Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-302/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MTK-ya, “xxxx” MMM-nə (Nərimanov rayonu Nərimanov Bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə)qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-302/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh 1 MTK-nın vəkili Nümayəndə5, cavabdeh “xxxx” MMM-nin direktoru Nümayəndə3 iştirakları ilə, İ.Muradovun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 MTK-ya, “xxxx” MMM-nə qarşı (Nərimanov rayonu Nərimanov Bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi və. S. tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103) 107/2019 saylı qətnaməsindən İddiaçı MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMMC cavabdehlər "Cavabdeh1" MTK-ya, "Cavabdeh2" MMM-nə qarşı Nərimanov rayonu Nərimanov Bələdiyyəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə iddia ilə məhkəməyə müraciət edərək “iddiaçının fəaliyyət ərazisində - ünvan 1 ünvanlarında yerləşən, çoxmənzilli binaların istismarına icazə alınması üçün cavabdeh "Cavabdeh1" MTK-nın qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi və həmin orqana lazımi sənədləri təqdim etməsi ilə bağlı qanundan irəli gələn öhdəliklərinin icrasına məcbur edilməsi, həmin binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı cavabdeh "Cavabdeh1"xxxx"xxxx" MMM arasında bağlanmış müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" MMM tərəfindən həyata keçirilən həmin çoxmənzilli binaların idarəçiliyinin qanunsuz hesab edilməsi, iddiaçının fəaliyyəti ərazisində yerləşən çoxmənzilli binaların idarəçiliyinin iddiaçıya təhvil verilməsi”nə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxx 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin, “ünvan 2 ünvanlarında yerləşən, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilm əsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi, "Cavabdeh1" MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı Cavabdeh1xxxx“xxxx MMM arasında bağlanmış xxx 2006-cı ıl tarixli müqavilənin etibarsız hesab edilməsi, “xxxx” MMM-dən 14.144 (on dörd min yüz qırx dord) manatın alınaraq İddiaçınə ödənilməsi”nə dəyişdirilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(82)-235/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim E.Mustafayev). Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının (V.Ağayev sədrlik edən-məruzəçi, hakimlər A.Nuriyeva və C.Yusifov) xxx 2019-cu il tarixli, 2-2(103)107/2019 saylı qətnaməsi ilə İddiaçı MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmaması ilə bağlı məhkəmələrin gəldiyi nəticə qanunsuz və əsassızdır və bu hüquq qanundan və cəmiyyətin nizamnaməsindən irəli gəlir, yaşayış binalarını tikintisinə icazə digər «Cavabdeh1-FK» Ltd şirkətinə verilsə də, sonradan həmin tikintinin icrası, yaşayış və qeyri-yaşayış sahələrinin satılması binalara xidmət göstərilməsi səlahiyyətləri məhz Cavabdeh1 MTK-ya verilmiş, sonuncu «Cavabdeh1-FK» Ltd şirkətinin nəzdində yaradılmış, məhkəmələr iddia tələbinin mahiyyətini, tələbin nədən ibarət olduğunu düzgün qiymətləndirməmiş, xxxx MMM 2017-ci ilin dekabr ayına kimi fəaliiyət göstərmiş, 14.144 manat məbləğində “Azəriqaz” İB-nə olan borc da məhz onun xidmət göstərdiyi dövrdə yaransa da, bu borc sonuncu tərəfindən deyil, qaz təchizatının dayandırılmaması üçün, id diaçı tərəfindən məcbur olaraq ödənilmişdir, işə baxılarkən Mülki Məcəllənin, Mənzil Məcəlləsinin, Mülki Prosessual Məcəllənin normaları pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Cavabdeh1 MTK-nın vəkili Nümayəndə5 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdeh “xxxx” MMM-nin direktoru Nümayəndə3 məhkəm ə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-cı maddəsinə əsasən izahatı dinlənilmədi. Əsalandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yox lanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı MMMC-nın nümayəndəsi və vəkili X2, Cavabdeh1 MTK-nın vəkili Nümayəndə5 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-107/2019 saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 Reyestri tərəfindən verilmiş xxx2017-ci il tarixli *********nömrəli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətinə əsasən, sahə mülkiyyətçilərinin xx x 2017-ci il tarixli qərarı və digər sənədləri əsasında İddiaçı MMMC daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xxx 2017-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi qeydiyyata alınmış, qanuni təmsilçisi Nümayəndə1dır, hüquqi ünvanı ünvan 3aməsinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən iddiaçı, müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsi nə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir, Cavabdeh1 MTK (Sifarişçi) ilə Cavabdeh2 MMM (İcraçı) arasında bağlanmış xxx 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı Şəhər İHnin *** saylı, xxx 98-ci il tarixli və **** saylı, xxx 2002-ci il tarixli sərəncamlarına əsasən “Cavabdeh1-FK” Ltd şirkəti tərəfindən ünvan 5 ünvan ında çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələşdirilməsinə və tikintisinə icazə verilmiş, tikinti «Cavabdeh1-FK» Ltd şirkətinin nəzdində yaradılmış Cavabdeh1 MTK üzvlərinin vəsaiti hesabına həyata keçirilir, Cavabdeh1 MTK Nərmanov rayonu, *******ünvanlarda çoxmərtəbəli yaşayış binaları kompleksini inşa edir və sakinlərə xidmət göstərilməsini təşkil edir, Müqavilənin 1.1-ci bəndinə əsasən «*******» kommunal xidmət göstərilməsini bu müqavilə ilə «İcraçı»ya həvalə edir, «İcraçı» tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (işlər) üzrə yaranan münasibətlər «İcraçı» ilə sakinlər arasında imzalanan fərdi ımiqavilələr ilə tənzimlənir, «*****» yaşayış binalarından ibarət kompleksdə yaşayış üçün nəzərdə tutulan işləri yerinə yetirdikdən sonra «İcraçı»ya işləmək üçün şərait yar adılmasını və ayrılmış sahədən istifadə etməyi; «İcraçı»nın sakinlərə kommunal xidmət göstərməsi üçün zəruri köməkliyi əsirgəməməyi və meydana çıxan sualların həllində iştirak etməyi; sakinlərə xidmət göstərmək üçün zəruri olan və yaşayış kompleksində quraşdırılan avadanlıqların işlədilməsi üçün texniki dəstəyin göstərilməsini; sakinlərə xidmət göstərmək üçün müvafiq kommunal və servis müəssisələri ilə submüqavilələrin (podrat, subpodrat, icarə, subicarə və s.) bağlanmasında «İcraçı»nın üstünlük hüququnun tanınmasını öhdəliyinə götürür, «İcraçı» yaşayış binalarından ibarət kompleksi qəbul etməyi və normal istismar şərtləri daxilində qüsursuz saxlamağı; «Sifarişçi»nin sakinlərə kommunal xidmət göstərilməsi zamanı meydana çıxa bilən texniki və digər sualların həllində iştirakını təmin etməyi; sakinlərə xidmət göstərmək üçün zəruri olan və yaşayış kompleksində quraşdırılan avadanlıqları normal, işlək və saz vəziyyətdə saxlanılması üçün əlindən gələni əsirgəməməyi və Sifarişçinin texniki dəstəyindən yararlanmağı öhdəliyinə götürür. İddia tələbini rədd edən məhkəmələr ona istinad etmişlər ki, MMC-nin səlahiyyətləri konkret və məhduddur, İddiaçı MMMC-nin iddia tələbinin, ünvan 2 ünvanlarında yerləşən, "Cavabdeh1” MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, həmin ünvanda yerləşən, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmə nzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi ilə bağlı tələb irəli sürmək üçün iddiaçının subyektiv hüququ yoxdur, həmin ünvanlarda yerləşən çoxmənzilli binaların sifarişçisi “Cavabdeh1 FK Ltd” MMM olduğundan qanunverciliyin tələbinə əsasən isə binaların istismara qəbul aktının alınması sifarişçinin vəzifəsidir, birinci instansiya məhkəməsi iddia tələbinin “ünvan 2 ünvanlarında yerləşən, "Cavabdeh1” MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi”nə dair hissəsi isə cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən, birinci instansiya məhkəməsi, iddia tələblərini bu hissələrdə də təmin etməməklə doğru nəticəyə gəlmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq nor malarının pozulması, sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyriyaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi ilə bağlı tələb irəli sürmək üçün i ddiaçının subyektiv hüququnun olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən sahə mülkiyyətçilərinin xxx 2017-ci il tarixli qərarı və digər sənədləri əsasında İddiaçı MMMC daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək məqsədi ilə xxx 2017-ci il tarixdə ***** qeydiyyat nömrəsi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3aməsinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən iddiaçı, müstəqil təsərrüfat subyekti olmaqla ünvan 4 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəali yyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”nə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi”nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Beləliklə, mübahisəli yaşayış kompleksində yaşayan sahə mülkiyyətçiləri tərəfindən yaradılmış və əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarət olan cəmiyyətin məhz məqsədlərini həyata keçirmək üçün zəruri olan sənədləri tələb etmək üçün iddiaçının subyektiv hüququnun olmadığı barədə məhkəmələrin gəldiyi nəticə hər hansı hüquqi əsasa söykənmir və tələb olunan sənədlərin surətlərinin ona verilməsi isə cavabdehin hər hansı konfidensial saxlanılmalı olan hüquqlarını pozmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: 122.1.1. qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; 122.1.2. illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 122.1.3. cəmiyyətin qə bul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 122.1.4. çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; 122.1.5. qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; 122.1.6. cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; 122.1.7. cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. Məhkəmə qərarlarında həmçinin qeyd edilmişdir ki, çoxmənzilli binaların sifarişçisi “Cavabdeh1 FK Ltd” MMM olduğundan, qanunverciliyin tələbinə əsasən bin aların istismara qəbul aktının alınması sifarişçinin vəzifəsidir, iddia tələbinin “ünvan 2 ünvanlarında yerləşən, "Cavabdeh1” MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların istismara qəbul aktının alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinə həvalə edilməsi, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi”nə dair hissəsi cavab verm əli olan şəxsə qarşı yönəlmədiyindən, iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli kompleksdə yaşayan və yaşadıqları mənzillərin pay haqlarını tam ödəmiş, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olan şəxslərin həmin mənzilləri öz mülkiyyətlərinə keçirmək hüquqları qanunla təsbit edilmişdir və bu hüququn həyata keçirilməsi isə yalnız tikinti normalarına tam riayət etməklə tikilmiş yaşayış binalarının səlahiyyətli dövlət orqanları tərəfindən istisnmara qəbul edilməsindən sonra həyata keçirilə bilər ki, hazırkı iddianın irəli sürülməsində əsas məqsədlərdən biri də məhz bundan ibarətdir. Cavabdeh həmin şəxslər qarşısında onlara pul müqabilində satdığı yaşayış sahələrini, yaşayış binalarını normalara tam uyğun olaraq inşa etmək və sonradan isə müvafiq komissiyaya təqdim edərək istismara qəbul etdirmək öhdəliyi daşıyır və iş materiallarından da göründüyü kimi bu müddət ərzidə cavabdeh tərəfindən bu öhdəlik yerinə yetirilməmişdir. Digər tərəfdən, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların layihələndirilməsinə və tikintisinə icazənin verilməsi barədə sərəncamın, işçi layihə-smeta sənədlərinin, eskiz layihələrinin, yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı payçılarla bağlanmış müqavilələrin təsdiq olunmuş surətlərinin Cavabdeh1 MTK-dan alınaraq "İddiaçınə verilməsi”hissəsində iddia tələbini rədd edən məhkəmələr bu sənədlərin iddiaçıya məhz kompleksin idarəçiliyinin həyata keçirilməsi üçün lazım olduğunu düzgün qiymətləndirməmiş, bu sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi ilə cavabdehin qanun la qorunan hər hansı mənafeyinin pozulmadığını nəzərə almamışlar. İşə baxmış məhkəmələr isə işin qeyd edilən hallarını düzgün qiymətləndirmək əvəzinə, mübahisənin yalnız formal tərəflərinə istinad etməklə, faktiki olaraqsa mübahisəni mahiyyəti üzrə həll etməkdən yayınmışlar. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X6rşı, xxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəbul edil miş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). İddia ərizəsində və apellyasiya şikayətində qeyd edilən, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu dəlillərə müfəssəl hüquqi qiymət verməməklə, apellyasiya məhkəməsi həmçinin istinad olunan qərarlarda vurğulanmış hüquqi mövqeyə də riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-107/2019 saylı qətnaməsi ləğv edilərək, iqtisadi iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2019-cu il tarixli, 2-2(103)-107/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-302/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-302/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver