Məhkəmə qərarları › İş №2-2(102)-310/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-310/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-310/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh "xxxx" MMC-yə və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına, ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi X2na, X1 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmış hesab edilməsi, ipoteka saxlayanın protokolun imzalanması üçün zəruri hərəkətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan i barət tərkibdə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdeh "xxxx" MMC-yə qarşı (İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “hərrac protokolunun imzalanmış hesab edilməsi” tələbinə dair və İddiaçı2 cavabdehlər ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankına, ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi X2na, XX qarşı (Bakı şəhəri Xətai rayon icra şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 28 yanvar tarixli 2-2(103)-140/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Bakı şəhəri Xətai rayo n Məhkəməsinin 2014-cü il 1 dekabr tarixli 2(011)3032/2014 nömrəli qətnaməsi ilə QSC "xxxx" KB-nın "xxxx" Müəssisəsi və qeyrilərinə qarşı iddiası qismən təmin edilərək: - 140.000 manat əsas borc, 13.468,30 manat faiz borcu olmaqla, cəmi 153.468,30 manat kredit borcunun və 30 manat dövlət rüsumunun "xxxx" Müəssisəsindən alınaraq QSC "xxxx" KB-yə ödənilməsi; - tələbin ilkin olaraq İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinə yönəldilməsi; - Bakı şəhəri, Xəta i rayonu, Zığ yolu küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50,7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinin ilkin satış qiymətinin 66.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin 9.000 manat; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiymətinin isə 18.000 manat olmaqla açıq hərracda satılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən QSC "xxxx" KB-yə olan borcun ödənilməsi; - Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada 50.7 m2 ümumi, 29,01 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilinə tutma yönəldildikdə və mənzil satıldıqda İddiaçı2 və onunla birlikdə yaşayan ailə üzvləri-X2, X4, X3 və X1 mənzili bir ay ərzində tərk etmədikdə, onların məcburi qaydada çıxarılmaları qət edilmişdir.

2. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 2016-ci il 5 avqust tarixli xx/xx-28451/10 nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2014-cü il 1 dekabr tarixli 2(011)-3032/2014 nömrəli icra vərəqəsi Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 nömrəli mənzilin 66.000 manata” Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin 9.000 manata; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin 18.000 manata açıq hərraca çıxarılması üçün "xxxx" MMC-yə göndərilmişdir. 3. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 nömrəli mənzilin ilkin satış qiyməti 66.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 9.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiyməti 18.000 manat olmaqla açıq hərracın keçirilməsi 2016-ci il 3 oktyabr saat 11.00-a təyin edilmiş və bu barədə tərəflərə 2016-cı il 2 sentyabr tarixli 1 nömrəli və 2016-cı il 16 sentyabr tarixli 01/2 nömrəli bildirişlər göndərilmiş və “birja yenilikləri” qəzetində elanlar verilmişdir.

4. Həmin hərracın keçirilməsi baş tutmamış və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 0.125 ha-da 9 saylı evin 28 nömrəli mənzilin ilkin satış qiyməti 56.100 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 0.06 ha torpaq sahəsinin ilkin satış qiyməti 7.650 manat, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin ilkin satış qiyməti 15.300 manat müəyyən edilməklə, təkrar hərracın keçirilməsi 2016-ci il 7 noyabr saat 11.00-a təyin olunmuş, bu barədə tərəflərə 2016-cı il 7 oktyabr tarixli 2 nömrəli və 2016-cı il 21 oktyabr tarixli 02/2 nömrəli bildirişlər göndərilmiş və “birja yenilikləri” qəzetində elanlar verilmişdir. Təkrar hərrac baş tutmamışdır. 5. "xxxx" MMC tərəfindən təkrar hərracın baş tutmaması barədə Xətai rayonu İcra Şöbəsinə, "xxxx" KB ASC-yə, "xxxx" müəssisəsinə, İddiaçı2 və onun ailə üzvlərinə 2016-cı il 11 noyabr tarixində məlumat göndərilərək “Birja yenilikləri” qəzetində müvafiq elan yerləşdirilmişdir.

6. Ləğv prosesində olan "xxxx" KB tərəfindən 2016-cı il 16 noyabr tarixdə "xxxx" MMC-yə məktub ünvanlanmış, bankın borclu İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili 42.075 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsini 5737,50 manata, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 0,06 hektar torpaq sahəsini 11.475 manata almağa razı olduğu bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat Birinci iş

7. Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra-“Bank”) "xxxx" MMC-yə (bundan sonra-“Hərrac Mərkəzi”) qarşı 2023-cü il 22 noyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev.40, 28 nömrəli mənzilinin; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsinin satılması ilə bağlı Hərrac Mərkəzi tərəfindən 2016-cu il 7 noyabr tarixində keçirilmiş təkrar hərracın yekunlarına dair - ipoteka saxlayanın ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində Bankın ləğvedicisi X2 (bundan sonra-“X2”) və Hərrac Mərkəzi tərəfindən imzalanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac baş tutmamış elan edildikdən sonra, X7 məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. 2016-cı il 16 noyabr tarixli məktubla Bank tərəfindən Hərrac Mərkəzinin məktubuna cavab olaraq bildirilmişdir ki, Bank borclu İddiaçı2 (bundan sonra-“İddiaçı 2”) məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzilin 42.075 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəs., yerləşən 129 nömrəli torpaq sahəsinin 5.737,50 manata, Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 0.06 ha torpaq sahəsinin 11.475 manata alınmasına razıdır. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 40, 28 nömrəli mənzili; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi; Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, 129 nömrəli torpaq sahəsi üzrə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin Bankın adına rəsmiləşdirilməsi istiqamətində Hərrac Mərkəzi tərəfindən heç bir addım atılmamışdır. Bundan əlavə dəfələrlə Hərrac Mərkəzinə şif ahi qaydada müraciət edilərək hərracın yekunlarına dair protokolun imzalanması üçün təqdim olunmasını xahiş edilməsinə baxmayaraq, hərracın yekunlarına dair protokol imzalanması üçün ipoteka saxlayan olaraq Banka təqdim edilməmişdir. Qanunvericiliyin müddəaları pozularaq Hərrac Mərkəzi tərəfindən protokol tərtib olunmamış və Bankın iradəsinə zidd olaraq ipoteka predmetinin əldə edilməsi mümkün olmamışdır. Bununla da hərrac təşkilatı tərəfindən ipoteka saxlayanın qanunvericiliklə müəyyən olunmuş hüquqları pozularaq ipoteka predmetinin əldə edilməsi məhdudlaşdırılmışdır.

9. Hərrac Mərkəzi iddiaya etiraz edərək bildirmişdir ki, hərrac təşkilatı sözügedən əmlakların ləğvedici tərəfindən əldə olunması istiqamətində bütün tədbirləri görmüş, lakin ləğvedici ötən müddət ərzində həmin əmlakların əl də edilməsində maraqlı olmamış, bu istiqamətdə heç bir real addım atmamışdır. İddia ərizəsində də etiraf olunduğu kimi, hərrac təşkilatı ləğvediciyə təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elan dərc olunduqdan sonra ayrıca məktub ünvanlayaraq ipoteka predmetlərini almağı təklif etmişdir. İddiaçı iddia ərizəsində hərrac təşkilatının sözügedən əmlakların Bank tərəfindən əldə edilməsində maraqlı olmamasını, buna maneənin olmasını və ya sair formada protokolun imzalanmasında yayındığını və ya imtina etdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Ötən 7 illik müddət ərzində bankın ləğvedicisi sözügedən əmlakların əldə olunması istiqamətində real addım atmamış, yalnız hərrac təşkilatına ünvanladığı cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 2023-cü il 7 sentyabr tarixində ipotekaya xitam verilməsi barədə iddia qaldırıldıqdan sonra bankın ləğvedicisi həmin əmlakları itirməmək üçün hazırki iddianı əsassız olaraq qaldırmışdır. Sözügedən əmlakların Bank tərəfindən əldə edilməsinə mane olmaq, bununla bağlı protokolun imzalanmasından yayınmaq üçün hərrac təşkilatının heç bir motivi və məqsədi mövcud olmamış, əksinə hərrac təşkilatı əmlakların əldə olunması istiqamətində mümkün olan tədbirləri həyata keçirmiş, bankın ləğvedicisi isə əmlakların əldə edilməsi, bununla bağlı protokolların imzalanmasından yayınmışdır. Bank hazırki iş üzrə daşınmaz əmlakların əldə edilməsi ilə bağlı iddia tələbini 7 il ə yaxın müddət keçdikdən sonra vermişdir. Həmin iddia məhz ipoteka müqavilələrindən irəli gələn tələb olduğundan, qeyd edilən tələbə iddia müddəti tətbiq olunmalıdır. İkinci iş

10. İddiaçı2 Banka, X2-yə və XX qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair Bankın ipoteka yüklülüyünə (ipotekaya) xitam verilməsi, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin daşınmaz əmlaklara dair Bankın ipoteka yüklülüyünə (ipotekaya) dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, ipoteka predmetlərinə dair qanunvericiliyin tələbinə uyğun olaraq keçirilmiş hərraclarda alıcı olmamış, həmçinin ipoteka saxlayan öz hüququndan istifadə edərək hərraca çıxarılmış əmlaklara dair hərrac təşkilatçısı ilə hərracın yekunlarına dair protokol bağlamamışdır. Ona görə də, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə; Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tətbiq edilməsinə əsas mövcud olmuşdur.

12. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2024-cü il 19 yanvar tarixli e-2(005)348/2024 nömrəli qərardadı il ə İddiaçı2 Banka, X2-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-565/2024 nömrəli kommersiya mübahisəsinə dair işinə birləşdirilməsi qərara alınmışdır (hakim – A.Novruzova).

13. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 18 mart tarixli e-2-2(113)-565/2024 nömrəli qətnaməsi ilə Bankın iddiası təmin edilmiş, İddiaçı2 iddiası təmin olunmamışdır (hakim K.Hüseynov).

14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ipoteka predmeti olan əmlaklar barədə 2016-cı il 7 noyabr tarixində təkrar hərrac baş tutmadıqdan və bu barədə 2016-cı il 11 noyabr tarixində qəzetdə elan verildikdən sonra 2016-cı i l 16 noyabr tarixində Bank məktubla Hərrac Mərkəzinə müraciət edərək ipoteka predmeti olan əmlakları müvafiq qiymətlərə almağa razı olduğunu bildirmişdir. Hərrac Mərkəzi öz etirazında da bu faktı təsdiq edərək ona məktubla müraciət olunduğunu bildirmişdir. Bununla da ipoteka saxlayan Bank ipoteka predmetlərinin əldə edilməsi üçün zəruri tədbir görmüş və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etmişdir. Lakin həmin dövrdə, yəni 2016-cı il 4 oktyabr tarixindən Bank müflis elan olunaraq iflas proseduruna başlandığından, bununla bağlı təyin olunmuş ləğvedici X2 ilə böyük həcmdə sənədləşmə işləri aparıldığından və X2-də Bankdan başqa bir neçə bankın da ləğv prosesi getdiyindən həmin ərəfələrdə bu məsələ diqqətdən kənar qalmış, yekun protokol Bankdan asılı olmay an səbəblərdən imzalanmamışdır. 15. 2016-cı il 11 noyabr tarixində təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 5 təqvim günü ərzində ipoteka saxlayan Bank 2016-cı il 16 noyabr tarixində ipoteka predmetlərini almağa razılıq barədə müraciəti olduğu halda Hərrac Mərkəzi protokolu imzalamaqdan yayındığından, məhkəmə ipoteka saxlayan Bankın ipoteka predmetlərinin hərracdan əldə edilməsinə dair “protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi” tələbi barədə hazırkı iddianı qaldırmaqda haqlı olması qənaətinə gəlmiş, onun iddiasını əsaslı hesab etmişdir.

16. Məhkəmə Hərrac Mərkəzi tərəfindən verilmiş etirazda iddia müddətinin tətbiq olunması barədə məsələ ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə dair tərəflər arasında hər hansı müqavilə olmadığından, hazırkı mübahisə müqavilə tələbindən irəli gəlmədiyindən və 10 illik ümumi iddia müddəti ötürülmədiyindən, Hərrac Mərkəzinin 3 illik iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilləri əsassız olmuşdur.

17. Bank tərəfindən verilmiş iddianın əsaslı olması müəyyən edildiyindən, İddiaçı2 iddiasının təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmamışdır. Belə ki, hazırkı halda təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka saxlayan Bank tərəfindən ipoteka predmetləri əldə edildiyi müəyyən olunduğundan, həmin ipoteka predmetlərinə dair ipotekaya xitam verilməsi və ipoteka qeydinin ləğv olunması barədə iddia təmin edilməməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 373.1, 373.2, 415.5 və 415.7-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.2, 41.5, 42.1, 42.8, 43.7, 43.7-1 və 43.8-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 04/2022 nömrəli qərardadının 55 və 57-60-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

19. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, onun iddiasının təmin olunması, Bankın iddiasının rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk ic raat

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 iyun tarixli 2-2(103)-597/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş; birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, Bankın iddiası rədd edilmiş, İddiaçı2 iddiası təmin olunmuş; İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 nömrəli torpaq sahəsinə dair Bankın xeyrinə olan ipotekaya xitam verilməsi və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindəki ipotekaya dair qeydlərin ləğv olunması, Bank tərəfindən çəkilmiş məhkəmə xərclərinin onun özünə aid edilməsi, İddiaçı2 tərəfindən ödənilmi ş cəmi 150 manat dövlət rüsumunun Bankdan tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər Z.Şirinov və V.Baxışova).

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bankın iddia tələbindən onu irəli sürülməsində əsas məqsədin ipoteka predmetinin əldə edilməsindən ibarət olması görünür. Qanunverici təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetinin əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.

22. Bununla yanaşı, vahid məhkəmə təcrübəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsi ci müddət hesab olunur. Həmçinin qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər arasında təkrar hərracın baş tutmamış elan olunduqdan 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir. Belə ki, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əld ə olunma anı kimi qiymətləndirilməsini istisna edir. Bundan əlavə, protokolun qanunla müəyyən olunmuş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə olunması üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən olunmuş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər.

23. Hazırki işdə Bank yekun protokolun imzalanmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini bildirsə də, məhkəmə onun istinad etdiyi halların təsdiq olunmadığı qənaətinə gəlir. Belə ki, Bankın özünün istinad etdiyi hallara əsasən, “onun tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı Hərrac Mərkəzinə yalnız 2016-cı il 16 noyabr tarixində aksept məktubu təqdim olunmuş, bundan sonra isə şifahi müraciətlər etmişlər”. Bank üzərinə düşən zəruri hərəkətləri 7 ildən artıq müddət ərzində yerinə yetirməmiş, yəni bilavasitə protokolun imzalanması üçün səylər göstərməmiş, protokolun imzalanmaması ilə bağlı nə İcra şöbəsinə məlumat verilməmiş, nə hərrac təşkilatının hərəkətindən (hərəkətsizliyindən) şikayət edilməmiş, nə də ki, “hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin imzalanması vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etməmiş və nəticədə qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük kəsici müddəti ötürm üşdür.

24. Eyni zamanda, 2023-cü il 7 sentyabr tarixində ipoteka qoyan tərəfindən ipotekaya xitam verilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldırılmış, yalnız bundan sonra Bank 2023-cü il 22 noyabr tarixində (təkrar hərracın baş tutmadığı tarixdən 7 il keçdikdən sonra) məhkəməyə hazırki iddia ilə müraciət etmişdir.

25. İddiaçı 2016-cı ildən 2023-cü ilə kimi yalnız bir aksept məktubu yazmaqla kifayətlənmiş və hazırki iddianı irəli sürsə də, Hərrac Mərkəzinin protokolun imzalanmasından imtina etməsini və yayınmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, qanunvericiliklə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

26. Bundan əlavə, hazırki iddianın təkrar hərracın baş tutmadığı tarixdən 7 il müddət keçdikdən sonra və ən əsası ipoteka predmetlər i ilə bağlı ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürülməsi MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Bu baxımdan, məhkəmə həmin iddianın rədd olunması qənaətinə gəlmişdir.

27. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 iddiası isə əsaslıdır. Belə ki, 2016-cı il 7 noyabr tarixinə təyin edilmiş təkrar hərrac baş tutmamış və ipoteka saxlayan Banka həmin əmlakların alması təklif edilsə də, o, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə etməmiş və ipoteka predmetlərini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə əldə etməmişdir. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Eyni zamanda, həmin qanunun “ipote kaya xitam verilməsi” adlı normasında nəzərdə tutulmuşdur ki, ipotekaya həmin qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Bu baxımdan, kollegiya İddiaçı2 ipotekaya xitam verilməsi barədə iddiasının təmin olunması qənaətinə gəlmişdir.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 139.1 və 425.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1, 43.1, 43.3-43.5, 43.7, 43.7-1, 43.8 və 48.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

29. Bank kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, onun iddiasının təmin olunması, İddiaçı2 iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ilk icraat

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2024-c ü il 6 noyabr tarixli 2-2(102)-599/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim B.Qəribov, hakimlər Z.Əliyev və B.Məmmədli).

31. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdən, vəzifələri isə mülki hüquq subyektlərinin əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək, sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişaf ına şərait yaratmaqdan ibarətdir.

32. İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün mülki qanunvericilikdə təminat üsulları nəzərdə tutulmuşdur. Bunlardan biri də ipoteka hüququdur.

33. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malik olur.

34. Kredit müqaviləsindən irəli gələn öhdəlik əsas öhdəlik olmaqla icrası gi rov (ipoteka) qoyulmuş əşyanın mülkiyyətçisinin həmin əşya üzərində hüquqlarının məhdudlaşdırılması ilə nəticələnən aksessor xarakter daşıyan girov (ipoteka) müqaviləsi ilə təmin olunur. Yəni girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılması olmaqla təyinatı əsas öhdəliyi təmin etməkdən ibarətdir.

35. Baxılan iş üzrə ipoteka saxlayan bank, ləğv prosesində olmaqla məhkəmə qərarı ilə ləğvedicisi kimi X2 təyin edilmişdir.

36. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.

37. Bununla belə nəzərə alınmalıdır ki, ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s kimi vəzifələrin effektiv və səmərəli şəkildə icrasına nail olmağa yönəlmişdir.

38. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank si steminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir.

39. Müflis elan olunan bankın ləğvedici təyin edilmiş X2 daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır.

40. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.

41. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.

42. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində hərrac təşkilatının ipoteka predmetinin əldə edilməsi ilə bağlı təklifini qəbul etdiyini bildirmişdir. Göründüyü kimi, ipoteka saxlayan MM-in 409.1 və 409.2-ci maddələrinə müvafiq olaraq qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmişdir. Lakin, iddiaçı təklifin qəbulu ilə bağlı müəyyən olunmuş müddət ərzində məlumat verilməklə, müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, Hərrac Mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.

43. Nəzərə alınmalıdır ki, hərrac təşkilatçısı hərracın yekunları barədə protokolu imzalamaqdan imtina etdikdə və ya yayındıqda ipoteka saxlayanın – konkret halda ləğv prosesində olan bankın, “protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi haqqında” məhkəmədə iddia qaldırmaq hüququ vardır.

44. Digər tərəfdən qanunvericilikdə təkrar hərrac baş tutmadıqda ipoteka saxlayanın 30 təqvim günü müddətində protokolun imzalanması üçün ilk dəfə iradəsini rəsmi şəkildə ifadə etdikdən sonra məhz hansı təşkilatlara, neçə dəfə və hansı qaydada təkrar müraciətlər etməli olduğuna dair konkret müddəalar nəzərdə tutulmamışdır. Bu mənada məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı irəli sürməsinin MM-in 425.1-ci maddəsinin tələblərinə zidd olmasına dair məhkəmənin qənaətini də əsaslı və ədalətli hesab etmir.

45. Bundan başqa, öhdəliklərin icrasında vicdanlılıq prinsipini əks etdirən MM-in 425.1-ci maddəsi yalnız kreditorlara deyil, eyni dərəcədə borclulara da aiddir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hərəkətlərini vicdanlılıq prinsipi ilə uzlaşmayan hərəkət kimi qiymətləndirərkən apellyasiya instansiyası məhkəməsi İddiaçı2 da 2016-cı ildə keçirilmiş hərracın baş tutmadığını bildikdən yalnız 7 il sonra iddiaçıya qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini nəzərə almalı idi.

46. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 və 43.8-ci, habelə MM-in 425.1-ci maddələrinin tətbiqində də səhvə yol vermiş, MPM-in 217.1-ci maddəsinə zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

47. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 1.1, 1.2, 60.2, 61.7, 409.1, 409.2, 425.1, 460.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7, 43.7-1, 43.8-ci, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, MPM-in 14.2, 77.1, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

48. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 28 ya nvar tarixli 2-2(103)-140/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim E.Həsənov, hakimlər T.Mahmudova və L.Əliyeva).

49. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları əsas götürməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmiş, qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmuşdur.

50. Bank tərəfindən ipoteka predmetlərinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirlərin görüldüyü və protokolun qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığın ifadə edil diyi işin halları ilə öz təsdiqini tapır.

51. Hazırkı işin halları baxımından həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, iddiaçı bank ləğvetmə prosesindədir, onun ləğvedicisi kimi X2 təyin edilmişdir.

52. Ləğv prosesində olan banklar mülki hüquq və fəaliyyət qabiliyyətli olsalar da, mülki dövriyyənin digər subyektlərindən fərqli olaraq, onların fəaliyyəti gələcəyə dair aktiv iqtisadi perspektivlər daşımamaqla, yalnız ləğv prosesinin uğurla tamamlanmasına, ləğvedicinin mülki dövriyyənin sabitliyi və dayanıqlılığı baxımından önəmli olan kreditorların tələblərinin qeydə alınması və onların ödənilməsi üçün tədbirlər görülməsi, bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görülməsi və s. kimi vəzifələrinin effektiv və səmərəli şəkild ə icrasına nail olmağa yönəlmişdir.

53. Qeyd olunmalıdır ki, əmanətlərin sığortalanması sisteminin yaradılması məqsədlərindən biri də məhz maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdən ibarətdir.

54. Bu aspektlərdən çıxış etdikdə ləğv prosesində olan bankların üzərinə mülki dövriyyənin aktiv fəaliyyət göstərən digər subyektləri ilə eyni vəzifələrin qoyulması, onların mövcud əmlak və hüquqi vəziyyəti, həmçinin mülki qanunvericiliyin yuxarıda qeyd olunan məqsəd və vəzifələri ilə bir araya sığmır.

55. Odur ki, ləğvetmə prosesi ilə bağlı gözləntilərin reallaşdırılması, bank sisteminə etibarın qorunması, habelə ləğvedici tərəfindən ləğvetmə prosesinin daha effektiv və səmərəli şəkildə yekunlaşdırılmasının təmini məqsədi ilə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hazırk ı mübahisəyə tətbiq edilərkən işin yuxarıda qeyd olunan xüsusiyyətləri nəzərə alınmalı, həmin maddədə nəzərdə tutulan 30 gün ərzində ləğv prosesində olan bank tərəfindən hərrac təşkilatına iradə ifadəsinin çatdırılması ipotekaya xitam verilməsini istisna etməlidir.

56. Baxılan işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, qanunvericilikdə və təklifdə (ofertada) müəyyən olunmuş müddət ərzində təklifi qəbul etdiyini bildirmiş, bununla müqavilənin bağlanması üçün üzərinə düşən vəzifəni icra etsə də, hərrac mərkəzinin üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməməsi nəticəsində müqavilə bağlanmamışdır.

57. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyas iya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

58. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 60.2, 60.3, 61.7, 409.1, 409.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 42.1, 43.4, 43.3, 43.5, 43.7, 43.8, 48.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 28 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 2022-ci il 14 dekabr tarixli Qərardadına, MPM-in 76.1, 76.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

59. Həmin qətnamədən İddiaçı2 kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

60. MM-in 324.5, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1, 43.8-ci maddələri üzrə-ötən 7 illik müddət ərzində bankın ləğvedicisi sözügedən əmlakların əldə edilməsi istiqamətində heç bir real addım atmamış, yalnız hərrac təşkilatına ünvanlanmış cavab məktubu ilə həmin əmlakların əldə edilməsinə razı olduğunu ümumi şəkildə bildirməklə kifayətlənmişdir. Yalnız ipoteka qoyan mülkiyyətçi tərəfindən ipotekaya xitam verilməsi barədə məhkəmədə iddia qaldırıldıqdan sonra ləğvedici həmin əmlakları itirməmək üçün iddia qaldırmışdır.

61. MPM-in 77.1 və 217-ci maddələri üzrə - sübutetmə yükü qanunsuz şəkildə dəyişdirilmiş, bankın hərəkətsizliyinə dair iddianı sübut etməli olan qarşı tərəf bu barədə heç bir dəlil təqdim etməmişdir Əksinə, qarşı tərəfin özü iddia ərizəsində bankın əmlakları almağa razılıq məktubu verdiyini etiraf etmişdir. Məhkəmə isə bu sübutları qiymətləndirməmiş, hərrac təşkilatının protokol imzalamamasının səbəbini araşdırmadan qərar vermişdir. Bu isə prosessual prinsiplərin, xüsusilə sübutetmə yükü və ədalətli araşdırma prinsiplərinin pozulması deməkdir.

62. MPM-in 8 və 13.7-ci maddələri üzrə - məhkəmə qətnaməsi çəkişmə və bərabərlik prinsiplərini pozmuş, Konstitusiya Məhkəməsinin ipoteka məsələlərinə dair şərhlərini ləğvediciyə tətbiq etməmişdir.

63. MM-in 425.1-ci maddəsi üzrə - bankın ləğvedicis inin 7 il sonra və yalnız ipoteka qoyan tərəfindən iddia qaldırıldıqdan sonra əmlakları almaq tələbi ilə çıxış etməsi vicdanlılıq prinsipinə ziddir.

64. Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022-ci il 14 dekabr tarixli 04/2022 nömrəli Qərardadı üzrə - bu qərarda ipoteka saxlayanın əmlakları əldə etməyə razı olduğunu sübut etməsi və qanunla müəyyən olunmuş müddətdə tələb irəli sürməsinin vacib olduğu göstərilmişdir. Ggər protokolun imzalanmaması hərrac təşkilatından qaynaqlanırsa, bank məhkəməyə müraciət edə bilərdi. Bu halda bankın razılığını ifadə etməsi, lakin hərrac təşkilatının protokol imzalamaması əsas götürülərək qərar bankın xeyrinə çıxarılmalı idi. Ə gər hərrac təşkilatı protokoldan yayınsaydı və bank vaxtında tələblə çıxış etsəydi, bu hüquqi əsas olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. X2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, E.İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti əsassız və formal xarakterlidir, şikayətdə maddi və prosessual hüquq normalarının pozulmasına dair əsaslandırılmış dəlillər təqdim edilməmişdir. İşin materialları sübut edir ki, təkrar hərrac baş tutmadıqdan sonra hərrac təşkilatı ipoteka predmetlərini bank tərəfindən əldə etmək üçün məktubla təklif göndərmiş, ləğvedicinin cavab məktubu ilə konkret əmlakların əldə olunmasına razılıq ifadə edilmiş və ödənişlərə dair texniki məsələlərin həlli üçün hesab-faktura da tələb edilmişdir. Buna baxmayaraq hərrac təşkilatı prot okolu tərtib etməmiş və bankın adından əmlakların rəsmləşdirilməsi ilə bağlı heç bir addım atmamışdır. Hətta ləğvedici dəfələrlə şifahi formada protokolun təqdim edilməsini tələb etsə də, bu yerinə yetirilməmişdir. Beləliklə, protokolun imzalanmaması hərrac təşkilatının fəaliyyətsizliyindən irəli gəlmişdir və bu, bankın iradəsinə zidd olaraq ipoteka hüququnun həyata keçirilməsinə süni maneə yaratmışdır. Apellyasiya məhkəməsi bu hallar əsasında iddianı təmin etmiş və borcun ödənilmədiyini ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir. Kassasiya şikayətində qeyd edilən arqumentlər isə faktiki sübutlara deyil, şəxsi fikirlərə əsaslanır və prosessual pozuntu iddiaları formal mülahizələrdən ibarətdir. Həmçinin, cavabdeh kassasiya şikayətində istinad etdiyi hallar üzrə nə birinci instansiya, nə də apellyasiya instansiyası mərhələsində hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan, kassasiya şikayətində göstərilən dəlillər MPM-in 76.1 və 77.1-ci maddələrinin tələblərinə uyğun sübutlarla təsdiqlənmir. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olduğu qeyd olunaraq, kassasiya şikayətinin rədd olunması xahiş edilir. Kassasiya baxışının hədləri

66. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

67. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi mə sələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

68. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

60. Hüquqi şəxsin ləğvi haqqında qərar... 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edi lən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir....” “Maddə

61. Hüquqi şəxsin ləğvi qaydası... 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir....” “Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıd ır....” “Maddə

409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” 69. “İpoteka haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikas ının Qanununun müvafiq “Maddə

33. İpoteka predmetinə tutmanın yönəldilməsi əsasları Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.” “Maddə

34. İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “Maddə

42. Hərracın keçirilmə qa ydası” 43.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirir göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir.” “Maddə

43. Hərr acın baş tutmamış elan edilməsi... 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır.... 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir....” “Maddə

48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.”

70. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulm uş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 72. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olun maması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

73. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, şikayətin dəlillərində göstəri lən hüquqi məsələlələrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. İşə ikinci dəfə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdə olan sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq edilmişdir.

74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

75. MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 2-2(103)-140/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar