Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-314/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər X2 və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(104)-28/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 2002-ci il 12 sentyabr tarixli 86 nömrəli sərəncamı ilə X7 Kombinatının əkin sahəsindən 50 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün Xanlar şəhər sakini İddiaçı (bundan sonra – “İddiaçı”) icarəyə verilməsi qərara alınmışdır.
2. Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 2003-cü il 14 aprel tarixli 58 nömrəli sərəncamı ilə X7 Kombinatının əkin sahəsindən 40 hektar torpaq sahəsinin birillik bitkilərin yetişdirilməsi şərti ilə 15 il müddətinə Xanlar şəhər sakini İddiaçı icarəyə verilməsi qərara alınmışdır.
3. X7 Kombinatı ilə İddiaçı arasında 2002-ci il 17 avqust tarixli torpaq icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 50 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə i carəyə verilmişdir.
4. Xanlar rayon İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında 2003-cü il 14 aprel tarixli torpaq icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə icarəyə verilmişdir.
5. İddiaçı kənd təsərrüfatını inkişaf etdirmək şərti ilə Xanlar rayon İcra Hakimiyyəti Başçısının 2002-ci il 12 sentyabr tarixli 86 nömrəli sərəncamı və 2002-ci il 12 sentyabr tarixli 5 nömrəli icarə müqaviləsi ilə X7 Kombinatının əkin sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 50 hektar torpaq sahəsinin müvəqqəti istifadə üçün verilməsi barədə 2002-ci il 4 oktyabr tarixli JN-2347 KOD 50800001 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamə verilmişdir.
6. İddiaçı kənd təsər rüfatını inkişaf etdirmək şərti ilə Xanlar Rayon İcra Hakimiyyəti Başçısının 2003-cü il 14 aprel tarixli 58 nömrəli sərəncamı və 2003-cü il 14 aprel tarixli icarə müqaviləsi ilə X7 Kombinatının əkin sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 15 il müddətinə 40 hektar torpaq sahəsi müvəqqəti istifadə üçün verilməsi barədə JN-3209 KOD 50800038 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə verilmişdir.
7. Xanlar Rayon Məhkəməsinin 2006-cı il 7 dekabr tarixli 2-250/06 nömrəli qətnaməsi ilə Xanlar rayon İcra Hakimiyyəti Başçısının X3 50 hektar və 40 hektar torpaq sahələrinin İddiaçı icarəyə verilməsinə dair 2002-ci il 12 sentyabr tarixli 86 nömrəli və 2003-cü il 5 iyun tarixli 83 nömrəli sərəncamları, 2002-ci il 17 avqust tarixli və 2003-cü il14 aprel tarixli icarə müqavilələri, 50 ha və 40 ha torpaq sahələrindən istifadə hüququna dair JN-2347 (KOD ********) və JN-3209 (KOD ********) nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən həmin qətnamə, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanılmışdır.
8. Göygöl Rayon Məhkəməsinin 2008-ci il 20 avqust tarixli 2(066)-25/08 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən “X8” ASC-nin balansında olan torpaq sahəsində inşa etdiyi ferma və onunla bağlı tikililərin sökülməsi, qeyd edilən tikililərin sökülməsi ilə bağlı çəkilməli olan xərclərin iddiaçı "xxxx" MMC-nin hesabına aparılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2009-cu il 22 yanvar tarixli 2(104)-94/2009 nömrəli qə tnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Göygöl rayon İcra Hakimiyyətindən, "xxxx" MMC-dən və “X8” ASC-dən dəyən mənəvi ziyan olan 10.000 manat pulun və vurulan 180.000 manat maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ona ziyan dəyməsi müəyyən edilmişdir. Belə ki, icarəyə verilmiş torpaq sahələrində 3-4 il müddətində ümumi sahəsi 500 kv.m olan tövlə, içərisində işçilərin istirahəti üçün 1 otaq, körpə mal-qaranın saxlanması üçün 1 otaq inşa edilmiş, fermaya xeyli kənardan su, elektrik xətti, kanal və kanalzasiya qurğusu çəkilmişdir. 85 metrlik dəmir kalota quraşdırılmış, beton döşəmə saldırmış, torpağı yararsız tullantılardan təmizləmiş, dəyəri 70.000 manat olan 112 baş iri buynuzlu malqara almış, icarə müddəti ərzində fermaya 161.800 manat sərmaya qoymuşdur. Hazırda təsərrüfatının dəyəri azı 600.000 manatdır. İcarəsində olmuş torpaq sahələrini ipoteka müqaviləsi ilə yüklü edib aldığı 21.000 manatı da təsərrüfatına sərf etmişdir. Həmçinin icarəyə götürdüyü torpaq sahəsində apardığı inşaat işlərinə görə (ferma tikdirmək və.s) ona istər rayon icra rəhbərliyi tərəfindən, istər bələdiyyə tərəfindən, istərsə də hüquq mühafizə orqanı və icarəyə verən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən heç bir məhdudiyyət, etiraz və irad olmamışdır. Belə olan halda onun xərc çəkib tikdiyi fe rmanın sökülməsi ona maddi-mənəvi ziyan vurmaq deməkdir. İcra hakimiyyəti orqanlarının sərəncamları əsasında torpaq sahəsi onların daimi və müddətsiz qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Bu sərəncamlar qanunsuz verilirdiyindən və o, həmin sərəncamlar əsasında tikinti işləri aparıb əmlaka xərclər çəkdiyindən həmin xərclər ona tam şəkildə ödənilməlidir.
11. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X8” ASC-nin və "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbində cavabdeh olaraq Göygöl rayon İcra Hakimiyyətinin (bundan sonra – “cavabdeh”) qalmasını xahiş etmişdir. Həmin ərizə əsasında 2024-cü il 6 sentyabr tarixində keçirilən məhkəmə hazırlıq iclasında onların işdə cavabdeh qismində iştirakına xitam verilmişdir. 1
2. Cavabdeh Göygöl rayon İcra Hakimiyyəti iddiaya etiraz edərək bildirirmişdir ki, onlar tərəfindən iddiaçıya nə mənəvi, nə də maddi ziyan vurulmamışdır. Həmin torpaq sahələri iddiaçıya 15 il müddətinə sərəncam əsasında istifadəyə verilmişdir, o cümlədən iddiaçıya tikinti üçün icazə verilməmişdir. Onlar tərəfindən iddiaçıya ziyan vurulması barədə hər hansı sübut yoxdur.
13. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 4 oktyabr tarixli 2-2(115)-1004/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur (hakim - G.Quliyeva).
14. Məhkəmə müəyyən etmişdir ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və birillik bitkilərin yetişdirilməsi şərti ilə torpaq sahəsinin istifadəyə verilməsi qərara alınsa da, həmin sər əncamlarda iddiaçının istifadəsinə verilməsi qərara alınmış torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Həmçinin iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələrində tikinti işlərinin aparması üçün Xanlar rayon İcra Hakimiyyətinin icazə verməsinə, habelə torpaq sahələrində qanunvericiliklə müəyyən edilmiş qaydada tikinti aparmaq hüququnun olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia etdiyi tikililəri heç bir icazə almadan inşa etmişdir. Bu hal həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də təsdiq edilir.
15. İddiaçı 51.387,60 manat tikintiyə xərc çəkməsi ilə bağlı məhkəməyə sənəd təqdim etsə də, tam olaraq 180.000 manat zərərin mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdi m etməmişdir. Həmçinin iş üzrə cavabdehin hər hansı qanunazidd davranışının olması, təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurması öz təsdiqini tapmamışdır.
16. Məhkəmə həmçinin iddianın 10.000 manat mənəvi zərərin ödənilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının səbəbi kimi tikdirdiyi tikililərin sökülməsini göstərmişdir ki, bu hissədə də iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qanunazidd davranış olması, təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulması iş materialları ilə təsdiq edilmədiyindən mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb də təmin edilə bilməz.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “M M”) 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1, 1100-cü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(104)-28/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – T.Əli, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun əsaslandırması ilə razılaşmış və gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddələri ilə əsaslandırmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar və ya işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60-cı maddələri üzrə - birinci instansiya və apellyasiya məhkəmələri tərəfindən Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində Göygöl Rayon İcra Hakimiyyətinin sərəncamlarının qanunsuz olduğu müəyyən edilməsinə baxmayaraq, həmin hüquqi faktlar düzgün qiymətləndirilməmiş və cavabdeh icra hakimiyyətinin məsuliyyəti nəzərə alınmamışdır. Cavabdeh tərəfindən verilmiş qanunsuz sərəncamlar əsasında tikilmiş və sonradan məhkəmə qətnaməsi ilə sökülmüş obyektlərlə bağlı zərərçəkmişin mülkiyyət hüquqları pozulmuşdur. Bu pozuntu nəticəsində dəymiş maddi ziyana dair qiymətləndirmə rəyi və digər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmişdir. X6 Məhkəməsi, həm də Gəncə Apellyasiya Məhkəməsi təqdim olunmuş qiymətləndirmə rəyləri və digər sübutları araşdırmamış, əsaslandırılmamış qərar qəbul etmişlər. Apellyasiya instansiyası isə ümumiyyətlə müdafiə hüququnu pozaraq yalnız 5 dəqiqəlik iclas keçirmiş və işin mahiyyətinə varmadan şikayəti rədd etmişdir. Hər iki instansiya məhkəməsi tərəfindən işin faktiki halları obyektiv şəkildə araşdırılmamış, təqdim olunmuş sənədlərə və zərər in mövcudluğuna dair sübutlara hüquqi qiymət verilməmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin mülkiyyətində olmayan torpaq sahəsinə dair verdiyi sərəncamlar nəticəsində yaranmış ziyana görə məsuliyyət daşıması hüquqi baxımdan əsaslıdır. Lakin məhkəmələr bu məsuliyyəti düzgün qiymətləndirməmiş, bu isə maddi hüquq normalarının kobud pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiya məhkəməsi çəkişmə və ədalətli araşdırma prinsiplərinin tələblərinə əməl etməmiş və maddi hüqüq normalarının tələblərini kobud şəkildə pozmuşlar. İş üzrə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilməli olduğu halda apellyasiya şikayətinin dəlillərinə hüqüqi qiymət verilmədən təyin edilməmişdir.
23. MPM-in 82.3 və 389-cu maddələri üzrə - iddia tələbinin sübutetmə yükü nəzərə alınmadan və faktiki h allar tam araşdırılmadan qərar qəbul olunması nəticəsində qətnamənin qanuniliyi və əsaslılığı təmin edilməmişdir. Tərəfin qiymətləndirmə və ekspertiza ilə bağlı verdiyi vəsatətlərə baxılmadan və onlar müzakirə olunmadan iş yekunlaşdırılmışdır. Həmçinin, qətnamə tərəfə bildiriş göndərilmədən qəbul edilmiş və indiyədək tərəfə təqdim olunmamışdır. Bundan başqa, tərəfin məhkəməyə təqdim etdiyi şahidlər iclas zalına buraxılmadan və dindirilmədən işə baxılması kobud prosessual pozuntudur.
24. MPM-in 88-ci maddəsi üzrə - Gəncə Apellyasiya Məhkəməsi işdə olan sübutları qiymətləndirməmiş, həmin sübutlara öz şəxsi mülahizələri əsasında yanaşmış və Ali Məhkəmənin Plenumunun göstərişlərinə məhəl qoymayaraq birinci instansiya məhkəməsinin əsassız qətnaməsini ləğv etməmişdir. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
26. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ p ozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsi n əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.”
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
31. Kassasiya şikayətində istinad olunan Azərbaycan Respublikasının Konst itusiyasının 13 və 60-cı maddələrinin pozulması barədə dəlillərə dair qeyd olunur ki, kassasiya şikayətində bu pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
32. Həmin maddələrin tələblərinin pozulmasının işin hallarına və sübutlara düzgün qiymət verilməməsi ilə əsaslandırılması və MPM-in 82.3, 88, 389-cu maddələrinin tələblərinin pozulması ilə bağlı dəlillər isə əsassızdır.
33. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillə rə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
35. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qə rarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalı dır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
36. Eyni zamanda, kollegiya qeyd edir ki, MM-in 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları isə ondan ibarətdir ki, Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və birillik bitkilərin yetişdirilməsi şərti ilə torpaq s ahəsinin istifadəyə verilməsi qərara alınsa da, həmin sərəncamlarda iddiaçının istifadəsinə verilməsi qərara alınmış torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı hər hansı bir müddəa yoxdur. İddiaçı sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia etdiyi tikililəri heç bir icazə almadan inşa etmişdir.
38. Məhkəmənin müəyyən etdiyi həmin halların hüquqi nəticəsi isə ondan ibarətdir ki, iddiaçının istinad etdiyi Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamları ilə ona dəymiş zərərin arasında səbəbli əlaqə mövcud deyildir. Belə olan halda zərərin əvəzinin ödənilməsi üçün zəruri olan digər əsaslar üzrə araşdırma aparılmasına zərurət yoxdur.
39. Ona görə də, məhkəmə tərəfindən cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 8 yanvar tarixli 2-2(104)-28/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.