Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-305/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər X3 və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb edilməklə ) “hərracın nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-124/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 31 may tarixli 2-2(119)-29/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı, Niyazov Güloğlan Nəsir oğluna, X1 və X2 qarşı iddiası qismən təmin edilərək cavabdehlər İddiaçı, G.Niyazov və C.Quliyevdən müştərək qaydada cəmi 214.744,58 manat məbləğində pul vəsaitinin ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh Niyazov Güloğlan Nəsir oğluna məxsus Sumqa yıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq iddiaçı Cavabdeh2 ASC-yə olan cəmi 214.744,58 manat məbləğində borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır.
2. MMC tərəfindən verilmiş 2023-cü il 18 iyul tarixli 01 nömrəli bildirişə əsasən Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat olmaqla açıq hərracın 2023-cü il 14 avqust saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi tərəflərə bildirilmişdir.
3. MMC tərəfindən verilmiş 2023-cü il 15 avqust tarixli 02 nömrəli bildirişə əs asən Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 212.500 manat olmaqla açıq hərracın 2023-cü il 1 sentyabr saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi tərəflərə bildirilmişdir. 4. “Birja yenilikləri” qəzetinin 2023-cü 18 iyul, 15 avqust və 5 sentyabr 2023-cü il tarixlərində çıxan 359, 363 və 366 nömrələrində Sumqayıt şəhəri, Şəmşad Pənahov küçəsində yerləşən 62 nömrəli fərdi yaşayış evinin müvafiq tarixlərdə hərraca çıxarılması ilə bağlı elanlar verilmişdir.
5. MMC tərəfindən 2023-cü il 18 iyul tarixində İddiaçı, C.Quliyev və G.Niyazova bildiriş göndərilmiş, hər üç bildiriş Niyazov.E soyadı ilə imzalanaraq qəbul edilmişdir (ƏİV seriyalı müxtəlif nömrəli mədaxil qəbzlərinin surətinə əsasən).
6. MMC tərəfindən bildiriş 2023-cü il 15 avqust tarixində də yuxarıda adı çəkilmiş hər üç şəxsə göndərilmiş, həmin bildirişlər 2023-cü il 19 avqust tarixində Niyazova soyadı ilə imzalanaraq qəbul edilmişdir (ƏİV seriyalı müxtəlif nömrəli mədaxil qəbzlərinin surətinə əsasən).
7. MMC tərəfindən bildiriş 2023-cü il 5 sentyabr tarixində hər üç şəxsə göndərilmişdir (ƏİV seriyalı müxtəlif nömrəli mədaxil qəbzlərinin surətinə əsasən).
8. Sumqayıt şəhərinin Ş.Pənahov küçəsində yerləşən 293,2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları 2023-cü il 25 oktyabr tarixində Cavabdeh2 ASC-nın adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) 2024-cü il 9 fevral tar ixində iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək MMC (bundan sonra – “MMC”) tərəfindən keçirilmiş Sumqayıt şəhərinin Şəmşad Pənahov küçəsində yerləşən 293.2 kv.m ümumi (83,6 kv.m yaşayış, 209,6 kv.m yardımçı) sahədən ibarət 5 otaqlı 62 nömrəli fərdi yaşayış evinin (bundan sonra – “hərrac predmeti”) hərracdan satılmasının nəticələri haqqında protokolun əsassız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hərracların keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracların keçirilməsindən xəbərdar olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Bu radan da görünür ki, keçirilmiş hərrac mülki qanunvericiliyin tələblərinə zidd olaraq keçirilmiş, cavabdehlər tərəfindən qərəzli şəkildə iddiaçıya məlumat verilməmişdir. Qeyd olunmuş hallar həmin hərrac protokolunun və alqısatqı müqaviləsinin məhkəmə qaydasında etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin hərrac keçirilidikdən sonra iddiaçı rəsmi şəkildə MMC-yə hərrac predmeti barədə keçirilmiş hərracın yekun sənədlərini ona göndərməsini xahiş etsə də, cavabdeh tərəfindən ona yekun hərrac protokolları deyil, hərrac keçirilməsi barədə bildirişlər göndərilmişdir.
11. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin (bundan sonra – “ASC”) nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. İlk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Çünki ipoteka predmeti kim i mənzil Niyazov Güloğlan Nəsir oğluna, yəni onun atasına məxsusdur. Digər tərəfdən, keçirilmiş hərracla bağlı ona məlumat verilməməsi və digər iddia ərizəsində qeyd edilən hallar da əsassızdır və bu hallara dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə ki, hərrac sifarişi İcra İdarəsi tərəfindən 2023-cü il 17 iyul tarixində hərrac mərkəzinə göndərilmişdir. “İpoteka haqqında” Qanunun normalarına əsasən sifariş alındıqdan sonra 30 gün ərzində birinci hərrac 2023-cü il 14 avqust tarixində keçirilmişdir. Yəni sifariş alındıqdan 26 gün ərzində artıq birinci hərrac baş tutmuşdur və həmin hərracın bildirişi isə 2023-cü il 8 iyul tarixində bütün cavabdehlərə göndərilmiş və bunlar poçt qəbzləri ilə sübut olunur. Bildirişlər cavabdehlərə göndərilməklə yanaşı, “Birja yenilikləri” qəzetində də hərra cın keçirilməsi ilə bağlı elan yerləşdirilmişdir. Birinci hərrac baş tutmadıqdan sonra ikinci dəfə hərrac 2023cü il 1 sentyabr tarixində keçirilmiş, hərracın keçirilməsi ilə bağlı bildirişlər bütün cavabdehlərə göndərilmiş, həmçinin Niyazov soyadlı şəxs tərəfindən həmin bildirişlər qəbul edilmişdir. Hərracın baş tutmaması barədə elan “Birja yenilikləri” qəzetində yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 oktyabr tarixli e-2-2(113)4652/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 31 may tarixli 2-2(119)-29/2022 nömrəli qətnaməsinin icrası ilə əlaqədar G.Niyazova hərrac predmetinin hərraca çıxarılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq MMC tərəfindən 2023-cü il 18 iyul tarixli 01 nömrəli və 2023cü il 15 avqust tarixli 02 nömrəli bildirişlər bütün cavabdehlərə göndərilmiş, həmçinin rəsmi qəzetdə elan dərc edilmişdir.
14. Məhkəmə iddiaçının hazırkı tələblə bağlı subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə ASC arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı kimi iddiaçının atasına məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi iddiaçı ipoteka qoyan olmasa da, ipoteka ilə yüklü edilmiş əmlak onunla bank arasında imzalanmış kredit müqaviləsinin təminatı kimi çıxış edir. Həmin əmlakla bağlı hərracın keçirilməsi, həmçinin əmlakın dəyərinin müəyyən edilməsi və satışı g ələcəkdə birbaşa olaraq kredit öhdəliyinin bağlanmasına yönəldiləcəyindən hərracın keçirilməsi ilə bağlı əmələ gələn hüquqi nəticələr müqavilə tərəfi kimi iddiaçının maraqlarına da toxunur. Bu səbəbdən onun hazırkı iddianı qaldırmaqda subyektiv hüquqi vardır.
15. Bununla belə, hərrac təşkilatçısı tərəfindən hərrac keçirilərkən həmin hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını ən geci 30 gün qabaqcadan xəbərdar etməməsi, ona yazılı bildiriş göndərməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi, eləcədə hərrac barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməməsini sübuta yetirəcək mötəbər dəlillər məhkəməyə təqdim edilmədiyindən iddia tələbi özü-özlüyündə əsassızdır. Bundan başqa, hərracın keçirilməsi vaxtı barədə ona qanunla müəyyən edilmiş müddətlər ər zində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi iddiaçı tərəfindən iddia tələbində, ümumiyyətlə, əsaslandırılmamışdır. Belə ki, göstərilən hallar üzrə sübutetmə yükü məhz elə iddiaçının üzərinə düşür.
16. Əksinə, MMC tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçının hərracın keçirilməsi ilə bağlı lazımi qaydada məlumatlandırıldığı və hərracın qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyi müəyyən edilmişdir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4, 319.5, 415.2-ci (bundan sonra – “MM”), “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1, 43.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.1 və 218.3 -cü maddələrinə istinadla əsaslandırmışdır.
18. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-124/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).
20. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma və nəticə hissəsi ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hərrac təşkilatçısı qanunvericiliklə üzərinə düşən vəzifə ləri yerinə yetirərək ipoteka qoyanın qeydiyyatda olan ünvanına bildiriş göndərməklə öz vəzifəsini icra etmiş və həmin ünvanda məktubun kimin tərəfindən alınmasından asılı olmayaraq məktub təqdim edilmiş sayılır. Belə ki, həmin ünvanda ipoteka qoyanın deyil, başqa şəxslərin olması cavabdehin deyil, ipoteka qoyanın məsuliyyətindədir. İddiaçının hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı yeganə əsası hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyana təqdim edilməməsidir ki, bu hal da iş materialları ilə öz təsdiqini tapmamışdır.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-in 319.4, 319.5, 385.1, 415.2, 425.1, 425.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6, 41.2, 41.5, 42.1, 42.8 və 43.7-ci maddələrinə istinadla əsaslandırmışdır.
23. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. MM-in 416-cı maddəsi üzrə - Qarşı tərəfin məlumatlandırılmaması səbəbindən hərracın nəticələri haqqında yekun protokol və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə ziddir. Lakin iclasda təqdim olunmuş sübutlara və faktiki halların qeyri-müəyyə n olmasına əhəmiyyət verməyərək məhkəmə hərracı etibarsız saymamışdır.
25. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə - Məhkəmə qərar çıxararkən iddiaçının hüquqlarını nəzərə almamış, birtərəfli mövqedə olaraq qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı müqavilə öhdəliklərindən məlumatlıdır və onların fərqindədir. Lakin keçirilən hərrac qanuna zidd şəkildə təşkil olunmuş, mülkiyyətçi olaraq iddiaçının hüquqları məhdudlaşdırılmışdır. 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsi üzrə - İddiaçının hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda, icra idarəsi hərracın keçirilməsi ilə bağlı onu məlumatlandırmamışdır. Bildirişlər məhkəməyə sübut kimi təqdim edilsə də, həmin imzaların iddiaçıya və ailə üzvünə aid edilməsi qeyri-müəyyəndir. Buna ba xmayaraq məhkəmə şübhəli və natamam dəlili sübut kimi qəbul edərək ona müsbət hüquqi qiymət verməklə cavabdehin xeyrinə qanunsuz qətnamə qəbul etmişdir.
27. MPM-in 9.1-ci maddəsi üzrə - Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Belə ki, heç bir araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir.
28. MPM-in 97.1-ci maddəsi üzrə - Mübahisəli məsələ ilə bağlı ekspert rəyinə ehtiyac olduğu halda məhkəmə bəzi yaranmış sualların izahını vermək üçün iş üzrə ekspert təyin etməmişdir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş bildirişlərə çəkilən imzanın iddiaçıya məxsus olub-olmamasını müəyyənləşdirmək üçün ekspert rəyi mütləq idi. Halbuki həmin imzaların kim tərəfindən çəkilməsi belə qeyri-müəyyəndir. Belə ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsi tərəfindən işin araşd ırılmayan məsələlərinə aydın gətirmək üçün məhkəmə ekspertizası təyin edə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edil miş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri... 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələ b etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. 33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndlərində aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka – öhdəliyin icrasının təmin edilməsi üsu lu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur;...” “Maddə
6. İpoteka predmeti 6.1. İpoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər....” “Maddə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bu ndan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.5. Hərrac açıq auksion formasında keçirilir”. “Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vax tı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur”. “Maddə
43. Hərracın baş tutmamış elan edilməsi... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərd ə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun....”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məc əllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərə görə əsassız hesab edir.
36. İş materiallarından görünür ki, iddiaçı oxşarməzmunlu dəlilləri aşağı instansiyada da bildirmiş, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə cavab olaraq göstərmişdir ki, hərrac təşkilatçısı qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirərək ipoteka qoyanın qeydiyyatda olan ünvanına bildiriş göndərməklə öz vəzifəsini icra etmiş və həmin ünvanda məktubun kimin tərəfindən alınmasından asılı olmayaraq məktub təqdim edilmiş sayılır. Belə ki, həmin ünvanda ipoteka qoyanın deyil, başqa şəxslərin olması cavabdehin deyil, ipoteka qoyanın məsuliyyətindədir. İddiaçının hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı yeganə əsası hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyana təqdim edilməməsidir ki, bu hal da iş materialları ilə öz təsdiqini tapmamışdır.
37. Kassator özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
38. Məhkəmə kollegiyası həmin nəticə ilə və məhkəmənin əsaslandırması ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin də lillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə (bax § 34) əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 34) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-124/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiy asının 2025-ci il 15 yanvar tarixli 2-2(103)-124/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.