ci il 18 aprel tarixli HS 415275 (4670,61/840,71); - Çinar MMC ********** 2018-ci il 25 aprel tarixli HS 507542 (8315,47/1496,78); - Çinar MMC ********** 2018-ci il 10 may tarixli HS 716390 (10720,06/1929,61); - Çinar MMC ********** 2018-ci il 23 may tarixli HS 883060 (7611,66/1370,1); - Çinar MMC ********** 2018-ci il 22 iyun tarixli HT 320738 (4904,61/882,83); - Çinar MMC ********** 2018-ci il 22 iyun tarixli HT 320743 (14596,53/2627,38); - Çinar MMC ********** 2018-ci il 22 iyun tarixli HT 320745 (6770,31/1218,66) daşımalara görə təqdim edilmiş evhf-lər ləğv edilmiş və ƏDV bərpa edilərək büdcəyə əlavə hesablama aparılmışdır. Həmçinin yoxlama nəticəsində X1nin azaldıldığı müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin hesabatlarında göstərilən məbləğlərin hesabatda göstərilməli olan məbləğlərə nisbətən azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunması təklif edilmişdir. 6. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin in pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2021-ci il 12 oktyabr tarixli **********150555 nömrəli qərarından görünür ki, yoxlama zamanı cəmiyyət tərəfindən daşımalar üzrə təqdim edilmiş evhf-lər əvəzləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin(bundan sonra-VM) 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və evhf-lər təqdim etmək hüququ yoxdur. Bu səbəbdən daşımalara görə təqdim edilmiş 2542528,33 manat dəyərində evhf-lər ləğv edilmiş və ümumilikdə 457.655,10 manat məbləğində ƏDV bərpa edilərək büdcəyə əlavə hesablama aparılmışdır. Göstərilən səbəblərdən "xxxx" (Azərbaycan) ASC-nin məsuliy yətə cəlb edilməsi qərara alınmışdır. 7. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********543200 nömrəli tələbnamədən görünür ki, "xxxx" (Azərbaycan) ASC-yə əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları 484.480,73 manat, vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları 142.171,88 manat olmaqla ümumilikdə büdcəyə ödənilməli olan cəmi məbləğ 626.652,61 manat məbləğində təşkil etmişdir.
8. Köçürmənin aparılması haqqında bildirişlərdən görünür ki, "xxxx" (Azərba ycan) ASC tərəfindən 2021-ci il 14 oktyabr tarixli **********081650 nömrəli bildirişə əsasən 480.386,28 manat, 2021-ci il 14 oktyabr tarixli **********081698 nömrəli bildirişə əsasən 142.171,88 manat, 2021-ci il 14 oktyabr tarixli **********081764 nömrəli bildirişə əsasən isə 4.094,45 manat, cəmi 626.652,61 manat məbləğində dövlət büdcəsinə ödənişlər etmişdir. 9. 2022-ci il 25 may tarixli, MŞB/4-01108 nömrəli mediasiya arayışından görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə xəbərdar olunsa da, sonuncu mediasiya iclasında iştirak etməkdən imtina etmişdir. "xxxx" (Azərbaycan) ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat məbləğində pul vəsaiti ödəmişdir. 10. "xxxx" (Azərbaycan) ASC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 5 mart tarixli, 6620,22 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında 2016-cı il 18 iyul tarixində bağlanmış müqaviləyə əsasən yaranmış 62.585,32 manat məbləğində borcu 2022-ci il 20 mart tarixinə kimi ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 11. "xxxx" (Azərbaycan) ASC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 29 iyul tarixdə iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin daşıma xidmətlərini qeyri-qanuni və əsassız olaraq ƏDV-nə cəlb etməklə iddiaçıya vurduğu zərərə görə 62.585 manat məbləğində pulun və mediasiya ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən tu tularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2016-cı il 18 iyul tarixli, HA/0090/16/MLT saylı daşıma xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya klinkerin daşınması xidmətlərini göstərməyi, iddiaçı isə daşıma xidmətlərinin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə göstərilən yük daşıma xidmətlərini ƏDV-nə cəlb etmişdir və iddiaçıya elektron qaimələri və elektron vergi hesab fakturaları (e-vhf) ƏDV daxil edərək təqdim etmişdir. İddiaçı həmin elektron qaimələr və e-vhflər əsasında cavabdehə əsas məbləğləri və ƏDV məbləğlərini ödəmişdir və ƏDV məbləğlərini müvafiq aylarda dövlət büdcəsindən əvəzləşdirmişdir. Azərbaycan Respublik asının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddiaçı ASCdə 2019-cu il 30 dekabr tarixdən – 2021-ci il 21 iyun tarixləri arasında səyyar vergi yoxlaması aparmış və 2021-ci il 21 iyun tarixli, **********196085 nömrəli yoxlama aktı tərtib etmişdir. Səyyar vergi yoxlaması X1 üzrə 2016-cı il 1 noyabr və 2019-cu il 31 oktyabr tarixlərini əhatə etmişdir. Dövlət Vergi Xidməti səyyar vergi yoxlaması aktının 2.1-ci maddəsinin 6-cı bəndində və 2021-ci il 12 oktyabr tarixli, **********150555 saylı qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, yoxlama zamanı cavabdeh tərəfindən daşımalar üzrə təqdim edilmiş EVHFlar əvəzləşdirilmişdir.
13. Dövlət Vergi Xidməti vergi ödəyiciləri tərəfindən daşımalara görə təqdim edilmiş eVHF-lər üzrə ödənilmiş ƏDV məbləğlərini, o cümlədən cavabdehin iddiaçıya təqdim etdiyi eVHF-lər üzrə ƏDV məbləğlərini və iddiaçı tərəfindən dövlət büdcəsindən əvəzləşdirilmiş 2017-ci il 7 noyabr tarixli, HQ 282490 saylı, ƏDV 6.553,81 manat, 2017-ci il 17 noyabr tarixli, HQ 420023 saylı, ƏDV 3.558,91 manat, 2017-ci il 11 dekabr tarixli, HQ 745358 saylı, ƏDV 2.632,71 manat, 2017-ci il 22 dekabr tarixli, HQ 945382 saylı, ƏDV 7.908,63 manat, 2018-ci il 9 yanvar tarixli, HR115637 saylı, ƏDV 10.703,42 manat, 2018-ci il 18 aprel tarixli, HS 415275 saylı, ƏDV 1.501,57 manat, 2018-ci il 25 aprel tarixli, HS 507542 saylı, ƏDV 1.496,78 manat, 2018-ci il 10 may tarixli, HS 716390 saylı, ƏDV 1.929,61 manat, 2018-ci il 23 may tarixli, HS 883060 saylı, ƏDV 1.370,1 manat, 2018-ci il 22 iyun tarixli, HT 320745 saylı, ƏDV 1.218,66 manat, 2018-ci il 22 iyun tarixli, HT 320743 sa ylı, ƏDV 2.627,38 manat, 2018-ci il 22 iyun tarixli, HT 320738 saylı, ƏDV 882,83 manat olan ƏDV məbləğlərini ləğv etmişdir. Ləğv olunmuş e-VHF-lər üzrə ƏDV məbləği cəmi 41.723,55 manatdır və həmin məbləğ müvafiq aylarda iddiaçının ƏDV sub-hesabından cavabdehə köçürülmüşdür. Dövlət Vergi Xidməti VM-in 218.4.1-ci maddəsinə istinad edərək cavabdeh tərəfindən göstərilən yükdaşıma xidmətlərinin ƏDV-yə deyil, sadələşdirilmiş vergiyə cəlb olunmalı olduğunu müəyyən etmiş və cavabdeh tərəfindən daşımalara görə iddiaçıya təqdim olunmuş həmin eVHF-lər üzrə ƏDV məbləğlərini və iddiaçı tərəfindən dövlət büdcəsindən 41.723,55 manat məbləğində əvəzləşdirməni ləğv etmişdir.
14. Dövlət Vergi Xidməti VM-in 58.1-ci maddəsinə əsasən ləğv olunmuş 41.723,55 manat məbləğinin 50 faizi həcmində, yəni, 20.861,77 ma nat məbləğində iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Dövlət Vergi Xidməti 2021-ci il 21 iyun tarixli səyyar vergi yoxlaması aktına və 2021-ci il 12 oktyabr tarixli, **********150555 saylı qərarına əsasən iddiaçıya tələbnamə təqdim olunmuş, həmin tələbnaməyə əsasən vergi yoxlaması nəticəsində dövlət büdcəsinə əlavə hesablanmış və ödənilməli olan vergilər 484.480,73 manat və maliyyə sanksiyası 142.171,88 manat, cəmi 626.652,61 manat məbləğində təşkil etmişdir. İddiaçı həmin tələbnaməyə əsasən 626.652,61 manat məbləği, o cümlədən, cavabdeh tərəfindən təqdim olunmuş e-VHF-lər üzrə ləğv edilən 41.723,55 manat ƏDV məbləğini və həmin məbləğə tətbiq edilmiş 20.861,77 manat məbləğində maliyyə sanksiyasını 2021-ci il 14 oktyabr tarixində dövlət büdcəsinə ödəmişdir.
15. İddiaçı tələbinin madd i hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 425.1, 442, 443.1-ci maddələrinə, VM-in 156, 218.4.1, 219.5-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 2.1, 4.1-ci maddələrinə istinad etmişdir.
16. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz təqdim olunmamışdır.
17. Cavabdeh 2022-ci il 13 oktyabr tarixində iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında son əvəzləmənin 2018-ci il 22 iyun tarixində olmasını, iddianın 2022-ci il tarixdə mediasiya vasitəsilə verilməsini nəzərə alaraq iddia tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
18. Daha sonra cavabdeh 2022-ci il 13 oktyabr tarixində qarşılıqlı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 17.611,15 manat əsas və 3.822 manat cərimə borcun, 50 manat hüquqi yardım üzrə xidmət haqqı üzrə, həmçinin 155 manat rüsum pulu olmaqla, cəmi 21.638,15 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli, e-2-2(115)-1678/2022 saylı qərardadı ilə cavabdehin qarşılıqlı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunmasından imtina edilmişdir (hakim – G.Quliyeva).
20. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 3 noyabr tarixli, e-2-2(115)-1678/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur (hakim – G.Quliyeva ).
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranan hüquq münasibəti 2016-2018-cı illəri əhatə etmişdir. 2019-cu il 1 yanvar tarixədək qüvvədə olan VM-in 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən 218.4.1-ci maddəsində “mülkiyyə tində” sözündən əvvəl “bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla,” sözləri əlavə edilmişdir. 2019-cu il 1 yanvar tarixədək qüvvədə olan vergi qanunvericiliyinə əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər yalnız sadələşdirilmiş verginin ödəyicisi hesab edilmiş və belə şəxslər ƏDV-nin ödəyicisi olmamışdır.
22. Cavabdeh sadələşmiş vergi ödəyicisi olmuş və ƏDV-nin ödəyicisi olmamışdır. Müqavilə üzrə Azərbaycan Respublikası ərazisində göstərilən daşıma xidmətləri üzrə elektron vergi hesab-fakturalarını ƏDV-yə cəlb etmədən verməli olduğu halda ƏDV-yə cəlb edilən məbləği və vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV məbləğini göstərməklə təqdim etmiş, müştər i isə qeyd olunan 12 ədəd elektron vergi hesab-fakturaları əsasında ƏDV-ni sub-uçot hesabından cavabdehin hesabına köçürmüşdür. Podratçı tərəfindən təqdim olunmuş 12 ədəd e-VHF-lər vergi orqanı tərəfindən ləğv edildiyindən 41.723,55 manat ƏDV məbləği və həmin məbləğə tətbiq olunmuş 20.861,77 manat məbləğində maliyyə sanksiyası müştəri tərəfindən 2021-ci il 14 oktyabr tarixdə dövlət büdcəsinə ödənmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilmiş və sonuncu ərizəsində göstərmişdir ki, tələb edilən 41.723,55 manat ƏDV-nin əvəzləşdirmələri və istinad olunan 2021-ci il 4 oktyabr tarixli səyyar vergi yoxlaması aktına əsasən əvəzləşdirilmələr 2017-ci il 11 dekabr, 2017-ci il 22 dekabr, 2018-ci il 9 yanvar, 2018-ci il 18 aprel, 2018-ci il 25 aprel, 2018-ci il 10 may, 2018-ci il 23 may, 2018-ci il 22 iyun, 2018-ci il 22 iyun, 2018-ci il 22 iyun tarixlərdə, son müddət 2018-ci il 22 iyun tarixdə olmuşdur.
23. Tərəflər arasında xidmət göstərilməsi ilə bağlı iddiaçının iddia etdiyi əvəzləşdirilmələr üzrə müqavilənin də müddəti 2018-ci il 18 sentyabr tarixdə bitmişdir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt səyyar vergi yoxlamasının nəticəsi olaraq dövlət vergi yoxlaması aktının tərtib edildiyi vaxt, yəni 2021-ci il 4 oktyabr tarixinə düşmüşdür. İddia müddətinin axımının başlanması həmin tarixdən hesablanmalı və bununla bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəməyə iddia müddəti ərzində müraciət etmişdir. Belə ki, iddia müddətinin tətbiqinə dair ərizə əsaslı sayılmamış və təmin olunmamışdır.
24. Məhkəmə öz mövqeyini MM-in 6.2, 372. 1, 373.2, 375.2, 376, 377.1, 385.1, 386.1, 442, 752-ci maddələrinə, VM-in 13.2.40, 153.1, 154.1, 154.2, 154.4, 156.1-1, 156.1-1.1, 156.1-1.2, 156.1-1.3, 218.4.1, 219.5-ci maddələrinə, MPM-in 10-1.3, 14.2, 77.1, 88, 119.1, 217.3, 218.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2-2(104)-51/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin olunmamışdır (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov və A.Hüseynzadə).
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisə cavabdehin Azərbaycan Respublikasının ərazisində göstərdiyi xidmətlər üzrə ödənişlərin aparılması üçün vermiş olduğu e-VHF-lərlə, yəni həmin fakturalara 18 faiz ƏDVni daxil etməsi ilə bağlı olmuşdur. Həmçinin xidmət və ödənişlərlə bağlı tərəflər arasında mübahisə olmamış, cavabdeh sonuncu e-VHF-ləri 2018-ci il 22 iyun tarixdə təqdim etmiş, iddiaçı tərəfindən 2018-ci il 18 sentyabr tarixdə müvafiq köçürmələr aparılmışdır. Müəyyən olunmuşdur ki, iddiaçıya sonuncu e-VHF-lər 2018-ci il 22 iyun tarixdə təqdim edilmiş olsa da, iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 2022-ci ilin iyul ayında müraciət etmişdir. Tərəflər arasında bağlanmı ş 2016-cı il 18 iyul tarixli, HA/0090/16/MLT saylı Xidmət müqavilədən görünür ki, həmi müqavilənin şərti kimi daşımalara görə 18 faiz ƏDV-nin tətbiq olunması nəzərdə tutulmuşdur.
28. Cavabdeh tərəfindən təqdim edilmiş e-VHF-ləri üzrə ƏDV əvəzləşdirilmələri 2017-ci il 11 dekabr, 2017-ci il 22 dekabr, 2018-ci il 9 yanvar, 2018-ci il 18 aprel, 2018-ci il 25 aprel, 2018-ci il 10 may, 2018-ci il 23 may, 2018-ci il 22 iyun, 2018-ci il 22 iyun, 2018-ci il 22 iyun tarixlərdə, yəni sonuncu əvəzləşdirmə 2018-ci il 22 iyun tarixdə olmuş, iddiaçı tərəfindən müvafiq köçürmələr 2018-ci il 18 sentyabr tarixdə aparılmışdır. Bu müddətdən sonra tərəflərin müqavilə üzrə fəaliyyətlərini davam etdirməsi işdən görünməmişdir. İddiaçı istehsal müəssisəsi olmaqla təbii ki, yükdaşıma müəssisələri ilə daimi əlaqələr də olmuş və daşımanı yükdaşıma müəssisələri vasitəsi ilə həyata keçirmişdir. Digər tərəfdən tərəflər arasındakı müqavilə müvafiq mütəxəssislər tərəfindən hazırlanmaqla ekspertizadan keçirilir, yəni hər iki tərəfin müvafiq mütəxəssisləri müsbət rəy verdikdən sonra imzalanır. Həm iddiaçının, həm də birinci instansiya məhkəməsinin iddiaçının hüququnun pozulduğunu yalnız Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya 2019-cu il 30 dekabr tarixdən – 2021-ci il 21 iyun tarixləri arasındakı fəaliyyətinin yoxlanılması ilə bağlı tərtib edilmiş 2021-ci il 4 oktyabr tarixli **********196085 nömrəli səyyar vergi yoxlaması haqqında aktla tanış olduqdan sonra bilmələrinə dair dəlili əsassız saymışdır.
29. Belə ki, iddiaçı daimi daşıma müəssisələri ilə əlaqəli şəkildə fəaliyyət göstərən və uzun illərin təcrüb əsi olan müəssisədir. Hazırkı halda iddia müddətinin başlanğıcı hüququnun pozulduğunu bildiyi vaxtdan yox, bilməli olduğu vaxtdan hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin axımının başlandığı vaxtın müəyyən edilməsində səhvə yol vermiş, nəticədə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, iddiaçı məhkəməyə hazırkı iddia ilə 2022-ci ilin iyul ayında, yəni hüququnun pozulduğunu bilməli olduğu vaxtdan üç ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.5, 375.1, 375.2, 377.1, 377.2-ci maddələrinə, VM-in 3.7, 218.4, 218.4.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun 2013cü il 3 iyun tarixli Qərarına, “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2009-cu il 7 iyul tarixli Qərarına, MPM-in 14.2, 77.1, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
31. Apellyasiya məhkəməsinin qətnaməsi 2023-cü il 20 fevral tarixdə tərəflərə göndərilmiş və tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
32. İddiaçı 2023-cü il 6 aprel tarixdə kassasiya şikayəti verməklə həmin qətnamənin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
33. MPM-in 377, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh dövlət ve rgi orqanında ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və buna görə də müqavilədə sonuncu ƏDV ödəyicisi kimi təqdim edilmişdir. Cavabdeh verginin növünü müəyyən edib ƏDV elektron qaimələri iddiaçıya ödənişə təqdim edərkən iddiaçının ödəməkdən imtina etmək hüququ olmamış, yəni cavabdeh e-VHF-ləri ödənişə təqdim edərkən iddiaçı cavabdehə xidmətlərin nəyə görə ƏDV-yə cəlb edilməsi ilə bağlı etiraz etməmişdir. Vergi qanunvericiliyinin tələbinə əsasən xidmətin alıcısı kimi iddiaçının vəzifəsi xidməti göstərən şəxs tərəfindən təqdim olunmuş ƏDV məbləğini sonuncunun ƏDV depozit hesabına ödəməkdən ibarət olmuşdur. İddiaçı da məhz cavabdehin təqdim etmiş olduğu e-VHFlər və elektron qaimələr əsasında ƏDV məbləğlərini cavabdehin ƏDV depozit hesabına köçürmüş və həmin məbləğ həcmində digər əməliyyatla rda dövlət büdcəsindən əvəzləşdirmişdir.
34. İddiaçının vergi növünün müəyyən edilməsi ilə bağlı vəzifəsi və ya təqdim olunan vergi məbləğini ödəməkdən imtina etmək hüququ olmadığına görə, iddiaçının qanuni vəzifəsi cavabdehin təqdim etdiyi ƏDV məbləğlərini cavabdehin ƏDV depozit hesabına ödəməkdən ibarət olmuş, iddiaçı da həmin qanuni vəzifəsini düzgün icra etmişdir. ƏDV məbləğləri iddiaçı tərəfindən ödənildiyinə və dövlət büdcəsindən əvəzləşdirildiyinə görə həmin əməliyyatların aparıldığı vaxtlarda iddiaçıya zərər vurulmasından, sonuncunun hüquqlarının pozulmasından və bunu iddiaçının bilməsindən və ya bilməli olmasından bəhs oluna bilmədiyi halda, iddiaçının hüququnun pozulduğunu bilməli olması barədə irad tutula bilməz. Belə olan halda, həmin münasibətlərdə e-VHF-lər üzrə ƏDV ödənişlər inin edildiyi vaxtın iddiaçının hüququnun pozulduğu vaxt kimi qəbul olunması və iddia müddətinin həmin vaxtdan tətbiq edilməsi düzgün olmamışdır. Dövlət Vergi yoxlamasının 2021-ci il 4 oktyabr tarixli aktı yeni hüquqi vəziyyət yaratmışdır. Belə ki, Dövlət Vergi yoxlaması 2021-ci il 4 oktyabr tarixli aktla cavabdehin daşıma xidmətlərini qeyri-qanuni ƏDV-yə cəlb olunduğunu müəyyən etmiş, cavabdehin təqdim etmiş olduğu ƏDV məbləğləri əsasında iddiaçının ödədiyi ƏDV əməliyyatlarını və dövlət büdcəsindən əvəzləşdirdiyi əməliyyatları ləğv olunmuş, iddiaçıya əlavə vergi hesablaması aparmış və maliyyə sanksiyası tətbiq etmişdir.
35. İddiaçı da ləğv olunmuş ƏDV məbləğlərini və maliyyə sanksiyasını 2021-ci il 14 oktyabr tarixdə dövlət büdcəsinə ödəmişdir. İddiaçının hüquqlarının pozulduğu vaxt sonun cuya zərər vurulduğu, yəni vergi orqanının cavabdehin təqdim etdiyi ƏDV-lər üzrə iddiaçının əvəzləşdirmələrini ləğv etdiyi, iddiaçıya əlavə vergiləri və maliyyə sanksiyalarını tətbiq olunduğu 2021-ci il 4 oktyabr tarixidir. Həmin tarixdə iddiaçı öz hüquqlarının pozulduğunu, sonuncuya zərərin vurulduğunu bilmişdir. Buna görə də, iddia müddətinin başlanğıcı iddiaçının öz hüquqlarının pozulduğu 2021-ci il 4 oktyabr tarixdən hesablanmışdır. Cavabdeh dövlət vergi orqanında daşıma xidmətlərinə görə ƏDV qeydiyyatından keçdiyinə görə iddiaçıya ƏDV ödəyicisi kimi təqdim etmiş, müqavilənin tərəfi olaraq ƏDV ilə bağlı şərtin müqaviləyə daxil olunmasını tələb etmiş və bununla da müqaviləni imzalamışdır. Apellyasiya məhkəməsi vergi qanunvericiliyinin spesifik xüsusiyyətlərini və qeyd olunan halları nəz ərə almamış, əsassız olaraq iddia müddətinin başlanğıcının iddiaçının e-VHF-lər üzrə ƏDV ödənişlərini etdiyi vaxtdan hesablanmalı olduğu qənaətinə gəlmişdir. Bununla da məhkəmə iş üzrə düzgün nəticəyə gəlməyərək əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının irəli sürmüş olduğu dəlil əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, daşımalara görə 18 faiz ƏDV-nin tətbiq olunması nəzərdə tutulmuşdur. Müvafiq olaraq ƏDV hesablanaraq elektron vergi hesab fakturalar tərtib edilmiş, iddiaçı isə qəbul edərək ƏDV ödənişlərini həyata keçirmişdir. Həmin müqavilə tərəflərin birgə iradə ifadəsi olmuş, birgə tərtib edilmiş və qiymətlər o cümlədən ƏDV birgə razılaşdı rılmış, müqavilə sonrakı illərdə mübahisələndirilməmiş və ləğv olunmamışdır. Həmçinin iddiaçının qeyd edilən məsələ ilə bağlı əsası vardısa, sonuncuya təqdim olunan sənədlərə əsasən ƏDV ödənişlərini həyata keçirməzdən əvvəl məsələyə aydınlıq gətirməli və yanlışlığın aradan qaldırılması üçün hər hansı digər tədbirlər görülə bilərdi. Lakin iddiaçı tərəfindən belə bir addımın atılmasına təşəbbüs göstərilməmiş və mübahisələndirilən ƏDV məbləği dövlət büdcəsinə ödənilmişdir. Yəni cavabdehin həmin vəsait hesabına əsassız varlanması halları olmamışdır.
37. Bununla da büdcəyə heç bir ziyan dəyməmiş, əksinə büdcəyə ödənilməli olmayan vəsait geri qaytarılmışdır. Tərəflər arasında müqavilə 2017-ci il 30 iyun tarixdə imzalanmış və müddəti 2018-ci il 18 sentyabr tarixində bitmişdir. Tərəflər arasında son əvəzləşmənin 2018ci il 22 iyun tarixdə həyata keçdiyini nəzərə alaraq və iddiaçının isə 2022-ci il tarixdə məhkəməyə müraciət etməyini nəzərə alaraq məhkəmə haqlı olaraq 3 illik iddia müddətini tətbiq etmiş, məhkəmənin bu nəticəyə gəlməsi tam qanuni və əsaslı olmuşdur. Həmçinin apellyasiya məhkəməsi haqlı olaraq qətnamə qəbul etmiş, sübutları obyektiv araşdırmış və sonda düzgün nəticəyə gəlmişdir.
38. İddiaçı kassasiya şikayətini tələb olunan formaya uyğun olaraq tərtib etmiş olsa da, şikayətdə pozulmasını hesab etdiyi müvafiq qanunların maddələrinin qarşısında düzgün tətbiq olunmamasının nədən ibarət olduğuna dair mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir. Həmçinin qətnamə qəbul etmiş məhkəmə tərəfindən hansı maddi normanın pozulmasının, eyni zamanda düzgün tətbiq edilməmən in nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair dəlillərini qeyd etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hü quqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətlər 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.” “Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfin in tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə
376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
382. İddia müddətinin bərpası İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. 43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2013-cü il 3 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir....”
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdi m etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ.
45. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
47. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
48. Belə ki, iş materiallarından və işin aşağı məhkəmələr tərəfindən müəyyənləşdirilmiş hallarından göründüyü kimi, tərəflər arasında 2016-cı il 18 iyul tarixli, HA/0090/16/MLT saylı xidməti müqaviləyə əsasən cavabdeh iddiaçıya klinkerin daşınması xidmətlərini göstərməyi, sonuncu isə daşıma xidmətlərinin dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin daşımalara görə təqdim edilmiş e-VHF-lər üzrə sonuncu ƏDV əvəzləşdirməsi 2018-ci ilin 22 iyun tarixində olmuş, iddiaçı tərəfindən müvafiq köçürmələr 2018-ci il 18 sentyabr tarixində aparılmışdır.
49. Qeyd edilən tarixdən sonra tərəflər arasında bağlanan müqavilə üzrə hər hansı fəaliyyətlərin aparılması iş materiallarında öz əksini tapmamışdır. Belə ki, hazırkı işdə iddia müddətinin başlanğıcı hüququnun pozulduğunu bildiyi vaxtdan deyil, bilməli olduğu vaxtdan hesablanır. Belə olduğu təqdirdə iddiaçının hüququnun pozulduğunu yalnız Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya 2019-cu il 30 dekabr tarixdən – 2021-ci il 21 iyun tarixləri arasındakı fəaliyyətinin yoxlanılması ilə bağlı tərtib olunan 2021-ci il 4 oktyabr tarixli, **********196085 nömrəli səyyar vergi yoxlaması haqqında aktla tanış olduqdan sonra hüququnun pozulması haqqında bilməsi dəlili əsassız olmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
51. MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla yanaşı iddia müddətlərinin tətbiqi zamanı onların başlanğıc anının d əqiq müəyyənləşdirilməsi qanunilik baxımından zəruridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 2013-cü il 3 iyun tarixli Qərarında həmçinin hüquqi mövqe kimi o da göstərilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxt əlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
52. Bu baxımdan məhkəmə kollegiyası hazırki iş üzrə müəyyən olunmuş hallara əsasən hesab edir ki, iddiaçının kassasiya şikayətində göstərilən dəlliləri apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi nəticənin ləğvinə səbəb ola bilməz. Belə ki, iddiaçı hüquqi şəxsdir və uzun müddət sahibkarlıq fəaliyyətilə məşğul olur. Digər tərəfdən onun fəaliyyətində,o cümlədən hüquqi təminatın təmin olunması üçün xüsusi qurumunun (struktur vahidinin) olması zəruri təşkilatı məsələdir. Belə olan təqdirdə onun tərəfindən iddia müddətinin ötürülməməsilə əlaqədar hüquqinin pozulmasının sonradan bilməsinə dair dəlili inandırıc ı görünmür. Digər tərəfdən MM-in iddia müddətinin bərpasına dair qaydaları tənzimləyən 382-ci maddəsində də iddia müddətinin ötürülməsi səbəbinin üzrlü sayıldığı və dairəsi konkret müəyyənləşdirilməyən hallar yalnız fiziki şəxslər barəsində nəzərdə tutulmuşdur.
53. Göründüyü kimi, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış, qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmişdir və iddiaçının kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
54. Cavabdehin etirazda göstərildiyi dəlillərə yuxarıda cavab verildiyindən yenidən cavab verilməsinə lüzum görülmür.
55. Beləliklə apellyasiya məhkəmə si tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlindiyindən və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli, 2-2(104)-51/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.