Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-304/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin cavabdehə qarşı iddia tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: magistral su xəttinin mühafizə zonalarında inşa edilmiş tikililərin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı cavabdeh və onun vəkilinin iştirakı ilə, İddiaçı ASC-nin cavabdehə qarşı “magistral su xəttinin mühafizə zonalarında inşa edilmiş tikililərin sökülməsi” iddia tələbinə dair kom mersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)-80/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARI
1. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin 2003-cü il 12 sentyabr tarixində tərtib olunmuş 005557 nömrəli Texniki Pasportuna əsasən ünvan 1 ünvanında yerləşən 90 saylı mağaza 1973-cü ildə tikilmişdir. Tikinti altı sahə 143,8 m2 ümumi sahə 130,3 m2-dən ibarətdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 2005-ci il 23 iyun tarixli 005451 saylı "şəhadətnamə"yə əsasən, ünvan 1-də yerləşən 70,3 m2 qeyri-yaşayış sahəsi cavabdehin (bundan sonra – “cavabdeh”) xüsusi mülkiyyətidir.
3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 2005-ci il 23 iyun tarixli 005452 saylı "xxxx"yə əsasən, ünvan 1 ünvanında yerləşən 60 m2 qeyri-yaşayış sahəsi X1 (bundan sonra – “X1”) xüsusi mülkiyyətidir.
4. İş materiallarında olan “Bakı Sukanal” İdarəsinin Magistral xətlərə və kollektorlara texniki nəzarət sahəsinin rəisi Y1, həmin sahənin mühəndisi Y2 və Y3 iştirakı ilə tərtib edilmiş 2017-ci il 6 noyabr tarixli “Mühafizə zonasının pozulması barədə” Akta əsasən İddiaçı ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin xəttin üzərində və mühafizə zonasında özbaşına tikinti işləri aparılıb. Həmin tikili cavabdeha məxsusdur.
5. İş materiallarında olan ASC-nin “Bakı Sukanal” İdarəsinin rəisinin ünvan 1 ünvanında inşa edilmiş tikilinin sahibi cavabdeha ünvanladığı 2017-ci il 13 noyabr tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehdən özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən magistral su kəmərinin üzərinin və mühafizə zonasının boşaldılmasını təmin etməyi tələb edilmiş, əks təqdirdə icra hakimiyyəti orqanları və ya məhkəmə vasitəsi ilə özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi həyata keçirilərək bununla bağlı çəkilmiş bütün xərclərin cavabdehdan tələb olunacağı bildirilmişdir.
6. İş materiallarında olan vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh fərdi sahibkardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. ASC 2018-ci il 31 may tarixində cavabdeha qarşı onu tərəfindən ünvan 1 ünvanından keçən ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri əhalisinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi və axıdılan çirkab suların vaxtında və lazımi qaydada nəql edərək təmizlənib lazımi qaydada axıdılması paytaxtımızın gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Şəhərin iç məli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. cavabdeh tərəfindən ünvan 1 ünvanından keçən ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununlarının, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur.
9. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 180.1, 180.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 39.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
10. ASC-nin nümayəndəsi məhkəmə baxışında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin altından keçən su xətti 20-ci əsrin əvvəllərində Bakı şəhərinin şollar suyu ilə təmin edilməsi üçün çəkilmiş su xəttidir. 11. cavabdehun vəkili iddiaya etiraz edərək mövqeyini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvan 1 ünvanında hər hansı özbaşına tikili inşa olunmayıb. Qeyd olunan ünvanda cavabdehun xüsusi mülkiyyətində 70.3 m2 qeyri-yaşayış sahəsi var. Həmin tikili 1973-cü ildə dövlət tərəfindən inşa olunub və ölkəmiz müstəqillik əldə etdikdən sonra həyata keçirilən özəlləşdirmə proqramı çərçivəsində cavabdeh tərəfindən özəlləşdirilib. Bununla əlaqədar cavabdeha Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 2005-ci il 23 iyun tarixində 005451 saylı "şəhadətnamə" verilib. Mülkiyyətdə olan daşınmaz əmlakın dövlət tərəfindən alınması müstəsna hallarda olmaqla başqa qanunv ericilik normaları ilə tənzimlənir. İddia ərizəsində boru kəmərinin neçə metrinin qeyri-yaşayış sahəsinin altında olması, tikilinin neçə m2-nin su kəmərinin mühafizə zonasına düşməsi ilə bağlı hər hansı məlumat göstərilməyib və ümumiyyətlə cavabdehun qeyri-yaşayış sahəsinin altından və ya yaxınlığından su boru kəmərinin keçməsinə dair məhkəməyə hər hansı əsaslı sübutlar təqdim olunmayıb. cavabdehun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısından avtomobil yolu keçir. Qeyri-yaşayış sahəsinin altından və ya yaxınlığından magistral su kəməri keçdiyi təqdirdə, həmin su kəmərinin tikinti altına düşən hissəsinin cəmi 2-3 m qarşıya çəkilməsi və avtomobil yolunun altı ilə aparılması mümkün olduğu halda cavabdehun xüsusi mülkiyyətində olan qeyri- yaşayış sahəsinin sökülməsinin zəruriliyi i ddia ərizəsində əsaslandırılmayıb. Ümumiyyətlə, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan ASC-nin hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ və səlahiyyəti yoxdur. Hazırkı iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması məsələsi mübahisəlidir. İddia ərizəsinə əlavə olunan sənədlər arasında ASC-nin Nizamnaməsi olmadığından, ASC-nin İdarə heyətinin sədrinin öz səlahiyyətlərini Hüquq Departamentinin rəisinə ötürmək hüququnun olub-olmamasını müəyyən etmək mümkün deyil.
12. ASC 2018-ci il 28 iyun tarixində ərizə ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək iş icraata qəbul edilən zaman aidiyyət qaydalarının pozulduğunu bildirmiş, ona görə də işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2018-ci il 28 iyun tarixli 2(006)-4209/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üşün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (hakim – N.Tağıyeva). 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2018-ci il 17 oktyabr tarixli 2-2(81)-981/2018 saylı qərardadı ilə işi məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir (hakim – M.Əkbərov).
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 14 dekabr tarixli 22(103)-1058/2018 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir (sədrlik edən – S.Seyidova, hakiml ər –V.Məmmədov, İ.Əhmədov). 16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 aprel tarixli 2-2(81)-505/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. 16.1. ünvan 1 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus diametri 700 mm olan magitral su kəməri cavabdeha məxsus qeyri-yaşayış sahəsindən keçirmi? 16.2. ASC-nin sökülməsini tələb etdiyi tikili ilə cavabdeha məxsus olan 2005-ci il 23 iyun tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə qeydiyyata alınan tikili eyni obyektdirmi? 16.3. Mübahisəli tikili 2005-ci il 23 iyun tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhad ətnamə ilə əhatə olunan ərazidə yerləşirmi?
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2019-cu il 30 dekabr tarixli 12073 saylı ekspert rəyi ilə qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir. 17.1. 1-ci sual üzrə - Baxış zamanı tədqiq olunan obyektin yerləşdiyi ərazidən diametri 700 mm olan yeraltı su kəməri keçdiyi müəyyən edilmişdir. Lakin su kəmərinin digər hissələri torpağın altında olduğundan və kəmərin çəkilməsinə dair layihə sənədləri iş materiallarında olmadığından, həmin kəmərin konkret olaraq hansı istiqamətdə çəkildiyini və tədqiq olunan obyektin altından keçdiyini müəyyən etmək mümkün olmamışdır. 17.2. 2 və 3-cü suallar üzrə - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ASC-nin sökülməsini tələb etdiyi tikili ilə cavabdeha aid o lan 2005-ci il 23 iyun tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə qeydiyyata alınan tikilinin eyni obyekt olduğu və mübahisəli tikilinin həmin mülkiyyət hüququ haqqında şəhadətnamə ilə əhatə olunan ərazidə yerləşdiyi müəyyən edilmişdir.
18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli 2-2(113)-38/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – A.Əliyeva).
19. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ASC tərəfindən istinad edilən kimi mübahisəli qeyri-yaşayış sahəsi qanunsuz tikili deyil, xüsusi mülkiyyət hüququ əsasında cavabdehun mülkiyyətində olduğundan, həmçinin həmin qeyri-yaşayış sahəsinin texniki pasporta əsasən 1973-cü il tarixdə tikildiyi, ASC-nin qeyd etdiyi su xəttinin isə 20-ci əsrin əvvəllərində Bakı şəhərinin şollar suyu ilə təmin edilməsi məqsədilə çəkildiyini nəzərə alaraq iddia əsassızdır və rədd edilməlidir.
20. Məhkəmə bu qənaətini MPM-in 4.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 119.1, 217.4-cü, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 17, 70-ci, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 13.1, 13.2, 13.2.5, 13.2.7, 13.2.9, 13.2.10-cu maddələrinə, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli Fərmanının 6-cı bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarına istinad edərək əsaslandırmışdır.
21. ASC 2020-ci il 23 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2-2(103)80/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli e-2-2(113)-38/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qur banov və V.Baxışova).
23. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 23.1. ASC-nin sökülməsini tələb etdiyi mübahisəli ünvanda yerləşən cavabdeha məxsus tiklinin özbaşına tikili olduğu müəyyən edilmir. Əksinə, işdə olan sənədlərə əsasən müəyyən olunur ki, həmin tikili əvvəllər dövlətin mülkiyyətində olan, sonradan isə qanuni əsaslarla cavabdehun mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsidir. 23.2. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 2005-ci il 23 iyun tarixli 005451 saylı "şəhadətnamə"dən görünür ki, ünvan 1 ünvanında yerləşən 70,3 m2 qeyriyaşayış sahəsi cavabdehun xüsusi mülkiyyətidir. 23.3. Eyni zamanda, həmin Departament tə rəfindən verilmiş 2005-ci il 23 iyun tarixli 005452 saylı digər bir "şəhadətnamə"yə əsasən müəyyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 60 m2 qeyri-yaşayış sahəsi M.Nəcəfov adında başqa bir şəxsin xüsusi mülkiyyətidir. 23.4. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən 2003-cü il 12 sentyabr tarixində tərtib olunmuş müəəssisə və obyektin 005557 nömrəli Texniki Pasportuna əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən tikinti altı sahəsi 143,8 m2, ümumi sahəsi 130,3 (70,3 + 60) m2 ibarət olan 90 saylı mağaza 1973-cü ildə tikilmişdir. 23.5. İşdən həmçinin görünür ki, qeyd olunan 90 saylı mağazaya dair bundan əvvəl də - 1995-ci il 10 dekabr tarixli texniki pasport mövcud olmuşdur. 23.6. İş üzrə v erilmiş ekspert rəyindən isə aydın olur ki, ASC-nin sökülməsini tələb etdiyi tikili ilə 2005-ci il 23 iyun tarixli 005451 saylı "şəhadətnamə"yə əsasən cavabdehin adına qeydiyyata alınan tikili eyni obyektdir. 23.7. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, ASC-nin iddia tələbində və apellyasiya şikayətində ASC-yə məxsus diametri 700 mm-lik magistral xəttin mühafizə zolağındakı cavabdehə məxsus qanunsuz tikili inşa edildiyini mübahisələndirən dəlilləri həqiqətə uyğun deyil. Həmin tikili dövlət səviyyəsində 1973-cü ildə inşa edilmiş olan və hal-hazırda dövlət tərəfindən cavabdehun adına özəlləşdirilmiş olan tikili olmaqla, onun qanuni mülkiyyətindədir. 23.8. Digər tərəfdən, ekspert rəyindən görünür ki, cavabdehə məxsus obyektin yerləşdiyi ərazidən ASC-yə məxsus diametri 700 mm ol an yeraltı su kəməri keçdiyi müəyyən edilsə də, həmin kəmərin digər hissələri torpağın altında olduğuna və kəmərin çəkilişə dair layihə sənədləri mövcud olmadığından, konkret olaraq kəmərin hansı istiqamətdə olduğunu və onun obyektin altından keçibkeçmədiyni müəyyən etmək mümkün olmamışdır. 23.9. Bu halda, məhkəmə kollegiyası qeyd edir ki, həmin kəmərin cavabdeha mübahisəli qeyriyaşayış sahəsinin altından və yaxud “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin "xxxx" bəndi ilə müəyyən edlilən beş metrdən az olan mühafizə zolağından keçdiyini sübut etmə vəzifəsi isə məhz ASC-nin üzərinə düşür ki, onun tərəfindən də bununla bağlı mötəbər və inandırıcı sübutlar məhkəməyə təqdim edilməmişdir. 23.10. Qeyd olunmalıdır ki, belə sübutların mövcudluğu halında belə, cavabdehun mülkiyyətində olan qanuni tikilinin sökülməsi onun konstitutsion hüququnu pozmuş olar.
24. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – “ARK”) 13-cü maddəsinin İ hissəsinə, MM-nin 157.9, 180.1, 180.4, 246.4.3-cü, MPM-in 385.1.3-cü maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin "xxxx" bəndinə istinad etməklə əsaslandırmışdır.
25. ASC 2021-ci il 16 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
26. Bakı Apellyasiya Məhkəməsi işə baxarkən mübahisəli məsələ ilə əlaqədar mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin qüvvədə olub-olmamasını, qüvvədə olacağı halda sənəd ilə əhatə olunan ərazinin həmin ərazi olub-olmamasını, magistral su xəttinin üzərində yerləşən hissənin sonradan inşa edilmiş olmasını araşdırmamışdır. İşin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, mühafizə zonası pozulmuş magistral su xətti 1957-ci ildən bu günədək istismardadır. Sonradan inşa edilmiş qanunsuz tikili nəticədə magistral su xətti tikilinin alt hissəsində qalmış və qanunla qorunan mühafizə zonası pozulmuşdur. Məhkəmə işi araşdırarkən və qətnamə qəbul edərkən mühafizə zonası pozulmuş diamteri 700 mm olan xəttin yüksək təzyiqli magistral su kəməri olmasını, qəza hallarında tikilinin su xəttinin üzərində yerləşməsi səbəbindən qəza-bərpa işlərinin mümkünsüz olacağ ını, həmçinin ətrafda yaşayan, fəaliyyət göstərən şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradacağını, özbaşına tikililərin inşası nəticəsində magistral su xəttinin tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin qeyri-mümkün olmasını, bu halların da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacağını, eyni zamanda müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmaqla əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaratdığını, qəzalı hissədən xaric olan yüksək təzyiqli suyun ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan, fəaliyyət göstərən hüquqi və fizik i şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracağını, belə hallara görə kimin məsuliyyət daşıyacağını nəzərə almamışdır. Belə hallar dəfələrlə baş vermiş, ASC-yə qarşı bununla əlaqədar olaraq müvafiq məhkəmələrdə dəymiş ziyanın ödənilməsinə dair iddialar qaldırılmış və kompensasiya tutulmuşdur. 27. cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin 70.3 m2 hissəsi cavabdehun, 60 m2 hissəsi isə M.Nəcəfovun adına rəsmiləşdirilmiş, bu barədə onlara Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən 2005-ci il 23 iyun tarixli 005451 saylı və 005452 saylı "şəhadətnamə"lər verilmişdir. ASC tərəfindən hə min şəhadətnamələrin ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırılmış, iş hazırda həmin məhkəmənin hakimi Aytən Oruczadənin icraatındadır. MPM-in 254.1.4cü maddəsinə əsasən, işin ədalətli və obyektiv həll edilməsi üçün həmin inzibati iş baxılıb yekunlaşdırılanadək bu iş üzrə icraat dayandırılmalıdır.
28. Kassasiya şikayəti MPM-in 9.1, 88, 217, 254.1.4, 403.1, 405.0.1, 418.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 62-ci maddəsinə, “Su Təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə iclasında iştirak edən cavabdehun vəkili kassas iya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
31. Məhkəmə iclasında iştirak edən cavabdeh vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və şikayətin təmin edilməməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddia tərəfi məhkəmə iclasına gəlməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə u yğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜ QUQ
36. ARK-nın müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “Maddə
13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur....”
37. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” “Maddə
180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.... 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” “Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması... 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-c ü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir:... 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir....”
38. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdi m olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 11 9.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” 39. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
17. Sanitar mühafizə zonaları
1. Su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şə xslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına malikdirlər.
2. Su təchizatı müəssisəsi sanitar mühafizə zonası rejimini mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.” “Maddə
70. Su kəmərləri və kanalizasiya sistemlərinə təsir göstərən qurğuların tikintisi Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.” 40. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 1.Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. hidrotexniki qurğu - su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platfor maları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğular; 1.0.2. hidrotexniki qurğunun təhlükəsizliyi - hidrotexniki qurğunun qəzaya uğraması və zədələnməsi nəticəsində yarana biləcək fəlakətlərdən və təhlükəli hadisələrdən insanların həyatının, sağlamlığının, dövlətin əmlak maraqlarının, ətraf mühitin və təsərrüfat obyektlərinin mühafizəsini təmin edən xüsusiyyətləri;...” “Maddə
13. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri 13.1. Hidr otexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 13.2. Hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirən orqanların vəzifələri aşağıdakılardır:... 13.2.5. qurğulara maneəsiz baxış keçirmək, təhlükəsizliyi barədə materiallarla tanış olmaq və texniki nəzarəti təşkil etmək; 13.2.7. qurğuların yerləşdiyi ərazilərdən, çayların məcralarından, digər sututarlardan və onlara bitişik ərazilərdən (suqoruyucu zonalar yerləşən torpaq sahələri istisna olmaqla) istifadə olunmasını razılaşdırmaq; 13.2.9. çayların məcralarında, sututarlarda, onlara bitişik sahələrdə və dənizdə hidrotexniki qurğuların təhlükəsizliyinə xələl gətirən hüquqi və fiziki şəxslərin təsərrüfat fəaliyyətini dayandırmaq yaxud məhdudlaşdırmaq; 13.2.10. qurğuların təhlükəsizliyi təmin olunmadıqda tikinti, yenidənqurma, bərpa və konservasiya işlərini, eləcə də fəaliyyətini dayandırmaq.” 41. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli Fərmanının müvafiq müddəasında aşağıdakılar nəzərdə tutulur: “6. “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci, 14.3-cü və 14.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”
42. KMP-nin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 4 may tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 iyul tarixli qərarında qeyd edilmişdir ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
43. İş materiallarını, kas sasiya şikayətin dəlillərini (bax yuxarıda §§ 26-27) işin materialları ilə birgə araşdıraraq, cavabdeh tərəfin izahatlarını dinləyərək məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətini qismən əsaslı hesab edir, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.
44. İşin materiallarından görünür ki, iş üzrə təyin edilmiş ekspertizanın qarşısında qoyulmuş 1-ci suala ekspert cavab verə bilməmiş, bununla bağlı ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı tədqiq olunan obyektin yerləşdiyi ərazidən diametri 700 mm olan yeraltı su kəməri keçdiyi müəyyən edilmişdir. Lakin su kəmərinin digər hissələri torpağın altında olduğundan və kəmərin çəkilməsinə dair layihə sənədləri iş materiallarında olmadığından, həmin kəmərin konkret olaraq hansı istiqamətdə çəkildiyini və tə dqiq olunan obyektin altından keçdiyini müəyyən etmək mümkün olmamışdır.
45. İşə hələ birinci instansiya məhkəməsində baxılarkən ASC təkrar ekspertizanın təyin edilməsinə dair məhkəməyə yazılı vəsatət vermiş (i/v 132), vəsatətdə göstərmişdir ki, magistral su xətti və onun hansı istiqamətdə keçməsi ASC-nin nümayəndələri tərəfindən yerli baxışda iştirak edən ekspertə göstərilsə də, ekspert tərəfindən suala aydınlıq gətirilməmiş və əlavə olaraq magistral su xəttinin mühafizə zonasında yerləşən tikilinin sənəddə qeyd olunan tikili olubolmaması, sonradan inşa edilib-edilmədiyi müəyyən olunmamışdır.
46. Birinci instansiya məhkəməsinin 2020-ci il 16 iyun tarixli keçirilmiş iclasının protokolundan (i/v 133) görünür ki, məhkəmə MPM-in 97.1-ci maddəsinin (bax yuxarıda § 38) tələbini pozaraq, əsaslan dırılmış qərardad qəbul etmədən həmin vəsatəti təmin etməmişdir.
47. Eyni zamanda, elə həmin iclasda məhkəmə hazırkı işlə bağlı ASC-yə sorğu verilməli olmasını bildirərək, sorğuya cavab gəlməsi üçün məhkəmə iclasının 1 iyul tarixinə təxirə salınması barədə qərar qəbul etmiş, 2020-ci il 16 iyun tarixində ASC-yə iş üzrə yaranmış zərurətlə əlaqədar ərazi üzrə layihənin təqdim olunmasına dair sorğu məktubu göndərmişdir.
48. İş materiallarında olan 2020-ci il 20 iyul tarixli məhkəmə bildirişlərindən (i/v 139-140) görünür ki, məhkəmə baxış iclası 12 avqust tarixinə təyin olunmuşdur.
49. ASC 2020-ci il 11 avqust tarixli məktubla (i/v 142-146) sorğu ilə tələb olunan sənədləri (magistral su kəmərinin layihəsi və eskizini) məhkəməyə təqdim etmişdir.
50. Birinci instansiya məhkəməsinin 2020-ci il 12 avqust tarixli qətnaməsində isə ASC-nin məhkəmənin sorğuya cavab olaraq təqdim etdiyi sənədlərə ümumiyyətlə istinad olunmamış, bununla bağlı hər hansı araşdırma aparılmamış, həmin sənədlərə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, məhkəmə iclasının protokolundan da görünür ki, məhkəmə bununla bağlı hər hansı münasibət bildirməmişdir (i/v müvafiq olaraq 147-149 və 150-156).
51. Beləliklə, məhkəmə onu maraqlandıran və iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmadan, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 38) tələblərini pozaraq, MPM-in 217.1-ci maddəsinin (bax yuxarıda § 38) tələbinə uyğun gəlməyən əsaslandırılmamış qətnamə qəbul etmişdir.
52. ASC təkrar ekspertiza keçirilməsinə dair vəsatətində gətirdiyi dəlilləri eynilə apellyasiya şikayətində də göstərməsinə baxmayaraq, apel lyasiya instansiyası məhkəməsi də həmin məsələyə lazımi reaksiya verməmiş, ASC-nin məhkəmənin sorğusuna əsasən təqdim etdiyi magistral su kəmərinin layihəsi və eskizi ilə bağlı hər hansı araşdırma aparmamış, eyni zamanda öz qətnaməsində də həmin sənədlərə istinad etməmiş, onlara hüquqi qiymət verməmiş, nəticədə özü də MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, MPM-in 217.1-ci maddəsinin tələbinə uyğun gəlməyən əsaslandırılmamış qətnamə qəbul etmişdir.
53. Bundan başqa, ASC-nin təkrar ekspertiza keçirilməsinə dair vəsatətində, apellyasiya və kassasiya şikayətlərində istinad etdiyi əsas dəlillərdən biri ondan ibarətdir ki, mübahisəli tikilinin magistral su xəttinin üzərində yerləşən hissəsinin sonradan, yəni mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verildikdən sonra özbaşına inşa edilib- edilməməsi araşdırılmamışdır. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Belə ki, iş üçün mühüm əhəmiyyət kəsb edən bu məsələ iş üzrə təyin olunmuş ekspert tədqiqatının predmeti olmamış, habelə bununla əlaqədar başqa araşdırma aparılmamışdır. Ona görə də həmin məsələ ilə baqlı hazırda birmənalı nəticəyə gəlmək mümkün deyildir.
54. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hazırkı vəziyyətdə əsaslı olmadığından ləğv edilməli, göstərilənlər nəzərə alınmaqla yol verilmiş nöqsanlar aradan qaldırılmalı, iş üzrə yenidən araşdırma aparılmalı, o cümlədən ASC-nin məhkəmənin sorğusuna əsasən təqdim etdiyi magistral su kəmərinin layihəsi və eskizinə, habelə mübahisəli tikilinin magistral su xəttinin üzərində y erləşən hissəsinin sonradan, yəni mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verildikdən sonra özbaşına inşa edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir.
55. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından görünür ki, kassasiya şikayətində qeyd edildiyi kimi, ASC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarışı cavabdehun və Mirzəməmməd Dadaş oğlunun adına verilmiş 2005-ci il 23 iyun tarixli 005451 saylı və 005452 saylı Mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində 2021-ci il 16 mart tarixində iddia qaldırmış, 2-1(112)5042/2021 saylı iş hazırda həmin məhkəmənin hakimi Aytən Oruczadənin icraatın dadır, həmin iş üzrə hazırlıq iclası keçirilmişdir.
56. Odur ki, yeni apellyasiya baxışında məhkəmə hazırkı kommersiya işi üzrə icraatın dayandırılması imkanını da hüquqi baxımdan qiymətləndirməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 22(103)-80/21 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.