Məhkəmə qərarları › İş №2-2(102)-310/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-310/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-310/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit borcu üzrə tutulmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Mərkəzi Bankının Cavabdeh MMC-yə qarşı “kredit borcu üzrə tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə ilk və Cavabdeh MMC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “sonrakı ipote ka müqavilələrinin bağlanmamış hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair kommersiya işi üzrə iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadından verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddia tələbi Azərbaycan Respublikasının Mərkəzi Bankının ləğv prosesində olan "xxxx" ASC-yə qarşı təminatlı və ləğvedici tərəfindən təsdiq edilmiş kreditor tələbindən irəli gəlir. 2. 2020-ci il 21 may tarixli arayışa əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının kreditor tələbi "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansi ya məhkəməsində icraat

3. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-nin 2019-cu il 19 mart tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas, 530.000 manat faiz borcu olmaqla, ümumilikdə 10.530.000 manat, 2019-cu il 05 aprel tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə 3.500.000 manat əsas, 185.500 manat faiz borcu olmaqla, ümumilikdə 3.685.500 manat olmaqla, cəmi 14.215.500 manat kredit borcunun ödənilməsi üçün tutmanın cavabdehə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 kv.m. ümumi sahədən ibarət beşmərtəbəli yaşayış binasına yönəldilməsinə, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiy mət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə iddiaçı qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında 2019-cu il 19 mart tarixli, KBY19-1868 nömrəli və 2019-cu il 05 aprel tarixli, KBY19-1877 nömrəli kredit müqavilələri bağlanmışdır. İddiaçı tərəfindən "xxxx" ASC-yə hər iki kredit müqaviləsi üzrə 360 gün müddətinə, illik 9% ödəməklə ayrı-ayrılıqda 10.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləl ərində kredit üzrə əsas borcun müvafiq olaraq 2020-ci il 13 mart və 2020-ci il 30 mart tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi cavabdehə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 m2 ümumi sahədən ibarət beşmərtəbəli yaşayış binası barəsində 2019-cu il 04 aprel tarixli, İBY19-1868/1 nömrəli və 2019-cu il 10 aprel tarixli, İBY19-1877/1 nömrəli ipoteka müqavilələri bağlanmışdır.

5. Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli, 2-3(103)-129/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq bo rc məbləği həcmində iddiaçının kreditor tələbləri bankın ləğvedicisinə 2020-ci il 15 may tarixli, 25-00226-2020 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. 6. "Atabank” ASC-nin hazırkı günə iddiaçı qarşısında kredit müqavilələri üzrə borcu 2019-cu il 19 mart tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10.000.000 manat əsas, 530.000 manat faiz borcu olmaqla, ümumilikdə 10.530.000 manat, 2019-cu il 05 aprel tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə 3.500.000 manat əsas, 185.500 manat faiz borcu olmaqla, ümumilikdə 3.685.500 manat təşkil edir. Göstərilən kredit müqavilələri üzrə faiz borcları "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2020-ci il 30 aprel tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır.

7. İddiaçı ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyan cavabdehə 2020-ci il 03 iyun tarixli, 25-00258-2020 nömrəli məktubla göndərmişdir. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər "İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2020-ci il 10 iyun tarixli məktubu ilə bildiriş qeydə alınmışdır.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, 2019-cu il 04 aprel tarixli İBY19-1868/1 nömrəli və 2019-cu il 10 aprel tari xli İBY19-1877/1 nömrəli sonrakı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin ediləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 avqust tarixli, e-2-2(113)-2392/2021 saylı qərardadı ilə ilkin iddia tələbi üzrə icraata xitam verilmişdir (hakim – F.Qasımov).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ləğv prosesində olan "xxxx" ASC-yə qarşı borcun ödənilməsi barədə tələbi, mülki icraat (iddia icraatı) qaydasında deyil, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ləğvetmə prosesi çərçivəsində irəli sürülmüşdür.

11. Qanunvericilik ləğvetmə prosesində olan banka qarşı tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı xüsusi prosedur müəyyən etm işdir ki, bu da tələbə mülki icraat qaydasında baxılmasını istisna edir.

12. Bundan başqa, borcun tutulması barədə tələb, həmçinin, həmin borcun təminatı olan əmlaka tutmanın yönəldilməsi barədə tələb üzrə ləğvetmə prosesi çərçivəsində xüsusi qayda müəyyən olunduğu halda, həmin tələblərə iddia icraatı qaydasında baxılması mümkün deyildir. Buna görə də, işə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir

13. Məhkəmə bu qənaətini “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3, 81-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 261.0. və 261.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələr inin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

14. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 sentyabr tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və E.E.Nağıyeva) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununda kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin açıq hərracda satılmasının ləğvedici tərəfindən həyata keçirilməli olduğu nəzərdə tutulduğundan, ləğvetmə prosesi çərçivəsində həll edilməli olan tələbə məhkəmə tərəfindən iddia icraatı qaydasında baxıla bilməz.

17. İrəli sürülmüş qarşılıqlı iddia ilk iddia tələbi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin hər iki iddia tələbi üzrə icraata xitam verilməli olduğuna dair iş üzrə gəldiyi nəticə əsaslıdır.

18. Məhkəmə bu qənaətini “Banklar haqqın da” Azərbaycan Respublikası Qanununun 81.1, 81.4, 82-ci və Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ötürülmüş prosessual müddət Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 fevral tarixli 2-2(103)1235/2021 saylı qərardadı ilə bərpa edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Qanunverici ləğvetmə prosesi çərçivəsində yalnız bank aktivlərinə daxil olan girova (ipotekaya) qoyulmuş əmlakların ləğvedici tərəfindən satışını nəzərdə tu tmuşdur. Hazırki iş üzrə iddia tələbinin predmeti isə ləğv prosesində olan bankın aktivinə daxil olmayan, onun öhdəliklərinin təminatı üçün üçüncü şəxs tərəfindən ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsindən ibarətdir. İpotekaya qoyulmuş əmlak xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsə, yəni cavabdehə məxsusdur və bu əmlak heç bir hissədə bankın aktivlərinə daxil deyildir.

22. Qanunvericilik ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu, o cümlədən məcburi qaydada yönəldilməsi hüququnu yalnız ipoteka saxlayana verir və üçüncü tərəfin bu hüquqdan istifadə olunmasını nəzərdə tutmur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 27 avqust tarixli 2(102)-5364/2019 nömrəli qərarında iddiaçının ipoteka saxlayan kimi hüquqları məhkəmə tərəfindən müda fiə olunmuş və haqlı olaraq məhkəmə belə qərara gəlmişdir ki, “Banklar haqqında” Qanunun 81-ci maddəsində qanunverici üçüncü şəxslərin mülkiyyətində olan və ipotekaya qoyulmuş əmlakların deyil, bankın aktivlərinə daxil olan əmlakların ləğvedici tərəfindən hərracda satılmasını və bunun yalnız açıq hərrac vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Həmçinin qeyd edilən maddədə ipotekaya qoyulmuş əmlakların məhkəmə qaydasından kənar ləğvedici tərəfindən müstəqil surətdə satılmasına dair müddəa yoxdur. Belə ki, qanunverici ipotekaya qoyulmuş əmlaka tələbin yönəldilməsini müvafiq iddia verilməklə məhkəmə qaydasında həyata keçirilməsini nəzərdə tutmuşdur.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 6.2, 317.1, 319.1-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3 və 81-ci maddələrin in tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi “Banklar haqqında” Qanunun 77.3-cü maddəsi yalnız təminatlı kreditorların öz tələblərini hansı həcmdə qeydə aldırmaq hüququna malik olduğunu nəzərdə tutur və tələbləri üçüncü şəxslərin aktivlərinin girovu ilə təmin edilmiş kreditorlara öz tələblərini qeydə aldırmağı qadağan etmir və ümumiyyətlə, girov qoyulmuş aktivlərin açıq hərracda satışına dair hər hansı istisnanı müəyyən etmir. 26. “Banklar haqqında” Qanunun 81.1.1 və 81.1.2-ci maddələrində üçüncü şəxslərin girov qoyulmuş əmlaklarının açıq hərracda satışını istisna edən heç bir müddəa yoxdur. Əksinə, yalnız həmin maddələrdə müəyyən ed ilmiş hallar istisnadır və qalan bütün hallar aktivlərin açıq hərracda satışını nəzərdə tutur.

27. Qanunun 81.4-cü maddəsi bütün təminatlı kreditorların təminatın satışından sonra tələblərinin tam ödənilməməsi halında təmin olunmayan hissədə tələblərinin təminatsız tələb kimi növbəliyə düşdüyünü müəyyən edir və bu Qanunun 77.3-cü maddəsinin təsiri altına düşən kreditorlarla birlikdə vahid yanaşmanın müəyyən edildiyini göstərir.

28. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 317.1 və 319.1-ci maddələrinə, eləcə də, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına istinad edərək, ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsinin iddia verməklə məhkəmə qaydasında həyata keçirilməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı nəzərə almamışdır ki, “İpoteka haqqında” Qanunda dəyişikliklər edilmə si haqqında 2018-ci il 28 dekabr tarixli Qanuna əsasən ipoteka predmetinə tutma yönəldilməsi qaydasına dəyişikliklər edilmiş və hazırkı iş üzrə tələb qanuni olduğu halda, tutma yalnız məhkəmədənkənar qaydada həyata keçirilə bilər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam o laraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri).

31. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

32. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 33. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “M a d d ə 7

7. Tələblərin qəbulu....77.3. Tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. “M a d d ə 8

1. Girovla təmin edilmiş tələblər 81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təmi natı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.

34. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;....... İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının istinad etdiyi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.3 və 81-ci maddələri bank aktivlərinin deyil, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı olan bütün aktivlərin ləğvedici tərəfindən açıq hərracda satılmasını nəzərdə tutur.

37. İş materiallarından görünür ki, iddiaçı 25-00226-2020 saylı, 2020-ci il 15 may tarixli məktubla ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, ləğv prosesində olan banka qarşı tələbinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən qeydə alınmasını xahiş etmiş və həmin məktubla qeydə alınması xahiş edilən hər bir tələbin təminatı barədə məlumatlar qeyd edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaçıya ünvanlanmış 2020-ci il 22 may tarixli məktubuna əsasən iddiaçının 19.981.535,17 manat məbləğində tələbi Kreditor tələblərinin reyestrində 0064 nömrəsi ilə qeydə alınmışdır.

38. Qeyd edilənləri və qanunvericinin müfl is elan edilmiş banka qarşı bütün tələblərin yalnız “Banklar haqqında” Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində həyata keçirilməsinə dair mövqeyini nəzərə alaraq, işə baxan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti əsassızdır və “Banklar haqqında” Qanunun 76-cı maddəsinə əsasən Kreditor tələblərinin reyestrində qeydə alınmış tələbin təminatı olan əmlakların açıq hərracda satışı həmin Qanunun tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.

39. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

41. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1235/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar